Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-162/2023 27.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1974-cü il tarixdə Şamaxı rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəssiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs yüksək rütbəli tanışlarının olduğunu və onların vasitəsi ilə hərbiyə adam düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncunun oğlu Çingiz Əliyevin hərbi xidmətdə olan zaman ona verilmiş cəzanın məhkəmə yolu ilə götürüləcəyinə və sonra onu işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs 2022-ci ilin aprel ayının ortalarında Bakı-Quba şosesinin Sumqayıt şəhərinin girəcəyində yerləşən Sumqayıt abidəsinin yaxınlığında 2500 (iki min beş yüz) manat məbləğində nağd pulu ələ keçirməklə ona maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxs tanışı Məryəm adlı qadına görə tanımışdır. Təxminən 2022-ci ilin aprel ayında Məryəm ona zəng edərək qohumu Zərərçəkmiş şəxs öz oğlunu hərbiyə işə düzəltmək istədiyini, lakin onun hərbi xidmət zamanı yol verdiyi nöqsana görə hərbi biletində bu barədə qeydiyyat olduğunu, bu səbəbdən hərbiyə işə düzəldə bilmədiyini bildirmişdir. Bundan sonra o, həmin məsələni həll edib onun qohumunun oğlunu hərbiyə işə düzəldəcəyinə köməklik edə biləcəyini və nömrəsini verməklə onunla əlaqə saxlamasını tapşırmışdır. Bir qədər sonra Zərərçəkmiş şəxs ona zəng etmiş və söhbət zamanı onun oğlunun işini düzəldəcəyinə söz vermişdir. Söhbət zamanı o, Raufa oğlunun hərbi biletinin düzəlməsini və hərbiyə işə qayıtması üçün ümumilikdə 4500 manat pul lazım olduğunu, lakin ilkin mərhələdə hərbi biletin düzəlməsi üçün 2500 manat pul istəmiş və Rauf da, onunla razılaşmışdır. 2022-ci ilin aprel ayının ortalarında Raufla Sumqayıt şəhəri dairəsində yerləşən Sumqayıt abidəsinin qarşısında görüşmüş və Rauf ona 2500 manat pulu və oğlunun hərbi biletini vermişdir. O, Raufa bu işlərin 2-3 aya düzələcəyini söz vermişdir. Lakin, o, aldığı pulu öz ehtiyaclarına xərcləmişdir. Rauf hər dəfə ona zəng edərək işin gedişatını maraqlandıqda o, Raufu aldadaraq oğlunun işini düzəldəcəyini bildirmişdir. Bundan sonra Rauf onun barəsində polisə şikayət etmiş və barəsində cinayət işi açıldıqdan sonra Raufdan aldığı puldan 1000 manat istintaq zamanı qaytarmış, 1500 manatı isə qohumları tərəfindən məhkəmə iclasında Zərərçəkmiş şəxs qaytarılmışdır. Hal-hazırda o, etmiş olduğu əməldən səmimi peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmiş və onunla barışmışdır. Ona görə də, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, o, 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs qohumu Məryəm Məhərrəmova vasitəsi ilə tanımışdır. Belə ki, oğlu əsgər kimi hərbi xidmətdə olduğu zaman hərbi xidmətdə baş vermiş mübahisə nəticəsində barəsində tədbir görülmüş və bu səbəbdən onu işə düzəldə bilməmişdir. Məryəmin bu barədə məlumatı olduğundan o, tanışı Fəxrinin bu işi həll edib düzəldə biləcəyini və onunla danışıb məlumat verəcəyini demişdir. Bir neçə gün sonra Məryəm onunla əlaqə saxlayaraq oğlunun işinin düzəlməsi üçün Fəxrinin 4500 manat pul istədiyini, 2500 manat pulu əvvəlcədən verməyini, 2000 manat pulu isə iş düzələndən sonra verəcəyini bildirmişdir. Bundan sonra Məryəm onun mobil telefon nömrəsini Fəxriyə vermiş və təxminən 2022-ci ilin aprel ayının ortalarında Fəxri ona zəng edərək, Sumqayıt şəhər dairəsi yaxınlığında olan Sumqayıt abidəsinin qarşısında olduğunu demiş və orada görüşmüşlər. Söhbət zamanı o, Fəxriyə 2500 manat pul və oğlunun hərbi biletini vermiş, daha sonra isə Fəxri onun oğlunun şəxsiyyət vəsiqəsinin şəklini öz telefonu ilə çəkərək, 2 ay sonra oğlunun məhkəməyə çağırılacağını, məhkəməprosesi olacağını, oğlunun hərbi xidmətdə olan mübahisəsi ilə bağlı bəraət alacağını və sonra da işinin düzələcəyini bildirmişdir. Oğlu işə düzələndə isə qalan 2000 manat pulu da verəcəyini demişdir. Təxminən 2 ay sonra o, Fəxriyə zəng edərək əlaqə saxlamış və bu zaman Təqsirləndirilən şəxs ona müxtəlif bəhanələr gətirməyə başlayaraq səbrli olmağı, bir neçə günə işin düzələcəyini bildirmişdir. O, bir müddət də gözləmiş və yenidən Fəxri ilə telefon əlaqəsi saxlamış, Fəxri yenidən ona müxtəlif bəhanələr gətirməyə davam etmişdir. Artıq o, aldadıldığını başa düşüb Fəxridən pulunu geri tələb etməyə başlamış, lakin pulunun qaytarılmadığını gördükdə polisə şikayət etmişdir. Cinayət işi başlandıqdan sonra Fəxri ondan aldığı puldan 1000 manat istintaq zamanı geri qaytarmış, qalan 1500 manat pul isə Fəxrinin qohumları tərəfindən məhkəmə iclasında ona ödənilmişdir. Bununla da o, dəymiş ziyanın tam qaytarıldığını, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirərək, cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməkdə təqsirlidir. İbtidai istintaq orqanı tərəfindən onun törətdiyi cinayət əməli düzgün olaraq CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ərizə təqdim edərək ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, təqsirləndirilən şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam olaraq ödəməsini əsas götürülməklə, cinayət qanunu müddəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad edilməklə Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 321.1, 321.2.1, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, CM-nin 73-1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-162/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-162/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver