Məhkəmə qərarları › İş №1(060)-162/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-162/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-162/2025 04.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orla təhsilli, evli, işləməyən, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2an, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan tiryəki əldə edərək saxlamış və daşımışdır. Belə ki, o istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə eldiyi xeyli miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 0,983 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki üzərində saxlayaraq daşımış, 19 sentyabr 2024-cü il tarixdə saat 14:30-da Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində, 55 nömrəli yaşayış binasının qarşısında saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gətirildikdən sonra üzərində aparılan şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,983 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən bəzən istifadə edir, bədənində ağrıları olduğu üçün narkotik vasitə alıb qəbul etmək qərarına gəlmiş, bu məqsədlə 19 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olduğu zaman tanımadığı şəxsə 20 manat məbləğində pul verib 1 büküm narkotik vasitə tiryək və 10 manat məbləğində pul verib 1 büküm narkotik vasitə heroin almış və şəxsi istifadəsi məqsədilə şalvarının sağ yan cibinin üstündəki kiçik cibinə qoyub üzərində saxlamışdır. 19 sentyabr 2024-cü il tarixdə təxminən saat 14:30-da Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində, 55 nömrəli yaşayış binasının qarşısından keçəkən, ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları olduğunu bildirmişlər və onu qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində daşımaqda, gəzdirməkdə və narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət etmişlər. O etiraz etməyib polis əməkdaşları ilə birlikdə 3-cü Polis Bölməsinə getmiş, PB-də xidməti otaqda polis əməkdaşları ona dövlət büdcəsi hesabına təyin edilmiş müdafiəçi dəvət etmişlər və onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək, hüquq və vəzifələri izah olunmuş, bundan sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığı soruşularaq, olarsa təqdim etməsi təklif olunmuşdur. O, əynindəki cins şalvarın sağ yan cibinin üstündə olan kiçik cibində gizləyib saxladığı 2 ədəd bükümü və sol yan cibindəki "Realmi" markalı mobil telefonu çıxarıb şəxsi axtarışı aparan polis əməkdaşına təqdim etmişdir. Həmin bükümlər polis əməkdaşı tərəfindən açıldıqda, bükümlərdən birinin içərisində narkotik vasitə tiryək, digərinin içərisində isə narkotik vasitə heroin olduğunu şəxsi axtarışda iştirak edən bütün şəxslər görmüş, bunun ardınca onun üzərində şəxsi axtarışın aparılması davam etmiş, lakin aşkar olunmuş narkotik vasitələrdən başqa cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. İçərisində narkotik maddə tiryək və heroin olan hər iki büküm ayrı-ayrılıqda onun və müdafiəçisinin iştirakı ilə elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq möhürlənmiş və onlar həmin zərfin üzərinə imza elmişlər. Bundan sonra təhqiqatçı protokol tərtib etmiş və ucadan oxuduqdan sonra bütün iştirakçılar həmin protokola imza etmişlər. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və ailə vəziyyətini və səhətini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 19 sentyabr 2024-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2an Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı 3-cü PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 da iştirak etmişdir. 19 sentyabr 2024-cü il tarixdə saat 14:30-da Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində, 55 nömrəli yaşayış binasının qarşısında, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs qismində saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmiş, PB-də təhqiqatçı tərəfindən xidməti otaqda videoçəkilişlə polis əməkdaşlarının və Təqsirləndirilən şəxs müdafiəçi qismində təqdim olunmuş Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə sonuncunun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olub-olmadığı soruşulmuş, olarsa təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 02 ədəd siqaret kağızından olan büküm çıxararaq təqdim etmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda, birinci bükümün içərisində narkotik vasitə olan heroinə bənzər maddənin olduğu, ikinci bükümdə isə narkotik vasitə tiryəkə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümdən birində narkotik vasitə “kakos” olduğunu, digərində isə narkotik vasitə tiryək olduğunu, həmin narkotik vasitələri 19 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədilə, tiryəkin bir bümünə 20 manat, “kakos”un bir bükümünə isə 10 manat pul verib aldığını və üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər ayrı-ayrılıqda, içərisindəki maddə ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman, bükümlərdən birindəki tiryəkə oxşar maddənin 1,17 qram çəkidə, digər bükümdəki narkotik vasitə heroinə oxşar maddənin 0,21 qram çəkidə olduğu müəyyən edilmişdir. Bundan sonra hər iki bükümdə olan nakrotik vasitəyə oxşar maddələr qablaşdırılaraq, Azərbaycan Respublikası DİN-nin möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən həmin narkotik vasitələrə bənzər maddələrdən başqa, qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin kiçik əməliyyat müvəkkili Şahid2 Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:30 radələrində Sumqayıt şəhəri, 10cu mikrorayon, 55 nömrəli yaşayış binasının qarşısında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.23) “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs PB-yə gətirildikdən sonra Azərbaycan Respublikası CPM-nin 147 və 148-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, daha sonra inspektor-kriminalist “Panasonic” markalı videokameranı işə salaraq iştirakçılarla birlikdə PB-də xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əvvəlcə ondan üzərində cinayət xarakterli hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulmuş, belə əşya və ya predmet varsa könüllü şəkildə çıxarıb təqdim etməsi təklif edilmiş, təklif əsasında Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd ağ rəngli siqaret kağızı bükümlərini, şalvarının sol yan cibindən isə bir ədəd üzərində ***-***-**-** mobil nömrəsi olan özünə məxsus olduğunu bildirdiyi Realmi markalı mobil telefonunu çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılan zaman bükümlərin birinin içərisində qara rəngli, bərk halda tiryəkə bənzər maddə, ikinci bükümün içərisində isə tünd-qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə bənzər maddələrin olması aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisindəki maddənin müvafiq olaraq tiryək və “kakos” olduğunu, həmin narkotik maddələri xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən tiryəkin bir bükümünü 20 (iyirmi), kakosun bir bükümünü isə 10 (on) manat pul ödəyərək aldığını, həmin narkotik maddələri şəxsi istifadəsi üçün əldə etdiyini, satış məqsədi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər ayrı-ayrılıqda, içərisindəki maddə ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman, bükümlərdən birindəki tiryəkə oxşar maddənin 1,17 qram çəkidə, digər bükümdəki narkotik vasitə heroinə oxşar maddənin 0,21 qram çəkidə olduğu müəyyən edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. (i.v.31-32) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4638 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, AR DİN “Zərflər üçün № 127" möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən...” və s. soyadlar, imzalar olan 02 ədəd zərfdən birində 01 ədəd bükümdə təmiz çəkisi 0,133 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış nakotik vasitə-heroindir, digər zərfdə 01 ədəd təmiz çəkisi 0,983 qram tünd qəhvəyi rəngli, qətranabənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata qəbul edildi 0,983 qram tiryək 0,05 qram nümunə götürüldü, 0,933 qram qaytarıldı. Tədqiqata qəbul edildi 0,133 qram heroin 0,05 qram nümunə götürüldü, 0,083 qram qaytarıldı. (i.v.39-43) xx.xx.2024-cü il tarixdə, saat 09:30-da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir.(i.v.52-53) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır.(i.v.63-64) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyinə görə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə isə həmin cəzanın CM-nin 52-1.5-ci maddəsi tətbiq olunmaqla, Sumqayıt şəhər Məhkəməsi tərəfindən 1 il 1 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2024-cü il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur (i.v.73-74) Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-647/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs 2 il 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v.75-80) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 şəxsin Ambulator X2 barədə xx.xx.2024-cü il tarixli, 6477 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.101-102) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə 0,983 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitətiryəkdən məhkəmə fıziki-kimyəvi ekspertizası təcrübəsindən sonra qalıq qalmış 0,933 qram çəkidə narkotik vasitə tiryək və 01 ədəd bükümdə 0.133 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindən məhkəmə fıziki-kimyəvi ekspertizası təcrübəsindən sonra qalıq qalmış 0,083 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin, xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların küllü miqdarına görə” Siyahısından görünür ki, narkotik vasitə olan heroinin miqdarı 0,15 və ondan yuxarı olduqda xeyli miqdardan artıq hesab olunur. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı üzərindən götürülmüş narkotik vasitə heroinin çəkisi həmin Siyahıda qeyd edilən göstəricilərdən aşağı, yəni 0,133 qram təşkil etdiyindən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət deyil və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunarkən, şəxsi istehlak miqdarında - 0,133 qram təmiz çəkidə narkotik vasitə heroinin satış məqsədi olmadan qanunsuz olaraq əldə olunması, üstündə saxlanması və daşınması ittihama daxil edilməmişdir. (i.v.105-111) İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin, Azərbaycan Vətən Müharibəsi X6 tərəfindən verilmiş 81230 nömrəli vəsiqənin və Azərbaycan Respublikası Medalının vəsiqəsinin (№ İ-14440) surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X9 İİ Qarabağ Müharibəsi iştirakçısıdır və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etriafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59.1.13 və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, oğlu X5 İİ Qarabağ Müharibəsi iştirakçısı olmasını və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 19 sentyabr 2024-cü il tarixdən 21 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, həmin müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 10, mənzil 26 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri vəzifələri qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6477 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,083 qram heroin və 0,933 qram olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdən 21 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, həmin müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 10, mənzil 26 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,083 qram heroin və 0,933 qram olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar