Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-163/2021 01.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilənşəxs- Təqsirləndirilən şəxs, onun müdafiəçisi- SumqayıtRegional VəkilBürosununvəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, 12 mkr, ev 28 mənzil 17-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-cimaddəsiilətəqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 sentyabr 2020-ci il tarixdə, saat 15 radələrində etibarnamə əsasında idarə etdiyi AC 223059 seriyalı,BC kateqoriyalı sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz C180 minik “ markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Sülh küçəsi ilə H.Əliyev prospekti istiqamətində geriyə hərəkət edən zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə zidd olaraq geriyə hərəkət edərkən digər iştirakçılara maneə yarandığını gördükdə, mümkün olan təhlükəsizlik tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görməmiş və idarə etdiyi “Mercedes-Benz C180 minik “ markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə yolun sol tərəfindən sağ tərəfinə keçən piyada Zərərçəkmiş şəxs vurub, ehtiyatsızlıqdan sonuncuya sol medial diskin ön buynuzunun zədələnməsi, sol lateral və medial meniskin arxa buynuzunun üst və alt oynaq səthinin yırtığı, sol diz oynağının hemartrozu, sol dirsəyin sıyrığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Mercedes” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir, 14.09.2020-ci il tarixdə saat təxminən 15:00 radələrində idarə etdiyi avtomaşınla Sumqayıt şəhəri, Sülh küçəsi istiqamətində saatda 40/km sürətlə hərəkətdə olduğu vaxt avtomaşını “Sülh” küçəsində Cavid Ticarət mərkəzinin yaxınlığında saxlamış park etmək üçün avtomaşını dayandırmış və arxadan hərəkətdə olan avtomaşınların keçməsini izləmiş asta sürətlə arxaya hərəkətini davam etdirən zaman orada hər üç güzgüdən istifadə edərək xüsusi ehtiyyatlıqla arxaya verərkən heç kimi görməmiş parketməni başa çatdıran zaman orada “tappıltı” səsini eşidərək dayanmışdır. Dayanandan sonra anidən ikinci dəfə səs eştmiş avtomaşını söndürüb aşağı düşmüş, avtomobili arxaya vermiş və təxminən 2-5/km/surtələ arxa istiqamətində avtomobili park etmək üçün vermişdir. Bu zaman orada bir nəfər şəxsin ayaq üstə olduğunu görmüş, həmin vaxt nə baş verdiyini soruşduqda o, avtomaşını arxaya hərəkət etdirən zaman ona dəydiyimi bildirmişdir. Ona yaxınlaşmış xəsarəti olub olmadığını sual etmiş və “narahat olma elə bir şey yoxdu” ona həmin şəxs demişdir. Sumqayıt şəhər TTYX-na aparmağı təklif etsədə o, X1 getmək istəmədiyini belə ki, polisin bu barədə məlumatı olacağını demişdir. Polisin bilməsinin hər hansı bir problem yaratmayacağını demiş və buna etiraz etməmiş və onu Nizami Kinoteratrının yanına avtomobili sürməyini istəmişdir. Həmin əraziyə apardıqda onlar maşından düşmüş. və biraz söhbət edən zaman onu xəstəxanaya aparmağı bir daha təklif edib razı salmışdır. Yolda gedərkən Fuad adlı tanıdığı həkimlə bu barədə danışdıqda o, Fuad TTYX-na çatmamış görüşmək istəmişdir. Fuad ora gəldikdə onun dizinə belə baxmadan onu “Unikal” Klinikasına aparmağını bildirmişdir. Onu Unikal klinikasına aparıb orada 140 manat dəyərində müayinədən keçirmiş və daha sonra oradan çıxdıqda ondan ünvanını soruşan zaman o ünvanın deməmiş və onu Sumqayıt şəhəri, “Mərkəzi bazara” aparmağımı xahiş etmişdir. Onu həmin yerə aparmış və ondan bir-birilərini mobil nömrələrini verib sağollaşmışlar.Asifi düşürtdükdən zaman ona ağrı kəsici lazım olub-olmadığını sual etdikdə o, evdə dizi ilə əlaqəli mazı olduğunu deyib heç bir şeyə ehtiyac olmadığını bildirmişdir. Səhəri tarixdə ona zəng etmiş və bir ayrı-ayrılıqda “Unikal” klinikasında görüşərək cavabı aldıqda o, Bakı şəhərində onun xüsusi həkimi olduğunu demiş 60 manat pul istədikdə problem olmadığını deyib birlikdə getməklərinə razı olduğunu demişdir. Həmin gün axşam ona zəng etdikdə o, cavab verməmiş və telefonu açmamışdır. Üstündən bir saat keçmiş və ona polisdən zəng edərək onu Polis İdarəsinə dəvət etmişlər. Zərərçəkmiş şəxs avtomobilə eytiaszlıqddan vurmamışdan əvvəl o, yolun içində təxminən 1,5 yarım məsafədə içirdə olmuş və avtomobili arxaya verərəkən Asif avtomobilin sol yan hissəsi buferə dəymişdir.Hazırda zərərçəkmiş şəxslə barışmışdır və sonuncunun ondan heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş maddi ziyanı da ödəmişdir. Bu səbəbdən də barəsindəki cinayət təqibi üzrə icraata xitam veilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 14.09.2020-ci il tarixdə saat təxminən 15 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllədən 2-ci mikraryon tərəfinə Sülh küçəsi ilə piyada admlarla yolu keçərkən “Mercedes” markalı avtomobil geri istiqmətdə hərəkətə qəfildən başlayaraq onu avtomobilin arxa hissəsi ilə onu vurmuşdur. Həmin vaxt sürücü avtomobildən düşdükdən sonra ona tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhərində olan xəstaxanaya və Unikal adlı klinikaya aparıb orada onu müayyəndən keçirmiş və xərclərini onu vuran avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ödəmişdir. Lakin sonradan Təqsirləndirilən şəxsla növbəti gün telefobla əlaqə saxladıqdan sonra gəlcəkdə onu digər tibbi müayinəlrdən keçitməkdən imtina etdiyi üçün Sumqayıt şəhər TTYX-nə getdim və orada aldığı xəsarətləri hansı şəraitdə aldığını ondan sorşduqda Sumqayıt şəhəri, Sulh küçsəində baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəxarət aldığını orada bildimişdir.Hazırda Təqsirləndirilən şəxsla barışmışdır. Odur ki, təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini Məhkəmədən xahiş edir. Cinayət işinin istintaqı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 14 sentyabr 2020-ci il tarixdə həyat yoldaşı Rəsulun “Mercedes-Benz C180 minik“ markalı, **- DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə birlikdə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Lyustr” mağazasına gəlmişlər. Rəsul avtomobili arxa istiqamətdə hərəkət edən zaman arxadan səs gəldi. Sonra müəyyən oldu ki, arxda olan adını sonradan onlara məlum olan Zərərçəkmiş şəxs yolu keçirkən avtomobilin arxa hissəsinə dəymişdir. Daha sonra həyat yoldaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “Unikal” adlı xəstəxanaya aparmış və orada müayinədən keçirtmişdir və bütün xərcləri ödəmişdir. Həmçinin Zərərçəkmiş şəxs həmin vaxt heç bir şikayəti olmadığını demiş və buna görə də polisə müraciət etməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18.08.2020-ci il tarixli 1144 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı bədəni üzərində “Sol medial diskin ön buynuzunun zədələnməsi, sol ıterial və medial menskin arxa buynuzunun üst və alt oynaq səthinin yırtığı, sol diz oyanğının hemartrozu, sol dirsəyin sıyrığı” xəsarətləri aşkar edilmişdir ki, həmin xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərəçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 14.09.2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni YNH-si zamanı əmələ gələ bilər və dərəcsinə görə sağlamlığın uzun müddətə pozulamsına səbəb olmuş sağlamlığa “Az ağır” zərəvurmaya adidir. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 06.08.2020-ci il tarixli 8/2101 saylı rəyindən görünür ki, Mercedes Benz 180 markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasdı Qanunun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsindən daxil olmuş 24.12.2020-ci il tarixli 302-3820-1220 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına 01.04.2016-ci il tarixdə AC 223059 seriyalı “BC” kateqoriyalı 10 illik etibarlılıq müddəti olan sürücülük vəsiqəsi vardır və kompüter bazasına əsasən sürücülükdən məhrum edilənlər arasında yoxdur. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş 01.03.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, mülki iddiası və tələbi yoxdur. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinə ünvanlanmış 01.03.2021-ci il tarixli ərizəsindən görünür ki, o, törətdiyi cinayət əməlində özünü təqsirli bilir, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş ziyanı ödəmişdir və bu səbəbdən də barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Cinayət işi materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3374 saylı,17.11.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Şöbəsi 1 saylı şəhər poliklinikası tərəfindən verilmiş 848,17.11.2020-ciil tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetində qeydiyyatda yoxdur. 10 saylı MKS tərəfindən verilmiş arayışdan xasiyyətnamədən görünür ki. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ondan yazılı və ya şifahi olaraq şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi 22.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan 24 dekabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan 24 dekabr 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 22 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, Məhkəmə iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-cimaddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin, şahidin ifadələri, eksepert rəyi və digər sübutlarla tam sübuta yetirilir, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-cimaddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin qeydinə əsasən 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin qeydinə əsasən Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Sumqayıt şəhər Prokurorluğuna göndərilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 06 yanvar 2021-ci il tarixli (iş № 1(060)-163/2021) qərarını icra edərək, 11 yanvar 2021-ci il tarixli 023 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilməlidir. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin qeydinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-163/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-163/2021
01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver