Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-163/2023 27.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1972-ci ildə Qazaxstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən salış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda-01 (bir) ədəd bükümdə 1.698 qram çəkidə narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamış, 08 sentyabr 2022ci il tarixdə, saat 14:10 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, “Betonzavod” ərazisi, “Samuray” firmasının inzibati binasının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PBnə gətirilib üzərində şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə əynində olan boz rəngli cins şalvarının sağ yan kiçik cibindən sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olarkən ilk dəfə gördüyü, əvvəllər tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manata 01 (bir) büküm narkotik vasitə olan heroin əldə edərək şəxsi istifadəsi üçün şalvarının sol yan cibinə qoymüş, həmin gün saat 14:10 radələrində Sumqayıt şəhəri, “Beton zavod" ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qəbulu və üstündə gəzdirilməsində şübhəli olduğunu bildirərək Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. Etiraz elməmiş və birlikdə PB-nə gəldikdə xidməti otaqlardan birində ona hüquq və vəzifələri izah olunduqdan sonra bu barədə bildiriş təqdim olunmuş və həmçinin öz istəyinə əsasən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 ona təqdim edilmişdir. Vəkilə etiraz etməmiş, daha sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddi sübutun olub-olmadığı sual olunan zaman özü əynində olan boz rəngli cins şalvarının sağ yan kiçik cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf sellofan bükümü, sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd istifadə olunmuş tibbi şprisi sağ yan kiçik cibindən içərisində heç nə olmayan kiçik kağız parçasını və şalvarının arxa sol yan cibindən 01 (bir) ədəd dərman konvalidini, içərisində olan 04 (dörd) ədəd böyrək ağrısına qarşı rəngli həblərlə birlikdə təqdim etmişdir. Həmin sellofan büküm polis əməkdaşları tərəfindən açılan zaman içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə olan heroin olması müəyyən olunmuş, qeyd olunan narkotik vasitə elektron tərəziyə qoyularaq çəkilmiş və daha sonra qeyd olunan maddə xüsusi qaydada qablaşdırılıb möhürlənmişdir. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 08 sentyabr 2022-ci il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı polis əməkdaşları Şahid2 da iştirak etmişdir. xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Beton zavod ərazisində yerləşən “Samuray" firmasının inzibati binasının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PBnə gətirilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-də xidməti otaqda videoçəkilişlə polis əməkdaşlarının və müdafiəçi Ruslan Mustafazadənin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs da əynində olan boz rəngli cins şalvarının sağ yan kiçik cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf sellofan bükümü, sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd istifadə olunmuş tibbi şprisi və arxa sol cibindən 01 (bir) ədəd dərman konvalidini içərisində olan 04 (dörd) ədəd həblərlə birlikdə təqdim edərək həmin şəffaf sellofan bükümdə olan maddənin narkotik vasitə olan “kakos" olduğunu, qeyd olunan narkotik vasitəni həmin gün səhər saatlarında Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manata aldığını və üzərində gəzdirdiyini, üzərində aşkar olunan şpris vasitəsi ilə narkotik vasitədən istifadə eldiyini, 04 (dörd) ədəd həbin isə böyrək ağrısı üçün dərman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, spesifik iyə malik olan maddə elektron tərəziyə qoyulub çəkilmiş, bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş bir bükümdə olan narkotik vasitə olan heroinə bənzər kütlə qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 128 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən bir bükümdə narkotik vasitə heroinə bənzər kütlədən başqa qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntüdən görünür ki, polis əməkdaşlarının əhatəsində, əynində ağ rəngli uzunboğaz və uzunqol köynək və boz rəngli cins şalvar olan şəxs müşahidə edilir. Bu vaxtı polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı Vüsal Quliyev həmin şəxsə əvvəlcə özünü təqdim edir, sonra polis əməkdaşlarını təqdim edir, daha sonra isə həmin şəxsə özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı X3 Kərimova narkotik vasitələrin qəbulunda, üzərində saxlanmasında, daşınmasında və əldə etməsində şübhəli bilindiyi üçün saxlanıldığım bildirir, həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir, bununla bağlı ona bildiriş təqdim edilir və o, hüquq və vəzifələri ilə tanış olduqdan sonra təhqiqatçı Vüsal Quliyev video çəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirir. Təqsirləndirilən şəxs isə buna etiraz etmir və əynində olan şalvarının sağ yan kiçik cibindən 01 (bir) ədəd istifadə olunmuş şpris, arxa sol cibindən 01 (bir) ədəd dərman konvalidini, 04 (dörd) ədəd sarı rəngli həbi pul vəsaitlərini, sağ yan kiçik cibindən isə 01 (bir) ədəd şəffaf sellofan bükümü çıxararaq stolun üstünə qoyur. Təhqiqatçı tərəfindən həmin şəffaf büküm açıldıqda içərisində qəhvəyi rəngli maddənin olması müəyyən edilir. Təqsirləndirilən şəxs qeyd olunan maddənin narkotik vasitə olan kakos olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün həmin gün Novxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını bildirir. Qeyd olunan kütlə elektron tərəzidə çəkildikdə cəmi çəkisinin 1,87 qram olması müəyyən edilir. Həmin vaxt müdafiəçi Ruslan Mustafazadə tərəfindən Təqsirləndirilən şəxs ona qarşı hər hansı bir zor tətbiq olunub-olunmadığını soruşulduqda o, üstündən aşkar olunan narkotik vasitələrin özünə məxsus olmasını və ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir zor tətbiq olunmadığını bildirir. Daha sonra təhqiqatçı tərəfindən aşkar olunmuş büküm Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 09 sentyabr 2022-ci il tarixli 6/4917 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün 128” möhür əksi vət. Təqsirləndirilən şəxs üzərində...” yazı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,698 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasilə-heroindir. 01 ədəd 2 m-lik şprisin içərisində narkotik vasitə heroinə məxsus izlər vardır. İş mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisinin müəyyən etmək mümkün olmadı. Bir ədəd üzərində “Noşpa forte*' yazısı olan konvalyut kəsiyində 4 ədəd sarı rəngli, oval formalı həblər narkotik vasitə, psixolrop maddələrə aid deyildir Qeyd: Heroinin təmiz çəkisi: 1,698 qram, tədqiqata sərf edildi: ümumi 0,05 qram, qalıq 1,648 qram. Sarı rəngli həblərin sayı – 04 ədəd, tədqiqata sərf edildi – 02 ədəd, qalıq – 02 ədəd. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6180 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-375/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,548 qram narkotik vasitə heroin və 01 (bir) ədəd istifadə olunmuş şpris cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş 1391 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 1 saylı “İnşaatçı” məhəllə komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-413/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmündən və Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-83/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 413/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzaına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-83/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmiş, cəzası 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) günə endirilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Qabil oğlu Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,548 qram narkotik vasitə heroin və 01 (bir) ədəd istifadə olunmuş şpris məhv edilməli, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 55,00 (əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,548 qram narkotik vasitə heroin və 01 (bir) ədəd istifadə olunmuş şpris məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 55,00 (əlli beş) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Qabil oğlu Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-163/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-163/2023
27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver