Məhkəmə qərarları › İş №1(060)-163/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-163/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-163/2024 03.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin binasında xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-131/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Loğman” aptekin qarşısında olarkən, öz yaşadığı ünvana getmək üçün taksi tapmadığına görə yaxınlıqda dayanmış Zərərçəkmiş şəxs2 məxsus “Mercedes Benz 124” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomaşının qapılarının açıq olduğunu və açarlarının üzərində olduğunu görüb sükan arxasında əyləşib həmin avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə həmin yerdən uzaqlaşaraq qaçırmışdır. Bundan başqa o, özgənin əmlakını gizli talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə gecə saat 0:004 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “Oyuncaqstore” mağazasının yan tərəfdən şüşəsini əlinə götürdüyü daşla sındıraraq içəri qanunsuz daxil olmaqla mağazadan 01 (bir) ədəd dəyəri 350 (üç yüz əlli) manat olan “Toba” markalı 20-lik uşaq velosipedini, 01 (bir) ədəd dəyəri 120 (bir yüz iyirmi) manat olan “X Drone” markalı standart ölçülü oyuncaq dronu, 04 (dörd) ədəd hər birinin dəyəri 100 (bir yüz) manat, cəmi dəyəri 400 (dörd yüz) manat olan “Drone” markalı standart ölçülü oyuncaq dronları, 03 (üç) ədəd hər birinin dəyəri 80 (səksən) manat, cəmi dəyəri 240 (iki yüz qırx) manat olan oturacaqlı skuterləri və 02 (iki) ədəd hər birinin dəyəri 50 (əlli) manat, cəmi dəyəri 100 (bir yüz) manat olan sadə skuterləri gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 1210 (bir min iki yüz on) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 177.2.3-cü maddələri ilə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayır. Bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasəna məhkum edilmişdir. Özü 2020-ci ildən narkotik aludəçisidir, narkotik vasitədən çəkməklə daxilə qəbul edir, özü də heç yerdə işləmir və pula ehtiyacı çox olur. Ona görə də, oğurluq edib pul əldə etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdə keçən gecə saat 04:00 radələrində sərxoş vəziyyətdə 13-cü mikrorayon ərazisində yol kənarında yerləşən “Oyuncaqstore” mağazasının yaxınlığından keçərkən, həmin dükandan oğuruq etmək qərarına gəlmiş, bu məqsədlə həmin dükana yaxınlaşmış, ətrafına göz gəzdirmiş, görmüşdür ki, heç kim yoxdur, sakitlikdir, dükanın yan tərəfində olan şüşəni yerdən tapdığı daşla sındırmış, özü içəri rahat girə biləcək ölçüdə şüşəni sındırmış, sonra isə içəri daxil olmuş, içəriyə göz gəzdirmiş, görmüşdür ki, oyuncaq əşyalar çoxdur, oradan 01 (bir) ədəd uşaq velosipedi, 02 (iki) ədəd oyuncaq dronu götürmüş, hər ikisini şüşədən çölə çıxarmışdır. İçəridə təxminən 10 dəqiqə olmuş, sonra isə oğurladığı velosipedi və oyuncaq dronları götürüb oradan uzaqlaşmış, Yaşıldərə ərazisində yaşadığı yerdən bir az aralıda yer tapıb həmin oğurladığı əşyaları orada gizlətmişdir. Səhəri gün gönorta radələrində həmin 01 (bir) ədəd velosipedi və 02 (iki) ədəd oyuncaq dronu aparıb Sumqayıt şəhərində 18-ci mikrorayon ərazisində dairəvi yolun yaxınlığında tanımadığı bir satmışdır. Aldığı pulu öz şəxsi tələbatına xərcləmiş, etdiyi oğurluq barədə heç kimə bildirməmişdir. Hadisəni tək törətmiş, yalnız polisə dəvət olunandan sonra bilmişdir ki, həmin oğurluq etdiyi mağazanın sahibi Zərərçəkmiş şəxs1dur, həmin şəxsi tanımır, onunla heç bir ədavəti yoxdur. Həmin mağazaya təsadüfən oğurluq məqsədilə girmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə təxminən saat 20.00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Loğman” aptekin qarşısında dayanıb yaşadığı ünvana getmək üçün 10 saylı marşrutu gözləmiş, ətrafa baxdıqda “Araz” marketin qarşısında “Mercedes Benz 124” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomaşının dayandığını görmüş və həmin avtomaşına yaxınlaşmışdır. Avtomaşının şüşəsi açıq olmuş, heç kim olmamış və diqqətlə baxdıqda avtomaşının açarının üzərində olduğunu görmüşdür. Bu zaman düşünmüşdür ki, həmin avtomaşını qaçırıb özü idarə etmiş və evə getmişdir. Ətrafa baxıb heç kimin olmadığına əmin olub avtomobilə əyləşmiş və sürüb oradan uzaqlaşaraq öz yaşadığı evə getmiş və yaxınlıqda saxlayıb gecə evində qalmışdır. Səhəri gün isə həmin avtomaşını Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivi, Zeytun bağı deyilən əraziyə aparıb saxlamış və oradan uzaqlaşmışdır. Həmin vaxt tək olmuş, avtomobilə heç bir maddi ziyan vurmamışdır. Həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsa da, həmin elektron nəzarət vasitəsi ayağına taxılmışdır, lakin hadisəni törədərkən elektron nəzarət vasitəsini özü ayağından açıb evə qoymuş, nəzarətsiz saxlamış və zaryadkasının olub-olmaması ilə maraqlanmamışdır. Əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışdığını və onlara dəymiş maddi ziyanı ödədiyini nəzərə alaraq barəsində olan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə olan hissədə xitam verilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə olan hissədə isə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 vurduğu ziyanı tam ödəmiş, onunla barışmışdır, ona qarşı heç bir iddia və tələbi yoxdur, həmin işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, “Mercedes Benz 124” markalı, **-ZU-*** nömrə nişanlı avtomaşını Hidayət adlı şəxsdən baş etibarnamə ilə almışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 20:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Loğman” aptekin qarşısında saxlayaraq aptekə daxil olmuşdur. Tələsdiyi üçün avtomaşının açarları üzərində qalmış və buna görə də, qapını bağlamamışdır. Təxminən beş dəqiqədən sonra aptekdən çıxaraq avtomaşını saxladığı istiqamətdə getdiyi zaman tanımadığı şəxsin avtomaşına əyləşərək üzü “Səməd” market istiqamətində getdiyini görmüş və arxasınca qaçsa da, sürətlə sürərək oradan uzaqlaşmışdır. Sonradan bununla bağlı polisə müraciət etmiş və müraciətdən sonra bilmişdir ki, avtomaşını qaçıran şəxs Təqsirləndirilən şəxsdur. Həmin şəxsi tanımır, avtomaşından heç nə oğurlanmamış, avtomaşının özünə hər hansı zərər vurulmamışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən ziyan ödənilmişdir, ona qarşı heç bir iddia, şikayət və tələb yoxdur, həmin işə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən ziyan ödənilmişdir, ona qarşı heç bir iddia, şikayət və tələb yoxdur, həmin işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yol kənarında yerləşən “Oyuncaqstore” mağazası onun özünə məxsusdur. Həmin mağazanı özü işlədir. xx.xx.2023-cü il tarixdə axşam saat 11::00 radələrində dükanı bağlayıb getmiş, səhəri gün xx.xx.2023-cü il tarixdə səhər saat 09:00 radələrində işə gələndə dükanın yan tərəfdə şüşəsinin qırıldığını, dükanın içindən oğurluq olduğunu aşkar etmişdir. Həmin vaxt anası X2 da onun yanında olmuşdur. Ona görə də, anası Vüsalə hadisə barədə polisin 102 xidmətinə zəng edib bildirmişdir. Oğurlanmış malları bunlardır; 01 (bir) ədəd “Toba” markalı 20-lik dəyəri 350 (üç yüz əlli) manat dəyərində uşaq velosipedi, 01 (bir) ədəd “X Drone” markalı standart ölçülü dəyəri 120 (bir yüz iyirmi) manat olan oyuncaq dron, 04 (dörd) ədəd “Drone” markalı standart ölçülü hər birinin dəyəri 100 (bir yüz) manat, cəmi dəyəri 400 (dörd yüz) manat oyuncaq dronlar, hər birinin dəyəri 80 (səksən) manat, cəmi dəyəri 240 (iki yüz qırx) manat olan 03 (üç) ədəd oturacaqlı skuter, 02 (iki) ədəd sadə hər birinin dəyəri 50 (əlli) manat, cəmi dəyəri 100 (bir yüz) manat olan skuterlər. Hadisə nəticəsində cəmi 1210 (bir min iki yüz on) manat maddi ziyan dəymişdir. Eyni zamanda göstərmişdir ki, videogörüntüdə hadisəni törədən şəxs dükanın yan tərəfindən şüşəni sındırmaqla içəri daxil olmuş, dükanın içində olan kamera dükanın həmin istiqamətində qoyulmuşdur. Divar boyu taxtadan rəflər düzəldilmişdir, skuterlər də həmin divarda rəflərə qoyulmuşdur. Elə bu səbəbdən də kamera skuterlərin götürüldüyü yeri göstərməmişdir. Hadisəni törədən şəxs şüşəni sındırıb içəri daxil olanda skuterlərin qoyulduğu taxtadan olan rəfləri də zədələmişdir, ona görə də, həmin yerin rəflərini yenidən bərpa etmiş, dükanın hər bir yeri aydın olaraq görünsün deyə dükanda kameraların sayını artırmışdır. Təqsirləndirilən şəxslə barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir, ona qarşı heç bir iddiası yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir, ona qarşı heç bir iddiası yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/8114 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, qərarda göstərilən 03 adda malların (istifadədə olmuş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq) orta bazar qiyməti ilə ümumi dəyəri 2023-cü ilin oktyabr ayına təzə vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 870,00 manat müəyyən olunur. Qərarda göstərilən 02 adda əşya haqqında kifayət qədər məlumat olmadığından tədqiqat aparmaq mümkün olmadı. Həmin əşyalar bunlardır: 01 ədəd “Toba” markalı (20-lik) uşaq velosipedi dəyəri 350 manat, 01 ədəd “X Drone” markalı oyuncaq dron dəyəri 120 manat, 04 ədəd hər biri 100 manat cəmi dəyəri 400 manat olan “Drone” markalı oyuncaq dron, ümumi 870 manat. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEMnin xx.xx.2023-cü il tarixli 3-16-16/2-3/2017 saylı rəyində göstərilmişdir ki, təqdim edilmiş 1,2,5,7,8,9 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri, 6 saylı daktilolentin səthindəki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Təqdim edilmiş 1,2,3,4,5,6,7,8,9,10,11 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1,2 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağından qalmışdır. Təqdim edilmiş 5,7,8,9 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri, 6 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs əl-barmaq və ovuc izlərindən qalmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X3 tərtib etdiyi xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhər, 13-cü mikrorayon ərazisində yerləşən “Oyuncaqstore” mağazasından oğurluq olmuşdur. Bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli könüllü təqdim etmə və gütürmə aparılması haqqında qərar və protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 (bir) ədəd DVD diskdə dükanın içində quraşdırılmış videokameraya hadisəni törədən şəxs düşmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin KTİ-nin xx.xx.2023-cü il tarixli 3-13-11/2-13103/2023 saylı məktubundan görünür ki, hadisə yerindən götürülmüş əl izlərinin 02 ədədi xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük (2 dəfə)(hər iki iz sındırılaraq girilən pəncərə üzərindən götürülüb) barmağının əksi ilə eynilik müəyyən etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarxli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə gecə saat 04:00 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “Oyuncaqstore” mağazasının yan tərəfdən şüşəsini sındıraraq içəri qanunsuz daxil olmaqla mağazadan oğurluq etmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus qaçırılmış “Mercedes Benz 124” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük massivi, Zeytun bağları deyilən ərazidə normal vəziyyətdə tapılmışdır. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il şübhəli şəxs qimsində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-407/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan qəbzdən görünür ki, “Mercedes Benz 124” markalı, **-ZU-*** nömrə nişanlı avtomobil Zərərçəkmiş şəxs2 qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin məktubundan görünür ki, nəzarət subyekti Təqsirləndirilən şəxs tətbiq edilmiş elektron nəzarət vasitəsi 16 oktyabr 2023-cü il tarixdə saat 03.00-dan üzərində olmadığından hərəkət trayektoriyasını müəyyən etmək texniki cəhətdə imkan xaricindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-131/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 131/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində ödənilməmiş məhkumluğu və çəkilməmiş cəzası olsa da, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs çəkilməmiş cəzası azadlığın məhdudlaşdırılması növündə cəza ilə bağlıdır. Bu səbəbdən də onun əməlində cinayətlərin residivi yaranmamşdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-131/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qeydiyyata düşmüş, xx.xx.2023-cü il tarixədək cəzasından 04 (dörd) ay 26 (iyirmi altı) gününü çəkmiş və çəkilməmiş cəzası 01 (bir) il 11 (on bir) ay təşkil edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-163/2024 saylı, xx.xx.2024-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli iş materiallarında olan sübutlarla tam təsdiq olunur, o, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərə ziyanı tamamilə ödəməsini isə Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-131/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 11 (on bir) ay azadlığın məhdudlaşdırılması cəzası 11 (on bir) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmaslı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan “Mercedes Benz 124” markalı, **-ZU-*** nömrə nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 200,29 (iki yüz manat iyirmi doqquz qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-131/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 11 (on bir) ay azadlığın məhdudlaşdırılması cəzası 11 (on bir) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “Mercedes Benz 124” markalı, **-ZU-*** nömrə nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 200,29 (iki yüz manat iyirmi doqquz qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar