Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-164/2021 23.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittiham müdafiəsi şöbəsinin prokuroru Nəbiyev Tural Hüseyn oğlunun, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1978-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmiş, Siyəzən rayonu Beşdam kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, o, 27.09.2020-ci il tarixdə saat 07:30 radələrində yaşadığı ünvan 1 ünvanının həyətyanı sahəsində oğlu Şahid1 vurmaq istəyərkən arvadı Zərərçəkmiş şəxs qarşısını alması səbəbindən aralarında yaranmış mübahisə zamanı əli ilə sonuncunun sol göz nahiyəsinə zərbə vurub yerə yıxmaqla sol gözaltı nahiyyənin sıyrığı, sol bud-çanaq oynağının bayır-arxa səthinin qançırı kimi xəsarətlər yetirib, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi müəyyən edilməmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2003-cü il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 2 övladları olmuşdur. 2017-ci il tarixdən arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailədaxili narazılıqlar olmuşdur. Buna səbəb isə istirahət günlərində spirtli içki qəbul etməyi ilə bağlı Zərərçəkmiş şəxs ona etdiyi etirazlar olmuşdur. 27.09.2020-ci il tarixdə təxminən saat 20:00 radələrində ünvan 2 ünvanında yerləşən yaşadığı evdə tək olmuşdur. Evdə özü üçün yemək bişirib yemiş, təxminən 150 qram spirtli içki qəbul etmişdir. Lakin buna baxmayaraq sərxoş vəziyyətdə olmamışdır. Həmin gün saat arvadı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə olmuş və arvadı valideynlərinin evinə getmişdir. Növbəti gün təxminən saat 07:30 radələrində Gülafət oğlu Məhəmmədlə birgə yaşadığı evə gəlmişdirlər. Həyətdə onu görən oğlu Məhəmməd “heyif ki dünən burda olmamışam, olsaydım mən bilərdim sənə nə edərdim?” demiş, cavabında oğluna “əəə, əclaf sən kimsən ki mənə nəsə edəsən?” bildirəndə, Məhəmməd onu yerə yıxmışdır. O, ayağa qalxıb “bu dəqiqə polisə gedirəm. Səni tutduracam” demişdir. Bu anda Gülafət Məhəmmədi darvazadan çıxardıb, daha sonra onun qarşısını kəsmişdir. Məhəmməd uzaqlaşandan sonra Gülafət qarşısından çəkilib Məhəmmədin ardı ilə getmişdir. Daha sonra polisə məlumat verib-verməməyini xatırlamır. Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətləri sonuncunun hansı şəraitdə almasını bilmir. Həmçinin Təqsirləndirilən şəxs heç bir cinayət əməli törətmədiyndən barəsindəki cinayət işi üzrə ona bəraət verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2003-cü il tarixdə Təqsirləndirilən şəxsla rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladları vardır. Təqsirləndirilən şəxsla aralarında 2016-ci il tarixdən hazırki müddətədək ailədaxili narazılıqlar vardır. Narazılıqların əsas səbəbi isə Təqsirləndirilən şəxs daim spirtli içki qəbul etməsi olmuşdur. Hazırda boşanmışlar. 27.09.2020-ci il tarixdə təxminən saat 18 radələrindən işdən çıxıb ST. Sumqayıt qəsəbəsində yerləşən evinin yaxınlığında yerləşən valideynlərinin evinə getmişdir. Bir qədər orada qaldıqdan sonra saat 20:30 radələrində qızı Şahid2 ilə birgə yaşadığı ST.Sumqayıt qəsəbəsi ev 35B ünvanına getmişdir. Mənzilə daxil olanda əri Təqsirləndirilən şəxs qonaq otağında tək oturub yemək yeyib spirtli içki qəbul edirmiş. Ərinin hərəkətlərindən sərxoş olması açıq-aşkar hiss olunurmuş. Mübahisə yaranmasın deyə mənzilə daxil olan kimi qızı Rəqsanə ilə birgə öz otaqlarına keçmişlər. Təxminən 10- 15 dəqiqə keçmişdir ki, qonaq otağında əşyaların yerə çırpılması və qırılması səsini eşidib qızı Rəqsanə ilə birgə qayıtmışdır. Təqsirləndirilən şəxs onu görən kimi onun ünvanına nalayiq ifadəli təhqirlər edib “gör sənin başına nə oyunlar açacam” deyə ifadə bildirmişdir. O, Hilalın hansı səbəblə belə danışmasını anlamamış və sərxoşluğunu nəzərə alıb mübahisə böyüməsin deyə ərinə cavab qaytarmamışdır. Hilalın narazılığı böyüdəcəyini nəzərə alıb onu sakitləşdirmək məqsədi ilə AR DİN 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Təxminən saat 21:15 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşı Rüstəm tanımadığı 2 nəfər polis əməkdaşları ilə birgə yaşadığı evə gəlmişdirlər. Onlara olanlar barədə məlumat verdikdən sonra Rüstəm ona evə daxil olub qapını bağlamağını, Hilal isə özü ilə bölməyə aparacağını bildirmişdir. Həqiqətən Rüstəm dediyi kimi də etmişdir. O, çöl darvaza və mənzilin qapılarını bağlayıb qızı ilə birgə yatmışdır. 27.09.2020-ci il tarixdə təxminən saat 22:10 radələrində çöl darvazanın döyülməsini eşitmişdir. Pəncərədən baxanda qışqırıq səsindən tanıyıb qapını döyənin Hilal olduğunu başa düşmüşdür. Darvazanı açmamışdır. 5 dəqiqə sonra mənzilin qapısının döyülməsini eşitmişdir. Bilmiş ki, Hilal hasardan aşmaqla həyətə daxil olmuşdur. Evin giriş qapısını da açmadığı üçün Hilal qapının yanındakı şüşə pəncərəini əli ilə qırmışdır. Hilal şüşəni qıran zaman şüşə sağ əlini kəsmişdir. Buna baxmayaraq Hilal içəri daxil ola bilməmişdir. O, Rüstəmin istifadəsində olan mobil nömrəyə zəng etmişdir. Rüstəm özünün yaxınlıqda olmadığını, Ramin adlı polis əməkdaşını evə göndərəcəyini bildirmişdir. Təxminən 23 radələrində Ramin adlı polis əməkdaşı tanımadığı 2 nəfər polis işçiləri ilə birgə evinə gəlmişlər. Ramilin tövsiyəsi ilə qızı Rəqsanəni də götürüb valideynlərinin yaşadığı evə getmişdir. Hilal isə öz evində qalmışdır. Növbəti gün, yəni 28.09.2020-ci il tarixdə təxminən saat 07:30 radələrində iş paltarını götürmək üçün oğlu Şahid1la birgə yaşadığı evə qayıtmışdır. Onları görən Hilal həyətdə əvvəlcə oğlu Məhəmmədin üzərinə cummuşdur. O, Hilalın Məhəmmədi vuracağından ehtiyat edib Məhəmmədin qarşısına keçmişdir və nəticədə Məhəmmədə ünvanlanan zərbə ona dəymişdir. Yəni, Hilal tərəfindən vurulan zərbə ona ünvanlanmasa da o Məhəmmədin qarşısına keçdiyindən zərbə ona dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 Zərərçəkmiş şəxs ifadəsini təsdiq edərək göstərdi ki, hadisə vaxtı özü orada olmasa da anası ona baş vermiş hadisəni danışmışdır. Hadisə vaxtı orada anası və qardaşı olmuşdur. Lakin hadisədən bir gün əvvəl atasının spirtli içki qəbul etdiyi üçün sərxoş halda anası ilə mübahisə edib, anasına nalayiq ifadələr işlətdiyinin şahidi olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, 28.09.2020ci il tarixdə təxminən saat 07:30 radələrində iş paltarını götürməsi üçün anası Zərərçəkmiş şəxs ilə birgə yaşadığı evə getmişlər. Həyətdə onu görən atası Hilal onun üzərinə cummuşdur. Hilalın onu vuracağından ehtiyat edən anası Gülafət Hilalın qabağına keçmişdir. Buna görə də həmin zərbə anasına dəymişdir. Anası zərbənin təsirindən geri gedib sol çanaq nahiyəsi tərəfdən yerə yıxılmışdır. Özü və ya anası tərəfindən mübahisə zamanı Təqsirləndirilən şəxs fiziki təsir üsulu tətbiq edən olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, 2007-ci il tarixdən etibarən DİO-da, 2020-ci il aprel ayından etibarən Sumqayıt ŞPİ-nin 5-ci PB-də sahə rəisi vəzifəsində, kapitan rütbəsində işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayan şəxslər kimi tanıyır. 27.09.2020-ci il tarixdə təxminən saat 21 radələrində Zərərçəkmiş şəxs onun istifadəsində olan mobil nömrəyə zəng edərək əri Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə münaqişə yaratmağa çalışdığını bildirib ondan həmin ünvana getməyi xahiş etmişdir. Təxminən 15 dəqiqə sonra Gülafətin yaşadığı ünvana yollanmışdır. Yaşayış evində Gülafət Hilal və övladları Rəqsanə olmuşdur. Hilal sərxoş vəziyyətdə imiş. Gülafət yerə səpələnmiş ev əşyalarını göstərib Hilalın heç bir səbəb olmadan həmin əşyaları sındırdığını bildirmişdir. Hilala 102 xidməti zəng mərkəzinə ünvanladığı müraciətlə bağlı Sumqayıt ŞPİ-nin 5-ci PB-nə getməyi təklif edəndə Hilal onun təklifi ilə razılaşmışdır. Oradan Hilalı Sumqayıt ŞPİ-nin 5-ci PB-nə aparmışdır. Hilal rəsmi ərizəsini yazdıqdan sonra Hilalla profilaktik söhbətlər etmişdir. Hilal ona daha bundan sonra münaqişə yaratamayacağını bildirdiyi üçün evinə getməyə icazə vermişdir. Təxminən saat 22:10 radələrində Gülafət yenidən onun istifadəmdə olan mobil nömrəyə zəng edib, Hilalın qapını döydüyünü, onun isə qapını açmadığını, bu səbəbdən Hilalın evin pəncərələrini əli ilə qırdığını bildirib tez bir zamanda həmin ünvana yaxınlaşmağını xahiş etmişdir. O, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin NH-nə məlumat vermişdir. Məlumatı üzrə növbətçi hissə tərəfindən Ramin adlı polis əməkdaşı növbədə olan digər əməkdaşlarla birgə hadisə yerinə getmişdirlər. Bir neçə gün sonra Gülafəti 5-ci PB-də görəndə Gülafət ona şifahi olaraq bildirmişdir ki, 28.09.2020-ci il tarixdə saat 07:30 radələrində Hilal onu yaşadığı evin həyətində döymüşdür. 27.09.2020-ci il tarixdə hadisə yerinə gedən zaman orada olan şəxslərin hər hansı birinin bədəni üzərində xəsarət izi müşahidə etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -cinayət işinin materiallarında olan cinayət işinin başlanması haqqında 19.10.2020-ci il tarixli qəradan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılmasından ötrü Sumqayıt şəhər Pİ-nə göndərilmişdir. -cinayət işinin icraata qəbul edilməsi barədə 21.10.2020-ci il tarixli qərardan görünür ki, 21.10.2020-ci il tarixdə Sumqayıt ŞPİ-nə daxil olmuş cinayət işinin istintaqı müstəntiq Asəf Hətəmliyə həvalə edildiyindən həmin tarixdə də icraata qəbul edilib istintaqı davam etdirilmişdir. -təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25.11. 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. -təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə 21.12.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. -İş üzrə hadisə yerinə keçirilmiş 28.09.2020-ci il tarixli baxış istintaq hərəkətinə dair tərtib olunmuş protokoldan görünür ki, hadisə ünvan 2 ünvanının həyətində baş vermişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilib əksi çıxarılmaqla işə əlavə edilmişdir. -cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28.09.2020-ci il tarixli 1194 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər vardır: sol gözaltı nahiyəsinin sıyrığı, sol bud-çanaq oynağının bayır-arxa səthinin qançırı. Qeyd olunan xəsarət küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir günə qədər əvvəl olamqla, 28.09.2020-ci il tarixdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid edilir. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 04.11.2020-ci il tarixli təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs 30.12.2002-ci il tarixli Xaçmaz DYNPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilmişdir. -Cinayət işinin materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti 23 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə şifahi və ya yazılı şikayət daxil olmamışdır. -Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 23.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 186.1 və 221.1-ci maddəsi üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X1 21.06.2021-ci il tarixli ərizəsindən görünür ki, o məhkəmə iclasında verdiyi ifadəsini təsdiq edərək hadisə zamanı Təqsirləndirilən şəxs oğlu Məhəmmədi vurarkən Məhəmmədin qarşısına keçdiyi üçün zərbə ona dəymişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən ağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmağa görəmin manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə aşağıda göstərilən prosessual normaların tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq tədqiq və təhlil etmiş, toplanmış sübutları həm ayrı-ayrılıqda, həm də bir-biri ilə əlaqəli şəkildə müqayisə edərək sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qanunu və vicdanını rəhbər tutaraq qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək daxildir (maddə 8.0.3, 8.0.5). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət Prosessual Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Cinayət işi üzrə tərtib olunmuş ittiham aktında və təqsirləndirilən şəxs qismində cəlb olunmaya dair qərarda hadisənin 27 sentyabr 2020-ci il tarixində baş verməsi göstərilsə də məhkəmə araşdırması zamanı hadisənin 28 sentyabr 2020-ci il tarixində baş verməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin; 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: -məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək, işdəki sübutları işin halları ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad edilən ictimai təhlükəli əməl törədilməmişdir, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmir və Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə bəraət verilməlidir. Belə ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı və məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, Zərərçəkmiş şəxs vurmadığını bildirmişdir. Həmçinin cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsindən və 21.06.2121-ci il tarixli ərizəsindən də görünüdüyü kimi Təqsirləndirilən şəxs oğlu Məhəmmədi vurmaq istəyən zaman o, oğlu Məhəmmədin qarşısına keçmiş və nəticədə zərbə ona dəymişdir. Bu, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi onun qəsdi ilə əhatə olunmur. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu Şahid1 vurmaq istəyərkən arvadı Zərərçəkmiş şəxs oğlu Məhəmmədin qarşısına keçməsi nəticəsində ehtiyatsızlıqdan əli ilə sonuncunun sol göz nahiyəsinə zərbə vurub yerə yıxmaqla sol gözaltı nahiyyənin sıyrığı, sol bud-çanaq oynağının bayır-arxa səthinin qançırı kimi xəsarətlər yetirib, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs Məhəmməd oğlunun qəsdi Zərərçəkmiş şəxs xəsarət yetirmək olmamışdır. Onun zərərçəkmiş şəxsə qəsdən xəsarət yetirməsi barədə cinayət işinin materiallarında inandırıcı və mötəbər sübut yoxdur. Azərbaycan Respublikası Cinayət qanunvericiliyində sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi iirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmağa görə cinayət məsuliyyəti müəyyən edildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirliliyi müəyyən edilmədiyindən ona bəraət verilməlidir. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiyanın 129-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Bu mövqedən yanaşaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilən ittiham əsassızdır, o həmin cinayəti törətməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək, işdəki sübutları işin halları ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad edilən ictimai təhlükəli əməllərin törədilməsi sübuta yetirilmir. Bu səbəbdən də sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində irəli sürülmüş ittiham toplanmış sübutların məcmusu ilə sübuta yetirilmədiyindən həmin ittihamın əsaslı hesab edilə bilməz. Həmçinin Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Məhkəmə hesab edir ki, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan - təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. Azərbaycan Respublikasının CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir, bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs istinad edilən ittiham üzrə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması (maddə 42.1.2), təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxsin barəsində bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alan məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, ittiham tərəfi təqsirləndirilən şəxsin təqsirini mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Təqsirləndirilən şəxs Məhəmməd oğlu tərəfindən zərərçəkmiş şəxsə zərbənin vurulması müəyyən edilsə də baş vermiş hadisənin Təqsirləndirilən şəxs qəsdi ilə əhatə olunub-olunmaması istintaq orqanı tərəfindən müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir və ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Azərbaycan Respublikası CPM-nin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Məhkəmədə cinayət işinin baxılmasının nəticələrinə dair Sumqayıt şəhər Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı Asəf Hətəmli barəsində xidməti fəaliyyətində yol verdiyi nöqsanlarla bağlı xüsusi qərar çıxarılmalıdır. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 06.01.2021-ci il tarixli (iş № 1(060)-164/2021) qərarını icra edərək, 11.01.2021-ci il tarixli 030 saylı orderə əsasən vəkil X3 onun vəkili təyin etmişdir. Müdafiəçi X4 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. «xxxx» ASC Sumqaıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.4, 42.2.4, 348.3 və 350.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bəraət verilsin. Məhkəmədə cinayət işinin baxılmasının nəticələrinə dair Sumqayıt şəhər Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı Asəf Hətəmli barəsində xidməti fəaliyyətində yol verdiyi nöqsanlarla bağlı xüsusi qərar çıxarılsın. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs Sumqayıt Regional vəkil Bürosunun vəkili X2 göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: «xxxx» ASC Sumqayıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-164/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-164/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver