Məhkəmə qərarları › İş №1(060)-164/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-164/2022

25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-164/2022 25.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1966-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayında istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin həyətyanı sahəsinin ağacların əkildiyi, bağ kimi istifadə olunan yerində, dəmir məftillərlə əhatəyə alaraq ayırdığı sahədə torpaq üzərində qanunsuz olaraq tərkibində narkotik maddələr (komponentlər) olan çətənə (kannabis) bitkisi toxumlarını əkmiş, əkdiyi toxumlardan cücərmiş 04 ədəd çətənə bitkisi kollarını yetişdirmək məqsədilə mütəmadi olaraq suvarıb qulluq göstərməklə kultivasiya etmiş və onun cinayət törətməsi barədə məlumat almış Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 21 sentyabr 2021-ci il tarixdə saat 19:00 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evinin həyətyanı sahəsində xeyli miqdarda - 04 ədəd tərkibində narkotik maddələr (komponentlər) olan çətənə (kannabis) bitkisi kolları əkilib kultivasiya edildikləri torpaqda kök üstündə aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1966-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subaydır və ünvan 3 ünvanında vəfat etmiş valideynlərinə məxsus evdə qardaşı X2 ilə birlikdə yaşayır. Əvvəllər narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar olaraq bir neçə dəfə məhkum olunmuş, hal-hazırda məhkumluğu ödənilmişdir. Narkotik vasitə alüdəçisidir. Daha çox narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Son olaraq 2021-ci ilin iyul ayında Sumqayıt şəhər ərazisində tanımadığı şəxsdən 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana almış, həmin narkotik vasitəni istifadə etdiyi zaman içərisindən 07 ədəd çətənə bitkisinin toxumlarını tapmış, öz istifadəsi üçün ünvan 2 ünvanında yerləşən yaşadığı evin həyətyanı sahəsindəki bağda ağacların arasında dəmir məftildən ayrıca sahə ayıraraq, orada torpaq üzərində bir-birinə yaxın iki hissəli yer qazıb əkmişdi. Həmin qazdığı yerlərdən birində 04 ədəd toxum, digərində isə 03 ədəd toxum əkmişdir. Sonra isə günaşiri həmin toxumlar cücərsin deyə su verməyə başlamışdır. Bildirdiyi kimi həmin yaşayış sahəsində onunla bərabər qardaşı da yaşayırdı. Lakin nə qardaşı, nə də başqa kənar şəxslər onun yaşadığı evin həyətində çətənə bitkisi əkib-becərməyindən xəbərdar olmamışdırlar. Həyətdə yalnız bağçılıqla məşğul olduğundan həmin çətənə toxumlarını oraya əkib-becərib böyütmüşdür. Əkdiyi 07 ədəd çətənə toxumundan 03 ədədi çürümüş, 04 ədədi isə cücərmiş və bitkilərin tam böyüməsini gözlədiyindən onlardan istifadə etməmişdir. 21 sentyabr 2021-ci il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsi ərazisində, yaşadığı evin yaxınlığında piyada hərəkətdə olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdirərək narkotik vasitələrdən istifadə etməyi, həmçinin yaşadığı evin həyətində çətənə bitkisi əkməyi ilə əlaqədar barəsində şübhələr olduğunu deyib, Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər, o, qarşılıq vermədən onlarla birlikdə Polis Bölməsinin inzibati binasına gəlmişdir. Həmin zaman o, evə çörək almaq üçün ərzaq mağazasına getmək məqsədi ilə küçəyə çıxmışdı və üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis Bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o, üzərində heç bir qanunla qadağan edilmiş əşya və ya pedmet olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərinə axtarış keçirilmiş və heç bir qanunla qadağan edilmiş əşya tapılmamışdır. Üzərinə şəxsi axtarış keçirilərkən şifahi sorğu zamanı o, yaşadığı evin həyətində çətənə bitkisi əkib-becərdiyini demiş, yaşadığı evin həyətinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdikdən sonra ünvan 3 ünvanında yerləşən yaşadığı evin həyətinə polis əməkdaşları, müdafiəçisi və aqronomun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı o, yaşayış sahəsinin həyətinin evin arxa tərəfinə düşən hissəsini həyətyanı sahədə bağ kimi istifadə etdiyi ağaclıq ərazini göstərib çətənə bitkilərini orada əkdiyini deyib oraya yaxınlaşaraq 04 ədəd çətənə bitkilərini ağacların arasında dəmir məftil ilə ayırdığı sahədə təqdim etmişdir. Polis əməkdaşları tərəfindən də həmin bitkilər aşkar olunaraq götürülmüş və həmin bitkilər daha sonra ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq möhürlənmişdir. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. İcraatına ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, yaşadığı ünvanda çətənə bitkisi əkibbecərməsində şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibəti də olmamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 21 sentyabr 2021-ci il tarixdə, saat 18:35 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsində, yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özülərini təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, yaşadığı ünvanda çətənə bitkisi əkib-becərməsində şübhəli olduğundan sonuncunun üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirmişlər və onu Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, o da üzərində heç bir qanunla qadağan edilmiş əşya və ya predmət olmadığını demiş və təhqiqatçı tərəfindən də heç bir qanunsuz əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs onun yaşadığı ünvanda çətənə bitkisi əkib-becərməsi barədə soruşulduqda o, yaşadığı ünvanda hal-hazırda çətənə bitkisi əkibbecərilməsi, kultivasiyası ilə məşğul olduğunu demiş, bundan sonra həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını şifahi və yazılı formada bildirdikdən, həmçinin aqranom dəvət edildikdən sonra Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşayış sahəsinin həyətinin, evin arxa hissəsinə düşən hissəsində yerləşən bağ sahəsində dəmir məftillərlə ayırdığı yeri göstərib, orada torbaq üzərində 04 ədəd çətənə bitkisi əkib-becərdiyi demiş, daha sonra əli ilə göstərmişdir. Təqsirləndirilən şəxs göstərdiyi bitkilərə aqronom tərəfindən baxılmış, aqranom tərəfindən həmin bitkilərin aqro-texniki qulluq edilmiş çətənə bitkiləri olduğu deyildikdən sonra tərəflərindən həmin bitkilər ekspertizaya təqdim olunması üçün kökündən çıxarılıb götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin özü tərəfindən 2021-ci ilinin iyul ayında əkildiyini, tərəfindən qulluq edilib böyüdüldüyünü, həmin bitkiləri şəxsi istifadəsi üçün əkibbecərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatları daxil olsa da, narkotik vasitələrin, o cümlədən tərəfindən yaşadığı ünvanda əkibbecərilmiş çətənə bitkisinin satışı ilə məşğul olması və çətənə bitkisinin toxumlarını konkret olaraq haradan və ya kimdən əldə etməsi barədə heç bir məlumat əldə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin polis sahə rəisləri, polis baş leytenantı Şahid2 da ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, bina 9/6, mənzil 50-də ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlik keçirməmişdir. Sumqayıt şəhəri Yaşıllaşdırma İdarəsinin baş aqronomu vəzifəsində işləyir. Hüquq mühafizə orqanları ilə uzun müddətli iş təcrübəsi vardır. 21 sentyabr 2021-ci il tarixdə o, işdə olduğu müddətdə Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsindən mütəxəssis-aqronom ayrılması üçün işlədiyi idarəyə sorğu göndərilmiş, həmin tarixdə idarə rəhbərliyi tərəfindən aqronom kimi Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə gəlmişdir. Polis Bölməsində ona ünvan 1 ünvanında yaşayan adını sonradan bildiyi Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətində narkotik tərkibli çətənə bitkilərinin əkməsində şübhəli olduğunu və bununla bağlı Təqsirləndirilən şəxs yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsi üçün həmin ünvana gediləcəyi bildirilmişdir. Ona hüquq vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxsla heç bir qərəzli münasibəti də olmamışdır. Təqsirləndirilən şəxs yaşayış sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra həmin tarixdə, saat 19:00 radələrində polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs qeyd olunan ünvanda yerləşən yaşadığı evə gəlmiş, baxış keçirilməsi videoçəkilişlə aparılmışdır. Həyətə baxış zamanı ev sahibi Təqsirləndirilən şəxs həyətyanı sahəsində, evin arxa tərəfində bağın içində əkib becərdiyi 04 ədəd narkotik tərkibli çətənə bitkilərini təqdim etmişdir. Polis əməkdaşları həmin çətənə kollarını nə vaxt hansı məqsədlə əkdiyini Təqsirləndirilən şəxs soruşduqda, o, həmin çətənə bitkilərini şəxsi istifadəsi üçün təxminən 2021-ci ilin iyul ayında əkdiyini, həmin müddətdən qulluq edib yetişdirdiyini bildirdi. Tərəfindən həmin bitkilərə baxıldıqda, bitkilərin toxumla qidalı torpaqda becərdilmiş, mütəmadi olaraq suvarılmış, aqro-texniki qaydada qulluq edilməklə inkişafı təmin edilmiş çətənə bitkiləri olduğu ilkin olaraq müəyyən edilmişdir. Daha sonra polis əməkdaşları tərəfindən aqro-texniki qaydada qulluq edilmiş narkotik tərkibli çətənə bitkilərini kökündən çıxarılmış və qablaşdırılaraq götürülmüşdür. Daha sonra aşkar olunmuş 04 ədəd çətənə kollarının aqro-texniki qaydada qulluq göstərilərək kultivasiya edilmiş çətənə-kannabis kolları olması barədə rəsmi məlumat vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. 21 sentyabr 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasının xidməti otağında videoçəkiliş vasitəsiylə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakıyla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkarlanmamış, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, narkotik vasitə istifadəçisidir və yaşadığı evin həyətində çətənə bitkilərinin əkilib-becərilməsi ilə məşğul olur, bundan sonra Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən yaşadığı evin həyətinə baxış zamanı həyətin bağ sahəsində torpaqda köküstə 04 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuş, aqronom tərəfindən həmin bitkilərə baxılaraq, onların aqro-texniki qulluq edilmiş çətənə bitkiləri olduğu müyyən edilmiş, daha sonra həmin bitkilər kökü ilə birlikdə götürülmüş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri 2021-ci ilin iyul ayında şəxsi istifadəsi üçün əkib qulluq edərək yetişdidiyini bildirmişdir. Baxış zamanı başqa hər hansı bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 22 sentyabr 2021-ci il tarixli 7/975 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkib-becərdiyi narkotik tərkibli çətənə koluna bənzər 4 ədəd kökü üstə yaş halda bitki kolları” yazılar olan ağ rəngli sintetik torbada yaş vəziyyətdə, ümumi sayı 04 ədəd, ümumi çəkisi - 360,0 qram olan bitki nümunələri, əkilibbecərilməsi qadağan olunmuş, tərkiblərinə görə eyni növdən olan, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Qeyd: Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi - 360,0 qram, tədqiqata sərf edilən miqdar - 0,2 qram (hər obyektdən 0,05 qram), qalıq – 359,8 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 13 noyabr 2021-ci il tarixli 4459 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabiodlərin qəbulu nəticəsində yaranan aşlılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materialında olan Sumqayıt şəhər Yaşıllaşdırma idarəsinin 22 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilərkən aşkar olunmuş 04 ədəd bitkilər, köküstə narkotik bitki olan yaş çətənə kollarıdır, onlara aqrotexniki qulluq olunmuşdur. İş materiallarından görünür ki, 04 ədəd, ilkin çəkisi 360,0 qram olan, bioloji tədqiqatdan sonra qalıq qalmış 359,8 qram çətənə (kannabis) bitkiləri cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 21.09.2021-ci il tarixdə tutulmuş, 23.09.2021-ci il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-21/2022 saylı, 13.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yeni cinayət işi başlanılaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, yaşayış yerində müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 21.09.2021-ci il tarixdən 23.09.2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 25.04.2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 13.01.2022-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 04 ədəd, ilkin çəkisi 360,0 qram olan, bioloji tədqiqatdan sonra qalıq qalmış 359,8 qram çətənə (kannabis) bitkiləri məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 21.09.2021-ci il tarixdən 23.09.2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25.04.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və Sumqayıt Şəhər Məhkəməsinin 13.01.2022-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri nəzərə alınsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 04 ədəd, qalıq çəkisi 359,8 qram çətənə (kannabis) bitkiləri məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar