Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-164/2023 22.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1968-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 yüksək vəzifədə işləyən tanışlarının olması və onların vasitəsi ilə işə adam düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncunun oğlu X2 Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə zabit kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs2 2020ci ilin avqust ayında hissə-hissə olmaqla, yəni xx.xx.2020-ci il tarixdə 5000 (beş min) manat və xx.xx.2020-ci il tarixdə 3500 (üç min beş yüz) manat məbləğində nağd pulu özünün yaşadığı Sumqayıt şəhəri, Qurd Dərəsi bağlar massivi, 2-ci döngədə yerləşən fərdi yaşayış evində vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə xeyli miqdarda - 8500 (səkkiz min beş yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanıunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 yüksək vəzifədə işləyən tanışlarının olması və onların vasitəsi ilə müxtəlif şəxslərə təqaüd düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncunun X3a təqaüd düzəldəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində 2021-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs1 2000 (iki min) manat məbləğində nağd pulu sonuncunun yaşadığı ünvan 4 ünvanında ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 2000 (iki min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun maddi vəziyyəti aşağı olduğundan və ona pul lazım olduğundan tanışı Mikayıla demişdir ki, uyğun şəxsi lazım olsa FHN-nə pul müqabilində işə düzəldə bilər. Mikayilda ona inanmış və o, Mikayılın qohumu Sonanın oğlu Nurəddini FHN-nə işə düzəltmək adı ilə 8500 manat məbləğində pul istəmişdir. O, yalandan bildirmişdir ki həmin pulu lazım olan vəzifəli şəxslərə verəcək və Sonanın oğlunu FHN-nə işə düzəldəcəkdir. Mikayıl da ona qohumu Sonanın mobil nömrəsini vermiş və o, Sona ilə tanış olduqdan sonra o, 2020-ci ilin avqust ayında yaşadığı ünvanda Sumqayıt şəhəri, Qurd Dərəsi bağlar massivi ərazisində Sona və onunla birlikdə gələn Mikayılla söhbət etmiş və ilk olaraq Sonadan 5000 manat məbləğində pulu Sonanın oğlunu FHN-nə işə düzəltmək adı ilə ondan almışdır. Daha sonra təxminən 10 gün sonra Sonadan 3500 manatı da almışdır. Aldığı pulları öz şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmiş və həmin puldan heç kəsə rüşvət verməmişdir. Bundan başqa uzun müddət ərzində onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 oğlunun vətən müharibəsi iştiraçısı olduğunu bilmiş və Gülüstana təklif etmişdir ki, onun oğlunu 3 qrup əlil kimi tanışlarının vasitəsi ilə təqaüdə çıxarda bilər. Gülüstan ona inanmış və bu işi həll etmək üçün o, Gülüstana 2000 manat pul lazım oldğunu bildirmişdir. Buna görə də, 2021-ci ilin fevral ayında o, Zərərçəkmiş şəxs1 evinə getmiş, Gülüstan və onun ailə üzləri ilə birlikdə görüşərək, sonuncudan 2000 manat pul almış, həmçinin ondan xəstəxanda yaralı olması barədə arayışları və digər lazım olan sənədlərin surətini inam yaratmaq üçün almışdır. Aldığı pulları öz şəxsi ehtiyyaclarını ödəmək üçün xərcləmiş və həmin puldan heç kəsə rüşvət verməmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs1 vurulmuş maddi zərəri tam olaraq ödədiyini, digər Zərərçəkmiş şəxs2 isə 4000 manat maddi zərəri ödədiyini, qalıq 4500 manat maddi zərəri ödəməyə maddi imkanı olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, oğlu Nurəddin 2020-ci ildə heç bir yerdə işləmədiyi üçün, eləcə də həyat yoldaşı rəhmətə getdiyi üçün maddi çətinlikləri olduğu üçün oğlunu işə düzəltmək istəmişdir. Həmin ərəfədə qohumlarının vaitəsilə tanıdığı Təqsirləndirilən şəxs işə adam düzətdiyini öyrənmişdir. 2020-ci ilin avqust ayında o, Elvira ilə bir neçə dəfə mobil telefon vasitəsilə danışıb oğlu Nurəddinin iş məsələsi ilə bağlı söhbət etmişdir. Elvira oğlunu Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinə zabit kimi işə düzəldə biləcəyini söyləmiş və bunun üçün 8500 manat pul lazım olduğunu ona bildirmişdir. O, Elviraya 5000 manat pulunun olduğunu bildirmişdir. Elvira 5000 manat pulu ona verməyini, bir həftə ərzində isə qalan 3500 manat pulu da vermək lazım olduğunu bildirmişdir. O, 2020-ci ilin təxminən avqust ayının 17-də Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi, 2-ci döngədə Elviranın yaşadığı fərdi evin həyətində Elvira ilə görüşüb söhbət etmişlər. Həmin vaxt Elvira oğlu Nurəddinin 2020-ci ilin oktyabr ayında işə çıxacağını bildirmişdir. O, 5000 manat pulu Elviraya vermişdir. X1 Əsgərovun şəxsiyyət vəsiqəsinin, diplomunun, 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərdə iştirak etməsi ilə əlaqədar hərbi biletinin surətlərini ondan götürmüşdür. Həmin vaxtdan 10 gün sonra isə xx.xx.2022-ci ildə qalan 3500 manat pulu Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi 2-ci döngədə Elviranın yaşadığı fərdi evin həyətində Elviraya vermişdir. Həmin müddətdən 2 ay keçdikdən sonra o, Elvira ilə əlaqə saxladıqda Elvira səbirli olmağını söyləyib işi həll edəcəyinə dair söz vermişdir. O, hər dəfə Elvira ilə oğlunun işi ilə bağlı danışan zaman onu müxtəlif bəhanələrlə aldadaraq qısa müddət ərzində oğlunun işə çıxacağını ona söyləyirdi. Daha sonra isə Elvira fövqəladəyə oğlunun işinin alınmadığını, oğlunu hərbi polisə işə düzəldə biləcəyini söyləmişdir. O, da Elviraya hərbi polisə də olsa oğlunu işə düzəlməsini bildirmişdir. Həmin müddətdən xeyli vaxt keçdikdən sonra Elviranın onu aldatdığını görüb onun başqa şəxsləri də aladaraq pullar aldığını öyrənib ondan pulunu qaytarmasını tələb etmişdir. Elvira hər dəfə onu aldadıb pulu qaytarmamışdır. Elviranın ondan aldığı pulu qaytarmaq istəmədiyini və onu hər dəfə aldatdığını görüb 2022-ci ilin yanvar ayının 28-də Sumqayıt ŞPİ-nin 1-ci PB-nə bu barədə ərizə ilə müraciət etmişdir. Elvira onunla və qızı Lamiyə ilə dəfələrlə telefonla vasitəsi ilə danışan zaman işi həll edəcəyinə, sonralar isə pulu qaytaracağı barədə söz vermişdir. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 8500 manatdan 4000 manatının ödənildiyini bildirərək, hazırda isə qalıq məbləği tələb etdiyini bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddət onunla qonşu olmuş və onunla münasibətləri normal olmuşdur. X3 "Vətən müharibəsi"ndə iştirak etmiş və müxtəlif xəsarətlər almışdır. 2021-ci ilin fevral ayında Elvira onu görən zamanı o, bildirmişdir ki, Vətən müharibəsi iştirakçısı olan X3a müharibə zamanı yaralandığı üçün pensiya düzəldilməsinə köməklik edə bilər. O, da Elvira ilə bu barədə söhbət edib bu məsələdə köməklik etməsini ondan xahiş etmişdir. Elvira ona pensiyanın düzəldilməsi üçün 2000 manat məbləğində pul lazım olacağını bildirmişdir. O, da inanıb 2021-ci ilin fevral ayının əvvəlində, təxminən fevral ayının 5-də yaşadığı mənzildə 2000 manat məbləğində pulu vətən müharibəsi iştirakçısı olan oğlu Rəvana əlilliyə görə pensiya düzəldilməsi üçün Elviraya vermişdir. Elvira ondan Rəvanın şəxsiyyət vəsiqəsinin surətini və vətən müharibəsi iştirakçısı olmağı ilə bağlı şəhadətnaməsinin surətini də götürmüşdür. Elvira ondan pulu aldıqda bildirmişdir ki, altı ay müddətinə Rəvanın pensiyasını düzəldəcəkdir. Lakin, bundan bir il müddət keçməsinə baxmayaraq oğlu Rəvanın pensiyasının düzəldilməsinə köməklik etməmişdir. Həmçinin, ondan aldığı 2000 manat məbləğində pulu qaytarmamışdır. O, Elviranın müxtəlif bəhanələr gətirərək vaxtı uzatmasını, pulunu ələ keçirməsini və onu aldatmasını başa düşüb onun barəsində xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə şikayət ərizə ilə müraciə etmişdir. O, Elviraya 2000 manat pulu yaşadığı ünvan 6 ünvanında, 2021-ci ilin fevral ayının 5-də vermişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini bildirərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, qardaşı Əsgərov Nurəddin 2020-ci ildə heç bir yerə işləmədiyi üçün, eləcə də ataları rəhmətə getdiyindən maddi çətinlikləri olduğundan qardaşı Nurəddini işə düzəltmək istəmişlər. Həmin ərəfədə qohumlarının vaitəsilə onların tanıdıqları Təqsirləndirilən şəxs işə adam düzəltdiyini öyrənmişlər və 2020-ci ilin avqust ayında anası Sona tanış olduqları Elvira ilə bir neçə dəfə mobil telefon vasitəsilə danışıb qardaşı Nurəddinin iş məsələsi ilə bağlı yanında söhbət etmişdir. Elvira qardaşını zabit kimi Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinə zabit kimi işə düzəldə biləcəyini söyləmiş və bunun üçun 8500 manat məbləğində pul lazım olduğunu anası Sonaya bildirmişdir. Anası Sona ona 5000 manat pulun olduğunu söyləmişdir. Elvira 5000 manat pulu ona verməyini, bir həftə ərzində isə qalan 3500 manat pulu düzəltməyini anası Sonaya demişdir. Qeyd olunan söhbətləri anası Sonanın Elvira ilə mobil telefon vasitəsi ilə danışdığı zaman eşitmişdir. Daha sonra o, bacısı Selyan, anası Sona və qohumu Mikayil Əsgərovla 2020-ci ilin təxminən avqust ayının 17-də Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi 2-ci döngədə Elviranın yaşadığı fərdi evin həyətində onunla görüşmüşdür və Nurəddini işə düzlətmək üçün iş haqqında söhbət etmişlər, daha sonra anası Sona qohumu Mikayılla birlikdə təklikdə Elvira ilə onun oğlu Fəridin yanında Elviraya 5000 manat məbləğində pul vermişdirlər. Orada Elvira ilə təxminən yarım saat söhbət etmişlər, Elvira qardaşının 2020-ci ilin oktyabr ayında işə çıxacağını bildirmişdir. Həmçinin, Elvira qardaşı Nurəddin Əsgərovun şəxsiyyət vəsiqəsinin, diplomunun, 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərdə iştirak etməsi ilə əlaqədar hərbi biletinin surətlərini çıxardaraq anasından götürmüşdür. Həmin vaxtdan 10 gün sonra isə qalan 3500 manat pulu anası Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində Elviranın yaşadığı fərdi evin həyətində Elviraya vermişdir. Həmin müddətdən 2 ay keçdikdən sonra anası və o, Elvira ilə əlaqə saxladıqda sonuncu səbrli olmaqlarını söyləyib işi həll edəcəyinə dair söz vermişdir. O, hər dəfə Elvira ilə qardaşının işi ilə bağlı danışan zaman onu müxtəlif bəhanələrlə aldadaraq qısa müddət ərzində qardaşının işə çıxacağını ona söyləmişdir. Daha sonra isə Elvira fövqəladəyə qardaşının işinin alınmadığını, Nurəddini hərbi polisə işə düzəldə biləcəyini söyləmişdir. Anası da Elviraya hərbi polisə də olsa qardaşını işə düzəlməsini bildirmişdir. Həmin vaxtdan xeyli müddət keçdikdən sonra Elviranın anasını və onları aldatdığını görüb onun başqa şəxsləri də aldadaraq pullar aldığını öyrənib ondan pullarını qaytarmasını tələb etmişlər. Elvira hər dəfə onları aldatmışdır. Anası Elviranın pulunu qaytarmaq istəmədiyini, anasını və onları hər dəfə aldatdığını görüb 2022-ci ilin yanvar ayının 28-də Sumqayıt ŞPİ-nin 1-ci PB-nə bu barədə ərizə ilə müraciət edərək şikayət etmişdir. Məhkəmədə Şahid2 ifadəsində Şahid3 ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddət onunla qonşu olmuş və onunla münasibətləri normal olmuşdur. X3 "Vətən müharibəsi"ndə iştirak etmiş və bədənindən müxtəlif xəsarətlər almışdır. Elviranın da oğlunun müharibədə xəsarət almasından məlumatı olmuşdur. 2021-ci ilin fevral ayında Elvira həyat yoldaşı Zərərçəkmiş şəxs1 görən zamanı ona bildirmişdir ki, "Vətən müharibəsi" iştirakçısı olan X3a müharibə zamanı yaralandığı üçün pensiya düzəldilməsinə köməklik edə bilər. Həyat yoldaşı Zərərçəkmiş şəxs1 da Elvira ilə bu barədə söhbət edib bu məsələdə köməklik etməsini ondan xahiş etmişdir. Elvira onun yanında həyat yoldaşı Zərərçəkmiş şəxs1 pensiyanın düzəldilməsi üçün 2000 manat məbləğində pul lazım olacağını bildirmişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs1 da ona inanıb 2021-ci ilin fevral ayının əvvələrində, yaşadığı mənzildə 2000 manat məbləğində pulu vətən müharibəsi iştirakçısı olan oğlu Rəvana əlilliyə görə pensiya düzəldilməsi üçün onun iştrakı ilə Elviraya vermişdir. Elvira həyat yoldaşı Zərərçəkmiş şəxs1 Rəvanın şəxsiyyət vəsiqəsinin surətini və vətən müharibəsi iştirakçısı olmağı ilə bağlı şəhadətnaməsinin surətini də götürmüşdür. Elvira həyat yoldaşı Zərərçəkmiş şəxs1 pulu aldıqda bildirmişdir ki, altı ay müddətinə Rəvanın pensiyasını düzəldəcəkdir. Lakin bundan bir il müddət keçməsinə baxmayaraq Elvira oğlu Rəvanın pensiyasının düzəldilməsinə köməklik etməmişdir. Həmçinin, həyat yoldaşı Zərərçəkmiş şəxs1 aldığı 2000 manat məbləğində pulu qaytarmamışdır. Həyat yoldaşı Zərərçəkmiş şəxs1 Elviranın müxtəlif bəhanələr gətirərək vaxtı uzatmasını, pulunu ələ keçirməsini və onu aldatmasını başa düşüb onun barəsində xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə ərizə ilə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 32, 312 və 178.2.1ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Sumqayıt şəhər Prokurorluğuna göndərilmişdir və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 barələrində CM-nin 29, 312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Sumqayıt şəhər Prokurorluğuna göndərilmişdir. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 dəymiş ziyanı könüllü olaraq tam ödəməsini və digər Zərərçəkmiş şəxs2 isə vurulmuş maddi zərəri qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.1.14-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun vurulmuş maddi zərəri bir zərərçəkmiş şəxsə tam, digər zərərçəkmiş şəxsə isə qismən ödəməsi, ilk dəfə cinayət əməli törətməsi, qadın olması nəzərə alınaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ibtidai istintaq orqanının 12 avqust 2022-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-164/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-164/2023
22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver