Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-165/2021 27.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs Elbrus oğlunun, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2, müdafiəçilər-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 oğlunun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsilə, xx.xx.1989-cu ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam-orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Sumqayıt şəhəri, yataqxana 15 ünvanında qeydiyyatda olan və ünvan 4 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 oğlu, Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını talama məqsədilə 29 sentyabr 2020-ci il tarixdə saat 10:00 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Yaşma bağları ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs məxsus 210 (iki yüz on) manat dəyərində 01 baş 6 aylıq, diri çəkisi 32 kq olan, erkək cinsindən olan qoyunu Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 icarə əsasında idarə etdiyi “Ford Tranzit” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobilin salonuna qoyub gizli yolla talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını talama məqsədilə 29 sentyabr 2020-ci il tarixdə saat 10:00 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Yaşma bağları ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs məxsus 210 (iki yüz on) manat dəyərində 01 baş 6 aylıq, diri çəkisi 32 kq olan, erkək cinsindən olan qoyunu Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 icarə əsasında idarə etdiyi “Ford Tranzit” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobilin salonuna qoyub gizli yolla talayaraq oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. İcarə əsasında idarə etdiyi “Ford Tranzit” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobil ilə Bakı-Sumqayıt yolu üzrə sərnişindaşıma işi ilə məşğul olurdu. Son vaxtlar işi zəif olduğundan bir neçə nəfərdən borca pul almış və həmin borcları qaytara bilməmişdir. Borcları qaytara bilmədiyi üçün oğurluq etmək qərarına gəlmişdir. 28 sentyabr 2020-ci il tarixdə təsadüfən Bakı şəhərində 20 yanvar metrostansiyası yaxınlığında Bakı-Sumqayıt yolu üzrə sərnişindaşıma işi ilə məşğul olan mikroavtobuslarda konduktor fəaliyyəti ilə məşğul olan Samirlə görüşmüş, Samirlə söhbət zamanı ona bir neçə telefon zəngi gəlmiş, zəng edənlər ondan borcunu istəyənlər olmuşdur. Samir bunu başa düşüb nə baş verdiyini soruşmuş, o, da baş verənləri Samirə danışmışdır. 29 sentyabr 2020-ci il tarixdə Sumqayıt şəhərində yenidən Samiri görmüş və Samirə anasının qəbrini ziyarət etmək üçün Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsinə Şirvan yaşayış massivinə getdiyini demişdir. Samir də onunla getmək qərarına gəlmiş, yolda ona borcları qaytara bilmədiyini, artıq oğurluq etmək fikrində olduğunu bildirmişdir. Anasının qəbrini ziyarət edib geri qayıdanda Sumqayıt şəhəri, Yaşma bağları ərazisində yerləşən otlaq sahəsində 4 ədəd qoyun görmüşlər. Samir avtomobili saxlamasını demiş, o, avtomobili saxlayandan sonra Samir qoyunlardan birini götürüb çıxıb getmələrini təklif etmişdir. O, Samirə heç nə deməmiş, sadəcə tutulmaqdan qorxduğunu deyəndə Samir, narahat olmamağı demiş və avtomobildən düşüb qoyunlardan birinin ayağından tutub avtomobilin salonuna qoymuşdur. O, Samirə birdən onları kiminsə görə biləcəyini ehtimalı səsləndirib, tez uzaqlaşmalarını demişdir. Samir ona qulaq asandan sonra avtomobilə əyləşib birbaşa Bakı şəhərinə 20 yanvar metrostansiyası yaxınlığına gəlmişlər. Orada Samiri düşürmüş, aralarında olan razılaşmaya görə Samir aparıb qoyunu satmalı və əldə olunan pulu öz aralarında bərabər bölməli idilər. Razılaşmışlar ki, təxminən 20-25 dəqiqə sonra Bakı şəhərində 3-cü mikrorayon dairəsində görüşsünlər. Həm də o, müştəriləri bir qayda olaraq 3-cü mikrorayon dairəsindən yığıb yola düşürdü. Samir yoldan keçən bir taksiyə əyləşib Yasamal rayonu ərazisinə getdiyini demişdir. O, da 3-cü mikrorayon dairəsinə gəlmiş, orada təxminən xeyli vaxt keçməsinə baxmayaraq Samir hələ gəlməmişdir. Təxminən 1 saat sonra Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları ona yaxınlaşmış və törətdiyi oğurluq barədə ondan soruşanda o, əvvəlcə etiraf etmək istəməsə də sonra törətdiyi cinayəti etiraf etmiş və izahatı alınandan sonra evə buraxılmışdır. 2-3 gün sonra isə Samir də Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinə gətirilmiş və o, da cinayəti etiraf etmişdir. Qoyunu götürən zaman onları kimsə görməmiş və qoyunu oğrulamaları barədə irad bildirib səsləməmiş, Təqsirləndirilən şəxs1 oğlu törətdiyi cinayət əməllərindən hazırda səmimi peşman olduğunun, törətdiyi oğurluq cinayəti üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam olaraq ödənildiyinin, himayəsində bir azyaşlı uşağının olmasının nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Hərdən Bakı-Sumqayıt marşrut xətti üzrə sərnişindaşıma ilə məşğul olan mikroavtobuslarda konduktor kimi işləyirdi. Tərlanı da konduktor işlədiyi vaxtlardan tanıyır. Tərlan Bakı-Sumqayıt marşrut xətti üzrə sərnişindaşıma ilə məşğul olan mikroavtobusda sürücü işləyirdi. 28 sentyabr 2020-ci il tarixdə Bakı şəhərində 20 yanvar metrostansiyası yaxınlığında Tərlanla görüşmüş, Tərlanla söhbət zamanı o, bunu başa düşüb Tərlandan nə baş verdiyini soruşmuş və Tərlan da baş verənləri ona danışmış, hətta xahiş etmişdir ki, faizlə borca pul verən varsa ona desin. 29 sentyabr 2020-ci il tarixdə Sumqayıt şəhərində yenidən Tərlanı görmüş, Tərlan ona anasının qəbrini ziyarət etmək üçün Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsinə Şirvan yaşayış massivinə getdiyini demiş, o, da Tərlanla getmək qərarına gəlmişdir. Yolda Tərlan ona borcları qaytara bilmədiyini, artıq oğurluq etmək fikrində olduğunu bildirmişdir. Tərlanın anasının qəbrini ziyarət edib geri qayıdanda Sumqayıt şəhəri, Yaşma bağları ərazisində yerləşən otlaq sahəsində 4 ədəd qoyun görmüşlər. O, Tərlana avtomobili saxlamasını demiş, Tərlan avtomobili saxlayandan sonra təklif etmişdir ki, qoyunlardan birini götürsünlər. Tərlan ona heç nə deməmiş, sadəcə tutulmaqdan qorxduğunu deyəndə narahat olmamasını demiş və avtomobildən düşüb qoyunlardan birinin ayağından tutub avtomobilin salonuna qoymuşdur. Bundan sonra, onları kiminsə görə biləcəyi ehtimalından qorxub avtomobilə əyləşib birbaşa Bakı şəhərinə 20 yanvar metrostansiyası yaxınlığına gəlmişlər. Bakı şəhərinə 20 yanvar metrostansiyası yaxınlığında o, düşmüş, aralarında olan razılaşmaya görə o, aparıb qoyunu satmalı və əldə olunan pulu öz aralarında bərabər bölməli idilər. Razılaşmışlar ki, təxminən 20-25 dəqiqə sonra Bakı şəhərində 3-cü mikrorayon dairəsində görüşsünlər. Həm də Tərlan müştəriləri bir qayda olaraq 3-cü mikrorayon dairəsindən yığıb yola düşürdü. O, yoldan keçən bir taksiyə əyləşib Bakı şəhəri, Yasamal rayonu, “Alatava” küçəsində qəssablardan birinə qoyunu 94 manata satmışdır. Qoyunu satdığı şəxsə onun oğurluq olmasını deməmiş, özünə məxsus olmasını bildirmişdir. Pulu götürüb 3-cü mikrorayon dairəsinə gəlmiş, lakin orada Tərlanı görməmişdir. 2-3 gün Tərlandan heç bir məlumatı olmamışdır. 02 oktyabr 2020-ci il tarixdə isə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları ona yaxınlaşmış və törətdiyi oğurluq barədə ondan soruşanda o, törətdiyi cinayəti etiraf etmişdir. Qoyunu götürən zaman onları kimsə görməmiş və qoyunu oğrulamaları barədə irad bildirib səsləməmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlindən hazırda səmimi peşman olduğunun, törətdiyi oğurluq cinayəti üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam olaraq ödənildiyinin, himayəsində bir azyaşlı uşağının olmasının nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs Elbrus oğlu ifadəsində göstərdi ki, təxminən oğurluqdan 3 ay qabaq Sumqayıt şəhəri ərazisində yerləşən “Mal bazarı”ndan tanımadığı şəxsdən 4 ədəd quzu almışdır. Quzuların 2 ədədini 210 manata, digər iki ədədini isə 220 manata almışdır. Quzuları almaqda məqsədi onları bir qədər böyüdükdən sonra qurban kimi Allah yolunda kəsmək olmuşdur. 3 ay ərzində hər gün günorta saatlarında oğlu Elburus həmin quzuları Sumqayıt şəhəri, Yaşma bağları ərazisində yerləşən otlaq sahəsinə otarmağa aparırdı. 29 sentyabr 2020-ci il tarixdə saat 10:10 radələrində yaşadığı evin həyətyanı sahəsində olduğu zaman oğlu Elburus ağlaya-ağlaya həyətə daxil olub bildirmişdir ki, tanımadığı 2 nəfər şəxs “Ford” markalı avtomobillə ona məxsus qoyunlardan birini oğurlayıb aparmasını görsə də həmin vaxt onlardan uzaqda olmuş, o maşına çatana kimi həmin şəxslər getmiş, onu həmin şəxslər görməmiş və səsini eşitməmişdir. Maşının arxasınca qaçmaq istəyən zaman yıxılaraq xəsarət almışdır. Bundan sonra o, dərhal Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Sonra Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları gəlib onun iştirakı ilə hadisə yerinə baxış keçirmiş və günortadan sonra isə müəyyən olunmuşdur ki, ona məxsus qoyunu oğurlayan şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1dur. Qoyun isə Bakı şəhərində Yasamal rayonu ərazisində bir nəfər qəssaba satılmışdır. Ona məxsus qoyun qəssabdan götürülərək ona təhvil verilmişdir. Oğurlanmış qoyunun diri çəkisi 32 kq-dır, 6 aylıq erkək cinsindəndir və qiyməti 210 manat təşkil edir. Zərərçəkmiş şəxs Elbrus oğlu ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq sonuncuların barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ərazisində yerləşən qəssab dükanını 8 ildir ki, işlədir. 29.09.2020-ci il tarixdə saat 12 radələrində Samir adlı şəxs Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava adlanan yerdə işlətdiyi qəssab dükanına yaxınlaşaraq 1 baş qoyun satdığını ona bildirmişdir. Samir adlı şəxs qəssab dükanına tanıdığı, taksi sürücüsü kimi fəaliyyət göstərən Etibar adlı şəxslə birlikdə gəlmişdir. Belə ki, Samir qoyunla birlikdə müştəri qismində Etibarın avtomobilinə əyləşmiş və daha sonra qoyunu satmaq istədiyini və harada sata biləcəyini Etibardan soruşanda Etibar onu tanıdığı üçün avtomobili onun dükanına sürmüşdür. O, Etibarın yanında Samirdən qoyunun oğurluq olub-olmadığını soruşarkən o, qoyunun özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Bundan sonra ondan şəxsiyyət vəsiqəsinin surətini tələb etsə də Samir şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Samir bir baş qoyunu ona 95 manata satmışdır. Məhkəmə iclasında şahid X2 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, özünə məxsus “Daewoo Nexia” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi sürücüsü kimi 10 ildir ki, fəaliyyət göstərir. 29.09.2020-ci il tarixdə saat 11:30 radələrində tanımadığı, sonradan adının Samir olduğunu bildiyi şəxs Bakı şəhəri, 20 Yanvar ərazisində “Ford Tranzit” markalı mikroavtobusdan düşüb ona yaxınlaşaraq onu 1 baş qoyunla Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Yeni Yasamal yaşayış massivinə aparmağı ondan xahiş etmişdir. O, da Samirin təklifi ilə razılaşaraq onu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Yeni Yasamal yaşayış massivinə aparmışdır. Yolda gedərkən o, Yeni Yasamal yaşayış massivi ərazisində qəssab dükanının olub-olmadığını ondan soruşanda o, oradakı qəssabxanaların bir müddət əvvəl söküldüyünü bildirmişdir. Samir özünə məxsus bir baş qoyun satdığını ona deyib onu harada sata biləcəyini soruşmuş, o, da Samirə yaşadığı Yasamal rayonu 2-ci Alatava ərazisində yerləşən qəssab dükanının olduğunu dedikdən sonra Samir avtomobili həmin qəssab dükanına sürməsini xahiş etmişdir. O, avtomobili tanıdığı qəssab dükanının qarşısına sürüb orada avtomobilini saxlamış, Samir qəssab dükanını işlədən tanıdığı Zaur adlı şəxsə satlıq bir baş qoyunun olduğunu bildirmiş, Zaur da öz növbəsində qoyunun oğurluq olub-olmadığını soruşarkən Samir ona qoyunun özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan satdığını demişdir. Müştəri də qoyunu 95 manata tanıdığı Zaur adlı şəxsə sataraq 5 manat pulu ona gediş haqqı kimi verib oradan uzaqlaşmışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 05.11.2020-ci il tarixli 9/4091 saylı rəyi ilə müəyyən edilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 baş 6 aylıq, diri çəkisi 32 kq, erkək cinsindən olan qoyunun 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 210 manat müəyyən edilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlunun və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlilikləri onların özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və onlar, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək sanksiya həddində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğluna və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20.10.2020-ci il tarixdə tərtib olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törətdiyi zaman məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlrini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, törədilmiş cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanın aradan qaldırılmasını, zərəçəkmiş şəxlə barışıq əldə etməsi və ona qarşı heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli hökmündən və Sumqayıt şəhər Probasiya şöbəsinin 25.12.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin 16.09.2020-ci il tarixli qərarı ilə həmin hökmlə təyin olunmuş cəza azaldılaraq üzərində qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 01 il 11 ay 02 gün müddətə islah işləri cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədən zaman üzərindəki Qusar Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli hökmü ilə olan məhkumluğu residivin müəyyən olunması zamanı nəzərə alınmamalıdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, oğurluq cinayəti üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və ona qarşı heç bir şikayət və ya tələbin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 06.10.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 08.10.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat və vəsatət rədd olunmuş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmuş, həmin məhkəmənin 16.02.2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunaraq həbs qətimkan tədbiri seçilmiş və 05.03.2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq 09.03.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 06.10.2020-ci il tarixdən 08.10.2020-ci il tarixinədək və 05.03.2021-ci il tarixdən hazırki vaxtadək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla, təyin ediləcək cəzadan çıxılıb qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 16.09.2020-ci il tarixli qərarı ilə qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 01 il 11 ay 02 gün müddətə islah işləri cəzasının çəkilməyən 01 (bir) il 11 (on bir) ay 02 (iki) günü CM-nin 68.3.1-ci madddəsinə əsasən 11 (on bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, ona hökmlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 06.10.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 08.10.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsindəhəbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat və vəsatət rədd olunmuş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmuş, həmin məhkəmənin 16.02.2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunaraq həbs qətimkan tədbiri seçilmiş və 02.03.2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq 03.03.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 06.10.2020-ci il tarixdən 08.10.2020-ci il tarixinədək və 02.03.2021-ci il tarixdən hazırki vaxtadək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla, təyin ediləcək cəzadan çıxılıb qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə və Binəqədi rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Cinayət işinin materiallarında olan arayışdan görünür ki, iş üzrə maddi sübutlar qismində tanınan “Ford Tranzit” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobil sahibi Şahid3 təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə qeyd olunan maddi sübut kimi tanınmış və saxlanılması üçün Şahid3 verilmiş “Ford Tranzit” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobil onun sərəncamına verilməlidir. İş üzrə aparılmış ekspertizaların dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə onlara dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 23 yanvar 2021-ci il tarixli (iş № 1(060)-165/2021) qərarlarını icra edərək, 27 yanvar 2021-ci il tarixli və 03 fevral 2021-ci il tarixli 25 və 52 saylı orderlərə əsasən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 müvafiq olaraq onların vəkili təyin etmişdir. Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün hər biri 10 saat olmaqla cəmi 20 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 06.10.2020-ci il tarixdən 08.10.2020-ci il tarixinədək və 05.03.2021-ci il tarixdən hazırki vaxtadək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 1 (bir) ay 24 (iyirmi dörd) gün müddət təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yerləri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Qusar Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin 16.09.2020-ci il tarixli qərarı ilə qazancından dövlət nəfinə 20 % pul tutulmaqla çəkilməyən 01 il 11 ay 02 gün müddətə islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən 11 (on bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilib, ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 06.10.2020-ci il tarixdən 08.10.2020-ci il tarixinədək və 02.03.2021-ci il tarixdən hazırki vaxtadək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 1 (bir) ay 27 (iyirmi yeddi) gün müddət təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri Binəqədi rayon icra və Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 4 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə Bakı şəhəri Binəqədi rayon icra və Probasiya şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və saxlanılması üçün sahibinə təhvil verilmiş “Ford Tranzit” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobil sahibi Şahid3 sərəncamına verilməsi nəzərə alınsin. İş üzrə aparılmış ekspertizaların dəyəri cəmi 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər birinin göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-165/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-165/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver