Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-165/2023 19.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə 100 manat müqabilində ümumi çəkisi 0,620 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 19 avqust 2022-ci il tarixdə saat 18:00 radələrində Sumqayıt ŞPİ-nin PPXT-nin əməkdaşlarının Sumqayt şəhəri, Corat qəsəbəsi, Nəsimi küçəsi ərazisində yerləşən “An” marketin yaxınlığında xidmətdə olduğu zaman Təqsirləndirilən şəxs özünü şübhəli aparması səbəbindən saxlanılıb Sumqayıt ŞPİnin 1-ci PB-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd qırmızı rəngli siqaret kağızının içərisində siqaretin gümüşü rəngli kağızına bükülmüş 12 (on iki) ədəd və şəffaf rəngli sellefona bükülmüş 01 (bir) ədəd, ayrı ayrılıqda çəkiləri 0,018 qram, 0,025 qram, 0,031 qram, 0,030 qram, 0,023 qram, 0,025 qram, 0,031 qram, 0,019 qram, 0,021 qram, 0,022 qram, 0, 030 qram, 0,024 qram, 0,321 qram olmaqla ümumi təmiz çəkisi 0,620 qram olan kimyəvi tərkiblərinə görə eynilik təşkil edən, ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində şəxsi istifadəsi üçün 100 (bir yüz) manat məbləğə psixotrop maddə metamfetamin alıb əynindəki şalvarın cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən “An” marketin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb üzərində narkotik vasitə olubolmadığını soruşmuş, polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu bildirəndə polis əməkdaşları onu 1-ci PB-nə dəvət etmiş, polis əməkdaşlarına heç bir etiraz etməmiş, bundan sonra avtopatruala əyləşib bir başa Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmişlər. Polis Bölməsində xidməti otaqların birində ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün Sumqayıt Şimal Vəkil Bürosunun vəkili X3 təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməyi təklif olunduqda əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu qırmızı rəngli kağıza bükülmüş 12 (on iki) ədəd siqaret kağızında olan bükümləri və 01 (bir) ədəd sellofanda olan bükümü təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab bükümlərin içərisindəki kütlələrin psixotrop maddə metamfetamin olduğunu və onu xx.xx.2022-ci il tarixdə 100 manata özü istifadə etmək üçün Sumqayıt şəhəri ərazisində Dünya adlı xanımdan aldığını demişdir. Bundan sonra üzərindən aşkar olunmuş içərisində psixotrop maddə metamfetamin olan 12 (on iki) ədəd büküm və 01 (bir) ədəd sellofan büküm ayrı-ayrılıqda elektron tərəziyə qoyulub çəkilmişdir. Bundan sonra həmin psixotrop maddə qablaşdırılaraq möhürlənmişdir. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunan psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin psixotrop maddə metamfetamindən heç kimə satmadığını, şəxsi axtarış zamanı və izahat verən zaman həmin psixortop maddəni Dünya adlı xanımdan almasını bildirməsinə səbəb onun polis əməkdaşları tərəfindən saxlanılmasında ondan şübhələndiyi üçün adını verdiyini, əslində tanımadığı şəxsdən 100 (bir yüz) manata aldığını, narkotik vasitələrin və psixatrop maddələrin satışı ilə məşğul olmadığı halda o, yüksək miqdarda psixotrop maddə istifadə etdiyi üçün üzərində 13 (on üç) büküm gəzdirdiyini və atası onkoloji xəstə olduğu üçün ağrıları olanda hərdən bir onun istifadə etməsi üçün ona verdiyini bildirmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri Şahid1 ifadəsində bildirmişdir ki, DİN-nin Sumqayıt ŞPİ-nin PPXT-də polis nəfəri işləyir, polis serjantıdır. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində 91-77 çağırışlı xidməti avtomobildə o, postaçı yoldaşı Şahid2la Sumqayıt şəhəri, Corat qəsəbəsi üzrə gecə xidmətində olarkən Corat qəsəbəsi, Nəsimi küçəsində yerləşən “An” marketin yaxınlığında avtopatrulda olarkən 01 (bir) nəfər şəxsin özünü şübhəli apardığını, hərəkətlərindən narkotik vasitənin təsiri altında olan şəxs kimi apardığını görüb sonradan adını bildiyi Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu və üzərində psixotrop maddə olduğunu bildirmişdir. Buna görə həmin şəxsi 1-ci PB-nə dəvət etmiş və 1-ci PB-də bu barədə məlumat vermişlər. Bundan sonra həmin bölmənin təhqiqatçısı, polis mayoru Elşad Məmmədov tərəfindən vəkilin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. X6 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilmişdir. Təqsirləndirilən şəxs özü əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş 12 (on iki) ədəd və 01 (bir) ədəd şəffaf rəngli sellefona bükülmüş 01 (bir) ədəd bükümü və 01 (bir) ədəd FLY markalı mobil telefonu təqdim edir. Həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda içərisindən ağ rəngli, kristal formada maddələr aşkar olunur. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, üzərindən aşkar olunan maddələrin psixotrop maddə “metamfetamin” olduğunu, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində olan zaman Dünya adlı qadından 100 (bir yüz) manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Eləcə də, o, Təqsirləndirilən şəxs qarşı təzyiq göstərilmədiyini, könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etdiyini göstərmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri Şahid2 Nafıq oğlu da ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nın inzibati binasında, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 1-ci PB-nın təhqiqatçısı, polis mayoru Elşad Məmmədov Təqsirləndirilən şəxs əvvəlcə özünü təqdim edir. Sonra X6 Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün 1-ci PB-nə gətirildiyini bildirir. Həmin vaxt PPXT-nin əməkdaşları özlərini həmin şəxsə təqdim edir. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş və Sumqayıt Şimal Vəkil Bürosunun vəkili X2 təqdim edilir. X6 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs özü əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd qırmızı rəngli siqaret kağızma bükülmüş 12 (on iki) ədəd və 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş 01 (bir) ədəd bükümü və 01 (bir) ədəd FLY markalı mobil telefonu təqdim edir. Həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda içərisindən ağ rəngli, kristal formada maddələr aşkar olunur. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, üzərindən aşkar olunan maddələrin psixotrop maddə “metamfetamin” olduğunu, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində olan zaman Dünya adlı qadından 100 (bir yüz) manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamin elektron tərəzidə çəkilir, 1-ci bükümdəki maddənin çəkisinin 0,05 qram, 2-ci bükümdəki maddənin çəkisinin 0,04 qram, 3-cü bükümdəki maddənin çəkisinin 0,06 qram, 4-cü bükümdəki maddənin çəkisinin 0,05 qram, 5-ci bükümdəki maddənin çəkisinin 0,06 qram, 6-cı bükümdəki maddənin çəkisinin 0,06 qram, 7-ci bükümdəki maddənin çəkisinin 0,07 qram, 8-ci bükümdəki maddənin çəkisinin 0,05 qram, 9-cu bükümdəki maddənin çəkisinin 0,05 qram, 10-cu bükümdəki maddənin çəkisinin 0,05 qram, 11-ci bükümdəki maddənin çəkisinin 0,06 qram, 12-ci bükümdəki maddənin çəkisinin 0,06 qram, ümumi çəkisinin 0,90 qram və şəffaf rəngli sellofanda olan kütlənin çəkisinin 0, 42 qram olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılır, DİN-nin 125 saylı möhürü ilə möhürlənir, üzərində qeydlər aparılaraq imzalanır, mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülür və videoçəkiliş dayandırılır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4435 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində « Azərbaycan Respublikası DİN Zərflər üçün №125” möhür əksi olan və üzərində “Şübhəli. Təqsirləndirilən şəxs üzərindən və s ...” sözlər, imzalar olan 1 ədəd zərfdə təqdim olunmuş 13 ədəd bükümdə (01 ədəd qırmızı kağız bükümdə 12 ədəd və 01 ədəd sellofan bükümdə) ayrı-ayrılıqda təmiz çəkiləri 0,018 qram , 0,025 qram, 0,031 qram, 0,030 qram, 0,023 qram, 0,025 qram, 0,031 qram, 0,019 qram, 0,021 qram, 0,022 qram, 0, 030 qram, 0,024 qram, 0,321 qram ümumi təmiz çəkisi 0,620 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 13 ədəd bükümdə olan metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,620 qram, tədqiqata sərf edildi - 0,13 qram, qalıq - 0,49 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X13" tərəfindən verilmiş məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2022-ci il tarixli, 6573 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm qəbulu nəticəsinə yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaiyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görünür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,620 qram psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,49 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağı vardır (xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5). İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, X1 əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,620 qram psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,49 qram psixotrop maddə metamfetamin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 110,00 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkiləri 0,49 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 110,00 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-165/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-165/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver