Məhkəmə qərarları › İş №1(060)-165/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-165/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-165/2025 28.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə, Dəvəçi rayonu, Pirəbədil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Şabran rayonu, Pirəbədil kəndi ərazisində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində Şabran rayonu, Pirəbədil kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ilə həyat yoldaşı xx.xx.1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs arasında Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi J/70 yaşayış massivi ərazisində yerləşən fərdi yaşayış evində olan zaman Təqsirləndirilən şəxs qəsdən yumruqla Zərərçəkmiş şəxs başına, burun nahiyyəsinə vurmaqla sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya xarakterik xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşı, Şahid isə qaynanasıdır. Onlar Aytacla 2022-ci ildə evlənmişlər, birgə nikahlarından 2023-cü il təvəllüdlü bir azyaşlı övladları var. Ailə qurduqdan sonra normal münasibətləri olmuş, Şabran rayonu, Pirəbədil kəndində valideyinlərinin evində onlarla birlikdə yaşamışlar. Hər ailədə olduğu kimi arada onlarda da narazılıq, söz-söhbət olmuşdur. Təxminən 1 ilə yaxındır Şabran rayonunda olan zaman aralarında baş vermiş münaqişə zamanı Aytacı döydükdən sonra o barəsində polisə şikayət etmiş və acıq edib Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yaşayan anasının yanına gəlib, anasının yanında qalmışdır. O, Aytacla barışmağa cəhd etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 22:20 radələrində işdən evə gələndə Aytac nə üçün evə gəc gəldiyini bildirmişdi. O Aytaca işdən gec çıxdığını, sonra isə bərbərə gedib saçını kəsdirdiyini bildirsə də, Aytac ona inanmayaraq başqa yerdən gəldiyini bildirmişdir. Bu səbəbdən aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı onun boynuna, başına və burun nahiyyəsinə əli ilə zərbə vurmuşdur. Səslərinə Aytacın anası Şəhla xala öz yaşadığı otaqdan çıxıb onların yaşadıqları otağa gəlmişdir. Anası üzərinə qışqırıb, paltarının yaxasından tutub onu evdən bayıra çıxarmışdır. Sonra o oradan çıxıb Şabran rayonuna öz evlərinə getmişdir. Səhəri gün isə Aytac barəsində polisə şikayət etdiyi üçün onu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etdikləri üçün bölməyə gəlmişdir. Aralarındakı münaqişə təxminən 5-6 dəqiqə olmaqla davam etmişdir. Hazırda əməlindən peşmandır, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə aralarında barışıq olmuş, vurulmuş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi şəxs həyat yoldaşı Təqsirləndirilən şəxsdur. O, Buğday ilə 2022-ci ildə evlənmişdir, birgə nihahlarından 2023-cü il təvəllüdlü bir qız övladları vardır. Ailə qurandan sonra normal münasibətləri olmayıb. Buğday spirtli içkiyə meyilli insandır və valideyinlərinin sözü ilə daim evlərində söz-söhbət yaradıb, heç bir səbəb olmadan onu döyüb. O Buğdayın barəsində şikayətçi olmamışdır, hətta boşanmaq üçün məhkəməyə müraciət etsə də, sonda barışmışlar. Sonuncu dəfə 2024-cü ilin may ayında Buğday onu Şabrab rayon, Pirəbədil kəndində yaşadıqları evdə döymüşdür. O bu barədə polisə şikayət etmişdir. Lakin, yenə övladının xatirinə Buğdayı bağışlamış və qızını götürüb Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, J/70 yaşayış massivində yaşayan valideyinlərinin yanına gəlib onlarla qalmışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat 22:20 radələrində işdən evə gec gəldiyi üçün o, Buğdaya harada olduğunu bildirmişdir. Buğday saçını kəsdirdiyini, usta tapa bilmədiyini demişdir. Bu səbəbdən aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Buğday yumruqla boynunun sol yan tərəfinə, başına və burun nahiyyəsinə zərbə ilə vurub onu döymüşdür. Səsə onlarla eyni evdə, başqa otaqda yaşayan anası Şəhla onların yaşadıqları otağa gəlmişdir. Anası Bauğdayın üzərinə qışqırıb, onu evdən bayıra çıxarmış və bu barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu ona dəymiş ziyanı ödəmiş, sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, barəsində şikayət edilən şəxs qızının həyat yoldaşı Təqsirləndirilən şəxsdur. Aytac Buğday ilə 2022-ci ildə evlənib, onların birgə nikahından 2023-cü il təvəllüdlü 1 qız övladı var. Ailə qurandan sonra onların normal münasibətləri olmayıb. Buğday spirtli içkiyə meyilli insandır, valideyinlərinin öyrətməsi ilə daim evində söz-söhbət yaradıb, qızını döyüb. Lakin, onlar Buğdayın barəsində şikayətçi olmamışlar, uşağın xatirinə onu bağışlamışlar. Sonuncu dəfə 2024-cü ilin may ayında Buğday yenə Şabran rayonunda qızını döymüşdür və həmin vaxtdan Aytac Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, J/70 yaşayış massivində onlarla qalırdı. Təxminən 3 ay olar ki, Buğday qızı ilə barışmaq üçün yaşadıqları ünvana gəlib onlarla qalmışdır. xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində o, evdə öz otağında olan zaman qızının səsini eşidib tez onların otağına keçəndə Buğdayın qızını yumruqla döyməsinin şahidi olub Buğdayı evdən çıxarmış və bu barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra Buğday çıxıb getmiş, sonra Aytac da Sumqayıt ŞPİ-nin 2ci PB-nə Buğday tərəfindən döyülməyi barədə ərizə yazmışdır. Hadisə xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, J/70 y/m ərazisində yaşadıqları evdə baş verib, Buğday əsəbi halda qızı ilə aralarında baş vermiş mübahisə zamanı yumruqla Aytacın boynunun sol yan tərəfinə, başına və burun nahiyyəsinə vurub qızını döyüb, xəsarət yetirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 xx.xx.2024-cü il tarixli, 1960 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün yerdəyişən sınığı, hər iki gözətrafının, burun belinin, sol bazunun orta 1\3-nin iç səthinin qançırları. Burunun yumşaq toxumalarının şişkinlik fonunda əziyi. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla 16.11.24-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə- burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya, digər xəsarətlər yəni - hər iki gözətrafını əhatə edən burun belinin, sol bazunun orta 1\3-nin iç səthinin qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 09 ay 25 gün vaxtından əvvəl cəzasından şərti olaraq azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 7(007)-945/2019 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 09 (doqquz) ay 25 (iyirmi beş) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-13225/2017 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş zərəri ödəmiş, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs ər-arvaddır, hazırda barışmışlar. Belə ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasında təkrar verilmiş suallara hər dəfə cavab vermişlər ki, hazırda barışmışlar, normal münasibətləri davam edir. Həmçinin, zərərçəkmiş şəxs bildirmişdir ki, barışıq ərizəsini heç bir kənar təsir olmadan vermiş, ərizəsi öz iradəsini əks etdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin, məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar