Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-166/2022 05.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1983-cü ildə Qəbələ rayonunun Məlikli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs çilingər işlədiyi Zərərçəkmiş şəxs-nin ünvan 3 ünvanında yerləşən sexində 13.11.2021-ci il tarixdə saat 19 radələrində işdə tək olduğu zaman 1600 manat dəyərində 4 ədəd işlənmiş bronza vtulka və 300 manat dəyərində 40 metr uzunluğunda qaynaq aparatının kabelini gizli yolla talayaraq zərərçəkmiş şəxsə 1900 manat dəyərində maddi ziyan zurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o 2021-ci ilin yanvar ayından Zərərçəkmiş şəxs şirkətində çilingər vəzifəsində işləmişdir. Onun işlədiyi şirkətlə əmək müqaviləsi vardır. 13.11.2021-ci il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, keçmiş Beton zavod ərazisində işlədiyi sexdən 4 ədəd bürünc materialdan, hər birinin çəkisi təxminən 60 kq olan ehtiyyat hissəsini və uzunluğu 40 metr olan qaynaq aparatına məxsus işlənmiş kabelləri götürərək yaşadığı evdə öz istifadəsi üçün saxlamışdır. 16.11.2021-ci il tarixdə Zərərçəkmiş şəxs şirkətində təchizatçı vəzifəsində çalışan Akif müəllim səhər radələrində işə gələrkən 4 ədəd bronza vtulkanın və uzunluğu 40 metr olan kabelin yerində olmadığını müəyyən etmişdir. Bundan sonra sexdə olarkən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Polis əməkdaşları baş vermiş hadisə ilə əlaqədar sexə gəlmiş və onu şübhəli şəxs kimi Polis Bölməsinə aparmışlar. Polis Bölməsində o sexə məxsus 4 ədəd bürünc materialdan olan işlənmiş ehtiyyat hissəsini və 40 metr işlənmiş mis kabelləri oğurlayaraq evində saxladığını etiraf etmişşdir. Həmçinin o oğurladığı 4 ədəd bürünc materialdan olan işlənmiş ehtiyyat hissəsini və 40 metr işlənmiş mis kabelləri gətirərək polis əməkdaşlarına təhvil vermişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edimiş zərərçəkmiş hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, o 2018-ci il tarixdən Zərərçəkmiş şəxs şirkətində təchizatçı vəzifəsində işləyir. Onun işlədiyi şirkətlə 2018-ci il tarixdən əmək müqaviləsi vardır. 16.11.2021-ci il tarixdə saat 09 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, keçmiş Beton zavod ərazisində yerləşən sexə gələrkən sexin içərisində olan işlənmiş 2 ədəd bürünc metaldan olan, ümumilikdə dəyəri 800 manat, çəkisi 57 kq olan ehtiyyat hissəsinin, 2 ədəd bürünc metaldan, ümumilikdə dəyəri 800 manat, çəkisi 60 kq olan eytiyyat hissəsinin, uzunluğu 40 metr olan qaynaq aparatına məxsus dəyəri 300 manat olan, 35 mm-lik işlənmiş mis kabellərin yerində olmadığını müəyyən etmişdir. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. . Polis əməkdaşları baş vermiş hadisə ilə əlaqədar sexə gəlmiş və sexdə çilingər işləyən Təqsirləndirilən şəxsı şübhəli şəxs kimi Polis Bölməsinə aparmışlar. Polis bölməsində Təqsirləndirilən şəxs sexə məxsus 4 ədəd bürünc materialdan olan işlənmiş ehtiyyat hissəsini və 40 metr işlənmiş mis kabelləri oğurlayaraq Beton zavod ərazisində yerləşən evində saxladığı müəyyən edilmişdir. Baş vermiş oğurluq hadisəsində şirkətə ümumilikdə 1900 manat ziyan dəymişdir. Bürünc materialdan ehtiyyat hissələri hidrokonus adlı daşdoğrayan avadanlığın içərisində olmuşdur. Hidrokonus adlı aparat da sexə təmir məqsədi ilə gətirilmişdir. Bürünc materialdan ehtiyyat hissələri hidrokonusdan ayrılmış vəziyyətdə olmuşdur. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsinin 17.12.2021-ci il tarixli ərizəsində görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs şirkətininə dəymiş ziyan ödənildiyindən ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İş materiallarında olan 16.11.2021-ci il tarixli təqdim etmə və ya götürmə haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs 4 ədəd bürünc materialdan olan işlənmiş ehtiyyat hissəsini və 40 metr işlənmiş mis kabellər Sumqayıt ŞPİ-nin 2-ci PB-nə təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 noyabr 2021-ci il tarixli 9/8337 №-li rəyində görünür ki, Zərərçəkmiş şəxs-yə 1900 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Sumqayıt şəhəri Narkoloji Dispanserin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhər 3 nömrəli xəstəxana tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 3 nömrəli xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetdə ambulator və dispanser müşahidəsi qeydiyyatında yoxdur. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Məlikli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan məhkəməyədək sadələşdirilmiş icraat materialının araşdırılması ilə əlaqədar sübutların qiymətləndirilməsi haqqında 26 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, o, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, əməlindən peşman olmasını, təqsirini etiraf etməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosununhesabına köçürülməlidir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini və cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, islah olunması məqsədilə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhəri üzrə Probasiya şöbəsinə tapşırılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhəri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri Probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2nvanı tərk etməmək, Abşeron rayonun, Sumqayıt və Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 (əlli) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-166/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-166/2022
05.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver