Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-166/2023 28.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-ünvan 5qayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə ünvan 5qayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 5qayıt şəhəri, Saray bağlar massivi, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ondan ötrü ki, o, bina hesab edilən köşkə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 avqust 2022-ci il tarixdə, saat 10 radələrində ünvan 5qayıt şəhəri, Səməd Vurğun küçəsi, Dənizkənarı bulvar ərazisində yerləşən Zərərçəkmiş şəxs tərəfindən icarəyə götürülmüş bina hesab olunan köşkün fəaliyyət göstərməyərək daxilində heç kimin və ətrafında kənar şəxslərin olmadığını, həmçinin pəncərəsinin kilidli olmadığını müşahidə edib köşkün plastik pəncərəsindən içəriyə qanunsuz daxil olaraq dəzgahın üzərindən Zərərçəkmiş şəxs məxsus 600 manat dəyərində xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasında istehsal edilmiş “Hasanoğlu” markalı, DNR-550E modelli, 5600 watt güclü 01 ədəd dönər aparatını götürüb aparmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hal-hazırda ünvan 5qayıt şəhəri, Saray bağlar massivində fərdi evdə yaşayır. Əvvəllər müxtəlif yerlərdə fərdi əməklə məşğul olub qazanc əldə etsə də son vaxtlar işləməyə yer tapa bilməmişdir. Bu da ailə daxili mübahisələrə səbəb olmuşdur. 20 avqust 2022-ci il tarixdə səhər saatlarında yaşadığı evi tərk etmişdir. Mağazadan spirtli içki almış ünvan 5qayıt şəhəri, Səməd Vurğun küçəsində dənizkənarı bulvar ərazisinə gəlmişdir. Bulvar ərazisində üzərində “Maraş Dondurması” yazılan və qarşısında dondurucunun olduğu köşkü görüb həmin köşkün yaxınlığına gəlmişdir. Həmin zaman köşk fəaliyyət göstərməmişdir. O, köşkün qarşısında olan dondurucunun alt hissəsində elektrik uzadıcı naqil aparatı olduğunu görmüş və mobil telefonunu orada enerji yükləməyə qoyub spirtli içki qəbul etməyə başlamışdır. Orada olduğu zaman yanında dayandığı köşkün plastik pəncərəsinin kilitli olmadığını müşahidə etmişdir. O, köşkün pəncərəsinin kilitli olmadığını, həmin zaman fəaliyyət göstərməyərək daxilində heç kimin olmadığını gördüyündən oradan oğurluq etmək qərarına gəlmişdir. Ətrafda heç kimin olmadığı zaman, saat 10 radələrində o, ilk əvvəl köşkün plastik pəncərəsini özünə tərəf çəkib açmış və daha sonra pəncərədən köşkə daxil olmuşdur. Köşkün içində dondurma qablarının, popkorn və dönər aparatının olduğunu görmüşdür. İmkanı olmadığından dönər aparatını oğurlayıb satmaq üçün oradan götürmüşdür. Dönər aparatını sürücüsünü tanımadığı taksi ilə Şahid adlı şəxsə 200 manata satmış, həmin pulu evinə və özünə xərcləmişdir. Oğurluğu tək törətmiş, ona kömək edən olmamışdır. Dönər aparatının oğurluq olduğunu Şahid deməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını və himayəsində iki azyaşlı uşağının olmasının bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Türkiyə Respublikası vətəndaşıdır. 2017-ci ildən Azərbaycanda yaşayır və Azərbaycan dilində sərbəst oxuyub, yaza bilir. Tərcüməçiyə ehtiyacı yoxdur. ünvan 5qayıt şəhəri, Corat qəsəbəsi, 75-ci məhəllə, 125D ünvanında müvəqqəti qeydiyyatda olmaqla hal-hazırda ailəsi ilə birlikdə ünvan 5qayıt şəhəri, 6-cı mikrorayon, Kristal ünvan 6 ünvanında yaşayır. ünvan 5qayıt şəhəri, Səməd Vurğun küçəsi, Dənizkənarı bulvar ərazisində yerləşən köşkdən 01 ədəd dönər aparatının oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə məlumat, həmçinin ünvan 5qayıt ŞPİ-nin 4-cii PB-nə ərizə onun tərəfindən verilmişdir. Azərbaycan Respublikasında yaşadığı vaxtdan bəri Maraş dondurmasının hazırlanıb alqı-satqısı ilə məşğuldur. 2022-ci ilin yay aylarında sözügedən köşkü dondurma satışı ilə məşğul olması üçün icarəyə götürmüşdür. Lakin dondurma alğı-satqısı ilə istədiyi miqdarda gəlir əldə etmədiyindən, həmin köşkdə dondurma ilə bərabər popkorn və dönər satışı ilə məşğul olmaq qərarına gəlmiş və bu səbəblə də, köşkün daxilində dondurma ilə bərabər popkorn və dönər aparatı olmuşdur. 2022-ci ilin avqust ayında köşkün fəaliyyətini dayandırmışdır. Oğurluq hadisəsi ona məlum olduqdan təxminən iki gün əvvəl köşkün fəaliyyəti dayanmışdır. Köşkün giriş qapısının açarı yalnız özündə olmuş və başqa heç kimə açar verməmişdir. O, son olaraq 21 avqust 2022-ci il tarixdə, saat 14 radələrində həmin köşkdəki popkorn, dönər aparatını götürmək üçün oraya getdiyi zaman, sözügedən köşkün plastik materialdan olan pənəcərinin açıq olduğunu müşahidə etmiş, içəri baxdıqda isə ona məxsus təxminən 1250 manata aldığı 01 ədəd xx.xx.2022-ci il Türkiyə Respublikası istehsalı, “Hasanoğlu” markalı, DNR-550E model, 5600 güc (WATT) dönər aparatının yerində olmadığını və oğurlandığını görmüş, köşkə ümumilikdə baxdıqda oradan dönər aparatından başqa heç bir əşya oğurlanmamışdır. 01 ədəd dönər aparatının oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, onun sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, ünvan 5qayıt şəhəri, 20-ci məhəllə, ev 11/50, mənzil 8 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. ünvan 5qayıt şəhəri, 30-cu məhəllə, Sülh küçəsində yerləşən köşkdə fəaliyyət göstərir. Təqsirləndirilən şəxs həmin köşkə müştəri qismində gəldiyi zaman aralarında münasibət yaranmışdır. Dostu olmasa da, tanışlıq münasibəti vardır. 20 avqust 2022-ci il tarixdə, saat 11 radələrində köşkdə olduğu zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq dönər aparatının olduğunu, həmin dönər aparatını Bakı şəhərində yaşayan tanışından ucuz qiymətə aldığını, özünün onu işlətməyə yeri olmadığından həmin aparatı satıb qazanc əldə etmək istədiyini və ona ucuz qiymətə sata biləcəyini demişdir. O, əlavə qazanc əldə etməyindən ötrü dönər aparatını almaq istədiyindən və həmin dönər aparatının özünə məxsus olduğunu dediyindən ona inanıb ala biləcəyini, lakin maddi imkanının yaxşı olmadığından ucuz qiymətə ona satacağı təqdirdə alacağını demişdir. Təqsirləndirilən şəxsla dönər aparatının 200 manat qarşılığında alqı-satqısı barədə razılaşdıqdan sonra o, 200 manat pulu Anara verib “Hasanoğlu” markalı Türkiyə Respublikası istehsalı 01 ədəd dönər aparatını ondan almışdır. Onun dönər aparatının oğurluq yolu ilə Təqsirləndirilən şəxs tərəfindən əldə olunmasından məlumatı olmamış, əks təqdirdə Təqsirləndirilən şəxs heç bir əşya almazdı və bu barədə polis bölməsinə məlumat verərdi. Təqsirləndirilən şəxs ondan aldığı 01 ədəd dönər aparatının özünə məxsus olduğunu və Bakı şəhərində tanışından aldığını demişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 oktyabr 2022-ci il tarixli, 9/6193 saylı saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd xx.xx.2022-ci il Türkiyə Respublikası istehsalı, “Hasanoğlu” maraklı, DNR-550E model, 5600 güc (WATT) göstəriciləri olan dönər aparatının istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 600,00 manat müəyyən olunur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları-xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 vardır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, həbsdən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasında istehsal edilmiş “Hasanoğlu” markalı, DNR-550E modelli, 5600 watt güclü 01 ədəd dönər aparatının zərərçəkmiş şəxsin sərəncamına verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. ünvan 5qayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə ünvan 5qayıt Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qərarını icra edərək vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq ünvan 5qayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 04 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ünvan 5qayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 5qayıt şəhəri, Saray bağlar massivi, fərdi evi tərk etməmək, Bakı, ünvan 5qayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ünvan 5qayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasında istehsal edilmiş “Hasanoğlu” markalı, DNR-550E modelli, 5600 watt güclü 01 ədəd dönər aparatının zərərçəkmiş şəxsin sərəncamına verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs ünvan 5qayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Füzuli qızının göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq ünvan 5qayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində ünvan 5qayıt Şəhər Məhkəməsi vasitəsi ilə ünvan 5qayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-166/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-166/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver