Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-167/2021 18.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, 20 dekabr 1997-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2şayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tanışı Şahid2 vasitəsi ilə mülkiyyət hüququ ilə X2 məxsus olan “Hyundai Sonata” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin olaraq 3000 (üç min) manat, sonradan isə 36 (otuz altı) müddətinə 683 (altı yüz səksən üç) manat ödəməklə, ümumilikdə 24588 (iyirmi dörd min beş yüz səksən səkkiz) manata dəyərini hissə-hissə ödəmək şərti ilə almağa razılaşdııqdan sonra, X5 tərəfindən 12 mart 2020-ci il tarixdə Sumqayıt şəhəri 3 saylı notariat ofisində avtomobilin idarə edilməsi üçün ona verilmiş etibranamənin ləğv edilməsini bəhanə edib, ilkin ödəniş və üç ay müddətində aylıq ödəniş kimi verdiyi pulunun qaytarılmasını tələb edərək, qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkətlər etməklə,avtomobilin mülkiyyətçisinin məlumatı olmadan 01 avqust 2020-ci il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən “Ləman” istirahət mərkəzinin ərazisində “Hyundai Sonata” markalı avtomobili Şahid1 2400 (iki min dörd yüz) manata sataraq zərərçəkmiş şəxs Arzu Rüstəmova mühüm ziyan vurmaqla özbaşınalıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, X3 xeyli müddət əvvəl tanımış, 2020-ci ilin mart ayının əvvələrində avtomobil almaq qərarına gəldiyindən, ancaq almaq istədiyi avtomobilin dəyərini tam şəkildə ödəməyə pulu olmadığından, avtomobilin dəyərinin hissəhissə ödənilməsi şərti ilə avtomobil satan şəxs axtarmağa başlamış, sonradan qardaşı Anarın vasitəsilə Nəsimi adlı şəxslə tanış olmuş, Nəsimi ilə ilk dəfə 02.03.2020-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində görüşmüş, həmin vaxt Nəsimi ondan ilkin ödəniş kimi ona 1000 manat pul verməyini istəmiş və bundan sonra ona münasib qiymətə avtomobil tapacağına söz vermiş, aralarında razılığa gələrək Nəsimiyə 1000 manat pul vermiş, aradan təxminən bir neçə gün keçdikdən sonra Nəsimi zəng vurub avtomobil tapdığını, ancaq əlavə olaraq ilkin ödəniş kimi 2000 manat da pul verməli olduğunu bildirmişdir. Onun təklifi ilə razılaşdığından Sumqayıt şəhərinə gəlib şəhərin girişində Nəsimi ilə görüşmüş və ona almaq üçün təklif edilmiş “Hundai Sonata” markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilə baxıb almaq qərarına gəlmişdir. Bundan sonra 2000 manat pulu Nəsimiyə vermiş, o da həmin pulu avtomobilin sahibi Arzu Rüstəmova vermişdir. Bundan sonra birlikdə Sumqayıt şəhəri ərazisində yerləşən 3 saylı notariat kontoruna getmişlər. Orada avtomobilin sahibi Arzu Rüstəmov ona avtomobili idarə etmək üçün üç illik etibarlılıq müddəti olan etibarnamə vermiş, aralarındakı razlaşmaya əsasən avtomobili 36 ay müddətinə, hər ay isə 683 manat pul ödəmək şərti ilə almışdır. Aralarındakı razılaşmaya görə avtomobilin aylıq ödənişlərini Nəsimiyə verməli olduğundan, aldığı avtomobilə görə üç ay müddətində 683 manat məbləğində pulu Nəsimiyə vermiş, Nəsimi isə həmin pulu öz növbəsində Arzuya verəcəyini bildirmişdir. Sonradan qardaşı Anar Arzuya məxsus olan başqa bir “Mercedes” markalı avtomobili idarə etmək üçün etibarnamə əsasında gündəlik 25 manat ödəmək şərti ilə icarəyə götürmüş, həmin avtomobili idarə edərkən, avtomobilin sol tərəfdən iki ədəd qapısını zədələmiş və qardaşı Anar Arzuya bu barədə məlumat vermişdir. Avtomobilin qapılarını isə təmir etdirmiş, lakin Arzu avtomobilin təmirini bəyənmədiyindən əlavə 350 manat pul istəmiş, avtomobilin qapılarını dəyişdirib yenidən rənglədəcəyini bildirmiş, ancaq bununla razılaşmayaraq avtomobili zədələsə də təmir etdirdiyini bildirib, bununla bağlı qardaşı Anarla əlaqə saxlamasını ondan istəmişdir. Arzu isə cavabında istədiyi pulu ona verməsini tələb edərək, həmin pulun əvəzində avtomobilin qapılarını yenisi ilə əvəz etdirib rənglədəcəyini bildirmiş, daha sonra Nəsimi mobil telefonuna zəng vuraraq əgər avtomobilin qapıları yenisi ilə əvəz olunması üçün Arzunun istədiyi pulu verməsə, Arzunun ona dəyərinin hissə-hissə ödənilməsi şərti ilə satılmış avtomobil üçün verilmiş etibarnaməni ləvğ etdirəcəyini bildirmişdir. Bundan əsəbləşib ona nə bilirsə etməsini bildirmiş, 23.06.2020-ci il tarixdə Nəsimi mobil nömrəsinin “WhatsApp” proqramına Arzu Rüstəmov tərəfindən ona verilmiş etibarnamənin ləvğ ilə bağlı Arzu Rüstəmov tərəfindən yazılmış ərizənin şəklini göndərmişdir. Bu səbəbdən dəyərinin hissə-hissə ödənilməsi şərti ilə aldığı avtomobilin əlindən alınacağını fikirləşdiyindən avtomobili müştəri taparaq satmaq qərarına gəlmiş, bu barədə Quba rayonunda onunla qonşuluqda yaşayan Rəşid adlı qonşusuna bu barədə bildirmiş və avtomobili satmasında köməklik göstərməsini xahiş etmişdir. 01.07.2020-ci il tarixdə Rəşidlə Bakı şəhəri ərazisində görüşdükdən sonra, birlikdə Sumqayıt şəhəri ərazisində yerləşən “Ləman” istirahət mərkəzinə gəlmiş, orada Rəşid onu adını sonradan bildiyi Daşqın adlı şəxslə görüşdürmüş, Daşqın avtomobilə baxıb bəyənmiş, avtomobili hansı şərtlərlə satdığını soruşmuşdur. Avtomobili almaq üçün ilk olaraq ilkin ödəniş kimi 3000 manat pul verdiyi, sonradan isə üç ay müddətinə aylıq 683 manat pul ödədiyini bildirib, həmin məbləğdə pulu Daşqından istəmiş, bundan sonra Daşqının ona avtomobili almaq üçün 3000 manat pul verməsinə, daha sonra avtomobilin aylıq ödənişlərini avtomobilin sahibinə ödəməkdə davam etməsi ilə bağlı aralarında razılığa gəlsələr də, ancaq avtomobilin yol hərəkəti qaydalarının pozuntusuna görə 600 manat cəriməsi olduğundan, Daşqın ona cəmi 2400 manat pul vermiş, qalan pulu isə cərimələrin ödənilməsinə sərf edəcəyini bildirmişdir. Onunla razılaşmış, Daşqından aldığı puldan 100 müştəri tapdığına görə Rəşidə vermiş, qalan pulu isə götürərək avtomobili Daşqına təhvil vermiş, həmçinin Nəsiminin əlaqə nömrəsini Daşqına vermiş, Daşqın özü Nəsimi ilə danışıb qalan məsələləri həll edəcəyini bildirmişdir. Sonradan isə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə izahat vermək üçün dəvət edilərkən Arzu Rüstəmovun 26 iyun 2020-ci il tarixdə Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində yerləşən 17/29 saylı binanın qarşısında görüşmələri, həmin vaxt ondan avtomobilini geri qaytarmağını tələb etməsi, bundan sonra isə onu döyüb bədən xəsarəti yetirməsi barədə şikayət ərizəsi yazdığını öyrənmişdir. Arzu Rüstəmovla 26 iyun 2020-ci il tarixdə Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində yerləşən 17/29 saylı binanın qarşısında görüşməmiş, onu döyüb bədən xəsarəti yetirməmişdir. Arzu Rüstəmov bununla bağlı barəsində qərəzli və böhtan xarakterli şikayət ərizəsi yazmışdır. Arzu Rüstəmov bunu dəyərini hissə-hissə ödəmək şərtilə ona satdığı avtomobilə görə ilkin ödəniş kimi, eləcə də üç ay müddətində aylıq ödəniş kimi ondan aldığı pulu geri qaytarmamaq üçün etmişdir. 26.06.2020-ci il tarixdə və 27.06.2020-ci il tarixdə Sumqayıt şəhəri ərazisində olmamış, həmin tarixlərdə Quba rayonu ərazisində olmuşdur. Arzu Rüstəmovun hansı şəraitdə xəsarət almasından məlumatsız olmuş, “Hundai Sonata” markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilə ilkin ödəniş kimi Nəsimiyə 3000 manat pul verdikdən sonra, 36 ay müddətində hər ay isə 683 manat ödəmək şərti ilə almışdır. Avtomobilin alqı-satqısı ilə bağlı Arzu Rüstəmovla aralarında hər hansı razılaşma və ya sövdələşmələri olmamış, “Hundai Sonata” markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobili Şahid1 satması barədə Nəsimi və ya Arzuya hər hansı məlumat verməmişdir. Daşqınla aralarında avtomobilin alqı-satqısı ilə bağlı Daşqının Nəsimi ilə danışıb bütün məsələləri həll edəcəyinə razılaşmışdır. İşlərin belə olmasını arzu etməmişdir, əməlindən peşmandır, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs göstərdi ki, mərhum 04.10.1965-ci il təvəllüdlü X5 atasıdır. Atası Arzu 15.12.2020-ci il tarixdə vəfat etmiş, onu Abşeron rayonu ərazisində yerləşən Saray qəbirstanlığında dəfn etmişlər. Atasının ölümündən sonra ona “COVİD-19” iki tərəfli pnevmoniya, insulindən asılı olan şəkərli diabet İİ tip ağır forma diaqnozu qoyulmuş, atasının sağlığında onun işləri ilə maraqlanmamışdır. Ancaq atasının ölümündən sonra Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə dəvət edilərkən Təqsirləndirilən şəxs adlı şəxsin tanışı Şahid2 vasitəsilə mülkiyyət hüququ ilə bibisi X2 məxsus olan “Hyundai Sonata” markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobili ilkin olaraq 3.000 manat, sonradan isə 36 ay müddətinə ayda 683 manat ödəməklə, ümumilikdə 24.588 manata dəyərini hissə-hissə ödəmək şərti ilə almağa razılaşdıqdan sonra, mərhum atası X5 tərəfindən 12.03.2020-ci il tarixdə Sumqayıt şəhəri 3 saylı notariat ofisində avtomobilin idarə edilməsi üçün ona verilmiş etibarnamənin ləvğ edilməsini bəhanə edib, ilkin ödəniş və üç ay müddətində aylıq ödəniş kimi verdiyi pulunun qaytarılmasını tələb edərək, qanunla və ya digər nornativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkətlər etməklə, avtomobilin mülkiyyətçisinin məlumatı olmadan 01.08.2020-ci il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən “Ləman” istirahət mərkəzinin ərazisində “Hyundai Sonata” markalı avtomobili Şahid1 2400 manata satmış və bununla bağlı mərhum atasının müraciəti əsasında cinayət işinin istintaqının aparıldığını öyrənmişdir. Təqsirləndirilən şəxs tanımamış, atası mərhum X9 Ağamalıyev arasında olan məsələdən məlumatsız olmuşdur. Hazırda dəymiş ziyan tam ödənilmişdir, təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir iddia tələbi yoxdur, onun məsuliyyətdən azad olunmasını xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs 30 mart 2021-ci il tarixli ərizəsindən görünür ki, dəymiş ziyan tam ödənilmişdir, təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir iddia tələbi yoxdur, onun məsuliyyətdən azad olunmasını xahiş edir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Arzunu təxminən 4-5 il əvvəl tanımış, Arzu özünə məxsus avtobusu ona satmış və tanışlıqları yaranmışdır. Arzu nəqliyyat işi ilə məşğul olmuş, təxminən 2020-ci ilin yanvar ayında Arzudan “Mercedes” markalı avtomobil icarəyə götürərək taksi fəaliyyəti göstərməyə başlamışdır. Sonradan Arzuya bir neçə sedan avtomobil almasını, həmin avtomobilləri icarəyə vermələrini, həm özünün, həm də Arzunun pul qazanmalarını təklif etmişdir. Arzu bundan sonra dörd ədəd “Mercedes” markalı sedan avtomobil və bir ədəd də “Hunday Sonata” markalı avtomobil almış, ona gələcəkdə imkanı olduqda “Mercedes” markalı avtobillərdən ikisinin pulunu yavaş-yavaş ödəyib özünə götürəcəyini, lakin hələlik imkanı olmadığından avtomobilləri icarəyə götürəcəyini bildirmişdir. “Mercedes” markalı avtomobillərin hamısını tanışlarına icarəyə vermiş, həmin şəxslər ona aylıq icarə haqqını ödəmiş, öz növbəsində həmin pulları Arzuya vermişdir. Arzu icarəyə verdiyi avtomobilləri idarə edən şəxslərə avtomobilləri idarə etmək üçün etibarnamə vermişdir. Arzuya məxsus “Mercedes” markalı avtomobillərdən birini Anar adlı şəxsə vermiş, Anarı taksi fəaliyyəti ilə məşğul olarkən tanımış, ancaq Arzu həmin şəxsi tanımamışdır. Avtomobilləri icarəyə verərkən Arzunun şərti sürücülər tərəfindən aylıq icarə haqqının vaxtında ödənilməsi, icarə pulu gecikdirildikdə və ya Arzuya pul lazım olduğu halda avtomobili geri ala bilməsi olmuş, yəni avtomobillər Arzunun özünün olmuş, avtomobilləri idarə edən şəxslər yalnız icarə haqqı ödəyərək, avtomobilləri idarə etmişdir. Sonda isə yenə avtomobil Arzunun olacaqmış, Arzunun aldığı “Hyundai Sonata” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobili 2020-ci ilin mart ayının əvvəllərində Anar qardaşı Siruzun icarəyə götürmək istədiyini bildirmiş, bundan sonra Arzu ilə danışaraq, “Hunday Sonata” markalı avtomobili icarəyə vermələrini təklif etmişdir. Daha sonra Siruzla görüşmüş və aylıq 683 manat icarə haqqını vaxtlı vaxtında ödəməyə razılaşarsa avtomobili icarəyə götürə bilcəyini demiş, Siruz təklifi ilə razılaşmışdır. Bundan sonra notariusa getmişlər və Arzu Siruza avtomobili idarə etmək üçün etibarnamə vermiş, Siruz 2 ay icarə pulunu vaxtında ödəmiş, daha sonra Anara icarəyə verilmiş avtomobilin sol qabaq və arxa qapıları əzildiyindən, Anar həmin qapıları təmir etdirmişdir. Lakin Arzu təmiri bəyənmədiyindən avtomobilin yenidən təmir edilməsini tapşırmış, Anar avtomobilin təmir edilməsi üçün 250 manat pul verməsini təklif etdiyindən, bu barədə Arzuya demiş, ancaq Arzu avtomobilin qapıların həmin pula təmir olunmayacağını bildirib, razılaşmamışdır. Avtomobilin geri qaytarılmasını tələb etmiş, bundan sonra Anar avtomobili geri qaytarmış, lakin avtomobilin qapılarının təmirinə görə pul verməmişdir. Sonradan Arzu özü avtomobilin qapılarını təmir etdirmiş, həmin ərəfədə Siruz avtomobilin icarə haqqını vermədiyindən Arzu həmin avtomobili də geri qaytarmasını tələb etmişdir. Bu barədə Siruza dedikdə Siruz verdiyi pulların geri qaytarılmasını tələb etmişdir, Siruza verdiyi pulları icarə haqqı kimi verdiyini, həmin müddətdə də avtomobili idarə etdiyini bildirmiş, daha sonra Siruz avtomobili 3 aylıq icarəyə götürmədiyini deyib, narazılığını bildirdikdə ona avtomobili icarəyə götürdükdə icarə haqqını vaxtlı vaxtında ödəmək üçün öhdəlik götürdüyünü, icarə haqqının vaxtında ödənilməməsi halında isə avtomobilin geri alınacağı şərtinin olduğunu xatırlatmışdir. Siruz isə avtomobili geri qaytarmaqdan imtina edərək avtomobili başqa bir qohumuna verəcəyini, aylıq icarə haqqının qohumu tərəfindən ödəniləcəyini bildirmişdir. Ona bu halda da avtomobilin sahibi Arzu ilə razılaşmalı olduğunu bildirdikdə, Siruz avtomobili geri qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən Arzu martın ayının 20-də avtomobili idarə etmək üçün Siruza etibarnamə verdiyi notariusa gedərək, verdiyi etibarnaməni ləğv elətdirmişdir. Bundan sonra Siruza zəng edərək etibarnamənin ləğv olunduğunu bildirmiş və avtomobili geri qaytarmasını tələb etmiş, lakin Siruz müxtəlif bəhanələr gətirərək avtomobili qaytarmaqdan imtina etmişdir. Aradan 5-6 gün keçdikdən sonra Arzunun avtomobili geri qaytarılmadığından, Arzu Sumqayıt şəhər Polis İdarəsinin DYPŞ-nə gedərək ərizə ilə müraciət etmiş və özünə məxsus “Hyundai” markalı avtomobili Siruz adlı şəxsdə olduğunu, ona avtomobili idarə etmək üçün verdiyi etibarnaməni ləğv elətdirdiyini, lakin Siruzun avtomobili geri qaytarmadığını bildirərək, tədbir görmələrini xahiş etmişdir. Bundan sonra Arzunun müraciətinin şəklini çəkərək Siruza göndərmiş və Arzunun artıq avtomobili axtarışa verdiyini, vaxtında avtomobili qaytarmasını tələb etmiş, Siruz yenidən bəhanələr gətirərək avtomobili qaytarmamışdır. Məhkəmə iclasında Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs qardaşıdır. Siruz 2020ci ilin mart ayında Şahid2 vasitəsilə Arzu Rüstəmovla tanış olaraq ondan dəyərini hissəhissə ödəmək şərti ilə Hyundai Sonata markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. O, avtamobili almaq üçün ilkin ödəniş kimi 3000 manat, aylıq isə 683 manat pul verməyə razılaşmış, sonradan Arzu və Siruz arasında razılıq pozulduğundan, Siruz avtomobili Şahid1 verdiyi ilkin ödənişin əvəzində 2400 manat pul alaraq avtomobili Şahid1 satmışdır. Sonradan qardaşı X6 müraciəti əsasında başlanmış cinayət işi üzrə barəsində axtarış elan edilməsini eşidərək Daşqının qardaşı Elgizlə görüşmüş, ona qardaşı Siruzun Daşqından aldığı pulu vermişdir. Elgiz isə Arzu Rüstəmova məxsus qardaşı Siruz tərəfindən Şahid1 satılmış avtomobili Sumqayıt şəhəri ərazisində ona təhfil vermişdir. Daha sonra bu barədə Arzu Rüstəmova məlumat verərək avtomobili Arzu Rüstəmova təqdim etmişdir. Şahid1 göstərmişdir ki, təxminən beş il əvvəl qardaşları Elgiz və aqilə məxsus avtosalonda satış üzrə menecer kimi işləməyə başlamış, avtomobil alqı satqısı ilə məşğul olan Rəşid adlı şəxsi təxminən üç il əvvəl tanımış, əvvəllər aralarında bir neçə dəfə avtomobil alqı satqısı ilə bağlı sövdələşmələri olmuş, sonuncu dəfə 01.08.2020-ci il tarixdə axşam saatlarında Rəşid zəng edərək kreditlə “Hyundai Sonata” markalı avtomobil satıldığını, həmin avtomobilin 33 aylıq ödənişinin qaldığını, avtomobilin aylıq ödənişinin 683 manat olduğunu bildirmiş, həmin avtomobilə baxmaq istədiyindən ondan harda olduğunu soruşmuş, Rəşid isə Sumqayıt şəhəri Novxanı qəsəbəsi ərazisində dəniz kənarında yerləşən “Ləman” kafesində olduğunu bildirdiyindən, həmin əraziyə getmiş, orda Rəşid və adının sonradan Siruz olduğunu bildiyi şəxslə görüşmüş, Rəşid avtomobili Siruzun kreditlə aldığını, hazırda həmin avtomobili satıb başqa avtomobil almaq istədiyini bildirmiş, bundan sonra satıldığı bildirilən avtomobilə baxdıqda, həmin avtomobili almaq üçün bəyənmiş, avtomobilin sənədlərinin olub olmaması ilə maraqlandıqda Siruz ona avtomobili idarə etmək üçün verilmiş üç illik etibarlılıq müddəti olan etibarnaməni və avtomobil sahibi ilə arasında başlanmış kredit sövdələşməsini göstərmiş, avtomobilin texniki şəhadətnaməsinin isə evdə qaldığını bildirərək mobil telefonunda avtomobilin texniki şəhadətnaməsinin şəklini göstərmiş, bundan sonra Siruzla aralarında razılığa gələrək ilkin ödənişin əvəzində avtomobil sahibinə verdiyi pula görə Siruza 2300 manat pul verməyi, avtomobilin kredit ödənişi olan 683 manat pulu isə 33 ay müddətində avtomobil sahibinə ödəmiyi öhdəsinə götürmüş, daha sonra Siruz yanında avtomobilin sahibi olduğunu bildirdiyi şəxsə zəng vurmuş, həmin şəxslə danışdıqda avtomobili aldığını, avtomobili idarə etmək üçün ona etibarnamə vermək lazım olduğunu bildirmiş, telefonla danışdığı şəxs isə səhəri gün gələrək ona etibarnamə verəcəyini bildirmiş, bundan sonra Siruza Rəşidin vasitəsilə 2300 manat pul verərək avtomobili götürüb idarə edərək işlədiyi avtosalona gətirmiş və bir kənarda saxlamış, aradan bir iki-gün keçməsinə baxmayaraq ona etibarnamə verilmədiyindən bu barədə zəng edib Rəşidə məlumat vermiş, Rəşid isə ona etibarnamə verilməsi məsələsini həll edəcəyini bildirmiş, aradan bir iki gündə keçməsinə baxmayaraq ona avtomobili idarə etmək üçün etibarnamə verilmədiyindən bu barədə zəng vurub yenidən Rəşidə məlumat vermiş, Rəşid isə avtomobil sahibi ilə görüşərək məsələni həll edəcəyinə söz vermiş, aradan bir neçə gün keçdikdən sonra 077 444 34 35 saylı mobil nömrədən zəng edən şəxs avtomobilin sahibi olduğunu, onunla görüşmək istədiyini bildirmiş, bundan sonra həmin şəxslə Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində görüşdükdə həmin şəxs ilk olaraq avtomobilin aylıq ödənişinin edilməsini, ancaq bundan sonra avtomobili idarə etmək üçüç etibarnamə verəcəyini bildirmiş, həmin şəxsə pul verərək avtomobili aldığını bildirdikdə, həmin şəxs səhəri gün işlədiyi avtosalona gələrək orda söhbət edəcəyini bildirmiş, səhəri gün avtosalona gələn həmin şəxs adının Nəsimi olduğunu, avtomobilin sahibi Arzunun qohumu olduğunu, avtomobilin sahibi ilə danışıb avtomobilin sənədləşmə işini həll edəcəyinə söz vermiş, daha sonra həmin şəxs qardaşı Elgizlədə görüşmüş, avtomobili aldıqları Siruzla aralarında pul məsələsinə görə şəxsi işləri olduğunu, həmin məsləni həll etdikdən sonra avtomobilin sənədləşmə işlərini həll edəcəyinə söz vermiş, hətta avtomoblin sahibi Arzu adlı şəxslə qardaşı Elgizi telefonla danışdırmış, sonra isə çıxıb getmiş, aradan bir müddət keçməsinə baxmayaraq ona avtomobili idarə etmək üçün etibarnamə verilməmiş, bu səbəbdən Rəşidə zəng vurub məsələni həəl etməsini istəmiş, aradan bir neçə gün keçdikdən sonra Rəşid gəlib avtomobili götürmüş, ya satıb pulunu verəcəyini, yada Siruzdan pulunu alıb qaytaracağına söz vermiş, sonradan Rəşidlə əlaqə saxladıqda o Siruzu tapa bilmədiyindən pulunu geri qaytara bilmədiyini bildirmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəisi Azər Əhmədovun 30.10.2020-ci il tarixli 124-17313-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsinədə 30.10.2020-ci il tarixdə, saat 06:30-da Bakı şəhəri, Heydər Əliyev adına X4 saxlanılaraq, Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir.(i.v 96) İş materiallarında olan 30.10.2020-ci il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30.10.2020-ci il tarixdə saat 06:30 radələrində Bakı şəhəri, Heydə Əliyev adına X8 ərazisində saxlanılaraq, Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin əməkdaşlarına təhvil verilmişdir.(i.v 97) İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-1637/2020 saylı 14.10.2020-ci il tarixli qərardadından görünür ki, hazırki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək **-OH-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobilin üzərinə həbs qoyulmuşdur.(i.v 103-104) İş materiallarında olan 31.10.2020-ci il tarixli “Avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid4 Sumqayıt ŞPİ-nin inzibati binasının qarşısında yol kənarında park edilmiş yaş asfalt rəngli “Hyundai Sonata” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobili təqdim edərək həmin avtomobilin qardaşı Təqsirləndirilən şəxs Şahid2 vasitəsilə Arzu Rüstəmovdan dəyərini hissə-hissə ödəmək şərtilə aldığı, bunun üçün Şahid2 ilkin ödəniş kimi 3000 manat pul ödədiyi avtomobil olduğunu, qardaşı Təqsirləndirilən şəxs sonradan həmin avtomobili Şahid2 vasitəsilə Şahid1 satdığını, avtomobilin sahibi Arzu Rüstəmovun avtomobilinin geri qaytarılmasını tələb etməsi səbəbindən Şahid1 avtomobilin almaq üçün qardaşına verdiyi pulu geri qaytararaq avtomobili aldığını və avtomobilin açarlarını Arzu Rüstəmova təqdimetdiyini, ancaq Arzu Rüstəmovun avtomobilin zədələnmiş hissələrinin olduğunu və elektron qaydada yazılmış və ödənilməmiş yol hərəkəti qaydaları pozuntusuna görə cərimələrinin olduğunu bildirərərk ondan əlavə 1200 manat məbləğində pul istədiyini, istədiyi məbləğdə pulu ona verməsə, avtomobili qəbul etməyəcəyini, avtomobili ona təhvil verdiyi yerdə, yəni Sumqayıt ŞPİ-nin inzibati binasının qarşısında saxlayacağını, pul verilməsə sonradan avtomobili yandıracağını, avtomobili onun yandıracağını bildirib avtomobilin dəyərinin bütöv şəkildə ondan tələb edəcəyini dediyini bildirdi. Təqdim edilmiş Sumqayıt ŞPİ-nin inzibati binasının qarşısında park edilmiş avtomobilə baxış keçirildikdə avtomobilin sol qabaq buferinin aşağı hissəsində, arxa buferinin sol hissəsində və sol qapı üzərində olan güzgünün gövdəsində zədələnmiş hissələrin olduğu, avtomol=bilin digər hissələrində hər hansı zədələnmiş hissənin olmadığı müəyyən olunmuşdur.(i.v 153-154) İş materiallarında olan 31.10.2020-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir.(i.v 155-156) İş materiallarında olan 05.11.2020-ci il tarixli 123-36859-1220 saylı məktubdan görünür ki, “Hyundai Sonata” markalı avtomobil cavabdeh Təqsirləndirilən şəxs tərəfindən 31.10.2020-ci il tarixdə Arzu Rüstəmova geri qaytarılmışdır.(i.v 186) İş materiallarında DİN-nin BƏSİİ-nin 11.11.202-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v 109) İş materiallarında olan 12.12.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 236) İş materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətdə nümunəvi xidmət etmişdir.(i.v 237) İş materiallarında olan 22.12.2020-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4 və 127.1-ci maddələrindən Cm-nin 322.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş üzərində markalanma yazısı olmayan, yaddaşında isə bir ədəd ”AUD-20201031-WA0014” adlı, 475 kb həcmində və 05 dəqiqə 03 saniyə davam edən səs yazısı olan bir ədəd disk, həmçinin “xxxx” MMC tərəfindən təqdim edilmiş yaddaşında 03 ədəd birincisi “SMS__tarixçəsi__”, ikincisi “Zənglərin detallaşması__” və üçüncüsü “Zənglərin__Məxsusluq__Tarixçəsi” adlı fayllar olan bir ədəd disk cinayət işi üzrə həmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən “xxxx” MMC tərəfindən təqdim edilmiş yaddaşında 01 ədəd “24708-11.11.2020” adlı fayl, həmin faylın yaddaşında isə birincisi “509770065-ant.xl...”, ikincisi “509770065-k.m...”, üçüncüsü “509770065sms.txt” və dördüncüsü “ **********65-txt” adlı fayllar olan bir ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır.(i.v 249-273) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam təsdiq edilir və onun əməli Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi və s. ilə bağlı göstərdiklərinə məhkəmə tənqidi yanaşır və bunu onun özünü müdafiə etmək üçün seçdiyi üsul kimi qiymətləndirir. Çünki onun ona isnad edilən əməli törətməsi işin halları, işdəki sübutlarla tam təsdiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın aradan qaldırılmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər və ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti ictimai işlər növündə cəzanın müddətinə bir günə səkkiz hesabı ilə hesablanır. Maddi sübut kimi tanınmış - Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş üzərində markalanma yazısı olmayan, yaddaşında isə bir ədəd ”AUD-20201031-WA0014” adlı, 475 kb həcmində və 05 dəqiqə 03 saniyə davam edən səs yazısı olan bir ədəd disk, həmçinin “xxxx” MMC tərəfindən təqdim edilmiş yaddaşında 03 ədəd birincisi “SMS__tarixçəsi__”, ikincisi “Zənglərin detallaşması__” və üçüncüsü “Zənglərin__Məxsusluq__Tarixçəsi” adlı fayllar olan bir ədəd disk cinayət işi üzrə həmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən “xxxx” MMC tərəfindən təqdim edilmiş yaddaşında 01 ədəd “24708-11.11.2020” adlı fayl, həmin faylın yaddaşında isə birincisi “509770065-ant.xl...”, ikincisi “509770065k.m...”, üçüncüsü “509770065-sms.txt” və dördüncüsü “ **********65-txt” adlı fayllar olan bir ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və onun tərəfindən 15 (on beş) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 oktyabr 2020-ci ildə tutularaq saxlandığı iki gün müddət bir günə səkkiz saat hesabı ilə hesablanmaqla ona təyin edilən ictimai işlər cəzasından çıxılsın və üzərində 384 (üç yüz səksən dörd) saat ictimai işlər cəzası saxlanılsın. Cəzasını yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə çəksin və cəzasının əvvəli hökm icra olunduğu andan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış - Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş üzərində markalanma yazısı olmayan, yaddaşında isə bir ədəd ”AUD-20201031-WA0014” adlı, 475 kb həcmində və 05 dəqiqə 03 saniyə davam edən səs yazısı olan bir ədəd disk, həmçinin “xxxx” MMC tərəfindən təqdim edilmiş yaddaşında 03 ədəd birincisi “SMS__tarixçəsi__”, ikincisi “Zənglərin detallaşması__” və üçüncüsü “Zənglərin__Məxsusluq__Tarixçəsi” adlı fayllar olan bir ədəd disk cinayət işi üzrə həmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən “xxxx” MMC tərəfindən təqdim edilmiş yaddaşında 01 ədəd “24708-11.11.2020” adlı fayl, həmin faylın yaddaşında isə birincisi “509770065-ant.xl...”, ikincisi “509770065k.m...”, üçüncüsü “509770065-sms.txt” və dördüncüsü “ **********65-txt” adlı fayllar olan bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 90 (doxsan) manat pul Müdafiəçi2 vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun nəfinə köçürülsün. (“xxxx” ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-167/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-167/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver