Məhkəmə qərarları › İş №1(060)-167/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-167/2022

10.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-167/2022 10.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Hüseynbala oğlunun, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs 24.11.2021-cı ıl tarixdə, saat 18:00 radələrində Sumqayıt şəhəri, 9cu mikrorayon, məhkəmə binasının yaxınlığında X1 ilə aralarında yaranmış şəxsi münasibət zəminində baş vermiş mübahisə zamanı Əlibala Qurbanovun gözünün altına yumruqla vurmuş və ona QKBT baş beyin silkələnməsi, sol paraorbital və sol almacıq nahiyyənin dərialtı hematoması, sol qaş nahiyyənin yarası, sol gözaltı nahiyyənin sıyrığı xəsarətləri ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Hüseynbala oğlu onun qaynatasıdır. O onun qızı Şahid2 ilə boşanma ərəfəsindəymişlər. Ailələrində baş vermiş mübahisələrlə əlaqədar Ruqiyyə uşaqlar ilə birlikdə evdən çıxıb gedərək atasının yanında yaşıyır. 24.11.2021-ci il tarixdə barışıq etmək üçün Anar adlı icraçı onu Sumqayıt şəhəri, 9-cu mikrorayonda məhkəmənin binasının yaxınlığında yerləşən İcra İdarəsinə dəvət etmişdir. O İcra İdarəsinə daxil olub orada Əlibaba ilə xeyli söhbət etdikdən sonra Əlibaba onun rəhmətlik atasına nalayiq ifadələrlə söydüyünə görə əsəbləşib razılaşmadıqları üçün İcra idarəsindən çıxmışdır. Sonra Əlibabanı yolda çağırıb münasibət bildirmək istədikdə o onu təhqir edib üzərinə hücum etdiyi üçün onun gözünün altından yumruqla vurmuşdur. Bu zaman onun arxadan gələn qardaşı Şahid3 onu qucaqlayıb kənara aparmış və oradan uzaqlaşdırmışdır. Ora yaxınlaşan Əlibabanın oğlu Tərlan isə atası Əlibabanı oradan uzaqlaşdırıb avtomobilinə aparmışdır. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Hüseynbala oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Cəfər oğlu onun kürəkənidir. Təqsirləndirilən şəxs Cəfər oğlu onun qızı Qurbanova Ruqiyyə ilə boşanma ərəfəsindədirlər. Qızı ailəsində baş vermiş mübahisələrlə əlaqədar uşaqları ilə birlikdə evdən cıxaraq onun yanında yaşayır. 24.11.2021-ci il tarixdə onu barışıq etmək üçün Anar adlı icraçı Sumqayıt şəhəri, 9-cu mikrorayonda məhkəmənin binasının yaxınlığında yerləşən İcra İdarəsinə dəvət etmişdir. O qızı Ruqiyyə və oğlu Tərlan ilə birlikdə avtomobilə əyləşib İcra idarəsinə getmişdir. Tərlan onları avtomobildə gözlədiyi zaman o qızı Ruqiyyə ilə birlikdə İcra İdarəsinə daxil olub, orada Rəhmanla görüşüb xeyli söhbət etdikdən sonar Rəhman qızının və onun ünvanına nalayiq ifadlər işlətdiyi üçün Rəhmana kobud cavab vermişdir. Sonra razılaşmadıqları üçün Rəhman və qardaşı Cavid icra idarəsindən çıxıb getmişlər. O qızı Ruqiyyə ilə İcra idarəsindən çıxıb evə getmək istədikləri zaman Rəhman onu çağırmış və üzərinə gələrək hücum çəkmişdir. Qızı Ruqiyyə qışqırmış və Rəhman anidən onun sol gözünün altından yumruqla, qarnına və başına təpiklə vuraraq xəsarətlər yetirmişdir. Sonra Rəhmanın qardaşı Cavid ora yaxınlaşıb Rəhmanı tutub özü ilə avtomobilə aparmış, onlara tərəf uzaqdan qaçaraq gələn oğlu Tərlan onu və qızı Ruqiyyəni götürüb öz avtomobilinə tərəf aparmışdır. Hal-hazırda onlar barışmışlar. Ona görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının 24.11.2021-ci il tarixli, 1585 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Hüseynbala oğlunun bədəni üzərindəki xəsarətlər – QKTB baş beyin silkələnməsi, sol paraorbital və sol almacıq nahiyyənin dərialtı hematoması, sol qaş nahiyyənin yarası, sol gözaltı nahiyyənin sıyrığı vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla 24.11.2021-ci il tarixdə əmələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə QKBT baş beyin silkələnməsi, sol paraorbital və sol almacıq nahiyyənin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya, digər xəsarətlər yəni - sol qaş nahiyyənin yarası və sol gözaltı nahiyyənin sıyrığı isə sağlamlığa ziyan vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan DİN tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Hüseynbala oğlunun ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Hüseynbala oğlu ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat sərf etmişdir. Ona görə də, 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar