Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-167/2023 07.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sumqayıt Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-90/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 7(007)-807/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Sumqayıt Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-90/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclsinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən 06 (altı) ay azaldılmış, 2022-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, ********* nömrəli cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-11/2023 saylı, 19.01.203-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Sumqayıt şəhəri, Corat bağlar massivi fərdi yaşayış evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq, həyətdə olan damın yanından 170 (bir yüz yetmiş) manat dəyərində 01 (bir) ədəd 05 litr həcmində olan odun samovarını götürüb aparmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 170 (bir yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Sumqayıt şəhəri, Corat bağlar massivi fərdi yaşayış evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq həyətdə yerləşən yay mətbəxindən 200 (iki yüz) manat dəyərində olan 01 (bir) ədəd 06 litr həcmində, üzərində “ZŞV” yazıları həkk olunmuş odun samovarını götürüb aparmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Sumqayıt şəhəri, Noxvanı qəsəbəsi ərazisində yerləşən “Neptun” restoranına gələrək restoranın saxlanc kimi istifadə edilən anbarına qanunsuz daxil olaraq 70 (yetmiş) manat dəyərində 01 (bir) ədəd “insterskol- 1650w” markalı drel perforatorunu və 80 (səksən) manat dəyərində 01 (bir) ədəd Çin istehsallı, “Tmakota TM-8230C” markalı laqondanı götürüb aparmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 3 ünvanda tək yaşayır. Əvvəllər məhkum olunmuşdur. Cəzaçəkmə müəssəsindən 2022-ci ilin əvvələrində çıxmışdır. Maddi imkanı çox zəifdir. Heç bir yerdə işləmir. İşsiz olduğumdan bir sıra oğurluqlar etmişdir. 12 may 2022-ci il tarixdə saat 17:00 radələrində Corat bağları ərazisində gəzişmişdir. Qonşuluqda yaşayan Adışirin adlı şəxsin həmin saatlarda evdə olmadığını bilmişdir. Həmin vaxtlarda Adışirin Sumqayıt şəhəri, Şərq bazarında olur. Çünki Adışirin orada işləyir. Əvvəlcə ətrafa baxmış, heç kimin olmadığına tam əmin olduqdan sonra hasarı aşma yolu ilə həyətə daxil olmuşdur. Həyətdə olan anbarın yanında 01 (bir) ədəd 5 litrlik odun samovar olduğunu görmüş, həmin samovarı götürərək yenidən hasarı aşma yolu ilə yola çıxmış və yaşadığı evə gəlmişdir. Həmin samovarı yaşadığı evin zirzəmisində gizlətmişdir. 10-15 gün keçsin sonra həmin samovarı tanımadığı şəxslərdən kiməsə satmağı gözləmişdir. Bundan başqa 14 may 2022-ci il tarixdə saat 17:00 radələrində Adışirinin qapı qonşusu Əlqəmə adlı şəxsin yaşadığı evin həyətinə hasarı aşma yolu ilə daxil olmuşdur. Həmin həyətdə iki mərtəbəli ev vardır. Bundan başqa həyətdə yay mətbəxi vardır. O, bilir ki, Əlqəmə yaşlı kişidir və o həmin evdə azyaşlı şikəst nəvəsi ilə birlikdə yaşayır. O da sakitcə yay mətbəxinə yaxınlaşıb qapının üzərində açar olduğunu görmüşdür. Qapını açarla açmaq istədikdə görmüşdür ki, qapı açıqdır. Həmin yay mətbəxinə daxil olmuş və orada bir ədəd 06 litrlik odun samovar olduğunu görmüş və həmin samovarı götürüb hasarı aşma yolu ilə yola çıxmış, yaşadığı evə gəlib samovarı yaşadığı evin zirzəmisində gizlətmişdir. 18 may 2022-ci il tarixdə saat 19:00 radələrində Sumqayıt şəhəri, Novxanı ərazisində dəniz kənarında gəzişmişdir. Orada “Neptun” restoranında fəhlələrin işlədiyini görmüşdür. Orada anbarın qapısının açıq vəziyyətdə olduğunu görmüş və həmin anbara daxil olmuşdur. Həmin anbardan 01 (bir) ədəd drel preporatoru və 01 (bir) ədəd laqonda götürüb gizlincə oradan çıxmışdır. Onun oradan 01 (bir) ədəd drel preporatını və 01 (bir) ədəd laqondanı oğurlamağını heç kim görməmişdir. Oğurladığı əşyaları yaşadığı evə gətirərək zirzəmidə gizlətmişdir. Sonuncu dəfə isə 22 may 2022-ci il tarixdə səhər 05:00 radələrində Sumqayıt şəhəri, Corat bağlar massivində yerləşən fərdi yaşayış evlərin birində görmüş ki, iki mərtəbəli yarımtikili ev vardır. O da pilləkənlə qalxıb həmin yarımtikili evin 1-ci və 2-ci mərtəbəsindən oğurlamaq üçün heç bir avadanlıq yoxdur. Lakin həmin yarımtikili evin ikinci mərtəbəsindən görmüşdür ki, həmin evin yanında olan evin həyətində 01 (bir) ədəd su qızdırıcısı və 01 (bir) ədəd samovar var və onları oğurlamaq qərarına gəlmişdir. Həmin evin ətrafı hər tərəfdən setka ilə bağlıdır. Həmin setkanın məftilini açıb həyətə daxil olmuş və həyətdə olan 2,5 litrlik samovarı və 01 (bir) ədəd su qızdırıcısını götürüb yaşadığı evə aparıb zirzəmidə gizlətmişdir. 26 may 2022-ci il tarixdə polis əməkdaşları onun yaşadığı evin yanında görmüşlər və onu Sumqayıt şəhəri, Corat qəsəbəsində baş vermiş oğurluqlarda şübhəli olduğu üçün polis bölməsinə dəvət etmişlər. O, da etiraz etməyərək polis bölməsinə getmişdir. O, başa düşmüş ki, polis əməkdaşlarında hər hansı bir məlumat vardır ki, onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində etdiyi 04 (dörd) oğurluğun hamısını etiraf etmiş və bildirmişdir ki, oğurladığı əşyaları yaşadığı evin zirzəmisində gizlətmiş və həmin əşyaları təqdim edə bilər. Bundan sonra oğurladığı əşyaları təqdim etmişdir. Ona etdiyi oğurluqlarda heç kim köməklik etməmiş, həmin oğurluqları tək etmişdir. Zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəmişdir, zərərçəkmiş şəxslərlə barışmışdır, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat bağlar massivi fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə ailə üzvləri ilə birlikdə həyətdə 05 litrlik həcmdə olan odun samovarda çay içdikdən sonra həyətdə damın yanında qoymuşdur. Bundan sonra ümumiyətlə həmin yerə baxmamışdır. 25 may 2022-ci il tarixdə yenidən çay içmək üçün samovarı qoyduğu yerdən götürmək istəyən zaman samovarın həmin yerdə olmadığını görmüşdür. Həmin samovar uzun müddətdir ondadır. Həyəti axtardıqdan sonra samovarı tapa bilmədiyi üçün başa düşmüşdür ki, samovarı naməlum şəxs və ya şəxslər oğurlamış və bu səbəbdən baş vermiş hadisə ilə bağlı Sumqayıt ŞPİ-nin 1-ci PB-nə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları onun yaşadığı ünvana gələrək baxış keçirmişlər. Həmin samovarı təxminən qiyməti 300 (üç yüz) manatdır. Bundan sonra ona məlum olmuşdur ki, həyətdən samovarı Sumqayıt şəhəri, Corat qəsəbə sakini Təqsirləndirilən şəxs oğurlamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyanı ödəmişdir və onunla barışmışdır. Ona görə də, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyan ödənilmişdir və onlar barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda ailəsi ilə birlikdə yaşayır. Yay ayında Sumqayıt şəhəri, Novxanı ərazsində yerləşən “Neptun” restoranını yay sezonu üçün icarəyə götürmüşdür. 2022-ci ilin restoranın ərazisini düzəltmək üçün təmir işləri aparmaq qərarına gəlmişdir. Təmir işləri aparmamışdan qabaq təmir üçün məişət əşyaları alaraq restoranın həyətində olan anbara qoymuşdur. 25 may 2022-ci il tarixdə anbarı açıb baxan zaman görmüşdür ki, anbarda 01 (bir) ədəd drel preparatoru və 01 (bir) ədəd laqonda yoxdur. Amma digər məişət əşyaları isə yerində olmuşdur. O, həmin əşyaların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını başa düşdüyündən Sumqayıt ŞPİ-nin 1-ci PBnə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları restorana gələrək baxış keçirtmişlər. Həmin məişət əşyalarının qiyməti ümumilkdə 250 (iki yüz əlli) manatdır. Bundan sonra ona məlum olmuş ki, anbardan 01 (bir) ədəd drel preporatın və 01 (bir) ədəd laqondanı Sumqayıt şəhəri, Corat qəsəbə sakini Təqsirləndirilən şəxs oğurlamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyanı ödəmişdir və onunla barışmışdır. Ona görə də, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyan ödənilmişdir və və onlar barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat bağlar massivi, fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə ailə üzvləri ilə birlikdə həyətdə 06 litrlik həcmdə olan odun samovarda çay içdikdən sonra həyətdə olan yay mətbəxinə qoymuşdur. Bundan sonra ümumiyətlə həmin yerə baxmamışdır. 25 may 2022-ci il tarixdə övladlarının və nəvələrinin onlara gəldiyindən yenidən çay içmək üçün samovarı qoyduğu yerdən götürmək istəyən zaman samovarın həmin yerdə olmadığını görmüşdür. Həmin samovar uzun müddətdir ondadır. Həyəti axtardıqdan sonra samovarı tapa bilmədiyi üçün başa düşmüşdür ki, samovarı naməlum şəxs və ya şəxslər oğurlamış və bu səbəbdən baş vermiş hadisə ilə bağlı Sumqayıt ŞPİ-nin 1-ci PB-nə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları onun yaşadığı ünvana gələrək baxış keçirmişlər. Həmin samovarın təxminən qiyməti 300 (üç yüz) manatdır. Bundan sonra ona məlum olmuşdur ki, həyətdən samovarı Sumqayıt şəhəri, Corat qəsəbə sakini Təqsirləndirilən şəxs oğurlamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur, xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis polkovnikleytenantı rütbəsindədir. Sumqayıt şəhəri, Corat bağları ərazisi onun xidməti ərazisidir. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat bağlar massivi, fərdi evdə yaşayan Zərərçəkmiş şəxs2 Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, yaşadığı bağ evinin həyətindən 06 litrlik odun samovarı oğurlanmışdır. Bundan əlavə xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat bağlar massivi, fərdi evdə yaşayan X2 da, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, yaşadığı evin həyətindən 01 (bir) ədəd su qızdırıcısı və 01 (bir) ədəd cərəyan samovarı oğurlanmışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat bağları massivi, fərdi evdə yaşayan Zərərçəkmiş şəxs1 Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, yaşadığı evin həyətindən 05 litrlik odun samovarı oğurlanmışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı ərazisində yerləşən “Neptun” restoranının icarəcisi Zərərçəkmiş şəxs3 Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, icarəyə götürdüyü restoranın anbarından 01 (bir) ədəd laqonda və 01 (bir) ədəd drel preparatoru oğurlanmışdır. Həmin oğurluq hadisəsi ilə bağlı heç kimdən şübhələnməmişdirlər. Bundan sonra keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı həmin oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 254 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlamış və polis bölməsinə dəvət etmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat bağları massivi, fərdi evdə yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətindən 01 (bir) ədəd 05 litrlik odun samovarı, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat bağlar massivində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətindən 06 litrlik odun samovarı, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı ərazisində yerləşən “Neptun” restoranının anbarından 01 (bir) ədəd laqonda və 01 (bir) ədəd drel preparatoru, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat bağları massivi, fərdi evdə yaşayan X1 yaşadığı evin həyətindən 01 (bir) ədəd su qızdırıcısı və 01 (bir) ədəd cərəyan samovarını oğurladığını səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs həmin əşyaları təqdim edə biləcəyini bildirmiş və həmin əşyalar tərəfindən götürülmüşdür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 iyul 2022-ci il tarixli, 9/4069 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 06 adda malların yuxarıda qeyd edilən xüsusatları və istifadə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 610,00 manat müəyyən edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİnin MSY-dən azda edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-167/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin 3-13-58-1/2-3456/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-11/2023 saylı, 19.01.203-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-11/2023 saylı, 19.01.203-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan əşyanın təqdim edilməsi, götürülmüəsi və baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı əşyaları təqdim etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığına görə həmin maddə ilə barəsində cinayət təqibindən imtina edilmişdir. İş materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən, Sumqayıt Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-90/2021 saylı, xx.xx.2021-ci tarixli hökmünün və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 7(007)-807/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından sürətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-90/2021 saylı, xx.xx.2021-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azdlıqdan məhrum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 7(007)- 807/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Sumqayıt Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-90/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclsinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən 06 (altı) ay azaldılmış və 2022-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş zərərin tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, əməlini etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə ittiham və müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və barəsində hökm qanuni qüvvəsini alanadək “həbs” qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs götürülmüş 06 litr həcmində, üzərində “ZŞV” olan odun samovarı, 05 litr həcmində olan odun samovarı, “İnterskol-1650w” markalı drel perforatoru, Çin istehsallı, “Tmakota TM-8230C” markalı laqonda zərərçəkmiş şəxslərə qaytarılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və barəsində hökm qanuni qüvvəsini alanadək “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs götürülmüş 06 litr həcmində, üzərində “ZŞV” olan odun samovarı, 05 litr həcmində olan odun samovarı, “İnterskol-1650w” markalı drel perforatoru, Çin istehsallı, “Tmakota TM-8230C” markalı laqonda zərərçəkmiş şəxslərə qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-167/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-167/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver