Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-167/2025 05.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Gülbala oğlunın iştirakları ilə, xx.xx.1973-ci il Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırki iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 09(doqquz) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Təqsirləndirilən şəxs Gülbala oğlunın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Gülbala oğlu satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 7 (yeddi) ədəd bükümdə, kustar üsulla hazırlanmış, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,067 qram, 0,058 qram, 0,068 qram, 0,061 qram, 0,034 qram, 0,038 qram, 0,049 qram birlikdə ümumi təmiz çəkisi 0,375 qram olan psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı 23 sentyabr 2024-cü il tarixdə, saat 18.10-da, Sumqayıt şəhəri, 12-ci mikrorayon, yataqxana 33-ün qarşısında saxlanılaraq PB-yə gətirilməsi və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki şalvarın arxa sol yan cibində saxlamış olduğu 7 (yeddi) ədəd bükümdə, kustar üsulla hazırlanmış, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,067 qram, 0,058 qram, 0,068 qram, 0,061 qram, 0,034 qram, 0,038 qram, 0,049 qram birlikdə ümumi təmiz çəkisi 0,375 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 18.10 radələrində Sumqayıt şəhəri, 12- ci mikrorayon, yataqxana 33-ün qarşısında olan zaman ona iki nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları olduqlarını, onu qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqda şübhəli olduğu üçün saxladıqlarını bildirmiş və onu onlarla birlikdə 1-ci PB-yə dəvət etmişlər. O, etiraz etməyib onlarla birlikdə 1-ci PB-yə gəlmiş, PByə gətirildikdən sonra ona şübhəli şəxs qismində tutulmağı elan edilərək hüquq və vəzifələri izah edilmiş, özünün vəkili olmadığından təqdim edilmiş vəkillərin siyahısından hüquqlarının müdafiəsi üçün seçdiyi müdafiəçi təqdim olunmuşdur. Bundan sonra PB-də xidməti otaqların birində üzərində şəxsi axtarış keçiriləcəyi elan edilərək videoşəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirməyə başladılar. Ona üzərində hər hansı bir narkotik vasitə, psixotorop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olub-olmaması, əgər vardırsa həmin əşyanı çıxarıb könüllü şəkildə təqdim etməyi təklif edən zaman özü əynində olan boz rəngli cins şalvarın sol arxa cibindən 7 ədəd siqaret kağızı bükümünü çıxarıb masanın üzərinə qoymuş, həmin siqaret kağızı bükümləri açılmış, bükülülər açılan zaman içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin olması aşkar edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilərkən üzərindən hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Sorğu zamanı üzərindən aşkar edilən 07 ədəd siqaret kağızı bükümündəki maddənin “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni Bakı şəhəri, 20 Yanvar dairəsində tanımadığı şəxsdən 50 manat pul ödəməklə aldığını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Onun üzərindən aşkar edilmiş yeddi ədəd siqaret kağızı bükümündəki psixotrop maddə metamfetamin kütləsi zərfə qoyulmaqla qablaşdırılmış və möhürlənmişdir. Əlavə olaraq qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona təzyiq göstərilməmişdir. Daha sonra özünü təqsirli bilməsini və ailəsinin tək gəlir mənbəyi olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Gülbala oğlunun təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və diskə baxış keçirilməsi barədə protokollar və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 Ramil oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin istifadəsində və üzərində daşımasında şübhəli olması barədə 1-ci PB-yə əməliyyat məlumatı daxil olmuş, məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış və qrupun daxilinə o da əlavə edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs xx.xx.2024-cü il tarixdə, saat 18.10-da, Sumqayıt şəhəri, 12-ci mikrorayon, yataqxana 33ün qarşısında saxlanılaraq 1-ci polis bölməsinə gətirilmiş, müdafiəçi təyin edilmiş, vəkil X1 təmin edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol arxa cibindən 7 ədəd kağız kəsiyinə bükülmüş kütləni çıxardıb təqdim edərək, masanın üzərinə qoymuşdur. Təhqiqatçı, həmin bükümləri açdıqda içərisində ağ rəngli kristalik, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq üzərindən aşkar olunmuş kütlənin “şüşə”, “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu, Bakı şəhəri, 20 Yanvar dairəsi ərazisində tanımadığı şəxsdən 50 manata, öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlələr bükümünü məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq xüsusi qaydada qablaşdırmışdır. Həmçinin R.Şəfıyev müdafiəçinin suallarını cavablandıraraq saxlanılarakən polis əməkdaşları tərəfindən fiziki zor və ya təziqə məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin kiçik inspektoru, Şahid2 ondan öncə məhkəmə iclasında ifadə vermiş Şahid1 Ramil oğlunun ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol arxa cibindən 7 ədəd kağız kəsiyinə bükülmüş kütləni təqdim edərək həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Cinayət işinin 1-ci vərəqində olan 24 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X6 tərəfindən Təqsirləndirilən şəxs Gülbala oğlu barəsində fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq və icraatına qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin 16-cı vərəqində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18.00-da tutulmuşdur. Cinayət işinin 63-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Gülbala oğlu barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 36-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4679 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Gülbala oğlunun üzərindən aşkar edilərək tədqiqata təqdim edilmiş zərfdəki yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,067 qr., 0,058 qr., 0,068 qr., 0,061 qr., 0,034 qr., 0,038 qr., 0,049 qr., ümumi təmiz şəkisi 0,375 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddəllər kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,375 qram olmuş, tədqiqata 0,100 qram sərf edilmiş, 0,275 qram qalıq qalmışdır. Cinayət işinin 37-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 67-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,375 qram olan, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 0,275 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və məsul saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 86-87-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6947 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gülbala oğlunda kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 71-72-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Cinayət işini 76-85-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gülbala oğlu Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən istintaqda saxlanıldığı müddət cəzasından çıxılmış, onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 il 03 ay 26 gün müəyyən edilmişdir. Cinayət işinə əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gülbala oğlu Azərbaycan Respublikası CMnin 234.1 maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş cəza Sumqayıt şəhər Məhkəməsinin 1(060)-409/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplanmış və Təqsirləndirilən şəxs Gülbala oğluna qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Gülbala oğlunun tutulduğu 04 (dörd) gün müddət və CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş hissəsi 05 (beş) ay 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla ona təyin olunmuş qəti cəzadan çıxılsın və üzərində 01 (bir) il 09 (doqquz) ay 11 (on bir) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin 24-25-ci vərəqələrində olan şəxsi axtarışın keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokol, həmçinin 66-cı vərəqələrində olan diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokol tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasında xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş verilmiş, müdafiəçisi təqdim edilmişdir. Daha sonra şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın boz cibində saxlamış olduğu 7 ədəd sellofana bükülmüş kütləni təqdim etdi, bükümdə olan kütlələrin psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, 1-ci dəki maddənin çəkisi sellofanla ilə birlikdə 0.13 qram, 2-ci bükümdəki maddənin 0.15 qram. 3cü bükümdəki maddənin çəkisi 0.13 qram, 4-cü bükümdəki maddənin 0.11 qram, 5-ci bükümdəki maddənin çəkisi 0.12 qram, 6-ci bükümdəki maddənin çəkisi 0.16 qram, 7-ci bükümdəki maddənin çəkisi 0.15 qram olmaqla ümumulikdə 0.94 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni Bakı şəhəri, 20 yanvar metrosu deyilən yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədi ilə 50 manat aldığını bildirmişdir. Aşkar olunmuş maddə zərfə qoyularaq möhürlənmiş, zərfin üzər iştirakçılar tərəfindən imzlanmışdır. Həmçinin şəxsi axtarışla bağlı müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 96-cı vərəqəsində olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, xx.xx.2024-cü il tarixdən Sumqayıt Şəhər Probasiya Şöbəsində qeydiyyatdadır və ona elektron nəzarət vasitəsi tətbiq edilməmişdir. Cinayət işinin 97-102-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmış, Məhkəməkimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4679 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6947 saylı rəyi, şahid ifadələri iş üzrə əhəmiyyət kəsb etdiklərindən sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 7(yeddi) ədəd bükümdə ayrı-ayrılıqda ilkin çəkiləri 0,067 qram, 0,058 qram, 0,068 qram, 0,061 qram, 0,034 qram, 0,038 qram, 0,049 qram birlikdə ümumi təmiz çəkisi 0,375 qram olan, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 0,275 qram çəkidə psixotrop maddə metamfetamin və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş. Məhkəmə-kimyəvi eskpertizasınm xx.xx.2024-cü il tarixli, 6/4679 saylı rəyi mötəbər sübut növü olduğundan və ekspertiza xüsusi biliklərə malik ekspert tərəfindən keçirildiyindən psixotrop maddə metamfetaminin ekspert rəyində göstərilən 0,375 qram çəkisi əsas götürülmüşdür. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs Gülbala oğlunun bir övladı var – xx.xx.2005-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X7. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, məhkəməyədək və məhkəmə istintaq dövründə şahid qismində dindirilmiş şəxslərin ifadələri, şəxsi axtarış və diskə baxış keçirilməsi barədə protokollar, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs Gülbala oğlu cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs Gülbala oğlunun özünü təqsirli bilməsi cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gülbala oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Gülbala oğlunın barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Gülbala oğlu təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gülbala oğlu hazırkı hökmlə təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Gülbala oğlunın 23 sentyabr 2024-cü il tarixdən 25 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli 1(060)-815/2024 saylı saylı hökmünə əsasən xx.xx.2024-cü il tarixdən hesablanmalı, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və onun azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-ci il tarixli, 6947 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs Gülbala oğlu narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Gülbala oğlu tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,275 qram kustar üsulla hazırlanmış psixatrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs Gülbala oğludan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Gülbala oğluna məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Gülbala oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 (on iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Gülbala oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Gülbala oğluna Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 03 (üç) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Gülbala oğluna Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-815/2024 saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün və əvvəlki hökm ilə təyin edilmiş cəzanın çəkilmiş hissəsi 05 (beş) ay 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) ay 15 (on beş) gün azadlıqdan məhrumetmə cəzasına bərbabər tutulmaqla qəti cəzadan çıxılmış 2 ay 19 gün, həmçinin hazırkı iş üzrə 23 sentyabr 2024-cü il tarixdən 25 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Gülbala oğlunın barəsində hazırkı iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Gülbala oğlunın hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə nəzərə alınsın. Təqsirləndirilən şəxs Gülbala oğlunın barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,275 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 81 manat Təqsirləndirilən şəxs Gülbala oğlu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs Gülbala oğluna göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 72 manat Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabında Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-167/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-167/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver