Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-168/2022 05.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Telman qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1980-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs 12,11.2021-cı ıl tarixdə, daha sonra 21.11,2021-ci il tarixdə təxminən saat 20:00 radələrində birgə yaşadıqları ünvan 1 ünvanda həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı o həyat yoldaşı Zərərçəkmiş şəxs qızna sağ gözətrafı nahiyyənin almacığı tutan şişkinliyi qançırı, gözün ağlı qişasına qansızma, sağ bazunun, sağ saidin, sağ dizin qançırları, sol dirsəyin qançır və yarası xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qeyri rəsmi həyat yoldaşıdır. O, Şərafət ilə 2004-cü ildə ailə həyatı qurmuş və birgə nigahlarından 2004-cü ildə Şahid adında qızları dünyaya gəlmişdir. Şərafət əvvəl onun qardaşı Elman ilə ailə həyatı qurmuşlar, lakin Elman vəfat etdikdən sonra o Şərafət ilə ailə həyatı qurmuşdur. Son vaxtlar borcu çox olduğu üçün spirtli içki qəbul edir və bu da sonunda ailədə münaqişəyə səbəb olmuşdur. 12.11.2021-ci il tarixdə yaşadıqları ünvanda olan zaman yenidən onların arasında münaqişə yaranmışdır. Münaqişə zamanı o Şərafəti döymüş, buna baxmayaraq Şərafət evdən getməmiş və onlar eyni evdə yaşamağa davam etmişlər. 21.11.2021-ci ıl tarixdə yaşadıqları ünvanda olan zaman o içkili olmuş və yenidən söz-söhbət yaranmışdır. Şərafət ona demişdir ki, Elçin bəsdi hər məsələ düzələcək gəl mehriban olaq, o əhəmiyyət verməyərək Şərafətin sifət nahiyəsindən bir yumuruq zərbəsi vurmuş, sonra təpik ilə Şərafətin ayaq nahiyəsinə bir zərbə vurub evi tərk edib getmişdir. Qızı llkanə də münaqişəyə şahid olmuşdur. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Telman qızı ifadəsində göstərmişdir ki, şikayətçi olduğu Təqsirləndirilən şəxs onun qeyri rəsmi həyat yoldaşıdır. O, Elçin ilə 2004-cü ildə ailə həyatı qurmuşdur. Birgə nigahlarından 2004-cü ildə Əsədli llkanə adında qızları dünyaya gəlmişdir. O Elçindən əvvəl onun qardaşı Elman ilə ailə həyatı qurmuş, lakin Elman vəfat etdikdən sonra onun qardaşı Elçin ilə ailə həyatı qurmuşdur. Evliliklərinin ilk vaxtlarında münasibətləri normal olsa da, son 4 ildə Elçin ailədə tez-tez münaqişələr yaratmağa başlamışdır. Belə ki, Elçin ən xırda şeyləri belə böyüdərək böyük problemə çevirmişdir. Əvvəllər də onu bir neçə dəfə döysə də, o ondan şikayətçi olmamışdır. Sonuncu dəfə 12.11.2021-ci il tarixdə yaşadıqları ünvanda olan zaman yenidən onların arasında münaqişə yaranmışdır. Münaqişə zamanı Elçin onu döyərək müxtəlif bədən xəsarətləri yetirmiş, həmin vaxt qolu evdə oan taxta parçasına dəyərək kəsilmişdir. O yenə də ailə olduqları üçün Elçindən şikayətçi olmamışdır. 21.11.2021-ci il tarixdə yaşadıqları ünvanda olan zaman Elçin yenidən söz-söhbət yaratmışdır. O artıq onun hərəkətlərinə öz etirazımı bildirmişdir. Bu zaman Elçin əl zərbələri ilə onun sağ göz nahiyəsinə vurmuş və o xəsarət almışdır. Bundan sonra isə Elçin evi yandıracağı ilə onu hədələmişdir. O da bundan sonra evi tərk etmişdir ki, birdən Elçin evi yandırar. Həmin vaxt qızı llkanə yaşadıqları ünvanın həyətində olmuş və o onların münaqişəsinə şahid olmuşdur. O xəsarətləri ilə bağlı olaraq Sumqayıt şəhər TTYX-na müraciət etmiş, daha sonra 23.11.2021-ci il tarixdə ərizə ilə PB-nə müraciət etmişdir. Hal-hazırda onlar barışmışlar. Ona görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının 23.11,2021-ci il tarixli, 1577 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Telman qızının bədəni üzərindəki xəsarətlər - sağ gözətrafı nahiyyənin almacığı tutan şişkinliyi qançırı, gözün ağlı qişasına qansızma, sağ bazunun, sağ saidin, sağ dizin qançırları, sol dirsəyin qançır və yarası vardır. Qeyd olunan xəsarətlərdən sol dirsəyin qançır və yarası küt əşya təsirindən törənmişdir, ola bilsin ki, taxta parçasına dəymək nəticəsində əmələ gəlmişdir, müddəti müayinədən 11-13 gün əvvəl olmaqla qərarda göstərilən tarixə, yəni 12.11.2021-ci ıl tarixə uyğun gələ bilər, sağ gözətrafı nahiyyənin almacığı tutan şişkinliyi qançırı, gözün ağlı qişasına qansızma, sağ bazunun, sağ saidin, sağ dizin qançırları küt əşya təsirindən törənmişdir, ola bilsin ki, yumruq və təpiklə kənar şəxs tərəfindən vurulmaqla əmələ gəlmişdir, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 21.11.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan DİN tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Telman qızının ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Telman qızı ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-168/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-168/2022
05.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver