Məhkəmə qərarları › İş №1(060)-169/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-169/2022

01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-169/2022 01.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri 41-ci məhəllə, YAT- 15-də qeydiyyatda olan, Abşeron rayonu Saray qəsəbəsi fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin may ayının axırlarından 2021-ci ilin iyun ayının ortalarınadək olan müddət ərzində vahid qəsdlə bir neçə dəfə X4 məxsus Sumqayıt şəhəri, Xəzər bağlar massivində yerləşən fərdi evin həyətinə daxil olaraq evin həyətində yerləşən yardımçı otaqlardan cəmi 1000 manata olan 04 ədəd plastik qapını, cəmi 600 manata olan 03 ədəd pəncərəni, cəmi 300 manata olan 01 ədəd 02 ton həcmli su çənini, cəmi 960 manata olan ərazi işıqlanması üçün 3-4 mm-lik ölçüdə 3,2 metr uzunluğunda kabeli, cəmi 250 manata olan 02 ədəd əl-üz yumaq üçün tülpanı, 350 manata olan 01 ədəd aristonu, 110 manata olan 01 ədəd su motorunu (gidrofonu), cəmi 75 manata olan 03 ədəd smistiteli, 440 manata olan 80 kv.metr lambiri, cəmi 360 manata olan kabeli (ana xətti 2x10 mm ölçüdə), cəmi 495 manata olan 300 ədəddən çox vitrin üçün plastik qabını, yaşadığı evdən cəmi 1200 manata olan 06 ədəd seyf qapını, 250 manata olan 01 ədəd plastik pəncərəni, cəmi 1210 manata olan 2x4 mm-lik 550 metr uzunluğunda ölçüdə kabeli, cəmi 56 manata olan 70 metr uzunluğunda televizor kabelini, cəmi 140 manata olan 35 ədəd rozetka (vıklyuçateli), cəmi 1680 manata olan 1-ci mərtəbənin 04 ədəd avropa qapılarını, cəmi 1200 manata olan 01 ədəd giriş seyf qapını, cəmi 1470 manata olan 07 ədəd radiatorları, 250 manata olan 01 ədəd unitazı, 120 manata olan 01 ədəd suşilkanı, 630 manata olan 35 kv.metr ölçüdə padvisnoyu kuxna (hamam), 204 manata olan 34 kv.metr ölçüdə ledi (plafonu), 110 manata olan gizli işığı, cəmi 130 manata olan 02 ədəd kollektoru, cəmi 950 manata olan 01 ədəd kombini, cəmi 1650 manata olan 06 ədəd pəncərəni, cəmi 540 manata olan 06 ədəd reşotka pəncərəni, cəmi 120 manata olan 24 ədəd şit avtomatı, cəmi 1650 manata olan 750 metr uzunluğunda 2x4 mm-lik kabeli, cəmi 140 manata olan 35 ədəd rozetkanı (vıklyuçateli), cəmi 300 manata olan 02 ədəd plastik pəncərəni, cəmi 1000 manata olan 03 ədəd taxta qapını, 60 manata olan 01 ədəd plastmas çəni gizli talayaraq, zərərçəkmiş şəxs Arif Quliyevə ümumilikdə təxminən 20.000 (iyirmi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,462 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 25.09.2021-ci il tarixdə saat 16:10-da Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsi ərazisində yerləşən «Bakcell» mağazasının yaxınılığında Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,462 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 tanıyır, 2021-ci ilin may ayının axırlarında Alimlə təsadüfən rastlaşarkən söhbət əsnasında ondan nə işlə məşğul olduğunu soruşmuş, Alim də ona heç bir yerdə işləmədiyini, vəziyyətinin yaxşı olmadığını demişdir. Həmin vaxt Alimə demişdir ki, Sumqayıt şəhəri Xəzər bağlar massivində bir ev var, öz evidir, orada işləməyə ona kömək lazımdır, ona hörmət edəcəkdir. Alimlə görüşməmişdən əvvəl o həmin evə özü tək getmiş və orada heç kimin olmamasına əmin olduğu üçün həmin yerə tək getmək istəmədiyi üçün əvvəlcə Alimə elə demiş, Alim də onunla razılaşıb birlikdə həmin evə getmişdir. Onlar həmin evə gedəndə Alim başa düşmüşdür ki, ora onun evi deyil, oğurluq etmək üçün gəlmişlər. Alim ona kömək edərək həmin evdən oğurluq etməyə başlamışlar. Belə ki, o Alimlə birlikdə evin həyətində olan ayaq yolu üçün nəzərdə tutulmuş yerin plastik qapı və pəncərəsini, ayaq yolunda olan unitazı, əl-üz yumaq üçün tülpanı, daha sonra 2 mərətəbəli evə bitişik olan tikilinin qapısını, pəncərələrini, daha sonra evə bitişik yardımçı tikilinin plastik qapı və pənəcərələrini, evin divarına bərkidilmiş «Ariston» markalı su qızdırıcısını, evin həyətində olan 02 ton tutumlu su çənini, su mühərrikini, lambirləri, vitrin üçün plastik qabı, smistiteli, 3x4 mm ölçüdə ərazi işıqlandırma kabelini, evin seyf qapılarını, plastik pəncərəsini, evin divarlarından çıxartdıqları kabelləri, televiziya kabelini, rozetkaları, evin 1-ci mərtəbəsinin avropa qapılarını, dəmir seyf qapısını, radiatorları, hamam otağından unitazı, suşilkanı, eləcə də led plafonları, kollektoru, dəmir barmaqlığı, şit avtomatı, padvisnoyu, 2x4 mm ölçüdə kabelləri, kombi aparatını və digər müxtəlif təyinatlı ev əşyaları sökərək həyətə, onlardan bir qismini isə torbalara yığmışlar. Daha sonra həmin əşyalar ağır olduğu üçün Alimlə birlikdə qərara almışlar ki, onları hissə-hissə oradan yük maşınına yükləyib həmin evdən çıxardacaqlar. Bu məqsədlə Alimlə birlikdə sözügedən evdən çıxaraq həmin əşyaları yükləyəcəkləri yük maşını axtarmağa başlamışlar. Həmin gün günorta saat 14:00 radələrində onlar piyada Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən «Şəfa» sanatoriyasının inzibati binasının yanına gəlmişlər, orda bir «Qazel» markalı **-CE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini dayandığını görüb ona yaxınlaşmışlar. O həmin yük avtomobilinin tanımadığı sürücüsünə yalandan demişdir ki, bir az yükləri var onu Sumqayıt şəhəri, Xəzər bağlar massivində yerləşən bağ evinə gedib oradan götürüb Abşeron rayonu Saray qəsəbəsinə aparmalıdırlar. O əvvəlcədən Saray qəsəbəsində anasıgilin qonşuluğunda yaşayan Əqil adlı qonşu ilə danışıb ona plastik pənəcərələr, dəmir qapı, çən, taxta qapılar satacağını razılaşdırmışdır. Onlar oğurladıqları əşyalardan qeyd etdiyi əşyaları aparıb ona satacaq və əldə etdikləri pulu aralarında böləcəklər. Həmin sürücü onlardan nə yükün olduğunu soruşduqda, onlar ona demişlər ki, 04 ədəd plastik pəncərələrdir, 01 ədəd dəmir qapıdır, buna görə ona 20 manat verəcəklər. O da onlarla razılaşaraq birlikdə Sumqayıt şəhəri, Xəzər bağlar massivinə getmişlər. Ora çatıb evin qarşısında çöldə avtomobili saxlamışlar. Həmin vaxt onlar avtomobildən düşərək evin həyətinə keçib həyətə yığdıqları 04 ədəd plastik pəncərə və 01 ədəd dəmir qapını avtomobilə yükləmişlər və onlar oradan birbaşa Abşeron rayonu Saray qəsəbəsinə getmişlər. Saray qəsəbəsində bir həyət evinin yanında maşını saxlamışlar. O həmin əşyaları Əqil adlı tanışına satmışdır. Lakin Əqil hazırda həmin əşyaların pulunu verməyə imkanı olmadığını, hissə-hissə pulu verəcəyini bildirmişdir. O da onunla razılaşmışdır. Sonra onlar həmin «Qazelə» minib Sumqayıt şəhərinə «Dörd Qardaş» restoranının yanına gəlmişlər, orada düşüb sürücünün xidmət haqqını verib getmişlər. Təxminən 10 gün sonra, yəni 2021-ci il ilin iyun ayının əvvəlində saat 13:00 radələrində o Alimlə görüşüb yenə də həmin «Qazel» markalı yük avtomobili ilə birlikdə Xəzər bağlar masisivndəki həmin bağ evinə getmişlər. Onlar 02 ədəd plastik pəncərə, 03 ədəd taxta qapı, 01 ədəd pastmas çəni yükləyib aparıb yenə də dediyi Saray qəsəbəsində yaşayan Əqil adlı qonşusunun evinə boşaltmışlar. Həmin əşyalara görə Əqil ona təxminən 400 manat pul vermiş, onlar həmin pulu öz aralarında bölmüşlər. Bundan sonra, yəni 2021-ci ilin iyun ayının ortalarında günorta saatlarında onlar həmin «Qazel» markalı yük avtomobili ilə həmin bağ evindən 02 ədəd balaca qapı götürüb onun dediyi Saray qəsəbəsindəki xatırlamadığı başqa bir evə aparmışlar, o orada həmin qapıları tanımadığı şəxsə xatırlamadığı qiymətə satmış, onlar yenə də pulu öz aralarında bölmüşlər. Bundan başqa, onlar həmin ərəfədə sözügedən «Qazel» markalı yük maşını ilə plastik materialları aparıb Aliminium zavodunun yaxınlığında plastik qəbul edən məntəqəyə satıb, pulunu da öz aralarında bölmüşlər. Həmin evin lambirini, elektrik sistemi, kabelləri, qızdırıcı sistemini və digər hazırda xatırlamadığı əşyaları özü sonradan həmin evdən götürüb aparıb xatırlamadığı harasa, kiməsə satmış və əldə etdiyi puldan dəqiq xatırlamadığı məbləği də Alimə vermişdir. O həmin oğurluğu Alimlə birlikdə etmiş, onlara həmin oğurluğu etməkdə başqa şəxs kömək etməmiş, əldə etdikləri pulları da öz aralarında bölmüşlər. Xəzər bağlar massivindən oğurladıqları əşyaları da Alimlə birlikdə 2021-ci ilin may ayının axırlarından 2021-ci ilin iyun ayının ortalarınadək olan müddət ərzində evdən «Qazel» markalı yük avtomobilinə yükləyərək aparıb ayrı-ayrı yerlərə satmışlar, əldə etdikləri pulları da öz aralarında bölmüşlər. Oğurladıqları əşyaları satdıqları şəxslər onların oğurluq yolu ilə əldə edildiyini bilməmişlər. Bundan başqa, 25.09.2021-ci il tarixdə səhər saatlarında o şəxsi işi ilə əlaqədar Abşeron rayonu Novxanı qəsəbəsinə gedərək orada üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxslə görüşərək ondan istifadə etmək üçün 01 ədəd ağ rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetamini 20 manata alıb, əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün axşam saatlarında Sumqayıt şəhərinə qayıtmışdır. 25.09.2021-ci il tarixdə saat 16:10 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsi ərazisində yerləşən «Bakcell» mağazasının yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər, polis əməkdaşları olduqlarını bildirib, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində şübhəli olduğu üçün saxlanıldığını demişlər. Ona üzərində şəxsi axtarış keçirilməsi üçün 4-cü PB-nə dəvət etmişlər, o da etiraz etməyərək onlarla birlikdə 4-cü PB-nə getmişdir. Həmin bölmədə xidməti otaqların birində videoçəkiliş aparılaraq ona hüquq və vəzifələrim barədə bildiriş təqdim olunmuş, o həmin bildirişlə tanış olmuş, daha sonra ona hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim edilmiş, o vəkilə etiraz etməmişdir. Bundan sonra ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulub, onu təqdim etmək təklif olunmuşdur. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd ağ rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetamini onlara təqdim etmiş, ondan həmin metamfetamini haradan əldə etdiyini soruşduqda, o da onalara həmin psixotrop maddə olan metamfetamini bir neçə saat əvvəl, yəni səhər saatlarında Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 20 manata aldığını demişdir. Üzərindən aşkar olunan həmin psixotrop maddə olan metamfetamin tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Həmin psixotrop maddə olan metamfetamini özünə məxsus olan pulla almış, ondan özü istifadə edəcəkdir. Onu almaqda ona kömək edən olmamışdır, bunu tək etmiş, hüquqlarını bilir, o saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub zərərçəkmiş şəxs X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilən zərərçəkmiş şəxs X6 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Sumqayıt şəhəri, Xəzər bağlar massivində yerləşən 02 mərtəbəli fərdi ev ona məxsus olmaqla, evin 1-ci mərtəbəsi təmirli olsa da, 2-ci mərtəbəsi təmirsiz olmuş, həmin evdə yaşayış olmamış, arada bir sözügedən evə gedib baş çəkib gəlmişdir. Sonuncu dəfə həmin evə 2021-ci ilin may ayının ortalarında gədib baş çəkmiş, həmin vaxt hər şey qaydasında olmuşdur. 12.07.2021-ci il tarixdə saat 12:00 radələrində o yenidən baş çəkmək üçün həmin evə getmiş və görmüşdür ki, bağ evinin həyətində yerləşən yardımçı otaqlardan cəmi 1000 manata aldığı 04 ədəd plastik qapı, cəmi 600 manata aldığı 03 ədəd pəncərə, cəmi 300 manata aldığı 01 ədəd 02 ton həcmli su çəni, cəmi 960 manata aldığı ərazi işıqlanması üçün 3-4 mm-lik ölçüdə 3,2 metr uzunluğunda kabeli, cəmi 250 manata alınmış 02 ədəd əl-üz yumaq üçün tülpan, 350 manata aldığı markasını bilmədiyi 01 ədəd ariston, 110 manata aldığı 01 ədəd su motorunu (gidrofonu), cəmi 75 manata aldığı 03 ədəd smistiteli, 440 manata aldığı 80 kv.metr lambiri, cəmi 360 manata aldığı kabeli (ana xətti 2x10 mm ölçüdə), cəmi 495 manata olan 300 ədəddən çox vitrin üçün plastik qabı, yaşadığı evdən isə cəmi 1200 manata aldığı 06 ədəd seyf qapı, 250 manata aldığı 01 ədəd plastik pəncərə, cəmi 1210 manata aldığı 2x4 mm-lik 550 metr uzunluğunda ölçüdə kabeli, cəmi 56 manata aldığı 70 metr uzunluğunda televizor kabelini, cəmi 140 manata aldığı 35 ədəd rozetka (vıklyuçateli), cəmi 1680 manata aldığı 1-ci mərbənin 04 ədəd avropa qapılarını, cəmi 1200 manata aldığı 01 ədəd giriş seyf qapını, cəmi 1470 manata aldığı 07 ədəd radiatorları, 250 manata aldığı 01 ədəd unitazı, 120 manata aldığı 01 ədəd suşilkanı, 630 manata aldığı 35 kv.metr ölçüdə padvisnoyu kuxna (hamam), 204 manata aldığı 34 kv.metr ölçüdə ledi (plafonu), 110 manata aldığı gizli işığı, cəmi 130 manata aldığı 02 ədəd kollektoru, cəmi 950 manata aldığı 01 ədəd kombini, cəmi 1650 manata aldığı 06 ədəd pəncərə, cəmi 540 manata aldığı 06 ədəd reşotka pəncərə, cəmi 120 manata aldığı 24 ədəd şit avtomatı, cəmi 1650 manata aldığı 750 metr uzunluğunda 2x4 mmlik kabeli, cəmi 140 manata aldığı 35 ədəd rozetkanı (vıklyuçateli), cəmi 300 manata olan 02 ədəd plastik pəncərə, cəmi 1000 manata olan 03 ədəd taxta qapı, 60 manata aldığı 01 ədəd plastmas çən yerində yoxdur oğurlanmışdır. O da hadisə barədə Sumqayıt ŞPİ-nin İŞ-nə ərizə ilə müraciət etmişdir. Sonradan qonşuluqda quraşdırılmış videomüşahidə kameralarına baxdıqda müəyyən etmişdir ki, o 2021-ci ilin may ayının ortalarından 12.07.2021-ci il tarixdə saat 12:00 radələrinədək evdə olmadığı müddət ərzində ayrı-ayrı günlərdə 02 nəfər tanımadığı şəxs həmin oğurluğu törətmişlər. Həmin görüntüləri diskə köçürüb istintaqa təqdim etmişdir. Oğurlanmış əşyaların bir çoxunun markasını, istehsal olunan yeri xatırlamadığı üçün ifadəsində qeyd edə bilməmişdir. Beləliklə də həmin oğurluq nəticəsində ona təxminən 20.000 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o narkotik aludəçisi olduğundan, heç bir yerdə işləmədiyi üçün, dolanışığı da çətin olduğuna görə məcbur olub oğurluq etmişdir. 2021-ci ilin may ayının axırlarında Ceyhun adlı tanışı ilə təsadüfən rastlaşarkən söhbət əsnasında o ondan nə işlə məşğul olduğunu soruşmuş, o da ona demişdir ki, heç bir yerdə işləmir, vəziyyəti yaxşı deyildir. Həmin vaxt Ceyhun ona təklif etmişdir ki, Sumqayıt şəhəri Xəzər bağlar massivində bir ev var, öz evləridir, orada işləməyə ona kömək lazımdır, ona hörmət edəcəkdir. O da onunla razılaşıb həmin evə getmişdir. Onlar həmin evə gedəndə başa düşmüşdür ki, bura Ceyhunun evi deyil, oğurluq etmək üçün gəlmişlər. O da vəziyyəti ağır olduğu üçün Ceyhuna kömək edərək həmin evdən oğurluq etməyə məcbur olmuşdur. Belə ki, o Ceyhunla birlikdə evin həyətində olan ayaq yolu üçün nəzərdə tutulmuş yerin plastik qapı və pəncərəsini, ayaq yolunda olan unitazı, əl-üz yumaq üçün tülpanı, daha sonra 2 mərətəbəli evə bitişik olan tikilinin qapısını, pəncərələrini, daha sonra evə bitişik yardımçı tikilinin plastik qapı və pənəcərələrini, evin divarına bərkidilmiş «Ariston» markalı su qızdırıcısını, evin həyətində olan 02 ton tutumlu su çənini, su mühərrikini, lambirləri, vitrin üçün plastik qabı, smistiteli, 3x4 mm ölçüdə ərazi işıqlandırma kabelini, evin seyf qapılarını, plastik pəncərəsini, evin divarlarından çıxartdıqları kabelləri, televiziya kabelini, rozetkaları, evin 1-ci mərtəbəsinin avropa qapılarını, dəmir seyf qapısını, radiatorları, hamam otağından unitazı, suşilkanı, eləcə də led plafonları, kollektoru, dəmir barmaqlığı, şit avtomatı, padvisnoyu, 2x4 mm ölçüdə kabelləri, kombi aparatını və digər müxtəlif təyinatlı ev əşyaları sökərək həyətə, onlardan bir qismini isə torbalara yığmışlar. Daha sonra həmin əşyalar ağır olduğu üçün Ceyhunla birlikdə qərara almışlar ki, onları hissəhissə oradan yük maşınına yükləyib bu evdən çıxarsınlar. Bu məqsədlə Ceyhunla birlikdə sözügedən evdən çıxaraq həmin əşyaları yükləyəcəkləri yük maşını axtarmağa başlamışlar. Həmin gün günorta saat 14:00 radələrində onlar piyada Sumqayıt şəhəri, 26cı məhəllədə yerləşən «Şəfa» sanatoriyasının inzibati binasının yanına getmişlər, orda bir «Qazel» markalı **-CE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini dayandığını görüb ona yaxınlaşmışlar. Ceyhun həmin yük avtomobilinin tanımadığı sürücüsünə demişdir ki, bir az yükləri var onu Sumqayıt şəhəri, Xəzər bağlar massivində yerləşən bağ evinə gedib oradan götürüb Abşeron rayonu Saray qəsəbəsinə aparmalıdırlar. Ceyhun ona əvvəlcədən demişdir ki, Saray qəsəbəsində anasıgilin qonşuluğunda yaşayan Əqil adlı qonşusu ondan plastik pənəcərələr, dəmir qapı, çən, taxta qapılar almaq istəyir, həmin oğurladığı əşyalardan qeyd etdiyi əşyalar aparıb ona satacaq və əldə etdiyi pulu aralarında böləcəklər. Həmin sürücü onlardan nə yükün olduğunu soruşduqda, onlar ona demişdir ki, 04 ədəd plastik pəncərələrdir, 01 ədəd dəmir qapıdır, buna görə ona 20 manat verəcəklər. O da onlarla razılaşaraq birlikdə Sumqayıt şəhəri, Xəzər bağlar massivinə getmişlər. Ora çatıb evin qarşısında çöldə avtomobili saxlamışlar. Həmin vaxt onlar avtomobildən düşərək evin həyətinə keçib həyətə yığdıqları 04 ədəd plastik pəncərə və 01 ədəd dəmir qapını avtomobilə yükləmişlər və onlar oradan birbaşa Abşeron rayonu Saray qəsəbəsinə getmişlər. Saray qəsəbəsində bir həyət evinin yanında maşını saxlamışlar. Ceyhun həmin əşyaları Əqil adlı tanışına satmışdır. X13 hazırda həmin əşyaların pulunu verməyə imkanı olmadığını, hissə-hissə pulu verəcəyini bildirmişdir. Ceyhun da razılaşmışdır. Sonra onlar həmin «Qazelə» minib Sumqayıt şəhərinə «Dörd Qardaş» restoranının yanına gəlmişlər, orada düşüb sürücünün xidmət haqqını verib getmişlər. Təxminən 10 gün sonra, yəni 2021-ci il ilin iyun ayının əvvəlində saat 13:00 radələrində o Ceyhunla görüşüb yenə də həmin «Qazel» markalı yük avtomobili ilə birlikdə Xəzər bağlar masisivndəki həmin bağ evinə getmişlər. Onlar 02 ədəd plastik pəncərə, 03 ədəd taxta qapı, 01 ədəd pastmas çəni yükləyib aparıb yenə də Ceyhunun dediyi Saray qəsəbəsində yaşayan Əqil adlı qonşusunun evinə boşaltmışlar. Həmin əşyalara görə Əqil Ceyhuna təxminən 400 manat pul vermiş, onlar həmin pulu öz aralarında bölmüşlər. Bundan sonra, yəni 2021-ci ilin iyun ayının ortalarında günorta saatlarında onlar həmin «Qazel» markalı yük avtomobili ilə həmin bağ evindən 02 ədəd balaca qapı götürüb Ceyhunun dediyi Saray qəsəbəsindəki başqa bir evə aparmışlar, Ceyhun orada həmin qapıları tanımadığı şəxsə xatırlamadığı qiymətə satmış, onlar yenə də pulu öz aralarında bölmüşlər. Bundan başqa, onlar həmin ərəfədə sözügedən «Qazel» markalı yük maşını ilə plastik materialları aparıb Aliminium zavodunun yaxınlığında plastik qəbul edən məntəqəyə satıb, pulunu da öz aralarında bölmüşlər. Həmin evin lambirini, elektrik sistemi, kabelləri, qızdırıcı sistemini və digər əşyaları Ceyhun özü sonradan həmin evdən götürüb aparıb onsuz satmış və əldə etdiyi puldan dəqiq xatırlamadığı məbləği də ona da vermişdir. O həmin oğurluğu Ceyhunla birlikdə etmiş, onlara həmin oğurluğu etməkdə başqa şəxs kömək etməmiş, əldə etdikləri pulları da öz aralarında bölmüşlər. Xəzər bağlar massivindən oğurladıqları əşyaları da o Ceyhunla birlikdə 2021-ci ilin may ayının axırlarından 2021-ci ilin iyun ayının ortalarınadək olan müddət ərzində evdən qeyd etdiyi əşyaları «Qazel» markalı yük avtomobilinə yükləyərək aparıb ayrı-ayrı yerlərə satmışlar, əldə etdikləri pulları da öz aralarında bölmüşlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, «Qazel» markalı **-CE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ona məxsusdur. Həmin yük avtomobili ilə yaşadığı evin yanında dayanıb müştəri olanda onların yüklərini dedikləri yerə aparıb-gətirir və bunun müqabilində çörək pulu qazanır. 2021-ci ilin may aının axırlarında saat 14:00 radələrində idarə etdiyi «Qazel» markalı yük avtomobili ilə yaşadığı evin yaxınlığında dayanmış, həmin vaxt 2 nəfər tanımadığı oğlan ona yaxınlaşıb bir az yüklərinin olduğunu, onu Sumqayıt şəhəri, Xəzər bağlar massivində yerləşən bağ evinə gedib oradan götürüb Abşeron rayonu Saray qəsəbəsinə aparacaqlar. O onlardan nə yükün olduğunu soruşduqda, hər ikisi ona bildirmişlər ki, 04 ədəd plastik pəncərələrdir, 01 ədəd dəmir qapıdır, buna görə ona 20 manat verəcəklər. Həmin şəxslərdən biri, arıq bədən quruluşlu, uzun boylu, əynində qolu qısa köynək, göy rəngli cins şalvar olan təxminən 40 yaşlı olmuş, digəri orta boylu, arıq bədən quruluşlu, əynində qolu qısa köynək, sadə boz rəngli şalvar olan təxminən 50 yaşlı olmuşdur. O da razılaşaraq onlarla birlikdə Sumqayıt şəhəri, Xəzər bağlar massivinə getmişdir. Ora çatıb bir 2 mərtəbəli evin qarşısında çöldə saxlamışdır. Həmin şəxslərdən 40 yaşı olan oğlan ona demişdir ki, bura onların evidir, atası tikibdir, atası rəhmətə gedibdir, anası da xəstədir. Həmin vaxt onlar evdən onun yük avtomobilinə 04 ədəd plastik pəncərə və 01 ədəd dəmir qapı yükləmişlər və onlar oradan birbaşa onların dedikləri Abşeron rayonu Saray qəsəbəsinə getmişlər. Onlar həmin qapı pəncərələri satmağa aparmışlar. Saray qəsəbəsinə gedib bir həyət evinin yanında maşını saxlamış, onlar yükü kiminsə evinin həyətində boşaldıb tanımadığı şəxsə satmışlar. Daha sonra yenidən onun avtomobilinə minib onunla birlikdə Sumqayıt şəhərinə «Dörd Qardaş» restoranının yanına gelmişlər, orada onun xidmət haqqını verib, düşüb getmişlər. Təxminən 10 gün sonra, yəni 2021-ci il ilin iyun ayının əvvəlində saat 13:00 radələrində o yenə də həmin yerdə dayanarkən həmin 2 nəfər şəxs yenə də ona yaxınlaşıb bir az yüklərinin olduğunu demişlər. O da onlarla birlikdə Xəzər bağlar masisivndəki həmin bağ evinə getmişdir. Bu dəfə onlar onun yük maşınına 02 ədəd plastik pəncərə, 03 ədəd taxta qapı, 01 ədəd pastmas çəni yükləyib Saray qəsəbəsinə həmin evə aparıb boşaltmışlar. Bu dəfə onlar onunla Sumqayıta qayıtmamışlar, o özü tək qayıtmışdır. 2021-ci ilin iyun ayının ortalarında günorta saatlarında həmin 2 nəfər şəxslərin xahişi ilə o onların yüklərini həmin bağ evindən Saray qəsəbəsindəki başqa evə aparıb boşaltmışdır. Həmin yüklər də 02 ədəd balaca qapı olmuşdur. Bundan başqa onlar ona müraciət etməmişlər. Hər dəfə də onların yükü dedikləri yerə apararkən o onlardan həmin əşyaların oğurluq olub-olmadığını soruşmuş, onlar da ona oğurluq olmadığını, özlərinə məxsus olduğunu bildirmişlər. Həmin şəxslərdən uzun boylu 40 yaşlı oğlan ona özünü Ceyhun kimi, 50 yaşlı olan isə ona özünü Alim kimi təqdim etmişdir. Həmin 2 nəfər şəxsin mobil telefon nömrələrini və anket məlumatlarını bilməmiş, onlar ona özlərini Ceyhun və Alim kimi təqdim etmişlər. Ceyhunun deməsinə görə onun anası Saray qəsəbəsində yaşayır. O həmin əşyaların oğurluq yolu ilə əldə edildiyini bilməmiş, onlar ona əşyaların özlərinə məxsus olduğunu demişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ceyhun adlı oğlanı təxminən 2 ildir ki, tanıyır, onun anası və qardaşı onlarla qonşudur. Ceyhun bildiyinə görə özü Sumqayıt şəhərində hardasa yaşayır. 2021-ci ilin may ayının axırlarında Ceyhunla Saray qəsəbəsində təsadüfən rastlaşarkən söhbət əsnasında ona demişdir ki, dayısının Sumqayıt şəhəri Xəzər bağlar massivində evləri var, dayısı Rusiyada yaşayır, hazırda dayısı gəlibdir Sumqayıtdadır, evini təmir edir, plastik pəncərələri və qapılarını dəyişir, dəyişdikləri plastik pəncərələri, dəmir və taxta qapıları və istifadə olunmayan çəni də satır. O onların qiyməti barədə soruşanda, Ceyhun ona plastik pəncərəni 25 manata, dəmir qapını 150 manata, 1 ton tututmlu çəni 30 manata, 03 ədəd taxta qapıları 100 manata satdığını demiş, o da razılaşmışdır. 2021-ci ilin may aının axırlarında saat 15:00 radələrində Ceyhun «Qazel» markalı yük avtomobili ilə onun yaşadığı evin yanına gəlmiş, ilk olaraq 04 ədəd plastik pəncərə, 01 ədəd dəmir qapı gətirib boşaltmışdır. Onun yanında əvvəllər tanımadığı Alim adlı şəxs də olmuş, sürücünü isə tanımamışdır. Həmin vaxt o ona demişdir ki, bu əşyaların pulunu verməyə hələlik imkanı yoxdur, o da ona demişdir ki, olanda verərsən. Təxminən 10 gün sonra, yəni 2021-ci il ilin iyun ayının əvvəlində saat 14:00 radələrində Ceyhun yenədə həmin «Qazel» markalı yük avtomobili ilə 02 ədəd plastik pəncərə, 03 ədəd taxta qapı, 01 ədəd pastmas çən gətirib evinin yanında boşaltmışdır. Bu dəfə də Ceyhunun yanında həmin Alim adlı şəxs var idi. Həmin əşyalara görə Ceyhuna ümumilikdə təxminən 400 manata yaxın pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, Ceyhunun ona satdığı əşyalar oğurluq yolu ilə əldə edilərək ona satılmışdır. Həmin əşyaların oğurluq yolu ilə əldə edildiyini bilməmiş, Ceyhun ona həmin əşyaların dayısına məxsus olduğunu, dayısı evini təmir edib qapıpəncərələri dəyişdiyi üçün onları satdığını demişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 25.09.2021-ci il tarixdə Sumqayıt şəhərində Ceyhun adlı şəxsin narkotik vasitələrin istifadə edilməsi, üzərində saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 25.09.2021-ci il tarixdə, saat 16:10-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsi ərazisində yerləşən “Bakcell” mağazasının yaxınlığında müəyyən olunaraq Sumqayıt ŞPİyə 4-cü PB-nə gətirilmişdir. Orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl bölmənin təhqiqatçısı, polis baş leytenantı Röyal Rəcəbli ona daxil olmuş əməliyyat məlumatına əsasən onun qanunsuz olaraq narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində, daşınmasında şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirildiyini bildirib, özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər. Həmin vaxt təhqiqatçı Röyal Rəcəbli ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Günay Cəfərovanı təqdim etmiş, Təqsirləndirilən şəxs bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra təhqiqatçı Röyal Rəcəbli videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmamasını, əgər vardırsa həmin əşyanı təqdim etməsini təklif etmişdir. O da əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd ağ rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetamini çıxarıb onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan metamfetamini 25.09.2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Həmin vaxt onun üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamin tərəzidə çəkilərək qablaşdırılmış və müvafiq sənədləşmə aparılaraq, o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahidlər Sumqayıt ŞPİ-nin 4-cü PBnin baş əməliyyat müvəkkili, polis kapitanı X5, kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid6 oğlu və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti polis kapitanı X7 da oxşar məzmunlu ifadə verib Şahid4 ifadələrini təstiq etmişlər. Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskdə «VİD- 20210917-WA0009, «VİD-20210917-WA0010, «VİD-20210917-WA0011, «VİD-20210917- WA0012 və «VİD-20210917-WA0013 adda papkalar var. «VİD-20210917-WA0009 adlı papkaya daxil olduqda, müəyyən edilir ki, orada 01 dəqiqə 07 saniyədən ibarət videogörüntü var. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, 18.05.2021-ci il tarixdə saat 16:10-da Şahid1 oğurluq hadisəsi baş verən Arif Quliyevə məxsus Sumqayıt şəhər Xəzər bağlar massivində yerləşən fərdi evin həyətində olan tikilinin ətrafında əlində dəmir parçası ilə gəzir. «VİD-20210917-WA0013 adlı papkaya daxil olduqda, müəyyən edilir ki, orada 02 dəqiqə 16 saniyədən ibarət videogörüntü var. Həmin videogörüntüyə baxdıqda 23.05.2021-ci il tarixdə 12:12-də Şahid1 və istintaqla şəxsiyyəti araşdırılan Ceyhun adlı şəxs Arif Quliyevin yaşadığı evin həyətində olan tikilinin üzərinə nərdivan qoymaqla, əvvəlcə həmin nərdivanla damın üstünə Alim çıxıb, düşür, daha sonra Ceyhun nərdivanla həmin tikilinin damına qalxaraq damında quraşdırılmış 01 ədəd plastik çəni sökməyə başlayır. «VİD-20210917-WA0012 adlı papkaya daxil olduqda, müəyyən edilir ki, orada 00 dəqiqə 24 saniyədən ibarət videogörüntü var. Həmin videogörüntüyə baxdıqda 23.05.2021-ci il tarixdə 13:00-da Arif Quliyevin yaşadığı evin darvazasının yanına «Qazel» markalı yük maşınının yaxınlaşıb dayandığı müəyyən edilir. «VİD-20210917-WA0011 adlı papkaya daxil olduqda, müəyyən edilir ki, orada 00 dəqiqə 35 saniyədən ibarət videogörüntü var. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, 23.05.2021-ci il tarixdə 13:03-də Şahid1 və istintaqla şəxsiyyəti araşdırılan Ceyhun adşı şəxs Arif Quliyevin evin darvazasının yanına gətirdikləri «Qazel» markalı yük maşınına həmin tikilidən oğurladıqları əşyaları bir-bir daşıyırlar, həmin yük avtomaşının sürücüsü Əmrah Qədiməliyev isə sözügedən evin həyətində dayanıbdır. «VİD-20210917-WA0010 adlı papkaya daxil olduqda, müəyyən edilir ki, orada 00 dəqiqə 54 saniyədən ibarət videogörüntü var. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, 24.06.2021-ci il tarixdə saat 18:05-də Şahid1 Arif Quliyevin evin həyətində olan tikilinin nəfəsliyinin altına bir oturacaq qoyub üstünə çıxaraq həmin nəfəsliyin pəncərəsini çəkic zubildən istifadə edərək söküb çıxarır yanında isə istintaqla şəxsiyyəti araşdırılan Ceyhun adlı şəxs dayanıbdır. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan metamfetaminin aşkarlanaraq götürülməsi barədə şəxsi axtarış keçirilməsi protokolundan görünür ki, 25.09.2021-ci il tarixdə Sumqayıt şəhərində Ceyhun adlı şəxsin narkotik vasitələrin istifadə edilməsi, üzərində saxlaması barədə daxil olmuş məlumat əsasında həmin gün saat 16:10-da Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində müəyyən olunaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmiş, sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs üzərinə xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-in inspektorkriminalisti tərəfindən videokamera işə salınaraq şəxsi axtarış keçirilməzdən əvvəl bölmənin təhqiqatçısı, polis baş leytenantı Röyal Rəcəbli ona daxil olmuş əməliyyat məlumatına əsasən onun qanunsuz olaraq narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində, daşınmasında şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirildiyini bildirib, özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş edir, o da özünü təqdim edir. Bundan sonra polis əməkdaşları da özlərini təqdim edirlər. Həmin vaxt təhqiqatçı Röyal Rəcəbli ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Günay Cəfərovanı təqdim edir, Təqsirləndirilən şəxs bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Daha sonra təhqiqatçı Röyal Rəcəbli videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmamasını, əgər vardırsa həmin əşyanı təqdim etməsini təklif etir. O da əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd ağ rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetamini çıxarıb təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan metamfetamini 25.09.2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 20 manata aldığını bildirir. Həmin vaxt onun üzərindən aşkar olunmaraq götürülmüş psixotrop maddə olan metamfetamin tərəzidə çəkilərək qablaşdırılır. Daha sonra videçəkiliş dayandırılır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 30.08.2021-ci il tarixli, 9/5519 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istimar müddəti və orta istismar intensivliyi parametlərinə uyğun olaraq 2021ci ilin may ayına olan bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 360 manat müəyyən edilir. Qərarda göstərilən digər mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal yeri, istehsal ili, istismar müddəti, hazırlandığı materialı) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 26.09.2021-ci il tarixli, 6/4264 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs oğlu tərəfindən…” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,462 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotorop maddə metamfetamindir Qeyd: metamfetaminin ümumi təmiz çəkisi – 0,462 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,412 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 23.11.2021-ci il tarixli, 4629 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, 0,462 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,412 qram metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25.09.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-481/2021 saylı, 27.09.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25.09.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 22 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan 14.09.2021-ci il tarixli qəbzdən görünür ki, zərərçəkmiş şəxs X6 evindən oğurlanmış 06 ədəd plastik pəncərəni, 03 ədəd taxta qapını, 01 ədəd plastmas çəni və 01 ədəd dəmir qapını təhvil almışdır. İş materiallarında olan 04.12.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin istintaqı yekunlaşdırılaraq 25.09.2021-ci il tarixdə aidiyyatı üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş, Təqsirləndirilən şəxs və Şahid1 əməllərində Azərbaycan Respublikası CM-nin 180-cı maddəsinin, Təqsirləndirilən şəxs əməlində 234.2-ci maddəsinin, Şahid2 və Şahid3 əməllərində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından barələrində cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, yaşayış yerində müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, şahidlərin ifadələrini tədqiq edərək, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplanmaqla qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 25.09.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,462 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,412 qram metamfetamin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, 06 ədəd plastik pəncərənin, 03 ədəd taxta qapının, 01 ədəd plastmas çənin və 01 ədəd dəmir qapının zərərçəkmiş şəxs X4 qaytarılması nəzərə alınmalı, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri 131,82 (yüz otuz bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməli və zərərçəkmiş şəxs X4 Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 25.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,412 qram metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Zərərçəkmiş şəxs X4 Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. 06 ədəd plastik pəncərənin, 03 ədəd taxta qapının, 01 ədəd plastmas çənin və 01 ədəd dəmir qapının zərərçəkmiş şəxs X4 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 131,82 (yüz otuz bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar