Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-169/2023 12.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləyən, məhkum olunmamış, İİ qrup əlil, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SKZ, yataqxana 2 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 50-ci məhəllə, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdə saat 11:30-da ünvan 3 ünvanında yerləşən Sumqayıt Bələdiyyəsinin inzibati binasına gəldikdən sonra Bələdiyyə sədri tərəfindən qəbul edilməsini tələb etdikdə, ona sədrin yerində olmadığı bildirilib digər səlahiyyətli şəxs tərəfindən qəbul edilməsinin təklif edilməsinə baxmayaraq, o Bələdiyyə sədri tərəfindən qəbul edilməməsini bəhanə edərək və öz şəxsiyyətini digər şəxslərdən üstün tutaraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, ictimai asayişi və Sumqayıt Bələdiyyəsinin normal iş fəaliyyətini pozmuş, həmçinin cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməməklə və yaranmış səs-küyə yığışan işçilərin onu sakitləşdirməsinə məhəl qoymayaraq, bələdiyyə əməkdaşlarının gözü qarşısında, heç bir əsaslı səbəb olmadan yumruqla inzibati binanın dəhlizində Bələdiyyə sədrinin xidməti otağına getməsinə mane olmağa çalışan XXX Zərərçəkmiş şəxs3 çiyin nahiyəsinə qəsdən zərbə vurub ona sol bazunun qançırı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, sonra qərəzli hərəkətlərini davam etdirərək inzibati binanın ikinci mərtəbəsində yerləşən Bələdiyyə sədrinin xidməti otağının qarşısında yerləşən qəbul otağının qapısının tutacağından tutub dartaraq 20 (iyrimi) manat dəyərində həmin tutacağı sındırmış, qəbul otağına daxil olduqdan sonra isə qəbul otağındakı masanın ön tərəfinin üzlüyünü qoparıb zədələyərək masaya 10 (on) manat maddi ziyan vuraraq, bundan sonra Bələdiyyə sədrinin xidməti otağına daxil olmasına mane olmağa çalışan Zərərçəkmiş şəxs2 çənə nahiyəsinə qəsdən yumruqla zərbə vurmaqla, eyni zamanda üz nahiyəsini cırmaqlayaraq ona sol qulaq arxasının sıyrığı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən və sol çənə oynağının çənə qövsünü tutan, oynaqda hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi, qançırı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirib xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 2005-ci ildən Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində yerləşən boş torpaq sahəsində fərdi yaşayış evi tikərək orada digər ailə üzvüləri ilə birlikdə məskunlaşmış, ancaq həmin torpaq sahəsinin və tikdiyi fərdi yaşayış evinin sənədləri olmadığından müxtəlif dövlət idarələrinə, o cümlədən Sumqayıt Bələdiyyəsinə dəfələrlə müraciət edib həmin torpaq sahəsinə və fərdi yaşayış evinə sənəd verilməsi üçün xahiş etmiş, buna baxmayaraq müraciətlərinə həmişə mənfi cavab verilmiş, səbəb kimi torpaq sahələrinin Bələdiyyənin balansında olmamasını göstərmişlər. Bu səbəbdən müxtəlif instansiyalara şikayətlər etmiş, münasibətləri bu səbəbdəndə bələdiyyə işçiləri ilə pozulmuş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdən təxminən 15 gün əvvəldən başlayaraq Sumqayıt Bələdiyyəsinin sədri Sərviz Süleymanovun qəbuluna yazılmaq üçün dəfələrlə bələdiyyəyə gedib müraciət etmiş, ancaq hər dəfə ona Bələdiyyə sədrinin yerində olmadığı bildirilmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qızı X1 maddi vəziyyəti ilə əlaqədar Bələdiyyə tərəfindən ona maddi yardım göstərilməsi üçün Sumqayıt Bələdiyyəsinə getmiş, Bələdiyyənin inzibati binasına daxil olduqdan sonra gəlmə səbəbi barədə mühafizəçiyə məlumat verdikdə, ona Lətif adlı bələdiyyə əməkdaşına müraciət etməli olduğu bildirilmiş, daha sonra Lətif adlı bələdiyyə əməkdaşının xidməti otağına daxil olub bələdiyyəyə gəlmə səbəbini bildirdikdə, o müraciətinin ona aidiyyatı olmadığını, onun işinin ancaq ərazidə xidmət edən nəzarətçilərə nəzarət etmək olduğunu bildirib, bunun üçün Bələdiyyə sədri Sərviz Süleymanova müraciət etməli olduğunu bildirmiş, bundan sonra onun xidməti otağını tərk edib, Bələdiyyə binasının ikinci mərtəbəsində yerləşən bələdiyyə sədrinin xidməti oatağına qalxmış və onun xidməti otağına daxil olmaq istəmiş, ancaq bələdiyyə sədrinin otağının qapısını açıb otağa daxil olmaq istədikdə sonradan adının Fərid olduğunu öyrəndiyi şəxs içəri daxil olub qapını açmağına mane olaraq, Bələdiyyə sədrinin yerində olmadığını bildirib, otağı tərk etməyini tələb etmiş, lakin otaqdakı katibənin həmin şəxsə verdiyi göz qaş işarəsindən Bələdiyyə sədrinin yerində olduğunu başa düşmüşdür. Bundan sonra bələdiyyə sədri tərəfindən qəbul edilməsə oradan getməyəcəyini bildirmiş, sonra otağa başqa iki nəfər də daxil olmuş və ondan oranı tərk etməyini tələb etmişlər, həmin şəxslərə kim olduqlarını deyib, özlərini təqdim etmələrini tələb etsə də, onlar heç bir cavab verməmiş, ancaq Bələdiyyə sədrinin otağının qarşısında dayanıb içəri keçməyinə maneçilik törətmişlər, bundan sonra ilk əvvəl mobil telefonla zəng edib hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, sonra isə qapının üzərində olan tutacaqdan tutub qapını açaraq içəri daxil olmağa cəhd etmiş, ancaq qapının qarşısında olan üç nəfər şəxs buna imkan verməmiş, onu itələyib qapıdan uzaqlaşdırmaq istəmiş, bu səbəbdən onları itələyib qapıdan uzaqlaşdırıb içəri daxil olmağa çalımış, bu cür vəziyyət bir neçə dəqiqə davam etdikdən sonra ora polis əməkdaşları gəlmiş, onlara bələdiyyəyə gəlmə səbəbi barədə məlumat verdikdə, ona sakitləşməyi, binanın dəhlizində gözləməyi, bir qədər sonra sələhiyyətli şəxs tərəfindən qəbul ediləcəyi bildirilmişdir. Dəhlizdə gözləyərkən onu bir qədər sonra polis əməkdaşının iştirakı ilə Bələdiyyə sədri Sərviz Süleymanov qəbul etmiş, onun qəbuluna gəlmə səbəbi barədə ona məlumat verdikdə, o ayaqyolunda olduğunu, bu səbəbdəndə ilk əvvəl onu iki saat ərzində qəbul edə bilmədiyini demiş, sonra isə aidiyyati əməkdaşa göstəriş verdikdəın sonra müraciəti qəbul edilmiş, bundan sonra Bələdiyyə binasını tərk etmişdir. Zərərçəkmiş şəxs2 yaşadığı Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində ev tikənlərdən bələdiyyənin adından pul yığan kimi tanımış, onun sakinlərdən qanunsuz pul yığımasına maneçilik etdiyindən, buna imkan vermədiyindən, eləcə də bələdiyyə əməkdaşları və bələdiyyə sədrinin qanunsuz əməlləri barəsində dəfələrlə müxtəlif instansiyalara müraciətlər etdiyindən o barəsində qərəzli şikayət ərizəsi yazmış, xx.xx.2022-ci il tarixdə bələdiyyə sədrinin qəbuluna girmək istəyərkən Zərərçəkmiş şəxs2 onu itələyib qapıdan uzaqlaşdırmaq istəyərkən cavabında onu itələyib qapıdan uzaqlaşdıraraq içəri daxil olmaq istəmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 təhqir etməmiş, yumruqla onun çənə nahiyəsinə vuraraq və üzünə cırmaq ataraq ona xəsarətlər yetirməmişdir. Ola bilsin ki, həmin itələşmədə onun əli Rüfətin çənəsinə dəymiş, dırnağı isə onun üzünə toxunmuşdur. Zərərçəkmiş şəxs3 da yaşadığı Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində ev tikənlərdən bələdiyyənin adından pul yığan kimi tanımış, onun da sakinlərdən qanunsuz pul yığımasına maneçilik etdiyindən, buna imkan vermədiyindən, eləcə də bələdiyyə əməkdaşları və bələdiyyə sədrinin qanunsuz əməlləri barəsində dəfələrlə müxtəlif instansiyalara müraciətlər etdiyindən o barəsində qərəzli şikayət ərizəsi yazmış, xx.xx.2022-ci il tarixdə bələdiyyə sədrinin qəbuluna girmək istəyərkən Zərərçəkmiş şəxs3 ona mane olub, onu itələyib qapıdan uzaqlaşdırmaq istəyərkən aralarında mübahisə yaranmış, ancaq Sumqayıt Bələdiyyəsinin inzibati binasında olarkən Zərərçəkmiş şəxs3 təhqir etməmiş, yumruqla onun sol çiyin nahiyəsinə vuraraq ona xəsarət yetirməmişdir. Ola bilsin ki, həmin itələşmə zamanı onun əli Zərərçəkmiş şəxs3 sol çiyin nahiyəsinə dəymişdir. Bundan başqa Şahid1 ilk dəfə xx.xx.2022-ci il tarixdə bələdiyyə sədrinin qəbuluna girmək istəyərkən görmüş, ona niyə mane olduğunu, kim olduğunu soruşduqda o, bələdiyyə sədri Sərviz Süleymanovun sürücüsü olduğunu, bu səbəbdən içəri daxil olmağına icazə vermədiyini bildirmiş, xx.xx.2022-ci il tarixdə bələdiyyə sədrinin qəbuluna girmək istəyərkən Şahid1 ona mane olub, onu itələyib qapıdan uzaqlaşdırmaq istəyərkən aralarında mübahisə yaranmış, ancaq Sumqayıt Bələdiyyəsinin inzibati binasında olarkən onu təhqir etməmişdir. Bələdiyyə binasında olarkən qapının üzərindəki tutacağı həqiqətən də qırmış, Bələdiyyə sədrinin qəbuluna gedərkən Lətif adlı bələdiyyə əməkdaşı pilləkənlərdə onu itələyib pilləkənlərlə qalxmağına mane olmuş, ancaq buna baxmayaraq bələdiyyə sədrinin qəbul otağına getmiş, nə həmin vaxt, nə də sonradan hər hansı bədən xəsarəti almamış, eləcədə bilərəkdən heç kimə bədən xəsarəti yetirməmişdir. Təqsirləndirilən şəxs etdiyi əməli məcburiyyətdən və maddi imkansızlıqdan törətdiyini bildirərək məhkəmə tərəfindən qeyd olunan halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2021-ci ilin may ayından Sumqayıt Bələdiyyəsində ərazi müfəttişi işləyir. Təqsirləndirilən şəxsı qiyabi olaraq tanımışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt Bələdiyyəsində xidməti otağında olarkən saat 11:30 radələrində Bələdiyyənin inzibati binasının dəhlizində səs-küy gəldiyini eşidib, nə baş verməsi ilə maraqlanmaq istədikdə, Təqsirləndirilən şəxs dəhlizdə Bələdiyyənin Memarlıq şöbəsində işləyən Zərərçəkmiş şəxs3 ilə mübahisə etdiklərini görmüşdür. Reyhan səs-küy salaraq bələdiyyə sədrinin qəbuluna girəcəyini təkid edirdi, bələdiyyə sədrinin otaqda olmadığını ona izah etməyə və binanın 2-ci mərtəbəsinə qalxmağa cəhd edən Reyhanı saxlamağa çalışan Zərərçəkmiş şəxs3 əli ilə çiynindən zərbələr vurduğunu görmüş, bundan sonra onlara yaxınlaşıb özü də qadının binanın 2-ci mərtəbəsinə qalxmasına mane olmaq istəmiş, buna baxmayaraq, Təqsirləndirilən şəxs ünvansız nalayiq ifadələr işlədərək, onları itələyərək özündən kənarlaşdırmış və binanın 2ci mərtəbəsinə qalxmışdır. Daha sonra isə bələdiyyə sədrinin xidməti otağının qarşısında yerləşən qəbul otağına daxil olub, bələdiyyə sədrinin xidməti otağının qapısının tutacağından yapışıb çəkərək qapını açmağa cəhd edərkən tutacağı sındırmış, yaranmış səs-küyə ora gəlmiş Sumqayıt bələdiyyəsində ərazi müfəttişi işləyən Şahid1, Sumqayıt Bələdiyyəsinin hüquq şöbəsinin müdürü Şahid4, Sumqayıt Bələdiyyəsinin sədr müavini Şahid3, Sumqayıt Bələdiyəsində memarlıq şöbəsində memar işləyən Şahid5 və əvvəldən qəbul otağında olan bələdiyyə sədrinin köməkçisi Şahid2 ilə Təqsirləndirilən şəxs mane olmaqla bələdiyyə sədrinin yerində olmadığını, hər hansı bir şikayəti və ya müraciəti varsa bələdiyyə sədrinin müavini tərəfindən qəbul olunacağını izah etsələr də o, sakitləşməmiş, ünvanlarına nalayiq ifadələr işlədib təkidlə bələdiyyə sədri tərəfindən qəbul edilməyini tələb etmişdir. Bələdiyyə sədrinin xidməti otağının giriş qapısının qarşısında dayanıb Təqsirləndirilən şəxs içəri daxil olmasına mane olduğu vaxt Reyhan qəflətən sağ əli ilə onun sol çənə və qulaq nahiyəsinə vurmuş, sonra isə əli ilə boyun nahiyəsini cırmaqlamış, aradan bir müddət keçdikdən sonra Sumqayıt bələdiyyəsinə dəvət olunmuş polis əməkdaşları Təqsirləndirilən şəxs sakitləşdirib Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə aparmışlar. Bundan sonra polis bölməsinə ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs tərəfindən ona bədən xəsarəti yetirilməsini və təhqir oldunduğunu bildirməklə şikayət ərizəsi yazmış, etdiyi əmələ görə və gələcəkdə təkrar eyni hərəkətlərə yol verməməsinə görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Reyhanın səs-küy salaraq Bələdiyyə sədrinin qəbuluna getməsini tələb etməsi, ona və digər Bələdiyyə əməkdaşlarına bədən xəsarəti yetirməklə onları söyüb təhqir etməsi, sonradan isə təkrarən Bələdiyyənin qəbul otağında nalayiq ifadələr işlədərək Bələdiyyə sədri tərəfindən qəbul edilməsə binanı tərk etməyəcəyini bildirməsi təxminən bir saat ərzində davam etmişdir. Tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş sol çənə oynağının çənə qövsünü tutan və oynaqda hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi və qançırı xəsarətlərini Təqsirləndirilən şəxs həmin nahiyəsinə sağ əli ilə yumruqla zərbə vurması nəticəsində, digər xəsarəti yəni sol qulaq arxasının sıyrığı xəsarətini isə onun dırnaqları ilə həmin nahiyəsini cırmaqlaması nəticəsində almışdır. Hadisə zamanı bundan başqa Təqsirləndirilən şəxs bələdiyyənin əməkdaşı Zərərçəkmiş şəxs3 sol çiyin nahiyəsinə əli ilə zərbə vurduğunu görmüş, hadisədən sonra Zərərçəkmiş şəxs3 sol çiyin nahiyəsini ona göstərib Reyhanın həmin nahiyəsinə vuraraq ona xəsarət yetirdiyini bildirmiş, Zərərçəkmiş şəxs3 ona göstərdiyi bədən nahiyəsinə baxdıqda həqiqətən həmin nahiyənin qızardığını görmüş, Reyhanın bundan başqa digər şəxsə bədən xəsarəti yetirdiyini görməmişdir. Hadisə vaxtı Bələdiyyənin tikinti şöbəsinin müdürü Lətif Süleymanov orda olmamış, Təqsirləndirilən şəxs Bələdiyyə sədrinin qəbuluna girmək üçün Bələdiyyənin inzibati binasına daxil olduqda Lətif adlı Bələdiyyə əməkdaşının onu itələdiyini və Bələdiyyə sədrinin yerində olmadığını bildirərək bələdiyənin inzibati binasından onu çıxartmağa cəhd etdiyini görməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ona Bələdiyyə sədrinin yerində olmadığını izah etmələrinə baxmayaraq onlara inanmamış və qapının metal tutacağından tutub dartaraq qapını açmağa çalışarkən dartıb metal tutacağı sındırmış, sonra isə metal tutacaqla onları nalayiq formada təhqir edib hədələməyə başlamış, ancaq o, sözlə ifadə etdiyi hədəsini icra etmək üçün hər hansı real hərəkətlərə yol verməmiş, hadisə zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı formada fiziki zor tətbiq etməmişdir. Zərərçəkmiş şəxs2 məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilən iclasında təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması barədə ərizə versə də, həmin ərizəsindən imtina etdiyini, belə ki, təqsirləndirilən şəxs həmin məhkəmə iclasından sonra yenidən Sumqayıt Bələdiyyəsinə gələrək onun ünvanına nəlayiq ifadələr işlədərək onu təhqir etdiyini bildirərək sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Sumqayıt Bələdiyyəsində ərazi nəzarətçisi işləyir. Təqsirləndirilən şəxs qiyabi olaraq tanıyir, lakin onunla şəxsi tanışlığı olmamışdır. xx.xx.2022-ci il tarixdə işlədiyi Sumqayıt Bələdiyyəsinin inzibati binasının birinci mərtəbəsindəki xidməti otaqlardan birində olarkən saat 11:30 radələrində Bələdiyyənin inzibati binasının dəhlizində kiminsə səs-küy saldığını eşitmişdir. Maraqlananda Təqsirləndirilən şəxs dəhlizdə pilləkənlərə doğru hərəkət edərək Bələdiyyə sədrinin qəbuluna girəcəyini deyərək pilləkənlərlə inzibati binanın ikinci mərtəbəsinə qalxmaq istədiyini görüb, ona yaxınlaşaraq onu sakitləşdirmək istəmişdir. Ancaq Reyhan onunla mübahisə edərək bələdiyyə sədrinin qəbuluna girəcəyini təkidlə deyib, əli ilə ona çiyin nahiyəsindən zərbələr vurmağa başlamış, bu zaman yaranmış səs küyə gəlmiş Zərərçəkmiş şəxs2 da Reyan Zərbəliyevanın inzibati binanın ikinci mərtəbəsinə qalxmasına mane olmaq istəmiş, buna baxmayaraq, Təqsirləndirilən şəxs ünvansız nalayiq ifadələr işlədərək, onları itələyərək özündən kənarlaşdırmış və binanın 2ci mərtəbəsinə qalxmış, daha sonra isə bələdiyyə sədrinin xidməti otağının qarşısında yerləşən qəbul otağına daxil olub, bələdiyyə sədrinin xidməti otağının qapısının tutacağından yapışıb çəkərək qapını açmağa cəhd edərkən tutacağı sındırmışdır. Daha sonra yaranmış səs-küyə gəlmiş Sumqayıt Bələdiyyəsində ərazi müfəttişi işləyən Şahid1, Sumqayıt Bələdiyyəsinin hüquq şöbəsinin müdürü Şahid4, Sumqayıt Bələdiyyəsinin sədr müavini Şahid3, Sumqayıt Bələdiyəsində memarlıq şöbəsində memar işləyən Şahid5 və əvvəldən qəbul otağında olan bələdiyyə sədrinin köməkçisi Şahid2 ilə Təqsirləndirilən şəxs mane olmaqla bələdiyyə sədrinin yerində olmadığını, hər hansı bir şikayəti və ya müraciəti varsa bələdiyyə sədrinin müavini tərəfindən qəbul olunacağını izah etsələr də o, sakitləşməmiş, ünvanlarına nalayiq ifadələr işlədib təkidlə bələdiyyə sədri tərəfindən qəbul edilməyini tələb etmişdir. Zərərçəkmiş şəxs2 və Şahid1lə Bələdiyyə sədrinin xidməti otağının giriş qapısının qarşısında dayanıb Təqsirləndirilən şəxs içəri daxil olmasına mane olduğu vaxt Reyhan qəflətən əli ilə Zərərçəkmiş şəxs2 çənə nahiyəsinə zərbə vurmuş, sonra isə əli ilə boyun nahiyəsini cırmaqlamış, aradan bir müddət keçdikdən sonra Sumqayıt Bələdiyyəsinə dəvət olunmuş polis əməkdaşları Təqsirləndirilən şəxs sakitləşdirib Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə aparmışlar. Bundan sonra polis bölməsinə ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs tərəfindən ona bədən xəsarəti yetirilməsini və təhqir oldunduğunu bildirməklə şikayət ərizəsi yazmış, etdiyi əmələ görə və gələcəkdə təkrar eyni hərəkətlərə yol verməməsinə görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Hadisə 23 iyun 2022-ci il tarixdə saat 11:30 radələrində Sumqayıt Bələdiyyəsinin inzibati binasının dəhlizində və Bələdiyyə sədrinin xidməti otağının qarşısındakı qəbul otağında baş vermişdir. Həmin vaxt Şahid3, Şahid4, Şahid5, Zərərçəkmiş şəxs2, Şahid2, Şahid1 və birdə Reyhan Fərzəliyevanın adını bilmədiyi qızı orada olmuşdur. Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətləri təxminən bir saat davam etmişdir. Aldığı xəsarəti ona Təqsirləndirilən şəxs yetirmişdir. Zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs3 məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilən iclasında təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması barədə verdiyi ərizəsindən imtina etdiyini, belə ki, təqsirləndirilən şəxs həmin məhkəmə iclasından sonra yenidən Sumqayıt Bələdiyyəsinə gələrək onun ünvanına nəlayiq ifadələr işlədərək onu təhqir etdiyini bildirərək sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, Sumqayıt Bələdiyyəsinin İcra Aparatının Hüquq şöbəsinin böyük hüquq məsləhətçisi vəzifəsində işləyir, bələdiyyədə işlədiyi müddətdə Təqsirləndirilən şəxs tez-tez müxtəlif səbəblərdən bələdiyyəyə gedib gəldiyi üçün onu qiyabi olaraq tanımışdır. xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində Təqsirləndirilən şəxs Sumqayıt Bələdiyyənin inzibati binasına gələrək ilk əvvəl Bələdiyyə sədri tərəfindən qəbul edilməsini tələb etmiş, bundan sonra ona Bələdiyyə sədrinin yerində olmadığı bildirilərək, digər səlahiyyətli şəxs tərəfindən qəbul edilməsi təklif edilməsinə baxmayaraq o, buna məhəl qoymayaraq Bələdiyyə sədrinin xidməti otağına daxil olaraq onunla şəxsən görüşmək istəmişdir. Buna baxmayaraq Bələdiyyənin əməkdaşları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Şahid1 ona mane olmağa çalışarkən Təqsirləndirilən şəxs Bələdiyyənin əməkdaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 bədən xəsarətləri yetirmiş, bundan başqa Bələdiyyə sədrinin xidməti otağının qarşısındakı qəbul otağının qapısının tutacağından yapışıb çəkərək qapını açmağa cəhd edərkən qapının tutacağını sındırmış, həmçinin qəbul otağındakı masanın ön tərəfinin üzlüyünü əli ilə qopararaq masaya maddi ziyan vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs hərəkətləri barədə ərazi üzrə polis bölməsinə məlumat verilmiş, hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt Bələdiyyəsinin inzibati binasından uzaqlaşdırılmışdır. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs hərəkətləri barədə akt tərtib edilməklə barəsində qanuni tədbir görülməsi üçün aidiyyatı üzrə göndərilmiş, həmçinin Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində zərərçəkmiş hər bir bələdiyyə əməkdaşı ayrı ayrılıqda ərazi üzrə bolis bölməsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs tərəfindən Bələdiyyə sədrinin xidməti otağının qarşısındakı qəbul otağının qapısının metal tutacağının sındırılması və qəbul otağındakı masanın ön tərəfinin üzlüyünün qoparılması nəticəsində zədələnmiş əmlak Sumqayıt Bələdiyyəyə məxsus olmaqla Bələdiyyənin invertarında olmuş, hadisə vaxtı Təqsirləndirilən şəxs tərəfindən Bələdiyyə sədrinin xidməti otağının qarşısındakı qəbul otağının qapısının metal tutacağının sındırılması nəticəsində Bələdiyyəyə 20 manat və qəbul otağındakı masanın ön tərəfinin üzlüyünün qoparılması nəticəsində 10 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmaması barədə verdiyi ərizəsindən imtina etdiyini, belə ki, təqsirləndirilən şəxs həmin məhkəmə iclasından sonra yenidən Sumqayıt Bələdiyyəsinə gələrək bələdiyyə işçilərinin ünvanına nalayiq ifadələr işlədərək onları təhqir etdiyini bildirərək sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt Bələdiyyəsində ərazi nəzarətçisi işləyir. Təqsirləndirilən şəxs qiyabi olaraq tanımışdır. xx.xx.2022-ci il tarixdə işlədiyi Sumqayıt Bələdiyyəsinin inzibati binasında olarkən saat 11:30 radələrində Bələdiyyənin inzibati binasının dəhlizində kiminsə qışqıraraq səs-küy saldığını eşidib, nə baş verməsi ilə maraqlanmaq istədikdə, i Təqsirləndirilən şəxs dəhlizdə ünvansız nalayiq ifadələr işlədərək Bələdiyyə sədrinin qəbuluna girəcəyini deyərək, ona mane olmağa çalışan Rüfət və Zərərçəkmiş şəxs3ı itələyərək bələdiyyə sədrinin xidməti otağının qarşısında yerləşən qəbul otağına daxil olduğunu görmüş, daha sonra isə bələdiyyə sədrinin xidməti otağının qapısının tutacağndan yapışıb çəkərək qapını açmağa cəhd edərkən tutacağı sındırmış, daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 və Rüfətlə, eləcədə yaranmış səs-küyə oraya gəlmiş Sumqayıt Bələdiyyəsinin hüquq şöbəsinin müdürü Şahid4, Sumqayıt Bələdiyyəsinin sədr müavini Şahid3, Sumqayıt Bələdiyəsində memarlıq şöbəsində memar işləyən Şahid5 və əvvəldən qəbul otağında olan bələdiyyə sədrinin köməkçisi Şahid2 ilə Təqsirləndirilən şəxs mane olmaqla bələdiyyə sədrinin yerində olmadığını, hər hansı bir şikayəti və ya müraciəti varsa bələdiyyə sədrinin müavini tərəfindən qəbul olunacağını izah etsələr də o, sakitləşməmiş, ünvanlarına nalayiq ifadələr işlədib təkidlə bələdiyyə sədri tərəfindən qəbul edilməyini tələb etmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Bələdiyyə sədrinin xidməti otağının giriş qapısının qarşısında dayanıb Təqsirləndirilən şəxs içəri daxil olmasına mane olduğu vaxt o, qəflətən əli ilə Zərərçəkmiş şəxs2 çənə nahiyəsinə zərbə vurmuş, sonra isə əli ilə boyun nahiyəsini cırmaqlamış, aradan bir müddət keçdikdən sonra Sumqayıt bələdiyyəsinə dəvət olunmuş polis əməkdaşları Təqsirləndirilən şəxs sakitləşdirib Sumqayıt şəhər Pİ-nin 4-cü PB- nə aparmışlar. Bundan sonra polis bölməsinə ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs tərəfindən təhqir oldunduğunu bildirməklə şikayət ərizəsi yazmış, etdiyi əmələ görə və gələcəkdə təkrar eyni hərəkətlərə yol verməməsinə görə Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Hadisə 23 iyun 2022-ci il tarixdə saat 11:30 radələrində Sumqayıt Bələdiyyəsinin inzibati binasının dəhlizində və Bələdiyyə sədrinin xidməti otağının qarşısındakı qəbul otağında baş vermiş, həmin vaxt orada Şahid3, Şahid4, Şahid5, Zərərçəkmiş şəxs2, Şahid2, və birdə Reyhan Fərzəliyevanın adını bilmədiyi qızı olmuş, hadisə zamanı Reyhan ona hər hansı bədən xəsarəti yetirməmiş, ancaq ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmiş, hadisə zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı formada fiziki zor tətbiq etməmişdir. Məhkəmə iclasında Şahid4 və Şahid5 Şahid1 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmədə Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Sumqayıt Bələdiyyəsində bələdiyyə sədrinin köməkçisi işləyir, Təqsirləndirilən şəxs qiyabi olaraq tanısada, onunla şəxsi tanışlığı olmamış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə işlədiyi Sumqayıt Bələdiyyəsinin inzibati binasındakı xidməti otağında olarkən saat 11:30 radələrində Bələdiyyənin inzibati binasının dəhlizindən səsküy gəldiyini eşitmiş, az sonra ata adı və soy adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs ünvansız nalayiq ifadələr işlədərək Bələdiyyə sədrinin qəbuluna girəcəyini deyərək, ona mane olmağa çalışan Rüfət və Zərərçəkmiş şəxs3ı itələyərək qəbul otağına daxil olmuş, daha sonra isə bələdiyyə sədrinin xidməti otağının qapısının tutacağmdan yapışıb çəkərək qapını açmağa cəhd edərkən tutacağı sındırmış, daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 və Rüfətlə, eləcədə yaranmış səs-küyə oraya gəlmiş Sumqayıt Bələdiyyəsində ərazi müfəttişi işləyən Şahid1, Sumqayıt Bələdiyyəsinin hüquq şöbəsinin müdürü Şahid4, Sumqayıt Bələdiyyəsinin sədr müavini Şahid3, Sumqayıt Bələdiyəsində memarlıq şöbəsində memar işləyən Şahid5la Təqsirləndirilən şəxs mane olmaqla bələdiyyə sədrinin yerində olmadığını, hər hansı bir şikayəti və ya müraciəti varsa bələdiyyə sədrinin müavini tərəfindən qəbul olunacağını izah etsələrdə o, sakitləşməmiş, ünvanlarına nalayiq ifadələr işlədib təkidlə bələdiyyə sədri tərəfindən qəbul edilməyini tələb etmişdir. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Şahid1 Bələdiyyə sədrinin xidməti otağının giriş qapısının qarşısında dayanıb Təqsirləndirilən şəxs içəri daxil olmasına mane olduqları vaxt o, qəflətən əli ilə Zərərçəkmiş şəxs2 çənə nahiyəsinə bir neçə zərbə vurmuş, sonra isə əli ilə boyun nahiyəsini cırmaqlamış, aradan bir müddət keçdikdən sonra Sumqayıt bələdiyyəsinə dəvət olunmuş polis əməkdaşları Təqsirləndirilən şəxs sakitləşdirib Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə aparmışdır. Hadisə 23 iyun 2022- ci il tarixdə saat 11:30 radələrində Sumqayıt Bələdiyyəsinin inzibati binasında, Bələdiyyə sədrinin xidməti otağının qarşısındakı qəbul otağında baş vermiş, həmin vaxt orada Şahid3, Şahid4, Şahid5, Zərərçəkmiş şəxs2, Şahid1 və birdə Reyhan Fərzəliyevanın adını bilmədiyim qızı olmuş, hadisə zamanı Reyhan ona hər hansı bədən xəsarəti yetirməmiş, Təqsirləndirilən şəxs ona Bələdiyyə sədrinin yerində olmadığını izah etmələrinə baxmayaraq onlara inanmamış və qapının metal tutacağından tutub dartaraq qapını açmağa çalışarkən dartıb metal tutacağı sındırmış, Təqsirləndirilən şəxs bundan başqa hadisə vaxtı əyləşdiyi masanın ön tərəfinin üzlüyünü əli ilə qopararaq masaya maddi ziyan vurmuş, hadisə vaxtı Təqsirləndirilən şəxs tərəfindən Bələdiyyə sədrinin qəbul otağının qapısının metal tutacağının sındırılması və əyləşdiyi masanın ön tərəfinin üzlüyünün qoparılması nəticəsində zədələnmiş əmlak Bələdiyyəyə məxsus olmaqla Bələdiyyənin invertarında olmuş, Təqsirləndirilən şəxs tərəfindən Bələdiyyə sədrinin qəbul otağının qapısının metal tutacağının sındırılması nəticəsində Bələdiyyəyə 20 (iyrimi) manat və əyləşdiyi masanın ön tərəfinin üzlüyünün qoparılması nəticəsində isə 10 (on) manat maddi ziyan dəymiş, hadisə zamanı Təqsirləndirilən şəxs nə onun, nədə digər bələdiyyə əməkdaşları tərəfindən hər hansı formada fiziki zor tətbiq edilməmişdir. Məhkəmədə Şahid3 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş “BİNGO CD-R” və sair markalanma yazısı olan, yaddaşında isə 05 (beş) ədəd birincisi “VİD-20220625- WA0069” adlı, ikincisi “VİD-20220625-WA0070” adlı, üçüncüsü “VİD-20220625-WA0071” adlı, dördüncüsü “VİD- 20220625-WA0072” adlı və beşincisi “VİD-20220625-WA0073” adlı fayllar olan bir ədəd diskə məhkəmə iclas zalında kompyuter vasitəsi ilə baxış keçirilərlən 23 iyun 2022-ci il tarixdə Sumqayıt Bələdiyyəsinin inzibati binasında, inanın 1-ci mərtəbəsində və Bələdiyyə sədrinin xidməti otağının qarşısındakı qəbul otağında Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 xəsarət yetirməsi və Bələdiyyə sədrinin xidməti otağının qapısının tutacağmdan yapışıb çəkərək qapını açmağa cəhd edərkən tutacağı sındırması bir daha təsdqiq olunmuşdur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 917 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol bazunun qançırı. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 günə qədər olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 916 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: “sol çənə oynağının çənə qövsünü tutan və oynaqda hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi, qançırı, sol qulaq arxasının sıyrığı”. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 günə qədər olmaqla, xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xəsarətin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli qismən onun özünün etirafı, zərərçəkmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinin özünü təqsirli bilməməsinə dair hissəsini özünü müdafiə xarakterli ifadə kimi, məsuliyyətdən yaxa qurtarmaq məqsədi güddüyü kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayət edilən qərəzli hərəkətlər kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 01 saylı 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində izah edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Hazırkı iş üzrə xuliqanlıq cinayətinin xüsusi obyekti şəxsiyyətin sağlamlığı, ümumi obyekti isə ictimai qayda və ictimai təhlükəsizlikdir. Həmin cinayət birbaşa qəsdlə törədilmiş, onun subyektiv cəhəti təqsirləndirilən şəxsin cəmiyyətdə üstün mövqe nümayiş etdirməsinə xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş yüngülləşdirən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xx.xx.2015-ci ildə CPM-nin 40.2.2-ci maddəsinə əsasən və onun barəsində CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə xx.xx.2017-ci ildə CPM-nin 40.2.3-cü maddəsinə əsasən xitam verilmişdir. Bununla da Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli (İş № 1(060)-892/2022) qərarını icra edərək, 06 dekabr 2022-ci il tarixli 1799/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və o, qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 10 (on) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzasının əvvəli qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmağa başlandığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-169/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-169/2023
12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver