Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-17/2022 05.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi: X3 iştirakı ilə xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər məhkəməsinin 23.05.2018-ci il tarixli hömkü əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il azadlıqdan məhrum edilmiş, 11.12.2019-cu il tarixdə Bakı şəhər Nizami rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş və 13.01.2020-ci il tarixdə cəzanı tam çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 122 qeydiyyatda olaraq və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,263 qram çəkidə narkotik vasitə olan heroini əldə edərək onu üzərində daşıyaraq saxlamış, 25 mart 2021-ci il tarixdə saat 13:01 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 1-ci PB-nə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,136 qram və 0,127 qram, ümumi çəkisi 0,263 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan ibtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs əvvəllər də qanunsuz olaraq üzərimdə narkotik vasitə saxladığına görə bir neçə dəfə məhkum olunduğunu, bir neçə ildir ki, narkotik vasitə olan heroin qəbul etdiyni, ona, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildiyini bildirərək mahiyyət üzrə göstərmişdir ki, 25 mart 2021-ci il tarixdə səhər saatlarında o, şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. O, Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında olarkən tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq iki ədəd bükümdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. O, narkotikdən istifadə etdiyi üçün alıb özü üçün istifadə etmək məqsədi ilə həmin şəxsə heroini neçəyə satdığını soruşduqda həmin şəxs iki ədəd bükümdə olan heroini 20 manata satdığını bildirmişdir. O, həmin şəxslə razılaşıb və 20 manat pul verib iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş heroinləri almışdır. O, həmin şəxsdən aldığı 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş heroinləri əynimdə olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, sonra özü istifadə etsin. Sonra o, Sumqayıt şəhərinə gəlmişdir. Həmin gün saat 13:01 radələrində həmin üzərində olan narkotik vasitə heroinləri münasib yer tapıb istifadə etmək üçün Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisinə gəlmişdir. O, Corat qəsəbəsi ərazisində olan məscidin yanı ilə gedərkən bir nəfər mülki geyimli, üç nəfər polis geyimində olan şəxslər ona yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu bildirərək özünü təqdim etməyini bildirmişlər. O polis əməkdaşlarına özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin vaxtı polis əməkdaşları ona narkotik vasitə qəbulunda və gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişlər. Ona görə də Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə ediləcəyini bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə getmişlər. Polis bölməsinin xidməti otaqlarının birində olarkən ona vəkil X8 təqdim olunmuşdur. Daha sonra polis əməkdaşları ona videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində hər hansı qanunla qadağan edilmiş əşyanın olub-olmamasını soruşaraq həmin əşyanı təqdim etməyini təklif etmişlər. O, həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan heroinləri polis əməkdaşlarına təqdim etmişlər. Həmin bükümlər polis əməkdaşları tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq o, həmin maddələrin narkotik vasitə heroin olduğunu, həmin heroinləri həmin gün səhər saatlarında Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında olarkən tanımadığı şəxsdən 20 manata özü istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Sonra onun üzərindən aşkar edilərək götürülmüş heroin tərəziyə qoyularaq çəkilib, qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxtı polis əməkdaşları tərəfindən heroinlərin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. Eləcə də o, ifadəsində narkotik vasitə olan heroinləri 25 mart 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında olarkən tanımadığı şəxsdən 20 manata özü istifadə etmək məqsədi ilə aldığını və üzərində saxladığını, heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmadığını göstərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqi varisi X5 bildirdi ki, onun oğlu Təqsirləndirilən şəxs 04.12.2021-ci il tarixdə xəstəlik səbəbindən vəfat etmişdir. Təqsirləndirilən şəxsə bəraət verilməsini istəmir. Cinayət işinə baxılmasının davam etdirilməsinə razı deyildir. Təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. 07.07.2021-ci il tarixli məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 Əvəz oğlu Təqsirləndirilən şəxs tanımadığını, Sərvərə dair düşmənçilik və ədavət münasibətlərinin olmadığını bildirərək mahiyyəti üzrə göstərmişdir ki, 25.03.2021-ci il tarixdə 1-ci PB-nə ünvan 1 ünvanlnda yaşayan və qeydiyyatda olan Abasov Sərvər Sərdar oğlunun üzərində narkotik vasitə olması barədə məlumat daxil olmuşdur. Məlumatı raport vasitəsilə rəhbərliyə məruzə etdikdən sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarından ibarət tərkibdə qrup yaradılmışdır. Qrup üzvləri ilə birgə xidməti avtomobillə Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən cümə məscidinin yaxınlığına getmişlər. Saat 13:01-də əynində qara rəng köynək, göy rəng qış gödəkcəsi, qara rəng jiletka, göy rəng cins şalvar, başında papaq olan Təqsirləndirilən şəxs əlamətlərinə uyğun gələn şəxs videogörüntünün aparıldığı yer istiqamətində yaşayış evlərinin yanı ilə piyadaların hərəkəti üçün nəzərdə tutulmuş cığırda gəlirmiş. Onlar qaçaraq Təqsirləndirilən şəxs yaxınlaşıb saxlamışlar. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı polis kapitanı Rəhman Qurbanov saxlanılan şəxsə yaxınlaşıb özünü təqdim edib saxlanılan şəxsdən özünü təqdim etməsini tələb etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra onlar birbir özlərini təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşınması, gəzdirilməsi və istifadəsində şübhəli olduğundan saxlanıldığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkətinin keçiriləcəyini, lakin saxlanıldığı yerdə şərait olmadığını, odur ki, videoçəkiliş dayanmadan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gedəcəklərini, orada vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının bildirdiklərinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs növbətçi hissə maşınının arxa salonuna əyləşdirmişlər. Təxminən 5-6 dəqiqə ərzində avtomobillə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasının həyətinə çatıb və Təqsirləndirilən şəxs avtomobildən endirdik. Təqsirləndirilən şəxs xidməti otağa daxil etmişlər. Təhqiqatçı vəkil X6 Təqsirləndirilən şəxs təqdim etmişdir. Təhqiqatçı saxlanılan şəxsə hüquq və vəzifələrin izah edib və bildirişi təqdim edib bildirişlə tanış olmasını demişdir. Təqsirləndirilən şəxs bildirişlə tanış olub etirazının olmadığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Təhqiqatçı həmin bükümlərin nə olmasını soruşduqda Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin daxilində heroin olduğunu bildirmişdir. Təhiqatçı həmin bükümləri açmışdır. Həmin bükümlərin daxilində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş 02 ədəd büküm elektron tərəzinin üzərinə qoyulduqda birinin çəkisi 0,32 qram digərinin isə 0,30 qram olduğu müəyyən olunmuşdur. Müvafiq suallara uyğun olaraq Təqsirləndirilən şəxs bükümün daxilindəki narkotik maddə olan heroin olduğunu, həmin kütləni 25.03.2021-ci il tarixdə “20 Yanvar” ərazisində tanımadığı şəxsdən 20 manat qarşılığında, özünün şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə heroin bənzər maddə bükümündə istifadə edilən materiallarla birgə qablaşdırılıb möhürlənmişdir. Şəxsi axtarışa dair protokol tərtib edilib və protokol onun eləcə də digər iştirakçılar tərəfindən imzalanmışdır. Eləcə də o, ifadəsində Təqsirləndirilən şəxs tanımadığını, ilk dəfə idi ki gördüyünü, Sərvərə dair düşmənçilik və ədavət münasibətinin olmadığını, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə satması barədə ona məlumat daxil olmadığını, bu istiqamətdə müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirdiyini, lakin hər hansı bir müsbət nəticə əldə etmədiyini göstərmişdir. Cinayət işi materiallarından görünür ki, cinayət işi üzrə Şahid1 ifadəsində göstərdiyi xüsusatları şahid qismində 07.07.2021-ci il tarixli məhkəmə iclasında dindirilmiş Şahid2 və 20.08.2021-ci il tarixli məhkəmə iclasında dindirilmş X4 da təsdiq edərək eyni məmzunlu ifadələr vermişdirlər. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin kütləsininn aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Görüntünün 00:01 anında əynində qara rəng köynək, göy rəng qış gödəkcəsi, qara rəng jiletka, göy rəng cins şalvar, başında papaq olan kişi cinsində şəxs videogörüntünün aparıldığı yer istiqamətində yaşayış evlərinin yanı ilə piyadaların hərəkəti üçün nəzərdə tutulmuş cığırda irəliləyir. 00:25 anında mülki geyimdə olan 3 nəfər şəxslər qaçaraq Təqsirləndirilən şəxs yaxınlaşıb onu saxlayırlar. 00:27 anında Sumqayıt ŞPİ-nin 1-ci PBnin təhqiqatçısı polis kapitanı Rəhman Qurbanov saxlanılan şəxsə yaxınlaşıb özünü təqdim edib saxlanılan şəxsdən özünü təqdim etməsini tələb edir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Daha sonra Təqsirləndirilən şəxs saxlanılmasında iştirak edən digər polis əməkdaşları bir-bir özlərini təqdim edirlər. Təhqiqatçı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşınması, gəzdirilməsi və istifadəsində şübhəli olduğundan saxlanıldığını bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkətinin keçiriləcəyini, lakin saxlanıldığı yerdə şərait olmadığını, odur ki, videoçəkiliş dayanmadan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gedəcəklərini, orada vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirir. Saxlanılan şəxs təhqiqatçının bildirdiklərinə etiraz etmir. 01:29 anında Təqsirləndirilən şəxs növbətçi hissə maşınının arxa salonuna əyləşdirilir. 06:34 anında avtomobil Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasının həyətinə çatır və saxlanılan şəxs avtomobildən endirilir. 07:34 anında saxlanıılan şəxs xidməti otağa daxil edilir. 07:44 anında təhqiqatçı vəkil X1 şəxsə təqdim edir. Təhqiqatçı saxlanılan şəxsə hüquq və vəzifələrin izah edib və bildirişi təqdim edib bildirişlə tanış olmasını deyir. Saxlanılan şəxs bildirişlə tanış olub etirazının olmadığını bildirir. 09:10 anında təhqiqatçı saxlanılan şəxsə üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb stolun üzərinə qoyur. Təhqiqatçı onların nə olmasını soruşur təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin daxilindəkinin heroin olduğunu deyir. Təhiqatçı həmin bükümləri açır. Həmin bükümlərin daxilində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə müşahidə edilir. 10:10 anında saxlanılan şəxsin üzərindən aşkarlanaraq götürülmüş 02 ədəd büküm elektron tərəzinin üzərinə qoyulduqda birinin çəkisi 0,32 qram digərinin isə 0,30 qram olduğu müəyyən edilir. Müvafiq suallara uyğun olaraq saxlanılan şəxs bükümün daxilindəki narkotik maddə olan heroin olduğunu, həmin kütləni 25.03.2021-ci il tarixdə “20 Yanvar” ərazisində tanımadığı şəxsdən 20 manat qarşılığında, özünün şəxsi istifadəsi üçün aldığını bildirir. Şəxsi axtarış zamanı digər sübut əhəmiyyətli fakt növü aşkar edilmir. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 25.03.2021-ci il tarixli 6/1181 №li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N125” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr olan bağlama...” yazılan zərfdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,136 qram və 0,127 qram olmaqla, ümumi çəkisi 0,263 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr narkotik vasitə-heroin olub, xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“ “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş, ekspertiza tərəfindən tədqiq olunmuş 0.263 qram narkotik vasitə olan heroindən, tədqiqatdan sonra qalıq qalmış 0,203 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmaqla, saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Cinayıt işi materiallarında əlavə edilmiş Azərbaycan Respublikası SN Respublika Narkoloji Mərkəzi Ambulator X2 27.05.2021-ci il tarixli, 1614 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə nəticəsində yaranana narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə İnzibat Ərazi İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsabət xarakterizə olunur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 06.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əzizbəyov rayon məhkəməsinin 13.05.2009-cu il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəs ilə 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 17.12.2009-cu il tarixdə cəzası Nərimanov rayon məhkəməsinin 26.11.2009-cu il tarixli qərarı ilə CM-nin 77-ci maddəsinə əsasən 01 il 02 ay 02 gün azadlığın məhdudlaşdırılması ilə əvəz olunub, 08.02.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt şəhər məhkəməsinin 07.06.2011-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 234.1, 93.1.4-cü maddəsi ilə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11.07.2013-cü il tarixdə Bakı şəhər Nizami rayon məhkəməsinin 10.07.2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası MM-in 07.05.2013-cü il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 12.04.2014-cü il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, 10.06.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt şəhər məhkəməsinin 23.05.2018-ci il tarixli hömkü əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il azadlıqdan məhrum edilmiş, 11.12.2019cu il tarixdə Bakı şəhər Nizami rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş və 13.01.2020-ci il tarixdə cəzanı tam çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işi materiallarından görünür ki, 25.03.2021-ci il tarixdə 13:01-də Təqsirləndirilən şəxsr oğlu Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin təhqiqatçısı polis kapitanı Rəhman Qurbanov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, 27 mart 2021-ci ildə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin sabiq baş müstəntiqi, polis mayoru Anar Şirinov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Sumqayıt şəhər məhkəməsinin 4(060)-129/2021 saylı, 27.03.2021-ci il tarixli qərarı ilə 3 ay müddətinə, yəni 25.06.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 25.03.2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə daxil olmuş X3 - ərizəsindən görünür ki, onun oğlu Təqsirləndirilən şəxs vəfat etmişdir. Xahiş edir ki, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxsə bəraət verilməsini istəmir. Cinayət işinin baxılmasının davam etdirilməsinə razı deyildir. Cinayət işi materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsinin İntensiv terapiya şöbəsində ölməsi faktı üzrə Bakı şəhəri, Nizami rayon prokurorluğunun sabiq müstəntiqi Elvin şahmirzəli tərəfindən araşdırılma aparılmış, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən 30.12.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilmişdir. Cinayət işi materiallarında olan 04.12.2021-ci il tarixli 182 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ölümünə səbəb qaraciyərin nekrobiotik, degenarativ dəyişikliyi fonunda dalağın bədxassəli yenitörəməsi xəstəliyi nəticəsində yaranmış orqanizmin ümumi intoksikasiyası olmuşdur. Ölüm ƏN PX-in Müalicə Müəssisəsində 04.12.2021-ci il tarixdə saat 08:45 –də baş vermişdir, hansı ki, aparılmış məhkəmə-tibbi müayinə ilə inkar olunmur. S.S.Ababsovun uzun müddət xəstəxanada qaldığını nəzərə alaraq qan məhkəmə-kimya tədqiqat üçün götürülməmişdir. Xəsatənin stasionar kartasında şəxsin alkoqol qəbul etməsinə dəlalət edən hər hası qyediyyat aparılmayıb. Məhkəməyə təqdim edilmiş AZ-İİ seriyalı 254603 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 29 dekabr 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18.01.2021-ci ildə 1960 saylı qeyd aparılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddələrinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 41.2-ci maddələrinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsin, habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Həmin Məcəllənin 43.3-1-ci maddələrinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə cinayət təqibinə bi Məcəllənin 39.1.5-ci maddələrində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə baxışı gedişi zamanı ölməsini və ölmüş təqsirləndirilən şəxsin hüquqi varisinin cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddələrinə əsasən Ababsov Sərvər Sərdar oğlunun barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut operatorlardan əldə edilmiş 2 ədəd disklər, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk 01 ədəd DVD formatlı disk cinayət işində saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 (qırx) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-də saxlanılan qalıq çəkisi 0,203 qram narkotik vasitə olan heroinin məhv edilməli, iş üzrə maddi sübut 03 ədəd DVD formatlı disk cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Təqsirləndirilən şəxs öldüyü üçün həmin məhkəmə məsrəfi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddələrinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 40 (qırx) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsindən Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) Cinayət işi üzrə 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat ekspertiza xərci dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,203 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut operatorlardan əldə edilmiş 2 ədəd disklər, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk 01 ədəd DVD formatlı disk cinayət işində saxlanılsın. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-17/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-17/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver