Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-17/2023 03.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsi yaşıllaşdırma idarəsində bağban işləyən, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 18 noyabr 2021-ci il tarixdə saat 23:20-də Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ü.Hacıbəyov küçəsində keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılıb Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq üzərində saxladığı 1 ədəd kibrit qutusunun içərisində 7 ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,245 qram, 0,311 qram, 0,345 qram, 0,532 qram, 0,455 qram, 0,804 qram, 0,198 qram, ümumi təmiz çəkisi 2,890 qram qəhvəyi rəngli, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda ilkin olaraq özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təxminən 1 ilə yaxındır ki, “kakos” kimi bilinən narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul edir. Təxminən noyabr ayının 17-18-i tarixlərində küçənin adını dəqiq xatırlamadığı Tağıyev qəsəbəsində yaşayan Rəfail adlı şəxsin evinə narkotik vasitə almaq üçün gəlmişdir. Rəfail narkotik vasitəni hazırlayaraq özü qəbul etmiş, o qəbul etmək istədikdə polis əməkdaşları içəri daxil olmuşdur. Onların hər ikisini bölməyə aparmışlar. Rəfaili buraxmış, onu isə orada saxlamışlar. Bölmədə polis əməkdaşı ona narkotik vasitə verərək təqdim etməsini bildirmişdir. O da özünün olduğunu etiraf etmişdir. Lakin narkotik vasitə ona məxsus olmamışdır. O, həmin gün heç kimdən narkotik vasitə almamışdır. Onu Rəfailin evində saxlamışlar. Onun evdə saxlanılmasını Rəfailin qardaşı və qonşusu Orxan adlı şəxs görmüşdür. Polis bölməsində ona qarşı heç bir fiziki və psixi təsir olmamışdır. Lakin, sonradan məhkəmədə təqsirləndirlən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və narkotik vasitənin yalnız istifadə məqsədi ilə əldə etdiyini qeyd etmişdir. Himayəsində azyaşlı övladları vardır. Qeyd olunanların nəzərə alınmasını Məhkəmədən Xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, 18 noyabr 2021-ci il tarixdə, təxminən saat 16 radələrində şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhəri 20 Yanvar metro stansiyasının yaxınlığında olduğu zaman təsadüfən bir nəfər şəxslə tanış olmuş, həmin şəxslə söhbət edən zaman onun narkotik vasitə olan heroin istifadə etdiyini, eləcədə həmin şəxsin də onun heroin istifadə etdiyini bilmişdir. O da heroin olmadığından həmin şəxsdən heroin istəmiş, həmin şəxs üzərindən 7 ədəd bükümdə heroin olduğunu və ona ümumilikdə 60 manata sata biləcəyini demiş, o da həmin şəxslə razılaşıb ona 60 manat pul verərək ondan kibrit qutusunun içərisində 7 ədəd bükümdə narkotik vasitə olan heroin alaraq əynində olan şalvarın cibinə qoymuş, həmin gün təxminən saat 23 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi Ü.Hacıbəyov küçəsi ilə piyada dəniz kənarına getmək istədiyi zaman bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra isə ona narkotik vasitələrin qanunsuz dövriyyəsində, satışında şübhəli olduğunu bildirib onu Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə 2-ci Polis Bölməsinə gəlmiş, orada ona bildirilmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli şəxs qismində tutulacaq və ona Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuş, o da həmin siyahıdan hüquqlarını müdafiə etməsi üçün vəkil Elşad İsayevi seçmişdir. Bundan sonra ona bildirilmişdir ki, videoçəkiliş aparılaraq üzərində şəxsi axtarış aparılacaq və o da buna etiraz etməmişdir. 2-ci Polis Bölməsində xidməti otaqların birində müdafiəçisi Elşad İsayevin iştirakı videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş əyşa və ya maddə varsa təqdim etsin. O da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunda saxladığı qara və ağ rəngli siqaret kağızına bükülmüş 7 ədəd ayrı-ayrı bükümdə narkotik vasitə olan heroini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, üzərində aşkar olunan heroini tutulmamışdan bir neçə saat əvvəl Bakı şəhəri 20 yanvar metro stansiyası yaxınlığında olarkən tanımadığı şəxsdən 60 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxlamış, üzərindən aşkar olunmuş 07 ədəd bükümdə heroin ayrı-ayrılıqda və birlikdə tərəziyə qoyularaq çəkilmiş və Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 126 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa üzərinə axtarış keçirilən zaman aşkar edilmiş 04 ədəd «Parasetamol» dərman həbləri və 01 ədəd plastik avtobus kartı sübut əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Daha sonra protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi protokolun və qablaşdırmanın üzərinə imza etmişdir. Ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmamış, həmin heroinləri alan zaman aldığı şəxs ona 7 ədəd büküm halında satmış, o da həmin bükümləri olduğu kimi saxlamışdır ki, hissə-hissə istifadə edər. Heroini aldığı şəxsi ilk dəfə idi ki, görmüş, həmin şəxslə əvvəllər qarşılaşmamış, həmin şəxsin adını, soyadını, yaşadığı ünvanı və telefon nömrəsini bilməmişdir. Ümumiyyətlə o, mobil telefon istifadə etməmiş, mobil nömrəsinin olmadığını bildirmişdir. Üzərindən aşkar olunaraq götürülmüş həblər “Paraçetamol” həbləri olmuş, həmin həbləri soyuqdəyməsi və ya ağrıları olduqda istifadə etmək üçün üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Sumqayıt ŞPİ-nin 2-ci PB-də təhqiqatçı tərəfindən üzərindəş şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları onun üzərinə saxlanıldığı yerdə baxış keçirməmişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəldən tanıyır. Dəfələrlə ona narkotik vasitədən istifadə etməməsi ilə bağlı xəbərdarlıq etmişlər. Elmar barəsində dəfələrlə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün Elmarın üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında raport yazmış və qərar almışdır. Təqsirləndirilən şəxs Üzeyir Hacıbəyov küçəsi, Tağıyev qəsəbəsində, fərdi evlər yerləşən ərazidə saxlamışlar. Tarix və vaxtı dəqiq xatırlamır. Elmarın narkotik vasitə istifadəçisi olması onlara əvvəldən məlum olmuşdur. Şahid5 da narkotik vasitə istifadəçisi kimi tanıyır. Onun barəsində cinayət işi başlanılmışdır və istintaqı aparılır. Elmar Rəfailin evində saxlanılmamışdır. Şəxs saxlanılarkən ona qarşı heç bir fiziki və psixi təsir olmamışdır. Şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Elmar adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2021-cu il tarixdə, saat 23:20-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri H.Z.Tağıyev küçəsi Ü.Hacıbəyov küçəsində müəyyən olunaraq ona narkotik vasitələrin qəbulu vəüzərində gəzidirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirirək aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 2-ci PB-yə dəvət etmişlər. O da etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gəlmiş, polis idarəsinə gətirildikdən sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla təhqiqatçı Taleh Abdullayev ona özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmiş, daha sonra onlar da özlərini təqdim etmişlər. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Taleh Abdullayev tərəfindən ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili isayev Elşad Nəsrəddin oğlu təqdim olunmuş, o bildirişlə tanış olub, vəkilə etiaz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə onun üzərinəşəxsi axtarış keçiriləcəyi bildirilərək, sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuşəşyanın və ya narkotik vasitənin olub -olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmiş, o da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunda saxladığı qara və ağ rəngli siqaret kağızına bükülmüş 7 ədəd ayrı-ayrı bükümdə narkotik vasitə olan heroini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan heroini tutulmamışdan bir neçə saat əvvəl Bakı şəhəri 20 yanvar metrostansiyası yaxınlığında olarkən tanımadığı şəxsdən 60 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxlayıbdır. Təqsirləndirilən şəxs aşkar olunmuş 07 ədəd bükümdə heroin ayrı-ayrılıqda və birlikdə tərəziyə qoyulub çəkilən zaman 1-ci siqaret kağız parçasına bükülmüş kütlənin kağız parçası ilə birlikdə çəkisi 0,51 qram, 2-cl siqaret kağız parçasına bükülmüş kütlənin kağız parçası ilə birlikdə çəkisi 0,44 qram, 3-cü siqaret kağız parçasına bükülmüş kütlənin kağız parçası ilə birlikdə çəkisi 0,64 qram, 4-cü siqaret kağız parçasına bükülmüş kütlənin kağız parçası ilə birlikdə çəkisi 0,40 qram, 5-ci siqaret kağız parçasına bükülmüş kütlənin kağız parçası ilə birlikdə çəkisi 0,92 qram, 6-ci siqaret kağız parçasına bükülmüş kütlənin kağız parçası ilə birlikdə çəkisi 0,32 qram və 7-ci siqaret kağız parçasına bükülmüş kütlənin kağız parçası ilə birlikdə çəkisi 0,21 qram olduğu müəyyən olunmuş, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 07 büküm narkotik vasitəyə bənzər kütlə tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisinin 3.43 qram olduğu müəyyən edilmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd üzərində “Parastamol” sözləri yazılmış dərman həbləri və 1 ədəd avtobus kartı araşdırma üçün əhəmiyyət kəsb etmədiyindən həmin əşyalar Təqsirləndirilən şəxs özünə qaytarılmlş, daha sonra üzərindən aşkar olunmuş bükümlər Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 126 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdu, o, da digər iştirakçılar kimi protokolu öz imzası ilə imzalamışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, Təqsirləndirilən şəxs könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini haradan əldə etməsi barədə Təqsirləndirilən şəxs soruşduqda, həmin narkotik maddə olan heroini tutulmamışdan bir neçə saat əvvəl Bakı şəhəri 20 yanvar metrostansiyası yaxınlığında olarkən tanımadığı şəxsdən 60 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxlamasını demiş, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı olmamış, lakin onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat əldə etmişlər və həmin məlumatı yoxlayıb üzərindən külli miqdarda narkotik vasitə aşkar etmişlər, Təqsirləndirilən şəxs konkret olaraq hər hasnı bir şəxsə narkotik vasitə satması barədə onlarda əməliyyat məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin sahə rəisi polis baş leytenantı Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Elmar adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2021-cu il tarixdə, saat 23:20-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri H.Z.Tağıyev küçəsi Ü.Hacıbəyov küçəsində müəyyən olunaraq ona narkotik vasitələrin qəbulu və üzərində gəzidirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirirək aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 2-ci PB-yə dəvət etmişlər. O da etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gəlmiş, polis idarəsinə gətirildikdən sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla təhqiqatçı ona özünü təqdim edərək onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmiş, daha sonra videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın və ya narkotik vasitənin olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmiş, o da bir neçə bükümdə narkotik vasitə olan heroini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni hansı məqsədlə üzərində gəzdirməsini dəqiq xatırlamır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, Təqsirləndirilən şəxs könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs konkret olaraq hər hansı bir şəxsə narkotik vasitə satması barədə onlarda əməliyyat məlumatı olmamışdır. Əlavə olaraq qeyd etdi ki, Şahid5 da əvvəllər həmin ərazinin sahə müvəkkili olması ilə əlaqədar tanımışdır. Elmar Rəfailin evində deyil, evin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxsin hazırda yalan ifadə verirvə ifadəsi özünümüdafiə xarakteri daşıyır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Elmar adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2021-cu il tarixdə, saat 23:20-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri H.Z.Tağıyev küçəsi Ü.Hacıbəyov küçəsində müəyyən olunaraq ona narkotik vasitələrin qəbulu vəüzərində gəzidirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirirək aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 2-ci PB-yə dəvət etmişlər. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Taleh Abdullayev tərəfindən ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil təqdim olunmuş, daha sonra qanunla qadağan olunmuş əşyanın və ya narkotik vasitənin olub -olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmiş, o da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunda saxladığı qara və ağ rəngli siqaret kağızına bükülmüş 7 ədəd ayrı-ayrı bükümdə narkotik vasitə olan heroini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan heroini tutulmamışdan bir neçə saat əvvəl Bakı şəhəri 20 yanvar metrostansiyası yaxınlığında olarkən tanımadığı şəxsdən 60 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxlayıbdır. Təqsirləndirilən şəxs aşkar olunmuş 07 ədəd bükümdə heroin ayrı-ayrılıqda və birlikdə tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisinin 3 qramdan bir az artıq olduğu müəyyən edilmişdir. Onun üzərindən aşkar olunmuş bükümlər Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında dəvət edilərək dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şahid5 ilə qonşudur. Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanıyır. Onun əvvəllər Rəfailin evinə gəlib-getdiyini görmüşdür. Rəfailin narkotik vasitə satdığını qəsəbədə hər kəs bilir. Təxminən noyabr ayında günün qaranlıq vaxtında o, mağazadan gələrək Asif və Səbuhi adlı şəxslərlə 40 dəqiqəyə yaxın evin qarşısında durmuş, həyətdə post-patrul xidməti avtomobili olduğunu görmüşdür. 30 metr məsafədən Elmarın Rəfailin evindən tutularaq aparıldığını görmüşdür. Həmin gün o, Tağıyev qəsəbəsindən kənara çıxmamışdır. O, Elmarın yaxınlarından heç kimə məlumat verməmiş, həmin vaxt Elmarın qohumlarından olan bir qadın mağazaya gəlmiş və Elmarın yaxınlarına o məlumat vermişdir. Təxminən saat 20:00 radələrində olmuşdur. Həmin vaxt üzərində mobil telefon olmamışdır. Elmarın üzərində narkotik vasitə olub-olmaması barədə məlumatı yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ərazisində xx.xx.2021-ci il tarixdə saat 23:20-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 4(060)-628/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı 18 noyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ”şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim olundu, onun üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşya, predmet olub-olmadığı soruşulan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunun içərisində saxladığı qara və ağ rəngli siqaret kağızının içərisində olan 7 ədəd büküm təqdim edərək həmin bükümlərin içərisində olan qəhvəyi rəngli, spesifik iyə malik olan maddənin ona məxsus olduğunu, sorğu zamanı isə Təqsirləndirilən şəxs ondan aşkar olunan maddənin narkotik maddə hesab edilən “Kakos” olduğunu, həmin maddəni Bakı şəhəri, 20 yanvar metrostansiyası yaxınlığıdan tanımadığı şəxsdən 60 manata öz itifadəsi üçün aldığını və qəbul ediyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 07 büküm narkotik vasitəyə bənzər kütlə tərəziyə qoyulub çəkilən zaman 1-ci siqaret kağız parçasına bükülmüş kütlənin kağız parçası ilə birlikdə çəkisi 0,51 qram, 2-ci siqaret kağız parçasına bükülmüş kütlənin kağız parçası ilə birlikdə çəkisi 0,44 qram, 3-cü siqaret kağız parçasına bükülmüş kütlənin kağız parçası ilə birlikdə çəkisi 0,64 qram, 4-cü siqaret kağız parçasına bükülmüş kütlənin kağız parçası ilə birlikdə çəkisi 0,40 qram, 5-ci siqaret kağız parçasına bükülmüş kütlənin kağız parçası ilə birlikdə çəkisi 0,92 qram. 6-ci siqaret kağız parçasına bükülmüş kütlənin kağız parçası ilə birlikdə çəkisi 0,32 qram və 7ci siqaret kağız parçasına bükülmüş kütlənin kağız parçası ilə birlikdə çəkisi 0,21 qram olduğu müəyyən olundu. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 07 büküm narkotik vasitəyə bənzər kütlə tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisinin 3,43 qram olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-də xidməti otaqların birində onun üzərindən aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırıldı, DİN-nin 126 saylı möhürü ilə möhürləndi. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd üzərində “Parastamol” sözləri yazılmış dərman həbləri və 1 ədəd avtobus kartı aşkar edilmiş, araşdırma üçün əhəmiyyət kəsb etmədiyindən həmin əşyalar Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/5127 nömrəli, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışları üçün 126 sayılı” dairəvi möhür əksi olan soyadvə imzalar qeyd edilmiş kağız paketdə 7 ədəd bükümdə ayrı-ayrılıq təmiz çəkisi 0,245 qram, 0,311 qram,0,345 qram, 0,532 qram,0,455 qram,0,804 qram,0.198 qram olan ümumi təmiz çəkisi 2,890 qram olan qəhvəyi rəngli maddə xarici əlamətlərinə və kiyəvi komponent tərkibinə görə eyni olub,kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,28 qram sərf edildikdən sonra 2,610 qram heroin qalıq qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 876 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində 09.2015-ci il tarixdən “Narkotik maddələrin epizodik qəbulu” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə daxil olduqda, orada papkanın olması müəyyən edilir. Həmin papkaya daxil olduqda orada videogörüntünün olması aşkar edilir. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Elmar adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 23:20-də Sumqayıt şəhəri H.Z.Tağıyev küçəsi Ü.Hacıbəyov küçəsində müəyyən olunaraq Sumqayıt ŞPİ- nin 2-ci PB-yə gətirilmiş və xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videoçəkiliş aparılmaqla təhqiqatçı Taleh Abdullayev sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs özünü təqdim edərək onun da özünü təqdim etməsini xahiş edib saxlanılmasının səbəbini bildirir. Təqsirləndirilən şəxs da özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Taleh Abdullayev tərəfindən ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili Müdafiəçi1 təqdim olunur, o bildirişlə tanış olub vəkilə etiraz etmir. Daha sonra isə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın və ya narkotik vasitənin olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilir. O da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunda saxladığı qara və ağ rəngli siqaret kağızına bükülmüş 7 ədəd ayrı-ayrı bükümdə narkotik vasitə olan heroini çıxardıb masanın üzərinə qoymaqla təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, ondan aşkar olunan heroini tutulmamışdan bir neçə saat əvvəl Bakı şəhəri 20 yanvar metrostansiyası yaxınlığında olarkən tanımadığı şəxsdən 60 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxlayıbdır. Təqsirləndirilən şəxs aşkar olunmuş 07 ədəd bükümdə heroin ayrı-ayrılıqda və birlikdə tərəziyə qoyularaq çəkilən zaman 1-ci siqaret kağız parçasına bükülmüş kütlənin kağız parçası ilə birlikdə çəkisi 0,51 qram, 2-ci siqaret kağız parçasına bükülmüş kütlənin kağız parçası ilə birlikdə çəkisi 0,44 qram, 3-cü siqaret kağız parçasına bükülmüş kütlənin kağız parçası ilə birlikdə çəkisi 0,64 qram, 4-cü siqaret kağız parçasına bükülmüş kütlənin kağız parçası ilə birlikdə çəkisi 0,40 qram, 5-ci siqaret kağız parçasına bükülmüş kütlənin kağız parçası ilə birlikdə çəkisi 0,92 qram, 6-ci siqaret kağız parçasına bükülmüş kütlənin kağız parçası ilə birlikdə çəkisi 0,32 qram və 7-ci siqaret kağız parçasına bükülmüş kütlənin kağız parçası ilə birlikdə çəkisi 0,21 qram olduğu müəyyən olundu, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 07 büküm narkotik vasitəyə bənzər kütlə tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisinin 3,43 qram olduğu müəyyən edildi. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd üzərində “Parastamol" sözləri yazılmış dərman həbləri və 1 ədəd avtobus kartı araşdırma üçün əhəmiyyət kəsb etmədiyindən həmin əşyalar Təqsirləndirilən şəxs özünə qaytarıldı. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 2,890 qram (ekspertizaya təqdim olunduqdan sonra 2,610 qram) kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2006-cı il tarixli Əzizbəyov rayon Məhkəməsinin qərarı ilə qalan cəzasını çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli Amnistiya qərarının 1.1-ci bəndi ilə azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Bakı şəhər Xəzər rayon Məhkəməsinin qərarı ilə 06 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2016-cı il tarixdə cəza çəkməkdən azad olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-271/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmü iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsi 1 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən verilmiş 327 saylı, xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü Qədimov Yusif və xx.xx.2018-ci il təvəllüdlü Qədimova Nurxanım adlı övladları vardır. İş materiallarında olan məhkərnə-narkoloji ekspertizasının 760 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyaci vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası CM-nin 206-cı, yəni qaçaqmalçılıq maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 2,610 qram narkotik vasitə olan heroinin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən faktla bağlı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və ayrıca icraatda istintaqı aparılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-146/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 gün uzadılmışdır. İş materiallarında olan Sumqayıt şəhər prokuroru, İİİ dərəcəli ədliyyə müşaviri Müqəddəs Sultanovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixli ittiham aktının məzmunundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham əsassız olduğundan həmin epizod ilə bağlı olan bəndlər xaric edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, ittiham aktı qərarda göstərilən dəyişikliklərlə təsdiq edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin ona məxsus olmaması barədə məhkəmədə verilmiş ilkin ifadəsini hər bir halda yoxlayıb tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ilkin ifadə özünümüdafiə xarakteri daşıyır, öz ifadəsindən başqa onun tərəfindən qeyd edilən hallar hər hansı yanakı sübutla təsdiqini tapmır, ibtidai isitintaq zamanı və daha sonra məhkəmədə ifədəsini dəyişərək elan edilmiş ittihamın qəbul etməsi, ittihamda qeyd olunan hallar üzrə üst-üstə düşdüyündən sübuta yetirilir. Müdafiə tərəfinin vəsastətinə əsasən dindirilmiş şahidin ifadəsinə gəlincə məhkəmə qeyd edir ki, şahid təqsirləndirilən şəxsi yaxından tanıdığından, onun cinayət məsuliyyətdən yayındırmaq məsədi üçün bu cür ifadə verir. Şahid tərəfindən verilmiş ifadənin doğruluğunu təsdiq edən digər sübut olmadığından, şəxsin həmin vaxtı üzərində telefonun olmaması onun həmin ərazidə olub-olmamasını yoxlamasını qeyri mümkün etdiyindən, ifadədə qeyd olunan xüsusatları inandırıcı saymır. Toplanmış sübutlar təqsirləndirilən şəxs barəsində yekun nəticəyə gəlmək üçün kifayət etdiyi üçün digər şəxslərin məhkəmədə dindirilməsi ilə bağlı müdafiə tərəfinin verdiyi vəsatətin geri götürülməsi ilə məhkəmə razılaşmışdır. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 2,610 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun 09.2015-ci il tarixdən ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-381/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 563 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək hüquqlarının müdafiəsini müqavilə üzrə Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 həvalə etdiyindən vəkil Müdafiəçi1 hüquqi yardımından imtina etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 2,610 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-17/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-17/2023
03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver