Məhkəmə qərarları › İş №1(060)-17/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-17/2025

11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-17/2025 11.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X6, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 1.04.1993-cü il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-309/2024 saylı, xx.xx.2024cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 29,178.2.2, 29,178.2.3 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2iki yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üzrə xx.xx.2021-ci il tarixli 1385/ş nömrəli əmrlə Nazirliyin müvafiq olaraq X12 Xidmətinin Bakı şəhəri Suraxanı rayon Dövlət X4 inspektoru, xx.xx.2023-ci il tarixli 0386/ş nömrəli əmrlə Sumqayıt şəhər X12 İdarəsinin 21 nömrəli X4 yanğınsöndürmə növbəsi rəisinin köməkçisi vəzifəsinə təyin edilməklə xx.xx.2023-cü il tarixədək qeyd edilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə Tovuz rayon sakini Zərərçəkmiş şəxs1 Hümbət oğlunun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin Tovuz rayon dövlət X5 yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi barədə 2023-cü ilin aprel ayında özünə cinayətdən xəbərsiz Şahid4 Zərərçəkmiş şəxs1 qohumu Şahid1 vasitəsi ilə müraciət edən Zərərçəkmiş şəxs1 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs1 işə düzəlməsini təmin etmək imkanına malik olduğunu 2023-cü ilin aprel ayında istifadəsində olan mobil telefon ilə danışıqları zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin Tovuz rayon dövlət X5 yanğınsöndürən vəzifəsinə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 12.000 (on iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla cinayətdən xəbərsiz Şahid4 və Şahid1 vasitəsilə bildirməklə sonuncular vasitəsilə Zərərçəkmiş şəxs1la razılaşmaqla sövdələşib, həmin niyyətlə Zərərçəkmiş şəxs1 məxsus Şahid1 tərəfindən özünün adına olan "xxxx" ASC-yə məxsus 409858ARBSQC4693 nömrəli bank kartına xx.xx.2023-cü il tarixdə 1.000 manat, xx.xx.2023-cü il tarixdə 3.000 manat, özünün adına olan "xxxx" ASC-yə məxsus **********052605 nömrəli bank kartına xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 400 manat və 1.000 manat, xx.xx.2023-cü il tarixdə 150 manat və 50 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 1.000 manat və 100 manat, 2023-cü ilin ikinci yarısında ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə cəmi 700 manat təşkil edən pul vəsaiti köçürülməsinə nail olub, həmin pul vəsaitlərini qeyd edilən ərəfədə elektron qaydada şəxsi ehtiyaclarına sərf edərək eləcə də, yaşadığı Sumqayıt şəhərində quraşdırılmış bankomatlardan müxtəlif vaxtlarda nağdlaşdıraraq ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs1 məxsus 7.500 (doqquz min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Şahid1, Şahid2 və Şahid4 onun cinayət əməlindən xəbər tutub qalan 4.500 manat məbləğində pul vəsaitini verməkdən imtina etməklə həmin pul vəsaitini Zərərçəkmiş şəxs1 qaytardıqlarından, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 12.000 (on iki min) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işlədiyi müddətdə təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin maliyyə şöbəsində mütəxəssis vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2023-cü ilin aprel ayında özünə cinayətdən xəbərsiz Şahid3 vasitəsi ilə müraciət edən Zərərçəkmiş şəxs2 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Fuad Əhməmdovun işə düzəlməsini təmin etmək imkanına malik olduğunu 2023-cü ilin may ayında Sumqayıt dəmir yolu vağzalının yanında sonuncu ilə görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Fuad Əhməmdovun xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin maliyyə şöbəsində mütəxəssis vəzifəsinə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla Zərərçəkmiş şəxs2 yalandan bildirib, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə Zərərçəkmiş şəxs2 tərəfindən özünün adına olan "xxxx" ASC-yə məxsus **********052605 nömrəli bank kartına xx.xx.2023-cü il tarixdə 1.000 manat, xx.xx.2023cü il tarixdə eyni bank kartına 290 manat, 2023-cü ilin ikinci yarısında ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə cəmi 910 manat təşkil edən pul vəsaiti köçürülməsinə nail olub, həmin pul vəsaitlərini qeyd edilən ərəfədə elektron qaydada şəxsi ehtiyaclarına sərf edərək eləcə də, yaşadığı Sumqayıt şəhərində quraşdırılmış bankomatlardan müxtəlif vaxtlarda nağdlaşdıraraq ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs2 məxsus 2.200 manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etmiş, Zərərçəkmiş şəxs2 onun cinayət əməlindən xəbər tutub qalan 5.800 manat məbləğində pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o qeyd edilən vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək təkrarən aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə Neftçala rayon sakini olmaqla qaynı X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin Neftçala rayon dövlət X5 yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2023-cü ilin sentyabr ayında özünə müraciət edən Zərərçəkmiş şəxs4 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Müseyib Əhmədlinin işə düzəlməsini təmin etmək imkanına malik olduğunu 2023-cü ilin sentyabr ayında aralarında olam mobil telefon ilə danışıqları zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Müseyib Əhmədlinin xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin Neftçala rayon dövlət X5 yanğınsöndürən vəzifəsinə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirməklə, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə Zərərçəkmiş şəxs4 özünün adına olan "xxxx" ASC-yə məxsus **********052605 nömrəli bank kartına xx.xx.2023-cü il tarixdə 650 manat, eyni məqsədlə xx.xx.2023-cü il tarixdə 470 manat, xx.xx.2023- cü il tarixdə 940 manat və 2023-cü ilin ikinci yarısında ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə cəmi 440 manat təşkil edən pul vəsaiti köçürülməsinə nail olub, həmin pul vəsaitlərini qeyd edilən ərəfədə elektron qaydada şəxsi ehtiyaclarına sərf edərək eləcə də, yaşadığı Sumqayıt şəhərində quraşdırılmış bankomatlardan müxtəlif vaxtlarda nağdlaşdıraraq ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs4 məxsus 2.500 manat məbləğində pul vəsaitini ələ keçirib öz qulluq mövqeyindən istifadə etməklə təkrarən dələduzluq etmiş, Zərərçəkmiş şəxs4 onun cinayət əməlindən xəbər tutub qalan 5.500 manat məbləğində pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, vakansiya olmuş, işə düzəltməyə cəhd etmiş, lakin alınmamışdır. İşə düzəltmək üçün Zərərçəkmiş şəxs2 2200 manat, Zərərçəkmiş şəxs4 da 2500 manat almışdır. Zərərçəkmiş şəxs1 tanımır, onunla yalnız bir dəfə görüşmüşdür, ondan pul almamışdır. Mehdi ona bildirmişdir ki, Ərşad adlı şəxsi öz idarələrində işə düzəltmək istəyir, lakin öz adının olmasını istəmir, buna görə də Mehdi onun adından Ərşaddan pul almış, daha sonra qaytarmışdır. Sonradan bilmişdir ki, Mehdi ondan 8000 manat pul almış, daha sonra qaytarmışdır. Zərərçəkmiş şəxs2 qrup yoldaşı onun Elçin adlı qohumu ilə birlikdə polisdə işləyir. Elçin ona bildirmişdir ki, bir şəxs ona yaxınlaşacaq, ilk öncə həmin şəxsin nömrəsini ona vermiş və işə düzəlməsində köməklik göstərməsi üçün onunla danışmasını bildirmiş, o da cəhd etsə də alınmamışdır. Zərərçəkmiş şəxs2 2200 manat pul almış, başqa pul almamışdır. Zərərçəkmiş şəxs4 da Elçinin tanışıdır. İlk öncə işi onlar öz aralarında danışmış, Elçin ondan pul almış, daha sonra qaytarmışdır. Sonra Elçin onun da danışmasını və pul almasını, işə düzəltmək üçün yenidən cəhd etmələrini demişdir. O da 1000 manat bir, 1500 manat da bir olmaqla 2500 manat Zərərçəkmiş şəxs4 pul almışdır. Sonuncu epizod üzrə ümumi 3200 manat ziyanın yarısı ödənilmişdir. Dəymiş ziyandan Fuada 300 manat ödəmiş, Tamerlana heç bir pul ödəməmiş, Ərşadın da pulunu Mehdi qaytarmışdır. Himayəsində iki azyaşlı övladı vardır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığı üçün onun cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuş və müəyyən edilmişdir ki, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin Sumqayıt Şəhər X12 İdarəsinin 21 nömrəli X4 Yanğın Söndürmə növbəsi rəisinin köməkçisi vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixdə vəzifədən azad olunmuş, hazırda işsizdir. 2023-cü ilin aprel ayında Şahid4 adlı tanışı ona bildirmişdir ki, onun dostunun qohumu Zərərçəkmiş şəxs1 Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin Tovuz rayon Dövlət X5 işə düzəlmək istəyir. O da Eldənizə həmin şəxsi X5 12.000 manat müqabilində işə qəbul etdirə bilər, bir həftə sonra Eldəniz Zərərçəkmiş şəxs1 həmin şərtlər ilə razılaşdığını deyərək sonuncunun mobil nömrəsini ona vermişdir. O Zərərçəkmiş şəxs1la əlaqə saxlayaraq ondan hərbi bilet, şəxsiyyət vəsiqəsinin surətini, həmçinin 4 ədəd % şəkillərini istəyərək Xətai rayonunda yerləşən X12 Xidmətinin inzibati binasına yaxınlaşmağını xahiş etmişdir. 2023-cü ilin aprel ayında o Zərərçəkmiş şəxs1 ilə X12 Xidmətinin inzibati binasının qabağında görüşmüş, Ərşad qeyd olunan sənədləri ona təqdim etmişdir. O sənədləri qəbul edəndən sonra Ərşada bildirmiş ki, qısa bir zamanda o Nazirliyə dəvət olunacaq. Bundan sonra o Eldənizlə əlaqə saxlayaraq Ərşada aid müvafiq sənədləri götürdüyünü, ilkin olaraq 2000 manat pul tələb olunduğunu bildirmişdir. Bu danışıqdan sonra Eldəniz pulun yalnız işə qəbul olunmaq istəyən şəxsin FHN-ə dəvət edilməsi, tibbi komissiyadan keçirilməsi, müəyyən mərhələlərin başlanması, işə qəbul prosesi başlanması halında verəcəyini bildirmişdir. O da Eldənizə qısa bir müddətdə həmin namizədin Nazirliyə dəvət olunacağını bildirmiş, o da bu səbbəbdən də Eldəniz ona pulu göndərməmişdir. Bir müddət sonra Eldəniz onunla əlaqə saxlayaraq işin hansı mərhələsində olduğunu soruşanda, Eldənizə hər dəfə ona qısa bir zamanda Nazirlikdən Zərərçəkmiş şəxs1la əlaqə saxlanılacağını demişdir. Bir müddət keçəndən sonra özünə pul lazım olduğu üçün o Ərşadın qohumu Şahid1lə əlaqə saxlayıb ona bildirmiş ki, o onun qohumu Zərərçəkmiş şəxs1 qısa bir zamanda Fövqəladə Hallar Nazirliyinə düzəldə bilər və bunun üçün təcili olaraq 3000 manat pul tələb olunur. Bu məqsədlə Şahid1 2023- cü ilin iyun-iyul aylarında Zərərçəkmiş şəxs1 X12 Xidmətinin Tovuz rayon Dövlət X5 işə qəbul etdirmə adı ilə istifadəsində olan "xxxx" ASC-yə məxsus “Leo” kartıma 3000 manat pul göndərmişdir. Bundan əlavə Şahid1 Zərərçəkmiş şəxs1 tibbi komissiyan keçmə adı ilə onun tələbi ilə eyni kartına 148 manat pul göndərmişdir. Bir neçə gün sonra o Şahid1 zəng edərək Zərərçəkmiş şəxs1 Nazirliyə işə qəbulu barədə əmrin çıxacağını deyərək əlavə 1000 manat istəmiş, Mehdi də onun istifadə etdiyi “Unibanka” məxsus “Leo” kartına 1000 manat pul göndərmişdir. Bir qədər sonra o Zərərçəkmiş şəxs1 işə qəbul əmri verilməsi üçün əlavə 1000 manat pul istəmiş, Mehdi də istifadə etdiyi “Unibanka” məxsus Leo kartına əlavə 1000 manat pul göndərmiş, bir qədər sonra eyni məqsədlə Şahid1 Unibanka” məxsus Leo kartına 1000 manat pul göndərmişdir. Bununla yanaşı o ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs1 işə düzəltmək adı ilə 300 manat, 50 manat, 300 manat və müxtəlif məbləğlərdə pul tələb etmiş, Mehdi də həmin pulları ona göndərmişdir. Cəmi olaraq o Zərərçəkmiş şəxs1 işi ilə bağlı Şahid1 7500 manata yaxın pul almış, pulları əsasən Sumqayıt şəhərində bankomatlarda nağdlaşdırmışdır. 2023-cü ilin sonlarında Şahid1 ondan verdiyi 7500 manat pulu tələb etsə də, sonuncuya cəmi 2500 manat pul qaytarmış, qalan 5000 manatı isə bu günə kimi qaytarmamışdır. O Şahid1 aldığı 7500 manata yaxın pulu şəxsi ehtiyacları üçün alıb xərləmişdir. O Zərərçəkmiş şəxs1 işə qəbul ilə bağlı Fövqəladə Hallar Nazirliyinin və ya digər qurumun vəzifəli şəxsinə müraciət etməmişdir. O Şahid1 inandırmaq üçün yalandan bildirmiş ki, guya onlardan götürdüyü pullar FHN-in vəzifəli şəxslərinə verilməlidir, lakin götürdüyü pulları şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa ona 2023- cü ilin aprel ayında uzaq qohumu Şahid3 vasitəsi ilə onu tanıyıb Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin maliyyə şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilməsi ilə bağlı Zərərçəkmiş şəxs2 ona müraciət etmişdir. O Zərərçəkmiş şəxs2 bildirmiş ki, onu 8.000 manat müqabilində Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinə işə qəbul etdirə bilər. Zərərçəkmiş şəxs2 həmin şərtlərlə razılaşaraq bu məqsədlə xx.xx.2023-cü il tarixdə E-manat terminalından ona məxsus **********052605 saylı "xxxx" kartına ilkin olaraq 1000 manat məbləğində pul vəsaiti göndərmişdir. Bir həftə sonra o X20 Nazirliyinin Hospitalından keçərək tibbi komissiya tərəfindən müsbət rəy verilməsi üçün 300 manat pul tələb olunduğunu demiş, Fuad eyni kartına 300 manat məbləğində pul vəsaiti göndərmiş, bir qədər sonra eyni kartına 900 manat məbləğində pul vəsaiti göndərmişdir. O Zərərçəkmiş şəxs2 Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinə işə düzəltmək adı ilə ümumilikdə 2200 manat pulu əsasən Sumqayıt şəhərində quraşdırılmış müxtəlif bankomatlarda nağdlaşdırıb və ya elektron qaydada sərf etmişdir. İki ay keçəndən sonra Zərərçəkmiş şəxs2 verdiyi pulları tələb etməyə başlamış, o Zərərçəkmiş şəxs2 cəmi 400 manatı bank kartı vasitəsi ilə qaytarsa da, qalan 1800 manatı bu günə kimi qaytara bilməmişdir. O Zərərçəkmiş şəxs2 işə qəbul ilə bağlı Fövqəladə Hallar Nazirliyinin və ya digər qurumun vəzifəli şəxsinə müraciət etməmişdir. O Zərərçəkmiş şəxs2 inandırmaq üçün yalandan bildirmiş ki, guya ondan götürdüyü 2200 manat pul FHN-in vəzifəli şəxslərinə verilməlidir, lakin götürdüyü pulları şəxsi ehtiyaclarıma sərf etmişdir. Bununla başqa 2023-cü ilin sentyabr ayında tanışı Zərərçəkmiş şəxs4 ona bildirmişdir ki, onun qohumu X3 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır və o Fövqəladə Hallar Nazirliyi X12 Xidmətinin Neftçala rayon Dövlət X5 işə düzəlmək istəyir. O da Tamerlana bildirmiş ki, həmin şəxs müharibə iştirakçısıdırsa onu asanlıqla Fövqəladə Hallar Nazirliyi X12 Xidmətinin Neftçala rayon Dövlət X5 8000 manat müqabilində işə düzəldə bilər, o ilkin olaraq 2500 manat pul lazım olduğunu Tamerlana demiş, sonuncu həmin şərtlə razılaşmışdır. Belə ki, 2023-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs4 qohumu Müseyib Əhmədlini X12 Xidmətinin Neftçala rayon Dövlət X5 işə düzəltmək üçün istifadəsində olan "xxxx"a məxsus **********052605 nömrəli bank kartına ilkin olaraq 1000 manat pul köçürmüşdür. Bir neçə gün sonra o eyni məqsədlə Zərərçəkmiş şəxs4 əlavə 500 manat istəmiş, sonuncu onun istifadəsində olan "xxxx"a məxsus eyni kartına 500 manat pul köçürmüş, bundan sonra əlavə 1000 manat pul köçürtmüşdür. O pulları əsasən Sumqayıt şəhərində quraşdırılmış müxtəlif bankomatlarda nağdlaşdırıb və ya elektron qaydada sərf etmişdir. 2023-cü ilin sonlarında Zərərçəkmiş şəxs4 verdiyi 2500 manat pulu geri tələb etmiş, o isə müxtəlif bəhanələr gətirərək bu günə qədər onun pullarını qaytarmamışdır. O Müseyib Əhmədlinin işə qəbul ilə bağlı Fövqəladə Hallar Nazirliyinin və ya digər qurumun vəzifəli şəxsinə müraciət etməmiş, o Zərərçəkmiş şəxs4 inandırmaq üçün yalandan bildirmiş ki, guya ondan götürdüyü 2500 manat pul FHN-in vəzifəli şəxslərinə verilməlidir, lakin götürdüyü pulları şəxsi ehtiyaclarıma sərf etmişdir. Bununla başqa 2023-cü ilin oktyabr ayında qohumu X11 Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin Suraxanı X5 yanğınsöndürmə növbətçinin köməkçisi vəzifəsinə düzəlməsi ilə bağlı Zərərçəkmiş şəxs3 müraciət etmiş, o da sonuncuya qohumunu 6000 manat müqabilində həmin vəzifəyə düzəldə biləcəyini bildirmişdir. Bununla bağlı Zərərçəkmiş şəxs3 istifadəsində olan **********052605 saylı "xxxx" kartına ilkin olaraq 200 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə eyni karta 50 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 120 manat pul vəsaitini “Birbank” bank tətbiqi vasitəsi ilə, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat və 1250 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, əlavə 100 manat E-manat terminallarından, ümumilikdə 4270 manat olmaqla pul vəsaitləri köçürmüşdür. O həmin pulları da əsasən Sumqayıt şəhərində quraşdırılmış müxtəlif bankomatlarda nağdlaşdırmış, müəyyən hissəsi isə elektron qaydada sərf etmişdir. 2023-cü ilin sonlarında Zərərçəkmiş şəxs3 verdiyi 4270 manat pulu geri tələb etmiş, o isə hissə-hissə olmaqla 870 və 200 manat, cəmi 1070 manat pul vəsaitini Rəşada məxsus **********483329 saylı bank kartına geri qaytarmış, hazırda Rəşada 3200 manat qaytarlmalıdır, həmin pulu qaytarmağı öhdəliyinə götürür. O Hüseyn Abıyevin işə qəbul ilə bağlı Fövqəladə Hallar Nazirliyinin və ya digər qurumun vəzifəli şəxsinə müraciət etməmiş, o Zərərçəkmiş şəxs3 inandırmaq üçün yalandan bildirmiş ki, guya ondan götürdüyü 4270 manat pul FHN-in vəzifəli şəxslərinə verilməlidir, lakin götürdüyü pulları şəxsi ehtiyaclarıma sərf etmişdir. Yuxarıda adları çəkilən şəxslər tərəfindən pullar onun kart hesablarına köçürüldükdən sonra o həmin pulları əsasən yaşadığı Sumqayıt şəhərində quraşdırılmış müxtəlif bankomatlarda nağdlaşdırmış və ya elektron qaydada sərf etmişdir. O əməlindən peşmandır, həmin dövrdə şəxsi problemləri olduğundan pula ehtiyacı olmuş, buna görə də qeyd edilən əməlləri törətmiş, ələ keçirdiyi bütün pulları qaytarmağı öhdəliyinə götürür. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs işə düzəltməklə bağlı ondan 8000 manat pul istəmişdir. O da hissə-hissə ona 2200 manat pul vermiş, həmin puldan ona 400 manat pul qaytarmış, 1800 manat borcu qalmışdır. Məhkəmə istintaqı başlayan zaman qalan pulu qaytaracağını bildirsə də hələ də qaytarmamışdır. Tələbə yoldaşı və onun Elçin adlı iş yoldaşı ilə birlikdə olan zaman Elçin ona bir nəfər şəxs olduğunu və onu işə düzəldə biləcəyini bildirmişdir. O, CV vermiş, daha sonra ona Nahid zəng etmiş və Sumqayıt şəhərində görüşmüşlər. Bütün söhbət və pul haqq-hesabı Nahidlə olmuşdur. Nahid onu Fövqəladə Hallar Nazirliyində maliyyə inspektoru vəzifəsinə işə düzəldəcəyini demiş və bu işin 8000-10000 manata başa gələcəyini bildirmişdir. O da ilk öncə ona 1000 manat vermiş, daha sonra hissə-hissə verərək ümumilikdə 2200 manat pul vermişdir. Həmin puldan Nahid ona 400 manat pul qaytarmış, bundan bir-iki ay sonra aldadıldığını başa düşmüşdür. Şikayətçidir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan ödənilməyib, şikayətçidir, növbəti iclasların onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə ondan 2500 manat pul almışdır. Nahidi Elçin adlı şəxsin vasitəçiliyi ilə tanımış, lakin pulu Nahidə vermişdir. Nahid ona işin 8000 manata düzələcəyini demiş, ona hissə-hissə 2500 manat pul vermiş, həmin puldan ona heç nə qaytarılmamışdır. Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan ödənilməyib, şikayətçidir, növbəti iclasların onun iştorakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasına videogörüntü vasitəsi ilə qoşulmuş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır, onu bir dəfə tərcümeyi-hal verərkən görmüşdür. O, Nahidə heç bir pul verməmiş, heç yerə şikayət də etməmişdir. Onu istintaq zamanı prokurorluq orqanından çağırmışlar, orada da ərizə verərək heç bir şikayətinin olmadığını bildirmişdir. Şahid1 onun həmkəndlisinin qohumudur. Mehdi ona işə düzəlməkdə kömək ola biləcəyini demişdir. Bir gün Mehdi ona zəng edərək sənədləri hazırlamasını demiş, o, sənədləri Mehdiyə vermiş, Mehdi də Nahidə vermişdir. Bir dəfə də telefonla danışmışlar. O, Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən işinə düzəlmək istəyirdi. Mehdinin bunu kimin vasitəsilə edəcəyini bilmirdi, sadəcə Nahidlə tam xatırlamadığı ya Elmlər, ya da Xətai metrostansiyasının yaxınlığında görüşüb sənədləri ona vermişdir. Bir müddət keçdikdən sonra işin alınmadığını görmüşlər. Pulu həmkəndlisinə vermiş, o da Mehdiyə vermişdir. İşin düzəlməsi üçün 12000 manat pul vermiş, həmin pul ona Mehdi tərəfindən qaytarılmışdır. Heç bir şikayəti yoxdur. Məhkəmə iclasına videogörüntü vasitəsi ilə qoşulmuş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun vasitəsilə Zərərçəkmiş şəxs1 işə düzəltmək müqabilində 9500 manat pul almış, onlara saxta sənəd, əmr nömrəsi vermişdir ki, əmr hazırdır, qalan məbləği istəmiş, həmin pul verilmədikdə aralarındakı münasibət gərginləşməyə başlamışdır. Verilən 9500 manat puldan 4500 manatını Nahid qaytarmış, hal-hazıradək 5000 manat borcu qalmaqdadır. Təqsirləndirilən şəxs Ruhi və Eldəniz adlı şəxslər Fövqəladə Hallar Nazirliyində işəd üzəldən şəxs kimi onunla tanış etmişlər. Onlar da Ərşadın sənədlərini hazırlayıb Nahidə vermişlər. Həmin gün Nahidə heç bir pul verilməmiş, iş düzəldikdən sonra pulu verəcəklərini demişdir. Bu müddət ərzndə Nahidin dostu Eldəniz adlı şəxs telefon vasitəsilə əlaqə saxlayaraq ilkin olaraq 2000 manat vermələrini və həmin pulu Nahidə verəcəklərini demişdir. O da 2000 manat Eldənizə ödəniş etmişdir. Bundan 20-25 gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək təcili olaraq idarəyə pul ödəməli olduğunu, ona 3000 manat pul verməsini demişdir. Bundan sonra yenə 3000 manat ona pul vermişdir. Bundan sonra davamlı olaraq 2000 manat, 1000 manat, həkimdən keçməklə bağlı 500 manat, Fövqəladə Hallar Nazirliyində bəzi vəzifəli şəxslərə pul verilməli olduğunu bildirərək onlara da 100, 200, 300 manat hissə-hissə pul vermişdir. İş düzəlməsi üçün ümumi tələb olunan pul 12500 manat olmuş, onun 9500 manatını ödəmişlər, sonradan işin alınmadığını gördükdə verdikləri pulu geri istəmişlər. Həmin pulu da 500 manat atası ödəmiş, 500 manat bir ödənilmiş, 2000 manat dostu Eldəniz ödəmiş, ümumilikdə 4500 manat ödənilmiş, 5000 manat qalmışdır. Həmin qalan 5000 manat pulu o, özü Ərşada ödəmişdir. Çünki Ərşad həm onun qohumudur, həm də işə düzəlmək üçün Ərşad ona etibar edərək kredit götürmüşdür. O da həmin pulu ödəmişdir ki, Ərşadın borcu qalmasın. Məhkəmə iclasına videogörüntü vasitəsi ilə qoşulmuş Şahid3 ifadəsində göstərdi ki, bu işlə bağlı bir dəfə Baş prokurorluğa çağırılmış, orada da Fuad adlı şəxslə bağlı ifadə vermişdir. Həmin ifadə öz sözləri ilə yazılmışdır və hazırda da həmin ifadəni təsdiq edir. Fuadla söhbət zamanı Fuad işsiz olduğunu demiş, o da Fuada müəyyən yerlərə CV verməsini demiş, bundan başqa heç bir söhbətləri olmamışdır. Nahid onun uzaq qohumudur. Nahidin iş düzəltməklə bağlı işlərlə məşğul olmasından onun xəbəri yoxdur. Nahid ona Fövqəladə Hallar Nazirliyində işə düzəltməklə bağlı ona heç bir söz deməmişdir. Zərərçəkmiş şəxs2 iş yoldaşının tanışı kimi tanımış, bir dəfə birlikdə oturan zaman görmüşdür. Həmin vaxt söhbət əsnasında Fuad işsiz olduğunu bildirmiş, o da Fuada məsləhət kimi müxtəlif orqanlara müraciət etməsini bildirmişdir. Fuad da bir neçə orqana müraciət etmişdir. Sonradan o, Nahiddən soruşmuşdur ki, tanıdığı bir şəxs onun işlədiyi idarəyə CV vermişdir, nəticəsinin nə olduğu ilə maraqlansın. Daha sonra nə olduğu barədə məlumatı yoxdur. O, bir müddətdən sonra bilmişdir ki, Nahidlə Fuad görüşüb danışmışlar. Onların arasında nə söhbət olması, pul verilib-verilməməsi barədə məlumatı yoxdur. Sonradan Fuad ona narazılıq edərək demişdir ki, sənədləri oradadır, lakin iş alınmamışdır. O da həmin işin onla əlaqəsi olmadığını bildirmişdir. Məhkəmə iclasına videogörüntü vasitəsi ilə qoşulmuş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qiyabi tanıyır, münasibəti yoxdur. Hadisəni və istintaq zamanı ifadə verməsini xatırlamır. Ruhi adlı şəxsi tanıyır. Yadında qalan odur ki, Nahid Mehdidən işə düzəltmək adı ilə 1000-2000 manat pul almış, daha sonra qaytarmışdır. Nahidi ümumiyyətlə tanımır, onu bir dəfə korrupsiya idarəsində görmüşdür. Nahidlə bir-iki dəfə telefonla danışmış, onun telefon nömrəsini Ruhiyə və yaxud Mehdiyə vermişdir. Nahidin nömrəsini hardan aldığını xatırlamır, onunla bir-iki dəfə tikinti işləri ilə bağlı danışmış, işəd üzəlməklə bağlı ümumiyyətlə danışmamışlar. Nahid Mehdi ilə onun qohumunu Fövqəladə Hallar Nazirliyində işə düzəltmək üçün danışmışdır. Nə qədər pul müqabilində işə düzəldəcəyini xatırlamır, lakin 2000 manat pul alınmasını eşitmişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, 2022-cü ilin dekabr ayında məşq yoldaşı Şahid1 ondan Zərərçəkmiş şəxs1 adlı qohumunu bir yerə işə düzəltməyini xahiş etmişdir. O Mehdiyə bildirmiş ki, onun Eldəniz adlı tanışı var, sonuncu onun qohumunu Fövqəladə Hallar Nazirliyinə işə qəbul etdirə bilər. Şahid4 ilə bu barədə danışmış, sonuncu bildirmişdir ki, o Mehdinin qohumu Zərərçəkmiş şəxs1 12.000 manat müqabilində Fövqəladə Hallar Nazirliyinə işə qəbul etdirə bilər. Eldəniz ona ilkin olaraq 2.000 manat, əmr çıxarılandan sonra isə qalan 10000 manat pulun tələb olunduğunu bildirmişdir. Mehdi Şahid4 tərəfindən deyilən şərtlərə razılıq vermişdir. Beləliklə 2023-cü ilin aprel ayında Şahid1 onun istifadə etdiyi Beynəlxalq Banka məxsus plastik kartına 2000 manat pul köçürmüşdür. Mehdi onun kartına pulu köçürdəndən sonra, o dərhal Eldəniz adlı şəxsin istifadəsində olan "xxxx"a məxsus bank kartına 1500 manat pulu köçürmüş, 500 manatı isə özündə saxlamışdır. O Eldənizin bank kartına pulu köçürdəndən sonra, sonuncu ona 3 ay müddətində Zərərçəkmiş şəxs1 Fövqəladə Hallar Nazirliyi X12 Xidmətinin Tovuz rayon Dövlət X5 yanğınsöndürən vəzifəsinə təyin edilməsi haqqında əmrin çıxarılcağını vəd etmiş və o bunu Mehdiyə demişdir. Bundan sonra o Eldənizin mobil nömrəsini Mehdiyə vermiş ki, onlar özləri bir biri ilə əlaqə saxlasınlar. Bir neçə ay keçəndən Mehdi ona bildirmiş ki, Eldəniz onun qohumunu nazirliyə işə qəbul etdirməmişdir. Bu səbəbdən də o 500 manatı Mehdiyə qaytarmışdır. Bundan sonra o öyrənmiş ki, Eldəniz 1500 manat pulu da Mehdiyə qaytarmışdır. Bundan sonra nə baş verməsi barədə onun məlumatı yoxdur. O ümumiyyətlə Təqsirləndirilən şəxs tanımır və Mehdinin ona əlavə nə qədər pul verməsi barədə məlumatı yoxdur. İbtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid5 ifadəsi zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmiş Zərərçəkmiş şəxs3 dair epizoda aid olduğundan məhkəmə qeyd olunan şahidin dindirilməsinə və ifadəsinin elan olunmasına zərurət görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır. - xx.xx.2024-cü il tarixli “telefondakı “whatsapp” səsli danışıqlara baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış zamanı təqdim olunmuş 1 ədəd “Verbatim CD-R” “HP” markalı kompüterə yerləşdirilmiş, disk müvafiq qaydada açılmış və içərisində Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında aparılmış danışıqlar, səs yazıları və video görüntü olduğu müəyyən edilmişdir. İlk olaraq “VİD-20231004-WA0002 (1).mp4” adlı video yazı müvafiq qaydada işə salınaraq baxılmış və aşağıdakılar müəyyən edilmişdir: (00 dəq 46 saniyə). Həmin görüntüdə Təqsirləndirilən şəxs FHN-in xüsusi geyim formasında müraciət edərək bildirir ki, o tanışı Fuadan 2000 manat məbləğində pul almış, 6 aya yaxındır ki, pulu qaytara bilmir, indiyə qədər çox yalan danışıb aldadıb, indi isə video çəkib Fuada göndərir, o 1 həftəyə pulu Fuada qaytarcağını vəd edir, qaytarmadığı halda həmin videonu işlədiyi yerə göndərilə biləcəyini deyir. Bundan sonra “PTT-20230520- WA0002.opus” adlı audio yazı müvafiq qaydada işə salınaraq dinlənilmiş və aşağıdakılar müəyyən edilmişdir: (00 dəq 15 saniyə) “Təqsirləndirilən şəxs: “Sən denən ki, mən elə belə marağlanırdım gələndə nə gətirim, denən sənə deyiblər ki, sənədlərin qoyulub kənara bu formada de”. Bundan sonra “PTT-20230530-WA0012.opus” adlı audio yazı müvafiq qaydada işə salınaraq dinlənilmiş və aşağıdakılar müəyyən edilmişdir: (02 dəq 29 saniyə) “Təqsirləndirilən şəxs:. ’’Özün də işləyəndə görəcəksən rüblüklər var, 3 aydır həkimlərdə, dekabrda başlayır, Akşin müəllimlə aram yaxşıdır, bügün eləməsək işimiz yuvanacaq sənin məsələn tamamlanmalıdır, hər bir şeyin hazırdır, sadəcə bura həll olunandan sonra gələcəksən, Akşin müəllimin yanına, kağız verəcək sənə, analizləri verəcəksən 1 həftə ərzində hər bir şeyivi və sənədlərivi hazırlayıb Nazirliyə göndəcəklər, orada 10 günə əmrivi verəcəklər. Bundan sonra “PTT-20230530-WA0021 .opus” adlı audio yazı müvafiq qaydada işə salınaraq dinlənilmiş və aşağıdakılar müəyyən edilmişdir: (00 dəq 25 saniyə) “Təqsirləndirilən şəxs:.”5-ci gün gospitalda yazdırdım adıvı, gələn həftə gələsən keçəsən ordan, ondan qabağ gedib göndəriş götürəcəksən. Təqsirləndirilən şəxs bildirmişdir o video görüntüdə Zərərçəkmiş şəxs2 2000 manat götürdüyünü desə də, o sonuncun FHN-ə işə qəbul olunması adı ilə 2200 manat almışdır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin səs yazılarında əks olunan danışıqlar ona məxsusdur. - xx.xx.2024-cü il tarixli “telefondakı “whatsapp” səsli danışıqlara baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış zamanı təqdim olunmuş 1 ədəd “Verbatim CD-R” “HP” markalı kompüterə yerləşdirilmiş, disk müvafiq qaydada açılmış və içərisində Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında aparılmış danışıqlar, səs yazıları olduğu “Screenrecorder-2023-11-15-00-46-16-553. mp4” adlı fayl olduğu müəyyən edilmişdir. “Screenrecorder-2023-11-15-00-46-16-553.mp4” adlı audio yazı müvafiq qaydada işə salınaraq dinlənilmiş və aşağıdakılar müəyyən edilmişdir: (20 dəq 07 saniyə). “Təqsirləndirilən şəxs: “Bügün demişəm də, çağırdılar çağırdılar 2500 manat pul vermisən o pulu da mən sənə verəcəm, o işi həll edəcəm 100 faizlik işdir, 6 ya kimi xəbər olmadı vso, bu işi həll edirəm iş yerimi bilirsən, onsuzda sənədləri yığacam hamsını, mənim yanımdadı, atdım sənə vəsiqə və şəklimi.” Eyni səs yazısında Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında götürülmüş pulun qaytarılması ilə bağlı danışıqlar və yazışmaların olduğu görünür”. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin səs yazılarında əks olunan danışıqlar ona məxsusdur. - xx.xx.2024-cü il tarixli “telefondakı “whatsapp” səsli danışıqlara baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış zamanı təqdim olunmuş 1 ədəd “Verbatim CD-R” “HP” markalı kompüterə yerləşdirilmiş, disk müvafiq qaydada açılmış və içərisində Şahid1 ilə Təqsirləndirilən şəxs arasında aparılmış danışıqlar, səs yazıları və video görüntü olduğu müəyyən edilmişdir. İlk olaraq “00000294-AUD!0-2023-06-25-20-39-16.opus” adlı audio yazı müvafiq qaydada işə salınaraq dinlənilmiş və aşağıdakılar müəyyən edilmişdir: (00 dəq 20 saniyə) “Təqsirləndirilən şəxs: “Mehdi salam necəsən uşaqla əlaqə saxla sabah gəlməsin, 2-ci gün mənimlə Elmlərdə görüşək onu qaytaracam sənə, ayın 4-ə gələr gospitaldan keçər, 15-ə qədər sözü veriblər əmri veriləcək, əmri verilən kimi pulun hamsını götürəcəm “ Bundan sonra “00001818-AUDİQ-2023-08-Q5-21-36-24.opus” adlı audio yazı müvafiq qaydada işə salınaraq dinlənilmiş və aşağıdakılar müəyyən edilmişdir: (02 dəq 20 saniyə) “Təqsirləndirilən şəxs: ’Onu bildim, edək sabah pulu verək əmri verək pulu alıb verərsən. Bundan sonra “00000102-AUDİQ-2023-06-15-10-49-39.opus” adlı audio yazı müvafiq qaydada işə salınaraq dinlənilmiş və aşağıdakılar müəyyən edilmişdir: (00 dəq 33 saniyə) “Təqsirləndirilən şəxs:.” Sabaha çatdırmırlar, çünki iş günü deyil, idarə rəisi general işdə olmayacaq, 1-ci günü iş həll oluncaq. Bundan sonra “00000244-AUDİO- 2023-06-21-12-13-56.opus” adlı audio yazı müvafiq qaydada işə salınaraq dinlənilmiş və aşağıdakılar müəyyən edilmişdir: (00 dəq 42 saniyə) “Təqsirləndirilən şəxs:. ” Sən onla danış desə hə, mən gospitaldayam 200 man göndərərsən 1-ci gün gələn kimi birbaşa gospitala getsin, bayramdan son rada əmrini gözləsin o da 15-20 gün çəkəcək. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Siyəzən rayon polis şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-309/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 29,178.2.2, 29,178.2.3 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-309/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qeydiyyata götürülmüş və elektron nəzarət vasitələrinin çatışmazlığı səbəbindən ona elektron nəzarət vasitəsi tətbiq edilməmişdir. Əlavə olaraq bildirilir ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə ona təyin olunmuş cəzadan 01 ay 26 gününü çəkmiş, çəkilməmiş cəzası 02 il 03 ay 26 gün təşkil edir. - “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 1398 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicə almamışdır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2021-ci il tarixindən 11 dekabr 2023-cü il tarixinədək Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında xidmət etmişdir. Zərərçəkmiş şəxs1 Hümbət oğlu və X1 Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında xidmətə qəbulla bağlı müraciət etmələri barədə Nazirliyin Kadrlar Baş İdarəsində heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Fövqəladə Hallar Naziri müavininin xx.xx.2021-ci il tarixli 1385/ş saylı əmr çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Nazirliyin X12 Xidmətinin Bakı şəhəri Suraxanı rayon Dövlət X4 inspektoru vəzifəsinə təyin edilməklə eyni tarixdən başlayaraq həmin vəzifədə işləmiş, xx.xx.2023-cü il tarixli 0386/ş saylı əmrlə həmin Nazirliyin Sumqayıt şəhər X12 İdarəsinin 21 nömrəli X4 yanğınsöndürmə növbəsi rəisinin köməkçisi vəzifəsinə təyin edilməklə eyni tarixdən başlayaraq həmin vəzifədə işləmiş, xx.xx.2023-cü il tarixli 2736/ş saylı əmrlə həmin tarixdə fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı MKS tərəfindən verilmiş 498,499 saylı, xx.xx.2024-cü il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır, lakin yaşamır, ailə tərkibi atası-xx.xx.1970-ci il təvəllüdlü X8, anası-xx.xx.1973-cü il təvəllüdlü X2, həyat yoldaşı-xx.xx.1996-cı il təvəllüdlü X16, oğlu-xx.xx.2023-cü il təvəllüdlü Zamanlı Namazəli Nahid oğlundan ibarətdir, qeydiyyat ünvanı üzrə müsbət xarakterizə olunur. - xx.xx.2024-cü il tarixli “kompakt diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış «HP» markalı personal kompüter vasitəsi ilə keçirilərək kompüterin disk yuvasına 1 ədəd «CD-R» formatlı həmin disk daxil edildi və tərkibində “Mehdi 416973— 8911-01.01-xx.xx.2023.pdf və “Nahid 416973--2605-01.01-xx.xx.2023.pdf” adlı “pdf” fayları olduğu müəyyən edildi, həmin faylara baxış keçirildi. İlkin olaraq “Nahid 416973—2605- 01.01-xx.xx.2023.pdf” adlı “pdf faylı açıldı, həmin faylda Təqsirləndirilən şəxs adına olan **********052605 nömrəli bank kartı üzrə köçürülmə və çıxarılma əməliyyatları görünsə də, əməliyyatların məzmunu əks olunmamışdır. Bundan sonra “Mehdi 416973—8911-01.01xx.xx.2023.pdf’ adlı “pdf” faylı açıldı, həmin faylda Şahid1 adına olan 416973******8911 nömrəli bank kartı üzrə köçürülmə və çıxarılma əməliyyatları görünsə də, əməliyyatların məzmunu əks olunmamışdır. Buna görə də qeyd edilən hesablar üzrə istintaq üçün əhəmiyyət kəsb edən əməliyyatların olması müəyyən edilməmişdir. - xx.xx.2024-cü il tarixli “kompakt diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış «HP» markalı personal kompüter vasitəsi ilə keçirilərək kompüterin disk yuvasına 1 ədəd «CD-R» formatlı həmin disk daxil edildi və tərkibində “416973—2605- **********9595192119-01.01-xx.xx.2023- Təqsirləndirilən şəxsxls” adlı 1 ədəd “Excel” faylı olduğu müəyyən edildi, həmin fayla baxış keçirildi. Həmin faylda Təqsirləndirilən şəxs adına olan **********052605 nömrəli bank kartı üzrə köçürülmüş və çıxarılmış pulların əməliyyat hesablarından görünür ki, həmin kart hesabına Şahid1 istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******8911 saylı bank kartından xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 400 manat və 1000 manat, 31,07.2023-cü il tarixdə 150 manat və 50 manat, 01,08.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat və 100 manat məbləğində pul vəsaitləri köçürülmüş, həmin pul vəsaitləri müxtəlif vaxtlarda Sumqayıt şəhərində quraşdırılmış bankomatlarda müxtəlif vaxtlarda nağdlaşdırılmış və elektron qaydada istifadə edilmişdir. Bundan başqa eyni bank kartına digər banklara məxsus kart və elektron ödəmə sistemi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 303,65 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, eyni tarixdə 500 manat məbləğində pul vəsaitləri köçürülmüş, həmin pul vəsaitləri müxtəlif vaxtlarda Sumqayıt şəhərində quraşdırılmış bankomatlarda müxtəlif vaxtlarda nağdlaşdırılmış və elektron qaydada istifadə edilmişdir. Bundan başqa həmin bank kartına Zərərçəkmiş şəxs4 istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******2576 saylı bank kartından xx.xx.2023-cü il tarixdə 650 manat, xx.xx.2023-cü il tarixdə 470 manat, xx.xx.2023-cü il tarixdə 940 manat məbləğində pul vəsaitləri köçürülmüş, həmin pul vəsaitləri müxtəlif vaxtlarda Sumqayıt şəhərində quraşdırılmış bankomatlarda müxtəlif vaxtlarda nağdlaşdırılmış və elektron qaydada istifadə edilmişdir. Bundan başqa həmin bank kartına Zərərçəkmiş şəxs3 istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******3329 saylı bank kartından xx.xx.2023-cü il tarixdə 200 və 250 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, 06.11,2023-cü il tarixdə 150 manat pul vəsaitləri köçürülmüş, həmin pul vəsaitləri müxtəlif vaxtlarda Sumqayıt şəhərində quraşdırılmış bankomatlarda nağdlaşdırılmış və elektron qaydada istifadə edilmişdir. - xx.xx.2024-cü il tarixli “kompakt diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış «HP» markalı personal kompüter vasitəsi ilə keçirilərək kompüterin disk yuvasına 1 ədəd «CD-R» formatlı həmin disk daxil edildi və tərkibində 'ZAMANLİ NAHİD NAMAZ OĞLU.xİsx” adlı 1 ədəd “Excel” faylı olduğu müəyyən edildi, həmin fayla baxış keçirildi. Həmin faylda olan Təqsirləndirilən şəxs istifadəsində olan 409858ARBSQC4693 saylı plastik bank kartı üzrə köçürülmüş və çıxarılmış pulların əməliyyat hesablardan görünür ki, həmin kart hesabına E-manat elektron ödəmə sistemi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 3000 manat, xx.xx.2023-cü il tarixdə 500 manat məbləğində pul vəsaitləri mədaxil edilmiş, həmin pul vəsaitləri müxtəlif vaxtlarda Sumqayıt şəhərində quraşdırılmış bankomatlarda müxtəlif vaxtlarda nağdlaşdırılmış və elektron qaydada istifadə edilmişdir. - xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4-cü maddələrinə tövsif edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətdiyindən ona həmin maddələr ilə ittiham elan edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Zərərçəkmiş şəxs1 Hümbət oğlu, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar, Şahid2 və Şahid4 Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə qarşı törədilmiş cinayət əməllərində iştirakçılığı müəyyən edilmədiyindən Şahid2 və Şahid4 barələrində CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şahid5 və X21 Zamanlı tərəfindən zərərçəkmiş şəxslərə qarşı törədilmiş cinayət əməllərində iştirakçılığı müəyyən edilmədiyindən Şahid5 və Fuad Muradov barələrində CPM-in 39.1,2-ci maddəsinə əsasən cinayət işinin başlanması rəd edilmiş, Təqsirləndirilən şəxs barəsində 500 manat məbləğində pulu talaması faktı ilə bağlı İXM-in 53.0.10-cu maddəsinə əsasən inzibati icraatın başlanması rədd edilmiş, iş üzrə öz xüsusiyyətinə, əlamətlərinə, habelə üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işinə əlavə edilmiş "xxxx" ASC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan **********052605 saylı plastik bank kartı üzrə köçürülmüş və çıxarılmış pulların əməliyyat hesablarının əks olunduğu kompakt disk, "xxxx" ASC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan 409858ARBSQC4693 saylı plastik bank kartı üzrə köçürülmüş və çıxarılmış pulların əməliyyat hesablarının əks olunduğu kompakt disk, “eManat”, “Million” və “Mpay” elektron ödəmə sistemlərinə aid qəbzlərin surətləri, Zərərçəkmiş şəxs2 təqdim etdiyi “CD” disk, Şahid1 təqdim etdiyi “CD” disk, Zərərçəkmiş şəxs4 təqdim etdiyi “CD” disk maddi sübut kimi tanınmışdır. -xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən 104233 nömrəli, xx.xx.2022-ci il tarixli vəsiqə verilmişdir. - Təqsirləndirilən şəxs Azərbaycan Vətən Müharibəsi X10 tərəfindən 73427 nömrəli vəsiqə verilmişdir. - Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. - Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 4(003)-55/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” - 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” -143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” - 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü verilən ittihamla qismən təqsirli bilməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” - 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini, CM-nin 59.2-ci maddəsinə əsasən müharibə iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, dələduzluq cinayəti - etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki: - Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin üç hissəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə əsas cəza, həmçinin dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməsi növündə əlavə cəza təyin edilməlidir, ona görə ki, təsiqləndirilən şəxsin etibardan sui-istifadə edərək aldatma yolu ilə özgə əmlakının ələ keçirilməsi üsulu, davamlılığı və zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsi təqsirləndirilən şəxsə daha yüngül cəza verilməsinə imkan vermir. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasının qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-309/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 29,178.2.2, 29,178.2.3 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, üzərində qəti olaraq 02 il 05 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin: - 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təyin edilmiş qəti cəzadan ibtidai araşdırma zamanı tutulduğu dörd gün çıxılmışdır. Məhkəmə hesab edir ki, CM-in 66.5-ci maddəsinə əsasən əvvəlki hökm üzrə təyin edilmiş cəza hazırki cəza ilə toplandıqdan sonra çəkilmiş cəza çıxıldığı üçün əvvəlki iş üzrə saxlanıldığı 04 (dörd) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən hazırda məhkəmənin təyin ediyi vahid cəzadan çıxılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və hazırda Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində digər cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 05 (beş) ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-474/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli, 740/2024 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclasında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 30 (otuz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(060)-309/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün müddət və CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona Bakı şəhəri Binəqədi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş hissəsi 01 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla ona təyin olunmuş qəti cəzadan çıxılsın və üzərində 01 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 11 aprel 2025-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə digər cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 05 (beş) ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilsin. İş üzrə xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar