Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-170/2022 02.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X15, Müdafiəçi – Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs əsassız olaraq ittiham irəli sürülmüşdür ki, o, qanunsuz balıq tutaraq balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə tədiq edilmiş “Balıq və digər su hidroresurslarınının sənaye ovuu qaydaları”-nın 2-ci bəndinin 2.5.1 və 2.5.21-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 29 sentyabr 2021-ci il tarixdə saat 13:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətinə gələrək orada özü ilə gətirdiyi 01 ədəd rezin kombinezon, 01 ədəd hər birinin uzunluğu 20 metr, eni 4 metr, gözlərinin ölçüsü 42x42 mm olan tordan istifadə edərək 100 ədəd hər biri 11 (on bir) manat olmaqla 1100 (min yüz) manat dəyərində külmə balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni 1100 (min yüz) manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 20:30 radələrində Su NPİ-nin Sumqayıt XPM-nin əməkdaşları tərəfindən saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd rezin kombinezon, 01 ədəd tor və 100 ədəd külmə balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində göstərdi ki, o qeyd olunan cinayət əməlini törətməmiş və balıq ovu ilə məşğul olmamışdır. Bir müddətdir ki tanıdığı Ziya adlı şəxs onunla lodkada (qayığ) işləməyi ona təklif etmişdir. O işləmədiyi üçün və maddi vəziyyəti pis olduğundan, Ziyanın təklifi ilə səbəbini soruşmadan razılaşmışdır. Lakin o, heç bir zaman balıqçılıqla məşğul olmamışdır. Ziya və digər 5 şəxs balıq ovu ilə məşğul olmuşdur, lakin hadisə günü onlar da balıq ovu ilə məşğul olmamışdırlar. Hadisənin üzərindən bir neçə ay keçdiyi üçün tarixi dəqiqliklə xatırlamır, təxminən 2021-ci ilin sentyabr ayının axırları, saat təxminən axşam vaxtlarında Ziya, Ataş adlı şəxs və adlarını bilmədiyi 5 nəfər ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olmuşdur. Ataş Corat qəsəbəsində balıqçılıq alətlərinin satışı ilə məşğuldur. Bu zaman Ataş zəng edərək polis əməkdaşlarını çağırmış, bundan bir müddət sonra polis əməkdaşları onlara yaxınlaşmışdır. Daha sonra o avtomobildə əyləşmiş, Ziya və Ataş polis əməkdaşları ilə danışmışdır. O Ziya və Ataşın polis əməkdaşları ilə olan söhbətində iştirak etməmişdir. Lakin bir neçə dəqiqə sonra Ziya onu yanlarına çağırmış, o, avtomobili tərk edərək onların yanlarına getmişdir. Bu zaman polis əməkdaşları onlara cərimə yazmalı olduqlarını bildirmişdirlər. Ziya ona cərimənin hamısını öz aralarında yığıb verəcəklərini, heç bir narahatçılıq olmadan cərimənin onun üzərinə yazılmasını xahiş etmişdir. Ziyaya olan inamına görə cərimənin onun adına yazılmasına razılıq vermişdir. O, baş verənlərin yalnız cərimə ilə bağlı olduğunu, cinayət əməli olduğunu başa düşməmişdir. Ziya ona daha sonra yenidən narahatçılıq keçirməməsini, bütün cəriməni öz aralarında yığıb onun adından cəriməni sildirəcəklərini, onunla bağlı heç bir hadisənin olmayacağını və işin bağlanacağını bildirmişdir. Cərimənin məbləği isə ümumilikdə 1100,00 (bir min yüz) manat olmuşdur. Bir gün sonra, səhər saatlarında polis əməkdaşları olan Vüsal və Rahim onu çağırmış və avtomobillə gəlib onu Corat qəsəbəsi ərazisinə aparmışlar. Polis əməkdaşları onunla birlikdə Ataşın mağasına getmiş, Ataşın mağazasında qeyd edilən kombinezon və balıq torunu almışdırlar. Bundan sonra ona cərimə ilə bağlı şəkil çəkdirməli olduqlarını, bu səbəbdən də onu apardıqlarını bildirmişdirlər. Çəkiliş günorta saatlarında olmuşdur. Polis əməkdaşları ona göstəriş vermiş və o, verilən göstərişə uyğun olaraq, kombinezon, tor və balıqlarla cinayət işində olan şəkilləri çəkdirmişdir. Lakin qeyd olunan kombinezon, tor və balıqlar ona məxsus olmamışdır. Eyni zamanda hal şahidləri orada olmamış və onları ümumiyyətlə tanımır. İttiham aktında qeyd olunan ifadəsini özü Ziyaya inandığı üçün sərbəst olaraq vermişdir, lakin verdiyi ifadənin mahiyyətini və cinayət işi ilə bağlı olduğunu başa düşməmişdir. O, Ziya birlikdə olan şəxslər tərəfindən cərimə ödənildikdən sonra işin bağlanacağını və bitəcəyini düşünmüşdür. Həmin hadisədən sonra qayığda komeklik edəcəyi ilə bağlı məsələdə Ziya ilə aralarında anlaşılmazlıq yarandığından aralarındakı əlaqə kəsilmiş və o, cərimə ilə bağlı məlumatlandırılmamışdır. O, Ziya ilə aralarında əvvəl əldə etdikləri razılığa əsasən onların cəriməni ödədiklərini düşünmüşdür, sonradan məhkəmə istintaqı zamanı xəbərdar olmuşdur ki, Ziya hər kəsdən pulu yığmış, lakin aidiyyəti üzrə cəriməni tam ödəməmişdir. Məhkəməyə qədər edilmiş 400 manat ödənişdən xəbərdar olmamış, kim tərəfindən nə vaxt ödənilməsini bilmir, lakin məhkəmə vaxtı ona özünü polis əməkdaş kimi təqdim edən şəxs 700 manat cərimənin ödənilməsi üçün pul verilmiş və o, həmin pulla 700 manat dövlət büdcəsinə ödəyib qəbzi məhkəməyə təqdim etmişdir. Ödəniş tam ödənildiyinə görə Amnistiya ilə bağlı ərizə vermək hüququndan məlumatlıdır, lakin etmədiyi əmələ görə onun günahkar bilinməsini istəmir. Himayəsində bir xəstə uşağı vardır, barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs – mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X19 ifadəsində bildirdi ki, ətraf mühitə dəymiş 1100 manat ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 2017-ci ildən X17 xidmətə qəbul olunmuş, 2021-ci il tarixdən isə X20 İdarəsinin Sumqayıt X18 rəisi vəzifəsini müvəqqəti icra edir. Təqsirləndirilən şəxs ilə əvvəldən heç bir tanışlıqları və ədavəti olmamışdır. Onlar vəzifələrinin icrası ilə bağlı daimi olaraq Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində qanunsuz balıq tutanlara qarşı mübarizə göstərmək üçün yoxlama keçirirlər. 29 sentyabr 2021-ci il tarixdə axşam saat 18:00-20:00 radələrində X20 İdarəsinin Sumqayıt Xətt Polis məntqəsinin əməkdaşları olan Şahid3 və Şahid2 ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbirləri həyata keçirən zaman Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizindən tutduğu balıqları tordan yığan Təqsirləndirilən şəxs tərəflərindən tutulmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman, onda xüsusi icazəsi olmadan tor, kombinezon və təxminən sayı 100-ə yaxın balıq aşkar edilmişdir. O, Təqsirləndirilən şəxs dənizdən çıxan zaman da görmüşdür. Daha sonra polis əməkdaşı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs avadanlıqları və balıqlarla birlikdə şəkli çəkilmişdir. Şəkilləri polis əməkdaşı Şahid3 özü çəkmişdir. Lakin o da şəkillər çəkilən zaman hadisə yerində olmuş və şəkillərin çəkilməsində iştirak etmişdir. Bundan sonra hal şahidləri Şahid4 və Şahid5 dəvət edilmiş, hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs 01 ədəd rezin kombinezon, 01 ədəd tor və 100 ədəd külmə balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 01 ədəd rezin kombinezon, 01 ədəd hər birinin uzunluğu 20 metr, eni 4 metr, gözlərinin ölçüsü 42x42 mm olan tor vasitəsi ilə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində Xəzər dənizindən balıq tutmağa rəsmi icazəsi olmadan 100 ədəd külmə balığı tutmuşdur. Daha sonra baxışın keçirilməsi barədə müvafiq protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsin dedikləri özünümüdafiə xarakterlidir və həqiqəti əks etdirmir. Belə ki, təqsirləndirilən şəxs vurduğu zərərdən 400 manatı da ödəmişdir. Hadisə zamanı istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 29 sentyabr 2021-ci il tarixdə axşam saat 18:00-20:00 radələrində X20 İdarəsinin Sumqayıt Xətt Polis məntqəsinin əməkdaşları olan Şahid1 və Şahid3 ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbirləri həyata keçirən zaman Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində, saat təxminən 20:00 radələrində Xəzər dənizindən tutduğu balıqları tordan yığan Təqsirləndirilən şəxs tərəflərindən tutulmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman, tor, kombinezon və təxminən sayı 100-ə yaxın balıq aşkar edilmişdir. O, Təqsirləndirilən şəxs dənizdən çıxan zaman da görmüşdür. Daha sonra polis əməkdaşı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs avadanlıqları və balıqlar ilə birlikdə şəkli çəkilmişdir. Şəkilləri polis əməkdaşı Şahid3 özü çəkmişdir. Şəkillər çəkilən zaman hadisə yerində olmuş və şəkillərin çəkilməsində iştirak etmişdir. Bundan sonra hal şahidləri Şahid4 və Şahid5 dəvət edilmiş, hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs 01 ədəd rezin kombinezon, tor və 100 ədəd külmə balıqlar götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, tor vasitəsi ilə rəsmi icazə olmadan Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində Xəzər dənizindən 100 ədəd külmə balığı tutmuşdur. Daha sonra baxışın keçirilməsi barədə müvafiq protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Nəqliyyatda Baş Polis İdarəsinin X20 İdarəsinin Sumqayıt X18 polis nəfəridir. 30 sentyabr tarixdə, günorta saatlarında Corat qəsəbəsi “Regnum” restoranının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb saxlamışlar. Həmin vaxt o, balıq tutmaqla məşğul olmuşdur. Ona yaxınlaşaraq qanunsuz balıq ovladığını bildirmiş, onu idarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs saxlayan zaman tünd yaşıl rəngli kombinzonda olmuş, yanında tor və 102 ədəd balıq olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən əməlini etiraf etmiş, maddi imkanı pis olduğundan, ailəsini saxlamaq üçün balıq ovladığını bildirmişdir. Şəxsin balıq tutmaq üçün bileti olmamışdır. Şəxs saxlanılan zaman ondan başqa Şahid2 və məntəqə rəisi Şahid1 da orada olmuşdur. Sənədləşmə hal şahidlərinin iştirakı ilə aparılmışdır. Hadisə yerində fotoşəkillər ona məxsus telefonla, onun tərəfindən çəkilmiş, “WhatsApp” sosial şəbəkəsi vasitəsilə təhqiqatçıya göndərmişdir. Hadisənin məhz 30 sentyabr tarixdə baş verməsi şəkillərin çəkildiyi tarixə görə yadında dəqiq qalmışdır. Bir daha əmin olmaq üçün üzərində olan telefonda çəkdiyi şəkilləri və həmin şəkiləri “WhatsApp”la təhqiqatçıya göndərdiyi tarixi göstərə bilər. Təqsirləndirilən şəxsin ifadəsinə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq məqsədilə yalan ifadə verir. Eyni zamanda Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş, Ziya adlı şəxsi tanımır, yalnız adını eştidiyi Ataş adlı şəxsin balıqçı olduğunu bilir, lakin Təqsirləndirilən şəxsla münasibətinin olub-olmaması barədə məlumatı yoxdur. Hadisə zamanı istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Daha sonra Şahid3 01 aprel 2022-ci il tarixdə məhkəməyə teleqram ünvanalayaraq şahid kimi dindirildiyi iş üzrə təkrar ifadəyə çağırılmağını xahiş etmişdir. Yenidən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, ötən məhkəmə iclasında telefonda olan şəkillərə baxış keçirilməsi üçün məhkəməyə təqdim etmiş şəkillərin tarixi telefonda 30 sentyabr 2021-ci il kimi göstərilməsinin səbəbi azyaşlı uşaqlarının onun telefonu ilə oynaması səbəbindən telefonda olan tarix dəyişmişdir. Əslində həmin şəkillər 29 sentyabr 2021-ci il tarixdə çəkilmişdir. Lakin halhazırda şəkillər telefonda və “WhatsApp” proqramında qalmamış, silindiyi üçün təkrar həmin şəkillərin tarixini məhkəməyə göstərə bilməyəcəkdir. Məhkəmə iclasında hal şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, usta kimi Sumqayıt şəhəri ərazisində, əsasən də Corat qəsəbəsində fəaliyyət göstərir, Bakı şəhəri səkkiz kilometr deyilən ərazidə yaşayır. 29 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ev təmiri ilə məşğul olmuş, daha sonra isə axşam saatlarında dəniz sahilinə düşməyi qərarlaşdırmışdır. X20 İdarəsinin Sumqayıt Xətt Polis məntqəsəsinin əməkdaşları onu ekoloji cinayətləri törədənlərə qarşı tədbirlərdə hal şahidi qismində iştirak etməyə dəvət etmişdirlər. Həmin gün saat 20:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində, Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır.Yoxlama zamanı Təqsirləndirilən şəxs 01 ədəd rezin kombinezon, 01 ədəd tor və 100 ədəd külmə balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Onun iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilib müvafiq protokol tərtib edilmişdir. Onun yanında aparılan sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, balıqovlama vasitələri ilə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində Xəzər dənizindən təxminən 100 ədəd külmə balığı tutmuşdur. Onun balıqovlama ilə bağlı icazəsi yoxdur. Təqsirləndirilən şəxs istifadə etdiyi balıqovlama vasitələri və qanunsuz tutduğu balıqlar polis əməkdaşları tərəfindən götürülmüşdür. Şahid əlavə olaraq da qeyd etmişdir ki, o ilk dəfədir ki, məhkəmədə şahid qismində dindirilir, bundan əvvəl o şahid qismində məhkəmə istintaqında iştirak etməmiş, həmin vaxt üzərində istifadəsində olan telefonda ***-***-**-** saylı mobil nömrə olmuşdur. Məhkəmə iclasında hal şahidi qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Bakı şəhəri Vasmoy kilometrliyi deyilən ərazidə yaşayır və həmin ərazidə avtoyuma işlədir, hər gün işdə olur. Lakin hadisə olan zaman işləməmişdir, bir tanışının ad günü mərasimi ilə bağlı Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olmuşdur. 29 sentyabr 2021-ci il tarixdə polis əməkdaşları onu cinayətlə bağlı hal şahidi qismində iştirak etməyə dəvət etmişdirlər və o, hadisə ilə bağlı hal şahidi qismində iştirak etmişdir. Həmin gün saat təxminən 20:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində, Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs balıqları dənizdə tordan çıxarırdı. Onun yanında 01 ədəd rezin kombinezon, 01 ədəd tor və xeyli miqdarda balıqlar olmuşdur. Balıqların növünü o dəqiqliklə bilməmişdir və sayları çox olduğundan saylarını da dəqiqliklə xatırlamır. Təqsirləndirilən şəxs istifadə etdiyi balıqovlama vasitələri və qanunsuz tutduğu balıqlar X20 İdarəsinin əməkdaşları tərəfindən götürülmüşdür. Hal şahid qismində iştirak edən zaman istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Əlavə olaraq qeyd edir ki, şahid qismində heç bir zaman məhkəmədə və polis orqanlarında iştirak etməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv araşdılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının CPM-in 42.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 256.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsinə aidiyyəti yoxdur və ona bəraət verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər 1 saylı MKS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin 1(060)-291/2012 saylı, 25 iyun 2012-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən xitam verilmişdir, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-291/2012 saylı, 25 iyun 2012-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən xitam verilmişdir və o, cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işi materiallarından görünür ki, həmin cinayət işi 30 sentyabr 2021-ci il tarixdə SU NPİ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Orxan Paşalı tərəfindən fatka görə Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işi materiallarında olan SU NPİ-nin Sumqayıt XPM-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis baş leytenantı Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli raportda qeyd edilmişdir ki, 29 sentyabr 2021-ci il tarixdə saat 20:30-da X20 İidarəsinin X18 əməkdaşları ilə birlikdə ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizində şəxsiyyəti sonradan müəyyən edilmiş xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1-də pasport qeydiyyatında olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz balıq tutarkən tərəflərindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin kombinezon, jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 20 metr, eni 4 metr, gözlərinin ölçüsü 42x42 mm. Olan 1 ədəd tor, küləmə balıqları aşakr edilərək maddi sübut kimi götürülmüşdür. Soğru zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin külmə balıqları aşkar edilmiş 1 ədəd tor vasitəsi ilə Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutmuşdur. Cinayət işi materiallarında olan 29 sentyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 29 sentyabr 2021-ci il tarixdə saat 20:30-da X20 İidarəsinin X18 əməkdaşları ilə birlikdə ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizində şəxsiyyəti sonradan müəyyən edilmiş xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1-də pasport qeydiyyatında olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz balıq tutarkən tərəflərindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin kombinezon, jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 20 metr, eni 4 metr, gözlərinin ölçüsü 42x42 mm. Olan 1 ədəd tor, küləmə balıqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Soğru zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin külmə balıqları aşkar edilmiş 1 ədəd tor vasitəsi ilə Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutmuşdur. Cinayət işi materiallarında olan 29 sentyabr 2021-ci il tarixli rəydən görünür ki, baxış zamanı məlum olmuşdur ki, 100 ədəd külmə balıqları bioloji əlamətlərinə görə vətəgə əhəmiyyətli olmaqla 100 ədəd külmə balıqlarıdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 43/1195 saylı, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, balıq ehtiyatlarına vurulan ziyan 1100,00 (bir min yüz) manat təşkil edir. Cinayət işi materiallarında olan 30 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material araşdırmanın davam etdirilməsi üçün X20 İdarəsinin İstintaq Bölməsinə göndərilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş 21/551 saylı, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Xəzər dənizində balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti” verilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsi tərəfidən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Cinayət işi materiallarında olan 19 oktyabr 2021-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, 01 ədəd rezin kombinezon, 01 ədəd uzunluğu 20 metr, eni 4 metr, gözlərinin ölçüsü 42x42 mm. olan tor və 100 ədəd külmə balıqları maddi sübut kimi tanınmış, balıqların tez xarab olan ərzaq malı hesab edildiyi üçün 29 sentyabr 2021-ci il tarixdə müvafiq qaydaya əsasən saxlanılması üçün fərdi sahibkarlıqla məşğul olan (VÖEN 1********) fiziki şəxs X6, həmçinin balıqovlama vasitələrinin saxlanılması üçün su NPİ-nin Sumqayıt XPm-nin rəsi vəzifəsini müvəqqəti icra edən Şahid1 təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işi materiallarından görünür ki, 22 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2021-ci il tarixli məktubundan qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə xəstəxanada müayinədə olmamışdır. Məhkəmə aşağıda göstərilən prosessual normaların tələblərinə əməl edərək araşdırma aparmış, bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. İlkin olaraq qeyd olunur ki, məhkəmə istintaqı zamanı polis nəfəri Şahid3 ilkin ifadə verən vaxtı ona məxsus mobil telefona yerində baxış keçirilmiş və cinayət işində olan xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış protokoluna əlavə edilmiş fotoşəkillərin xx.xx.2021-ci il tarixdə çəkildiyi və “WhatsApp” proqramı vasitəsi ilə başqa mobil nömrəyə göndərildiyi müəyyən edilmişdir. Göründüyü kimi təkzib edilməz sübut olaraq fotoşəkillərin 2021-ci ilin sentyabr ayının 29-u deyil, 30-u çəkildiyi bilavasitə məhkəmə tərəfindən müşahidə edilmişdir. Bundan başqa X20 İdarəsinin Sumqayıt Xətt Polis məntqəsəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokolunda, onunla birlikdə olan polis nəfərləri Şahid3 və Şahid2, hal şahidləri Şahid4 və Şahid5, cinayət törətməkdə şübhəli olan Niyaməddin Adığözəlovun iştirakı ilə, 29 sentyabr 2021-ci il tarixdə saat 20:30-da Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizində X3 qanunsuz olaraq balıq tutarkən saxlanıldığı və ondan 01 ədəd rezin kombinezon, jilka adlandırılan sintetik sapdan toxunulmuş uzunluğu 20 metr, eni 4 metr, gözlərinin ölçüsü 42x42 mm olan 01 ədəd tor və 100 ədəd külmə balıqları aşkar edilib sübut kimi götürüldüyü, baxışın başlama vaxtı saat 20:35-də bitmə vaxtı 20:55-də qeyd olunur. Halbuki, məhkəmə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi ilə bağlı mobil operatora verdiyi sorğuya cavabı tədqiq edərkən müəyyən etmişdir ki, şahidlərin iştirakı ilə imzalanmış baxış keçirilməsi haqqında protokol və gətirilən şəxsin geyim əşyalarının nəzərdən keçirilməsi haqqında protokolda qeyd olunan saatlarda Şahid1 mobil anten dairəsi tamamilə fərqli ərazidə, yəni, həmin saatlarda Sumqayıt şəhəri, 30-cu məhəllə Kimiyaçılar qəsəbəsi, daha sonra Ceyranbatan qəsəbəsində və Bakı şəhərində olmuşdur. Bununla da protokolun həmin tarixdə və saatda Şahid1 tərəfindən tərtib edilmədiyi təsdiq olunur. Cinayət işi materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-170/2022 saylı, 15 aprel 2022-ci il tarixli sorğusu əsasında, "xxxx" MMC tərəfindən Məhkəməyə təqdim edilmiş 01 ədəd CD diskə baxış zamanı müəyyən edilir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Şahid2, ***-***-**-** saylı mobil telefon nömrəsi Şahid3, ***-***-**-** saylı mobil telefon nömrəsi Şahid4, ***-***-**-** saylı mobil telefon nömrəsi Şahid5 məxsusdur. Məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə 18:00-dan 21:00-dək olan vaxtı polis nəfərləri Şahid1, Şahid2 və Şahid3 anten dairəsini müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, hadisə yerinə baxılması qeyd olunan saatlarda onlar fərqli məkanlarda olmuşlar. Hal şahidlərinə gəldikdə, Şahid5 və Şahid4 29 sentyabr 2021-ci il tarixli mobil telefon nömrələrinin anten dairəsindən görünür ki, şahidlər ümumiyyətlə Sumqayıt şəhəri ərazisində olmamış, həmin gün onlar Bakı şəhəri Nizami rayonu ərazisində olmuşlar. Bu isə özü-özlüyündə onların Sumqayıt şəhəri ərazisində xx.xx.2021-ci il tarixdə hər hansı sənəd imzalanmasını qeyri mümkün edir. Eyni zamanda, hal şahidləri Şahid5 və Şahid4 heç bir zaman məhkəmədə şahid olmadıqlarını qeyd etsələr də, Şahid5 başqa məhkəmələrdə 13 dəfə, Şahid4 isə 18 dəfə digər məhkəmələrdə şahid qismində iştirak etmişlər və bir neçə cinayət işi üzrə onların birlikdə şahid olaraq iştrakları müəyyən olunmuşdur. “Elektron Məhkəmə İnformasiya Sistemin”-dən əldə edilmiş çıxarışdan görünür ki, iş üzrə hal şahidi qismində dindirilmiş Şahid5 ifadəsində əvvəllər şahid qismində məhkəmə istintaqında iştirak etmədiyini bildirsə də, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş 1(101)-106/2017 saylı, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olmuş 1(004)-101/2018 saylı, Siyəzən rayon Məhkəməsinin icraatında olmuş 1(059)-36/2020 saylı, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin icraatında olmuş 1(094)- 7/2020 saylı, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olmuş 1(010)-90/2021 saylı, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin icraatında olmuş 1(002)-30/2022 saylı, Bakı şəhəri Səbail rayon Məhkəməsinin icraatında olmuş 1(009)-23/2022 saylı, Siyəzən rayon Məhkəməsinin icraatında olmuş 1(059)-33/2021 saylı, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin icraatında olmuş 1(094)-27/2021 saylı, Xızı rayon Məhkəməsinin icraatında olmuş 1(068)-40/2021 saylı, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin icraatında olmuş 1(008)-379/2021 saylı, Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olmuş 1(007)-179/2022 saylı və Sumqayıt şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-14/2022 saylı cinayət işləri üzrə şahid qismində çıxış etmişdir. “Elektron Məhkəmə İnformasiya Sitemin”-dən əldə edilmiş çıxarışdan görünür ki, iş üzrə hal şahidi qismində dindirilmiş Şahid4 ifadəsində əvvəllər şahid qismində məhkəmə istintaqında iştirak etmədiyini bildirsə də, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş 1(101)-700/2018 saylı, 1(101)-964/18 saylı və 1(101)-964/18 saylı, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olmuş 1(004)-191/2018 saylı və 1(004)-111/2018 saylı, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin icraatında olmuş 1(002)-257/2018 saylı və 1(002)-30/2022 saylı, Siyəzən rayon Məhkəməsinin icraatında olmuş 1(059)-33/2021 saylı, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin icraatında olmuş 1(005)-72/2018 saylı, Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olmuş 1(009)-170/2028 saylı, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olmuş 1(006)-297/2018 saylı, Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatında olmuş 1(011)-346/2018 saylı və 1(011)-35/2019 saylı, Xızı rayon Məhkəməsinin icraatında olmuş 1(068)-40/2021 saylı, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin icraatında olmuş 1(008)-198/2018 saylı və 1(008)- 379/2021 saylı, Bakı şəhəri Səbail rayon Məhkəməsinin icraatında olmuş 1(009)-23/2022 saylı və Sumqayıt şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-14/2022 saylı cinayət işləri üzrə şahid qismində çıxış etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 115.2-ci maddəsinə əsasən hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Göründüyü kimi cinayət-prosessual qanunvericilik eyni bir şəxsin həm bir cinayət təqibi üzrə, həm də müxtəlif cinayət təqibləri üzrə həyata keçirilən istintaq hərəkətlərində hal şahidi kimi iştirakının mütəmadi xarakter daşımasını qanunauyğun hesab etmir. Bu isə öz növbəsində aparılmış istintaq hərəkətinin etibarsız hesab edilməsinə əsas olur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən bu Məcəllənin 109.1.3-109.1.8-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, habelə şəxs bu Məcəllənin 94.1-ci maddəsində göstərilən tələblərə uyğun olmadıqda, o, hal şahidi qismində cinayət prosesində iştirak edə bilməz; Cinayət Prosessual Məcəllənin 115.4-cü maddəsinə əsasən həmin Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd hər hansı şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsızlığına əsas ola bilər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 12 may 2022-ci il tarixli məktubda Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə 400,00 (dörd yüz) manat məbləğində dəymiş ziyan ödənilməsi qeyd olunur. Bundan başqa məhkəmə iclas zamanı təqsirləndirilən şəxs tərəfindən 700 manat ödəniş edilməsi ilə bağlı qəbz təqdim edilmişdir. Bununla bağlı, təqsiləndirilən şəxsin məhkəmədə ifadə verərkən 400 manat zərərin kim tərəfindən ödənilməsindən xəbəri olmadığını, 700 manat məbləği isə kənar şəxs tərəfindən ona verilərək zərərin ödənilməsi və Amnistiyanın tətbiq edilməsi barədə ərizənin və qəbzin məhkəməyə təqdim edilməsi xahişi olunduğunu bildirir. Şəxsin cinayət əməlinə aidiyyəti sübuta yetirilmədiyi üçün məhkəmə tərəfindən qeyd olunan xüsusata qiymət verilməsinə zərurət görmür. Xüsusi olaraq vurğulanır ki, məhkəmənin əməlin Amnistiyanın təsiri altına düşməsi ilə bağlı məlumatlardırılmasına və təqsiri sübuta yetirilmədiyi halda ərizənin təqdim edilməsinin ona bəraət verilməsinə maneə olmayacağına dair izahına baxmayaraq, şəxs ərizə vermək hüququndan imtina etmiş və etmədiyi hərəkətə görə onun günahkar çıxarılmasını qətiyyətlə rədd etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham öz təsdiqini tapmır. Məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş və ifadəsində göstərdiyi bütün dəlillər məhkəmə tərəfindən yoxlanılmış və təsdiqini tapmışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs iştirakı ilə 29 sentyabr 2021-ci il tarixdə cinayət törədildiyi yerdə baxış keçirilmədiyi yuxarıda sadalanan sübutlarla təsdiq olunur. Bu səbəbdən cinayət törədilən yerdə baxış keçirilməsi ilə dair protokol sübut kimi qəbul oluna bilməz. Eyni zamanda məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəmə proseslərində ziddiyyətli ifadələr vermiş, məhkəmə prosesində ilkin olaraq ibtidai istintaqda verdiyi ifadəni təkzib edən ifadə vermiş, lakin sonradan məhkəmə teleqram ünvanlayaraq yenidən dindirilmək istədiyini bildirmiş, yenidən şahid qismində dindirilən zaman ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etsə də, ilkin məhkəmə iclası zamanı ifadə işin halları ilə üst-üstə düşdüyündən məhz onun ilkin məhkəmə iclasında verdiyi ifadə sübut kimi qəbul olunur. Belə ki, məhkəmə iclasında iştirak edərkən daha əvvəl məhkəmə və prosess iştirakçıları tərəfindən onun telefonuna edilmiş baxış vaxtı hadisə yerində çəkilmiş və cinayət işinə əlavə edilmiş fotoşəkillərdə tarixin azyaşlı uşaqları tərəfindən dəyişdirilməsi kimi sonrakı ifadəsi inandırıcı deyil, ibtidai araşdırımanın nəticəsi olaraq təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamı müdafiə etmək məqsədi ilə verildiyi aşkar görünür. Hətta telefonda güya tarixi dəyişmiş fotoşəkillərin yenidən baxış üçün təqdim edilməsi təkilifinə şahid, artıq həmin fotoşəkillərin silindiyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında sərbəst şəkildə bütün hadisələrin axarı barədə verdiyi ifadəsi şahidlərin verdiyi ifadəni təkzib edir, onun cinayət törədilən vaxtı həmin ərazidə qeyd olunan alətlərlə olmadığı işin müəyyən edilən halları ilə sübuta yetirilir. Azərbaycan Respublikasının CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikasının CPM-nin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlarn mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: -məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə yuxarıda qeyd edilən normaların və Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərini nəzərə alaraq qeyd etməyi zəruri sayır ki, istintaq orqanı iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmamış, sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməmiş, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları eyni səviyyədə araşdırmamışdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrində göstərilən, təqsirləndirilən şəxsin xeyrinə olan hallara və sənədlərə diqqət yetirilməmiş, həmin hallar düzgün qiymətləndirilməmişdir. Sübutlar Azərbaycan Respublikası CPM-də müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan sübutlar başa düşülür. CPM-nin 125-ci madəsində məlumatların, sənədlərin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yegane bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. İş üzrə sübutlar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi üzrə ittihamın düzgün həlli üçün sübut kimi qiymətləndirilə bilməz. İstintaq və digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verdikdə əldə edilmiiş məlumatların, sənədlərin cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı sübutlar Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi barədə qənaətə gəlməyə əsas vermir. Məhkəmə verilən ittihamın hüdudlarında işə baxır. İttiham isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə tədiq edilmiş “Balıq və digər su hidroresurslarınının sənaye ovuu qaydaları”-nın 2-ci bəndinin 2.5.1 və 2.5.21-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 29 sentyabr 2021-ci il tarixdə saat 13:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətinə gələrək orada özü ilə gətirdiyi 01 ədəd rezin kombinezon, 01 ədəd hər birinin uzunluğu 20 metr, eni 4 metr, gözlərinin ölçüsü 42x42 mm olan tordan istifadə edərək 100 ədəd hər biri 11 (on bir) manat olmaqla 1100 (min yüz) manat dəyərində külmə balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni 1100 (min yüz) manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 20:30 radələrində Su NPİ-nin Sumqayıt XPM-nin əməkdaşları tərəfindən saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd rezin kombinezon, 01 ədəd uzunluğu 20 metr, eni 4 metr, gözlərinin ölçüsü 42x42 mm olan tor və 100 ədəd külmə balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. "xxxx" MMC tərəfindən Məhkəməyə təqdim edilmiş 01 ədəd CD diskə baxış zamanı müəyyən edilir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs məxsusdur, xx.xx.2021-ci il tarxdə saat 01:16-dan 14:59-dək anten dairəsi dəyişməz olaraq Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 8a-2 ünvanı, saat 16:26-dan Sumqayıt şəhəri, 34-cü məhəllə, Ceyran restoranı ərazisində, saat 18:55-dən 20:31-dək Sumqayıt şəhəri 6-ci mikrorayon Corat qəsəbəsinə yaxın ərazidə olmuşdur. Göstərilənlər bir daha onu təsdiq edir ki, Təqsirləndirilən şəxs 20:00 radələrində artıq torla balıq tutub dənizdən çıxarkən adları cinayət işində keçən şahidlər tərəfindən tutulması tamamilə əsassızdır. Yəni, şəxs bir saat ərzində eni 4 metr, uzunu 20 metr olan toru tək dənizdə quraşdırıb 100 ədəd külmə balığı tutaraq toru yığışdırıb sahilə çıxması heç cür ağalabat hesab edilə bilməz. Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimə olunması üçün yetərli sübut təqdim etməlidir (Barbera, Messegi və Cabardo İspaniyaya qarşı; Yanoseviç İsveçə qarşı). Sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur (Telfner Avstriyaya qarşı). Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz balıq tutaraq balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmamışdır. Məhkəmə yuxarıda qeyd edilən mövqedən çıxış edərək işin hallarını, işdəki sübutları, təqsirləndirilən şəxsin hərəkətlərini cinayətinin tövsifedici əlamətləri ilə müqayisə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CMnin 256.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törədilməmişdir. “İnsan Hüquqlarının və X12 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Azərbaycan Respublikasının CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. CPM-nin 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 42.1.3-ci maddəsinə əsasən cinayət törədilməsinə aidiyyəti olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “V.Bayramov və qeyrilərinə qarşı şikayətləri üzrə” Qərarında qeyd edilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirl olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsləsini həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərin görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə verilən ittiham əsassızdır, o həmin cinayəti törətməmişdir. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasının CPM-nin 145 ə 146-cı maddələrinin tələblərinə əsasən, hər bir sübut mənsubiyyət, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qalıdırmaq mümkün olmadıqda, onlar və şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən cinayət hadisəsi ilə bağlı araşdırmaya səthi yanaşılmışdır. Təqsirləndirilən şəxsin yalnız özünün “etirafedici” ifadəsinə əsaslanmaqla, həmin ifadənin doğruluğunu, ağlabatanlığını və hansı səbədən bu cür ifadə verməsini yoxlamadan, digər sübutlarla müqayisə etmədən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Halbuki, Azərbaycan Respublikasının CPM-nin 126.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi hala ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Qeyd olunan xüsusatlar mötəbər sübut kimi qiymətləndirilə bilməz və sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir və yuxarıda qeyd olunan ziddiyyətlər və iş üzrə bütün şübhəli hallar Azərbaycan Respublikası CPM-nin tələblərinə əsasən Təqsirləndirilən şəxs xeyrinə həll olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyətində formalaşmış təcrübəyə əsasən (Hoanq Fransaya qarşı) bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərizyyənin tətbiq edilməsi təqsirsilik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Qeyd edilən sübutların mötəbərliliyinin müəyyən olunması və qiymətləndiriləməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartlarını müəyyən etmişdir. “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” 11 yanvar 2007-ci il tarixli, “X5rşı” 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarında sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması”” sübutetmə standartını tətbiq edir. X22 Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarının hüquqiliyi ilə bağlı “Braytyakin Rusiyaya qarşı” işi üzrə xx.xx.2006-cı il tarixli, “Fadin Rusiyaya qarşı” işi üzrə xx.xx.2006-cı il tarixli, “Lenskaya Rusiyaya qarşı” işi üzrə xx.xx.2009-cu il tarixli qərarına və “Radçikov Rusiyaya qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli qərarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarının sual doğurulmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə hesab edir ki, cinayət prosessual qanunvericiliyin ən mühüm prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şühbə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. İnsan hüquqlarının və X12 haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlalq Pkatın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yanız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. (CPMnin 351.2-ci maddəsi). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində aidiyyəti sübuta yetirilmir, bu səbəbdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs istinad edilən ittiham üzrə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, cəza təyini, maddi ziyan, mülki iddia, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələsinin müzakirəsi istisna təşkil edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərrinin ödənilməsi məsələsi və mülki idda üzrə qərarın motivi göstərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən, CM-nin 256.1-ci maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə cinayət işi üzrə maddi sübut kimi fiziki şəxs X14 tərəfindən (VÖEN 1********) təhvil alınmış çəkisi 13 kq olan, dəyəri 5,20 (beş manat iyirmi qəpik) olan 100 ədəd külmə balıqların tez xarab olan məhsul olması və saxlanma xərcinin olduğunu nəzərə alınaraq, balıqların saxlancda qalması məsələsi cinayət işi materiallarının araşdırılmasını həyata keçirən ibtidai istintaqı aparan orqan tərəfindən qiymətləndirilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq və Su NPİ-nin Sumqayıt XPM-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis baş leytenantı Şahid1 tərəfindən təhvil alınmış 1 ədəd rezin kombinezon, jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 20 metr, eni 4 metr, gözlərinin ölçüsü 42x42 mm olan 1 ədəd tor cinayət törədilməsinə aidiyyəti şəxs müəyyən olunana qədər saxlanilmalidir. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli (iş № 1(060)- 814/2021) qərarını icra edərək xx.xx.2021-ci il tarixli, 1678 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 40 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 240,00 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 Saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 42.1.3, 344-350, 352-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə cinayətin törədilməsinə aidiyyəti olmadığına görə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CPM-nin 356.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq və Su NPİ-nin Sumqayıt XPM-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis baş leytenantı Şahid1 tərəfindən təhvil alınmış 1 ədəd rezin kombinezon, jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 20 metr, eni 4 metr, gözlərinin ölçüsü 42x42 mm olan 1 ədəd tor törədilmiş cinayətə aidiyyəti olan şəxs müəyyən olunana qədər saxlanılsın. Cinayət işi üzrə maddi sübut fiziki şəxs kimi X14 tərəfindən (VÖEN 1********) təhvil alınmış çəkisi 13 kq olan, dəyəri 5,20 (beş manat iyirmi qəpik) olan 100 ədəd külmə balıqların tez xarab olan məhsul olması və saxlanma xərcinin olduğunu nəzərə alınaraq, balıqların saxlancda qalması məsələsi cinayət işi materiallarının araşdırılmasını həyata keçirən ibtidai istintaqı aparan orqan tərəfindən qiymətləndirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materialları Bakı şəhər Prokurorluğuna göndərilsin. Mülki iddia rədd edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 40 (qırx) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 240,00 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-170/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-170/2022
02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver