Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-170/2025 08.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1989-cu ildə Rusiya Federasiyası, Kalujsk vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 23 avqust 2024-cü il tarixdə saat 13:20 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən "ASAN" xidmət mərkəzinin yaxınlığında olan zaman keçmiş arvadı Zərərçəkmiş şəxs ilə məişət zəminində mübahisə edib sonuncunun onunla barışmaq istəməməsinə görə əsəbiləşərək aralarında bu zəmində davam edən mübahisənin gedişində Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən sillə ilə bir dəfə vuraraq, ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol gicgah-təpə nahiyəsinin şişkinliyi-hemaloması, sol qulaq seyvanının və sağ bud çanaq oynağının qançırı xəsarətləri ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək zərərəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2024-cü ilin mart ayından tanış olmuşlar. Həmin vaxtdan Xəyalə ilə qeyri rəsmi münasibətdə olmuşlar. Bir müddət sonra artıq münasibətlərini rəsmiləşdirmək qərarına gəlmişlər və 2024-cü ilin may ayında Xəyalə ilə rəsmi qaydada nikaha daxil olmuşlar. Həmin vaxtdan etibarən müxtəlif vaxtlarda aralarında mübahisə yaranmışdır. 2024-cü ilin avqust ayında onlar Xəyalə ilə artıq boşanmaq qərarına gəlmişlər və xx.xx.2024-cü il tarixdə "Asan" xidmət mərkəzində rəsmi qaydada boşanmışlar. Son zamanlarda Zərərçəkmiş şəxs ilə barışmaq istəmişdir və dəfələrlə barışmaq üçün onun yaşadığı ünvana getmişdir, lakin Xəyalə hər dəfə onunla barışmaqdan imtina etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən "ASAN" xidmət mərkəzinin qarşısına gəlmişdir. Həmin gün Xəyalənin şəxsiyyət vəsiqəsini dəyişmək üçün "ASAN" xidmət mərkəzinə gələcəyini bilmişdir. O, bir qədər gözlədikdən sonra təxminən saat 13.00 radələrində Xəyalənin "ASAN" xidmət mərkəzindən çıxdığını və məhləyə doğru piyada getdiyini görmüşdür. Bu zaman onun əlində 0.5 litr həcmində plastik butulkada içmək üçün aldığı su olmuşdur. O, Xəyaləyə yaxınlaşmış, onunla barışmaq istədiyini və birlikdə gedib çay içib söhbət etməyi təklif etmişdir. Lakin, Xəyalə həmin vaxt ona sərt şəkildə heç bir yerə onunla getməyəcəyini və münasibətləri bərpa elmək istəmədiyini bildirdikdə əsəbləşərək əlində olan butulkanı yerə almış və sağ əli ilə onun sifət nahiyəsinə bir dəfə sillə ilə vurmuşdur. Xəyalə vurduğu zərbənin təsirindən müvazinətini itirərək yerə yıxılmış, həmin an Xəyaləni vurduğu üçün çox peşman olduğundan ona yaxınlaşmış, yerdən ayaq üstə qaldırmış və onun düzgün hərəkət etmədiyini deyib oradan uzaqlaşmışdır. Hadisə 23 avqust 2024-cü il tarixdə, təxminən saat 13.20 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən "ASAN" xidmət mərkəzinin yaxınlığında məhəlləyə gedən yolda baş vermişdir. Hadisə zamanı orada Xəyalə ilə ondan başqa heç kim olmamışdır. Mübahisə Xəyalənin onunla birlikdə çay içib söhbət elməkdən imtina etməsi və ona sərt cavab verməsi səbəindən baş vermişdir. Hadisə vaxtı Zərərçəkmiş şəxs sifət nahiyəsinə sağ əli ilə bir dəfə vurmuşdur. Həmin vaxt Xəyalə ona hər hansı xəsarət yetirməmişdir. Hazırda əməlindən peşmandır, aralarında barışıq olmuş, vurulmuş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət eldiyi Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Təqsirləndirilən şəxs ilə 2024-cü ilin mart ayından tanış olmuşlar. Həmin vaxtdan Elman ilə qeyri-rəsmi münasibətdə olmuşlar. Bir müddət sonra onlar artıq münasibətlərini rəsmiləşdirmək qərarına gəlmişlər və 2024-cü ilin may ayında Elman ilə rəsmi qaydada nikaha daxil olmuşlar. Həmin vaxtdan etibarən müxtəlif vaxtlarda aralarında mübahisə yaranmışdır. 2024-cü ilin avqust ayında onlar Elman ilə artıq boşanmaq qərarına gəlmişlər və xx.xx.2024-cü il tarixdə "Asan” xidmət mərkəzində rəsmi qaydada boşanmışlar. Son zamanlarda Təqsirləndirilən şəxs onunla barışmaq istəmişdir və dəfələrlə barışmaq üçün onun yaşadığı ünvana gəlmişdir, lakin o, hər dəfə barışmaqdan imtina etmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı evdən çıxaraq Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən "ASAN" xidmət mərkəzinə gəlmişdir. O, vəsiqəsini dəyişdikdən sonra Asan xidmət mərkəzindən çıxmışdır. Bir qədər yol ilə irəlilədikdən sonra məhəlləyə doğru piyada gedən zaman Elman ona yaxınlaşıb barışmaq istədiyini və birlikdə gedib çay içib söhbət etməyi təklif elmişdir. Lakin o, həmin vaxt ona sərt şəkildə heç bir yerə onunla getməyəcəyini və münasibətləri bərpa elmək istəmədiyini bildirdikdə Elman əsəbləşərək əlində olan butulkanı yerə almış və sağ əli ilə onun sifət nahiyəsinə bir dəfə sillə ilə vurmuşdur. O, Elmanın vurduğu zərbənin təsirindən müvazinətini itirərək yerə yıxılmış, bundan sonra Elman ona yaxınlaşmış və onu yerdən ayaq üstə qaldırmış və oradan uzaqlaşmışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Hadisə 23 avqust 2024-cü il tarixdə, təxminən saat 13.20 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən "ASAN” xidmət mərkəzinin yaxınlığında yerləşən məhəlləyə gedən yolda baş vermişdir. Hadisə zamanı orada Elman ilə ondan başqa heç kim olmamışdır. Mübahisə onun Elman ilə birlikdə çay içib söhbət etməkdən imtina elməyi və ona sərt cavab verməyi səbəindən baş vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 1457 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: qapalı kəllə beyin travması. baş beyin silkələnməsi, sol gicgah-təpə nahiyyəsinin şişkinliyi-hemaloması, sol qulaq seyvanının və sağ budçanaq oynağının qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən əllə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən bir neçə saat əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Xəsarətin özü tərəfindən özünə yetirilməsi inkar olunur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixli Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 263.1, 264, 66.3, 66.3cü maddələri ilə 02 il 10 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixində həmin cəza cərimə cəzası ilə əvəz edilib. xx.xx.2011-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.2.1 və 228.4, 66.3-cü maddələri ilə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə hökmlə təyin edilmiş cəza dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 221.2.1, 228.4. 66.3-cü maddəsinə Azərbaycan Respublikası CM-nin 62, 65.3-cü maddəsi tətbiq edilərək aylıq qazancının 20% dövlət nəfinə tutulmaqla 02 il islah işləri cəzası təyin edilmiş, həbsdə saxlanıldığı müddəti nəzərə alınaraq üzərində aylıq qazancının 20% dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzası saxlanılaraq azad edilmişdir. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2013-cü il tarixli amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. - Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş zərəri ödədiyini bildirmiş və bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Səhiyyə Naziliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli 3038 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir, ittiham olunduğu əməl barəsində anlaqlı hesab edilməlidir. - 009987 nömrəli “şəhid ailəsi üzvünün vəqəsinin” surətindən görünür ki, Təqsirləndirilən şəxs şəhid ailəsidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-170/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-170/2025
08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver