Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-171/2021 11.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Nizami küçəsi, 19C-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Qurd dərəsi, fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını talama məqsədi ilə tanışı X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 11 mart 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Sumqayıt şəhəri Koroğlu prospektində yerləşən iki sexdən ibarət “Yağ dəyişmə” məntəqəsinin dam örütüyünü birlikdə sökərək, içəriyə qanunsuz daxil olub birinci sexdən 450 manat dəyərində Alman istehsalı olan açar dəstini, 530 manat dəyərində 02 ədəd vakum açarları, 330 manat dəyərində “Ukrayna” istehsalı olan 01 ədəd qaynaq aparatını, 2000 manat dəyərində müxtəlif ölçülü “Alman” istehsalı olan açarları, 110 manat dəyərində 01 ədəd dreli, 90 manat dəyərində “Niderland” istehsalı olan kiçik ölçülü 01 ədəd əl drelini, 170 manat dəyərində “Saz” markalı 01 ədəd internet aparatını, 150 manat dəyərində 01 ədəd internet blokunu, 30 manat dəyərində 01 ədəd üzqırxan aparatı, 750 manat dəyərində “Delpi” markalı 01 ədəd diaqnostika aparatını, 60 manat dəyərində tirşotka dəstini, 40 manat dəyərində altıbucaqlı açar dəstini, ikinci sexdən isə 220 manat dəyərində açar dəstini, 70 manat dəyərində kiçik ölçülü laqonda aparatını, 100 manat dəyərində böyük ölçülü laqonda aparatını, 800 manat dəyərində müxtəlif ölçülü açarları, 700 manat dəyərində “Mitsubishi L200” markalı avtomobil üçün nəzərdə tutulmuş rulovoyu, 150 manat dəyərində prefaratoru, 1452 manat dəyərində 132 ədəd “Mercedes” markalı avtomobil yağını, 793 manat dəyərində 61 ədəd “Shell” markalı yağı, 832 manat dəyərində 52 ədəd “Castrol” markalı yağı, 304 manat dəyərində 16 ədəd “Zig”” markalı yağı, 902 manat dəyərində 41 ədəd “Gulf” markalı yağı, 1000 manat dəyərində Ford, Toyota markalı avtomobil üçün nəzərdə tutulan 25 ədəd avtomobil yağlarını, 200 manat dəyərində ov çantasını, ov bıçaqlarını, 90 manat dəyərində “Çizlyak” markalı bıçağı, 300 manat dəyərində SSRİ istehsalı olan binoklu, 250 manat dəyərində tüfəng üçün nəzərdə tutulan optik nişangahı, 250 manat dəyərində ov üçün nəzərdə tutulan elektron çağırıcını gizli talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni, 13123 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Cəmil Mustafayevi 10 ildir ki tanımaqla əvvəllər qonşuluqda yaşamışlar, Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. 07.03.2020-ci il tarixdə Cəmillə Sumqayıt şəhəri ərazisində yerləşən «Avtovağzal» adlandırılan ərazidə görüşdükdən və bir qədər söhbət etdikdən sonra Cəmil Sumqayıt şəhəri «Əşya bazarı» adlanan ərazidə yerləşən yağ dəyişmə məntəqəsində işləyən Kamil adlı şəxslə münasibətlərinin yaxşı olmadığını, Kamil adlı şəxsə məxsus yağ dəyişmə məntəqəsindən oğurluq etmək istədiyini bildirib ona oğurluq cinayətini törətməkdə köməklik göstərməsini xahiş etmişdir. O, ilk olaraq razılaşmasa da, Cəmil içəriyə girib özünün oğurluq edəcəyini, onun isə kənarda dayanıb kənar şəxslər gələrsə ona məlumat verməkdən ötrü gözətçilik edəcəyini bildirdiyindən Cəmilin bu təklifi ilə razılaşmışdır. Onlar əvvəlcədən razılaşdıqları kimi 11.03.2020-ci il tarixdə saat 02 radələrində Cəmillə Sumqayıt şəhəri «Avtovağzal» adlandırılan ərazidə görüşmüşlər və bundan sonra oğurluq edəcəkləri yağ dəyişmə məntəqəsinin damına çıxıb orada dam örtüyünü sökməklə yağ dəyişmə məntəqəsinin arxa hissəsinə getmişlər. Daha sonra o, küçədə dayanıb kənar şəxslər gələrsə Cəmilə məlumat verməkdən ötrü gözləmiş, Cəmil isə yağ dəyişmə məntəqəsinin damına çıxıb orda dam örtüyünü sökməklə yağ dəyişmə məntəqəsinin içərisinə daxil olmuşdur. Təxminən 30-40 dəqiqə sonra Cəmil yağ dəyişmə məntəqəsinə daxil olduğu qaydada oradan çıxıb yanına qayıtmışdır. Onun əlində 03 ədəd torba olduğunu görmüşdür. Həmin torbaların birini Cəmil ona vermişdir. O, torbanın içərisinə baxdıqda torbanın içərisində təxminən 15-16 ədəd bir litrlik müxtəlif markalı avtomobil yağlarının, müxtəlif ölçülü vintaçan, bıçaqlar, bir ədəd binokl və bir ədəd təyinatını və markasını bilmədiyi cihaz olduğunu görmüşdür. Daha sonra onlar yol ilə keçən taksi avtomobilini saxlatdırıb avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Cəmil tərəfindən ona verilmiş əşyaları sonradan Elşən adlı şəxsə satmış, əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına xərcləmişdir. Ona verilmiş əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs sexindən onun dediyi miqdarda oğurluq etmədiklərini, Elşənin həmin əşyaların oğurluq olduğunu bilmədiyini, ona heç bir məlumat vermədiyini bildirmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı hazırda ödəməmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, Sumqayıt şəhəri Koroğlu prospektində Əşya bazarı adlanan yerdə yağdəyişmə məntəqəsini icarəyə götürərək işlədir. Orada onunla birgə qardaşı Orxan da işləyir. Həmin yerdə o, iki sex icarəyə götürmüş, birində avtomobillərin yağını dəyişmiş, digərini isə anbar kimi istifadə etmişdir. 10.03.2020-ci il tarixdə o, sex üçün təxminən 4500 manatlıq müxtəlif firmaların avtomobil mühərriki üçün nəzərdə tutulan yağ almışdır. 10.03.2020-ci il tarixdə saat 23:10 radələrində qardaşı Orxan sexi bağlamışdır. 11.03.2020-ci il tarixdə saat 09:58-də qardaşı zəng edərək sexdən oğurluq olduğunu bildirmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək oğurluq olması barədə məlumat vermişdir. O, sexə gəldikdə müəyyən etmişdir ki, naməlum şəxs və ya şəxslər hər iki sexə dam örtüyünü sökməklə içəriyə daxil olub 1-ci sexdən Alman istehsallı açar dəsti, 02 ədəd vakum açarı, Ukrayna istehsalı qaynaq aparatı, müxtəlif ölçülü Almaniya istehsallı açarlar, drel, Niderland istehsallı kiçik ölçülü əl direli, saz internet aparatı, internet bloku, üzqırxan aparatı, delpi diaqnostika aparatı, tirşotka dəsti, dəyərində altıbucaqlı açar dəsti, 2-ci sexdən isə açar dəsti, balaca laqonda, böyük laqonda, müxtəllif ölçülü açarlar, “Mitsubishi L200” markalı avtomobil üçün nəzərdə tutulmuş rulavoy, prefarator, 132 ədəd “Mercedes” markalı avtomobil yağı, 61 ədəd “Shell” markalı yağ, “Castrol” markalı yağ, 317 manat dəyərində 16 ədəd “Zig” markalı yağ, 41 ədəd “Gulf” markalı yağ, Ford, Toyoto markalı avtomobillər üçün nəzərdə tutulan avtomobil yağları ov çantası, ov bıçaqları, Çizlyak markalı bıçaq, SSRİ istehsallı binokul, tüfəng üçün nəzərdə tutulan optik nişangah, ov üçün nəzərdə tutulan elektron çağırıcını oğurlamışdır. Həmin oğurlanmış əşyalar ona məxsus olmuşdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08.06.2020-ci il tarixli, 9/1917 saylı, 23.07.2020-ci il tarixli, 9/1747 saylı və 31.08.2020-ci il tarixli, 9/3171 saylı rəylərindən görünür ki, Zərərçəkmiş şəxs ümumillikdə 13123 manat məbləğində ziyan dəymişdir. İş materiallarından görünür ki, müxtəlif ölçülü təmir açarları, eləcə də 01 ədəd “Sotem” markalı binokol və 02 ədəd vintaçan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21.10.2020-ci il tarixdə axtarışla tutulmuş və 22.10.2020-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25.12.2020-ci il tarixdə axtarışla tutulmuş və 26.12.2020-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə Sumqayıt şəhər Məhkəməsinin 29.03.2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15.04.2021-ci il tarixdə tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSSİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Rzayev X1 Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21.10.2020-ci il tarixdən 22.10.2020-ci il tarixə və 25.12.2020-ci il tarixdən 26.12.2020-ci il tarixə kimi məhkəməyədək icraat zamanı tutulduğu 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmalqa üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 15.04.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan müxtəlif ölçülü təmir açarları, eləcə də 01 ədəd “Sotem” markalı binokol və 02 ədəd vintaçan Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsi ilə əlaqədar mülki iddia verilmədiyindən, məhkəmə Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə istinad edərək hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında təqsirləndirilən şəxsə qarşı mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21.10.2020-ci il tarixdən 22.10.2020-ci il tarixə və 25.12.2020-ci il tarixdən 26.12.2020-ci il tarixə kimi məhkəməyədək icraat zamanı tutulduğu 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmalqa üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15.04.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan müxtəlif ölçülü təmir açarları, eləcə də 01 ədəd “Sotem” markalı binokol və 02 ədəd vintaçan Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-171/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-171/2021
11.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver