Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-171/2022 05.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, AR Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində xilasedici işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri, 13-cü mikrorayon ev 28, mənzil 34-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Bakı şəhəri, “20 yanvar” dairəsi yaxınlığında tanımadığı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda çəkisi 0,04 qram narkotik vasitə olan metadon əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, 07 oktyabr 2021-ci il tarixdə, saat 11:40 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 8 nömrəli yataqxananın qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan mavi rəngli cins şalvarın sağ yan cibində olan “Vincester” markalı siqaret qutusunun içərisindən narkotik vasitə 0,04 qram əsas təsiredici maddəsi metadondan ibarət “Methadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiyindəki 1 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 2 aydır ki, narkotik vasitələr və psixotrop maddələr qəbul edir. Adətən narkotik vasitələr və psixotrop maddələri Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlığında tanımadığı şəxslərdən əldə edir. Təxminən 3-4 gün əvvəl Bakı şəhəri, 20 yanvar daiəsi yaxınlığında olan zaman tanımadığı şəxsdən 12 manata 1 ədəd M-40-metadon həbi almış və üzərində saxlamışdır ki, uyğun bir vaxtda qəbul edər. 07 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində olduğu zaman ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib bununla əlaqədar olaraq videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini deməklə onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O, etiraz etməmiş və polislərlə birlikdə Sumqayıt ŞPİ-nin 3-ci PB-nə gəlmişdir. Polis bölməsində xidməti otaqların birində hüquq və vəzifələri barədə ona bildiriş təqdim edildikdən sonra təqdim olunmuş vəkilinin X2 iştirakı və onun icazəsilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq polis əməkdaşları üzərində narkotik vasitə, hər hansı digər əşya olub-olmamasını soruşmuş, o da polis əməkdaşlarına əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən “Vincester” markalı siqaret qutusunu və sağ arxa cibindən isə bir ədəd göy rəngli “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları “Vincester” markalı siqaret qutusunu açdıqda qutunun içərisindən üzərində “F/M40” yazısı olan 1 ədəd metadon həbi, falqa kağız, 1 ədəd borucuq və hissələrə kəsilmiş halda falqa kağız parçaları aşkar olunmuşdur. Polis əməkdaşları ondan həbi haradan əldə etdiyini soruşanda bildirmişdir ki, həmin həbi 3-4 gün qabaq Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlığında olan zaman tanımadığı şəxsdən 12 manata şəxsi istifadəsi üçün almışdır. Şəxsi axtarış zamanı üzərindən başqa hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra üzərindən narkotik vasitə aşkarlanması ilə bağlı sənədləşmə işləri görülmüş və üzərindən aşkar olunmuş narkotik vasitə olan metadon həbi onun iştirakı ilə tərəzidə çəkilmiş və çəkisinin 0,45 qram olması müəyyən edilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə, borucuq, falqa və içərisində ***-***-**-** mobil nömrəsi olan “Samsung” markalı mobil telefon qablaşdırılaraq üstü yazılıb ona imza edildikdən sonra möhürlənmiş və orada protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra o, digər iştirakçılar tərəfindən imzalanmışdır. Bu vaxta qədər heç kimə narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi təsir və təzyiq göstərilməmişdir. Hazırda əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Sumqayıt ŞPİ-nin 3-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 07.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlaması, istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat aidiyyəti üzrə rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməklə, istintaq-əməliyyat qrupu yaradılmışdır. Qrup üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisinə getmişlər. Həmin gün saat 11:40-da Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 8 nömrəli yataqxananın qarşısında bir nəfər şəxsin Təqsirləndirilən şəxs əlamətləri ilə uyğun gəldiyini görüb ona yaxınlaşaraq o və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Həmin şəxsə özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs Firidun oğlu olduğunu bildirmişdir. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, Sumqayıt ŞPİ-nin 3-ci PB-nə getməli olacaqlarını, orada üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyi üçün onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparmışlar. Sumqayıt şəhər Pİ-nin 3-cü PB-də xidməti otaqlarının birində təhqiqatçı Mustafa Mustafazadə xidməti otaqlarının birində özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini tələb etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olmasına real əsaslar olduğundan şübhəli şəxs qismində saxlanıldığını və 3-ci PBnə gətirildiyini demişdir. Daha sonra təhqiqatçının göstərişi ilə o və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 təyin olunduğunu və Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı üçün hüquq və vəzifələri haqqında məlumat verib, bildirişi təqdim etmişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən “Vincester” markalı siqaret qutusunu və sağ arxa cibindən isə bir ədəd göy rəngli “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. “Vincester” markalı siqaret qutusunu açdıqda qutunun içərisindən üzərində “F/M40” yazısı olan 1 ədəd metadon həbi, falqa kağız, 1 ədəd borucuq və hissələrə kəsilmiş halda falqa kağız parçaları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs 1 ədəd həbin narkotik tərkibli metadan olduğunu və həmin həbi 3-4 gün qabaq Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlığında olan zaman tanımadığı şəxsdən 12 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkarlanması ilə bağlı sənədləşmə işləri görülmüş və üzərindən aşkar olunmuş narkotik vasitə olan metadon həbi Təqsirləndirilən şəxs iştirakı ilə tərəzidə çəkilmiş və çəkisinin 0,45 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə, borucuq, falqa və içərisində ***-***-**-** mobil nömrəsi olan “Samsung” markalı mobil telefon qablaşdırılaraq üstü yazılıb ona imza edildikdən sonra möhürlənmiş və orada protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İstintaq zamanı Şahid1 digər şahidlərin ifadələrinə uyğun ifadə verərək onların göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” 07.10.2021-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində 07.10.2021-ci il tarixdə, saat 11:40 radələrində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” tipli videokameranı işə salmış və iştirakçılarla birlikdə həmin tarixdə, saat 12:25-də PB-də xidməti otaqların birində onun üzərinə şəxsi axtarışa başlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona narkotik vasitələrin istifadəsində, saxlanmasında şübhəli bilindiyi üçün saxlanıldığı bildirilmiş, daha sonra isə hüquq və vəzifələr barədə bildiriş, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 təqdim olunmuş və Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmet və.s vardırsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən “Vinchester” markalı siqaret qutusunu, sağ arxa cibindən isə 1 ədəd göy rəngli “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. “Vinchester” markalı siqaret qutusunun içərisinə baxdıqda üzərində “F/M40” yazısı həkk olunmuş 1 ədəd metadon həbinə bənzər həb, üzərində narkotik və psixotrop maddələrin qalıqlarına bənzər falqa kağız parçaları aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olnumuş həb metadon həbidir, 3-4 gün əvvəl Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında tanımadığı şəxsdən 12 manata almış və özünə qəbul etmək məqsədilə üzərində saxlamışdır. Həmçinin tanımadığı şəxslərdən əldə etdiyi psixotrop maddə metamfetamini falqa kağız üzərində yandırmaqla kağız borucuq vasitəsilə daxilə qəbul edir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd həb elektron tərəzidə çəkilərək çəkisi 0,45 qram olmuşdur. Həmin həb, üzərində narkotik və psixotrop maddələrin qalıqlarına bənzər falqa kağız və 1 ədəd kağız borucuq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılaraq zərfə qoyulmuş və DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş ***-***-**-** nömrəli “Samsunq” markalı mobil telefon araşdırma ilə bağlı götürülmüşdür.(i.v 29-30) İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 16.10.2021-ci il tarixli protokoldan və bir ədəd diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxsn şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,45 qram olan metadon həbini əldə edərək daşıyaraq üzərində saxlaması təsdiqini tapmışdır.(i.v 78-79) Məhkəmə iclasında həmin diskdəki videogörüntülər nümayiş olunmuş və göstərilənlər təsdiq edilmişdir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 07.10.2021-ci il tarixli protokoldan görünür ki, 07 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v 26) İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi barədə” 09.10.2021-ci il tarixli qərardan görünür ki, 09 oktyabr 2021-cı tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə saxlanıldığı MSY-dən azad edilmişdir.(i.v 71-72) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/4464 saylı, 08.10.2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış zərfdəki üzərində “Methadone 40” göstəricili dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin həbin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edir. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Bir ədəd gümüşü rəngli falqa kəsiyinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Bir ədəd kağız borucuğun daxilində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar olunmadı. (i.v 40-46) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 19.10.2021-ci il tarixli 4031 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 104-105) İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 09.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,04 qram əsas təsiredici maddəsi metadondan ibarət “Methadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiyindəki 1 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbinin ekspertiza tədqiqatından sonra yerdə qalan 1/2 hissəsi, bir ədəd gümüşü rəngli falqa kəsiyi və borucuq maddi sübut qismində tanınmış saxlanılması üçün Sumqayıt şəhər Pİ-nin saxlanc anbarına təhvil verilmişdir.(i.v 74) İş materiallarında olan qəbzdədn görünür ki, 1 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmışdır. (i.v.77) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 16.11.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i. v 93) İş materiallarında olan 15 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzər müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 102) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 3988 saylı 17.11.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 103) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 18.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v 107-112) Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyat alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan ½ hissə həb metadon, bir ədəd gümüşü rəngli falqa kəsiyi və borucuq məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünün olduğu bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixdə tutulmuş, 09 oktyabr 2021-ci il tarixdə azad olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixdən 09 oktyabr 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 13-cü mikrorayon ev 28, mənzil 34-ü tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyat alınsın və ona narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış ½ hissə həb narkotik vasitə ola metadon, bir ədəd gümüşü rəngli falqa kəsiyi və borucuq məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntülərin olduğu bir ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-171/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-171/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver