Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-171/2023 16.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 20:40 radələrində Sumqayıt şəhər ərazisi üzrə fəaliyyət göstərən **-AE-*** nömrə dövlət qeydiyyat nişanlı, 30 nömrəli marşrut avtobusuna Sumqayıt şəhəri, mərkəzi bazarın yaxınlığında minmiş, avtobusda ayaq üstə olan sərnişin Zərərçəkmiş şəxs əynində olan şalvarının arxa cibindən, içərisində 274 (iki yüz yetmiş dörd) manat pul olan pulqabısını çıxarmaqla gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 274 (iki yüz yetmiş dörd) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə ilə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. 09 iyul 2022-ci il tarixdə X2 DİN-nin 102 xidmətinə müraciəti və Zərərçəkmiş şəxs Sumqayıt şəhər Pinin 2-ci PB-nə ünvanlandığı ərizə ilə tanış olmuşdur. Rəsmi olaraq heç yerdə işləmir, təxminən 7-8 ildir narkotik maddə istifadə edir, narkotikə olan tələbatını ödəmək üçün xırda oğurluqlar edir və tələbatını qarşılayır. xx.xx.2022-ci il tarixdə təxminən saat 20:52 radələrində Sumqayıt şəhərinə mərkəzi bazarın yanından, 30 nömrəli marşurta minmişdir ki, Kimyaçılar qəsəbəsinə yaşadığı ünvana getsin. Avtobus hələ hərəkətə başlamamışdı. Tanımadığı bir nəfər şəxsin, orta yaşlı kişinin əynində olan şalvarının arxa cibində pul qabı olduğunu görmüş həmin pul qabında pul olduğunu fikirləşmiş və pul qabını gizli götürmək qərarına gəlmişdir. Həmin şəxsin xəbəri olmadan gizlin olaraq şalvarının arxa cibində olan pul qabını götürmüş, sonra avtobusdan yerə düşmüşdür. Yerdə pul qabını açıb içərisinə baxmış, görmüşdür ki, pul qabında metro kartı, su kartı, şəxsiyyət vəsiqəsi, bank kartı və pul vardır. Qabda olan pulu götürüb pul qabını kənara atmış, sonra pulu sayanda görmüşdür ki, 274 (iki yüz yetmiş dörd) manatdır. Oğurluq yolu ilə əldə etdiyi həmin 274 (iki yüz yetmiş dörd) manat pulu öz tələbatı üçün xərcləmişdir. Sonradan polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı, sonradan tanıdığı Zərərçəkmiş şəxs məxsus pul qabını oğurlamağı müəyyən edilib və polis əməkdaşları tərəfindən saxlanılaraq PB-nə gətirilmişdir. Əməlindən peşmandır, ziyanı ödəməyə maddi imkanı olmamışdır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, 2 azyaşlı uşağı vardır. Məhkəmədən göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 5 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Xəzri yaşayış massivində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Məmiyev Məhərrəm onun doğma bacısı oğludur. xx.xx.2022-ci il tarixdə briqadir Zamin müəllim təxminən 20 gün əvvəl Sumqayıt şəhərində gördüyü işin pulunu vermək üçün onu Sumqayıt şəhərinə çağırmışdır. Qeyd olunan tarixdə saat 19 radələrində Sumqayıt şəhərinə mərkəzi bazarın yanma getmişdir. Bazarda Zamin müəllimlə görüşmüş, Zamin müəllim onun və iş yoldaşı İmanın əmək haqqını, 254 manat pulu ona vermişdir. O, aldığı pulu pul qabısına qoymuş, sonra piyada 4-cü məhəllə ərazisində yaşayan bacısının evinə getmişdir. Bacısı evində təxminən 15-20 dəqiqə oturmuş, 1 stəkan çay içib təxminən saat 20:05 radələrində yenidən bazarın yanına, 30 nömrəli marşurtun dayanacağına getmiş, ** AE *** dövlət nömrə nişanlı 30 nömrəli marşurt avtobusuna minib Hacı Zeynalabdin qəsəbəsinə gələn zaman avtobusda çox sərnişin olduğu üçün Kimyaçılar qəsəbəsi ərazisində narahat olub cibində olan pul qabısına baxış keçirmiş və pul qabısının cibində olmadığını aşkar etmişdir. Sonra marşrutdan düşüb yenidən 4-cü məhəllə ərazisində yaşayan bacısı evinə qayıtmış, orada olan zaman "xxxx" ASC-yə aid, 510З- 0714******3256 nömrəli maaş kartından saat 20:50 radələrində 598 (beş yüz doxsan səkkiz) manat pulunun "xxxx" ASCyə məxsus Sumqayıt şəhəri, 1 mkr-n, bina 29/12, "Miss Leyla" geyim mağazasına quraşdırılmış bankomatdan çıxarılmasını aşkar etmişdir. Bu barədə onun mobil telofon nömrəmə sms gəlmişdir. Ona görə bacısı oğlu Məhərrəm bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Pul qabısında özünə məxsus şəxsiyyət vəsiqəsi, "Azərsu” ASC-yə aid su kartı, "Beynəlxalq Bank"-a məxsus veteranlıq kartı, “Kapital Bank" ASC-yə aid, 5103-0714****3256 nömrəli maaş kartı və 274 (iki yüz yetmiş dörd) manat nağd pulu olmuşdur. Oğurlanmış əmlakı qaytarılmamışdır, dəymiş ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin, 2-ci PB-nin əməkiyyat müvəkkili vəzifəsində işləyir. Polis başleytenantıdır. xx.xx.2022-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nin, 2-ci PB-nə ərizə ilə müraciət edərək qeyd olunan tarixdə saat 20:05 radələrində Sumqayıt şəhər ərazasindən, mərkəzi bazarın yanından **-AE-*** dövlət nömrə nişanlı 30 nömrəli marşurut avtobusuna minib Hacı Zeynalabdin qəsəbəsinə gedən zaman Kimyaçılar qəsəbəsi ərazisində təsadüfən cibində olan pul qabısına baxış keçirən zaman pul qabısının cibində olmadığını aşkar etdiyini, daha sonra 4-cü məhəllə ərazisində yaşayan bacısının evinə qayıtdığını, orada olan zaman "xxxx" ASC-yə aid, 5103-0714******3256 nömrəli maaş kartından saat 20:50 dəqiqədə 598 ( beş yüz doxsan səkkiz) manat pulunun "xxxx" ASC-yə məxsus Sumqayıt şəhəri, 1 mkr-n, bina 29/12, “Miss Leyla” geyim mağazasına quraşdırılmış bankomatdan çıxarılmasını aşkar etdiyini, bundan sonra bacısı oğlu Məhərrəm bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat verdiyini, pul qabısının içərisində özünə məxsus şəxsiyyət vəsiqəsinin, su kartının, “Beynəlxalq Bank” məxsus veteranlıq kartının və 310 (üç yüz on) manat nağd pulunun olmasını bildirmişdir. Həmin müraciətlə bağlı və verilmiş tapşırıqla əlaqədar olaraq Sumqayıt şəhər ərazisində işləyən 50-AE- 677 dövlət qeydiyyat nişanlı, 30 nömrəli avtobusu idarə edən şəxsin olduğu yeri müəyyən etdikdən sonra müəyyən olunmuşdur ki, həmin avtobusda kamera vardır. Həmin kameraya baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 20:52 radələrində Sumqayıt şəhəri, mərkəzi bazarın yanında 30 nömrəli avtobus dayanan zaman əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs həmin avtobusa minməsi, təxminən 1-2 dəqiqə sonra şübhəli formada düşməsi müəyyən edilmiş və həmin video görüntü tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs olduğu yer tərəfindən müəyyən edilmiş və dindirilməsindən ötrü polis bölməsinə gətirmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs etiraf etmişdir ki, qeyd olunan tarixdə və vaxtda bir nəfər şəxsin cibindən pul qabı oğurlamış, daha sonra avtobusdan düşmüş, pul qabının içindən 274 nağd pul götürdükdən sonra pul qabını kənar bir yerə atmış, pul qabının içində konkret olaraq hansı sənədlərin və kartların olduğuna fikir vermədiyini, həmçinin pul qabında olan "xxxx" kartından kimin və ya kimlərin pul çıxarmasından məlumatının olmadığını bildirmişdir. İş materiallarında olan “Videogörüntüyə baxış keçirilməsi haqqında” 13 iyun 2022-ci il tarixli protokoldan görünür ki, görüntü 20:00 da başlayır. Görüntünün 20:52 radələrində vət Təqsirləndirilən şəxs avtobusun arxa qapısından düşən və əynində qara şalvar, qara ayaqqabı, ağ köynək olan şəxsin onun özü olduğunu, avtobusdan düşən zaman vət Zərərçəkmiş şəxs şalvarının arxa cibindən pul qabını gizli talayaraq oğurladığını və pul qabına baxış keçirtmək üçün getdiyini qeyd etmişdir. Görüntü saat 21:00 radələrində başa çatır. Videogörüntünün köçürüldüyü CD disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında həmin diskə baxış keçirilmiş və Təqsirləndirilən şəxs oğurluq etməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 13 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” Təqsirləndirilən şəxs barəsində 15 iyul 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, MSY-dən azad edilmişdir. İş materiallarında olan 11 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü Dadaşzadə Məhəmməd Qalib oğlu, xx.xx.2018-ci il təvəllüdlü X6 oğlu adlı 2 azyaşlı uşağı vardır. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yaşadığı ünvanın yaxınlığında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, MSY-dən azad edilmişdir. İş materiallarında olan "xxxx" ASC-NİN 49/673 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən Zərərçəkmiş şəxs istifadəsində olan 510407******3256 nömrəli plastik kart vasitəsilə aparılan əməliyyata dair hesabdan çıxarış və həmin görünütülər təqdim olunmuşdur. Həmin şəxs Təqsirləndirilən şəxs deyildir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurluq hadisəsini törətməsini əks etdirən disk maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 326.2-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan “cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs bank kartından pul çıxarılması faktına görə ayrı cinayət işi ayrılmışdır. İş materiallarında olan 9 nömrəli xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının 19/02 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X3 ağ ciyərlərin infiltrativ vərəmi, dağılma mərhələsi, VMB+, tənəffüz çatmamazlığı xəstəliyi vardır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, axtarış elan edilmişdir. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində tutularaq xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə ilə düzgün tövsif olunmuş, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşaqlarının olması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halı, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun şəxsiyyətini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyrimümkün hesab edir. Ona görə də, ona islah edilməsi üçün azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Bununla yanaşı, cəzanı yüngülləşdirən hallar, onun ailə vəziyyəti nəzərə alınaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsinin sanksiyasının ən aşağı həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi daha məqsədəuyğundur. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 07 fevral 2023-cü il tarixdən hesablanmalı və o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 13 iyul 2022-ci ildən 15 iyul 2022-ci il tarixədək və 08 noyabr 2022-ci il tarixdən 10 noyabr 2022-ci il tarixədək tutularaq saxlandığı dörd gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Maddi sübut-Təqsirləndirilən şəxs oğurluq etməsini əks etdirən və "xxxx" ASC tərəfindən kartdan pul çıxarılmasını əks etdirən görüntülərin olduğu 2 ədəd disk iş materiallarında saxlanmalıdır. İş üzrə mülki idia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 13 iyul 2022-ci ildən 15 iyul 2022-ci il tarixədək və 08 noyabr 2022-ci il tarixdən 10 noyabr 2022-ci il tarixədək tutularaq saxlandığı dörd gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 07 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs oğurluq etməsini əks etdirən və "xxxx" ASC tərəfindən kartdan pul çıxarılmasını əks etdirən görüntülərin olduğu 2 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-171/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-171/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver