Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-171/2025 15.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, müdafiəçi 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 05 avqust 1968-ci ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs hərəkət qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, “BC” kateqoriyalı, AC243964 seriya və nömrəli sürücülük vəsiqəsi, ƏN-İİ № 733260 seriya və nömrəli etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan VAZ-21074 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə 28 iyun 2024-cü il tarixdə, saat 01:40 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon, Heydər Əliyev prospekti ilə Sülh küçəsinin kəsişməsi istiqamətində təxminən 60-70 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri etməli olduğu halda bunları etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almalı olduğu halda heç bir tədbir görməyib hərəkətini davam etdirməklə idarə etdiyi avtomobillə piyada Zərərçəkmiş şəxs vurmuş və nəticədə ehtiyyatsızlıqdan sonuncuya başın küt travması, subdural hematoma, baş-beyinə və beyin kötüyünə qansızma, sağ təpə-gicgah nahiyyəsinin dərialtı hematoması və sıyrığı, sol təpə nahiyyəsinin, sağ dizin ön-iç və bayır səthinin, sağ dirsəyin arxa səthinin, sol dizin ön səthinin, çənənin, burunun, sağ almacıq, sağ əlin arxa səthinin, sol əlin arxa səthinin sıyrıqları, sağ baldırın geniş ölçülü qançırları kimi dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs başın küt travması səbəbindən sağ təpə-gicgah nahiyyəsinin dərialtı hematoması, baş-beyinə və beyin kötüyünə qansızmadan ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Avtomobil idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. VAZ 21074 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etmişdir. Həmin avtomobili təxminən 15 ilə yaxın müddətdir ki, tanımadığı şəxsdən 4300 AZN manata almışdır. Təxminən 15 ilə yaxındır ki, Sumqayıt şəhəri əşya bazarının yaxınlığında yerləşən meyvə-tərəvəz bazarında göyərti satmaqla gündəlik pulunu qazanır. Hər gün gecə saat 01 radələrində evdən çıxıb yarım saat ərzində həmin bazarda olur və saat 10-a kimi işlərini yekunlaşdırıb evinə gedir. 28 iyun 2024-cü il tarixdə, təxminən saat 01:20 radələrində Corat istiqamətində evdən çıxaraq Memarlığın inzibati binasının qarşısındakı yoldan H.Əliyev prospekti istiqamətində hərəkət etməyə başlamış, avtomobili təxminən 60- 70 km/saat sürətlə idarə etmiş, təxminən saat 01:40 radələrində Sumqayıt şəhəri, H.Əliyev prospekti ilə 2-ci mikrorayon ərazisində Sülh küçəsi kəsişməsi istiqamətində hərəkətdə olduğu zaman “ASB” bankın qarşısında hansı istiqamətdən gəldiyini görmədiyi Zərərçəkmiş şəxs avtomobilimin ön radiator barmaqlıqları hissəsi ilə vurmuşdur. Baş vermiş hadisəyə görə özünü itirdiyindən Zərərçəkmiş şəxs vurandan bir neçə metr sonra avtomobili əyləci basaraq saxlamışdır. Bu zaman Zərərçəkmiş şəxs vurduğu yerdən təxminən 10-15 metr aralı məsafəyə düşmüşdür. Ətrafa gələn adamlar Zərərçəkmiş şəxs baxdıqda nəbzinin döyündüyünü demişlər və o, həyəcanlı olduğu üçün həmin tanımadığı şəxslərdən təcili tibbi yardıma məlumat vermələrini xahiş etmişdir. Bir neçə dəqiqə sonra həmin yerə təcili yardım avtomobili və polis əməkdaşları yaxınlaşmışlar və həkimlər Zərərçəkmiş şəxs baxan zaman artıq vəfat etdiyini demişlər. O, polis əməkdaşlarına özünü təqdim edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra onun iştirakı ilə polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Hadisə zamanı avtomobili təxminən 60-70 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt avtomobilində ondan başqa heç kim və yük olmamışdır. Hadisə baş verdiyi anda avtomobili texniki cəhətdən tam saz vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs hadisə baş verməzdən əvvəl görə bilməmiş və ona görə də heç bir tədbir görməmişdir. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələb yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun doğma anasıdır. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 28 iyun 2024-cü il tarixdə işi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasında olduğu zaman ailə üzvləri ona məlumat verərək yol- nəqliyyat hadisəsi nəticəsində anası Zərərçəkmiş şəxs vəfat etdiyini bildirmişlər. O, dərhal Sumqayıt şəhərinə gəlmiş və gəldikdən sonra ona məlum olmuşdur ki, 28 iyun 2024-cü il tarixdə, təxminən saat 01:40 radələrində anası Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, Heydər Əliyev prospektində yolun bir tərəfindən digər tərəfinə keçmək istəyən zaman Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı avtomobillə anasını vurmuş, nəticədə anası aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman orada olmamış, baş vermiş hadisəni görməmiş, bu barədə sonradan eşitmişdir. Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizəsi iş materiallarına əlavə olumuş, bundan əlavə ifadəsində də Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ DYPŞ-nin YPX inspektoru Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixində, təxminən saat 02 radələrində xidməti vəzifəsi ilə əlaqədar Sumqayıt şəhəri ərazisində hərəkətdə olarkən Sumqayıt ŞPİ növbətçi hissəsindən radiostansiya vasitəsi ilə hadisə barədə məlumat daxil olmuş, hadisə yerinə dərhal yaxınlaşmış, hadisəni törədən Təqsirləndirilən şəxs və təhqiqatçının iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və müvafiq protokol tərtib olunmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Sumqayıt ŞPİ DYPŞ-nin YPX inspektoru Şahid1 məhkəməyək araşdırma müddətində istintaqa verdiyi ifadə Şahid2 ifadəsi ilə eyniməzmunlu olmuşdur. Cinayət işinin 93-94-cü vərəqələrində olan 10 noyabr 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 17-ci vərəqəsində olan 01 oktyabr 2018-ci il tarixdə verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük hüququ var, vəsiqənin 01 oktyabr 2028-ci il tarixədək qüvvədə olma müddəti var. Cinayət işinin 16-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Lənkəran RQİB tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AB seriyalı, 401687 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2006-cı il, “VAZ-21074” markalı, **-BN-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X6r. Cinayət işinin 18-ci vərəqəsində olan ƏN-İİ seriyalı 733260 nömrəli etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “VAZ-21074” markalı, **-BN-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinə sərəncam vermək və istifadə etmək səlahiyyəti verilmişdir. Cinayət işinin 21-ci vərəqəsində olan 27 iyun 2024-cü il tarixli, 3322 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 45-51-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X7 xx.xx.2024-cü il tarixli, 77 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın küt travması, subdural hematoma, baş-beyinə və beyin kötüyünə qansızma, sağ təpə-gicgah nahiyyəsinin dərialtı hematoması və sıyrığı, sol təpə nahiyyəsinin, sağ dizin ön-iç və bayır səthinin, sağ dirsəyinin arxa səthinin, sol dizin ön səthinin, sağ almaçıq, çənənin burun, sağ dirsəyin arxa səthinin, sol dizin ön səthinin, sağ almacıq, çənənin burun, sağ əlin arxa səthinin, sol əlin arxa səthinin sıyrıqları, sağ baldırın geniş ölçülü qançırı xəsarətləri aşkar olunur. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, həyatidirlər, törənmə müddəti ölümündən az əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni YNH-si zamanı əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində sağ təpə-gicgah nahiyyəsinin dərialtı hematoması, baş beyinə və beyin kötüyünə qansızma olmuşdur. Cinayət işinin 66-67-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/2768 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21074 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Bundan əlavə sürücü 60 km/saat sürətdən artıq sürətə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 65-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 61-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 İdarəsi tərəfindən 23 avqust 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, anası Əhmədova X4 İntiqam İbiş oğlu tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. Bununla bağlı İ.Mirzayevlə barışmış, şikayəti, tələbi və iddiası yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini etiraf etməklə özünü təqsirli bilməsini, zərərçəkmişin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzalərın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut olan “ASB” bank tərəfindən təqdim edilmiş bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 150 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: a3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-171/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-171/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver