Məhkəmə qərarları › İş №1(060)-172/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-172/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-172/2021 06.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, X2 katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəməsində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1959-cu il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta texniki təhsilli, evdar qadın, əvvəllər məhkumluğu olmayan, Qubadlı rayonunda qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi, məhəllə 3, fərdi həyət evi yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 11:20 radələrində yaşadığı Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi, məhəllə 3, fərdi həyət evində onunla çəpər qonşusu olan Zərərçəkmiş şəxs aralarında çəpər olan dəmir listləri sökdüyünü görərərək irad bildirdikdə aralarında baş vermiş mübahisə zamanı yerdən götürdüyü qum və daşı əlindəki belin üzərinə yığıb Zərərçəkmiş şəxs qəsdən üzərinə ataraq ona sol bazu oynağının oynaqda hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinliyi, qançırı kimi xəsarət yetirirərək sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 12 ildən çox müddətdir ki, Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, fərdi həyət evində oğlu Xeybərin ailəsi ilə birlikdə yaşayır, yaşadıqları həmin torpaq sahəsini təxminən 12 il bundan əvvəl həmin ərazidə yaşayan Səfailin əri Hilaldan almışlar, oğlu Xeybər Hilala 2 sot torpaq sahəsi almaq üçün 850 dollar pul vermişdir, həmin vaxtdan təxminən 5-6 il müddət keçdikdən sonra Hilalın həyat yoldaşı Səfail və oğlu Vaqif həmin evə gəlmişlər, həmin vaxtdan etibarən torpaq söhbətinə görə Səfaillə aralarında mübahisə olmuşdut. 2 sot torpaq sahəsi almalarına baxmayaraq Səfailgillə aralarında hasar olmadığı üçün həmin torpaq sahəsinin 1,5 sot olduğu bildirilmiş və Səfail aralarında olan dəmir borularla yerə basdırılmış və onların arasına qoyulmuş dəmir listləri sökərək 1,5 sot torpaq satdıqlarını demişdir. xx.xx.2020-ci il tarixdə, saat 11:20 radələrində yaşadığı evin pəncərisindən həyətə baxan zaman evlərinin arxa hissəsində Səfailin və oğlu Vaqifin aralarında olan hasarın dəmir listlərini sökdüklərini görmüşdür, Vaqif dəmir listləri söküb çıxıb getmişdir, lakin Səfail dəmir listləri sökməyə davam etmişdyr. Bu zaman pəncərədən baxaraq Səfailə “bizdən əl çək, bizi niyə bezdirirsən, həmin hasar bizim torpaq sahəsidir” demişdir. Səfail onun sözlərinə məhəl qoymayaraq onu nalayiq ifadələrlə təhqir etmişdir. Həyat yoldaşı Məhəmədin mobil nömrəsinə zəng edib bu barədə məlumat vermiş, Məhəmməd ona narahat olmamağı və bu barədə DİN-nin 102 xidmətinə məlumat verəcəyini demişdir. Bundan sonra Səfailin də oradan çıxıb getmişdir. Polis əməkdaşları hasar olan əraziyə gələrək sökülmüş hasara baxmışlar. Zərərçəkmiş şəxs ilə barışmamış, razılığa gələ bilməmişlər. Məhkəmədən ona bəraət verilməsini, vəziyyətinin nəzərə alınmasını xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, təxminən 20 ildən çox müddətdir ki, Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, məhəllə 3 ünvanında fərdi həyət evində yaşayır, təxminən 10 il bundan qabaq həyat yoldaşı Hilal hal-hazırda onlarla çəpər qonşusu olan Xeyvər adlı şəxsə 1 sot torpaq satmışdır, həmin vaxtdan Xeyvərin anası Şükufə və ailə üzvləri həmin torpaq sahəsində ev tikib yaşayırlar, 5 il bundan qabaq anasının səhhəti ilə əlaqədar Gədəbəy rayonuna getmiş, 1 həftə qalıb qayıtdıqdan sonra qonşusu Şükufənin aralarında olan boş sahəyə, yəni onlara aid torpaq sahəsinə dəmir borular basdırdığını görmüşdür, həmin vaxtdan etibarən aralarında bu günədək torpaq üstündə söz-söhbət olur. Şükufə dəmir boruları basdırdıqdan bir müddət sonra dəmir boruların arasını hündür dəmir listlərlə örtmüşdür. Yaşadığı evdə kanalzasiya xətti olmadığından və çirkab suları həmin sahəyə dirəndiyindən aralarında dəfələrlə mübahisə olmuşdur. xx.xx.2020-ci il tarixdə, səhər saat 11:20 radələrində Şükufə ilə aralarında olan çirkab suların axıdılması üçün xəttə görə mübahisə yaranmışdır. Belə ki, həmin gün həmin sahədə çəpərin dəmir listlərini kəlbətinlə sökməyə başlamış, həmin vaxt dəmir listlərin səsinə Şükufə evdən həyətə çıxaraq onu təhqir etməyə başlamış, ondan çəpəri sökməyini dayandırmağı üçün əlində olan bellə yerdən torpaq və daş götürərək dəmir listin üzərindən qəsdən onun üstünə atmışdır. Bu zaman həmin torpaq, daş onun başına və sol qoluna dəymiş, sonradan dəmir listlərin ikisini açıb yerə atan zaman Şükufə ikinci dəfə belin ağzını sağ qoluna vurmuşdur, bundan sonra kürəyi və qolları ağrıdığı üçün evə girmişdir. Axşam oğlu Vaqif evə gələn zaman oğluna Şükufənin onu döyməsi barədə məlumat vermiş, Vaqif də bu barədə DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə müraciət etmişdir. Təqsirləndirilən şəxs sahəsindən kanalizasiya xəttinə qoşulmağa icazə verməsə onunla barışmaq və təqsirləndirilən şəxsi bağışlamaq fikri yoxdur, təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqdim edilmiş Zərərçəkmiş şəxs qızının xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmamışdır. Ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 20 ildən çox müddətdir ki, Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, məhəllə 3 ünvanında fərdi həyət evində yaşayırlar, 10 il bundan qabaq atası Hilal hal-hazırda onlarla çəpər qonşusu olan Xeyvər adlı şəxsə 1 sot torpaq sahəsi satmışdır. Həmin vaxtdan Xeyvərin anası Şükufə və onun ailə üzvləri həmin torpaq sahəsində ev tikib yaşayırlar, təxminən 5 il bundan qabaq qonşuları Xeyvər və anası Şükufənin aralarında olan boş sahəyə, yəni onlara aid torpaq sahəsinə dəmir borular basdırdıqlarını görmüş və buna görə həmin vaxtdan etibarən aralarında bu günədək torpaq üstündə söz-söhbətlər olmuşdur. Şükufə dəmir boruları basdırdıqdan bir müddət sonra dəmir boruların arasını hündür dəmir listlərlə örtmüşdür, yaşadıqları evdə kanalzasiya xətti olmadığından çirkab suları həmin sahəyə dirəndiyindən aralarında dəfələrlə mübahisələr olmuşdur. xx.xx.2020-ci il tarixdə, axşam saat 20:00 radələrində evə gələrkən anası Səfail xx.xx.2020-ci il tarixdə, səhər saatlarında Şükufə ilə aralarında olan çirkab suların axıdılması üçün xəttə görə mübahisə etdiklərini, həmin sahədə çəpərin dəmir listslərini kəlbətinlə sökməyə başladığını, dəmir listlərin səsinə Şükufənin evdən həyətə çıxdığını və onu təhqir etdiyini, Şükufənin çəpəri sökməyini dayandırmağı üçün əlində olan bellə yerdən torpaq və daş götürərək dəmir listin üzərindən üstünə atdığını, həmin torpaq və daşın başına və sol qoluna dəydiyini, sonradan dəmir listlərin ikisini açıb yerə atan zaman ikinci dəfə belin ağzını sağ qoluna vurduğunu demişdir. Anası Səfailin qollarına baxan zaman yuxarı hissəsinin qaralmış vəziyyətdə olduğunu və xəsarət aldığını görmüş, həmin gün gec olduğu üçün xx.xx.2020ci il tarixdə, səhər saatlarında istifadəsində olan mobil nömrə ilə DİN-nin 102 xidmətinə zəng edərək anası Səfailin Şükufə tərəfindən döyülməsi barədə müraciət etmişdir. Bundan 20 dəqiqə sonra Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının evə gələrək anası Səfailin ərizəsini almışlar, hadisədən 3 gün sonra anası Səfaili məhkəmə tibbi ekspertizasına aparmışdır. Hazırda anası ilə Şükufə barışmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu göstərdi ki, təxminən 20 ildən çoxdur Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, məhəllə 3 ünvanında fərdi həyət evində yaşayır, 10 il bundan qabaq hal-hazırda onlarla çəpər qonşusu olan Xeyvər adlı şəxsə 1 sot torpaq sahəsi satmışdır, həmin vaxtdan Xeyvərin anası Şükufə və ailə üzvləri həmin torpaq sahəsində ev tikib yaşayırlar. Təxminən 5 il qabaq qonşuları Xeyvər və anası Şükufənin aralarında olan boş sahəyə, yəni onlara aid torpaq sahəsinə dəmir borularını basdırdığını görmüşlər, həmin vaxtdan etibarən aralarında bu günədək torpaq üstündə söz-söhbət vardır. Şükufə dəmir boruları basdırdıqdan bir müddət sonra dəmir boruların arasını hündür dəmir listlərlə örtmüşdür. Onların yaşadığı evdə kanalzasiya xətti roxdur, çirkab suların həmin sahəyə dirəndiyindən aralarında tez-tez mübahisə olur. xx.xx.2020-ci il tarixdə, saat 11:40 radələrində evdə olarkən həyat yoldaşı Səfail evə girib Şükufə ilə aralarında olan çirkab suların axıdılması üçün xəttə görə mübahisə etdiklərini, həmin sahədə çəpərin dəmir listslərini kəlbətinlə sökməyə başladığını, dəmir listlərin səsinə Şükufənin evdən həyətə çıxdığını, onu təhqir etdiyini, Şükufənin çəpəri sökməyini dayandırmağı üçün əlində olan bellə yerdən torpaq və daş götürərək dəmir listin üzərindən üstünə atdığını, həmin torpaq və daşın başına və sol qoluna dəydiyini, sonradan dəmir listlərin ikisini açıb yerə atan zaman Şükufənin ikinci dəfə belin ağzını sağ qoluna vurduğunu demişdir. Səfailin qollarına baxan zaman qollarının yuxarı hissəsinin qaralmış vəziyyətdə olduğunu və xəsarət aldığını görmüşdür. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 371 saylı rəyindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol bazu oynağının oynaqda hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinliyi, qançırı, sağ bazunun, sağ dirsək oynağının qançırı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, zərərçəkmişin müayinəsindən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. (i.v.11-13) İş üzrə keçirilmiş əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 01/672 əlavə saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol bazu oynağının oynaqda hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinliyi, qançırı, sağ bazunun, sağ dirsək oynağının qançırı. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, zərərçəkmişin müayinəsindən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər, özü tərəfindən özünə yetirilməsi, yıxılarkən əmələ gəlməsi inkar olunur, qərarın təsviri hissəsində göstərilən şəraitdə daşla və bellə vurulma nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sol bazu oynağının oynaqda hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinliyi, qançırı sağlamlığa yüngül zərərvurmaya aiddir, sağ bazunun, sağ dirsək oynağının qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (i.v.43-45) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v.96) İş materiallarında olan Qubadlı Rayon İcra Hakimiyyəti başçısının Qubaflı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10-17/20 saylı, xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 1993-cü ildən məcburi köçkündür. (i.v.95) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.25) Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək zərərçəkmiş şəxsi vurmaması, ona xəsarət yetirməməsi və s. ilə bağlı göstərdiklərinə məhkəmə tənqidi yanaşır və bunu onun özünü müdafiə etmək üçün seçdiyi üsul kimi qiymətləndirir. Çünki onun ona isnad edilən bu əməli törətməsi işin halları, işdəki sübutlarla, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri ilə tam təsdiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Beləliklə, işdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hadisələri təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir və məcburi köçkündür. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir.. Məhkəmə Azərbaycan Respublikası CM-nın 59.1.1 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələri təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və məcburi köçkün olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381 və 384.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin, qazancından dövlət nəfinə 05 (beş) faiz məbləğində pul tutulmaqla 05 (beş) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesab edilsin. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar