Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-172/2022 26.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Məhəmməd oğlunun, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 2-ci mkr, ev 18, mənzil 20-də qeydiyyatda olan, ünvan 3də yaşayan, hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədilə 12.05.2021-ci il tarixdə, gecə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Corat bağ massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçmiş, əvvəlcə həyətdə evin bayır divarı ilə çəkilmiş cəmi dəyəri 300 manat olan 100 metr uzunluğunda 4\2-yə mis kabellərini, evin həyətində dirəklərə bərkidilmiş iki ədəd hər birinin dəyəri 25 manat, cəmi dəyəri 50 manat olan 100 VT Çin istehsalı olan işıqlandırma üçün istifadə edilmiş projektorları, sonra isə nərdivanla evin ikinci mərtəbəsinə qalxaraq, pəncərənin şüşəsini sındırmaqla evə daxil olub, evdən bir ədəd cəmi dəyəri 45 manat olan krosnu aparatını gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 395 (üç yüz doxsan beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2017-ci il tarixdə AR CM-nin 333.4 maddəsi ilə 6 ay müdətinə azadlıqdan məhrum olunmuş və 2018-ci il tarixdə yanvar ayında cəzanı çəkib azadlığa buraxılmışdır. 12.05.2021-ci il tarixdə, saat 22 radələrində Sumqayıt şəhəri, Corat bağlar massivi ərazisində olarkən orada ətrafı hasara alınmış yaşayış olmayan boş köhnə iki mərtəbəli ev görmüş, qərara gəlmişdir ki, içəri daxil olub oğurluq etsin, maddi çətinliyi olduğundan oğurluqdan əldə edəcəyi pulu özünə xərcləsin. Bu məqsədlə həmin həyət evinə yaxınlaşmış, hasardan aşıb həyətə daxil olmuş, evin işığı yanmadığı üçün tam əmin olmuşdur ki, həmin evdə yaşayış yoxdur. Əvvəlcə evin bayır divarı ilə çəkilmiş dəqiq uzunluğunu bilmədiyi elektrik naqilini əli ilə qırmış, eyni zamanda həyətdəki dirəkdə bərkidilmiş iki ədəd projektor lampasını sökmüş, sonra həyətdəki taxta nərdivanı götürüb divara söykəmiş, nərdivanla evin ikinci mərtəbəsinə çıxmış, evin ikinci mərtəbəsinin taxta pəncərənin şüşəsinin kənardan mismarlarını çıxarmış, sonra şüşəni əli ilə götürüb elə pəncərədən evin içinə daxil olmuşdur. İçəridə bir az axtarış apardıqdan sonra krosna aparatını götürüb və sonra isə nərdivanla gəldiyi kimi geri qayıtmış, həyətə düşmüşdür. Bundan sonra oğurladığı əşyaları götürüb həmin gecə Sumqayıt şəhəri, Corat qəsəbəsində Mayis adlı şəxsə hamısını bir yerdə 30 manata satmışdır. Əldə etdiyi pulu öz şəxsi tələbatına xərcləmişdir. Polis əməkdaşlarına etdiyi oğurluq cinayət əməlini tam şəkildə etiraf etmişdir. İlk dəfədir ki, oğurluq hadisəsi törətmiş, oğurluq hadisəsini tək törətmiş, heç kim təklif etməmiş, vasitəçi olmamış, oğurluq etdiyi evin sahibini tanımır, onunla heç bir qərəzi yoxdur. Təsadüfən həmin ünvana oğurluq məqsədilə daxil olmuş, hadisəni törədərkən tək olmuş, etdiyi oğurluq barədə heç kimə bildirməmişdir. Bu oğurluq hadisəsindən başqa oğurluq hadisəsi törətməmişdir. Mayis adlı şəxsi şəxsən tanımır, onun barəsində heç bir məlumatı yoxdur, yalnız adının Mayis olmasını bilir. Oğurluq əşyalarını Corat qəsəbəsində yol kənarında Mayisə öz əşyaları kimi təqdim edib satmışdır. Mayis həmin əşyaların oğurluq olmasını bilməmiş, Mayis bu barədə soruşanda bildirmişdir ki, özünə məxsusdur. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Məhəmməd oğlu bildirdi ki, ünvan 1 ünvanında qeydiyyatdadır, lakin Sumqayıt şəhəri, Corat bağlar massivi nömrəsiz fərdi evdə yaşayır. 10.05.2021-ci il tarixdən 14.05.2021-ci il tarixə qədər olan müddət ərzində naməlum şəxslər hazırda yaşamadığı Sumqayıt şəhəri, Corat bağlar massivi ərazisində yerləşən fərdi evin həyətinə hasardan adlayıb daxil olmuşlar, evin həyətində işıqlandırma üçün istifadə edilmiş ümumi uzunluğu 100 metr olan elektrik kabelini kəsib divardan götürmüşlər, eyni zamanda həyəti işıqlandırmaq üçün istifadə etdiyi iki ədəd hər biri 100 VT olan projektoru yerindən götürmüşlər. Bununla kifayətlənməyib evin otaq pəncərəsinin şüşəsini sındırmışlar, evin içində əşyalarını dağıdıb tökmüşlər, evdə olan bir ədəd krosnı aparatını oğurlamışlar. 2 ədəd projektor küçə işıqlandırmaq üçün nəzərdə tutulmuş 100 VT Çin istehsalı olmuş, özü yanıb sönən, həmin projektorları 2020-ci il tarixdə Sumqayıtda elektrik avadanlıqları satılan dükandan hər birini 50 manata almış, elektrik mis kabellərinin ölçüsü 4\2-yə eyni tarixdə eyni dükandan 100 metrəsinə 175 manata almış, krosnı aparatını isə bir neçə il əvvəl Sumqayıtdan 25 manata almış, lakin dəqiq markasını bilmir. Baş vermiş hadisə nəticəsində ona cəmi 300 manat maddi ziyan dəymişdir. Həmin oğurlanmış əşyalar özünə məxsusdur, maddi ziyan onun özünə dəymişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs Məhəmməd oğlunun 21.04.2022-ci il tarixli ərizəsində də qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. 18.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v 31) 20.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barədə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(i.v 68-70) İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X2 tərtib etdiyi 14.05.2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan göründüyü kimi, vət.Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Corat bağlar masivi nömrəsiz fərdi evində oğurluq hadisəsi baş vermişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir.(i.v 05-07) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏN MEM-nin 19.11.2021ci il tarixli, 9\7982 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 3 adda malların hadisə baş verən tarixə, yəni 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 395 manat müəyyən edilir. Həmin malların ayrı ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir; 100 metr uzunluğunda 4\2-yə mis kabel hər metrəsi 3 manat cəmi dəyəri 300 manat, 2 ədəd hər birinin dəyəri 25 manat cəmi dəyəri 50 manat olan həyəti işıqlandırmaq üçün istifadə edilmiş 100 VT Çin istehsalı olan projektorlar, 1 ədəd dəqiq markası bilinməyən krosnı aparatı.(i.v 50-53) İş üzrə ilkin təhqiqat materialları, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, 14.05.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol, MEM-nin 19.11.2021-ci il tarixli, 9\7982 saylı rəyi sübut növü kimi qiymətləndirilmişdir.(i.v 73-77) İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxsin məhkumluğu yoxdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 12.01.2022-ci il tarixli 1(060)-172/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir.(i.v 124-126) İş materiallarında olan Sumqayıt ŞPİ 1-ci PB-nin 14.02.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 13.02.2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir.(i.v 132) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, o müvafiq olaraq həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 59.1.14 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması və əməlindən peşman olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Beləliklə, Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, o cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər. Ona görə də, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs 18.11.2021-ci il tarixdən 20.11.2021-ci il tarixədək və 13 fevral 2022-ci il tarixdən tarixdən 26 aprel 2022-ci il tarixə qədər həbsdə olduğu 02 ay 15 gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut-100 metr 4/2-yə mis kabellər, 2 ədəd həyəti işıqlandırmaq üçün istifadə edilmiş hər biri 100VT Çin istehsalı olan projektorlar və 1 ədəd dəqiq markası bilinməyən krosnu aparatının Zərərçəkmiş şəxs Məhəmməd oğluna qaytarılması nəzərə alınaraq sahibinə qaytarılmış hesab edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 16 (on altı) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 96 (doxsan altı) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18.11.2021-ci il tarixdən 20.11.2021-ci il tarixədək və 13 fevral 2022-ci il tarixdən 26 aprel 2022-ci il tarixə qədər həbsdə olduğu 02 ay 15 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənə qədər barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut 100 metr 4/2-yə mis kabellər, 2 ədəd həyəti işıqlandırmaq üçün istifadə edilmiş hər biri 100VT Çin istehsalı olan projektorlar və 1 ədəd dəqiq markası bilinməyən krosnu aparatının Zərərçəkmiş şəxs Məhəmməd oğluna qaytarılması nəzərə alınaraq sahibinə qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 96 (doxsan altı) manat pul Müdafiəçi vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun nəfinə köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №1(060)-172/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-172/2022
26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver