Məhkəmə qərarları › İş №1(060)-172/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-172/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-172/2023 16.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zəərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Xaşmaz rayonu, Arzu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində yaşadığı ünvan 1 ünvanında, evin yataq otağında aralarında 17 yaş fərq olan, 16 yaşına çatmadığını bildiyi xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə onun könüllü razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuş, bundan sonra cinsi ehtirasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 1 ünvanında, evin yataq otağında aralarında 17 yaş fərq olan, 16 yaşına çatmadığını bildiyi xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə sonuncunun könüllü razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq ona qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə qohumdurlar. Ayşin xalası qızı Şahid1 qızıdır. Onlarla qohumluq münasibətləri həmişə yaxşı olmuş, bir-birinin evinə gedib gəlmişlər. Dəfələrlə Ayşinin ad günlərində iştirak edib onu təbrik etmişdir. 2021-ci ildə Ayşin və anası Elvina onların evinə qonaq gəlmişlər və həmin vaxt yeni ili qeyd edərkən Ayşindən ailə qurmaq məqsədi ilə xoşu gəldiyi üçün Ayşinin anası Elvina ilə söhbət açaraq ona bildirmişdir ki, Ayşinlə evlənmək istəyir. Elvina ona “Ayşinin yaşı azdır, tamam olsun gəl apar evlən” demişdir. Həmin vaxtlarda Ayşinlə qohum kimi münasibəti olmuş, Ayşin anası ilə ararında olan söhbəti bildikdən sonra onu bəyənmiş və 2022-ci ilin yanvar ayından artıq Ayşinlə telefonda danışmağa başlamışlar. Bəzən Ayşin onun yaşadığı evə gəlib-getmiş, gecəni də qalmış, artıq ətraflarında olan insanlar, qohumlar tanışlar da onların sözlü olduğunu bilmişlər. 2022-ci ilin avqust ayının ortalarında Ayşin onların evində qonaq kimi qalmışdır. Təxminən xx.xx.2022-ci il tarixdə öz evlərində Ayşin ilə tək olmuş, təxminən saat 22 radələrində, söhbət zamanı evlənməkdən söz düşmüş və ona tezliklə evlənmək istədiyini dedikdə o, da tez vaxtda ailə qurmaq istədiyini bildirmişdir. Belə olduqda həmin vaxt aralarında yaxınlıq olmuş və yaşadığı evdə öz yataq otağına keçmişlər. Həmin gün ilk dəfə öz istəyi ilə Ayşin ilə təbii yolla cinsi əlaqədə olmuşlar. Həmin gecə yenə də Ayşin onların evində qalmışdır. Təxminən üç dörd gün sonra yenə də Ayşin onların evinə gəlmiş, yenə də tək olmuşlar və həmin gün də onunla cinsi əlaqədə olmuşdur. Bundan bir neçə gün sonra yəni xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində Ayşingilə getmiş və onun həmin gün imtahanı olmuşdur. Evlərində olduqları zaman anası Elvina ilə Ayşinin arasında mübahisə olmuşdur. Anası Ayşinə acıqlanmışdır. Sonra o Ayşin ilə birlikdə evdən çıxıb Ayşinin oxuduğu məktəbə getmişlər. Ayşin imtahana girmiş, o çöldə gözləmişdir. İmtahandan çıxdıqdan sonra Ayşin evə getmək istəmədiyini demiş və Ayşinlə birlikdə öz yaşadığı evə gəlmişlər. Həmin gün bir dəfə də yataq otağında aralarında cinsi əlaqə olmuşdur. Sonradan həmin gün Ayşin bir daha evlərinə qayıtmaq istəmədiyini demiş və ona etiraz etməmişdir. Həmin gün qərarlaşdırmışlar ki, evlənsinlər. Axşam Nəsimi rayon polis idarəsindən zəng gəldiyi zaman Ayşinin anası Elvinanın DİN-nin 102 ximətinə müraciət etdiyini bilmiş, Ayşini polis bölməsinə aparmışdır. Zərərçəkmiş şəxs ilə ilk dəfə xx.xx.2022-ci il tarixdə öz yaşadığı Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən evlərində təbii yolla cinsi əlaqədə olmuş, 1 dəfə də qeyri təbii yolla cinsi əlaqədə olmuş, başqa ona qarşı heç bir əxlaqsız hərəkət etməmişdir. Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaqda məqsədi Ayşinin həmişəlik onun yanında qalması və onunla evlənmək istəməsi olmuşdur. Zərərçəkmiş şəxs 2007-ci il təvəllüdlü olduğunu bilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin və onun valideyinlərinin ona qarşı heç bir şikayət və tələbi olmadığını, gələcəkdə Zərərçəkmiş şəxs ilə ailə həyatı quracağını və bunun üçün artıq valideyinləri arasında razılıq olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvü Nümayəndə iştirakı ilə ifadəsində göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, 159 nömrəli tam orta məktəbin, 9-cu sinif şagirdidir, anası Elvina ilə birlikdə yaşayır. Ana ilə münasibətləri normaldır. Təxminən iki il əvvəl qohumu Təqsirləndirilən şəxs bəyənmiş və bir birilərini sevməyə başlamışlar. Elman onun ad gününə telefon almışdır, həmin ərəfələrdə mobil telefonla qohum kimi telefonda danışmışlar. 2021-ci ilin sentyabr ayında Elmanla münasibətləri daha da yaxınlaşmış və sevgi münasibətinə çevrilmişdir. Artıq onunla vaxtaşırı telefonla danışıb, görüşürmüş, lakin, aralarında başqa hər hansısa yaxınlıq olmamışdır. 2022-ci ilin təxminən iyun-iyul ayları, Elmanın anası xəstə olduğundan Elmana ev işlərində köməklik etmək üçün evlərinə getmiş və anasının evdə olmadığını görüb Elmandan anasının harada olduğunu soruşduqda o, qonaq getdiyini demiş və o, həmişə olduğu kimi qonaq kimi onların evinə daxil olmuşdur. Onunla aralarında xoş söhbətlər olmuş və bir-birlərinə yaxınlaşmış və həmin gün, tarixi dəqiq xatırlamadığı vaxtda, saat təxminən 21-22 radələrində Elmanın yaşadığı Sumqayıt, şəhəri, 11-ci mikrarayonda yerləşən evlərində, onun öz otağında ilk dəfə təbii yolla cinsi əlaqədə olmuşlar və bakirəliyi həmin gün pozulmuşdur. Həmin gecə onların evində qalmış, ondan iki gün sonra Elmanın anası da evlərinə geri qayıtmışdır. xx.xx.2022-ci il trixdə Elman onun yaşadığı ünvana gəlmiş və o, məktəbə getməli olduğuna görə Elman ilə birlikdə oxuduğu məktəbə getmişlər. Elmandan onu gözləməsini xahiş etmişdir. Elman məktəbin qarşısında onu gözləmiş və imtahandan çıxdığı zaman Elmandan onu evlərinə aparmağını xahiş etmiş, evlərinə onunla ailə qurmaq məqsədi ilə getmişdir. Həmin vaxt polis ona zəng edərək, anasının şikayət etdiyini demiş və bir qədər sonra anasının şikayətini geri götürdüyünü bildirdiyi üçün birlikdə Nəsimi RPİ-nə gedərək, orada izahat vermişlər. Öz istəyi ilə Elmanla cinsi əlaqədə olmuş, Təqsirləndirilən şəxs ilə ilk dəfə yuxarıda qeyd etdiyi vaxtda onun yaşadığı evdə təbii yolla cinsi əlaqədə olmuş, ondan sonra da onun yaşadığı evdə bir neçə dəfə təbii yolla cinsi əlaqədə olmuşlar. Elman ilə cinsi əlaqədə olmağı barədə kiməsə məlumat verməmişdir. Təqsirləndirilən şəxs ilə həm təbii yolla həm də qeyri təbii yolla cinsi əlaqədə olmuşdur, ilkin olaraq izahatında qeyri-təbii yolla cinsi əlaqədə olmadıqlarını qeyd etməsinə səbəb utanmağı olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirərək sonuncunun barəsində cəza təyin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxs anasıdır və eyni ünvanda yaşayırlar. Qızı ilə münasibətləri həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxsla qohumdurlar. Bir birilərinə get gəlləri olubdur. Yaxşı münasibətləri Qızı Nəsimi rayonu ərazisində yerləşən 159 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir. xx.xx.2022-ci il tarixdə qızı öz məktəblərində olan payız imtahanına getmək üçün evdən çıxmışdır. Saat 12 radələrində yuxudan oyanmış və saata baxıb gec olduğunu, qızının imtahandan geri qayıtmadığını görmüş və buna görə də öz mobil telefonunu götürüb qızına zəng etmiş və telefonu bağlı olmuş və qızın qohumu Elman ilə münasibət qurduğuna görə Elmana zəng etmək istədikdə Elman ona mesaj yazdığını və telefonuna baxmağını demişdir. Telefonunun internetini açaraq baxdığı zaman Elmanın Ayşinin onunla birlikdə olduğunu və buna görə də axtarmamağını, bir daha geri qayıtmayacağını yazdığını görmüş və DİNnin 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Sonradan polis əməkdaşları onların yerini müəyyən etmişlər, qızı evlərinə geri qayıtmışdır. Qızı Ayşin onunla birlikdə yaşayır. Qızının Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olması Nəsimi RPİ-də araşdırma aparıldığı zaman ona məlum olmuş, əvvəllər bununla bağlı məlumatı olmamışdır. Hazırda nə onun, nə də qızı Ayşinin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Belə ki, onlar valideyin olaraq razılaşmışlar ki, Ayşinin yaşının tamam olmasını gözləyib Elman ilə ailə qursunlar. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs anasıdır və onlar eyni ünvanda yaşamışlar. Ayşın Kərimli bacısı qızı Elvınanın qızıdır. Qohum kimi onlarla münasibətləri həmişə yaxşı olmuşdur. X3 Kərimli ilə münasibət qurduğunu bilmişdir və onlar bir-birini sevirlər. Lakin, o və Ayşinin anası Elvina da onlara izah etmişdirlər ki, Ayşinin yaşı azdır və onların hələ ki, ailə qurmağı mümkün deyildir. Elmanla Ayşin onları başa düşmüşdülər və Ayşinin yaşının tamam olmağını gözləmişdilər. Onlar bir- biri ilə telefonda danışırdılar və biz bir-bırılərinın evinə gedib gəlirdilər. Ayşin qonaq kimi onların evlərinə gəlib-getmiş, onların evlərində də qalmışdır. Belə ki, onun yaşadığı ev onların baba evidir və Ayşinin də baba evi sayılır. Təxminən sentyabr ayının əvvəlləri bacısı qizı Elvina ona zəng edərək, Elmanın Ayşini qaçıraraq öz evlərinə apardığını bildirmişdir. O, həmin vaxt Bakı şəhərində kirayə yaşadığı evdə olmuşdur. O, Elvina ilə görüşmüş, Elvina olanlar barədə ona danışmışdır. Onun Elman ilə Ayşinin cinsi əlaqədə olması barədə məlumatı olmamış, bu barədə ona istintaq vaxtı Elvina danışmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 763 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan verir. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2570 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı psixi (ruhi) xəstəlik əlamətləri aşkar olumur, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində düzgün ifadə vermək iqtidarına malikdir. O, öz hərəkətlərini dərk etmək və onlara cavab vermək iqtidarına malikdir. Məhkəməpsixoloji ekspertizası uzrə yekun hissə: Zərərçəkmiş şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğun olmaqla norma daxilindədir. Onda xasiyyətin isterik tipli cizgiləri müəyyən edilir. İnadkarlıq, emosionallıq, çılğınlıq, tez qərar vermək, sərbəstliyə və müstəqilliyə can atmaq, nümayişkaranəlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində göstərilənb hadisə zamanı emasional halından asılı olaraq öz hərəkətlərini və ona qarşı edilən hərəkətləri tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs psixi-emosional vəziyyətində qərarın təsviri hissəsində göstərilən hadisə zamanı hər hansı dəyişiklik yaranmamış, hadisə zamanı affekl halında olmamışdır. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş Zərərçəkmiş şəxs və anası Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə qohum olduqlarını, Elmanla Ayşinin bir-birilərini sevdiklərini, hal-hazırda nişanlı olduqlarını, Elmanın onların günahlarından həbs olunmasını hesab etdiklərinə görə Elmanın həbsdə olmasına görə mənəvi istirab çəkdiklərini, Ayşinin telefonuna zəng çatmadığı üçün anasının polisə zəng etdiyini, sonradan şikayətinin olmaması barədə ərizə verdiyini, Ayşinin Elmanla yaxınlıq münasibətlərinin könüllü şəkildə, bir növ öz israrı ilə baş verdiyini, Elman qarşı heç bir şikayət və tələblərinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişlər. Ərizədə həmçinin Ayşinin Elmanla nişanlı olduğu, həddi büluğa çatan kimi ailə həyatı quracaqları, valideyinlərin, bütün qohumların onları nişanlı kimi tanıdıqları, Elmanın həbsdə saxlanılmasına heç bir zərurətin olmadığına görə Təqsirləndirilən şəxs həbsdən azad edilməsini xahiş etmişlər. İşdə olan şəxsiyyət vəsiqəsinə dair məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2007-ci il təvəllüdlüdür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşiman olmaqla, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və ya tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən), görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul olunanadək uzadılmış və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 22 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə məhkəmə qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1806 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün (cinayət işi ilə tanış olma vaxtı) 05 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 22 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar