Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-173/2021 11.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Nəbiyev Tural Hüseyn oğlunun, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A, mənzil 51-də qeydiyyatda olan, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, fərdi evdə yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 28 oktyabr 2020-ci il tarixdə saat 07:20 radələrində Sumqayıt şəhəri, Lermontov küçəsində Zərərçəkmiş şəxs ilə tanışı X1 arasında olan münasibəti aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxs idarə etdiyi “İsuzu” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtobusu saxlatmaq istəmiş, Zərərçəkmiş şəxs avtobusu saxlamadığından, aralarında yaranmış mübahisə zamanı onun sifət nahiyəsindən bir neçə dəfə yumruqla vuraraq ona “burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerini dəyişməyən sınığı, sol gözətrafının qançırı” kimi xəsarətlər yetirib zərərçəkmişin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Azsamand” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə ilə onun istifadəsində olduğunu, Anur adlı şəxsi tanıdığını, Anurun “İsuzu” markalı ** CH *** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusun sürücüsü olduğunu, Anurun həmin mikroavtobusla özəl müəssisəyə sərnişin daşıma ilə məşğul olduğunu, onun təxminən 5 ildir ki, X1 ilə yaxın münasibəti olduğunu, Gülnazın həmin müəssisədə işlədiyini, Anurun digər işçilər kimi Gülnazı evindən iş yerinə, eləcə də iş yerindən evinə apardığını, 7-8 ay bundan əvvəl Anurla onun arasında problemlər yaranmış, 7-8 ay əvvəl Anurun Gülnazı narahat ediyini öyrəndiyini, bununla bağlı, bir neçə dəfə Anura Gülnazı narahat etməməsini bildirmiş, buna baxmayaraq Anur yenə də Gülnazın mobil telefonuan zəng vurub onu narahat etdiyini, oktyabr ayının 27.10.2020-ci il tarixdə o, idarə etdiyi avtomobillə Sülh küçəsi ilə 9-cu mikrorayon tərəfinə Gülnazı qarşılamaq üçün getdiyini, Sumqayıt şəhəri, Sülh küçəsi ilə Koroğlu prospektinin kəsişməsində Anurun idarə etdiyi “İsuzu” markalı ** CH *** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusla rastlaşmış, Anur ona yol verməyib süni maneə yaratmış, Anura fikr verməyib yoluna davam etmiş, ertəsi gün o, qərara almışdır ki, Anurla görüşüb nə üçün belə etdiyini soruşsun, Anurun hər gün səhər saat 7-də Koroğlu prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində dayanacaqdan sərnişin götürdüyünü bildiyindən bu məqsədlə o, avtomobili ilə həmin yerə getmiş, avtomobili saxlayıb aşağı düşmüş, Anurun idarə etdiyi mikroavtobusla ora gəldiyini görmüş, avtobusa yaxınlaşıb içərisinə baxıb, içəridə bir neçə qadın sərnişinin olduğunu görüb qadın sərnişinlərin yanında Anurla söhbət etməsini istəməmiş,bu səbəbdən də Anura əl ilə işarə edib avtobusdan aşağı düşməsini demiş, Anur ona məhəl qoymadan mikroavtobusu idarə etməyə başlamış,o, da avtomobilinə əyləşib Anurun arxasınca avtomobilini idarə etməyə başlamışdır. Yol ilə gedərkən o, bir neçə dəfə avtomobilinin işıqlarını yandırıb söndürərək ona mikroavtobusu saxlamasını işarə etmiş, Anur mikroavtobusla Koroğlu prospekti ilə üzü Sülh küçəsi istiqamətində hərəkətini davam etdirmiş, Lermantov küçəsi ilə kəsişmədə Anur sağa dönüb Bakı küçəsi istiqamətində hərəkətini davam etdirərkən o, tez Anuru ötüb təxminən 10 metr irəlidə avtomobili saxlamış,lakin Anur mikroavtobusu dayandırmadan avtomobilin üzərinə sürmüş, ona görə də o, tez avtomobilini 10 metr də qarşıya hərəkət etdirib dayanmış, Anur yenə də sürətini azaltmamış və idarə etdiyi mikroavtobusla ona məxsus avtomobilin arxa hissəsi ilə toqquşmuş, avtomobildən aşağı düşüb mikroavtobusun qabaq qapısına yaxınlaşmış,. Anura qışqıraraq “sən nə edirsən” demiş, Anur ayağa durub avtobusun içərisindən onu ucadan nalayiq söyüşlərlə söymüş, o da cavabında Anuru ucadan nalayiq söyüşlərlə söymüş, mikroavtobusda olan 3 nəfər qadın tez aşağı düşüb qapının pilləkənin önündə onu sakitləşdirmək istəmiş, bu zaman Anur avtobusun içərisindən pilləkənin üzərindən onun burun nahiyyəsinə bir dəfə yumruqla zərbə vurmuş,o, yerə yıxılmış sonra ayağa qalxıb Anurun sifət nahiyyəsindən bir neçə dəfə yumruqla zərbə vurmuşdur. Sonra mikroavtobusda olan qadınlar onları ayırmışlar. Az sonra hadisə yerinə yol polis əməkdaşları gəlmişlər. Hazırda zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsla barışdığını və bu səbəbdən də barəsindəki cinayət təqibinə xitam verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, “İveco” markalı, ** CH *** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobus etibarnamə ilə onun istifadəsində olduğunu, həmin avtobusla “xxxx” MMC-nin işçilərini daşımaqla məşğul olduğunu, Təqsirləndirilən şəxs təxminən 7-8 aydır ki, tanıdığını, Kamran “xxxxin” işçisi kimi tanıdığı Gülnaz adlı qadının tanışı olduğunu, 7-8 ay əvvəldən Kamran hər dəfə Gülnazla aralarında problem yarandıqdan sonra idarə etdiyi mikroavtobusun arxası ilə sürmüş, avtobusu saxlatdırmağa çalışmış, ona və bütün sərnişinlərə narahatçılıq yaratmış, dəfələrlə Kamrana Gülnazla problemi olduğu təqdirdə bunu kənarda həll etməsini, onu və sərnişinləri narahat etməməsini dediyini, buna baxmayaraq Kamranın hər gün səhər saat 07 radələrində Koroğlu prospekti ilə Ü.Hacıbəyov küçələrinin kəsişməsinə gələrək Gülnazı izləyib, araları dəydikdə isə avtobusu saxlatdırıb Gülnazı düşməyə məcbur etdiyini, 28.10.2020-ci il tarixdə saat 07 radələrində o, Gülnazı“Səməd” marketin qarşısındakı dayanacaqdan götürdüyünü, sonra isə 17-ci mikrorayondan bir işçini götürüb yenidən Koroğlu prospekti ilə Ü.Hacibəyov küçəsinin kəsişməsindəki dayanacağa qayıtdığını, təxminən 07 radələrində Kamran avtomobildən düşüb avtobusa tərəf yaxınlaşmış, Kamran avtobusa baxdıqda Gülnazın orada olduğunu görmüş, avtobusu hərəkətə gətirib Koroğlu prospekti ilə Sabir küçəsinin kəsişməsində Kamran avtobusun sağ kənarına keçib avtomobili ilə ona süni maneə yaratmış, o, dayanmadan yoluna davam etmiş, Lermantov küçəsində Kamran qəfildən idarə etdiyi avtomobillə avtobusu ötüb qarşısına keçib əyləcə sıxmış, nəticədə avtobusun ön hissəsi ilə Kamrana məxsus avtomobilin arxa hissəsi ilə toqquşmuş, Kamran avtomobildən düşüb avtobusun sağ sərnişin qapısına yaxınlaşmış, qapını açmış, Gülnaz Kamranın qarşısını almaq üçün tez aşağı düşmüş, o da avtobusdan aşağı düşmüşdür Kamran onun üstünə hücum etmiş, bu zaman o, Kamranın sifət nahiyyəsindən bir yumruq zərbəsi vurmuş, Kamran da onun sifətinə və başına bir neçə dəfə yumruqla zərbə vurmuş, avtobusda olan Süsən, Əhliqəvə Gülnaz adlı qadınlar avtobusdan düşüb onları ayırmışlar. O, DİN-nin 102 xidmətinə zəng vurub dava dalaş barəsində deyil yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat vermişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə yol polisi əməkdaşları gəlmişlər. Həmçinin Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxslə barışdığını bildirərək sonuncunun barəsindəki iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş X1 ifadəsində “xxxx” MMC-də fəhlə işlədiyini, Zərərçəkmiş şəxs şirkətin sürücüsü olduğunu, Anurun hər gün onu və“xxxx” MMC-nin digər işçilərini “İveco” markalı, ** CH *** dövlət qeydiyyat nömrə nişanlı avtobusla işə aparıb gətirdiyini, Təqsirləndirilən şəxsla təxminən 5 il yaxın münasibətdə olduğunu, bir ilə yaxındır ki, Kamranla aralarında olan münasibətlərin pozulduğunu, Kamranla aralarında olan münasibətlərə son qoymaq istəsə də Kamranın onu rahat buraxmadığını, Zərərçəkmiş şəxs hər gün onu və“xxxx” MMC-nin digər işçilərini Sumqayıt şəhəri Koroğlu prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsindən və şəhərin digər yerlərindən götürüb işə apardığını, Kamranla arada münasibətləri pisləşən zamanlarda o, Anurun idarə etdiyi avtobusu saxlatdırıb, onu avtobusdan düşməyə məcbur etdiyini, avtobusdan düşmədiyi halda avtobusun arxası ilə sürərək onu, sürücü və sərnişinləri narahat etdiyini, bununla bağlı avtobusun sürücüsü Anur ilə Kamran arasında bir neçə dəfə münaqişə yarandığını, Anur onu və sərnişinləri narahat etdiyi üçün Kamrana öz iradını bildirdiyini, 28.10.2020-ci il tarixdə saat 07 radələrində Anur istifadəsində olan avtobusla onu “Səməd” marketin qarşısındakı dayanacaqdan götürdüyünü, sonra isə 17-ci mikrorayondan Süsən adlı işçini götürüb yenidən Koroğlu prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsindəki dayanacağa qayıdıb Əhliqə adlı işçini götürmüş, həmin vaxtı avtobusun pəncərəsindən Kamran avtobusa yaxınlaşıb əl işarəsi ilə ona avtobusdan düşməsini işarə etdiyini görmüş, Lakin o, Kamrana məhəl qoymamış, Kamran onun mobil nömrəsinə zəng edib ona avtobusdan düşməsini demiş, Anur avtobusu hərəkətə gətirib yoluna başlamış, Kamran da tez avtomobilinə əyləşib avtobusun arxası ilə sürməyə başlamış, Lermantov küçəsində Kamran qəsdən avtomobili Anurun idarə etdiyi avtobusun qarşısına verib saxlamış, Anur avtobusu saxlaya bilməyib Kamranın idarə etdiyi avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Kamran avtomobildən düşüb avtobusun qapısına hücum çəkmiş, ayağa durub qapıya yaxınlaşmış, Anur da ayağa qalxıb onun arxası ilə gəlmiş, avtobusdan aşağı düşmüş, Anur da aşağı düşmüş, Anur Kamranı sakitləşdirmək istəsə də Kamran Anurun üzərinə hücum çəkmiş, Anur Kamranın sifət nahiyyəsindən bir dəfə yumruqla zərbə vurmuş, Kamran da Anurun sifət nahiyəsinə bir neçə dəfə yumruqla vurmuş, bu zaman avtobusda olan Süsən və Əhliqə də avtobusdan düşüb Kamran və Anuru ayırmağa başlamışlar, bir neçə dəqiqədən sonra hadisə yerinə yol patrul xidməti əməkdaşları gəlmişlər. Cinayət işinin materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 30.10.2020-ci il tarixli, 1355 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər vardır: burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerini dəyişməyən sınığı, sol gözətrafının qançırı.Qeyd olunan xəsartlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin 2-3 gün əvvəl olmaqla 28.10.2020-ci il tarixdə olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 01.12.2020-ci il tarixli 3500 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur.Təqsirləndirilən şəxs şəhər poliklinikasının psixiatrik kabinetində ambulator və dispanser qeydiyyatda yoxdur. DİN BƏSİİ tərəfindən verilmiş 01.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Hafiz oğlunun məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan 02.01.2021-ci il tarixli süböutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 221-ci maddəsinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Hafiz oğlu 05.01.2021-ci il tarixində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün işin halları ilə bağlı ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspert rəyi və digər sübutlarla tam sübuta yetirilir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 19 fevral 2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş maddi ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və barəsində cinayət təqbi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuşəməli (əməlləri) törətmişşəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan RespublikasıCinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir) Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən Məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli (iş № 1(060)-173/2021) qərarını icra edərək, 21 yanvar 2021-ci il tarixli orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsiləödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 saylı Vəkil Bürosunun Kapitalbank ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıCinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-173/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-173/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver