Məhkəmə qərarları › İş №1(060)-173/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-173/2022

09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-173/2022 09.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs1 Gürşad oğlunun və qanuni nümayəndəsi Qanuni nümayəndə1, Zərərçəkmiş şəxs2 və qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1975-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 və 152.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə axşam saat 16-17 radələrində yaşadığı ünvan 3 ünvanında öz cinsi həvəsini təmin etmək niyyəti ilə aşkar sürətdə 14 yaşına çatmamış xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 əynindəki şalvarını və alt paltarını çıxarıb cinsiyyət orqanını ağzına alaraq on dörd yaşma çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətləri etmişdir. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə axşam saat 16-17 radələrində yaşadığı ünvan 3 ünvanında öz cinsi həvəsini təmin etmək niyyəti ilə xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 Gürşad oğlunun əynindəki şalvarını və alt paltarını çıxarıb cinsiyyət orqanını ağzına alaraq on altı yaşma çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətləri etmişdir. Bundan başqa, o xx.xx.2021-ci il tarixdə axşam saat 22:00 radələrində yaşadığı ünvan 3 ünvanında öz cinsi həvəsini təmin etmək niyyəti ilə xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 Gürşad oğlunun əynindəki şalvarını və alt paltarını çıxarıb cinsiyyət orqanlarını ağzına alaraq on altı yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1 və 152.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1 və 152.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 03 (üç) il qabaq dəniz qırağında obyekt işlətdiyini, bir tanışı vasitəsilə İlhamı tanıdığını, İlhamın arada 2-3 gündən bir onun yanına gələrək ondan bir-iki manat pul aldığını bildirdi. İttiham aktında həmin hadisənin xx.xx.2021-ci il tarixdə saat 16- 17 radələrində olduğu yazılmışdır. Lakin həmin gün o dostu ilə kafedə olmuş, evə gəldikdən sonra isə axşam saat 22:00 radələrində qapı döyülmış, İlham və Rafiq onun evinə gəlmişlər və onlara yemək verməyini demişlər. O soyuducunu açaraq oradan yemək çıxarıb onlara vermiş, bu zaman qapı döyülmüş, qapını açan zaman bir qadın gəlmiş, evə daxil olaraq səs-küy salmışdır. Sonradan onu Polis İdarəsinə aparmışlar, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilmiş, şantaj olunmuş və o da məcbur olub hər şeyi etiraf etmişdir. Ona görə də, barəsindən bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1 və 152.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, İlham adlı azyaşlını bir neçə ay olar ki, tanıyır və onunla o Elvin adlı şəxs vasitəsi ilə tanış olmuş, ona yaxşı münasibət bəsləmiş və bu səbəbdən də İlhamı bir neçə dəfə yaşadığı ünvan 3 ünvanına dəvət etmişdir. Ona evdə bir neçə dəfə yemək təklif etmiş və birlikdə yemək yemişdir. Həmin ərəfələrdə ona qeyri təbii yola cinsi əlaqədə olmağı, yəni onun cinsiyyət orqanını ağzına alaraq onun və özünün cinsi şəhvətini yatırmağı təklif etmişdir. O, ilkin öncə razılaşmasa da sonradan onunla razılaşmış, ilk dəfə onunla bir neçə ay əvvəl yaşadığı evdə ona şalvarını çıxarmasını xahiş etmiş, o şalvarını çıxartmış, onu stolun üstünə otuzdurub onun cinsi orqanını öpməyə başlamış, İlhamın həzz alması onun xoşuna gəlmiş, nəticədə İlham şəhvətini başa çatdırmış, o şalvarını geyinmiş və evdən çıxıb getmişdir. Bu minvalla o İlhamla bir neçə dəfə, yəni 3-4 dəfə qeyri təbii yolla cinsi əlaqədə olmuşlar. xx.xx.2021-ci il tarixdə saat 16-17 radələrində İlham ona zəng edərək tanışı Rafiqlə onun yanına gəlmişlər. Bir az söhbət edib yemək yedikdən sonra ilk əvvəl Rafiqlə otağa keçmiş və ona şalvarını çıxarmasını təklif etmiş, o, şalvarını çıxararaq stolun üstündə oturmuş, onun cinsi orqanını öpməyə başlamış və Rafiqin həzz alması onun xoşuna gəlmişdir. Onun cinsi orqanını öpməyin nəticəsində şəhvətini başa çatdırmış və o şalvarını geyinib otaqdan çıxmışdır. Sonra İlham otağa daxil olmuş, şalvarını çıxararaq stolda əyləşmiş, onun cinsi orqanını öpməyə başlamış və o, şəhvətini başa çatdırıb çıxıb getmişdir. Buna görə o İlhama 05 (beş) manat pul da vermişdir. Həmin günü saat 22:00 radələrində İlham yenidən ona zəng edərək yanına gəlməyi bildirmiş və o, bu dəfə tanışı olan Yusif və Telmanla gəlmiş, onlar dördü birlikdə çörək yedikdən sonra İlhamla otaqa keçmiş, ona şalvarını çıxarmasını təklif etmiş, o, şalvarını çıxararaq stolun üstündə oturmuş, onun cinsi orqanını öpməyə başlamış və İlhamın həzz alması onun xoşuna gəlmişdir. Onun cinsi orqanını öpməyi nəticəsində şəhvətini başa çatdırmış, o şalvarını geyinib otaqdan çıxmaq istədikdə Rafiq anası Nurəngizlə birlikdə otağa daxil olmuş və nə iş gördüklərini soruşduqda ona heç bir cavab verə bilməmişdir. Bundan sonra o, səs-küy salmış və qonşular evin qapısına yığışmağa başlamışlar. Bundan sonra polis əməkdaşları gəlib onu Polis Bölməsinə dəvət etmişlər. İlhamı bir neçə ay olar ki, tanımış, onunla təqribən 04 (dörd) dəfə yaşadığı evdə qeyd etdiyi formada qeyri təbii yolla cinsi əlaqədə olmuş, xx.xx.2021-ci il tarixdə saat 16-17 radələrində yaşadığı evdə İlhamla və Rafiqlə qeyri təbii yolla və həmin günü saat 22 radələrində İlhamla qeyri təbii yolla cinsi əlaqədə olmuş, lakin Yusif və Telmanla aralarında heç nə baş verməmiş, onlara qarşı zor tətbiq etməmiş, təcavüz etməmiş, İlhamın və Rafiqin azyaşlı olduğunu bilmiş, lakin onlara qarşı heç bir pis niyyəti olmamışdır. Uşaqların həzz alması onun xoşuna gəldiyi üçün onlarla qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Gürşad oğlu ifadəsində göstərmişdir ki, Alim adlı şəxsi 2021-ci ilin əvvəllərində dostu Elvinin vasitəsilə tanımışdır. Elvin ona mütəmadi olaraq Alimin yaşadığı Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisindəki evinə gedib-gəlir və orada Alim ilə ağız vasitəsilə qeyri təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. Bundan sonra Elvin ona da Alimin evinə getməyi təklif etmiş, o da onun təklifi ilə razılaşmışdır. Elvin ilə birlikdə bir dəfə Alimin evinə getmişlər. Alimin evində yemək yeyib, ondan ümumilikdə 07 (yeddi) manat pul almışlar. Bundan sonra Elvin evin digər otağına Alim ilə birlikdə keçərək orada onunla ağız vasitəsilə qeyri təbii yolla əlaqədə olmuşdur. Təxminən 5-6 dəqiqə sonra geri qayıtmış və onlar oradan çıxıb getmişlər. O həmin vaxt Alim ilə heç bir əlaqədə olmamışdır. Bundan sonra o özü tək Alimin evinə getməyə başlamışdır. Alimin evində çörək yeyib ondan hər dəfəsində 03 (üç) manat pul almışdır. Həmin vaxt o Alimə ağız vasitəsilə qeyri təbii yolla cinsi əlaqədə olmağı təklif etmiş, əvvəllər heç vaxt cinsi əlaqədə olmamış, buna yalnız porno videolardan görmüşdür. O evdə stula əyləşmiş, Alim onun şalvarını soyundurmuş, bundan sonra cinsi orqanını ağzı ilə yalamağa başlamışdır. Bu təxminən 07 (yeddi) dəqiqə davam etmiş, bundan sonra o oradan çıxıb getmiş və daha sonra 3-4 dəfə Alim ilə əlaqədə olmaq üçün onun evinə tək getmişdir. xx.xx.2021-ci il tarixdə saat 16-17 radələrində həmyaşıdı Rafiqlə Alim barəsində danışmış, o da Alimin evinə getməyi ondan xahiş etmişdir. O Alimə vatsapda bu barədə məlumat vermiş, Alimdə Rafiqin onun evinə gətirməsinə heç bir etiraz etməmişdir. Onlar ikisi birlikdə onun evinə getmişlər. Onlar onun evində çörək yemiş, o Alimdən 05 (beş) manat pul almış, həmin vaxt evdə ilk olaraq Rafiq, sonra o Alim ilə otağa keçmişlər. Bir otaqda onunla yenidən qeyri təbii yolla əlaqədə olmuşlar, bunan sonra oradan çıxıb getmişlər. Həmin gün təxminən saat 22:00 radələrində yenidən o Rafiq, Yusif və Telmanla birlikdə Alimin evinə getmişlər. Alimin evinə çatdıqda Rafiqə anası zəng vurduğu üçün o geri qayıtmış, lakin onlar üçü yuxarı qalxmışlar. Alimin evində olan zaman ilk öncə o otağa keçmiş və Alim ağız vasiətsi ilə onun cinsiyyət orqanını ağzına almışdır. Bir qədər sonra isə Rafiqin anası Nurəngiz Rafiq ilə birlikdə Alimin evinə gələrək içəri keçmişlər. Nuhəngiz xanım evə gəldikdə artıq hər bir şeydən məlumatı var idi, çünki Rafiq telefonda Telmanla danışıb, Telman ona hər bir şeyi deyib və bütün bunları da Rafiqin anası Nurəngiz eşitmişdir. Nurəngiz evə girən kimi səs küy salaraq hadisə yerinə polis çağırmış, o oradan qaçıb getmişdir. Həmin vaxt ondan başqa Alimlə heç kim qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. O Alimlə qeyritəbii yolla cinsi əlaqədə olduğu üçün sonuncu ona müxtəlif məbləğlərdə pul vermişdir. Hadisə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında baş vermiş, Təqsirləndirilən şəxs onların istəyi ilə onlarla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, Təqsirləndirilən şəxsla əvvəllərdə 2-3 dəfə qeyri təbii yolla cinsi əlaqədə olmuş, lakin olduğu tarixləri xatrılamamış, Elvinin anket məlumatları və harada yaşaması barədə məlumatı olmamış, o da Alimlə qeyri təbii yolla cinsi əlaqədə olmuş, bildiyi qədəri onun 17-18 yaşı olmalıdır. Təqsirləndirilən şəxs onlarla qeyri təbii yolla cinsi əlaqədə olan zaman nə paltarını çıxarmamış, nə də cinsi orqanını onlara göstərməmişdir. Təqsirləndirilən şəxs onların yaşlarını soruşmamış və bundan xəbəri olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə axşam saat 16-17 radələrində tanışı İlham ona Alim adlı tanışı var, onun evinə gedib gəlir, Alimdən pul alaraq sonuncu onunla ağız vasitəsilə cinsi əlaqədə olduğunu demişdir. Həmin vaxt İlham ona da oraya getməyi təklif etmiş, onlar birlikdə onun evinə getmişlər. Onlar Alimin evində çörək yemişlər, İlham Alimdən 05 (beş) manat pul almışdır. Həmin vax evdə ilk olaraq o Alimlə bir otaqa keçmiş, Alim ona şalvarını aşağı salmasını, cinsiyyət üzvünü çıxartmasını təklif etmiş, o qabaqcadan bu fikirdə olduğu üçün şalvarı aşağı salıb cinsiyyətini çixartmış, Alim onun cinsiyyətini ağzına alaraq öpməyə başlamış, o bu zaman özünü narahat hiss etdiyi üçün dayanmış, daha istəmədiyini deyən zaman Alim razılaşmış, o şalvarını geyinib çölə çıxmış və İlham içəri girdikdən sonra təqribən 20-25 dəqiqə sonra çölə çıxmışdır. Onunla söhbət zamanı o, cinsi orqanını Alimə verdiyini və Alim onun cinsi orqanını öpdüyünü bildirmişdir. Bundan sonra İlham Alimdən 05 (beş) manat pul almış və onlar evdən çıxıb getmişlər. Onlar birlikdə çay içən zaman həmin gün axşam saatlarında X3 zəng edərək kafeyə çağırmış və onlar kafeyə gəlmişlər. Bundan sonra İlham onlara Alim adlı tanışı var, onun cinsi orqanını ağzına alaraq öpdükdən sonra ona 5-10 manat pul verdiyini demişdir. Belə ki, Yusiflə Telman da buna razılaşmışlar və birlikdə ora getmək istəyən zaman o getməyəcəyini demişdir. Bundan sonra onlar ora gedən zaman anası ona zəng vurub evə çağırmışdır. O evə gedəndən sonra ilk öncə deməsə də, sonradan bu barədə anasına demiş və o, ondan Alimin ünvanını soruşmuş və onlar birikdə həmin ünvana getmişlər. Evə girən zaman Yusifin evdə olmadığını, lakin Telmanın otaqda oturduğunu görmüşlər, İlhamı görməmişlər. Telmandan İlhamın yerini anası soruşan zaman, o da İlhamın Alimlə digər otaqda olduğunu demişdir. Anası orada qız uşaqı olacağından qorxub otaqa daxil olmuş, bu zaman Alim arxası qapıya dayanmış formada olduğunu, İlhamın isə şalvarını düzəldiyini görmüşlər. Anası orada olan otaqlara nəzər saldıqda otaqda başqa heç kimin olmadığını bilib, bundan sonra Alimə ayıb olduğunu deyərək İlham Telman və onu götürüb oradan uzaqlaşmışlar və anası dərhal polisə bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs onlarla qeyi təbii yolla cinsi əlaqədə olan zamana onlara qarşı zor tətbiq etməmişdir. Alimdən nə pul almış nə də o, ona pul verməmiş, pul məsələlərini İlhamla Alimin arasında olmuşdur. Hadisə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında baş vermiş və o əvvəllər onunla bu əlaqə olmamış, Təqsirləndirilən şəxs onların istəyi ilə onlarla qeyr-təbii yolla cinsi əlaqədə olmuş, Təqsirləndirilən şəxs onlarla qeyri təbii yolla cinsi əlaqədə olan zaman nə paltarını çıxarmamış, nə də cinsi orqanını onlara göstərməmişdir. Təqsirləndirilən şəxs onların yaşlarını soruşmamış və bundan xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, xx.xx.2008-ci il təvəllüdlü xalası nəvəsi Şahid3 Ehtiram oğlu təxminən 10 gündür ki, onunla bir ünvanda yaşayır. xx.xx.2021-ci il tarixdə təxminən saat 22:00 radələrində Telman evə gec gəldiyi üçün xx.xx.2007-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs2 Telmana zəng vurmasını xahiş etmişdir. Rafiq Telmana telefonda zəng vuraraq telefonunu səs ucaldana qoymuş, o Telmanın Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində Alim adlı şəxsin evində olduqlarını, həmin evdə dostu İlhamın Alimi "çaldırıb qurtardığını", bir azdan dostu Yusifin keçəcəyini, Yusifdən sonra özünün otağa keçib Alimi “çaldıracağını” demişdir. O bunu eşidən kimi Rafiqdən yalandan Telmana onunda Alimi “çaldırmaq" istəməsini deyib, ünvanlarını soruşmalarını tələb etmişdir. Telman Sumqayıt şəhəri, 30cu məhəllə ərazisində Alimin evində olduqlarını demişdir. O oğlu Rafiq ilə birlikdə onların ünvanına getmiş, həmin mənzilə daxil olan kimi mənzilin bir otağında xalası nəvəsi Telmanın dostu İlhamın şalvarının aşağıda olduğunu, Alimin isə şalvarının qabağının açıq olduğunu görmüşdür. Həmin vaxt onlardan nə baş verdiyini maraqlanmış, bu zaman Alim heç bir şey baş vermədiyini demişdir. O evdə qız olacağından şübhələnərək evi axtarmağa başlamış, lakin evdə qızı uşaqı tapa bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, evdə ümumiyyətlə qız olmamış, səhər vaxtı İlhamla Rafiq həmin evə gedib Alimlə qeyri təbii yolla əlaqədə olmuş, indi isə Telmanla İlham həmin evdədilər. O da dərhal ərazidə xidmət aparan polis əməkdaşlarına və DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 Ehtiram oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o qohumu Nurəngizin evində ailə üzvləri ilə birlikdə qalır. xx.xx.2021-ci il tarixdə həmyaşıdları İlham və Yusif ilə birlikdə olan zaman İlham ona tanışı Alimin evinə getməyi təklif etmişdir. O ondan oraya nə üçün getdiklərini soruşmuş, İlham oraya çatdıqda biləcəyini ona demişdir. O, dostu Yusif və İlham Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində Alim adlı şəxsin evinə getmişlər. Orada oturub dördü yemək yedikdən sonra o Alim onların hər üçü ilə ağız vasitəsilə qeyri təbii yolla cinsi əlaqədə olacağını öyrənmişdir. İlk olaraq İlham ilə Alim digər otağa keçmişlər. O pəncərədən baxan zaman görmüşdür ki, Alim və həmyaşıdı İlham şalvarlarını aşağı çəkmişlər, İlham stolun üzərində əyləşmiş, Alim də yerə əyilərək İlhamın cinsi orqanını ağzı ilə yalamağa başlamışdır. Həmin vaxt qohumu Nurəngizin oğlu Rafiq telefonla ona zəng vurub harada olması ilə maraqlanmış, o Telmana “İlham Alimi çaldırıb qurtarıb, bir azdan Alimi o özü və Yusifin çaldıracağını" sözünü demişdir. Həmin vaxt Rafiq gəlmək istədiyini ona deyib ünvanı soruşmuş, o da ona ünvanı başa salmış, bir qədər sonra evə qohumu Nurəngiz və oğlu Rafiq daxil olmuşlar, Nurəngiz xala mənzildə həmyaşıdı İlham və Alimin yarıçılpaq vəziyyətdə olduğunu görmüş, həmin vaxt İlham və Yusif oradan sürətlə qaçıb uzaqlaşmışlar. Nurəngiz xala da polisə məlumat vermişdir. O həmin vaxt Alim ilə ağız vasitəsilə qeyri təbii yolla cinsi əlaqə olmamış, onunla yalnız İlham qeyri təbii yolla cinsi əlaqədə olmuş, ondan sonra onunla o və Yusif ağız vasitəsilə qeyri təbbi yolla cinsi əlaqədə olacağını bildirmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 da Şahid3 Ehtiram oğlunun ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Psixiatrik X2 Hüquqi Şəxsin məhkəmə kompleks komission psixoloji və psixatrik ekspertizasının xx.xx.2021-ci il tarixdli 2691 saylı rəyindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 hal hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, anamnestik məlumatlat və hal-hazırki psixatrik müayinənin nəticələri və.s sübut edir. Belə ki, Zərərçəkmiş şəxs2 əvvəllər müəsissələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri akşkar edilməmişdir. Aparılmış ekperimental-psixoloji müayinə gedişində müəyyən edilir ki, X1 bilik ehtiyyatı və dünya görüşü aldığı təhsilə və keçirdiyi həyat tərzinə uyğundur, əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu varədə düzgün məlumat verə bilər Fərdi psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır. Hal və hərəkətlərində hadisə ilə bağlı yaranmış hər hansı bir dəyişiklik müşahidə edilmir. Təfəkkürü ardıcıl, mühakimələri məntiqlidir. Məhkəmə psixatrik ekspertizası üzrə yekun hissə,

1. Zərərçəkmiş şəxs2 qarşı cinayət törədildiyi zaman və ona qədər hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməyib.

2. Zərərçəkmiş şəxs2 qarşı cinayət törədildiyi zaman ona qarşı edilən əməlin mahiyyətini dərk etmək qabliyyətində olmuşdur.

3. Zərərçəkmiş şəxs2 hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir.

4. Zərərçəkmiş şəxs2 hazırda qarşı törədilən əməlin mahiyyətini dərk edir və düzgün ifadə vermək qabliyyətinə malikdir. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə,

1. Zərərçəkmiş şəxs2 intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar edilmir.

2. Zərərçəkmiş şəxs2 hadisə ilə bağlı özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi.

3. Zərərçəkmiş şəxs2 yaş xüsusiyyətləri və intellektual inkişafına uyğun olaraq öz hərəkətlərinin mahiyyətini dərk etmək, xarakter və mənasını anlamaq qabliyyətindədir.

4. Qərarın təsviri hissəsində qeyd edilmiş hadisə zamanə Zərərçəkmiş şəxs2 psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. İş materiallarında olan İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Psixiatrik X2 Hüquqi Şəxsin məhkəmə psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixdli 2870 saylı rəyindən görünür ki, xx.xx.2006-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 Gürşad oğlunun bilik ehtiyyatı və dünya görüşü aldığı təhsilə və keçirdiyi həyat tərzinə uyğundur, əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu varədə düzgün məlumat verə bilər. Fərdi psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır. Hal və hərəkətlərində hadisə ilə bağlı yaranmış hər hansı bir dəyişiklik müşahidə edilmir. Təfəkkürü ardıcıl, mühakimələri məntiqlidir. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə,

1. Qərarın təsviri hissəsində qeyd edilmiş, hadisə zamanı Zərərçəkmiş şəxs1 Gürşad oğlu ona qarşı edilən hüquqazidd' hərəkətlərin mahiyyətini dərk etmək qabliyyətində olmuşdur.

2. Zərərçəkmiş şəxs1 Gürşad oğlunun əqli intellektual imkanları normaya uyğundur, o, hadisə zamanı ona qarşı edilən hərəkətlərin mahiyyətini düzgün dərk etmək və bu barədə məlumat vermək iqtidarındadır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(060)-359/2021saylı qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi” barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-ni 150.1, 150.3.3 və 153-cü maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Beləliklə də, məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1 və 152.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 152.1 və 152.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 152.1 və 152.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 və 152.2-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplanmaqla qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalı və onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB**********2500366125 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar