Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-173/2025 18.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X11, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Cəlilabad rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmayan, Cəlilabad rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla, Xırdalan şəhəri, 26-cı məhəllə, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını təkrarən ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2023-cü ilin fevral ayının ortalarında, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivi, Koroğlu meydanı dayanacağı, nömrəsiz fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs2 yeni aldığı təzə təmir olunmuş, Sumqayıt şəhəri, Sahil küçəsi, Levent yaşayış kompleksinin 6-cı blok, 4-cü mərtəbəsində yerləşən 257 nömrəli mənzilinə 05 (beş) ədəd ayrı-ayrı otaqların giriş qapılarını, yəni, 01 (bir) ədəd sanitar qovşağının (hamam otağı ilə birlikdə), 01 (bir) ədəd iş otağı, 02 (iki) ədəd yataq otağı, 01 (bir) ədəd qonaq otağı olmaqla ümumilikdə 05 (beş) ədəd ağ rəngdə qapı, həmçinin, 02 (iki) ədəd yataq otaqlarının hər birinə 01 (bir) ədəd yataq çarpayısı, 01 (bir) ədəd divan, 01 (bir) ədəd komputer dolabı stol ilə birlikdə, 01 (bir) ədəd paltar dolabı, bundan başqa mətbəx otağının bütün mebeli və qonaq otağına 01 (bir) ədəd divan arxasına taxta dekor, 01 (bir) ədəd tv-stend, 01 (bir) ədəd böyük güzgü, 06 (altı) ədəd stul olmaqla 01 (bir) ədəd böyük stol, eyvanda 02 (iki) ədəd dəridən balaca ölçülü oturacaq, kombi üçün plastik materialdan 01 (bir) ədəd dolab, iş otağı üçün 01 (bir) ədəd divan, 01 (bir) ədəd paltar-kitab üçün dolab, 01 (bir) ədəd komputer masası, dəhlizə 01 (bir) ədəd giriş dolabı və 01 (bir) ədəd böyük ölçülü güzgü hazırlayıb düzəltməsi ilə bağlı müraciətindən sonra, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə, Zərərçəkmiş şəxs2 mənzilində dizayn işlərini görən, sonuncu ilə onu tanış edən Orxan adlı şəxsin təqdimatından sonra özünü Zərərçəkmiş şəxs2 yaşayış və qeyri-yaşayış sahələrində mebel işləri ilə məşğul olan usta kimi təqdim edərək, sonuncu ilə, 19 fevral 2023- cü il tarixdə Sumqayıt şəhərində görüşərkən, Xalidə Məmədlinin ondan eyni işləri görmək barədə xahişini qəbul edib, sonuncunun yeni təmir olunmuş yaşayış olmayan Sumqayıt şəhəri, Sahil küçəsi, Levent yaşayış kompleksində yerləşən yeni mənzilinə həmin mebelləri düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yerinə yetirə bilməyəcəyi işi öz üzərinə götürüb sonuncunun etibarını qazandıqdan sonra, sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə, həmin işi ümumi olaraq 18.500 (on səkkiz min beş yüz) manat pul müqabilində 2023-cü ilin aprel ayının sonunadək tam yerinə yetirib təhvil verəcəyi barədə yalan vəd verməklə, vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 yeni mənzilinin təmir işi ilə məşğul olan Şahid7 Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Brilyant” şadlıq sarayının qarşısında 7.000 (yeddi min) manat pulu nağd şəkildə ələ keçirdikdən sonra öhdəsinə götürdüyü həmin sifarişlərdən 2024-cü aprel ayı ərzində 3.800 (üç min səkkiz yüz) manat dəyərində yalnız 05 (beş) ədəd qapı, mətbəx mebelinin yalnız çərçivəsini üst membran və rəf hissələri olmadan, dəhlizin dolabının yalnız çərçivəsini üst membran və rəf hissələri olmadan, bir yerdə olan hamam otağı və sanitar qovşağın dolablarının yalnız çərçivəsini gətirib quraşdıraraq üzərinə götürdüyü həmin öhdəliyi tam şəkildə əvvəlcədən yerinə yetirmək niyyətində olmadan özünə inam qazandırdıqdan sonra 2023-cü ilin may ayında Zərərçəkmiş şəxs2 tərəfindən Xırdalan şəhəri, 26-cı məhəllə, nömrəsiz fərdi yaşayış evində olan zaman özünə məxsus "xxxx" ASC-yə aid 416973******0420 nömrəli kart hesabına 2.000 (iki min) manat pulun nağdsız, onlayn yolla köçürülməsinə nail olduqdan iki-üç gün sonra sonuncu dəfə 2023-cü ilin may ayında Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən mebel sexində Zərərçəkmiş şəxs2 yeni mənzilinin təmir işi ilə məşğul olan Şahid7 4 000 (dörd min) manat pulu nağd şəkildə ələ keçirib qabaqcadan planlaşdırdığı cinayətkar niyyətinə uyğun olaraq ümumilikdə 9.200 (doqquz min iki yüz) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib. Zərərçəkmiş şəxs2 həmin məbləğdə, yəni, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2023-cü ilin avqust ayının əvvəlində, Abşeron rayon sakini, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evində mətbəx mebeli quraşdırması ilə bağlı müraciətindən sonra, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə, əvvəllər Zərərçəkmiş şəxs1 oğlu Şahid1 yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yerləşən fərdi yaşayış evinə mətbəx mebeli hazırlayıb quraşdırdığını xatırladaraq özünü Zərərçəkmiş şəxs1 yaşayış və qeyri-yaşayış sahələrində mebel işləri ilə məşğul olan usta kimi təqdim edərək, sonuncu ilə 04 avqust 2023-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində görüşərkən, sonuncunun ondan eyni işləri görmək barədə xahişini qəbul edib, Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin mətbəx mebelini düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yerinə yetirə bilməyəcəyi işi öz üzərinə götürüb sonuncunun etibarını qazandıqdan sonra, ona olan inam və etibarından sui-istifadə edərək özgənin əmlakını ələ keçirmək məqsədilə, həmin işi ümumi olaraq 2.500 (iki min beş yüz) manat pul müqabilində 01 (bir) ay ərzində tam yerinə yetirib təhvil verəcəyi barədə yalan vəd verməklə üzərinə götürdüyü həmin öhdəliyi tam şəkildə əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, vahid niyyətlə əhatə olunan qəsdlə əvvəllcə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində 700 manat pulu nağd, daha sonra xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 oğlu, Şahid1 tərəfindən sonuncunun yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivi, fərdi nömrəsiz evdə olarkən özünə məxsus "xxxx" ASC-yə aid 416973******0420 nömrəli kart hesabına 500 manat pulun köçürülməsinə nail olmaqla qabaqcadan planlaşdırdığı cinayətkar niyyətinə uyğun olaraq ümumilikdə 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib, Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2023-cü ilin may ayının əvvəlində, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X10 yeni aldığı, təmir olunmamış Bakı şəhəri, Yasamal rayonu, Bakı Dövlət Universitetinə yaxın yerdə, İlahiyyat məscidinin yanında yerləşən yeni tikili binadakı mənzilinə mətbəx mebeli quraşdırması ilə bağlı müraciətindən sonra, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə Pərviz Mürsəlovun mənzilində dizayn işlərini görən, sonuncu ilə onu tanış edən Nigar adlı xanımın təqdimatından sonra özünü Pərviz Mürsəlova yaşayış və qeyri-yaşayış sahələrində mebel işləri ilə məşğul olan usta kimi təqdim edərək, sonuncu ilə, 14 may 2023-cü il tarixdə Bakı şəhərində görüşərkən Pərviz Mürsəlovun ondan eyni işləri görmək barədə xahişini qəbul edib, sonuncunun Bakı şəhəri, Yasamal rayonu, Bakı Dövlət Universitetinə yaxın yerdə, İlahiyyat məscidinin yanında yeni tikili binadakı yeni mənzilinə təmirdən sonra mətbəx mebelini düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə, yerinə yetirə bilməyəcəyi işi öz üzərinə götürüb sonuncunun etibarını qazandıqdan sonra, ona olan inam və etibarından sui-istifadə edərək özgənin əmlakını ələ keçirmək məqsədilə, həmin işi ümumi olaraq 4.600 (dörd min altı yüz) manat pul müqabilində 03 (üç) ay ərzində tam yerinə yetirib təhvil verəcəyi barədə yalan vəd verməklə üzərinə götürdüyü həmin öhdəliyi tam şəkildə əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə xx.xx.2023-cü il tarixdə Pərviz Mürsəlov Bakı şəhəri, Nərimanov rayonunda olan zaman sonuncu tərəfindən özünə məxsus "xxxx" ASC-yə aid 416973******0420 nömrəli kart hesabına 1.000 manat pulun nağdsız, onlayn yolla köçürülməsinə nail olduqdan sonra, 2023-cü ilin iyul ayında Pərviz Mürsəlovun mənzilinə təmir işləri qurtarması ilə bağlı əlavə olaraq dəhliz mebeli quraşdırması ilə bağlı müraciətindən sonra xx.xx.2023-cü il tarixdə sonuncunun yeni mənzilində 2 700 (iki min yeddi yüz) manat pulu nağd şəkildə ələ keçirib, sonuncu dəfə mebelin artıq hazır olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə Pərviz Mürsəlovu yerinə yetirə bilməyəcəyi işə inandıraraq xx.xx.2023-cü il tarixdə sonuncu tərəfindən ünvan 4 ünvanında olarkən özünə məxsus "xxxx" ASC-yə aid 416973******0420 nömrəli kart hesabına 900 (doqquz yüz) manat pulun nağdsız, onlayn yolla köçürülməsinə nail olmaqla qabaqcadan planlaşdırdığı cinayətkar niyyətinə uyğun olaraq ümumilikdə 4.600 (dörd min altı yüz) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib, Pərviz Mürsəlova həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, X1 2020-ci ildən tanımışdır. O, həmin vaxt Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yaşayan Şahid1 evi üçün mətbəx mebeli hazırlayıb quraşdırmışdır. Həmin mebeli də Nəzakət xanım sifariş etmişdir. Ödənişini də ona tam olaraq ödəmişdir. 2023-cü ilin avqust ayında Nəzakət xanım Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən yaşadığı evə mətbəx mebeli düzəltdirmək üçün onunla mobil nömrəsi ilə əlaqə saxlayıb mətbəx mebeli yığdırmaq istədiyini bildirmişdir. O, xx.xx.2023cü il tarixdə Nəzakət xanımın yaşadığı evə gələrək ölçüləri götürmüş, mebelin hazırlamasını ümumilikdə 2500 manata razılaşmışdır. O, xx.xx.2023-cü il tarixədək mətbəx mebelini şəxsən özü tərəfindən hazır edib gətirib evlərində quraşdıracağını Nəzakət xanıma söz vermişdir. O, mebeli düzəltmək üçün material almalı olduğunu deyib Nəzakət xanımdan 1200 manat pul istəmiş, sonuncu həmin vaxt yaşadığı evdə ona 700 manat nağd pul vermişdir. O, 700 manat pulu götürdükdən sonra qalıq 500 manatı da kartına göndərməsini istəmiş, özünə məxsus kart hesabını vermişdir. Həmin gün axşam onun kart hesabına 500 manat göndərilmişdir. O, uşağı xəstə olduğu üçün, Nəzakət xanımdan aldığı pulu uşağının xəstəliyi üçün xərcləmişdir. Belə ki, onun daha əvvəl üç uşağı olmuş, həmin uşaqlar yaşamamışdır. Daha sonra isə 2022-ci ildə qızı Fətullayeva Məryəm dünyaya gəlmişdir. Uşağın bağırsağında xəstəlik olduğu üçün bağırsağının 80 faizi əməliyyat olunaraq kəsilib götürülmüşdür. Onun başı uşağının xəstəliyinə qarışmış və maddi cəhətdən də çətinlik olduğu üçün pulu xəstəxana xərclərinə xərcləmişdir. Ona görə də o, mebeli düzəldə bilmədiyini deyib Nəzakət xanımdan əlavə vaxt istəmişdir. Onun Rauf adlı tanış ustası olmuşdur. Həmin ustanın ona borcu olduğundan o, Raufa Nəzakət xanımın mebellərini yığmasını demişdir. Rauf həmin mebellərin kəsib yığmışdır. O, Raufun yığdığı mebelə gedib baxanda həmin mebel xoşuna gəlmədiyindən Nəzakət xanımın evinə aparıb quraşdırmamışdır. O, Nəzakət xanımdan ümumilikdə 1200 manat məbləğində pulu onun yaşadığı evə mətbəx mebeli hazırlayıb qurşadırmaq üçün almışdır. Nəzakət xanımdan aldığı 1200 manat pul qarşılığında faktiki olaraq hər hansı mebel hazırlamamışdır. O, Nəzakət xanıma vurulmuş ziyanı ödəmək istədiyini, lakin, qızının yenidən 2025-ci ildə iki dəfə əməliyyat olması ilə bağlı maddi cəhətdən çətinlik çəkdiyini, ziyanı ödəyəcəyini bildirmişdir. Bundan başqa o, bildirmişdir ki, X12 əvvəllər tanımamışdır. Təxminən 2023-cü ilin may ayında əvvəllər tanıdığı Nigar adlı dizayn işi ilə məşğul olan qadın ona zəng eləyib onu Bakı şəhəri, Yasamal rayonu ərazisində, Bakı Dövlət Universitetinə yaxın yerdə, İlahiyyat məscidinin yanında yerləşən yeni tikili binanın qarşısına dəvət eləmişdir. Nigar xanım ona telefonda müştəri üçün mebel yığmaq lazım olduğunu demişdir. O, deyilən yerə gələndə binanın qarşısında onu Pərviz Mürsəlov adlı şəxs qarşılamışdır. O, Pərviz ilə görüşüb Nigar xanımın dediyi şəxs olduğunu deyib sonuncu ilə salamlaşıb yuxarı mənzilə qalxmaq istəyəndə Nigar xanım sonradan Pərvizin arvadı olduğunu bildiyi Şəhla xanımla birlikdə qarşısına çıxmış, bu zaman Nigar xanım ona mebelləri yaxşı yığmağı və Pərvizə yaxşı endirim etməyini deyib çıxıb getmişdir. Sonra o, Pərviz və arvadı Şəhla ilə birlikdə mənzilə qalxmışdır. Mənzilə daxil olub birinci mətbəx otağına keçib ölçüləri götürmüş, sonra mətbəx mebelini Pərvizə ümumilikdə 5.000 manata 3 ay müddətində yığacağını söz vermişdir. Lakin, sonradan Pərvizə endirim eləyib qiyməti 4.600 manata razılaşmışdır. Həmin günün axşamı xx.xx.2023-cü il tarixdə Pərviz onun kart hesabına 1.000 manat pul göndərmişdir. 2023-cü ilin avqust ayında Pərviz onu yenidən ölçü götürmək zərurəti yarandığından mənzilinə dəvət eləmişdir. O, mənzilə gəlib yenidən ölçüləri dəqiqləşdirəndə Pərviz əlavə olaraq dəhliz üçün dolab yığmağı da xahiş eləmişdir. O, dəhliz mebeli üçün ölçüləri götürüb Pərvizə həmin işi 2.100 manat müqabilində görəcəyini demişdir. Onlar razılaşıb həmin vaxtı, yəni, xx.xx.2023-cü il tarixdə Pərvizin evində olanda sonuncu ona əlbəəl 2.700 manat pul vermişdir. O, Pərvizdən əlavə olaraq 20 gün vaxt istəmiş, amma Pərviz mebeli gətirməyini tələb etmişdir. Lakin, o, uşağının xəstə olması barədə bildirib Pərvizdən vaxt istəmişdir. Sonra Pərviz ona zəng edib mebel barəsində soruşanda onun övladının vəziyyəti artıq çox pis olmuşdur. O, məcbur qalıb Pərvizi aldadıb sonuncuya yalandan aksesuarlar almaq üçün ona əlavə olaraq 900 manat pul verməsini xahiş eləmişdir. Pərviz də xx.xx.2023-cü il tarixdə onun kart hesabına 900 manat pul göndərmişdir. Lakin, o, Pərvizə verdiyi vədə ailəsində xəstə övladı olduğu üçün əməl edə bilməmişdir. O, Pərvizə dəymiş zərərdən 150 manat məbləğində ödəniş etdiyini, qalan məbləğin də ödənilməsinə çalışdığını, lakin, maddi cəhətdən çətinlik çəkdiyi üçün ödəyə bilmədiyini bildirmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs2 Orxan adlı dizayner işləyən ortaq tanışları vasitəsi ilə tanımışdır. Təxminən 2023-cü ilin fevral ayının 15-də tanışı Orxanla görüşəndə sonradan Zərərçəkmiş şəxs2 mənzilində usta işlədiyini öyrəndiyi Ariz adlı şəxs də görüşə gəlmişdir. Onlar Orxanın Bakı şəhəri 28 may küçəsində yerləşən ofisində görüşüb Arizlə tanış olub işi danışmışlar. Xalidə xanımın işdən başı çıxmadığı üçün bütün işi ustası Arizə tapşırmışdır. O, işi ilkin olaraq Arizlə danışıb materialı razılaşmış, daha sonra 2023-cü ilin fevralın 17-də Arizi Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mebel sexinə aparıb Arizə işi həmin sexdə görəcəyini demişdir. Ariz sexlə tanış olduqdan sonra oradan Sumqayıt şəhərinə Zərərçəkmiş şəxs2 mənzilinə baxmağa getmişdir. Xalidə xanımın mənzilinə baxıb ölçüləri götürmüş, lakin qiyməti tam müəyyən edə bilməmişdir. Mənzilə getməmişdən 2 ay qabaq Orxan ona iki ayrı-ayrı işlərin ölçülərini atmış, həmin işlərdən biri də Zərərçəkmiş şəxs2 işi olmuşdur. Həmin işin qiymətini Orxan ona öz ölçmələrinə görə 18.500 manat olduğunu demişdir. Lakin o, yerində işi ölçdükdən sonra işin qiymətinin 23.000 manata gəlib çıxdığını görmüşdür. Belə ki, 23.000 manat məbləğin daxilində o, Zərərçəkmiş şəxs2 sifarişinə əsasən 5 ayrı-ayrı otaqların giriş qapılarını, yəni, bir sanitar qovşağının (hamam otağı ilə birlikdə), bir iş otağı, iki yataq otağı, bir qonaq otağı olmaqla ümumilikdə 5 ədəd ağ rəngdə qapı, həmçinin, iki yataq otaqlarının hər birinə bir ədəd yataq çarpayısı, bir ədəd divan, bir ədəd komputer dolabı stol ilə birlikdə və bir ədəd paltar dolabı, bundan başqa mətbəx otağının bütün mebeli və qonaq otağına bir ədəd divan arxasına taxta dekor, bir ədəd tv-stend, bir ədəd böyük güzgü, 6 stul olmaqla bir ədəd stol, eyvanda iki ədəd dəridən balaca ölçülü oturacaq və kombi üçün plastik materialdan şkaf və iş otağı üçün bir ədəd divan, bir ədəd paltar-kitab üçün dolab və komputer masası və dəhlizə bir ədəd giriş dolabı və bir ədəd böyük ölçülü güzgü düzəldəcəyini bildirmişdir. Lakin, əvvəlcə qiymətdə razılığa gələ bilməmişdir. Belə ki, o, işi Orxanla danışmış, sonuncu ona bildirmişdir ki, iş 15.000 manatlıqdı, Xalidə xanım ilə 18.500 manata razılaşıb, həmin pulun 15.000 manatını ona verəcək, qalan 3.500 manatı da Orxana qalacaqdı. Lakin o, özü ölçünü götürdükdən sonra işin qiymətinin çox olması səbəbindən Orxanla aralarında narazılıq olmuşdur. Buna baxmayaraq Orxan işi Zərərçəkmiş şəxs2 ilə 20.000 manata razılaşmışdır. Bundan sonra 2023-cü ilin fevral ayının 19-da axşam saat 18 radələrində Orxan Zərərçəkmiş şəxs2 ustası Arizdən 7.000 manat pul almışdır. Arizi yola saldıqdan sonra 7.000 manat puldan Orxan həmin tarixdə ona 5.500 manatını vermişdir. Həmin 5.500 manat puldan 4.200 manatını materiala, 800 manatını isə Xırdalan şəhərində yerləşən mebel sexinin arendasına vermişdir. 5.500 manat ilkin aldığı pulun müqabilində Xalidə xanımın evinə 5 ədəd qapı, hamam otağı və sanitar qovşağın dolablarını güzgüsüz, bir yataq otağının isə ancaq karkasını gətirib quraşdırmışdır. O, bu işləri 2023-cü ilin aprel ayının 25-dək görmüşdür. Lakin, sonra iş görülməsi üçün o, əlavə olaraq pul istəmişdir. 2023-cü ilin may ayında Zərərçəkmiş şəxs2 onun isitifadəsində olan kart hesabına əvvəlcə 2.000 manat pul göndərmiş, iki gün sonra isə Ariz Xırdalan şəhəri, Hökməli dairəsinin yaxınlığında yerləşən mebeli yığdığı sexə gətirib əlavə olaraq 4.000 manat pulu ona vermişdir. Pulu aldıqdan sonra 6.000 manat puldan 700 manatını Orxana göndərmiş, qalan puldan isə 1.100 manat mətbəxin mebelinin materialına, 250 manat mətbəxin digər materialına, 600 manat plintusa və dəhlizin korpsunun materialına, 80 manat isə yol puluna vermişdir. Daha sonra 400 manat sexin arendasına vermişdir. O, öhdəsinə götürdüyü işi 2023-cü ilin aprel ayının sonunadək yerinə yetirməyi vəd vermişdir. O, ümumilikdə iş üçün Zərərçəkmiş şəxs2 13.000 manat pulunu almışdır. Həmin puldan iş üçün Orxana ona iş verdiyi üçün 2.200 manat pul vermişdir. Lakin, sonradan Orxan həmin pulu Zərərçəkmiş şəxs2 geri qaytarmışdır. O, ilk dəfə pulu aldıqdan sonra qeyd etdiyi işləri görmüş, lakin ikinci dəfə pulu aldıqdan sonra uşağının vəziyyəti pis olduğu üçün işləri görə bilməmişdir. Məhkəmənin sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Xalidə xanımın işinin 70 faizini görmüşdür, qalanı qalmışdır. Digər işləri də tamamlaya bilməmişdir və uşağı xəstə olduğundan aldığı pulların bir qismini də xəstəxana xərclərinə xərcləmişdir. Onun fikrincə Zərərçəkmiş şəxs2 onun 3500 manat borcu qalmalıdır. Zərərçəkmiş şəxs2 5 ədəd qapı, çamaşırxana, plintus və yataq otağı mebellərinin karkasını düzəltmişdir. Bundan başqa, Orxan Xalidə xanıma 2200 manat məbləğində pul qaytarmışdır. O, övladının xəstəxana xərclərinə 55000 manat pul xərcləmiş, 2025-ci ilin mart və iyul aylarında qızı yenidən əməliyyat olunmuşdur. Bu səbəbdən də o, həm işləməkdə çətinlik çəkmiş, həm də maddi cəhətdən ziyanı tam ödəməyə pulu olmamışdır. O, son söz olaraq vurulmuş ziyan məbləğini ödəyəcəyini, xəstə uşağının olduğunu bildirmiş, daha əvvəl də 3 uşağını da eyni xəstəlik səbəbindən itirdiyini, ailədə yeganə qazanc gətirən şəxs olduğunu, tutulacağı halda övladının öləcəyini bildirmiş və məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2020-ci ildən tanıyır. Belə ki, onun oğlu Şahid1 evi üçün Abşeron rayonu ərazisində yerləşən Riyad mebel satışı mərkəzində mətbəx mebeli axtararkən Natiq ilə tanış olmuşdur. Həmin vaxt Natiq evə gəlib ölçüləri götürüb mətbəx mebelini hazırlayaraq təhvil vermişdir. Ödənişini də Natiqə tam olaraq ödəmişdir. 2023-cü ilin avqust ayında Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən yaşadığı evə mətbəx mebeli düzəltdirmək üçün Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsi ilə əlaqə saxlayıb mətbəx mebeli yığdırmaq istədiyini bildirmişdir. Natiq xx.xx.2023-cü il tarixdə onun yaşadığı evə gələrək ölçüləri götürmüş, mebelin hazırlamasını ümumilikdə 2500 manata razılaşmışdır. Natiq xx.xx.2023-cü il tarixədək mətbəx mebelini hazır edəcəyinə dair söz vermişdir. Natiq mebeli düzəltmək üçün material almalı olduğunu deyib ondan 1200 manat pul tələb etmişdir. O, həmin vaxt yaşadığı evdə Natiqə 700 manat nağd pul vermişdir. Pulu Natiqə verərkən qardaşı oğlu Şahid2 da yanında olmuşdur. Natiq 700 manat pulu götürdükdən sonra qalıq 500 manatı da kartına göndərməyini bildirmiş və kart hesabını vermişdir. Bundan sonra onun əlavə pulu olmadığı üçün oğlu Şahid1 zəng edib sonuncudan Natiqə məxsus kart hesabına 500 manat pul göndərməsini xahiş etmişdir. Sovqat da xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs kart hesabına 500 manat pul göndəmişdir. Bundan bir neçə gün keçdikdən sonra Natiq bəzi problemləri olduğunu bəhanə gətirib mebeli düzəldə bilmədiyini deyib ondan əlavə vaxt istəmişdir. O, hər dəfə Natiq ilə telefon əlaqəsi saxladıqda sonuncu müxtəlif bəhanələrlə işi görməkdən və pulu qaytarmaqdan yayınmışdır. Bundan sonra Natiq ümumiyyətlə onun zənglərinə cavab vermədiyi üçün sonuncu ilə əlaqə saxlaya bilməmişdir. O, Natiqdən ona dəymiş zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X16 ifadəsində bildirmişdir ki, o, 2023-cü ilin əvvəllərində yeni mənzil almış, mənzildə təmir işlərinə başlamaq üçün tanışlıqla tapdığı Nigar adlı dizayn işi məşğul olan qadınla əlaqə saxlayıb Nigarı evinə dəvət etmişdir. Nigar təxminən 2023-cü ilin may ayında evinə gəlib mənzilin daxilində otaqların, mebel və əşyaların yerləşməsi üçün dizayn verdikdən sonra ondan ustasının olub-olmadığını soruşmuş, o, Nigara tanış ustasının olmadığını deyəndə Nigar ona bir nəfər Natiq kimi tanıdığı mebel ustasını təqdim eləmişdir. O, Nigardan ustanın kimliyi barədə soruşanda Nigar yaxşı usta olduğunu demişdir. Növbəti gün Nigar xanım mənzildə son dizayn işlərini görüb gedən zaman Natiq gəlmiş, o, düşüb Natiqi binanın girşində qarşılamışdır. Nigar da binanın girşində Natiqə görüşüb salamlaşıb onun üçün görəcək işin qiymətini aşağı eləməsini deyib çıxıb getmişdir. O, Natiq ilə mənzilə qalxmış, ilkin olaraq o, Natiqə mətbəx mebeli yığdırmaq istədiyini demişdir. Natiq ölçüləri götürüb mətbəx mebelini 4.600 manata yığacağını deyib ondan 1.000 manat beh istəmişdir. Natiq ölçüləri götürüb işi 3 aya görəcəyi ilə bağlı onunla razılaşdıqdan sonra onları taksi vasitəsi ilə Xırdalan şəhərində yerləşən sexə aparıb işlərlə tanış eləmişdir. Həmin günün axşamı isə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda olanda Natiqin ona göndərdiyi kart hesabına 1.000 manat pul göndərmişdir. 2023-cü ilin yay aylarında mənzilin döşəməsi vurulduğundan yenidən ölçü götürmək zərurəti yaranmışdır. Ona görə də Natiq həmin ərəfələrdə mənzilə gəlib yenidən ölçü götürəndə artıq dəhliz də hazır olduğundan o, Natiqə həm də dəhlizə dolab yığmağı təklif eləmişdir. Natiq də dəhliz mebeli üçün ölçüləri götürüb ondan əlavə olaraq pul istəmişdir. O, xx.xx.2023-cü il tarixdə mənzildə Natiqə əlbəəl 2.700 manat pul vermişdir. Natiq mətbəx mebelinin artıq hazır olduğunu deyib, dəhliz mebelini düzəltmək üçün əlavə bir ay vaxt istəmişdir. Bir aydan sonra o, Natiq ilə əlaqə saxlamış, lakin, Natiq hələ mebelin hazır olmadığını demişdir. O, Natiqə sonuncu görüşlərində ona mebelin hazır olduğunu deməsinə bildirib, ondan mətbəx mebelini gətirib quraşdırmasını istəmişdir. Natiq mətbəx mebelini uzağı sentyabr ayının 1-dək gətirib yerinə quraşdıracağını demişdir. O, 2023-cü ilin sentyabr ayının 1-də Natiqə zəng eləyəndə sonuncu mebelin hazır olmadığını deyib yenə vaxtı uzadıb ayın sonuna, yəni, sentyabrın 30-dək hazır eləməyi söz vermişdir. Lakin, sentyabr ayının 30-da o, yenidən usta Natiqə zəng eləyəndə sonuncu yenə müxtəlif bəhanələr gətirərək müddəti oktyabr ayının 10-na, sonra isə həmin ayın axırına qədər uzadıb möhlət istəmişdir. Belə davam edərək Natiq işin hazır olma müddətini 2023-cü ilin oktyabr ayının 20-nə qədər uzadıb xx.xx.2023-cü il tarixdə ondan 1.000 manat pul istəmişdir. O, Natiqə mebeli gətirib quraşdırdıqdan sonra qalan pulu verəcəyini demişdir. Lakin, Natiq israrla ondan pul istəyib mebelin korpusunun artıq hazır olduğunu deyib mebeli sexdə digər sifarişlərin arxasında qalması ilə izah etmişdir. Ona görə də sexin müdirinə material və iş üçün pul verməli olduğunu deyib onu inandırmış, o da xx.xx.2023-cü il tarixdə Natiqin kart hesabına 900 manat pul göndərmişdir. Lakin, pulu göndərdikdən sonra Natiq Fətulayev yenə müxətlif bəhanələrlə 2024-cü ilin mart, aprel ayının əvvəllərinə qədər onu aldadıb nə mebeli düzəltmiş, nə də ki, ondan aldığı pulunu qaytarmamışdır. Natiq ona məhkəmə zamanı 4600 manat vurulmuş ziyandan 150 manat məbləğində ödəniş etmiş, 4450 manat ziyan isə ödənilməmişdir. O, iş üzrə ədalətli qərar qəbul edilməsini, ona dəymiş zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, təxminən 3-4 il bundan qabaq Sumqayıt şəhəri, Bulvar küçəsi ərazisində yerləşən Levent 1 yaşayış massivində daxili kredit ilə üç otaqlı ev almışdır. Onun təmir-tikinti işlərindən anlayışı olmadığı üçün evinin təmir işlərini rəfiqəsinin əri Şahid7 həvalə etmişdir. Belə ki, Ariz və arvadı ilə uzun müddətdir ki, dostluq etdiyindən, həmçinin, Ariz mühəndis olduğu üçün bütün işləri Arizə həvalə etmişdir. Ariz 2022-ci ilin oktyabr ayından işə başlayıb evin ilkin təmirini bitirdikdən sonra ev əşyaları almaq qərarına gəlmişdir. Ona yaxın tanışı tərəfindən bildirilmişdir ki, dizayner vasitəsi ilə evinin əşyaların sifariş versə daha yaxşı alınar. Bunun üçün oğlunun dostu Tamerlanın vasitəsi ilə tanıdığı Orxan adlı dizayneri evinə dəvət etmişdir. Orxan mənzilə gəlib dizayn işlərini bitirdikdən sonra ona 1000 manat pul ödəmişdir. Həmin vaxt Orxan mebel ustası və tanışı olan Natiq tərəfindən ev əşyalarını sifarişlə düzəltdirə biləcəyini demişdir. Orxan bunun daha ucuz başa gələcəyini demişdir. O, rəfiqəsinin əri Şahid7 evin mebel işlərini də görməsini xahiş etmişdir. Evin əsas təmir işləri başa çatdıqdan sonra təxminən 2023-cü ilin fevral ayının 15-də Ariz Orxanla Bakı şəhəri, 28 may küçəsində yerləşən ofisdə görüşüb orada əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı mebel ustası ilə tanış olmuşdur. Ariz Natiqlə ilkin danışıqdan biriki gün sonra fevral ayında Natiqin onu Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mebel sexinə aparıb bütün mebellərin həmin sexdə yığılacağını göstərdiyini demişdir. Daha sonra Ariz Natiq ilə Sumqayıt şəhərinə, onun Levent yaşayış massivindəki mənzilinə gəlmişlər. Natiq ölçüləri götürüb çıxıb getmişdir. O, Arizlə usta Natiqi dizayner Orxan gətirdiyi üçün qiyməti Natiq gəlməmişdən qabaq Orxanın özü ilə 18.500 manat olmaqla razılaşmışdır. Həmin məbləğə Şahid6 gətirdiyi mebel ustası Natiqin 5 ayrı-ayrı otaqların giriş qapılarını, yəni, bir sanitar qovşağının (hamam otağı ilə birlikdə), bir iş otağı, iki yataq otağı, bir qonaq otağı olmaqla ümumilikdə 5 ədəd ağ rəngdə qapı, həmçinin, iki yataq otaqlarının hər birinə bir ədəd yataq çarpayısı, bir ədəd divan, bir ədəd komputer dolabı stol ilə birlikdə və bir ədəd paltar dolabı, bundan başqa mətbəx otağının bütün mebeli və qonaq otağına bir ədəd divan arxasına taxta dekor, bir ədəd tv-stend, bir ədəd böyük güzgü, 6 stul olmaqla bir ədəd stol, eyvanda iki ədəd dəridən balaca ölçülü oturacaq və kombi üçün plastik materialdan şkaf və iş otağı üçün bir ədəd divan, bir ədəd paltar-kitab üçün dolab və komputer masası və dəhlizə bir ədəd giriş dolabı və bir ədəd böyük ölçülü güzgü düzəldəcəyini bildirmişdir. Razılıq olmuşdur ki, işi iki ay müddətinə, yəni, 2023-cü ilin aprel ayının sonuna kimi görüb qurtaracaq. Bundan sonra o, pulu Arizə verib işi özünün həll eləməsini tapşırmışdır. Orxan ilkin olaraq 7.000 manat pul istəmişdir. Buna görə də Ariz ondan aldığı həmin məbləği 19 fevral 2023-cü il tarixdə axşam saatlarında Masazır qəsəbəsində yerləşən “Brilyant” şadlıq sarayının qarşısında Orxana Natiqin yanında maşının içində vermişdir. Pulu verdikdən təxminən 1 ay yarım müddət keçəndən sonra, yəni, 2023-cü ilin aprel ayından Natiq işə başlamışdır. Aralarında 2023-cü ilin mart ayından narazılıqlar başlamışdır. Belə ki, Natiq ondan 7.000 manat pul almağına baxmayaraq mart ayının sonunadək heç bir iş görməmişdir. Soruşanda isə yalandan əlində başqa işlər olduğunu, rayonda olduğunu, yaxud, uşağının xəstə olduğunu deyərək müxtəlif bəhanələr gətirərək işi görməkdən yayınmışdır. Nəhayət Natiq aprel ayında işə başlayıb 2024-cü ilin may ayınadək onun mənzilinə yalnız 5 ədəd qapı, mətbəx mebelinin karkasını qapaqsız polkasız, dəhlizin dolabının yalnız karkasını polkasız, bir yerdə olan hamam otağı və sanitar qovşağın dolablarının karkasını, qapaqsız vəziyyətdə gətirib quraşdırmışdır. Yəni, Natiq ancaq quru laminatı kəsib gətirib divara vurmuşdur. İşi yarımçıq görməyinə baxmayaraq Ariz Natiqin yenidən pul istədiyini demişdir. Lakin, narazılıq olduğu üçün o, Natiqə pul vermək istəməmişdir. Bunu müzakirə etmək üçün o, Ariz, Orxan və Natiq 2023-cü ilin may ayında mənzildə görüşmüşdülər. O, Natiqdən narazı olduğunu bildirib Natiqlə iş görmək istəmədiyini demişdir. Lakin, Natiq də iş görmək üçün ona pul verməyini demişdir. O, yarımçıq işin başqa usta tərəfindən yerinə yetirilməsinin çətin olduğunu başa düşüb məcbur qalıb Natiqlə razılaşmışdır. Natiq əlavə olaraq ondan 6.000 manat pul istəmişdir. O, həmin danışıqdan sonra 2023-cü ilin may ayında Natiqin ona göndərdiyi kart hesabına 2.000 manat pul göndərmiş, bir-iki gün sonra Arizə 4.000 manat pul verib onu Natiqə verməyini demişdir. Ariz də həmin pulu Natiqə vermişdir. Lakin, 6.000 manat pulu verdikdən sonra da Natiq ümumiyyətlə heç bir iş görməyib işi yarımçıq saxlamışdır. O, ümumilikdə Natiqə iş üçün 13.000 manat pul vermişdir. O, 7.000 manat pulu verdikdən sonra Natiq yalnız 5 ədəd qapını qoymuş, İakin qapının abşifkaların və dəstəklərin qoymamış, mətbəx və dəhliz üçün mebelin yalnız sütunlarını, yəni qapaqsızqapısız vəziyyətini, yalnız laminant hissəsini gətirib quraşdırmış, bir yerdə olan hamam otağı və sanitar qovşağın daxilində olan dolabın rəfsiz, qapaqsız hissəsini quraşdırmışdır. Ona Şahid6 tərəfindən 2.200 manat pul ödənildiyini bildirmişdir. Ona 9200 manat məbləğində maddi ziyan dəydiyini, Natiqin yarımçıq düzəltdiyi karkasları və qapılarını da götürməsini istədiyini söyləmişdir. O, Təqsirləndirilən şəxs tutulmasını istəmədiyini, ona dəymiş zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid5 ifadəsində bildirmişdir ki, o, 2010-cu ildən usta kimi işləyir, mebel düzəldir. Təqsirləndirilən şəxs 2018-ci ildən tanımışdır. Həmin vaxtı o, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş yaşayış massivində yerləşən 39 saylı yaşayış binasının zirzəmisində yerləşən Azər adlı şəxsin icarə əsasında işlətdiyi mebel sexində usta kimi işləmişdir. Təqsirləndirilən şəxs də həmin sexdə usta olmuş, aralarında normal münasibət yaranmışdır. O, Natiq ilə həmin sexdə 6-7 ay müddətində bir yerdə işləmişdir. Sonra o, Türkiyə Respublikasına, oradan da Naxçıvan Muxtar Respublikasına gedib müxtəlif yerlərdə işləmişdir. 2018-ci ildən sonra Natiqi görməsə də, ara-sıra əlaqə saxlamışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar ayları ərzində ona mobil telefon vasitəsi ilə zəng eləyib çox pis vəziyyətdə olduğunu, uşağının xəstə olduğunu deyib Pərviz adlı mebel şifarişçisinin onu dirədiyini deyib onun yerinə həmin şəxslə danışmasını xahiş eləmişdir. O, da Pərvizlə danışıb vaxt istəmişdir. Bir neçə dəfə Pərvizlə danışsa da, daha sonra Pərviz onunla üçüncü dəfə əlaqə saxlayanda onun artıq yalan deməyə üzü gəlmədiyi üçün Natiqin Sumqayıt şəhər Polis İdarəsi tərəfindən tutulduğunu bildirmişdir. Natiqin aldatmaq niyyətinin olduğunu bilmədiyini və uşağı xəstə olduğu üçün Pərvizdən vaxt istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid6 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 2022-ci ilin sentyabr ayından tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs2 ilə tanışı Tamerlanın vasitəsilə tanış olmuşdur. 2022-ci ilin sentyabr ayında Tamerlan ona dostunun mənzilinə dizayn işi görmək lazım olduğunu demişdir. O, razılaşmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlamış, sonuncu ilə birlikdə Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən “Levent” yaşayış massivinə getmişdir. Orada Zərərçəkmiş şəxs2 ona mənzili göstərmiş, o, mənzildə dizayn işi üçün müvafiq ölçüləri götürmüş, işin müqabilində 1.000 manat pul almışdır. O, işlərini bitirdikdən sonra Zərərçəkmiş şəxs2 ona evinə mebel yığdırmağını istədiyini deyib ondan tanış ustasının olub-olmadığını soruşanda o, mebel əşyalarını düzəltmək üçün tanıdığı olduğunu, həmin usta ilə onları tanış edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs2 də razılaşmışdır. Bundan sonra o, mebel ustası olan Natiqi Zərərçəkmiş şəxs2 və sonuncunun mənzilində təmir işlərinə nəzarət edən Ariz adlı şəxslə tanış etmişdir. O, hər hansı bir mənzildə dizayner işləri görən zaman ustanı işə cəlb etdikdə həmin ustaya verilən puldan ona da faiz verilmişdir. Onun yanında Ariz Natiqi sorğu-sual etdikdən sonra Natiqlə birlikdə Natiqin işlədiyi sexə getmişlər. Bundan sonra Zərərçəkmiş şəxs2 Natiqlə iş görməyə razılaşmışdır. Danışığa əsasən Natiq 5 ayrı-ayrı otaqların giriş qapılarını, yəni, bir sanitar qovşağının (hamam otağı ilə birlikdə), bir iş otağı, iki yataq otağı, bir qonaq otağı olmaqla ümumilikdə 5 ədəd ağ rəngdə qapı, həmçinin, iki yataq otaqlarının hər birinə bir ədəd yataq çarpayısı, bir ədəd divan, bir ədəd komputer dolabı stol ilə birlikdə və bir ədəd paltar dolabı, bundan başqa mətbəx otağının bütün mebeli və qonaq otağına bir ədəd divan arxasına taxta dekor, bir ədəd tv-stend, bir ədəd böyük güzgü, 6 stul olmaqla bir ədəd stol, eyvanda iki ədəd dəridən balaca ölçülü oturacaq və kombi üçün plastik materialdan şkaf və iş otağı üçün bir ədəd divan, bir ədəd paltar-kitab üçün dolab və komputer masası və dəhlizə bir ədəd giriş dolabı və bir ədəd böyük ölçülü güzgü düzəldəcəyini bildirmişdir. Razılıq olmuşdur ki, Natiq işi iki ay müddətinə, yəni, 2024-cü ilin aprel ayının sonuna kimi görüb qurtaracaq. Bunun müqabilində Natiq 18500 manat pul istəmişdir. Zərərçəkmiş şəxs2 bütün işlərin aparılmasını Arizə tapşırmışdır. O, bütün danışığı Arizlə etmişdir. Natiq evdə ölçmə işləri apardıqdan sonra 19 fevral 2024-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Brilyant” şadlıq sarayının qarşısında Ariz Natiqin yanında maşının içində ona Natiqə vermək üçün 7000 manat pul vermişdir. Sonra Ariz çıxıb getmişdir. O, həmin pulu Natiqə vermişdir. Natiq həmin puldan ona 1500 manat pul vermişdir. Çünki Natiqə iş verdiyi üçün həmin pul onun faizi olmuşdur. Bundan sonra 7000 manat pulun müqabilində Natiq mənzilin qapılarını düzlətmiş, sanitar qovşağında olan dolabın, dəhlizdəki dolabın və mətbəx otağında mətbəx mebelinin korpusunu, yəni, laminatını yığıb 100 metr plintusu hazırlamışdır. Lakin, sonradan Natiq işi yubandırmağa başlamışdır. Arada artıq narazılıqlar yaranmışdır. Belə ki, Natqi işi söz verdiyi kimi deyil, yalnız 2023-cü ilin aprel ayında görməyə başlamışdır. Lakin, danışıq olmuşdu ki, aprel ayına artıq iş yekunlaşacaq. Natiq işi davam etmək üçün ödəniş iştəmişdir. O, Arizlə evdə danışmış, həmin vaxt Zərərçəkmiş şəxs2 də gəlmişdir. Orada Xalidə xanım işin yubandığını deyib pul vermək istəməmişdir. O, Xalidə xanıma işin başında özü duracağını demiş, amma işə davam etmək üçün Natiqin pul istədiyini bildirmişdir. Natiqdən nə üçün işi gecikdirdiyini soruşduqda uşağı xəstə olduğu üçün hazırda işləyə bilmədiyini bildirmişdir. O, artıq bu işə qarışmaq istəməmiş, ona görə də onlarla halallaşıb çıxıb getmişdir. Onlar pulu Natiqə verməli olmuşlar. Sonradan o, bilmişdir ki, Natiq əlavə olaraq Xalidə xanımdan 6.000 manat pul alıb və söz verib ki, işi tamamlayacaq. Lakin, Natiq pulu aldıqdan sonra ümumiyyətlə heç bir iş görməmişdir. Sonra Xalidə xanım Natiqdən şikayət etmişdir. Natiq ona ümumilikdə 2.200 manat pul vermişdir. Lakin, Natiq işi tam görməyib Xalidə xanımın haqlı şikayət etməyinə səbəb olduqda sonra o, həmin işdən əldə etdiyi 2.200 manat xeyiri Xalidə xanıma geri qaytarmışdır. O, Natiq ilə əlbir olmadığını bildirmişdir. O, Xalidə xanımın iştirakı ilə mənzilində yığışıb danışan zaman mənzildə, təxminən 2023-cü ilin aprel ayında dəhlizdə, hamam-sanitar qovşaqda və mətbəxdəki mebelin laminant hissələri, 5 ədəd qapılar qoyulmuş və yataq otağında yerdə plintus olmuşdur. Başqa işlər qalmışdır. O, təxminən Natiqin 5000 manatlıq iş gördüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin fevralında tanımışdır. O, Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, Bulvar küçəsi, Levent 1 yaşayış massivində yerləşən mənzilin təmirtikinti işləri ilə məşğul olmuşdur. O, mühəndis olduğu üçün Zərərçəkmiş şəxs2 mənzilin təmiri ilə bağlı işləri ona həvalə etmişdir. Mənzilin dizayner işləri ilə Orxan məşğul olmuşdur. Həmin vaxt Orxan mebel ustası və tanışı olan Natiq tərəfindən ev əşyalarını sifarişlə düzəltdirə biləcəyini demişdir. Orxan bunun daha ucuz başa gələcəyini demişdir. Evin əsas təmir işləri başa çatdıqdan sonra təxminən 2023-cü ilin fevral ayının 15-də o, Orxanla Bakı şəhəri, 28 may küçəsində yerləşən ofisdə görüşüb orada əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı mebel ustası ilə tanış olmuşdur. O, Natiqlə ilkin danışıqdan bir-iki gün sonra fevral ayında Natiqin onu Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mebel sexinə aparıb bütün mebellərin həmin sexdə yığılacağını göstərmişdir. Daha sonra o, Natiq ilə Sumqayıt şəhərinə, Zərərçəkmiş şəxs2 Levent yaşayış massivindəki mənzilinə gəlmişlər. Natiq ölçüləri götürüb çıxıb getmişdir. Qiyməti Zərərçəkmiş şəxs2 Orxanla 18500 manata razılaşmışdır. Həmin məbləğə Şahid6 gətirdiyi mebel ustası Natiqin 5 ayrı-ayrı otaqların giriş qapılarını, yəni, bir sanitar qovşağının (hamam otağı ilə birlikdə), bir iş otağı, iki yataq otağı, bir qonaq otağı olmaqla ümumilikdə 5 ədəd ağ rəngdə qapı, həmçinin, iki yataq otaqlarının hər birinə bir ədəd yataq çarpayısı, bir ədəd divan, bir ədəd komputer dolabı stol ilə birlikdə və bir ədəd paltar dolabı, bundan başqa mətbəx otağının bütün mebeli və qonaq otağına bir ədəd divan arxasına taxta dekor, bir ədəd tv-stend, bir ədəd böyük güzgü, 6 stul olmaqla bir ədəd stol, eyvanda iki ədəd dəridən balaca ölçülü oturacaq və kombi üçün plastik materialdan şkaf və iş otağı üçün bir ədəd divan, bir ədəd paltar-kitab üçün dolab və komputer masası və dəhlizə bir ədəd giriş dolabı və bir ədəd böyük ölçülü güzgü düzəldəcəyini bildirmişdir. Razılıq olmuşdur ki, işi iki ay müddətinə, yəni, 2023-cü ilin aprel ayının sonuna kimi görüb qurtaracaq. Bundan sonra Zərərçəkmiş şəxs2 pulu ona verib, işi həll eləməsini tapşırmışdır. Orxan ilkin olaraq 7.000 manat pul istəmişdir. Buna görə də o, Zərərçəkmiş şəxs2 aldığı 7000 manatı 19 fevral 2023-cü il tarixdə axşam saatlarında Masazır qəsəbəsində yerləşən “Brilyant” şadlıq sarayının qarşısında Orxana Natiqin yanında maşının içində vermişdir. Pulu verdikdən təxminən 1 ay yarım müddət keçəndən sonra, yəni, 2023-cü ilin aprel ayından Natiq işə başlamışdır. Aralarında 2023-cü ilin mart ayından narazılıqlar başlamışdır. Belə ki, Natiq ondan 7.000 manat pul almağına baxmayaraq mart ayının sonunadək heç bir iş görməmişdir. Soruşanda isə rayonda olduğunu, yaxud, uşağının xəstə olduğunu deyərək müxtəlif bəhanələr gətirərək işi görməkdən yayınmışdır. Nəhayət Natiq aprel ayında işə başlayıb 2024-cü ilin may ayınadək onun mənzilinə yalnız 5 ədəd qapı, mətbəx mebelinin karkasını qapaqsız polkasız, dəhlizin dolabının yalnız karkasını polkasız, bir yerdə olan hamam otağı və sanitar qovşağın dolablarının karkasını, qapaqsız vəziyyətdə gətirib quraşdırmışdır. Natiq yenidən pul istədikdə narazılıq olduğu üçün Xalidə xanımla pulu vermək istəməmiş, lakin, sonradan yarımçıq işin başqa usta tərəfindən yerinə yetirilməsinin çətin olduğunu fikirləşib Natiqə 6000 manat da pul vermişlər ki, işi tamamlasın, lakin, Natiq 6000 manat aldıqdan sonra heç bir görməmişdir. Natiqə 2000 manatı Xalidə xanım onun kart hesabına göndərmiş, qalan 4000 manat pulu isə o, 2023cü ilin may ayında Natiqə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun bibisidir. O, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə bibisinin evində görmüşdür. O, bibisinin Abşeron rayonu, Hökməli kəndində yerləşən evində təmir işlərinə kömək etmişdir. xx.xx.2023-cü il tarixdə Natiq mətbəx mebelinin ölçülərini götürmək üçün bibisi Nəzakətgilə gəlmişdir. Natiq mebelin ölçülərini götürmüş və 2500 manat məbləğində mebelin düzəldilməsi ilə bağlı razılığa gəlmişlər. Bibisi Nəzakət həmin gün Natiqə 700 manat məbləğində pulu onun yanında vermişdir. Daha sonra isə bibisi oğlu Sovqat Natiqin kart hesabına 500 manat məbləğində pul göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun anasıdır. O, Təqsirləndirilən şəxs 2020-ci ildən mebel ustası kimi tanımışdır. Natiq ona məxsus evin mətbəx mebelini hazırlamış və təhvil vermişdir. 2023-cü ilin avqust ayında anasına məxsus evə mebel sifariş etmək üçün Natiqlə əlaqə saxlamışlar. xx.xx.2023-cü il tarixdə Natiq onun anasına məxsus evə gəlmiş və mətbəx mebeli yığmaq üçün ölçü götürmüşdür. Mebelin hazırlanmasını 2500 manata razılaşmışlar və Natiq həmin pulun yarısını istəmişdir. Anası Natiqə həmin gün 700 manat əlbəəl pul vermiş, o isə xx.xx.2023-cü il tarixdə Natiqin kart hesabına 500 manat pul göndərmişdir. Lakin, Natiq mebeli hazırlayıb təhvil verməmişdir. Məhkəmə iclasında “Votsap” tətbiqi vasitəsilə iştirak edən Şahid4 ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs Pərviz Mürsəlov onun həyat yoldaşıdır. Onlar Bakı şəhərində yeni mənzil almışlar. Mənzilə mətbəx mebeli düzəltdirmək üçün həyat yoldaşı Pərviz Mürsəlov Təqsirləndirilən şəxslə 4600 manat məbləğində mebelin düzəldilməsi ilə bağlı razılığa gəlmişlər. İlkin olaraq Pərviz Natiqə 1000 manat vermiş, daha sonra isə 2700 və 900 manat məbləğində pul ödəmişdir. Lakin, Natiq mebeli hazırlayıb təhvil verməmişdir. Ümumilikdə, həyat yoldaşı Pərviz Natiqə 4600 manat məbləğində pul vermişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid8 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2023-cü ildən tanımışdır. O, Natiqin yalnız adının Natiq olduğunu bilmişdir. Belə ki, Natiq onun sexinin müştərisi olmuşdur. Yəni, Natiq hazır kəsilmiş materialı gətirib onun sexində ya boya işi gördürüb, ya da ki, üzərinə membran vurdurmuşdur. Natiq 2023-cü ilin əvvəllərindən başlayaraq sexə gəlib adətən mebelin membran, yaxud, boyalı qapaqlarını sifariş vermişdir. Natiqlə yaxın münasibəti olmamışdır. Onun Natiqin vətəndaşlara qarşı dələduzluq etməsindən məlumatı olmamışdır. Natiq 2023-cü ilin əvvələrindən onun sexində işləyib, həmin ilin fevral ayında 800 manat, may ayında isə 400 manat arenda pulu verməmişdir. Natiq onun sexində mebel yığmamışdır. Ariz adlı şəxsi deyilən tarixdə sexdə görmüşdür. Lakin, Ariz ilə Natiq arasında nə danışıq olmasından məlumatı olmamışdır. Onlar danışıb qurtardıqdan sonra Ariz ona yaxınlaşıb Natiqlə aralarında 18.500 manat olmaqla 05 (beş) ayrı-ayrı otaqların giriş qapılarını, yəni, bir sanitar qovşağının (hamam otağı ilə birlikdə), bir iş otağı, iki yataq otağı, bir qonaq otağı olmaqla ümumilikdə 05 (beş) ədəd ağ rəngdə qapı, həmçinin, 02 (iki) yataq otaqlarının hər birinə 01 (bir) ədəd yataq çarpayısı, 01 (bir) ədəd divan, 01 (bir) ədəd komputer dolabı stol ilə birlikdə və 01 (bir) ədəd paltar dolabı, bundan başqa mətbəx otağının bütün mebeli və qonaq otağına 01 (bir) ədəd divan arxasına taxta dekor, 01 (bir) ədəd tv-stend, 01 (bir) ədəd böyük güzgü, 06 (altı) stul olmaqla 01 (bir) ədəd stol, eyvanda 02 (iki) ədəd dəridən balaca ölçülü oturacaq və kombi üçün plastik materialdan şkaf və iş otağı üçün 01 (bir) ədəd divan, 01 (bir) ədəd paltar-kitab üçün dolab və komputer masası və dəhlizə 01 (bir) ədəd giriş dolabı və 01 (bir) ədəd böyük ölçülü güzgü düzəldilməsi barədə danışıq olmasını deyəndə o, Arizə bildirmişdir ki, deyilən məbləğə, yəni, 18.500 (on səkkiz min beş yüz) o qədər mebel yığmaq mümkün deyil. O, Arizə Natiqin işi ucuz götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs onun sexində yalnız bir dəfə 2023-cü ilin aprel ayında 05 (beş) ədəd qapı yığmışdır. Buna görə də ona 750 manat pul vermişdir. Bundan başqa Natiq onun sexində heç nə yığdırmamışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid9 ifadəsi elan edilməklə tədqiq edilmiş, müəyyən olunmuşdur ki, o, məhkəmə iclasında ifadə verən Şahid8 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2005-ci ildən usta kimi işləyir, mebel düzəldir. Müxtəlif yerlərdə işləmişdir. Hal-hazırda Dərnəgül prospektində və Masazır qəsəbəsində yerləşən mebel sexlərində usta işləyir. O, Təqsirləndirilən şəxs 2018-ci ildən tanımışdır. Həmin vaxtı o, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş yaşayış massivində yerləşən 39 saylı yaşayış binasının zirzəmisində yerləşən Azər adlı şəxsin icarə əsasında işlətdiyi mebel sexində işləmişdir. Təqsirləndirilən şəxs də həmin sexdə usta kimi işləmiş, aralarında normal münasibət olmuş, lakin yaxın münbasibəti olmamışdır. Natiq ədətən gəlib həmin sexdə usta kimi işləmişdir. Lakin, 2018-ci ildən sonra Natiqi görməmişdir. Belə ki, Natiq sonradan daha gəlirli işə getdiyindən həmin vaxtdan sonra Natiqi nə görməmiş, nə də ki, onunla əlaqə saxlamamışdır. Bir dəfə təxminən 2023-cü ilin avqust ayında Təqsirləndirilən şəxs ona zəng eləyib nağd pulu olmadığını deyib ona müəyyən ölçüdə laminatları kəsməyi xahiş eləmişdir. O, Natiqlə razılaşmışdır. Belə ki, əvvələr Natiq ilə iş gördüyü üçün inanıb dediyi ölçüdə laminatları kəsib bir yerə qoymuşdur. Lakin, Natiq gəlib kəsdiyi laminantlara baxmamış, sonradan o, Natiqə ona kəsdiyi laminatın şəkillərini atmış, lakin Natiq şəkillərə baxıb işi bəyənməmiş, malı götürməmişdir. O da sonradan həmin kəsdiyi laminatı “atxoda” sərf eləmişdir. O, Təqsirləndirilən şəxs sifariş verdiyi mebeli kəsib yığmış, lakin Natiqdən həmin iş üçün pul almamışdır. Natiq ona 700 manat pul verməli olduğu halda bunu etməmişdir. Onun Natiqə sifariş verməmişdən qabaq hər hansı məbləğdə pul borcu olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) Zərərçəkmiş şəxs2 tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Orxan və Natiq adlı şəxs onun evini təmir edəcəyi vədini verərək 13000 manat pul almış, lakin vəd etdiklərini etməmiş və pulu geri qaytarmamışdırlar. Həmin şəxslər barəsində tədbir görülməsini və ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. (i.v 3) Zərərçəkmiş şəxs2 tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Şahid6 tərəfindən ona 2200 manat ödənilmişdir. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. (i.v. 11) Cinayət işlərinin birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. (i.v 33) Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.36) Zərərçəkmiş şəxs1 tərəfindən Abşeron Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs mebel düzəltmək adı ilə ondan ümumilikdə 1200 manat pul alsa da, vədinə əməl etməyərək, onu aldadaraq pulunu ələ keçirmişdir. Bu barədə tədbir görülməsini xahiş etmişdir. (i.v 39) Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2024-cü il tarixdə saat 20:00-da Sumqayıt ŞPİ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur (i.v 75) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona xx.xx.2024-cü il tarixdə saat 10:00-da elan olunmuşdur. (i.v 83-84) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmişdir. (i.v. 91-93) Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla CM-nin 178.1ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. (i.v 94) Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmış və hamin tarixdə də zərərçəkmiş şəxs qismində dindirilmişdir. (i.v 98-104) Təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 üzərində Təqsirləndirilən şəxs adına olmaqla istifadəsində olan "xxxx" ASC-yə aid 4169-7388-9330- 0420 bank kartı hesabına göndərilmiş 500 manat pul vəsaiti əks olunmuş 01 ədəd "xxxx" ASC-yə aid ödəniş qəbzini istintaqa təqdim etmiş, həmin qəbzə Sumqayıt ŞPİ-də baxış keçirilmiş, baxışa başlamazdan əvvəl iştirakçıya hüquq və vəzifələri izah edilməklə, ibtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyi barədə Azərbaycan Respublikası CM-in 300-cü maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Baxış gündüz vaxtı, süni işıqlandırma şəraitində Sumqayıt ŞPİ-nin inzibati binasında İŞ-də 310 nömrəli xidməti iş otağında aparılmışdır. Həmin qəbzin görüntüsünə baxış zamanı qəbzin yuxarı hissəsində narıncı fonda "xxxx", alt hissəsində reklam xarakterli “sənin bankın” yazıları, həmin fonda sağ tərəfdə bankın adı, ünvanı - UNİBANK Kommerisya Bank, ASC ********* ünvan 7nın olması görünür. Narıncı fonun alt hissəsində Əməliyyat qəbzi (Transfer recsipt) xx.xx.2023 tarixli çıxarış və həmin çıxarışla təsdiq olunur ki, aşağıdakı əməliyyat "xxxx" ASC-nin müştərisi Şahid1 tərəfindən **** **** **** 7995 nömrəli bank kartı ilə həyata keçirilib. Daha sonra xx.xx.2023-cü il tarixdə saat 00:51-də 500 manat pulun 641083 saylı təsdiq kodu ilə köçürülməsi görünür.Qəbzin aşağısında orta hissədə göy fonda, dairəvi formada mərkəzində "xxxx" yazısı olan bankın rəsmi peçatının olması görünür. Baxışda iştirak edən iş üzrə şahid qismində tanınmış Şahid1 Təqsirləndirilən şəxs onun anası Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etməklə ümumilikdə sonuncuya 1200 manat məbləğində maddi ziyan vurduğunu bildirmişdir. Həmin məbləğin 500 manatını o, anasının xahişi ilə Təqsirləndirilən şəxs göndərməsini yuxarıdakı qəbzin görüntüsü ilə təsdiqləmişdir. Qəbzin görüntüsü protokola əlavə edilmişdir. (i.v 115-116) Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və Sumqayıt ŞPİ-nin X19 keçirilməsi qərara alınmış, cinayət işi üzrə icraat Azərbaycan Respublikasının CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (i.v 124) Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində Abşeron rayonu Xırdalan şəhər ərazisində saxlanılmışdır. (i.v 141) Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat təzələnmiş və icraat davam etdirilmişdir. (i.v 145) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmişdir. (i.v. 147-149) Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və qərar xx.xx.2024-cü il tarixdə saat 15:00-da ona təqdim edilmişdir. (i.v 150-151) xx.xx.2024-cü il tarixli X16 tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinə ünvanlanmış ərizədən görünür ki, 2023-cü ilin may-avqust ayları ərzində Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə etməklə mətbəx mebeli düzəltmək barədə yalan vəd verib, pulunu almış və verdiyi vədə əməl etməyərək pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini və ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. (i.v 156) Təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X10 iştirakı ilə istintaqı aparılan ********* cinayət işi üzrə X16 üzərində Təqsirləndirilən şəxs istifadəsində olan “Kapital Bank ASC”-yə aid 4169-7388- 9330-0420 nömrəli bank kartı hesabına göndərilmiş pul vəsaitləri əks olunmuş 02 ədəd ödəniş qəbzini istintaqa təqdim etmiş, baxış gündüz vaxtı, süni işıqlandırma şəraitində Sumqayıt ŞPİ-nin inzibati binasında İŞ-da 310 nömrəli xidməti iş otağında aparılmışdır. Həmin qəbzlərin görüntülərinə baxış zamanı 1-ci qəbzin əl ilə tutulması, ağ rəngdə olması müəyyən edildi, üzərində yuxarı hissəsində "xxxx" MMC-VÖEN ********** yazıları yazılması, sonra aşağı hissəsində MilliÖn elektron ödəmə sistemi, Terminal No 51491 sözləri, daha sonra xx.xx.2023-cü il tarixdə saat 18:50:52-də ünvan 8 ünvanında "xxxx" xidmətinin nağd ödənişi sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus 416973******0420 nömrəli bank kartı nesabına 1.000 AZN məbləğin köçürülməsi görünür. Baxış zamanı 2-ci qəbzin ağ rəngdə olması, “Kapital Bank" ASC-nin “Bir Bank” mobil tətbiqindən çıxarış olması müəyyən edildi, üzərində yuxarı hissəsində ödənişin uğurla nəticələnməsini təsdiq edən dairəvi yaşıl fonda təsdiq işarəsi, aşağıda detallaşma hissəsində ********* kvitansiya nömrəsi, tarix xx.xx.2023-cü il saat 17:40, məbləğ 900 manat, məbləğ köçürülən hesab 523915******5300, məbləğ köçən hesab 416973******0420, alıcı NA******* F******* olması görünür. Baxışda iştirak edən X16 bildirmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etməklə ümumilikdə ona 4600 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin foto görüntülər protokola əlavə edilmişdir. (i.v 167-170) Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. (i.v 181-182) Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X16 zərərçəkmiş şəxs qismində tanınmış və həmin tarixdə də zərərçəkmiş şəxs qismində dindirilmişdir. (i.v.184-194) Təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavə və dəyişiklik edilərək Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (i.v 205-206) Yenidən ittiham elan edilmiş təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmişdir. (i.v. 215-218) Yenidən ittiham elan edilmiş təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. (i.v 220-221) Zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış, həmin tarixdə də zərərçəkmiş şəxs qismində dindirilmişdir. (i.v 231-240) Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkçiş şəxs Zərərçəkmiş şəxs2, Şahid7 və X17 iştirakları ilə, Sumqayıt şəhəri, Sahil küçəsi, Levent yaşayış kompleksinin 6-cı blok, 4-cü mərtəbəsində yerləşən 257 nömrəli mənzilinə baxış keçirilmiş, baxış gündüz vaxtı, əvvəlcə açıq havada, təbii işıqlandırma şəraitində, daha sonra Sumqayıt şəhəri, Sahil küçəsi, Levent yaşayış kompleksinin 6-cı blok, 4-cü mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus olan 257 nömrəli mənzildə süni işıqlandırma şəraitində aparılmışdır. Baxış aparılan yer Sumqayıt şəhəri, Sahil küçəsi, Levent yaşayış kompleksinin 6-cı blok, 4-cü mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus olan 257 nömrəli mənzildir. Baxış zamanı binanın Sumqayıt şəhəri, Bulvar ərazisi, Sahil küçəsində H.Z.Tağıyev qəsəbəsi istiqamətində yerləşməsi, binanın 9 mərtəbəli olması müəyyən olunmuş, binanın girişi mərkəzi orta hissəsindən olmaqla dəmir darvaza ilə bağlıdır. Binanın həyətinə daxil olduqda sol tərəfdən üzərində qırmızı rəngdə rəqəmlərlə 6 və 151 yazıları yazılan binanın girişinə doğru pilləkənlə qalxdıqda tünd rəngli ikisi 1 laylı, biri 2 laylı olmaqla ümumilikdə 03 (üç) ədəd giriş qapsının olması müəyyən olundu. Binaya 2 laylı qapıdan daxil olduqdan sonra dəhlizdən pilləkan vasitəsi ilə binanın 4-cü mərtəbəsinə qalxıb soldan birinci üzərində 7 rəqəmi olan, lakin 2 və 5 rəqəmlərinin qapının üzərindən düşməsini göstərən izlərin olduğu bir laylı qara rəngli qapının olduğu görünür. Zərərçəkmiş şəxs2 həmin mənzilin onun olduğunu deyərək qapını açmış, sonra mənzilə daxil olduqda məzilinin otra hissəsində dəhliz, solda və sağ iki, qarşıda isə bir, ümumilikdə 5 otaqdan ibarət olması müəyyən olunmuş, otaqların hər birinin girişində abşifkasız, lakin dəstəkli ağ rəngli 05 (beş) ədəd giriş qapısının olması, dəhlizdə sol tərəfdə 4 qapılı, qapılardan 3-cü membran üzlü, bir qapısı isə olmayan dolab, bir qədər irəlidə sol tərəfdə yataq otağında döşəmənin üzərində sağ tərəfdə ağ rəngli üstüstə yığılmış plintus, otağın sol hissəsində divara bitişik halda qapısız dolabın, dolabın qarşısında isə bir ədəd çarpayının olması, dəhlizdə yataq otağından bir qədər irəlidə dəhlizin sağ hissəsində yataq otağı ilə üzbəüz içərisində divara bitişik membran qapaqlı dolab olan otaq, daha sonra dəhlizin sağ tərəfində qonaq otağına çatmamış bir yerdə olan hamam və sanitar qovşağın daxilində sol tərəfdə divara bərkidilmiş qapaqlı dolab, sağ tərəfdə isə divara bərkidilməmiş dolabın olması, dəhlizin baş hissəsində yerləşən studio formatlı qonaq otağının sağ tərəfində mətbəx otağı, içərisində hazır şəkildə mətbəx mebeli, qonaq otağında isə sol tərəfdə televizor, TV stend, sağ tərəfdə yarımçıq qalan işlərin olması müəyyən olundu. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi bəzi xüsusatların öz əksini tapmamasını, yəni qapıların qulplu olması, mətbəx mebelinin və digər mebellərin hazır olmasını evində Təqsirləndirilən şəxs sonra başqa ustalar gətirərək həmin işləri gördürməsi ilə izah etmişdir. Baxış zamanı “Samsung” markalı mobil telefon vasitəsi ilə çəkilmiş foto şəkillər çıxarılaraq protokola əalvə olunmuşdur. (i.v 243-250) Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (cild 2, i.v 12-13) Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavə və dəyişiklik edilərək Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmış və ittiham ona xx.xx.2024-cü il tarixdə saat 13:30-da elan edilmişdir. (cild 2, i.v 21-25) İttiham elan etmək üçün və qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduğu təqdirdə Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verilməsi qərara alınmışdır. (cild 2, i.v 26-29) Cinayət işi üzrə icraatın dayandırılması barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs tutulub Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. (cild 2, i.v 32-36) Axtarışda olan təqsirləndirilən şəxsin könüllü gəlməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Sumqayıt ŞPİ-nin İŞ-yə gəlmiş, bildirmişdir ki, xəstə olduğundan və müalicə aldığına görə istintaqa gələ bilməmişdir, sağaldığından artıq istintaq hərəkətlərində iştirak edəcəkdir. (cild 2, i.v 38) Cinayət işi üzrə icraatın təzələnməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnərək istintaq davam etdirilmişdir. (cild 2, i.v 41-44) Yenidən ittiham elan edilmiş təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində əlavə dindirilmişdir. (cild 2, i.v. 52-55) Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, istintaqda ifadə vermiş Təqsirləndirilən şəxs əvvəllər haqqında ifadə verdiyi və ya hazırda ifadə verə biləcəyi şəraiti və yerləri göstərməsi təklif olunmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra o, özünün göstərdiyi marşrutla vəkil X6 iştirakı ilə Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri Bulvar küçəsi ərazisində yerləşən Levent 1 yaşayış massivinin 6-cı blokundakı 257-ci mənzildə 2023-cü ilin aprel-may ayları ərzində quraşdırdığı mebelləri və həmin tarixlərdə sözügedən ünvana gətirdiyi materialları göstərmişdir. Daha sonra o, özünün göstərdiyi marşrutla vəkil X6 iştirakı ilə mebelləri yığdığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mebel sexinin yerini göstərmişdir. O, ifadənin yerində yoxlanılması istintaq hərəkətinin keçirilərkən istintaq zamanı verdiyi ifadələrini bir daha təsdiq etmişdir. İfadələrin yerində yoxlanması zamanı mobil telefonun mobil kamerasından istifadə olunmuşdur və çəkilmiş foto şəkillər protokola əlavə olunmuşdur. (cild 2, i.v 56-63) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. (cild 2, i.v.95) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, ittihamı təsdiq edən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, baxış, digər istintaq hərəkəti protokolları və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmişdir. (cild 2, i.v 106-128) AZİV№760771 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X3r. Məhkəmə iclasında təqdim edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli X7 xx.xx.2022-ci il tarixdə hissəvi bağırsaq keçməməzliyi diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında təqdim edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X7 xx.xx.2022-ci il tarixdə Cərrahi əməliyyat “Laporoskopiya stranqulyasion bağırsağın kəsilməsi” əməliyyatı icra edilmişdir. Qəbzin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Tibb Universiteti X8 hesabına 3000 (üç min) manat məbləğində ödəniş edilmişdir. “Baku CİTY Hospital”ın xx.xx.2025-ci il tarixli pataloji müayinəsinin rəyindən görünür ki, X4 “Aqanqlionar yoğun bağırsaq Hirşprunq xəstəliyi, bağırsağın cərrahi sərhədlərində qanqlionlar izlənmədi, Ayrıca göndərilmiş bağırsağın cərrahi sərhədində əzələ arasında distropik dəyişilmiş qanqlionlar göründü, yoğun bağırsaq rezeksiya” rəyi verilmişdir. Məhkəmə iclasında təqdim edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə ileostomanın ləğvi, xx.xx.2025-ci il tarixində yoğun bağırsağın rezeksiyası, ileoanal anastomozun qoyulması, qarın boşluğunun drenajı stasionar müalicəsi aparılmışdır. Məhkəmə iclasında təqdim edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə böyrək və sidik axarının daş ilə tutulmuş hidronefrozu diaqnozu qoyulmuş, xx.xx.2025-ci il tarixdə endotraxeal anesteziya altında “sağ tərəfli mini perkutan nefrolitotomiyası, sağ tərəfli nefrostoma və sağ tərəfli 4Fr 16 sm ureteral JJ stent taxılması” əməliyyatı icra edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etməklə özgənin əmlakını təkrarən ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir, o həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun ailəsinin həyat şəraitinə təsirini o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, uşağının xəstə olmasını, törətdiyi əməli etiraf etməsini və zərərçəkmiş şəxs Pərviz Mürsəlova ziyandan qismən ödəniş etməsini, əvvəllər məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni himayəsində bir azyaşlı uşağının olmasını, uşağının xəstə olmasını, törətdiyi əməli etiraf etməsini və zərərçəkmiş şəxs Pərviz Mürsəlova ziyandan qismən ödəniş etməsini, əvvəllər məhkumluğunun olmamasını, cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdə saat 10:30-dan xx.xx.2024-cü il tarixə saat 15:00-dək Sumqayıt ŞPİ-nin MSY-də saxlandığı 03 (üç) gün, ümumilikdə 05 (beş) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 10 (on) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Xırdalan şəhəri, 26-cı məhəllə, nömrəsiz fərdi yaşayış evi ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X14 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdə saat 10:30-dan xx.xx.2024-cü il tarixə saat 15:00-dək Sumqayıt ŞPİ-nin MSY-də saxlandığı 03 (üç) gün, ümumilikdə 05 (beş) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 10 (on) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Xırdalan şəhəri, 26-cı məhəllə, nömrəsiz fərdi yaşayış evi ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 78 saata görə (30 saat 6 manatdan hesablanmaqla 180 (bir yüz səksən) manat, 48 saat 11 manatdan hesablanmaqla 528 (beş yüz iyirmi səkkiz) manat, cəmi 708 (yeddi yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-173/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-173/2025
18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver