Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-174/2021 21.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şamaxı rayonu Çaylı kəndində rayonunda anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayit şəhəri 2-ci mikrorayon ev 20/37, mənzil 28-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirləndirilən və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 11 oktyabr 2020-ci il tarixdə, axşam saatlarında Abşeron rayonu, Novxanı kəndi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,257 qram çəkidə psixotrop maddə-metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 12.10.2020-ci il tarixdə, saat 00:45-də Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 3 saylı tam orta məktəbin yaxınlığında saat 21:00-dan sonra ölkə ərazisində tətbiq olunmuş komendant saatının tələblərini pozduğuna görə Sumqayıt ŞPİ-nin PPXT-nin əməkdaşları tərəfindən saxlanılaraq, 4-cü PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən üst tərəfi ağ rəngli, içərisi qara rəngli olan siqaret kağızına bükülmüş təmiz çəkisi 0,257 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 ilə yaxındır ki, narkotik vasitədən istifadə edir. 11.10.2020-ci il tarixdə, axşam saatlarında şəxsi işi ilə əlaqədar evdən çıxaraq Abşeron rayonu, Novxanı kəndinə getmiş, həmin kənddə olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxslə söhbət edərkən, ona psixotrop maddə olan metamfetamin satdığını bildirmiş, o, da həmin şəxslə razılaşaraq, ondan 20 manata üst tərəfi ağ rəngli, içərisi qara rəngli olan siqaret kağızına bükülmüş 01 büküm «şüşə» adlanan psixotrop maddə olan metamfetamini alıb qara rəngli şalvarının sağ yan cibinə qoymuş, bir neçə saat orada olduqdan sonra yenidən Sumqayıt şəhərinə gəlmiş, 12.10.2020-ci il tarixdə, saat 00:45 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən 3 saylı tam orta məktəbinin yaxınlığında piyada gedərkən Azərbaycan Respublikası ərazisində hərbi vəziyyətlə əlaqədar saat 21:00-dan sonra tətbiq edilən komendant saatı ilə bağlı bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq hər hansı bir icazəsinin olub-olmadığın soruşmuş, o, da polis əməkdaşına heç bir icazəsinin olmadığını bildirmiş, komendant saatının qaydalarını pozduğuna görə polis əməkdaşı ona Sumqayıt ŞPİ-nin 4-cü PB-yə getməyini xahiş etmiş, o, etiraz etməyərək onunla birlikdə 4-cü PB-yə getmiş, yolda olarkən o, polis əməkdaşına üzərində psixotrop maddənin olduğunu bildirmiş, Sumqayıt ŞPİ-nin 4-cü PB-də xidməti otaqların birində polis əməkdaşları ona özlərini təqdim edib, ona da özünü təqdim etməyini bildirmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşı ona komendant saatının qaydalarını pozduğu üçün polis əməkdaşı tərəfindən saxlanıldığını və üzərində psixotrop maddə olduğunu bildirdiyi üçün polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə, o, etiraz etməmiş, daha sonra dəvət edilmiş vəkil ona təqdim edilərək iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyaları təqdim etməyini bildirdikdə əynində olan qara rəngli şalvarının sağ yan cibində gizlətdiyi üst tərəfi ağ rəngli, içərisi qara rəngli olan siqaret kağızına bükülmüş 01 bükümü onlara təqdim etmiş, təqdim etdiyi bükümdə nə olduğu, onu haradan, kimdən əldə etdiyini soruşduqda, bükümün içərisində «şüşə» kimi adlanan psixotrop maddə olan metamfetamin olduğunu, onu bir neçə saat əvvəl Abşeron rayonu Novxanı kəndində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmiş,. üzərindən aşkar olunan psixotrop maddə olan metamfetamin tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Ali təhsillidir.Əvvəllər məhkum olunmamışdır. Məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilməsini xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş polis serjantı Şahid2 ifadəsində göstərdi ki, 12 oktyabr 2020-ci il tarixdə, saat 00:45 radələrində manqa komandiri Şahid1 onlara efir vasitəsi ilə ona və xidmət yoldaşı Şahid3 Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 3 saylı tam orta məktəb yaxınlaşmalarını demiş, ora yaxınlaşdıqda saat 21:00dan sonra ölkə ərazisində tətbiq olunmuş komendant saatının tələblərini pozduğuna görə sonradan adını bildiyi Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim etmişlər və komendat saatı ilə bağlı tələbləri pozduğuna görə barəsində inzibati tədbir görülməsi üçün onu 4-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə gətirib polis bölməsinə daxil olan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş, bundan sonra həmin bölmənin təhqiqatçısı, polis baş leytenantı Kənan Hacıyev vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəyini deyib ona hüquq və vəzifələrinə dair bildiriş təqdim etmiş, Təqsirləndirilən şəxs buna etirazının olmadığını bildirmiş, Təqsirləndirilən şəxs icazəsi ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarışa başlamamışdan qabaq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan içəri (kiçik) cibində olan 1 ədəd bükülmüş formada olan üst tərəfi ağ rəngli siqaret kağızını çıxarıb təqdim etmiş, bükümü açıb içərisindəki spesifik iyə malik, ağ rəngli kütləni gördükdə o, həmin kütlənin narkotik vasitə şüşə olduğunu, həmin narkotik vasitəni Abşeron rayonu, Novxanı kəndi ərazisində olan zaman tanımadığı şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə kiçik elektron tərəziyə qoyularaq çəkilmiş və qablaşdırılmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş polis baş serjantı Şahid3 ifadəsində göstərdi ki, 12 oktyabr 2020-ci il tarixdə, saat 00:45 radələrində manqa komandiri Şahid1 onlara efir vasitəsi ilə ona və xidmət yoldaşı Şahid2 Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 3 saylı tam orta məktəb yaxınlaşmalarını demiş, ora yaxınlaşdıqda saat 21:00-dan sonra ölkə ərazisində tətbiq olunmuş komendant saatının tələblərini pozduğuna görə sonradan adını bildiyi Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim etmişlər və komendat saatı ilə bağlı tələbləri pozduğuna görə barəsində inzibati tədbir görülməsi üçün onu 4-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Pİnin 4-cü PB-nə gətirib polis bölməsinə daxil olan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş, bundan sonra həmin bölmənin təhqiqatçısı, polis baş leytenantı Kənan Hacıyev vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəyini deyib ona hüquq və vəzifələrinə dair bildiriş təqdim etmiş, Təqsirləndirilən şəxs buna etirazının olmadığını bildirmiş, Təqsirləndirilən şəxs icazəsi ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarışa başlamamışdan qabaq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan içəri (kiçik) cibində olan 1 ədəd bükülmüş formada olan üst tərəfi ağ rəngli siqaret kağızını çıxarıb təqdim etmiş, bükümü açıb içərisindəki spesifik iyə malik, ağ rəngli kütləni gördükdə o, həmin kütlənin narkotik vasitə şüşə olduğunu, həmin narkotik vasitəni Abşeron rayonu, Novxanı kəndi ərazisində olan zaman tanımadığı şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə kiçik elektron tərəziyə qoyularaq çəkilmiş və qablaşdırılmışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünr ki,o, da Şahid3 və Şahid2 ifadəsi ilə oxşam məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 12.10.2020-ci il tarixli, 6/2132 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “vət.Təqsirləndirilən şəxs üzərindən...” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,257 qram ağ rəngli ksistallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 10.12.2020-ci il tarixli, 3431 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, 13.10.2020-ci il tarixli qərarla maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,207 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Pİ-nin 4-cü-nin əməkdaşı tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materialarında olan 12.10.2020-ci il tarixli şübhəli şəxsin tutulmasına dair protkoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Kənan Hacıyev tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və saxlanılması üçün Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, 13.10.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Həmçinin cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin şərtlərini pozduğuna və istintaqdan gizləndiyinə görə 24.11.2020-ci il tarixdə barəsində axtarış elan olunmuş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPMnin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 03.12.2020-ci il tarixdə Sumqayıt şəhəri ərazisində saxlanılaraq həmin tarixdə Sumqayıt şəhər Pİ-nin MSY-nə təhvil verilmiş, barəsində həbs qətimkan seçilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılmış, vəsatət əsassız olduğundan, onun müdafiə olunmasından imtina edilmiş və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə qərar qəbul olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 10.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirir seçilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsindən daxil olmuş 04.03.2021-ci il tarixli 3425- 1221 saylı məktubdan və axtarışda olan şəxsin tutulmasına dair 04.03.2021-ci il tarixli protkolodan görünür ki, Təqsirləndirilən şəxs 04.03.2021-ci il tarixdə tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 24.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3457 saylı,26.11.2020-ci il tarixli arayışdan görünür ki,Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. Summqayıt şəhər 3 saylı şəhər poliklinikası tərəfindən verilmiş 550 saylı 30.11.2020-ci il tarixli arayşdan görünür ki, Təqsirləndirilən şəxs şəhər poliklinikasının psixiatrik kabinetində ambulator və dispanser müşahidədə yoxdur. 6 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə olunmuş Bakı İslam Universiteti tərəfindən verilmiş 3389 saylı diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs ali təhsillidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, onun əvvəllər məhkumluğunun olmaması, törətdiyi əməldən səmimi peşman olması, ali təhsilli olması Məhkəmə tərəfindən cəzasını yüngülləşdirən hal olaraq qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, onun cəzasını yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmamasına görə ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalında həbsdən azad edilməlidir.Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 12-13 oktyabr 2020-ci il və 03 dekabr 2020-ci il tarixlərində tutulduğu 01 (bir) gün, həmçinin 04 mart 2021-ci il tarixindən 21 aprel 2021-ci il tarixinədək həbsdə olduğu 01 (bir) ay 17 (on yeddi) gün müddət ona təyin olunacaq cəzadan çıxılaraq üzərində qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı onun Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,207 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 21.01.2021-ci il tarixli (iş № 1(060)-174/2021) qərarını icra edərək, 25 yanvar 2021-ci il tarixli 095 saylı orderə əsasən vəkil X3 onun vəkili təyin etmişdir. Müdafiəçi X3 Məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respubliası CM-nin 69.3-cü maddəsinə əsasən 12-13 oktyabr və 03 dekabr 2020-ci il tarixlərində tutulduğu 02 (iki) gün və həbsdə olduğu 01 (bir) ay 17 (on yeddi ) gün müddət, ümumilikdə 01 (bir) ay 19 (on doqquz) gün müddət ona təyin olunacaq cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri "polisin nəzarəti altına vermə" qətimkan tədbiri ilə əvəz edilsin. Məhkəmə iclas zalında həbsdən azad edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış DVİ disk cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,207 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional vəkil Bürosunun vəkili X2 göstərdiyi 10 (on ) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-174/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-174/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver