Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-174/2022 15.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 3-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 18 sentyabr 2021-ci il tarixdə, saat 16:00 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən Beynəlxalq banka aid bankomatın qarşı hissəsində olarkən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 oraya yaxınlaşıb özünə məxsus kartı ona təqdim edərək bankomatdan pulunun çıxarmasını xahiş etmiş, o da özgə əmlakını açıq talamaq məqsədi ilə Sona Muxtarovaya məxsus Beynəlxalq banka aid kartı götürüb bankomata taxıb kartda olan 50 (əlli) manat pulun çıxarılması ilə bağlı əməliyyat apararaq kartı bankomatdan çıxarıb Sona Muxtarovaya pul olmadığını deyərək kartı sahibinə qaytarmış, lakin bankomatdan çıxan 1 (bir) ədəd 50 (əlli) manatlıq pul əskinasını bankomatdan götürərkən Zərərçəkmiş şəxs2 bunu gördüyü üçün pulunu qaytarmasını ondan tələb etmiş, lakin o, pulu qaytarmaqdan imtina edərək həmin yerdən qaçıb getməklə Zərərçəkmiş şəxs2 50 (əlli) manat məbləğində zərər vurmaqla özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə 25.10.2021-ci il tarixdə, saat 16 radələrində Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində Zərərçəkmiş şəxs1 aldadaraq ona özündə olan Nail Quliyev adlı şəxsə məxsus, 2020-ci ilin iyul ayında istifadə müddəti bitmiş ödəmə kartını verməklə sonuncuya məxsus bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan elektron məlumat daşıyıcısı hesab edilən **********372496 kodlu “Kapital Bank”ın ödəniş kartını ələ keçirməklə həmin kartdan vahid niyyətlə əhatə olunan qəsdlə, davamlı olaraq hissə-hissə olmaqla 25.10.2021-ci il tarixdə, saat 16:48-də Sumqayıt şəhəri, 17-ci məhəllə, H.Əliyev prospekti 11/38, sahə 7 ünvanında yerləşən X5 filialına məxsus bankomatdan 200 (iki yüz) manat və həmin tarixdə, saat 16:49-da həmin ünvanda yerləşən bankomatdan 10 (on) manat, cəmi 210 (iki yüz on) manat məbləğində nəğd pulu – özgənin əmlakını gizli olaraq talamaqla oğurluq edərək zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 18 sentyabr 2021-ci il tarixdə, saat 16 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən Beynəlxalq banka aid bankomatın yaxınlığında dayanmışdır. Bankomatın yanında dayanaraq planlaşdırmışdır ki, bankomatın qarşısında pul çıxarmağa gələn hər hansı bir şəxsə bankomatdan pul çıxarması üçün köməklik etmək adı ilə ona yaxınlaşacaq və həmin şəxin kartını götürüb pulu bankomatdan çıxararaq kartın sahibini aldadıb pulunu ələ keçirəcəkdir. Nəzərində tutduğum cınayəti planlaşdırdıqdan sonra bankomatın qarşısında olarkən əvvəllər tanımadığı, adını hadisədən sonra adını bildiyi Sona adlı qadın Beynəlxalq banka aid bankomatın qarşısına gələrək Beynəlxalq banka aid kartını ona verib kartında olan pulunu çıxarmasını xahiş etmişdir. O, da həmin kartı Sonadan alıb kartın kodunun 1958 olduğunu öyrənmişdir, sonra kartı bakomata taxaraq kodu yazaraq pulun çıxarılmaası ilə bağlı əməliyyat aparmış, kartın balansında 50 manat pul olduğunu görüb həmin pulu ələ keçirmək qərarına gəlmişdir. Kartın sahibi Sona adlı qadın da onun yanında olmuş, o bankomatın monitorunun qarşı hissəsinə keçmişdir ki, Sona adlı qadın onun kartında pul olduğunu görə bilməsin. O, 50 yazılan rəqəmləri sıxmış, bankomatdan Sona adlı qadının kartı çıxdıqdan sonra bankomatdan pulun çıxmasını gözləmə ərəfəsində kartı bankomatdan çıxarıb Sonaya təqdim etmiş və yalan olaraq demişdir ki, kartında pul yoxdur. Sonra bankomatdan 2 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq, yəni 50 manat pul əskinazı çıxmış, o həmin pulu bankomatdan götürdükdən sonra Sona adlı qadın onun kartında olan pulun bankomatdan çıxdığını görüb pulu ondan tələb etmiş, o da yalan olaraq Sonaya kartında pul olmadığını, həmin pulun onun olmadığını demişdir. Lakin Sona adlı qadının kartından çıxan 50 manat pulunu ondan almaq istədiyini və öz pulunu ondan almaq üçün ona yaxınlaşdığını görüb pulu qaytarmamaqdan ötrü oradan qaçıb getmişdir. Həmin yerdən bir qədər aralandıqdan sonra yolda tanışı Şahid4 ilə rastlaşmışdır. Rafiqə 50 manat pulu verib yalandan demişdir ki, öz puludur qalsın onda, nə vaxt desə qaytarar. Rafiq də pulu ondan almş və o oradan uzaqlaşmışdır. Fikirləşmişdir ki, sakitçilik yaranan kimi pulu Rafiqdən alar. Sonra yaşadığı evə gedərkən yolda polis maşını yanında dayanaraq polis əməkdaşları onu saxlamışlar. Rafiq Məmmədovun həmin pulu onun cinayət yolu ilə əldə etməsindən məlumatı olmamış, o Rafiqə yalan olaraq pulun özünə məxsus olduğunu demiş, Rafiq də ona inanmışdır. Lakin elə olmuşdur ki, o polis əməkdaşları tərəfindən saxlanılmış və pulu Rafiqdən ala bilməmişdir. Bundan başqa bildirmişdir ki, sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. Daimi olaraq işi olmadığından, yəni uzun müddətdir işsiz olduğuna görə azyaşlı uşaqlarının ehtiyacların ödəmək məqsədi ilə 25.10.2021-ci il tarixdə qərara gəlmişdir ki, Sumqayıt şəhəri, “Kolxoz bazarı” adlanan əraziyə gedib orada olan “Araz” marketin çöl hissəsində yerləşən bankomatın yanında dayansın və ora gələn şəxslərdən hansısa ondan kartından pul çıxarmağı xahiş edərsə həmin şəxsin kartını oğurlayıb kartdakı pulları başqa yerdəki bankomatdan çıxarıb oğurlasın. Bu məqsədlə də o, Sumqayıt şəhəri ərazisində yerdən tapdığı, üzərində Nail Quliyevə məxsus olduğu yazılan, 2020-ci ilin iyul ayında müddəti bitmiş Kapital bankın plastik kartını da özü ilə götürmüşdür. Təxminən saat 16 radələrində “Araz” marketinin çöl hissəsində yerləşən bankomatın yanında gözləyən zaman Minirə Muayeva ona yaxınlaşaraq bankomatdan pul çıxarmaq üçün əməliyyat edə bilmədiyini bildirib ondan sonuncuya məxsus kart vasitəsi ilə bankomatdan pul çıxarmasını xahiş etmişdir. O, da bunu fürsət bilib Minirədən kartı alıb bankomata daxil etmiş və ondan kartın PİN kodunu soruşmuşdur. Minirə də ona kartın kodunun 1959 olduğunu demişdir. O, kodu daxil etdikdən sonra Minirənin kartında 217 (iki yüz on yeddi) manat məbləğində pul olduğunu görmüşdür. Sonra isə pulu bankomatdan çıxarmayıb kartı çıxartmış və Minirənin kartını özündə olan vaxtı bitmiş digər kartla dəyişmək üçün vaxt qazanmaq məqsədi ilə Minirəyə kartında pul olmadığını demişdir. Minirə isə ondan yenədə yoxlamasını xahiş etmişdir. O, kartı 2 dəfə də bankomata salıb pul olmadığını deyərək kartları dəyişib özündə olan vaxtı bitmiş kartı Minirəyə vermişdir. Sonra isə dərhal oradan uzaqlaşmışdır. Minirənin yanından uzaqlaşdıqdan sonra Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən X5 filialına məxsus bankomata yaxınlaşıb Minirənin kartını həmin bankomata taxaraq oradan 200 (iki yüz) manat pul çıxartmışdır. Daha sonra isə bir dəqiqə gözləyib kartı yenidən bankomata taxaraq oradan 10 (on) manat da pul çıxartmışdır. Sonra isə oradan uzaqlaşıb evinə gəlmiş və evinə gələrkən yolda həmin pula ehtiyacı olan ərzqaları almışdır. Minirənin kartını isə qıraraq kənara tullamışdır. Zərərçəkmiş şəxs1 məxsus bank kartı vasitəsi ilə sonuncunun pulunu oğurlayan zaman tək olmuş, bu barədə heç kimə deməmişdir. Eləcədə Minirənin pulunu oğurladıqdan sonra həmin puldan heç kimə verməmiş, həmin pul ilə ərzaq alan zaman da pulu oğurlamağı barədə heç kimə deməmişdir. Zərərçəkmiş şəxs1 məxsus kartı hara atdığını xatırlamadığından həmin yeri göstərə bilməmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını, himayəsində azyaşlı övladlarının olmduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Dövlət tərəfindən pensiya almış və həmin pensiyanı Beynəlxalq bankın vasitəsi ilə plastik bank kartı ilə almışdır. Bankomat vasitəsi ilə əməliyyat aparıb pul çıxara bilmədiyindən 18 sentyabr 2021-ci il tarixdə, təxminən saat 16 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən Beynəlxalq bankın bankomatının qarşısına gəlmişdir ki, orada olan şəxslərdən kartında olan 50 (əlli) manat məbləğində pulu çıxarıb ona vermələrini xahiş etsin. Bankomatın qarşısında olduğu zaman sonradan adını bildiyi Aysel adlı qadını görmüş və özü də qadın olduğundan Ayseldən xahiş etmişdir ki, kartından pulu çıxarıb ona versin. Aysel də ondan kartı alıb bankomata daxil etmiş, sonra isə ondan kartın PİN kodunu soruşmuşdur. O, da Ayselə kartın PİN kodunun 1958 olduğunu demişdir. Bundan sonra Aysel bankomatda əməliyyat apararaq kartını özünə qaytarmış və kartda pul olmadığını demişdir. O, da Ayselin doğru dediyini düşünüb kartı ondan almışdır. Həmin vaxt bankomatdan pul çıxdığını və pulu Ayselin götürdüyünü görmüşdür. O, başa düşmüşdür ki, həmin pul ona məxsusdur, Aysel pulu onun kartından çıxartmışdır. Çünki Aysel onun kartını bankomata daxil edib çıxardaraq ona verəndən sonra bankomata başqa kart daxil etməmişdir. O, Ayselin bankomatdan 50 manat pulu çıxararaq götürdüyünü görəndən sonra sonuncudan pulunu tələb etməyə başlamışdır. Aysel isə əvvəlcə pulun ona məxsus olmadığını demiş, sonra isə onun təkidlə pulu istədiyini görüb pulu da götürərək oradan uzaqlaşmağa başlamışdır. O, Ayseli saxlaya bilmədiyinə görə dərhal Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng vuraraq bu barədə məlumat vermişdir. Sonradan isə ona məlum olmuşdur ki, polis əməkdaşları Ayseli saxlamışlar. Təqsirləndirilən şəxs ona məxsus pensiya kartından 50 manat məbləğində pul çıxaraq əldə etməklə ona həmin məbləğdə maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə məlumat verən zaman aldığı pensiyanın məbləğini demiş, eləcədə fikrini düzgün izah edə bilmədiyindən 180 manat pulunun ələ keçirildiyini göstərmişdir. Hazırki ifadəsində isə dəqiq olaraq Təqsirləndirilən şəxs onun 50 manat məbləğində pulunu ələ keçirdiyini göstərmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Lakin, təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Özünə məxsus **********372496 nömrəli Kapital bank plastik kartı olmuşdur. Həmin kartı istifadə edərək hesabına bəzən pul yükləmiş, bəzən də kartdan bankomat vasitəsi ilə pul çıxarmışdır. Bankomat vasitəsi ilə əməliyyat apararaq kartdan pul çıxara bilmədiyindən əsasən başqa şəxslərdən xahiş etmiş və onlar onun üçün pul çıxarıb ona vermişlər. 25 oktyabr 2021-ci il tarixdə pula ehtiyacı olduğundan təxminən saat 16 radələrində Sumqayıt şəhəri, “Kolxoz bazarı” adlanan ərazidə “Araz” marketin çöl hissəsindəki kapital banka məxsus bankomatın yanına gəlmişdir ki, orada olan şəxslərdən xahiş etsin onun kartından pul çıxarıb ona versinlər. Orada olduğu zaman Təqsirləndirilən şəxs xahiş etmişdir ki, onun kartından pul çıxararaq ona versin. Təqsirləndirilən şəxs da onun xahişini yerinə yetirəcəyini bildirmiş və o sonuncuya öz kartını verərək kartın PİN kodunu da demişdir. Təqsirləndirilən şəxs kartı bankomata taxaraq əməliyyat aparmış, sonra isə ona kartında pul olmadığını bildirmişdir. O, Ayseldən bir daha yoxlamasını xahiş etdikdə Təqsirləndirilən şəxs kartı 2 dəfə də bankomata salıb yenidən çıxararaq ona vermiş və kartda pul olmadığını deyib oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs gedəndən sonra o, kartı orada olan başqa tanımadığı şəxsə verərək yoxlamasını xahiş etmişdir. Həmin şəxs kartı yoxlayan zaman kartın blokda olduğunu demişdir. O, karta baxanda kartın özünə məxsus olmadığını görmüşdür. Sonra isə mobil telefonuna SMS-lər gəlmiş və həmin mesajlara baxanda görmüşdür ki, ona məxsus kartdan Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən X5 filialının bankomatından 200 və 10 manat olmaqla cəmi 210 manat məbləğində pul çıxarılmışdır. Bundan sonra başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onun kartını oğurlayaraq kart vasitəsi ilə bankomatdan 210 manat pulumu çıxarıb oğurlamışdır. Bundan sonra o, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə gələrək ərizə ilə müraciət etmişdir. Ona məxsus hesabda ümumilikdə 217 manat məbləğində pul olmuşdur. 25.10.2021-ci il tarixdə şəxsi istifadəsində olan mobil telefon nömrəmə gəlmiş smslərin məzmununa əsasən Təqsirləndirilən şəxs tərəfindən Sumqayıt şəhəri, 17-ci məhəllə, H.Əliyev prospekti 11/38, sahə 7, Qubadlı filialından əvvəlcə saat 16:48-də 200 manat, saat 16:49-da isə 10 manat məbləğində olmaqla, cəmi 210 manat məbləğində pul çıxarılaraq oğurlanmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona məxsus bank kartı dəyişdirilib ona başqa kart verilən zaman bunu görməmiş, çünki Aysel arxasını ona tərəf çevirmiş və o sonuncudan 1-2 addım kənarda dayanmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilimiş Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyünün polis nəfəri Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər sakini kimi tanımış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 18 sentyabr 2021-ci il tarixdə, təxminən saat 16 radələrində xidməti işi ilə əlaqədar olaraq avtopatrulda polis kiçik serjantı Şahid3la birlikdə xidmət etmişlər. Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində Z.Hacıyev küçəsi ilə hərəkətdə olarkən 6-cı mikrorayon dairəsinin yaxınlığında bir neçə nəfər şəxsin toplaşdığını görmüş və nə baş verdiyini aydınlaşdırmaq üçün həmin şəxslərə yaxınlaşmışlar. Orada onlara məlum olmuşdur ki, bir nəfər qadın 13-cü mikrorayon ərazisində yerləşən Beynəlxalq banka məxsus bankomatın yanında başqa bir yaşlı qadının 50 manat pulu ələ keçirərək soyğunçuluq etmişdir. Bununla bağlı keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunmuş və sonuncu saxlanılaraq avtopatrul vasitəsi ilə ərazi aidiyyəti üzrə Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə gətirmişlər. Orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən Beynəlxalq banka aid bankomatın yanında Zərərçəkmiş şəxs2 məxsus kart vasitəsi ilə sonuncunun 50 manat pulunu soyğunçuluq yolu ilə ələ keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyünün polis nəfəri Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş və məhkəmə prosesində proses iştirakçılarının razılığı ilə ifadəsi elan edilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər sakini kimi tanımış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 26 oktyabr 2021-ci il tarixdə işlədiyi bölmədən icraatına təhqiqatçı Pərviz Babayevin 25.10.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus bank kartının oğurlanaraq həmin kart vasitəsi ilə xidmət göstərdiyi Sumqayıt şəhəri 17-ci məhəllə ərazisində yerləşən X5 filialına məxsus bankomatdan pul çıxarılaraq oğurluq edilməsi barədə raportu daxil olmuşdur. Tərəfindən aparılmış araşdırma zamanı həmin oğurluq əməlinin törədilməsində Təqsirləndirilən şəxs şübhəli olduğu müəyyən edildiyindən 05 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və sonuncu Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində saxlanılaraq 3-cü polis bölməsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs da ona etiraz etməyərək onunla birlikdə bölməyə gəlmişdir. Polis bölməsində olduğu zaman ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 məxsus kapital bank kartından 210 manat məbləğində pulu bankomat vasitəsi ilə Təqsirləndirilən şəxs çıxararaq oğurlamışdır. İş üzrə şahid qismində dindirilmiş və məhkəmə prosesində proses iştirakçılarının razılığı ilə ifadəsi elan edilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs 15 ildən çoxdur ki, tanımış, onunla məktəbdə bir sinifdə oxumuşdur. Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. 18 sentyabr 2021-ci il tarixdə, saat 16 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində Beynəlxalq banka aid bankomatın yaxınlığında, yolun kənarı ilə piyada gedərkən Təqsirləndirilən şəxs onu görüb yaxınlaşmış və ona 50 manat pul verərək nə vaxt istəsə qaytaracağını demişdir. O, da pulu Ayseldən almışdır. Aysel ondan aralaşıb getmiş, o nə baş verdiyini, Ayselin pulu haradan əldə etdiyini, pulu ona nə üçün verdiyini bilməmiş, Aysel ona bu barədə heç bir söz deməmiş, o da Ayseldən soruşmamışdır. Elə olmuşdur ki, həmin pulu xərcləmiş, fikirləşmişdir ki, Aysel nə vaxt istəsə pulu düzəldib qaytarar. Sonradan ona məlum olmuşdur ki, Aysel bir qadının kartından 50 manat pul çıxarmış, həmin qadına pulu qaytarmamış, qadın da bunu görüb pulunu ondan almaq istəmiş, lakin Aysel pulu ona verməmiş və bankomatın yanından qaçaraq həmin pulu saxlamaqdan ötrü ona vermişdir. Ayselin bu yolla pul əldə etməsindən məlumatı olmamış, əgər olsa idi həmin pulu Ayseldən almazmış. Həmin pul 2 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq pul əskinasları olmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 05.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirildiyi ********* saylı cinayət işi 02.09.2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Məhkəməsinin 1(060)-57/2022 saylı və 23.02.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu 02 (iki) ay 03 (üç) gün müddət ona təyin olunmuş cəzadan Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzadan 04 gününü çəkmiş və çəkilməmiş hissəsi 7 ay 20 gün təşkil edir. İş materiallarında olan Sumqayıt şəhər 7 Saylı MKS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 2005-ci il təvəllüdlü X1 və 2015-ci il təvəllüdlü X2 ibarətdir. İş materiallarında olan Sumqayıt şəhər 7 Saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 Yadigar qızı tərəfindən məhkəməyə təqdim edilmiş 30.03.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir və zərəçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlaşmış 10.02.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, lakin zərəçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət yoxdur. Cinayət işi materiallarından görünür ki, cinayət işi Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis kapitanı X3 tərəfindən 06.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə başlanılmışdır. 12.11.2021-ci il tarixdə cinayət işi üzrə istintaqın aparılması Sumqyaıt ŞPİ-nin müstəntiqi, polis mayoru Bəhruz Qulaova həvalə edildiyindən həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə olan ********* saylı cinayət işi icraatına qəbul edilib istintaqı aparılmışdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20.09.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş, 22.09.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19.11.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nın 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarrında olan 20 noyab 2021-ci il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən əməlin Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 180.1-ci maddələrindən həmin Məcəllənin 17.2.3-1, 177.2.2 və 180.1-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən “cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşman olmasını, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmamış uşaqlarının olmasını və ziyanı bir zərərçəkmiş şəxsə tam ödəməsini və zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsdən şikayətçi olmamalarını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, ekspert rəyinə, şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən “Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən “cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən “Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs 20.09.2021-ci il tarixdən 22.09.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 15.12.2021-ci il tarixli (iş № 1(060)-818/2021) qərarını icra edərək, 20.12.2021-ci il tarixli 1667 saylı orderə əsasən vəkil Müdafiəçi oğlunu onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 23.02.2022-ci il tarixli, 1(060)-57/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin
180. 1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona qəti olaraq təyin edilmiş 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 07 (yeddi) ay 20 (iyirmi) gün müddəti cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20.09.2021-ci il tarixdən 22.09.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs2 dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına (№AZ09AİİB******************** VÖEN **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: ZAUR HACİYEV