Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-174/2023 16.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 9-cu məhəllə, 2-ci Paralel küçə, yataqxana 10 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə Zərərçəkmiş şəxsun etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən sonuncuya və qonşusu X3 məxsus fərdi yaşayış evlərinə qaz xəttinin çəkilməsini təmin edəcəyinə dair yalan vəd verib aldadaraq onun istəyi ilə Zərərçəkmiş şəxs tərəfindən 14 yanvar 2022-ci il tarixdə, saat 20:39 dəqiqədə ünvan 3 ünvanında yerləşən “Araz” supermarketdə “eManat” terminalı vasitəsi ilə Şahid2 adın olmaqla "xxxx" ASC-yə məxsus **** **** **** 9778 nömrəli bank kart hesabına 700 manat pul, 15 yanvar 2022-ci il tarixdə, saat 12:43 dəqiqədə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən “Mübariz” marketdə “eManat” terminalı vasitəsi ilə Şahid1 adına olmaqla "xxxx" ASC-yə məxsus 4169 7414 7996 0960 nömrəli bank kart hesabına 300 manat pul köçürülməklə, həmçinin 16 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxsla Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “X11”in qarşısında görüşdükləri zaman sonuncudan götürdüyü 300 manat pul olmaqla ümumilikdə Zərərçəkmiş şəxs 1300 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Evlidir, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 10, 2-ci Paralel küçə, məhəllə 9 ünvanında qeydiyyatda olmaqla hal-hazırda ailəsi ilə birlikdə ünvan 5 ünvanında yaşayır. 2016-cı ilin iyul ayından 2022-ci ilin fevral ayınadək Sumqayıt Şəhər Qaz İstismar İdarəsində sürücü vəzifəsində işləmişdir. Hal-hazırda işsizdir. 2022-ci ilin yanvar ayında xəstəliyi ilə əlaqədar olaraq bülletenə çıxmışdır. Dəqiq olaraq xatırlamasa da, 13 yanvar 2022-ci il tarixdə uzun müddət tanışlıq münasibəti olan X5 xatırlmadığı mobil nömrəsi ilə zəng edib əlaqə saxlayaraq şəxsiyyəti daha sonra ona məlum olan Zərərçəkmiş şəxs nəzərdə tutaraq, Rahil adlı tanışının özünə məxsus Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən fərdi həyət evinə qaz xətti çəkdirmək istədiyini deyib, həmin ünvana onun tərəfindən qaz xəttini çəkilməsinə köməklik etməyinin mümkün olub-olmadığını soruşmuş, o, bunun mümkün olacağını demişdir. Daha sonra, Tural onun istifadəsində olan mobil nömrəni əlaqə saxlamasından ötrü Zərərçəkmiş şəxs verəcəyini demiş, telefon əlaqəsini sonlandırılmışdır. 13 yanvar 2022-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs zəng edib onunla telefon əlaqəsi yaradaraq Turalın dediyi şəxs olduğunu, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən fərdi həyət evinin özünə məxsus olduğunu, həmin ünvana qaz xətti çəkdirmək istədiyini və buna görə hörmət də edəcəyini demişdir. O da aralarındakı razılığa əsasən o, növbəti gün, yəni 14 yanvar 2022-ci il tarixdə Rahillə görüşmüş və Zərərçəkmiş şəxs qaz xətti çəkdirmək istədiyi evinə baxmışdır. Həmin vaxt Rahilə demişdir ki, evinə qaz xətti çəkilməsi üçün 650 manat pul lazımdır, Zərərçəkmiş şəxs onunla razılaşıb, əlavə olaraq demişdir ki, qonşusu Nərimanın da evinə qaz çəkdirmək istəyir, o, qonşusunun evinə də baxıb, qonşusunun evinə qaz çəkilməsi üçün də 650 manat pul lazım olduğunu demişdir. Rahil bu barədə də onunla razılaşmışdır. O, Rahilə qaz xəttinin çəkilməsini bir həftə müddətinə həll edəcəyini demiş və Rahil onunla razılaşmşdır. Növbəti gün, yəni 14 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs onunla telefon əlaqəsi yaradaraq aralarındakı razılığa əsasən qaz xəttinin çəkilməsi üçün ona verməli olduğu 1300 manat pulun ilk əvvəl 700 manatını göndərəcəyini deyib pulu göndərməsi üçün bank kart hesabı verməsini ondan istəmişdir. O da arvadı Şahid2 bank kartı onun tərfındən istifadə olunduğundan Şahid2 adına olan Azərbaycan Beynəlxalq Bank ASC-yə məxsus son dörd rəqəmi 9778 saylı bank kartının nömrəsini “whatsapp” mesajlaşma mübadiləsi sistemində Zərərçəkmiş şəxs göndərmiş və 14 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs “whatsapp” mesajlaşma mübadiləsi sistemində xx.xx.2022-ci il tarixdə, saat 20:39 dəqiqədə ünvan 3 ünvanında yerləşən “ARAZ” supermarketində olan “eManat” terminalı vasitəsi ilə 700 manat pul göndərməsini əks etdirən qəbzin fotoşəklini ona göndərmişdir. Həmin bank kartı onun istifadəsində olduğundan bank kartından pulu götürüb bankomatdan çıxartmışdır. Lakin, həmin bank kartında hal-hazırda xatırlamadığı kodlaşdırma ilə bağlı problem olduğundan, o, Zərərçəkmiş şəxs sözügedən 1300 manat pulu tam ona verdikdən sonra qaz xətti çəkiminə başlayacağını dediyi üçün pulun geri qalanını ona verməsindən ötrü Sumqayıt QİS-də işləyən tanışı Şahid1 yanına gedib, maddi imkanının yaxşı olmadığını, bu səbəblə də dostu tərəfindən ona pul veriləcəyini, özünün hər hansı bir bank hesabının olmadığını, həmin pulu onun bank kart hesabı vasitəsi ilə əldə etməsinin mümkün olub-olmadığını soruşmuşdur. Şahid1 buna etirazi etməyib, işləri ilə əlaqədar olaraq Sumqayıt QİS-i tərk edib onunla birlikdə gedə biləməyəcini deyib, adına olan bank kartını giriş kodu ilə birlikdə ona vermişdir. O, bundan sonra Şahid1 adına olan "xxxx" MMC-yə məxsus xx-xx-7414- 4996-0960 nömrəli bank kartının fotoşəklini Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə “whatsapp” mesajlaşma mübadiləsi sistemi vasitəsi ilə göndərmişdir. 15 yanvar 2022-ci il tarixdə, saat 12:43 dəqiqədə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən “Mübariz” marketdə olan “eManat” terminalı vasitəsi ilə 300 manat pul göndərməsini əks etdirən qəbzin fotoşəklini ona göndərmiş və o, həmin tarixdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən bankomata yaxınlaşıb pulu götürmüş və sonra bank kartını Şahid1 qaytarmışdır. Əldə etdiyi puldan Şahid1 heçnə verməmişdir. Son olaraq 300 manat pul isə 16 yanvar 2022-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində “X11in” qarşısında Zərərçəkmiş şəxs götürməklə ümumilikdə qaz xətinin çəkilməsi ilə bağlı Zərərçəkmiş şəxs 1300 manat pul əldə etmişdir. Zərərçəkmiş şəxs hər dəfə bank kart hesabına pul küçürdükdən sonra qəbzlərin fotoşəklini ona göndərməklə bərabər, bu barədə zəng edib əlaqə saxlamış, lakin o, qaz xəttinin çəkilməsindən ötrü 1300 manat pulu əldə edib işə başlamaq istədikdə artıq işdən çıxarılmış və bu barədə Zərərçəkmiş şəxs deyib ona bu işi görməyi üçün möhlət verməsini istəmişdir. Zərərçəkmiş şəxs da onu bir ay gözləyəcəyini demişdir. Lakin o, hələ də qaz xətti çəkilməsini həll edə bilmədiyindən Zərərçəkmiş şəxsla 2022-ci ilin mart ayında Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən “Qayalı” marketin yaxınlığında görüşüdüyü zamanı ona yenə də möhlət verməsini xahiş etdikdə Zərərçəkmiş şəxs ona vermiş olduğu pulu geri qaytarmağını istəmişdir. O, maddi imkanının yaxşı olmadığını, iki gün ərzində pulu ona qaytaracağını demiş, təxminən 250 manat pulu Sumqayıt şəhəri, 9cu mikrorayon ərazisində “Nilim” mebel mağazasının qarşısında Zərərçəkmiş şəxs çatdırmasından ötrü Tural Məmmədova vermişdir. Tural həmin zaman Zərərçəkmiş şəxsla telefon əlaqəsi yaratmış və o, 250 manat pul hal-hazırda verə bildiyini, geri qalanını da tez bir zaman da verəcəyini demişdir. Lakin geri qalan pulu isə geri qaytarmağa maddi imkanı olmamışdır. Zərərçəkmiş şəxs əldə etdiyi pulu heç kimə verməyib özündə saxlayıb şəxsi təlabatına xərcləmişdir, buna görə də qaz xəttinin çəkilməsi üçün heç bir hərəkət etməmişdir.Qaz xəttinin çəkilməsi üçün heç bir səlahiyyəti olmamış, maddi imkanı aşağı olduğundan belə bir addım atmış, daha sonra isə pulunu qaytaracağını düşünmüşdür.Tural və digər şəxslərə heç bir pul çatmamışdır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 7 ünvanında ailəsi ilə birlikdə yaşayır. Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən özünə məxsus mebel sexində işləyir. Sumqayıt şəhər 76-cı məhəllə ərazisində özünə məxsus fərdi həyət evi vardır. Həmin həyətyanı sahə hasarla əhatə olunsa da, həyətin girişinə darvaza qoymamışdır. Belə ki, həyətin girişinə darvaza qoyarkən hasar boyu çəkilən qaz xəttinin darvazanın qoyulmasına maneçilik törətmişdir. İşlə əlaqədar olaraq tanışı, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində fəaliyyət göstərən “Nilim” mebel mağazasını işlədən, X5 ilə aralarındakı telefon əlaqəsi zamanı, həmçinin ona qaz xəttinin çəkilməsinə köməklik edən bir tanışının olub-olmadığını soruşmuşdur. Tural da bu barədə köməklik edə biləcək tanışının olduğunu, həmin şəxsdən bu barədə ona köməklik etməsinin mümkün olubolmadığını soruşa biləcəyini demiş və o, Turaldan soruşmasını istədikdən sonra, həmin tarixdə Tural Təqsirləndirilən şəxsla telefon əlaqəsi yaradıb həmin şəxslə danışdığını və onun Təqsirləndirilən şəxsla əlaqə saxlamasından ötrü istifadəsində olan nömrəni ona demişdir. Həmin tarixdə, yəni 13 yanvar 2022-ci il tarixdə, saat 20:17 dəqiqədə mobil nömrə ilə şəxsiyyəti ona daha sonradan məlum olan Təqsirləndirilən şəxs istifadəsində mobil nömrəyə zəng edib əlaqə saxlamışdır. Telefon əlaqəsi zamanı Təqsirləndirilən şəxs ona məxsus fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi barədə köməklik lazım olduğunu, hörmət də edəcəyini dedik də o, Sumqayıt qaz istismarı sahəsində işlədiyini, həmin ünvana da qaz xətti çəkə biləcəyini dediyindən o, Təqsirləndirilən şəxs inanmışdır. Telefon əlaqəsi zamanı Təqsirləndirilən şəxs qaz xəttinin çəkiləcəyi sahəyə növbəti gün gələcəyini demiş, 14 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona məxsus 76-cı məhəllədəki həyət evinə gəlmiş, qaz xəttinə baxaraq darvaza enində və hündürlüyündə qaz borusunu kəsib həmin formada qaz xəttini çəkməli olacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs nə qədər xərc çıxacağını soruşduqda, bunun müqabilində Təqsirləndirilən şəxs 650 manat pul ondan alacağını demişdir. O, qiymətin münasib olduğunu fikirləşdiyindən və daha əvvəl qonşusu, həmçinin yaxın münasibəti olan X2 da yaşadığı ünvana qaz xətti çəkdirmək istədiyini bildiyindən, X7ə məxsus fərdi yaşayış evini göstərib həmin ünvan üçün də qaz xətti çəkməsinin mümkün olub-olmayacağını soruşmuşdur. Təqsirləndirilən şəxs həmin ünvana qaz xəttinin çəkilməsi üçün də 650 manat lazım olduğunu demişdir. O, Təqsirləndirilən şəxs hər iki ünvana qaz xəttinin çəkilməsinin hansı müddətə başa çatacağım soruşduqda isə Təqsirləndirilən şəxs 1 həftə ərzində hər iki ünvana qaz xətti çəkilib qurtaracağını dediyindən o, Təqsirləndirilən şəxsla hər iki ünvana qaz xəttinin çəkilməsi barədə ümumilikdə 1300 manat qarşılığında razılaşmışdır. Təqsirləndirilən şəxs ona pulu verdikdən sonra qaz xəttinin çəkilişinə başlanılacağını bildirmiş və o, qısa müddət ərzində pulu Təqsirləndirilən şəxs verəcəyini dedikdən sonra sağollaşmışdılar. Bundan sonra o, X7lə görüşdüyü zaman özü ilə bərabər Nərimanın özünə məxsus ünvana da qaz xəttinin çəkilməsi ilə bağlı Təqsirləndirilən şəxs ilə razılaşmaları barədə dedikdə, Nəriman Ağayev bu məsələyə şübhəli yanaşaraq Təqsirləndirilən şəxs onu aldada biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs ona qaz idarəsində işlədiyini, əvvəllərdə çoxsaylı ünvanlara qaz xətti çəkilməsini təmin etdiyini dediyini və onun Təqsirləndirilən şəxs inandığını, onu aldatmağından şübhələnmədiyini Nəriman Ağayevə bildirmişdir. Bundan sonra Nəriman Ağayev həmin miqdarda pulunun hal- hazırda olmadığını dediyi üçün, o, Nəriman Ağayevin yerinə də 650 manat pulu verəcəyini, qaz xətti çəkildikdən sonra hissə-hissə ona 650 manat pulu geri qaytaracağını demişdir. Nəriman Ağayev buna etiraz etməyib, onunla razılaşmışdır. Onun Təqsirləndirilən şəxsla arasındakı razılıq hər iki ünvana ümumilikdə 1300 manat müqabilində qaz xəttinin çəkilməsi olduğundan həmin pulun ilk əvvəl 700 manatını 14 yanvar 2022-ci il tarixdə, ünvan 3 ünvanında yerləşən ‘'Araz'’ supermarketindəki “eManat” terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona göndərmiş olduğu Azərbaycan Beynəlxalq Bankı ASC-yə məxsus, hal-hazırda dəqiq olaraq xatırlamadığı bank hesab nömrəsinə köçürmüşdür. 1300 manatdan geri qalan 600 manatın 300 manatını 15 yanvar 2022-ci il tarixdə Sumqayıt şəhəri, 8- ci mikrorayon ünvanında yerləşən “Mübariz” marketdəki “eManat” terminalı vasitəli ilə Təqsirləndirilən şəxs ona fotoşəklini göndərdiyi Şahid1 adına olan Kapital Bank ASC-və məxsus 4169- 7414-4996-0960 saylı bank hesaba köçürmüşdür. Təqsirləndirilən şəxs pulun tamamını tez bir zamanda verməyini, əks təqdirdə işlərin yubanacağını dediyi üçün son olaraq 300 manat pulu isə 16 yanvar 2022-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “X11” adlı mağazanın qarşısında görüşdükləri zaman vermişdir. Son görüş zamanı da Təqsirləndirilən şəxs bir həftə ərzində hər iki ünvana qaz xətti çəkilib qurtaracağını demişdir. O, 1300 manat pulun tamamını Təqsirləndirilən şəxs verdikdən bir neçə gün sonra həmin ünvanlarda hər hansı bir qaz xəttinin çəkilməsi ilə bağlı fəaliyyətin olmadığını, həmçinin bu barədə Təqsirləndirilən şəxs onunla əlaqə saxlamadığını görmüş, onunla telefon əlaqəsi yaradaraq bu barədə məlumat almaq istədikdə Təqsirləndirilən şəxs ona tezliklə həmin ünvanlara qaz xəttinin çəkilməsinə başlanılacağını demişdir. X7 bu barədə ondan soruşduqda da o, Təqsirləndirilən şəxs ona dediklərinə inanıb eyni sözləri Nəriman Ağayevə bildirmişdir. Lakin Təqsirləndirilən şəxsla son telefon əlaqəsi zamanı qaz xəttinin 45 gün müddətinə həll olunacağını dedikdə, Təqsirləndirilən şəxs ona yalan danışdığını, 1300 manat pulu aldadaraq ondan əldə etdiyini anlayıb Nəriman Ağayevə bu barədə demiş, öz ünvanı üçün ayrıca olaraq qaz idarəsinə müraciət etməsini məsləhət bilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona vermiş olduğu 1300 manat pulu geri tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs ilk əvvəl yenidən həmin ünvanlara qaz xətinin çəkilməsini təmin edəcəyini desə də, o, pulunu tələb etməyə davam etdikdə maddi imkanının yaxşı olmadığını, tezliklə pulu geri qaytaracağını demişdir. Lakin Təqsirləndirilən şəxs ona vermiş olduğu 1300 manat puldan yalnız 250 manatını Tural vasitəsi ilə ona geri qaytarmış, geri qalan pulu isə bu müddətədək müxtəlif bəhanələrlə ona geri qaytarmamışdır. Bu səbəblə də, Təqsirləndirilən şəxs tərəfindən aldadılmağı ilə bağlı müraciət etmişdir. Həm ona məxsus, həm də Nəriman Ağayevə məxsus evlərə qaz xəttinin çəkilməsi ilə bağlı Təqsirləndirilən şəxsla yalnız o görüşmüş, əlaqə saxlamış, X9 Nəzərovla görüşməmiş, əlaqə saxlamamışdır. Nəriman Ağayevin yaşadığı ünvana qaz xəttinin çəkilməsi ilə bağlı 650 manat pulu da o, Təqsirləndirilən şəxs vermişdir. Nəriman Ağayev heç bir pul verməmişdir. DİN-nin 102 xidmətinə zəng etməzdən, həmçinin polis bölməsinə ərizə ilə müraciət etməzdən əvvəl Təqsirləndirilən şəxsla sonuncu dəfə telefon əlaqəsi yaradaraq pulunu geri istəmiş, Asəfin yenə də bəhanələr gətirməsindən əsəbləşdiyi üçün 102-yə məlumat verərkən, həmçinin ərizə ilə müraciət edərkən həyəcanlı olmuş və dəqiqliklə hadisə barədə fikrini bildirə bilməmiş, lakin ilkin araşdırma zamanı izahatında da istintaqa vermiş olduğu ifadəsində uyuğun olaraq ümumilikdə Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq 1300 manat pulunun ələ keçirildiyini bildirmişdir. O, sözügedən ünvanlara qaz xəttinin çəkilməsi ilə bağlı yalnız Təqsirləndirilən şəxs ilə görüşmüş, əlaqə saxlamış, başqa şəxslərlə, o cümlədən bank kartlarının sahibləri ilə aralarında bu və ya digər mövzuda əlaqə olmamışdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır. İşsizdir. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs isə tanımamışdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münasibətdən, o cümlədən Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Zərərçəkmiş şəxs və X3 məxsus fərdi yaşayış evlərinə pul müqabilində Təqsirləndirilən şəxs tərəfindən qaz xəttinin çəkilməsinin təmin olunmasını vədd etməsindən heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs Sumqayıt QİS-də rəis sürücüsü kimi fəaliyyət göstərmiş, daha sonra fəaliyyəti sonlandırılmışdır. QİS-də başqa hər hansı bir vəzifədə işləməmişdir. Dəqiq olaraq hansı tarixdə Sumqayıt QİS-dəki fəaliyyətinin sonlandırıldığını xatırlamır. Son 4 rəqəmi 9778 olan "xxxx" ASC-yə məxsus bank kartı onun adınadır. Həmin bank kartı onun adına olsa da, həmişə Təqsirləndirilən şəxs tərəfindən istifadə olunmuş, tərəfindən istifadə olunmamışdır. Bu səbəblə də, Zərərçəkmiş şəxs tərəfindən həmin bank kartına 700 manat pulun köçürülməsindən heç bir məlumatı olmamışdır. xx.xx.2022-ci il tarixli subütların qiymətləndirilməsinə dair qərardan görünür ki, Şahid1 və Şahid2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 və 194cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 32.4, 312-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş “təqdim etmə və götürmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 14 yanvar 2022-ci il tarixdə və 15 yanvar 2022-ci il tarixdə “eManat” terminalları vasitəsi ilə Təqsirləndirilən şəxs ona göndərdikdən sonra bank kart hesablarına köçürdüyü növbəsi ilə 700 manat və 300 manat pulu əks etdirən teqdim edilmiş 02 ədəd qəbz surətlərinin üzərində MPAY QSC: VÖEN **********, Qəbz nömrəsi: 30725, Terminal nömrəsi: 4972, Ünvan: ARAZ Supermarket Sumqayıt şəh. 1, 1-ci mkr, Bədəlbəyli küç, 34A, Tarix: 14.01.22 20:39, Xidmət: ABB Fiziki şəxslər karta mədaxil Kart nömrəsi ilə Daxil edildi: AZN 700.00, Ödənilən məbləğ: AZN 700.00, Müştərinin Adı, Soyadı: MR** GU*** ]\jo*******, Kart nömrəsi: **** **** **** 9778, Əməliyyat nömrəsi: ********** sözləri, həmçinin MPAY QSC: VÖEN **********, Qəbz nömrəsi: 9654, Terminal nömrəsi: 3792, Ünvan: Mübariz Market Sumqayıt şəh, 8-ci MKR, Tarix: 15.01.22, 12:43, X10 Mədaxil, Daxil edildi: AZN 300.00. Ödənilən məbləğ: AZN 300.00, Müştərinin Adı, Soyadı: B * * * * * K***** V *****, Kart nömrəsi: 416974******0960, Əməliyyat nömrəsi: ********* sözləri və 01 ədəd bank kartının fotoşəkilinin üzərində Kapital Bank, 4169 7414 4996 0960, KNYAZ BAKHSHALİYEV, **********73004 sözləri yazılmışdır. İş materialında olan Azəriqaz İB Sumqayıt QİS-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Qaz İstismarı Sahəsində işləməyib. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs ərizə təqdim edərək, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və ya tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-899/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1808 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-174/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-174/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver