Məhkəmə qərarları › İş №1(060)-174/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-174/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-174/2025 12.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 221.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli qanuna əsasən cinayət əməlində 221.3-cü maddəsi ilə təyin edilən cəza 04 ildən 03 ilə endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən qəti cəza 11 il 09 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0.339 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 0.365 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 16:10-da Sumqayıt şəhəri, Sülh küçəsi, 6-cı məhəllə ərazisində yerləşən "Kia Motors" avtomobil satışı mərkəzinin yaxınlığında saxlanılaraq Pİ-nə gəlirilmiş və Pİ-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd siqaret kağızına bükülmüş vəziyyətdə 0.339 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfelamin və 01 ədəd siqaret kağızına bükülmüş vəziyyətdə 0.365 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 07 oktyabr 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 59, 30 saylı mənzilin yataq otağında olan zaman qardaşının arvadı Zərərçəkmiş şəxs onu yaşadıqları mənzildən çıxarmaq istəməsi üçün əvvəllər mütəmadi olaraq aralarında yaranmış mübahisələrə görə əsəbləşərək Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən yumruqla bir neçə dəfə vuraraq, daha sonra yaşadığı mənzilin mətbəx otağından olan siyirtmədən soyuq silah hesab edilməyən kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı, üzərində sonradan düzəliş edilməmiş mətbəx bıçağını götürüb mənzildən qaçmağa çalışan Zərərçəkmiş şəxs girişin üçüncü mərtəbəsi ilə ikinci mərtəbəsinin arasında yerləşən piiləkanlarda yaxalayıb əlində olan mətbəx bıçağı ilə qəsdən sonuncunun qarın nahiyəsindən bır dəfə, sağ ayağının budundan bir dəfə və sağ ayağının baldırından iki dəfə vurmaqla ona qarnın ön divarının sağ hissəsində boşluğa keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ budun orta 1/3-nin bayır səthinin, sağ baldırın orta 1/3-nin iç səthinin 2 ədəd yaraları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmava aid bədən xəsarətləri yetirərək zərərəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 128 və 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Üzərindən “şüşə” və “heroin” adlanan narkotik vasitələr aşkar edilmişdir. Bundan başqa gəlinləri Zərərçəkmiş şəxs əl ilə və bıçaqla xəsarət yetirərək onu döymüşdür. Subaydır, ailə qurmaq istəyir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 16:10 radələrində Sumqayıt şəhəri. Sülh küçəsində yerləşən «Kia Motors» mağazasının yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu Pİ-nə dəvət etmişlər. Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman o, əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 02 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümləri, sol yan cibində saxlamış olduğu 01 ədəd üzərində 077 ***-**-** mobil nömrəsi olan "Redmi" markalı mobil telefonu təqdim etmişdir. Daha sonra həmin 02 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümlər açılan zaman birinci bükümün içərisində ağ rəngli kristal şəklində olan maddənin, ikinci bükümün içərisində isə qəhvəyi rəngli toz halında olan maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, içərisində ağ rəngli kristal şəklində maddə olan bükümün "şüşə”, içərisində qəhvəyi rəngli toz halında maddə olan bükümün isə "kakos" olduğunu, həmin bükümləri saxlanılmamışdan yarım saat qabaq Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində tanımadığı şəxsdən 50 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş həmin bükümlər tərəziyə qoyulub çəkilən zaman içərisində qəhvəyi rəngli toz halında maddə olan bükümün çəkisinin 0.46 qram, içərisində ağ rəngli kristal şəklində maddə olan bükümün çəkisinin 0.44 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin bükümlər Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmaq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin üzərindən aşkar olunmuş 01 ədəd üzərində 077 311- 15-60 mobil nömrəsi olan "Redmi" markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra müstəntiq tərəfindən barəsində açılmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində polisin nəzarəli altına vermə növündə qətimkan tədbiri seçilmişir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs qardaşı X5 həyal yoldaşıdır. O, qardaşı Tərlan, onun həyat yoldaşı Elnurə və iki azyaşlı övladları ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Həmin mənzil binanın 3-cü mərtəbəsində yerləşir, təxminən 3-4 aydır ki, qardaşı Tərlan və Elnurə onunla bir evdə yaşamaq istəmədiklərini, yaşadığı evi tərk elməyini bildirirmişlər. Rauf isə onlara həmin evin ata yurdu olduğunu, atası rəhmətə getdiyini üçün onun da həmin evdə yaşamaq hüququnun olduğu bildirilmişdir. Bu minval ilə yaşadıqları evdə tez-tez mübahisələri baş verirdi. Mübahisələrin əsas səbəbkarı qardaşının yoldaşı Elnurə olmuşdur. Elnurə həmişə çalışmışdır ki, onu evdən hər hansı yol ilə çıxarsın. 07 oktyabr 2024-cü il tarixdə günorta radələrində yaşadığı evdə bir qədər çaxır içdikdən sonra qonaq otağına gedib divanın üzərinə uzanmış və yuxuya getmişdir, təxminən saat 19 radələrində o, yuxudan oyanmış və qəflətən Elnurənin ona qarşı etdikləri yadına düşdüyü üçün divandan qalxmış, Elnurənin olduğu digər yataq otağına daxil olmuşdur. Həmin vaxt orada Elnurə öz övladları ilə oturub onlara dərs keçirdi. O, Elnurəyə yaxınlaşıb bir söz demədən yumruqla onun baş nahiyəsinə bir neçə dəfə vurmuşdur. Bundan sonra o, mətbəxə keçmiş, mətbəxdə stolun altında olan siyirtmədən mətbəx bıçağını götürmüş və yataq otağına doğru gedəndə Elnurənin qaçaraq mənzili tərk etməyə çalışdığını görmüşdür. Bundan sonra o, Elnurənin dalınca qaçmış və onu blokun ikinci mərtəbəsi ilə üçüncü mərtəbəsinin arasında olan piləkənlərdə yaxalamış, əlində olan bıçaq ilə ona bir neçə dəfə zərbələr endirmişdir. Birinci bıçaq zərbəsini onun qarın nahiyəsinə, ikinci bıçaq zərbəsini onun sağ ayağının bud nahiyəsinə, iki bıçaq zərbələri isə onu sağ ayağının buddan aşağı olan aşağı nahiyəsinə vurmuşdur. Bundan sonra Elnurə piləkənlərlə aşağı, yəni ikinci mərtəbəyə qaçaraq ikinci mərtəbənin sağ tərəfində yerləşən qonşuları Elzanın yaşadığı mənzilə daxil olmuşdur. O da əsəbi olduğu üçün əlindəki bıçaq ilə onun arxası ilə getmişdir Bu zaman qonşusu Elzanın qohumu Röyal onun qarşısına çıxmışdır. Həmin vaxt mənzilin qapısı açıq idi və o, istəsəydi rahat şəkildə içəri daxil ola bilərdi. Mənzilin girişində Röyal ilə bir qədər söhbət etmişlər. Həmin vaxt mənzilin dəhlizində Elza da dayanmışdır və ona "Rauf balaları var, yazıqdı, eləmə” sözlərini demişdir. Bundan sonra o, "onsuzda sroka gedəcəm" deyib bıçağı yerə atmış və Sumqayıt şəhər polis idarəsinə gəlib təslim olmuşdur. Hadisə xx.xx.2024-cü il tarixdə saat 19 radələrinə yaşadığı mənzildə və binanın blokunda ikinci mərtəbə ilə üçüncü mərtəbənin arasında yerləşən pilləkənlərdə baş vermiş, təxminən 1-2 dəqiqə davam etmişdir. O, Elnurəni mənzildə yumruqla vuranda orada Elnurənin övladları Yusif və Şəfəq olmuşlar. Bundan sonra o, bıçaqla Elnurəyə bir neçə dəfə zərbələr endirən zaman yanlarında heç kim olmamışdır. Hadisə zamanı onun Zərərçəkmiş şəxs öldürmək fikri olmamışdır, o, sadəcə olaraq Elnurəni qorxutmaq istəyirdi. Belə ki, əgər o, Elnurəni öldürmək istəsəydi həmin vaxl əlində olan bıçaqla asanlıqla onun boğaz nahiyəsinə də vura bilərdi. Onun məqsədi Elnurənin sağlamlığına xəsarət yetirmək olmuşdur. Sadəcə olaraq onun Elnurəyə xəsarət yetirməkdə səbəbi Elnurənin onu evdən qovmaq istəməsi olmuşdur. Elnurə onu vurmamışdır. Onun hər hansı xəsarəti yoxdur, ekspertizadan keçməkdən imtina etmişdir. Elnurəni vurduğu bıçağı 2-ci mərtəbədə olan zaman yerə atmış və oradan uzaqlaşmışdır. Həmin hadisə baş verən zaman o, Elnurənin ona etdiklərinə görə çox əsəbi olmuşdur. Bu səbəbdən o, Elnurəyə hadisə vaxtı dəqiq nə qədər bıçaq zərbəsi endirdiyini təxmini olaraq demişdir. Ekspert rəyi ilə razıdır, sonuncuya 4 bıçaq zərbəsi vurmuşdur. O, Elzaya "Elnurəni verin öldürəcəm" sözlərini deməmişdir, belə ki, o, qeyd etdiyi kimi, Elnurəni sadəcə qorxutmaq istəmişdir. O, Elnurəni öldürmək fikrində olsaydı bunu asanlıqla Elnurəni ikinci mərtəbə ilə üçüncü mərtəbəsinin arasında tutduğu zaman edərdi. Bundan başqa onun bu fikri olsaydı Elzanın mənzilinə də daxil olub bunu asanlıqla edə bilərdi və bıçağı öz könlü ilə yerə atmazdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, axşam saat 7-8 radələrində otaqda uşaqlarla dərs edən zaman səs eşitmiş, qorxduğundan qapını kilidləmişdir. Sonra Rauf qapını açıq olmadığını görüb zərbə ilə qapını qırmış, içəri daxil olaraq onun boğazından tutmuş, onu döyməyə başlamış və onları öldürəcəyini demişdir. O, Raufun mətbəxə gedəcəyini düşündüyündən çöl qapıya doğru qaçmış, uşaqları çıxarmış, özü də pilləkəndən düşən zaman Rauf onu bud nahiyəsindən bıçaqlamışdır. Rauf ona bir neçə dəfə bıçaqla xəsarət yetirmiş, qonşunun səsini eşitdikdən sonra bir anlıq dayanmış, o da həmin vaxt qonşuya keçmiş, Rauf da onun arxası ilə gəlmiş və qonşuya “Elnurəni verin, davam edim, onsuzda sroka gedəcəm” sözlərini demişdir. Daha sonra bıçağı ataraq getmişdir. Rauf ev məsələsinə görə bu cür hərəkət etmişdir. Həmin vaxt Rauf içkili olmuşdur. Şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ifadəsində göstərdi ki, 2024-cü ilin sentyabr ayının 6-da günorta saat 4-5 radələrində tərəflərindən əməliyyat tədbiri keçirilmiş, əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhəri, Sülh küçəsi, “Kia” servisin qarşışında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış, polis idarəsinə gətirilmiş, polis idarəsində təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən metamfetamin və heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisəni görməmişdir, səsə çıxmışlar, qapını açdıqda Elnurə içəri girmişdir. O da kömək məqsədi ilə qapının ağzına çıxmışdır. Rauf Elnurəni söymüş, daha sonra bıçağı ataraq çıxıb getmişdir. Qapını Elza açmış, o, daha sonra gəlmişdir. Qapıya çıxdıqda Elnurə özünü onların evinə atmış, həmin vaxt Rauf da pilləkənlərlə onun arxası ilə gəlmişdir. Həmin vaxt Raufun əlində bıçaq olmuşdur. Rauf təxminən bir dəqiqə orada dayanıb Elnurəni söymüş və daha sonra getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin rəisi, polis mayoru Şahid3 ifadəsində göstərdi ki, 2024-cü ilin sentyabr ayının 6-sı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, Sumqayıt şəhəri, Sülh küçəsində tədbir keçirmişlər, şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və şəxsi idarəyə dəvət etmişlər. Təhqiqatçının otağında vəkilin iştirakı ilə şəxsin üzərinə baxış keçirilmiş, üzərindən heorinə və metamfetaminə bənzər iki büküm narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, 3 ildir kı, əri Musayev Amil, 2 azayaşlı övladları və qaynı Şahid1 ilə yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Yaşadıqları mənzil binanın ikinci mərtəbəsində yerləşir. Zərərçəkmiş şəxs isə onlarla eyni blokda 3-cü mərtəbədə yaşayır. xx.xx.2024-cü il tarixdə təxminən saat 19 radələrində yaşadıqları mənzildə Röyal və övladları ilə birlikdə qonaq otağında olurub yemək yeyən zaman qəflətən blokdan qışqırıq səslərini eşitmişlər. Bu zaman o, qəflətən masadan durmuş və mənzilin qapısına doğru getmişdir. Röyal da onun arxasınca qapıya doğru getmişdir. O, qapıya çatıb qapını açan zaman 3-cü mərtəbədə yaşayan Elnurə "mənə kömək eləyin" deyərək iki azyaşlı övladları ilə qapıdan içəri daxil olmuşdur. Bu zaman o 3cü mərtəbədən əlində mətbəx bıçağı ilə sonradan Elnurənin qaynı olan Rauf adlı şəxsin Elnurənin dalınca gəldiyini görmüşdür. Röyal Raufun mənzilə daxil olmağında ehtiyat edib mənzildən bayıra çıxmış və Raufa sakitləşməsini bildirmişdir. Bu zaman o da Raufa sakitləşməsini bildirmişdir. Bu zaman Rauf onlar qarışmamaqlarını bildirmişdir və Elnurənin ünvanına davamlı olaraq nalayiq ifadələr işlətməklə "onsuzda sroka gedəcəm" deyib əlindəki bıçağı yerə atıb pilləkənlərlə aşağı düşmüşdür. Bundan sonra Eİnurə həyat yoldaşı Tərlana zəng etmiş və baş verənləri Tərlana danışmışdır. Bir neçə dəqiqə sonra Tərlan onlara gəlmiş və Elnurəni götürüb xəstəxanaya aparmışdır. O, qapını açan zaman qapının girişində o, sadəcə Elnurəni və sonuncunun iki azyaşlı övladlarını görmüşdür. Elnurə "kömək edin" deyərək qapıdan içəri daxil olmuşdur, həmin an Rauf əlində bıçaq ilə pilləkənlərlə tam ortasında Elnurəyə doğru sakit addımlarla düşmüşdür. Rauf nə ona, nə də ki, Röyala "Elnurəni verin öldürəcəm" sözlərini deməmişdir. Rauf heç mənzilin içərisinə daxil olmağa belə cəhd göstərməmişdir. Röyal Raufu bir qədər sakitləşdirdikdən sonra sonuncu bıçağı yerə atıb "onsuzda sroka gedəcəm" deyib oranı tərk etmişdir. Şahid2 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, ailə vəziyyəti, uşaqların azyaşlı olduğu üçün məhkəmədə iştirak edə bilməyəcədir, əvvəlki izahatı təsdiq edir. Məhkəmə prosesi onun iştirakı olmadan davam etsin. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. - Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-də xx.xx.2024-cü il tarixdə saat 21:30-da Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-316/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. - xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və prolokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 59, 30 saylı mənzilə və həmin mənzilin yerləşdiyi bloku gecə vaxtı keçirildi. Baxış zamanı sözügedən mənzilin binanın 3-cü mərtəbəsində yerləşməsi, 1 qonaq otağından, 2 yataq otağından, 1 mətbəx otağından, 1 hamam və 1 sanitar otağından ibarət olduğu müəyyən edildi. Mənzilin giriş qapısından dəhlizə daxil olduqda dəhlizdən sağda qonaq otağının, solda 2 yataq otaqlarının, dəhlizin sonunda düz hamam və sanitar otaqlarının, dəhlizin sonunda sağda mətbəx otağının olduğu müəyyən edildi. Baxış zamanı Zərərçəkmiş şəxs əri Tərlan Yusifov mənzilin dəhlizində solda yerləşən qonaq otağını göstərib həmin yerdə qardaşı Təqsirləndirilən şəxs yaşadığını, daha sonra dəhlizin solunda yerləşən yataq otağını göstərib həmin yerdə qardaşı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs qəflətən hücum edərək sonuncunu döydüyünü, daha sonra Təqsirləndirilən şəxs mətbəxdə gedib orada olan masanın siyirtməsinin içərisindən bir ədəd mətbəx bıçağını götürdüyünü, həmin vaxt yoldaşı Elnurənin mənzili tərk etdiyi zaman Təqsirləndirilən şəxs əlində olan bıçaqla blokun ikinci mərtəbəsi ilə üçüncü mərtəbəsinin arasında olan piləkənlərdə Elnurəni yaxalayaraq sonuncunun bədən nahiyəsinə bir neçə bıçaq zərbələrini endirdiyini bildirmişdir. Daha sonra ikinci mərtəbədə yerləşən 29 saylı mənzildə yaşayan Şahid1 X10 bıçaqladığını iddia etdiyi bir ədəd mətbəx bıçağının sonuncu tərəfindən atıldığı yeri göstərmişdir. Baxış zamanı həmin bıçaq iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. - xx.xx.2024-cü ill tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, istintaq Azərbaycan Respublikası CM-nin 128 və 234-ci maddələri ilə ********* nömrəsi ilə davam etdirilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırması aparılması üçün icraata qəbul edilmişdir. - Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Kia Motors” mağazasının yaxınlığında xx.xx.2024-cü il tarixdə saat 16:10-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X6 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bır əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 02 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümləri, sol yan cibində saxlamış olduğu 01 ədəd üzərində 077 ***-**-** mobil nömrəsi olan “Redmi” markalı mobil telefonu təqdim etdi. Daha sonra həmin 02 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümlər açılan zaman birinci bükümün içərisində ağ rəngli kristal şəklində olan maddənin, ikinci bükümün içərisində isə qəhvəyi rəngli toz halında olan maddənin olduğu müəyyən edildi. Sorğu zamanı o içərisində ağ rəngli kristal şəklində maddə olan bükümün "şüşə”, içərisində qəhvəyi rəngli toz halında maddə olan bükümün isə "kakos” olduğunu, həmin bükümləri saxlanılmamışdan yarım saat qabaq Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində tanımadığı şəxsdən 50 manat aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Daha sonra onun üzərindən aşkar olunmuş həmin bükümlər tərəziyə qoyulub çəkilən zaman içərisində qəhvəyi rəngli toz halında maddə olan bükümün çəkisinin 0.46 qram, içərisində ağ rəngli kristal şəklində maddə olan bükümün çəkisinin 0.44 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin bükümlər Azərbaycan Respublikası ƏNnin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd üzərində 077 ***-**-** mobil nömrəsi olan "Redmi" markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürüldü. - məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/4499 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN ’‘Zərflər üçün № 124" möhür əksi, "Saxlanılan şəxs Təqsirləndirilən şəxs...’ sözləri və s. adlar, soyadlar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.339 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0.365 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasiləheroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,289 qram metamfetamin, 0,05 qram sərf edildikdən sonra 0,315 qram heroin qalıq qalmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroin sübut kimi tanınmış və saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - məhkəmə-narkoloji ekspertizasının 6170 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodilərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli Amnistiya qərarına əsasən azad edilmişdir. Bundan başqa Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 221.3-cü maddələri ilə təqsirli bilinərək CMnin 66.3-cü maddəsi tətbiq edilməklə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli qanuna əsasən cinayət əməlində 221.3-cü maddəsi ilə təyin edilən cəza 04 ildən 03 ilə endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən qəti cəza 11 il 09 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010cu il tarixli hökmünün və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 7(007)-30/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylə cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 234.1-ci maddələri ilə elan edilmiş ittihama dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 128 və 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. - xx.xx.2024-cü il tarixli “DVD diskinə yazılmış görüntülərə baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı müəyyən olundu ki, 06 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin NMBnin əməkdaşları tərəfindən saat 16:10 dəqiqədə Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt ŞPİ-nə gəlirilmişdir. Xidməti otaqların birində ekspert kriminalist panasonik markalı videokameranı işə salır. X2 özünü təqdim etdikdən sonra şübhəli şəxsdən özünü təqdim etməsim istəyir. Şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs nə üçün saxlanıldığım izah edir və ona hüquq və vəzifələri ilə bağlı bildiriş təqdim edir. Sonra polis əməkdaşları özlərini təqdim edirlər. Təqsirləndirilən şəxs Sumqayıt şəhər regional vəkil bürosunun vəkili X7 təqdim olunur. O, vəkilə etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu qızılı rəngli kağızına bükülmüş iki ədəd bükümü və sol yan cibində saxlamış olduğu bir ədəd üzərində ***-***-**-** mobil nömrəsi olan "Redmi" markalı mobil telefonu çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs bükümlərin içərisində nə olduğu soruşulduqda o, bükümlərin içərisində psixotrop maddə metamfetamin və heroin olduğunu deyir. Həmin bükümlərə baxarkən içərisində ağ rəngli kristallik psixotrop maddə olan melamfetaminə və qəhvəyi rəngli toz halında heroinə bənzər maddə aşkar olunur, təhqiqatçı ondan həmin narkotik vasitəni haradan əldə eldiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni saxlanılmamışdan yarım saat əvvəl Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində tanımadığı şəxsdən 50 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini deyir. Bundan sonra şəxsi axtarış zamanı Raul Yusifovun üzərindən cinayət xarakterli heç bir əşva və ya predmet aşkar olunmur Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd bükümdə olan maddə elektron tərəzidə çəkilir və qəhvəyi rəngli toz halında maddə olan bükümün çəkisinin 0.46 qram, içərisində ağ rəngli kristal şəklində olan bükümün çəkisinin 0.44 qram olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etmir. Bundan sonra psixotrop maddə metamfetaminə və narkotik vasitə olan heroinə bənzər maddələr və mobil telefon qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 11:00 radələrində Sumqayıt ŞPİ-nin MSY-nin əməkdaşları tərəfindən gətirilib təhvil verilən, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən həbs edilmiş, AR CM-nin 128, 234.1-ci maddələrinə əsasən həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təxminən saat 12:00 radələrində Tibb-sanitar hissəsində müayinə olunan zaman sağ bazunun arxa səthində qərtməkl yara aşkar olunmuşdur. Bununla əlaqədar akt tərtib olunaraq izahatı alınmışdır. Bu barədə həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs yazılı izahatında bildirmişdir ki, həmin xəsarəti həbs olunmamışdan əvvəl almışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - məhkəmə-tibbi ekspertizasının 1766 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “qarnın ön divarının sağ hissəsində boşluğa keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ budun orta 1/3-nin bayır səthinin, sağ baldırın orta 1/3-nin iç səthinin 2 (iki) ədəd yaraları” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən şəraitdə xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. - məhkəmə-ballistik ekspertizasının 3/1768 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, təqdim edilmiş 01 (bir) bıçaq kusiar üsulla hazırlanmış. bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, üzərində sonradan düzəliş edilməmişdir və soyuq silah hesab edilmir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylə cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 234.1-ci maddələri ilə elan edilmiş ittihama dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 128 və 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. - xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası C'M-nin 29,120.1, 221.3, 228.4 və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, istintaq zamanı təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq şəkisi 0.289 qram olan psixotrop maddə metamfetamin, 0.315 qram olan nakrotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 01 ədəd ədəd DVD diskdə videogörüntünün maddı sübut hesab edilməsi nəzərə alınmış, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra tədqiqata sərf edilmiş hissə çıxarılmaqla qalıq qalmış- 0,289 qram olan psixotrop maddə metamfetamin, 0.315 qram olan nakrotik vasitə heroin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskdə videgörüntü cinayət işinin materiallarında saxlanılmış, iş üzrə 07 oktyabr 2024-cü il tarixli protokolla Şahid1 götürülən bir ədəd bıçaq maddi sübut kimi tanınmış, saxlanması üçün Sumqayıt şəhər polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128 və 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ və İİ Siyahı), narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə - metamfetamin xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". - 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 221.3-cü maddələri ilə təqsirli bilinərək CMnin 66.3-cü maddəsi tətbiq edilməklə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli qanuna əsasən cinayət əməlində 221.3-cü maddəsi ilə təyin edilən cəza 04 ildən 03 ilə endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən qəti cəza 11 il 09 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. - 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları olmayan hesab edilir. - 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin: - 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. -Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası CM-nin: - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. - 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. - 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0.289 qram olan psixotrop maddə metamfetamin və 0.315 qram olan nakrotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə maddi sübut olan bir ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 174,00 (bir yüz yetmiş dörd) manat (110+64) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-960/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 2133 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 14 (on dörd) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0.289 qram olan psixotrop maddə metamfetamin və 0.315 qram olan nakrotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd bıçaq məhv edilsin. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 174,00 (bir yüz yetmiş dörd) manat (110+64) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar