Məhkəmə qərarları › İş №1(060)-175/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-175/2021

14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-175/2021 14.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, St Sumqayıt qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01.10.2020-ci il tarixdə saat 14 radələrində yaşadığı Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində olan evinin yaxınığında adının qohumu Şahid1 onun vəfat etmiş oğlunun ünvanına təhqiramız ifadələr istifadə etməsi nəticəsində aralarında yaranmış mübahisə zamanı Şahid1 qızı Zərərçəkmiş şəxs mübahisəyə müdaxilə edərkən Təqsirləndirilən şəxs yerdən götürmüş olduğu daş parçası ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən vuraraq ona boyunun sol 1/3-də 2,1*0,2 sm ölçüdə, sol qaşın iç bucağında 4 ədəd 1,2*0,3 sm-dən 0,8*0,3 sm-dək, sağ almacıq nahiyyəsində 2 ədəd 3,1*0,2 sm və 2,7*0,2 sm ölçüdə, sol diz oynağının ön səthində 1,7*0,6 sm sol gözün bayır bucağında 1,2*0,2 sm ölçüdə, sol saidin yuxarı 1/3-in arxa səthində 9 ədəd 1,3*0,2 sm-dən 0,3*0,1 sm-dək, burun belini və ucunu əhatə edən 2,1*1,2 sm ölçüdə, səthi zədələnməyən dəri səviyəsindən aşağıda olan qırmızı rəngli nəm qartmaqla örtülü sıyrıqlar kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, doğma qızı Gülafət ilə Hilal 2003-cü ildə ailə həyatı qurublar, onların birgə nigahından iki övladları var, Hilal mütəmadi olaraq spirtli içki içib evdə münaqişə yaratdığına, ailəsinin saxlanılmasına qarşı laqeyidlik göstərdiyinə görə hazırda qızı Gülafət boşanmaq üzrə məhkəməyə müraciət etmişıdir. 28.09.2020-ci il tarixdə Hilal ilə Gülafət eləcədə Məhəmməd arasında mübahisə yaranmış mübahisə zamanı Hilal qızı Gülafəti döymüş, lakin bu barədə qızı ərizə ilə müraciət etməmişdir. Hilal hər dəfəsində də oğlu Məhəmmədi şərləyib tutduracağı ilə qorxudurmuş. 01.10.2020-ci il tarixdə saat 14 radələrinədək nəvəsi Məhəmmədin gəlmədiyinə görə atası ilə mübahisə edəcəyindən ehtiyat edərək 8 yaşlı nəvəsini də götürüb Gülafətgilə getmiş, o, həyət qapısını açıb həyətə daxil olduqda Hilalın həyətdə oturduğunu görmüş, ona fikir verməyib evə yaxınlaşıb Məhəmmədi səslədikdə Məhəmməd hay verib yatdığını daha sonra gələcəyini dediyindən, ordan çıxıb evi istiqamətində gələn zaman zibilxananın yaxınlığında Naxış ilə rastlaşmışdır. Ona fikir verməyib yoluna davam edərkən Naxış cavan vəfat etmiş oğlunun ünvanına nalayiq küçə söyüşü söydüyü eşitmiş, ona belə deməməsini irad bildirən zaman arxadan ona yaxınlaşıb kürəyindən tutub onu yerə yıxmış və aralarında yaranmış səs-küyə İlhamə gələrək saçından tutaraq baş nahiyyəsinə zərbələr endirən zaman saçı İlhamənin əlində qalmış, Naxış isə ayağlarından təpiklə vururmuşdur. Mübahisə zamanı ordan keçən qonşusu Əsmər və Elnur yaxınlaşıb onları ayırmış, Naxış və İlhamə onun halsız vəziyyətdə olduğunu görüb oradan qaçıb getmişdirlər. O, Zərərçəkmiş şəxs daşla vurmamış və ona xəsarət yetirməmişdir. Özünü təqsirli bilmir. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs dayısı X1 qaynanasıdır. Dayısı Hilal ilə yoldaşı arasında mütəmadi olaraq ailə məişət münasibətləri zəminində mübahisələr baş verdiyindən onlar boşanmaq qərarı almış və məhz bundan sonra Cəmilənin onlarla münasibətləri pisləşmişdir. 01.10.2020-ci il tarixdə saat 14 radələrində evin həyətində olarkən təsadüfən zibilqabılarının yanına baxan zaman Cəmilə anam Naxışı yerə yıxaraq anasının bədənin müxtəlif nahiyyələrindın zərbələr vuraraq döydüyünü görmüş və bu zaman Cəmiləni anasından ayırmaq istədikdə Cəmilə yerdən götürmüş olduğu daş parçası ilə onun üz və bədəninin müxtəlif nahiyyələrindən vurmuş, burnundan qan gəldiyini görən Cəmilə ayrılaraq uzaqlaşmışdır. Təqsirləndirilən şəxslə barışmamışdır, ona qanuna müvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə verərək onun qeyd etdiklərini təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 02.10.2020-ci il tarixli 1216 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: burun tənəffüsünün pozulması, burun sümüyünün tam yerdəyişən sınığı ilə müşayiət olunan burun belinin və ucunun sıyrığı, boyunun sol yuxarı 1/3-nin, sol qaşın iç bucağının 4 ədəd, sağ almacıq nahiyəsinin 2 ədəd, sol diz oynağının ön səthinin, sol saidin aşağı 1/3-nin arxa səthinin 9 ədəd, sağ gözün bayır bucağının sıyrıqları. Qeyd olunana xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən şəraitdə və vaxtda, yəni 01.10.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarında olan komission məhkəmə tibbi ekspertizasının 18.12.2020-ci il tarixli T 347/2020 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – burun tənəffüsünün pozulması, burun sümüyünün tam yerdəyişən sınığı ilə müşayiət olunan burun belinin və ucunun sıyrığı, boyunun sol yuxarı 1/3-nin, sol qaşın iç bucağının 4 ədəd, sağ almacıq nahiyəsinin 2 ədəd, sol diz oynağının ön səthinin, sol saidin aşağı 1/3-nin arxa səthinin 9 ədəd, sağ gözün bayır bucağının sıyrıqları-bərk küt əşyanın təsirindən törənmişlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən şəraitdə və vaxtda, yəni 01.10.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər və dərəcəsinə görə burun tənəffüsünün pozulması, burun sümüyünün tam yerdəyişən sınığı ilə müşayiət olunan burun belinin və ucunun sıyrığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər, digər xəsarətlər isə istər ayrılıqda, istərsə də ümumilikdə sağlamlığa zərərvurmadıqlarından dərəcəsi təyin edilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06.01.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSSİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 06.01.2021-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə cinayət işi ayrı icraata ayrılmışdır. Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs daşla vurmadığını bildirsə də, istintaq sübutları ilə onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, üzləşdirmə protokolu, ekspert rəyi və işdə olan digər istintaq sənədləri ilə tam təkzib olunaraq törətmiş olduğu cinayət əməli sübuta yetirilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, o, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin olunmalı və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından 10% məbləğində pul dövlət nəfinə tutulmaqla 05 (beş) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar