Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-175/2023 12.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun vəkili və nümayəndəsi Müdafiəçi1, Müdafiəçi - Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Alyarov Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ə "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Alyarov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Alyarov Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdə, saat 14 radələrində Sumqayıt şəhəri, H.Əliyev prospekti, 10-cu məhəllə, 21 ünvanında yerləşən “İmpuls” klinikasında terapevt həkim işləyən Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla klinikada olan Zərərçəkmiş şəxs xidməti otağında, klinikanın digər otaqlarında və dəhlizdə olan həkimlərin və kənar şəxslərin narahatçılıqlarına və iş rejiminin pozulmasına səbəb olmaqla Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş, yumruqla sonuncunun baş və boyun nahiyyəsindən qəsdən zərbə vuraraq ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, təpə-ənsə və boyun nahiyyəsinin qançırları, eləcədə əli ilə sağ qolunu sıxaraq sağ saidin sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir Məhkəmə istintaqı zamanı dindirilmiş Alyarov Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, peşəsi avtobus sürücüsüdür. Hazırda ailəlidir və iki övladı vardır. Təxminən 2017-ci ildə ailəsində yaranmış narazılıqlara görə arvadından ayrılmış və həmin ərəfələrdə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Könül ilə təxminən bir ay müddətində qeyri-rəsmi ər-arvad münasibətində olmuşlar, lakin münasibətləri pozulduğundan ayrılmışlar. Öz ailəsi ilə barışmış və Könüllə bundan sonra heç bir münasibəti olmamışdır. Buna baxmayaraq Könül ondan əl çəkmir və onu tez-tez narahat etmişdir. Ər-arvad kimi yaşadıqları dövrdə Könül ona təxminən 1800 manat pul xərcləmişdir. Həmin pulu da sonradan Könül tələb etməyə başlamış və o, həmin pulu hissə-hissə qaytarmağa razılaşmışdır. Lakin, Könül onu mütəmadi olaraq zəng edərək telefonla mübahisə etməklə rahat yaşamağa imkan verməmişdir. 02 iyul 2022- ci il tarixdən 08 avqust 2022-ci il tarixədək olan müddət ərzində Könül ona 1058 dəfə zəng vurmuşdur. 08 avqust 2022-ci il tarixdə Könülün zənginə cavab vermiş,. Könül ona bildirmişdir ki, borcu vardır, o isə Könülə əgər borcu varsa kart atmasını, hər ay azda olsa kartına pul köçürəcəyini demişdir. Həmin ərəfələrdə o, səhhəti ilə bağlı əməliyyat olunacağından Könül ona demişdir ki, “gəl işlədiyim İmpuls klinikasına, axırıncı dəfə səni görüm, çünki əməliyyat olunacaqsan”. O da Könülə inanıb sonuncunun işlədiyi “İmpuls” klinikasına getmişdir. Ora gedəndə də özü ilə 300 manat pul götürmüşdür ki, Könülə versin. Klinikaya daxil olduqdan sonra bu barədə Könülə bildirmiş və sonuncu onu oturduğu 8-ci otağa dəvət etmişdir. Otaqda Könül ona əsəbi halda demişdir ki, “sən mənə 6000 manat pul verməlisən, buna məcbursan”. O, isə 300 manat pulu çıxararaq Könülə uzatmış, lakin sonuncu pulu qəbul etməyərək onun borclarını vərəqdə hesablamağa başlamışdır. Söhbət zamanı Könül onu təhqir etdiyindən və Könülün sakitləşməyib yenə də onu təhqir etdiyini görüb qolundan tutmuş daha sonra vəziyyətin gərginləşdiyini görüb orada çıxıb getmişdir. Mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. Otaqda yalnız ikisi olmuş, mübahisə zamanı oraya heç kəs gəlməmişdir. Bununla bağlı kamera görüntüləri də vardır. Könüllə yaşadığı dövrdə birgə xərclədikləri 1800 manatı borc olaraq qəbul edir, hissə-hissə ödəməyə hazırdır. Könülün deməsinə görə işə düzəltmək adı ilə ondan pul alması və ya hədə-qorxu gəlməsi həqiqətə uyğun deyil, onun heç bir vəzifəli şəxslə əlaqəsi yoxdur, olsaydı avtobus sürücüsü işləməzdi. Baş vermiş hadisəyə görə üzr istəyir. Əməlindən peşmandır. Ailəli olmasını, himayəsində azyaşlı övladlarının olmasını nəzərə alaraq Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, təxminən 2005-ci ildən etibarən hal-hazıradək Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında həkim işləyir. TTYX-da həkim işlədiyi dövrdə eyni vaxtda təxminən 2016cı ilin yay aylarından 2017-ci ilin sonuna kimi Sumqayıt şəhərində yerləşən “Socar” şirkətində həkim, təxminən 2018-ci ilin noyabr ayından 2020-ci ilin əvvəllərinə kimi Sumqayıt şəhəri ərazisində yerləşən “Gilan” şirkətində həkim və 2020-ci ilin aprel ayından hazırki vaxtadək “İmpuls” klinikasında terapevt həkim kimi işləyir. Alyarov Təqsirləndirilən şəxs təxminən 2016-cı ilin sonlarından etibarən tanımışdır. Həmin vaxtlar Təqsirləndirilən şəxs onun yanına xəstə kimi gəlib-getmişdir. Sonralar isə Təqsirləndirilən şəxslə münasibəti yaranmış və təxminən 2017-ci ilin noyabr ayının sonlarından 2018-ci ilin mart ayının 15-nə kimi qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşamışlar. 01 fevral 2018-ci il tarixdə Təqsirləndirilən şəxs ondan 3000 manat pul almışdır ki, onun təcili tibbi yardım stansiyasına məntəqə müdiri vəzifəsinə təyin olunmasına köməklik göstərəcəkdir. O da Təqsirləndirilən şəxslə birlikdə yaşadığından sonuncuya inanıb həmin 3000 manat pulu Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 14-cü məhəllə ərazisində yerləşən Kapital Bankın yanında vermişdir. Əvvəlki 3 ayı o, Təqsirləndirilən şəxslə birlikdə sonuncunun atasının Yaşmada yerləşən evində yaşamışlar. Sonralar isə Sumqayıt şəhəri 14-cü məhəllə ərazisində kirayədə yaşamışlar. Təxminən 2018-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs onu döydüyündən sonuncudan ayrılmışdır. Təxminən 2018-ci ilin iyul ayının əvvəllərində isə onlar yenidən barışıb Sumqayıt şəhəri 2-ci məhəllə ərazisində yaşamağa başlamışlar. Yaşadıqları müddət ərzində Təqsirləndirilən şəxslə yenə də aralarında münasibətləri pozulmuş, Təqsirləndirilən şəxs onu evdə tez-tez döyüb incitdiyindən təxminən 15 gün sonra yenə də Təqsirləndirilən şəxs ayrılmışdır. Təqsirləndirilən şəxs ayrıldıqdan sonra sonuncu onun işlədiyi yerlərə gələrək onu narahat etməyə, hədələməyə başlamışdır. Təqsirləndirilən şəxs onu hədələyib demişdir ki, “səninlə ailə münasibətində olduğum şəkilləri Corat narkomanlarına verəcəm, qızlarının da başına oyun açacam, səni biabır edəcəm’' və ondan buna görə 10000 manat məbləğində pul tələb etmişdir. Təqsirləndirilən şəxs hədələrindən qorxub 2019-cu ilin fevral ayında Təqsirləndirilən şəxslə Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində yerləşən “Gilan” şirkətinin qarşısında görüşüb sonuncuya 6000 manat pulu vermiş və həmin məbləğdən artıq məbləğə imkanının çatmadığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin pulu ondan aldıqdan sonra daha onu narahat etməyəcəyini və hədələməyəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir müddət daha onu narahat etməmişdir. Son vaxtlar isə Təqsirləndirilən şəxs yenədə onu narahat etməyə, iş yerlərinə gəlibgetməyə, evinin qapısını güdməyə, onu təhqir etməyə, yenə də hədələməyə və ondan əlavə pul tələb etməyə başlamışdır. O isə Təqsirləndirilən şəxs pul verdiyi halda yenə də onu narahat etdiyini görüb Təqsirləndirilən şəxs daha pul verməyəcəyini bildirmiş və vermiş olduğu 6000 manat pulu da tələb etməyə başlamışdır. 08 avqust 2022-ci il tarixdə səhər saatlarında işlədiyi Sumqayıt şəhəri, H.Əliyev prospekti, 10-cu məhəllə 21 ünvanında yerləşən “İmpuls” klinikasında olduğu zaman Təqsirləndirilən şəxs ona zəng vuraraq onunla görüşmək istədiyini, əməliyyat olunacağını və onunla halallaşmaq istədiyini demişdir. O isə Təqsirləndirilən şəxs harada olduğunu deməyib görüşmək istəmədiyini demişdir. Təqsirləndirilən şəxs isə ona klinikanın dəhlizində olduğunu demişdir. O, dəhlizə çıxanda Təqsirləndirilən şəxs orada olduğunu görmüşdür. Təqsirləndirilən şəxslə söhbət zamanı aralarında sözlə mübahisə yaranmış, mübahisə təxminən 5-6 dəqiqə davam etmi, sonra Təqsirləndirilən şəxs onun 8 nömrəli xidməti otağına daxil olmuş və o da sonuncunun arxasınca otağa daxil olmuşdur. Otağa daxil olandan sonra Təqsirləndirilən şəxs qapını örtmüş, söhbət zamanı Təqsirləndirilən şəxs ondan mobil telefonunu istəmiş, o isə etiraz edib mobil telefonunu ona verməyəndə yenə də aralarında mübahisə yaranmış və Təqsirləndirilən şəxs bir əli ilə onun çənəsindən tutaraq əlində olan açarlarla bir dəfə başının təpə nahiyəsinə, iki dəfə boyun nahiyəsinə vurmuş və sağ qolunu cızmışdır. Təqsirləndirilən şəxs onu vurması nəticəsində o, başından, boynundan və sağ qolundan xəsarət almışdır. Sonra isə o qışqırmış və Təqsirləndirilən şəxs otaqdan çıxıb getmişdir. Təqsirləndirilən şəxs gedəndə otağın qapısını da açıq qoymuşdur. Onun qışqırıq səsinə klinikada kosmetoloq işləyən Aynur, Pərviz və Elnarə onun yanına gəlmişlər. Onlara Təqsirləndirilən şəxs onu döyərək çıxıb getdiyini demişdir. Təqsirləndirilən şəxs dəfələrlə işlədiyi “Gilan” şirkətinə, “İmpuls” klinikasına, təcili tibbi yardım stansiyasına, yaşadığı evin qarşısına və onun mobil telefonuna zəng edərək onu hədələmişdir. Hadisədən sonra onunla əlaqəsi olmamış, təqsirləndirilən şəxslə barışmır. Məhkəmədən təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 10-cu məhəllə, H.Əliyev prospekti 21 ünvanında yerləşən “İmpuls” klinikasında 2022-ci ilin sentyabr ayının sonlarına kimi həkim nervpotoloq işləmişdir. Klinikada onun xidməti otağı 2-ci mərtəbədə 7 nömrəli otaq olmuşdur. Zərərçəkmiş şəxs da onun işlədiyi klinikada 8 nömrəli otaqda xidmət göstərir və terapevt həkim işləyir. Onun keçmiş əri Alyarov Təqsirləndirilən şəxs əvvəllər tanımamış və görməmişdir, onunla heç bir münasibəti olmamışdır. 08 avqust 2022-ci il tarixdə, təxminən saat 14-15 radələrində işlədiyi “İmpuls” klinikasında xidməti otağında xəstəyə xidmət göstərən zaman ucadan kişi və qadın mübahisə səsləri eşitmişdir. Səslərin Könülün otağından gəldiyini bilmişdir. Əvvəlcə buna əhəmiyyət verməmiş, sonra narahat olmuş və nə baş verdiyini aydınlaşdırmaq üçün dəhlizə çıxmışdır. Dəhlizdə təxminən 4-5 nəfər şəxsin Könülün otağının qarşısında dayandıqlarını və Könülün otağının qapısının açıq olduğunu görmüşdür. Könülün otağına yaxınlaşıb içəri girəndə orada da bir neçə nəfər klinikanın işçilərindən, həmçinin klinikanın direktoru Pərvizin orada olduğunu görmüşdür. Həmin vaxt Elnarə həkim də ora gəlmişdir. Könül ağlaya-ağlaya başını masanın üzərinə qoymuşdur. O, baxanda Könülün sağ qolunda xəsarətlərin olduğunu da görmüş, Könüldən nə baş verdiyini soruşanda o demişdir ki, bir qədər əvvəl keçmiş əri Təqsirləndirilən şəxs otağına gələrək onu döyüb xəsarət yetirmişdir. O, həmin vaxt xidmət göstərdiyi 7 nömrəli otaqda olmuşdur. Könülün otağından mübahisə səsini eşidib bir neçə dəqiqə sonra dəhlizə çıxanda Könülün otağının qapısının açıq olduğunu və ora bir neçə nəfər şəxsin toplaşdığını görmüşdür. Lakin həmin vaxt Təqsirləndirilən şəxs Alyarov artıq orada olmamış və o, Təqsirləndirilən şəxs, eləcə də Könül ilə aralarında baş vermiş mübahisəni görməmişdir. Baş vermiş mübahisə nəticəsində klinikanın iş fəaliyyəti təxminən 30-40 dəqiqə müddətinə pozulmuşdur. Həmin vaxt orada işləyən işçilər, eləcə də xəstələr dəhlizə toplaşmışdırlar. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 10-cu məhəllə, H.Əliyev prospekti 21 ünvanında yerləşən “İmpuls” klinikasının təsisçisi və direktoru olması ilə yanaşı Azərbaycan Beynəlxalq Bankda biznes kreditlərinin təhlili şöbəsinin müdiri vəzifəsində işləyir. O, adətən ABB-də olduğundan “İmpuls” klinikasına az-az getmişdir. Zərərçəkmiş şəxs ona məxsus klinikada terapevt həkim işləyir. Könülün sabiq əri Alyarov Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 08 avqust 2022-ci il tarixdə, təxminən saat 14:30 radələrində “İmpuls” klinikasına gəlmiş, həmin vaxt orada eşitmişdir ki, klinikanın 2-ci mərtəbəsində səs-küy olmuşdur. O, 2-ci mərtəbədə Könülün otağına yaxınlaşıb içəri daxil olmuş və Könül onu görən kimi ağlamağa başlamışdır. Könüldən nə baş verdiyini soruşanda sonuncu ona demişdir ki, bir qədər əvvəl keçmış əri Təqsirləndirilən şəxs onun yanına gələrək döyüb xəsarət yetirmişdir. O, baxanda Könülün sağ qolunda xəsarətlərin olduğunu görmüşdür. Həmin vaxt klinikada olmadığından mübahisəni görməmişdir. Baş vermiş mübahisə nəticəsində klinikanın iş fəaliyyəti təxminən 30 dəqiqə ərzində pozulmuşdur. Həmin vaxt orada işləyən bəzi tibb bacıları, həkimlərdən bəziləri Könülün otağına yığışıb ona köməklik göstərməyə, onu sakitləşdirməyə çalışmışlar. Eləcədə yaranmış narahatlığa görə xəstələrdən bəziləri də kilinikadan çıxıb getmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, Sumqayıt şəhəri, 10-cu məhəllə, H.Əliyev prospekti 21 ünvanında yerləşən “İmpuls” klinikasında həkim pediatr işləyir. Zərərçəkmiş şəxs da onun işlədiyi klinikada terapevt həkim işləyir. Könülün keçmiş əri Alyarov Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Hər gün saat 09 radələrində işə gələrək saat 14 radələrinə kimi işdə olmuş, xəstə olduqda isə daha artıq müddətə işdə qalmışdır. Klinikada 6 nömrəli otaqda xidmət göstərir, Könül isə 8 nömrəli otaqda oturur. 08 avqust 2022-ci il tarixdə, təxminən saat 14:20 radələrində işlədiyi “İmpuls” klinikasında xidməti otağında xəstəyə xidmət göstərdiyi vaxt ucadan kişi və qadın mübahisə səsləri eşitmişdir. Əvvəlcə buna əhəmiyyət verməmiş, sonra narahat olmuş və nə baş verdiyini aydınlaşdırmaq üçün dəhlizə çıxmışdır. Dəhlizdə təxminən 4-5 nəfər şəxsin Könülün otağının qarşısında dayandıqlarını və Könülün otağının qapısının açıq olduğunu görmüşdür. Başa düşmüşdür ki, həmin səs-küy Könülün otağından gəlirmiş. Könülün otağına yaxınlaşıb içəri girəndə orada da bir neçə nəfər klinikanın işçilərindən, həmçinin klinikanın direktoru Pərvizin və Aynur həkimin də orada olduğunu görmüşdür. Onlar Könülə köməklik göstərmişlər. Baxanda o, Könülün sağ qolunda xəsarətlərin olduğunu da görmüşdür. Könüldən nə baş verdiyini soruşanda sonuncu ona demişdir ki, bir qədər əvvəl keçmiş əri Təqsirləndirilən şəxs otağına gələrək onu döyüb xəsarət yetirmişdir. Həmin vaxt xidmət göstərdiyi 6 nömrəli otaqda olmuş, dəhlizdən kişi və qadın mübahisəsi səsini eşidib bir neçə dəqiqə sonra dəhlizə çıxanda Könülün otağının qapısının açıq olduğunu və ora bir neçə nəfər şəxsin toplaşdığını görmüş, lakin həmin vaxt Təqsirləndirilən şəxs Alyarov artıq orada olmamış və Təqsirləndirilən şəxs, eləcədə Könül ilə aralarında baş vermiş dalaşmanı görməmişdir. Baş vermiş mübahisə nəticəsində klinikanın iş fəaliyyəti təxminən 30-40 dəqiqə müddətinə pozulmuşdur. Həmin vaxt orada işləyən işçilər, eləcədə xəstələr dəhlizə toplaşmışlar. Həmin vaxt orada o, Aynur həkim, klinikanın direktoru Pərviz və təxminən 3- 4 nəfər adlarının xatırlamadığı şəxslər olmuşlar. Şahid2 məhkəməyə teleqramla müraciət edərək məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilmədiyini və istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1165 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində QKBT, baş beyin silkələnməsi, təpə-ənsə və boyun nahiyyəsinin qançırları, sağ saidin sıyrıqları xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyann (əşyaların) təsirindən yaranmışdırlar, tibbi yardıma müraciət etdiyi vaxtdan bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, üzərində “şəkil” yazısı olan diskə daxil olduqda içərisində WhatsApp İmage 2022-08-17 at 13.14.01 (1) kimi qeyd olunmuş 36 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.01 2) kimi qeyd olunmuş 36 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.01 kimi qeyd lunmuş 103 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.02 (1) kimi qeyd olunmuş '9 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.02 (2) kimi qeyd olunmuş 80 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.02 (3) kimi qeyd olunmuş 79 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.02 (4) kimi qeyd olunmuş 80 KB həcmində, WhatsApp image 2022-08-17 at 13.14.02 kimi qeyd olunmuş 82 KB həcmində, WhatsApp İmage 2022- '8-17 at 13.14.03 (1) kimi qeyd olunmuş 78 KB həcmində, WhatsApp İmage 2022-08-17 at .3.14.03 (2) kimi qeyd olunmuş 80 KB həcmində, WhatsApp İmage 2022- 08-17 at 13.14.03 (3) kimi qeyd olunmuş 78 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.03 (4) kimi qeyd olunmuş 79 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.03 kimi qeyd olunmuş 66 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.04 (1) kimi qeyd olunmuş 100 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.04 (2) kimi qeyd olunmuş 103 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.04 kimi qeyd olunmuş 76 KB həcmində, VhatsApp İmage 2022-08-17 at 13.14.05 (1) kimi qeyd olunmuş 87 KB həcmində, WhatsApp mage 2022-08-17 at 13.14.05 (2) kimi qeyd olunmuş 61 KB həcmində, WhatsApp İmage 2122-08-17 at 13.14.05 kimi qeyd olunmuş 56 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 3.14.06 (1) kimi qeyd olunmuş 63 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.06 2) kimi qeyd olunmuş 66 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.06 kimi qeyd olunmuş 62 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.07 (1) kimi qeyd olunmuş 61 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.07 (2) kimi qeyd olunmuş 62 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.07 kimi qeyd olunmuş 61 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.08 (1) kimi qeyd olunmuş 66 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.08 (2) kimi qeyd olunmuş 72 KB həcmində, WhatsApp İmage 2022- 08-17 at 13.14.08 kimi qeyd olunmuş 66 KB həcmində, WhatsApp İmage 2022-08-17 at .3.14.09 (1) kimi qeyd olunmuş 69 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.09 (2) kimi qeyd olunmuş 77 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.09 (3) kimi qeyd olunmuş 63 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.09 kimi qeyd olunmuş 69 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.10 (1) kimi qeyd olunmuş 80 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.10 (2) kimi qeyd olunmuş 78 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.10 kimi qeyd olunmuş 66 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.11 (1) kimi qeyd olunmuş 58 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.11 kimi qeyd olunmuş 71 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.12 (1) kimi qeyd olunmuş 60 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.12 (2) kimi qeyd olunmuş 65 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.12 kimi qeyd əlunmuş 65 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.13 (1) kimi qeyd olunmuş 66 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.13 (2) kimi qeyd olunmuş 183 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.13 kimi qeyd olunmuş 70 KB həcmində, WhatsApp İmage 2022-08-17 at 13.14.14 (1) kimi qeyd olunmuş 81 KB həcmində, WhatsApp image 2022-08-17 at 13.14.14 (2) kimi qeyd olunmuş 81 KB həcmində və WhatsApp İmage 2022-08-17 at 13.14.14 kimi qeyd olunmuş 230 KB həcmində fotoşəkillərin olması müəyyən olundu. Həmin fotoşəkillərə baxılan zaman Alyarov Təqsirləndirilən şəxs “İmpuls” klinikasına daxil olması və oradan çıxıb getməsinin əks olunduğu, həmçinin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Alyarova məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə vhatsappla aralarında olan mesajların əks olunduğu görünür. Mesajlarda Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs Alyarov bəzən bir-birlərinə təhqiramiz ifadələr işlətdikləri, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Alyarovdan ona pul verməli olduğunu qeyd etməsi görünür. Bundan başqa üzərində “səs” yazısı olan bir ədəd kompakt diskə daxil olduqda içərisində WhatsApp Audio 2022-08-17 at 13.12.55 (1) kimi qeyd olunmuş 32,9 KB həcmində, WhatsApp Audio 2022-08-17 at 13.12.55 (2) kimi qeyd olunmuş 729 KB həcmində, WhatsApp Audio 2022-08-17 at 13.12.55 (3) kimi qeyd olunmuş 729 KB həcmində, WhatsApp Audio 2022-08-17 at 13.12.55 kimi qeyd olunmuş 729 KB həcmində, WhatsApp Audio 2022-08-17 at 13.12.56 (1) kimi qeyd olunmuş 104 KB həcmində, WhatsApp Audio 2022-08-17 at 13.12.57 (1) (1) kimi qeyd olunmuş 175 KB həcmində, WhatsApp Audio 2022- 8-17 at 13.12.57 (1) kimi qeyd olunmuş 175 KB həcmində, WhatsApp Audio 2022-08-17 at 13.12.57 (2) kimi qeyd olunmuş 71,7 KB həcmində, WhatsApp Audio 2022-08-17 at 13.12.57 kimi qeyd olunmuş 290 KB həcmində, WhatsApp Audio 2022-08-17 at 13.12.58 (1) kimi qeyd olunmuş 51,3 KB həcmində, WhatsApp Audio 2022-08-17 at 13.12.58 (2) kimi qeyd olunmuş 352 KB həcmində, WhatsApp Audio 2022- 08-17 at 13.12.58 kimi qeyd olunmuş 888 KB həcmində, WhatsApp Audio 2022-08-17 at 13.12.59 (1) kimi qeyd olunmuş 33,9 KB həcmində, WhatsApp Audio 2022-08-17 at 13.12.59 (2) kimi qeyd olunmuş 457 KB həcmində, WhatsApp Audio 2022-08-17 at 13.12.59 kimi qeyd olunmuş 263 KB həcmində və WhatsApp Audio 2022-08-17 at 13.13.16 kimi qeyd olunmuş 2,01 MB həcmində səs yazılarının olması müəyyən olundu. Səs yazıları dinlənilərkən Təqsirləndirilən şəxs Alyarov və Zərərçəkmiş şəxs bir-birlərini nalayiq ifadələrlə təhqir etdikləri, Təqsirləndirilən şəxs Alyarovun Zərərçəkmiş şəxs “səni bıçaqla vurub mundar edəcəm” deməsi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Alyarovdan pul tələb etməsi, sonuncunun Könül Əliyavadan daha onu narahat etməməsini bildirməsi müəyyən olundu. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Alyarov Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin məktubundan və axtarışda olanın tutulması protokolundan görünür ki, Alyarov Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14:00-da Bakı şəhər ərazisində tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarından görünür ki, Alyarov Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14:00-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, qərar ona xx.xx.2022-ci il tarixdə saat 19:15də elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan Xızı rayon İcra Hakimiyyəti Başçısının Yeni Yaşma kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Alyarov Təqsirləndirilən şəxs Xızı rayonu, Yeni Yaşma kəndində qeydiyyatsız yaşayır, ailə tərkibi atası-xx.xx.1960-cı il təvəllüdlü X3, anası-xx.xx.1961-ci il təvəllüdlü X1, həyat yoldaşı-xx.xx.1989-cu il təvəllüdlü X2, oğluxx.xx.2010-cu il təvəllüdlü Alyarov Raul Təqsirləndirilən şəxs oğlu, qızı-xx.xx.2016-cı il təvəllüdlü Alyarova Xatun Təqsirləndirilən şəxs qızından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Alyarov Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişiklik edilərək o, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Alyarov Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “üzləşmədə dindirmə” protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs Alyarov Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs bir daha istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs Alyarovun üzünə qarşı bildirmişdir İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs Alyarov Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.1, 182.2.4 və 221.3-cü maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs təqdim etdiyi içərisində fotoşəkillər olan bir ədəd kompakt disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, qeydə alınmış video görüntüdən edilmiş çıxarışa və yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Alyarov Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında baş verimiş mübahisə və daha sonra sonuncunun xəsarət alması ilə nəticələnən cinayət hadisəsinin motivi şəxsi münasibətlər zəminindən irəli gəlsə də, hadisənin törədilmə yeri ictimai yer olduğunu və ictimai qaydanın kobud surətdə pozulduğunu dərk edən təqsirləndirilən şəxs Alyarov Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxs Alyarov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddəsinə əsasən himayəsində azyaşlı övladlarının olmasını,əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Alyarov Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Alyarov Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu AR CM-nin 221.1-ci maddəsinin sanksiyasında cərimə, islah işi, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə nail olmaq üçün ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza hesab edilən cərimə cəzasını təyin etsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Hazırkı cinayət işinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş az ciddi cəza növünün tətbiqi cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda işin halları, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusu təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət qanunu normasının sanksiyasında nəzərdə tutulan daha ciddi cəzanın təyin edilməsinə əsas vermir. Bu qənaətə gələrkən məhkəmə zərərçəkmiş şəxsin təşəbbüsü ilə hadisə törədildiyi günə qədər qısa müddət ərzində (26 gün) təqsirləndirilən şəxsə 1000 dəfəndən cox zəng etməsi və ya sms göndərilməsi, tədqiq edilmiş məntlərdə ilk olaraq pul tələb etməsi, lakin söhbət əsasında təqsirləndirilən şəxsin ona pulun köçürülməsi üçün kartın surətinin göndərilməsi təklifinə cavab olaraq mövzunun daha cox şəxsi münasibətə yönəldilməsi, təqsirləndirilən şəxsin məhkəmədə pul ödəmək cəhdinə zərərçəkmiş şəxsin pula ehtiyacının olmamasına dair cavabı diqqətə alınmış, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, himayənsində iki uşağının olması, eyni zamanda avtobus sürücüsü olaraq azadlığın məhdudlaşdırılması cəzası veriləcəyi təqdirdə yaranmış məhdudiyyətin onun ailəsinə təsir edəcəyi nəzərə almışdır. Alyarov Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Alyarov Təqsirləndirilən şəxs xx.xx.2022-ci il saat 14:00-dan xx.xx.2022-ci il saat 19:15-dək tutulduğu 02 (iki) gün müddət nəzərə alınmalıdır. Alyarov Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən Alyarov Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)- 901/2022) qərarını icra edərək xx.xx.2022-ci il tarixli, 1824 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclasında iştirak etmiş (hazırlıq), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 18 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Alyarov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 2000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Alyarov Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət nəzərə alınsın və üzərində qəti olaraq 1500 manat məbləğində cərimə cəzası saxlanılsın. Hökmün icrası Xızı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Alyarov Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Alyarov Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-175/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-175/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver