Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-176/2020 30.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 2002-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri Q.Quliyev küçəsi ev 7 mənzil 17-də qeydiyyatda olan və Sumqayıt şəhəri 29-cu məhəllə yataqxana 4 otaq 17-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə xx.xx.2003-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan tanışı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx xxxxxx 2019-cu il tarixdə saat 03 radələrində X1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin giriş qapısının qarşısına gəlib, əvvəl aralarındakı razılaşmaya uyğun olaraq Nicat Kərimov kənar şəxslərin gəlməsi barədə məlumat verməsindən ötrü pusquda dayanmış, bundan sonra o, mənzilin giriş qapısının açıq olmasından istifadə edərək içəriyə qanunsuz daxil olub, evdəki rəfin üzərinə qoyulmuş içərisində 05 (beş) manat pul, 01 (bir) ədəd 10 (on), 02 ədəd hər biri 02 (iki) manat dəyərində “Bakcell” mobil operatoruna məxsus danışıq kartları olan 01 (bir) ədəd 15 (on beş) manat dəyərində qara rəngli pul kisəsini, daha sonra isə Nicat Kərimov mənzilin açıq olan giriş qapısından içəriyə qanunsuz daxil olub, evdəki divanın üzərinə qoyulmuş içərisində 950 (doqquz yüz əlli) manat pul, AZE № 03349277 seriyalı şəxsiyyət vəsiqəsi olan 22 (iyrimi iki) manat dəyərində dəyərində qadın əl çantasını gizli talayıb, zərərçəkmiş Ruhəngiz Rəhimovaya ümumilikdə 1,006 (bir min altı) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə xx.xx.2003-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan tanışı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx xxxxxx 2019-cu il tarixdə saat 02 radələrində X3 icarə əsasında işlətdiyi Sumqayıt şəhəri 29-cu məhəllə ərazisində yerləşən “xxxxxxxxxxxxxxxxx” MMC-nə məxsus köskün qarşısına gəlib, birlikdə köskün giriş qapısının üzərində olan dəmir örtüyü çəkiclə sındırdıqdan sonra Nicat Kərimov kənar şəxslərin gəlməsi barədə məlumat verməsindən ötrü pusquda dayanmış, Təqsirləndirilən şəxs isə köskün giriş qapısının üzərində olan dəmir örtüyü açaraq içəriyə qanunsuz daxil olub, ordan 01 (bir) ədədinin qiyməti 3.30 (üç manat otuz qəpik) manat təşkil edən, cəmi 148.50 (bir yüz qırx səkkiz manat əlli qəpik) manat dəyərində 45 (qırx beş) ədəd “Sobranie” ticarət markalı, 01 (bir) ədədinin qiyməti 03 (üç) manat təşkil edən, cəmi 180 (bir yüz səksən) manat dəyərində 60 (altmış) ədəd “Kent” ticarət markalı, 01 (bir) ədədinin qiyməti 2.80 (iki manat səksən qəpik) manat təşkil edən, cəmi 196 (bir yüz doxsan altı) manat dəyərində 70 (yetmiş) ədəd “Winston” ticarət markalı, 01 (bir) ədədinin qiyməti 2.20 (iki manat iyrimi qəpik) manat təşkil edən, cəmi 88 (səksən səkkiz) manat dəyərində 40 (qırx) ədəd “LD” ticarət markalı siqaretləri, 01 (bir) ədədinin qiyməti 0.50 (əlli qəpik) manat təşkil edən, cəmi 50 (əlli) manat dəyərində 100 (bir yüz) ədəd “Dirol” ticarət markalı saqqızları, 01 (bir) ədədinin qiyməti 01 (bir) manat təşkil edən, cəmi 15 (on beş) manat dəyərində 15 (on beş) ədəd “Bizon” ticarət markalı, 01 (bir) ədədinin qiyməti 01 (bir) manat təşkil edən, cəmi 15 (on beş) manat dəyərində 15 (on beş) ədəd “Hell” ticarət markalı enerji içkilərini, 01 (bir) ədədinin qiyməti 1.50 (bir manat əlli qəpik) manat təşkil edən, cəmi 15 (on beş) manat dəyərində 10 (on) ədəd fanarları, cəmi 160 (bir yüz altmış) manat dəyərində “Bakcell”, “Azercell”, “Nar” mobil operatorlarına məxsus danışıq kartlarını və 10 ( on) manat dəyərində xırda pulları gizli talayıb Nicat Kərimovun köməkliyi ilə içəridən çıxararaq, zərərçəkmiş Yusif Camalova ümumilikdə 877,5 (səkkiz yüz yetmiş yeddi manat əlli qəpik) manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 03 radələrində X1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin giriş qapısının qarşısına gəlib Nicat Kərimovla birlikdə oğurluq etməmişdir. xx.xx.2019-cu il tarixdə Nicat Kərimovla görüşdükdən sonra birlikdə “Göyərçin” abidəsinin yerləşdiyi parka getmişlər, aralarındakı söhbət zamanı Nicat bir daha pula ehtiyacının olduğunu bildirib oğurluq etmələrini təklif etmişdir. İlk olaraq onunla razılaşmaq istəməsədə, sonradan Nicatın təklifi ilə ona kömək etmək məqsədilə razılaşmış, Nicat Sumqayıt şəhəri 4-cü məhəllə ərazisində yerləşən Əlövsət adlı şəxsə məxsus marketdən oğurluq etmələrini təklif etmiş, bu məqsədlə həmin əraziyə gəldikdə, ancaq mağazanın qarşısında avtomobil saxlandığından ordan oğurluq etmək fikrindən yayınmışlar. Daha sonra piyada gəzə gəzə oğurluq edə biləcəkləri mağaza axtara-axtara Sumqayıt şəhəri 2-ci məhəllə ərazisinə gəlmişlər, həmin ərazidə yataqxananın qarşısında yol kənarında yerləşən Yusifin işlədiyi köşkü gördükdə, həmin köşkdən oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra aralarında razılaşaraq Nicat kənar şəxslər gələrsə məlumat verməkdən ötrü kənarda dayanıb ətrafa nəzarət etmiş, bundan sonra özü ilə götürdüyü çəkiclə Nicatın köməkliyi ilə saat təxminən 02 radələrində köşkün dəmir materialından hazırlanmış pəncərəsinin üzlüyünün gövdə ilə olan ara məsafəsindən istifadə edərək, çəkici boşluğa salıb yuxarı qaldımış və həmin yerdən köskün içinə daxil olmuş, köşkün içərsinə daxil olduqdan sonra ordan müxtəlif markalı siqaretləri, enerji içkilərini, danışıq kartlarını və saqqızları dörd ədəd sellofan paketlərə doldurub çölə çıxmış, bundan sonra birlikdə köskün pəncərəsinin dəmir üzlüyünü bağlamışlar və ordan uzaqlaşaraq piyada “Göyərçin” abidəsinin yerləşdiyi parka gəlmişlər, parka gəldikdən sonra Nicat Ayselə zəng vurub onunla görüşmək istədiyini demiş, Aysel isə işdə olduğunu, Sumqayıt şəhərinə saat təxminən 03 radələrində gələ biləcəyini demiş, bundan sonra Ayseli gözləməyə başlamışlar, həmin müddətdə sellofan paketlərdə olan siqaret, enerji içkiləri və danışıq kartalarını saymışlar. Təxmini yadında qalan qədər ilə üç qutu hər birinin içərisində 10 ədəd olmaqla “Sobranie” markalı, bir qutu içərisində on ədəd olmaqla “LD” markalı, iki qutu hər birinin içərisində on ədəd olmaqla “Winchester” markalı, üç qutu, hər birinin içərisində on ədəd olmaqla “Winston mentol” markalı, iki qutu hər birinin içərisində on ədəd olmaqla “Kent 4” markalı siqaretlərin, bir qutu, içərisində iyrimi dörd ədəd “Hell” markalı, altı ədəd “Bizion” markalı, dörd ədəd “Atom” markalı enerji içkilərinin, üç qutu “Dirol” markalı saqqızın, məbləğini xatırlamadığı danışıq kartlarının və digər xatırlamadığı əşyların olduğunu müəyyən etmiş, saat təxminən 04 radələrində Aysellə Nicat arasındakı telefon danışığı zamanı o, Sumqayıt şəhərinə gəldiyini bildirdiyindən “Star rooms” karaoke klubuna getmişlər, birlikdə saat təxminən 05 radələrinədək həmin klubda oturmuşlar, sonra isə Nicat Ayseli yaşadığı evə yola salıb geri qayıtmış, bir qədərdə klubda əyləşdikdən sonra 06 radələrində klubdan çıxmaq qərarına gəlmişlər, ancaq hesabı ödəmək üçün pulları olmadığından bu barədə Nicat xidmətçi işləyən tanışı Kənana demiş, ona məxsus “Sansung J 5” markalı mobil telefonu 50 manat olan hesabı ödəyənədək saxlamasını xahiş etmiş, Kənan razılaşmış, Kənana oğurladıqları siqaretlərdən beş qutu “Sobranie” markalı siqaret və 20 ədəd “Hell” markalı enerji içkisini hədiyyə vermişlər. Həmiçinin oğurladıqları üç qutu “Dirol” markalı saqqızıda klubda əyləşdikləri otaqda yadlarından çıxaraq, unudub qoymuşlar, saat təxminən 07 radələrində Sumqayıt şəhəri 30-cu məhəllə ərazinsədə yerləşən “Express Bankın” filialının qarşısında yerləşən dayanacaqdakı köşkə yaxınlşaıb ucuz qiymətə siqaret satdıqlarını bildirdikdə, köşkdə işləyən adını sonradan öyrəndiyi Samir adlı şəxs ilk öncə siqaret almaqdan imtina etsədə, sonradan siqaretləri almağa razılaşmış, həmin şəxs onlarda olan “Kent 4” markalı siqaretin bir qutusunu bir manat yetmiş qəpikdən almağa razılaşmış və siqaretlərin əvəzində 60 manat pul vermişdir. Onlardan mobil nömrələrini götürmüş, siqaret almaq üçün əlavə zəng edəcəyini demiş, bundan sonra çıxıb yaşadıqları məhəlləyə getmişlər. Saat təxminən 10 radələrində Nicata məxsus mobil telefona zəng gəlmiş, həmin şəxslə Nicat danışdıqda həmin şəxsin onlardan siqaret alan şəxs olduğunu öyrənmiş və həmin Samir adlı şəxs onlardakı siqaretlərin qalan hissəsinidə almaq istədyini bildirmişdir. Bundan sonra Nicatla birlikdə həmin köşkə getmişlər, bu dəfə Samirin yanında başqa bir Kənan adlı şəxsdə olmuş, həmin şəxs onlarda olan danışıq kartları və siqaretlərə, enerji içkilərinə baxdıqdan sonra həmin əşyaları ucuz qiymətə ona satmalarını təklif etmiş, qiymətlə bağlı aralarında razılığa gəldikdən sonra həmin şəxs onlara 120 manat pul verib, onlarda olan köşkdən oğurladıqları müxtəlif markalı siqaretləri və danışıq kartlarını almışdır. Bundan sonra Abşeron rayonu ərazisində yerləşən “Sprinq” otelinə gedib orda istirahət etmişlər və əldə etdikləri pulun əksər hissəsini xərcləmişlər, hətta Ayseldə ora gəlmiş, axşam saat 19 radələrində oteldən çıxdıqdan sonra taksi sifariş verərək gediş haqqını ödəyib Sumqayıt şəhərinə qayıtmışlar. Şəhər ərazisində bir qədər gəzdikdən sonra xx.xx.2019-cu il tarixdə yenidən Nicat və Aysellə birlikdə “Star rooms” karaoke klubuna getmiş, bu dəfə Nicat ödəyəcəkləri hesabın əvəzində özünə məxsus “Hicense” markalı mobil telefonu girov qoymuş, bundan sonra Nicatla ayrılmış, daha sonra birdə Nicatla görüşməmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə yetkinlik yaşına çatmayan tanışı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs X1 məxsus ünvan 1 ünvanında yerləşən mənzildən oğurluq etmədiyini inandırıcı hesab etmir, özünü müdafiə xarakter daşıyır və aşağıdakılarla təkzib olunur. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-95/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli hökmündən göründüyü kimi, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan X8 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, İsmayıllı şəhər 2 saylı orta məktəbin 10-cu sinifində təhsil alır. Atası vəfat etdiyindən, İsmayıllı şəhəri H.ünvan 2 ünvanında yerləşən mənzildə yaşayan dayısı və ailə üzvüləri ilə birlikdə yaşamış, orda məktəbdə təhsil almış, ancaq yay aylarında tətil dövründə Sumqayıt şəhərində yaşayan anasının yanına gəlmiş, 2018-2019cu tədris ili yekunlaşdıqdan sonra anası Xəyalənin yanına gəlmiş və onunla birlikdə yaşamış, X5 və X6 əvvəllər tanımamış, Təqsirləndirilən şəxs ilə isə yaşadığı məhəllədə tanış olmuş, Elcan yaşadığı binanın yaxınlığında yerləşən yataqxanada yaşamış, onun yaşadığı evdə ailə üzvüləri ilə münasibətləri yaxşı olmadığından o, yaşadığı evdən çıxmış və yaşadığı evə qayıtmamış, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Elcan “WhatsApp” sosial şəbəkəsindən istifadə etməklə ona “SMS” yazaraq görüşmələrini təklif etmiş, həmin vaxt xidmətçi işlədiyi “Zeytun” restoranında işdə olduğundan, ona saat 23 radələrində iş yerinin yaxınlığında görüşmələrini təklif etmiş, Elcan danışdıqları vaxtı iş yerinin yanına gəlmiş, onunla görüşdükdən sonra birlikdə “Göyərçin” abidəsinin yerləşdiyi parka getmişlər, aralarındakı söhbət zamanı Elcan pula ehtiyacının olduğunu bildirmiş və oğurluq etmələrini təklif etmiş, ilk olaraq razılaşmaq istəməsədə, sonradan Elcanın təklifi ilə razılaşmış, həm də Elcan əgər nəsə problem yaransa, məsuliyyətin hamısını üstünə götürəcəyini bildirmiş, bundan sonra Elcan qonşuluqlarında yaşayan adını ona demədiyi şəxsin evində pul olduğunu demiş, həmin evdən oğurluq etmələrini təklif etmiş, daha sonra birlikdə parkda bir müddət gəzişmişlər, saat təxminən 03 radələrində Elcanla birlikdə Sumqayıt şəhəri 29-cu məhəllə ərazisinə gəlmişlər və Elcanın göstərdiyi yataqxananın dəhlizinə daxil olmuşlar, dəhlizdə işıq yanmamış, Elcanla dəhlizdə yerləşən mənzillərdən birinin giriş qapısına yaxınlaşdıqda qapının açıq olduğunu görmüşlər, həmin vaxt kənarda dayanıb kənar şəxslər gələrsə məlumat verməsindən ötrü dəhlizdə gözləmiş, Elcan isə qapının açıq olmasından istifadə edərək içəri daxil olmuş, Elcan mənzilə daxil oplduqdan sonra mənzilin içərisində təxminən beş dəqiqə ərzində qalmış, bu müddətdə dəhlizdə heç kimin olmamasına əmin olduqdan sonra qapıdan içəri girmiş, həmin vaxt içəridə çarpayının üzərində bir nəfər kişinin yatdığını görmüş, içəri daxil olduqdan sonra içəridə olan rəfin üzərində bir ədəd qadın əl çantası olduğunu görmüş və həmin əl çantasını götürüb dərhal çölə çıxmış, bu müddətdə Elcanda dəhlizə çıxmış, daha sonra ordan qaçıb uzaqlaşmışlar, qadın əl çantası və pul kisəsinin içərisindən ümumilikdə 930 manat pul çıxmış, həmin pulu götürüb pul kisəsini binanın qarşısında park edilmiş avtomobillərdən birinin altına atmışlar, qadın əl çantasını isə binanın arxasında inşa edilmiş avtomobil qarajlarının yanından keçəndə qarajların damına atmış, sonra ordan çıxıb Sumqayıt şəhəri “Göyərçin” abidəsinin ərazisində yerləşən “Star rooms” karaoke klubuna gəlmişlər, orda səhərə kimi əylənib, oğurladıqları pulun bir hissəsini xərcləmişlər, səhər açılandan sonra isə Elcanla birlikdə “Cavid” ticarət mərkəzinə gedib özlərinə geyim əşyaları, hovuzda çimmək üçün şort almışlar, bundan sonra isə Abşeron rayonu ərazisində yerləşən “Sprinq” otelinə gedib orda istirahət etmişlər və əldə etdikləri pulun əksər hissəsini xərcləmişlər, axşam saat 20 radələrində oteldən çıxdıqdan sonra yenidən Sumqayıt şəhərinə qayıtmışlar, bir qədər parkda gəzişdikdən sonra yenidən oğurluq etmək qərarına gəldiklərindən, bu dəfə Elcan Sumqayıt şəhəri 4-cü məhəllə ərazisində yerləşən Əlövsət adlı şəxsə məxsus marketdən oğurluq etmələrini təklif etmiş, bu məqsədlə həmin əraziyə gəlmişlər, ancaq mağazanın qarşısında avtomobil saxlandığından ordan oğurluq etmək fikrindən yayınıb, daha sonra piyada gəzə gəzə oğurluq edəbiləcəkləri mağaza axtaraaxtara Sumqayıt şəhəri 2-ci məhəllə ərazisinə gəlmişlər. Həmin ərazidə yataqxananın qarşısında yol kənarında yerləşən köşk gördükdə, həmin köşkdən oğurluq etmək qərarına gəlmişlər, bundan sonra aralarında razılaşaraq kənar şəxslər gələrsə Elcana məlumat verməkdən ötrü kənarda dayanıb ətrafa nəzarət etmiş, Elcan isə özü ilə götürdüyü vintaçan və çəkiclə köskün dəmir materialından hazırlanmış pəncərəsinin üzlüyünün gövdə ilə olan ara məsafəsindən istifadə edərək, çəkici boşluğa salıb yuxarı qaldırmış, bundan sonra ona kömək edib üzlüyü yuxarı qaldırmış, Elcan isə bundan sonra həmin yerdən köskün içinə daxil olmuş, bu müddətdə kənarda kənar şəxslər gələrsə Elcana məlumat verməsindən ötrü dayanıb ətrafa nəzarət etmiş, aradan təxminən 10-15 dəqiqə keçdikdən sonra Elcan köskün içərisindən əlində dörd ədəd sellofan torba ilə birlikdə çölə çıxmış, bundan sonra onlar birlikdə köskün pəncərəsinin dəmir üzlüyünü bağlamışlar və ordan uzaqlaşaraq piyada “Göyərçin” abidəsinin yerləşdiyi parka getmişlər. Elcanın əlində olan sellofan torbanın iki ədədini götürərək həmin əraziyə gətirmiş, yolda həmin sellofan torbaların içərisinə baxdıqda torbaların içərisində müxtəlif markalı siqaretlərin və enerji içkilərinin, danışıq kartlarının olduğunu görmüş, parka gəldikdən sonra Aysel adlı tanışına zəng vurub onunla görüşmək istədiyini demiş, Aysel isə işdə olduğunu, Sumqayıt şəhərinə saat təxminən 03 və ya 04 radələrində gələ biləcəyini demiş, bundan sonra Ayseli gözləməyə başlamışlar. Həmin müddətdə sellofan paketlərdə olan siqaret, enerji içkiləri və danışıq kartalarını saymış, təxmini yadında qalan qədər ilə üç qutu hər birinin içərisində 10 ədəd olmaqla “Sobranie” markalı, bir qutu içərisində on ədəd olmaqla “LD” markalı, iki qutu hər birinin içərisində on ədəd olmaqla “Winchester” markalı, üç qutu, hər birinin içərisində on ədəd olmaqla “Winston mentol” markalı, iki qutu hər birinin içərisində on ədəd olmaqla “Kent 4” markalı siqaretlərin, bir qutu, içərisində iyrimi dörd ədəd “Hell” markalı, bundan əlavə üç ədəd “GO” markalı, altı ədəd “Bizion” markalı, dörd ədəd “Atom” markalı enerji içkilərinin, üç qutu “Dirol” markalı saqqızın, məbləğini xatırlamadığı danışıq kartlarının və digər xatırlamadığı əşyların olduğunu müəyyən etmiş, saat təxminən 03:30 radələrində Aysellə aralarındakı telefon danışığı zamanı o, Sumqayıt şəhərinə gəldiyini bildirdiyindən onunla “Star rooms” karaoke klubunda görüşməyə razılaşmış, Elcanla birlikdə həmin kulubun qarşısına gəlmiş, Aysellə görüşdükdən sonra kluba daxil olmuşlar. Klubda xidmətçi işləyən Kənanı xeyli müddət əvvəl tanıdığından ondan əyləşmək üçün otaq göstərməsini xahiş etmiş, daha sonra Kənanın göstərdiyi otaqlardan birində əyləşmiş, Aysel təxminən onlarla birlikdə bir saat klubda qalmış, bu müddətdə Aysel ondan əvvəllər onun telefonuna danışıq kartı yükləməyini xahiş etdiyindən, onun mobil nömrəsinin balansına 20 manatlıq danışıq kartı yükləmiş, sonra isə onu yaşadığı evə yola salıb geri qayıtmış, bir qədərdə klubda əyləşdikdən sonra 06 radələrində klubdan çıxmaq qərarına gəlmişlər, ancaq hesabı ödəmək üçün pulları olmadığından bu barədə Kənana demiş, Elcana məxsus “Samsung J 5” markalı mobil telefonu 100 manat olan hesabı ödəyənədək saxlamasını xahiş etmiş, Kənan razılaşmış, bundan sonra Elcanın razılığı ilə Kənana oğurladıqları siqaretlərdən beş qutu “Sobranie” markalı siqaret və 20 ədəd “Hell” markalı enerji içkisini hədiyyə vermiş, həmiçinin oğurladıqları üç qutu “Dirol” markalı saqqızıda klubda əyləşdikləri otaqda unudub qoymuşlar. Saat təxminən 07 radələrində Sumqayıt şəhəri 30-cu məhəllə ərazinsədə yerləşən “Express Bankın” filialının qarşısında yerləşən dayanacaqdakı köskə yaxınlşaıb ucuz qiymətə siqaret satdıqlarını bildirdikdə, köskdə işləyən adını sonradan öyrəndiyi Samir adlı şəxs ilk öncə siqaret almaqdan imtina etsə də, sonradan siqaretləri almağa razılaşmış, o, “Kent 4” markalı siqaretin bir qutusunu bir manat yetmiş qəpikdən almağa razılaşmış və siqaretlərin əvəzində onlara 60 manat pul vermiş, həmçinin onlardan mobil nömrələrini götürmüş, siqaret almaq üçün zəng edəcəyini bildirmiş, bundan sonra çıxıb yaşadıqları məhəlləyə getmişlər. Saat təxminən 10 radələrində ona məxsus mobil telefona zəng gəlmiş, həmin şəxslə danışdıqda həmin şəxsin onlardan siqaret alan şəxs olduğunu öyrənmiş və həmin Samir adlı şəxs onlarda qalan siqaretlərin qalan hissəsinidə almaq istədyini bildirmiş, bundan sonra Elcanla birlikdə həmin köskə getmiş, bu dəfə Samirin yanında başqa bir Kənan adlı şəxs də olmuş, həmin şəxs onlarda olan danışıq kartları və siqaretləri, enerji içkilərini ucuz qiymətə ona satmalarını təklif etmiş, qiymətlə bağlı aralarında razılığa gəldikdən sonra həmin şəxs 120 manat pul verib onlarda olan müxtəlif markalı siqaretləri, danışıq kartlarını və eneji içkilərini almış, bundan sonra Abşeron rayonu ərazisində yerləşən “Sprinq” otelinə gedib orda istirahət etmişlər və əldə etdikləri pulun əksər hissəsini xərcləmişlər, axşam saat 19 radələrində oteldən çıxdıqdan sonra taksi sifariş verərək gediş haqqını ödəyib Sumqayıt şəhərinə qayıtmışlar, şəhər ərazisində bir qədər gəzdikdən sonra xx.xx.2019-cu il tarixdə yenidən Elcan və Aysellə birlikdə “Star rooms” karaoke klubuna getmiş, bu dəfə ödəyəcəkləri hesabın əvəzində özünə məxsus “Hicense” markalı mobil telefonu girov qoymuş, bundan sonra Elcandan ayrılmış, daha sonra birdə Elcanla görüşməmişdir. Elcanla birlikdə Ruhəngiz Rəhimova məxsus mənzildən oğurladıqları pul vəsaitlərindən, Yusif Camalova məxsus köskdən oğurladıqları müxtəlif markalı siqaretlərdən, enerji içkisi və danışıq kartlarından, eləcədə həmin əşyaların satışından əldə etdikləri pul vəsaitindən onda hər hansı məbləğ qalmamış, Elcanla pulu xərcləmiş, siqaret, enerji içkisi və danışıq kartlarını isə ya istifadə etmişlər, ya da satıb əldə etdikləri pulu xərcləmişlər. Azərbayan Respublikası CPM-nin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzil ailə üzvülərinə məxsusdur və həmin mənzildə uzun müddətdir ailə üzvüləri ilə birlikdə yaşayır. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə saat təxminən 02:30 radələrində ailə üzvüləri ilə birlikdə yatmış, həmin vaxt hava isti olduğundan evin giriş qapısını açıq qoymuş, səhər saat 06:30 radələrində ailə üzvüləri ilə birlikdə yuxudan oyanıb işə getməyə hazırlaşarkən, mənzildəki rəfin üzərinə qoyduğu içərisində beş manat pul, bir ədəd on manat, iki ədəd hər biri iki manat dəyərində “Bakcell” mobil operatoruna məxsus danışıq kartları olan təxminən beş il əvvəl on beş manata alaraq istifadə etdiyi qara rəngli pul kisəsinin və mənzildəki divanın üzərinə qoyduğu içərisində doqquz yüz əlli manat pul, yaşadığı evin açarları və şəxsiyyət vəsiqəsi olan təxminən bir il əvvəl iyrimi iki manata alaraq, həmin vaxtdanda istifadə etdiyi qara rəngli əl çantasının oğurlandığını müəyyən etmişdir. Bundan sonra oğlu Elvin Rəhimov zəng vurub hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, daha sonra hadisə yerinə polis əməkdaşları gələrək müəyyən sənədləşdirmə işləri apararaq çıxıb getmiş, sonradan müraciətinin nəticəsi ilə bağlı Sumqayıt ŞPİ-nin 4-cü PB-dən maraqlandıqda, polis əməkdaşları yaşadığı evdən oğurluq hadisəsini törətmiş şəxslərin müəyyən edildiyini, həmin şəxslərdən birinin onlarla qonşuluqda yaşayan yetkinlik yaşına çatmayan Elcan adlı şəxs, digərinin isə Nicat adlı şəxs olduğunu bildirmişlər. Daha sonra baş verənlərdən məlumatsız olmuş, yaşadığı evdən oğurlanmış pul kissəsini həmin gün həyətdə xadimə işləyən, tanımadığı qadın taparaq ona təhfil vermiş, yaşadığı evdən oğurlanmış qadın əl çantasını isə hadisədən üç gün sonra yaşadı binanın həyətində yerləşən xeyr şər damının üzərindən şəxsiyyət vəsiqəsi, danışıq kartları ilə birlikdə müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1006 manat maddi ziyan dəymişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, təxminən üç il əvvəl Sumqayıt şəhəri 29-cu məhəllə ərazisində yerləşən “xxxxxxxxxxxxxxxxx” MMC-nə məxsus köşkü icarəyə götürərək orda müxtəlif markalı siqaretlərin, enerji içkilərinin və sairin satışı ilə məşğul olmağa başlamış, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə saat 20:45 radələrində həmişəki qaydada köskü bağlayaraq yaşadığı Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən evə getmiş, birdə həmin köskə səhəri, yəni xx.xx.2019-cu il tarixdə saat 07:45 radələrində gəlmiş, köşkə yaxınlaşdıqdan sonra köşkün qapısını açmaq istədikdə naməlum şəxslərin köşkün dəmir materialından hazırlanmış giriş qapısının üzərinə olan dəmir örtüyü sındıraraq içəriyə daxil olduqlarını və oradan hər birinin dəyəri 3.30 manat təşkil edən, ümumilikdə 148.5 manat dəyərində 45 ədəd “Sobranie” markalı, hər birinin dəyəri 3 manat təşkil edən, ümumilikdə 180 manat dəyərində 60 ədəd “Kent” markalı, hər birinin dəyəri 2.8 manat təşkil edən, ümumilikdə 196 manat dəyərində 70 ədəd “Winston” markalı, hər birinin dəyəri 2.2 manat təşkil edən, ümumilikdə 88 manat dəyərində “LD” markalı siqaretləri, hər birinin dəyəri 0.60 manat təşkil edən, ümumilikdə 60 manat dəyərində 100 ədəd “Dirol” markalı saqqızları, hər birinin dəyəri 1.5 manat təşkil edən, ümumilikdə 15 manat dəyərində 10 ədəd “lazer” fanarlarını, hər birinin dəyəri 1 manat təşkil edən, ümumilikdə 15 manat dəyərində 15 ədəd “Bizon” markalı, hər birinin dəyəri 1 manat təşkil edən, ümumilikdə 15 manat dəyərində 15 ədəd “Hell” markalı enerji içkilərini, ümumilikdə 160 manat dəyərində “Bakcell”, “Azercell”, “Nar” mobil operatorlarına məxsus 1, 2, 3 və 5 manatlıq danışıq kartlarını və 10 manat dəyərində müxtəlif nominallarda dəmir pulları gizli olaraq talayıb oğurladıqlarını müəyyən etmişdir. Bundan sonra zəng vurub hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, aradan bir neçə gün keçdikdən sonra xx.xx.2019-cu il tarixdə köşkə bir nəfər gələrək, adının Kənan olduğunu, Sumqayıt şəhəri ərazisində yerləşən restonlardan birində xidmətçi işlədiyini, Nicat və Elcan adlı şəxslərin ona məxsus köskdən oğurluq etdikdən sonra onun xidmətçi işlədiyi restorana getdikdlərini, restoranda yeyib içdikdən sonra isə hesabı ödəməyə pulları olmadığından özlərinə məxsus bir ədəd “Hicense” markalı mobil telefonu girov qoyduqlarını bildirmiş və həmin mobil telefonu geri qaytarmaq üçün Elcan və Nicatı axtardığını demişdir. Bundan sonra həmin şəxsdən mobil telefonu alıb sahiblərinə təhfil verəcəyini, həmçinin onu həmin şəxslərlə görüşdürəcəyini bildirmiş və telefonu həmin şəxsdən almış, sonradan aldığı mobil telefonu isə polis əməkdaşlarına təhfil vermiş, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 877,5 manat maddi ziyan dəymişdir. O, dəymiş ziyanın ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli 24904 nömrəli rəyindən görünür ki, zərərçəkmiş Yusif Camalova ümumilikdə 877,5 (səkkiz yüz yetmiş yeddi manat əlli qəpik) manat ziyan dəymişdir. İş materiallarında olan kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 2019 saylı rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Hadisə zamanı etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Onda özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə zamanı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. İş materiallarından görünür ki, cinayət işinin istintaqı zamanı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 (bir) cins şalvar və 01 (bir) ədəd sinə hissəsində “GUCCİ” sözləri yazılmış qısaqol köynək cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs X5 tərəfindən təqdim edilmiş bir ədəd qara rəngli pul kisəsi, bir ədəd qadın əl çantası və AZE № 03349277 seriyalı şəxsiyyət vəsiqəsi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanması üçün sahibinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş və həmin tarixdə MSY-dən azad olunaraq barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSSİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə yetkinlik yaşına çatmayan tanışı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs X1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə oğurluq etmək üçün daxil olmadığını, ordan hər hansı əşya oğurlamadığına dair öz müdafiəsi üçün gətirdiyi dəlillər təqsirləndirilən şəxs X4, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə-əmtəəşünaslıq, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizalarının rəyləri, maddi sübutlar, eləcədə digər istintaq sənədləri ilə təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həmin epizod üzrə özünü qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsini inandırıcı hesab etmir. Özünü müdafiə xarakterli ifadə kimi qəbul edərək həmin ifadəyə tənqidi yanaşır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Məmmədov X10 Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” x xxxxxx 2020-ci il qərarın 1-ci bəndinə əsasən preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Həmin qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, cinayət əməlini yetkinlik yaşına çatmayan zaman törətməsini Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən yüngülləşdirən hal kimi qiymətləndirilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini yetkinlik yaşına çatmayan vaxtı törətmişdir. Lakin hazırda Təqsirləndirilən şəxs yetkinlik yaşına çatdığı üçün həmin əsaslarla cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı olduğu ərəfədə məhkəmə iclaslarına gəlməmiş, xx.xx.2020ci il tarixdə soyğunçuluq cinayəti törətdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2020-ci il tarixdə saxlanıldığı 01 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Pİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd cins şalvar və 01 ədəd sinə hissəsində “GUCCİ” sözləri yazılmış qısaqol köynək Təqsirləndirilən şəxs qaytarılmalı, iş üzrə maddi sübut olan bir ədəd qara rəngli pul kisəsi, bir ədəd qadın əl çantası və AZE № 03349277 seriyalı şəxsiyyət vəsiqəsi zərərçəkmiş şəxs X1 qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs və X2 bərabər qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir. Həmçinin zərərçəkmiş şəxslər X1 və X7 dəymiş ziyanla əlaqədar mülki iddia verilmədiyindən Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2020-ci il tarixdə saxlanıldığı 01 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Pİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd cins şalvar və 01 ədəd sinə hissəsində “GUCCİ” sözləri yazılmış qısaqol köynək Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan bir ədəd qara rəngli pul kisəsi, bir ədəd qadın əl çantası və AZE № 03349277 seriyalı şəxsiyyət vəsiqəsi zərərçəkmiş şəxs X1 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs və X2 bərabər qaydada tutulub dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxslər X1 və X7 dəymiş ziyanla əlaqədar mülki iddia verilmədiyindən Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-176/2020
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-176/2020
30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver