Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-176/2021 08.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X8 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsi ev 53-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham olunur ona görə ki, o, 2020-ci ilin avqust ayında Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Gənclik küçəsində yerləşən Sumqayıt şəhər X16 məxsus 600 kv.metr boş torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan mişar daşları ilə qanunsuz hasarlayaraq həmin torpaq sahəsini tutmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 2007ci ildən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Gənclik küçəsində yerləşən 600 kvadrat metr sahəsi olan əkin üçün nəzərdə tutulmuş torpaq sahəsi onlara məxsusdur. İlkin torpaqayırma sənədləri var və sənədlər anası X5 adınadır. Anası onunla yaşayır və ailə başçısıdır. Onun hərəkətləri anasının tapşırıqlarını yerinə yetirməkdən ibarət olmuşdur. Ailəlikcə həmin torpaq sahəsindən istifadə etmiş, orada ağac əkmiş, bağ salmışlar. Torpaqla bağlı vergiləri də bələdiyyəyə ödəyirlər. 2007-ci ildən etibarən anası torpaq vergisi ödəyicisi kimi Sumqayıt şəhəri, H.X9 torpaq vergisi ödəyicisi kimi qeydiyyatdadır. 10.09.2018-ci il tarixdə bu barədə bələdiyyə tərəfindən Sumqayıt şəhəri İcra hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinə 400 saylı arayış göndərilmişdir. Uzun müddətdir ki, həmin torpaq sahəsini dəmir parçaları ilə hasara almışdır. Dəmir parçaları ilə hasar pis göründüyündən 21.08.2020-ci il tarixdə torpaq sahəsini anasının tapşırığı ilə mişar daşı ilə hasarlamağa başlamışdır. Şahid1 həmin vaxtdan torpaq sahəsinin onun olduğunu bildirmiş, şikayət etmişdir. O, hasarlama işlərini aparan zaman Memarlıq və Şəhərsalma idarəsinin Fuad adlı əməkdaşı topraq sahəsinə yaxınlaşmış və ona torpaq sahəsinə sənədinin olub olmamasını soruşduqda o bələdiyyə sənədinin olmasını bildirmişdir. Bundan sonra həmin əməkdaş ona qanusuz torpağı zəbt etdiyini demişdir. Lakin o da bələdiyyə sənədlərimi təqdim edərək torpaq sahəsini daş hasara almağımın qanuni olduğunu demişdir. Daha sonra 28.10.2020-ci il tarixdə axşam saat 18:00 radələrində Memarlıq və şəhərsalma İdarəsinin əməkdaşları yenidən ona məxsus torpaq sahəsinə gələrək baxış keçirmişlər. Baxış keçirildikdən ona sənədlərini toplayaraq bələdiyyəyə təqdim etməyini bildirmişlər. O da sənədlərini toplamış, mülkiyyət hüququnun rəsmiləşdirilməsi və tikintiyə rəy verilməsi üçün həm bələdiyyəyə, həm də Sumqayıt şəhəri İcra hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinə təqdim etmişdir. Hazırda da sənədlər oradadır, müsbət rəy verilmiş, sənədləşmənin davamını gözləyir. Onun anasının adına mülkiyyət hüququna dair sənədlər veriləcəkdir. Şahid1 ayrılan torpaq sahəsi bu sahə deyildir, başqa yerdədir, bu sahə əvvəldən anasına verilmiş, onların istifadəsində olmuş, heç vaxt Şahid1 olmamışdır. Məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Qanuni nümayəndə bildirdi ki, Sumqayıt şəhəri, H.X12 mülkiyyət hüquqlarını təsdiq edən sənədlər hələ də verilməmişdir. Həmin torpaq sahəsi H.X12 aid olmuşdur, yalnız bu işlə bağlı araşdırma aparıldıqda məlum olmuşdur ki, mübahisəli torpaq sahəsinin bir hissəsi Sumqayıt şəhəri, H.X10 ərazisi, bir hissəsi Bakı-Quba avtomobil yolunun mühafizə zolağıdır. Amma bunu tam dəqiq deyə bilmir, çünki bələdiyyənin mülkiyyət sənədləri yoxdur. Həmin sahə X5 istifadə etdiyi sahədir. X11 həmin sahəyə görə Bələdiyyəyə vergi ödəyir. Həmin torpaq sahəsinin X6 ayrılması ilə bağlı bələdiyyə tərəfindən müsbət rəy verilmişdir və hazırda sənədlər Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma İdarəsindədir. Sumqayıt şəhəri, H.X10 təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq hasara aldığı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Gənclik küçəsində yerləşən 600 kvadrat metrlik torpaq sahəsi ona məxsusdur. Belə ki, o, həmin torpaq sahəsində tikinti işləri aparmaq üçün Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma İdarəsindən 26.02.2004-cü il tarixdə 46 nömrəli rəy almışdır. Lakin 2018-ci ildən Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin özünə məxsus olmasını bildirmişdir. Sonradan 2020-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs həmin torpaq sahəsində mişar daşlarından hasarlama işləri apardığını görüb orxana bu torpağın ona məxsus olması və qanunsuz zəbt etməsi barədə bildirmişdir. Orxan onun sözlərinə məhəl qoymadığı üçün o müvafiq orqanlara, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə, Sumqayıt ŞPİ-nin 2-ci PB-nə ərizə ilə müraciət etmişdir. Yenə də hesab edir ki, həmin torpaq sahəsi ona verilən torpaq sahəsidir. Təqsirləndirilən şəxs torpaq sahəsini zəbt etməsi barədə müraciət etmiş və araşdırma onun müraciəti əsasında aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər İcra Hakimiyyətinin Memalıq və Şəhərsalma İdarəsinin mühəndisi Şahid4 göstərdi ki, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, “Gənclik” küçəsi ərazisində yerləşən bağ-bostan əkini üçün nəzərdə tutulmuş 600 kvadrat metrlik torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən mişar daşından hasar tikintisininn aparılması aşkar edilmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin torpaq sahəsi ilə bağlı sənədləri yoxdur, həmin torpaq sahəsi ilə bağlı ilkin sənədlər Təqsirləndirilən şəxs anası X5 adınadır. Hazırda həmin sənədlər Sumqayıt şəhər İcra Hakimiyyətinin Memalıq və Şəhərsalma İdarəsində öyrənilir və müxtəlif idarələrdən rəylər alınır. X5 adına olan ilkin sənədlər Təqsirləndirilən şəxs tərəfindən hasarlanan 600 kv.m. torpaq sahəsinədir. Məhkəmə iclasında şahid X11 göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur və birlikdə yaşayırlar. 2007-ci ildən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Gənclik küçəsində yerləşən 600 kvadrat metr sahəsi olan əkin üçün nəzərdə tutulmuş torpaq sahəsi ona məxsusdur. İlkin torpaqayırma sənədləri var və sənədlər onun adınadır. Torpaqla bağlı vergiləri də bələdiyyəyə ödəyir. 2007-ci ildən etibarən Sumqayıt şəhəri, H.X9 torpaq vergisi ödəyicisi kimi qeydiyyatdadır. 10.09.2018-ci il tarixdə bu barədə bələdiyyə tərəfindən Sumqayıt şəhəri İcra hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinə 400 saylı arayış da göndərilmişdir. Həmin torpağa dair sənədlər alınması üçün müraciət etmişdir və hələ də sənədləri Sumqayıt şəhəri İcra hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsindədir. Uzun müddətdir ki, həmin torpaq sahəsini dəmir parçaları ilə hasara alaraq istifadə etmiş, orada ağac əkmiş, bağ salmışlar. Oğlu orxan 2020-ci ilin avqustunda onun razılığı və tapşırığı ilə torpaq sahəsini mişar daşı ilə hasarlamağa başlamış, bu zaman Rüzaxan adlı şəxs torpağın ona aid olduğunu bildirmiş, şikayət etmiş, Sumqayıt şəhəri İcra hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsindən gələrək işi dayandırmışlar, onlara sənədlərini təqdim etmişdır. Oğlu Orxan həmin sahəni zəbt etməmiş, bələdiyyənin razılığı ilə həmin torpağı o və ailəsi, o cümlədən oğlu istifadə etmiş, bələdiyyəyə vergi vermiş və gələcəkdə həmin torpaq sahəsinə dair ona bütün sənədlərin veriləcəyi barədə söz verilmişdir. Amma bu günə qədər hələ də sənədləşmə başa çatmamışdır. Orxan heç bir qanunsuzluğa yol verməmişdir. Məhkəmə iclasında Şahid2 göstərdi ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memalıq və Şəhərsalma İdarəsinin mühəndisidir, 27.10.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları”nın 4-cü bəndinə əsasən ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etmək, habelə tikinti məqsədləri üçün ayrılmamış torpaq sahələrində özbaşına tikinti işlərinin aparılmasının, torpaq sahələrinin qanunsuz zəbt olunmasının qarşısını almaq məqsədi ilə Sumqayıt şəhərinin inzibati ərazi vahidi sərhədləri daxilində tərəfindən keçirilən şəhərsalma nəzarəti tədbirləri nəticəsində Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, “Gənclik” küçəsi ərazisində yerləşən bağ-bostan əkini üçün nəzərdə tutulmuş 600 kvadrat metrlik torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən zəbt edilərək, qeyri-qanuni yolun mühafizə zolağında mişar daşından hasar tikintisininn aparılmasını aşkar etmişdir. Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim etmiş və apardığı tikinti ilə bağlı olaraq hər hansı bir icazə sənədini ona təqdim etməsini xahiş etmişdir. Orxan isə öz növbəsində tikinti üçün hər hansı bir sənədinin olmamasını bildirmişdir. O da Orxan Xudaveridyevə tikintini dayandırmağı və müvafiq icazə sənədlərini əldə etdikdən sonra tikintiyə davam etməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onunla razılaşaraq ertəsi gün Memarlıq və Şəhərsalma idarəsinə gedib torpağın sənədlərini hazırlayacağını ona bildirmişdir. Sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs anası həmin torpaq sahəsi ilə bağlı Bələdiyyəyə müraciət etmişdir. Onda olan məlumata görə hazırda həmin torpaq sahəsi ilə bağlı müvafiq rəylər alınaraq rəy verilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin Memalıq və Şəhərsalma İdarəsinə müraciət olunmuşdur. Məhkəmə iclasında Şahid3 göstərdi ki, o, Sumqayıt şəhər İcra Həkimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsində mühəndis vəzifəsində işləyir. Sumqayıt şəhəri, H.Zeylanabdin qəsəbəsi, Gənclik küçəsində yerləşən mişar daşlarından natamam hasara alınmış 600 kvadrat metrlik torpaq sahəsinə baxış keçirən zaman məlum olmuışdur ki, həmin hasarlama işini aparan Təqsirləndirilən şəxsdur. Orxan Xudaveriyevə torpaq sahəsinin sənədlərinin və tikinti aparması üçün icazəsinin olub-olmamasını soruşduqda Orxan bələdiyyə sənədinin olduğunu, lakin icazəsinin olmadığını bildirmişdir. Onlar tərəfindən tikintininin dayanadırması, zəruri sənədləri yığaraq aidiyyatı orqanlara müraciət etməsi Təqsirləndirilən şəxs izah edilmişdir. Hazırda onların sənədləri Sumqayıt şəhər İcra Hakimiyyətinin Memalıq və Şəhərsalma İdarəsində öyrənilir. İş materiallarında olan, Sumqayıt şəhəri X19 sədrinin Sumqayıt şəhəri Memarlıq və Şəhərsalma İdarəsinə təqdim etmək üçün verdiyi 400 saylı, 10.09.2018-ci il tarixli arayışdan görünür ki, X5 Hacı Zeynalabdin qəsəbəsi Gənclik küçəsində bağ-bostan əkini üçün istifadəsində olan 600 kv.m torpaq sahəsi vardır. Torpaq vergi ödəyicisi kimi X13 2007-ci ildən qeydiyyata alınmışdır. (i.v.13) İş materiallarında olan, torpaq vergisi ilə bağlı “Tədiyə bildirişi”ndən görünür ki, X6 Gənclik küçəsindəki torpaq sahəsinə görə 2013-2018-ci illər üçün 18 manat əmlak vergisi hesablanmışdır. (i.v.12) Sumqayıt şəhəri X19 sədrinin məhkəməyə ünvanlanan 25 saylı, 08 fevral 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, 29 yanvar 2021-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi Şöbəsinin əməkdaşları ilə birgə həmin əraziyə yerində baxış zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi X14 mülkiyyətinə aid deyildir. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla bərabər həmşinin Bakı-Quba yolunun mühafizə zolağına düşür. Sumqayıt şəhəri X19 sədrinin 268 saylı, 04 iyun 2021-ci il tarixli arayışından da görünür ki, X3 Zeynalabdin qəsəbəsi, Gənclik küçəsində, istifadəsində olan 600 kv.m torpaq sahəsi 2007-ci ildən X13 vergi ödəyicisi kimi qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhəri X19 sədrinin Sumqayıt Şəhər Pİ-nin 2-ci Polis Bölməsinin rəisinə ünvanlanmış 175 saylı, 18 noyabr 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs bələdiyyə tərəfindən heç bir torpaq sahəsi ayrılmamışdır. Lakin 10.09.2018-ci ildə X19 tərəfindən verilmiş arayışa əsasən sözügedən torpaq sahəsi sənədsiz torpaq sahəsi kimi (torpaq vergi ödəmək məqsədilə) Hacı Zeynalabdin qəsəbəsi ev 53-də qeydiyyatda olan X5 adına qeydiyyata alınmışdır. 11.11.2020-ci ildə X2 torpaq sahəsinin fərdi ev tikintisi üçün mülkiyyətinə ayrılması barədə X16 müraciət etmişdir. X19 vətəndaşın müraciətinə baxılması üçün aidiyyatı quruma Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə rəy bildirilməsi üçün göndərilmişdir. (i.v.26) Təqdim edilmiş ərizənin surətindən görünür ki, 11.11.2020-ci ildə X3 Zeynalabdin qəsəbəsi, Gənclik küçəsində, sənədsiz istifadəsində olan 700 kv.m torpaq sahəsinin fərdi ev tikintisi üçün mülkiyyətinə ayrılması barədə X16 müraciət etmişdir. Sumqayıt şəhəri X19 sədrinin 172 saylı, 11 noyabr 2020-ci il tarixli məktubu ilə X5 qəsəbə ərazisində fərdi ev tikintisi üçün 700 kv.m torpaq sahəsininin onun mülkiyyətinə ayrılması barədə ərizəsinin surəti torpaq sahəsinin mövqe sxemi ilə birlikdə rəy bildirilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısına göndərilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin 13 saylı, 13.01.2021-ci il tarixli məktubundan görünür ki, X16 qəsəbə ərazisində fərdi ev tikintisi məqsədilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin mövqe sxemi razılaşdırmaq üçün “Şimal”X22 və Satışı İdarəsinə, Sumqayıt Şəhər Telekommunikasiya Qovşağına, “Sumqayıt İstiliktəchizat” İdarəsinə və “Sumqayıtqaz” Qİİ-nə göndərilmişdir. İş materiallarında olan arayışlardan və AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Hacı Zeynalabdin qəsəbəsi ev 53-də qeydirratdadır və ailə üzvləri ilə birlikdə orada yaşayır. Onun ailəsi həyat yoldaşı X17 və anası X4 ibarətdir, 28.06.2019-cu il təvəllüdlü (X21) bir azyaşlı uşağı vardır. (i.v.45-46,48) İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Hacı Zeynalabdin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 47) İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 25.12.2020-ci il tarixli **********71 saylı məktubdan, görünür ki, Təqsirləndirilən şəxs adına saylı Sumqayıt Ərazi İdarəsinin xidmət göstərdiyi ərazsi vahidi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. (i.v. 90) Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 29.11.2010-cu il tarixli hökmü ilə Azərbaycan respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsuirli bilinərək 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 19.08.2011-ci il tarixli qərarı ilə cəzası 300 manat cəimə ilə əvəz edilib. 23.02.2012-ci ildə cərmiə dövlət büdcəsinə tam ödənilib. Azərbaycan RespublikasıCM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Buna görə də Təqsirləndirilən şəxs oğlu məhkumluğu olmayan şəxsdir. (i.v. 94-96) İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 21.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v.73-75) Məhkəmə aşağıda göstərilən prosessual normaların tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinyət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: -məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında olan faktiki münasibətləri, işdə olan sübutları nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə yuxarıda qeyd edilən normaların və Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərini nəzərə alaraq qeyd etməyi zəruri sayır ki, istintaq orqanı iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmamış, sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməmiş, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları eyni səviyyədə araşdırmamışdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrində göstərilən, təqsirləndirilən şəxsin xeyrinə olan hallara və sənədlərə diqqət yetirilməmiş, həmin hallar düzgün qiymətləndirilməmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı sübutlar Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi barədə qənaətə gəlməyə əsas vermir. Məhkəmə verilən ittihamın hüdudlarında işə baxır. İttiham isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayında Sumqayıt şəhəri, H.Zeynalabdib qəsəbəsi, Gənclik küçəsində yerləşən Sumqayıt şəhər X16 məxsus 600 kv.metr boş torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan mişar daşları ilə qanunsuz hasarlayaraq həmin torpaq sahəsini tutmuşdur. İş üzrə mühüm əhəmiyyət kəsb edən sübut sözügedən torpaq sahəsinə dair Təqsirləndirilən şəxs anasının adına olan sənədlər olmuşdur. İstintaq orqanı özü müəyyən etmişdir ki, həmin torpaq sahəsinin vergisini Sumqayıt şəhəri X19 ilə qarşılıqlı razılığa əsasən 2007-ci ildən X11 ödəyir, o həmin vaxtdan torpağı çəpərləyərək ondan istifadə edir, həmin torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı X11 tərəfindən müraciət olunmuş və sənədlər öyrənilir. Bu sənədlər cinayət işi başlanmazdan əvvəl istintaq orqanı tərəfindən əldə edilmişdir. Amma bunlara əhəmiyyət verilməmiş, hətta X11 şahid qismində dindirilməmişdir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs bələdiyyə tərəfindən heç bir torpaq sahəsi ayrılmamışdır, bununla belə, o həmin torpaq sahəsini zəbt etməmişdir. Çünki sözügedən torpaq sahəsi torpaq vergi ödəmək məqsədilə Hacı Zeynalabdin qəsəbəsi ev 53-də qeydiyyatda olan Təqsirləndirilən şəxs anası X5 adına X13 qeydiyyata alınmışdır. X11 2007-ci ildən həmin torpaq sahəsinə görə vergi ödəyir. 11.11.2020-ci ildə X2 torpaq sahəsinin fərdi ev tikintisi üçün mülkiyyətinə ayrılması barədə X16 müraciət etmiş, X19 vətəndaşın müraciətini baxılması üçün aidiyyatı qurum olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə rəy bildirilməsi üçün göndərmişdir. X11 və onun ailə üzvləri, o cümlədən oğlu Təqsirləndirilən şəxs 2007-ci ildən həmin torpaq sahəsindən istifadə edir, dövlət orqanları, o cümlədən X19 bunu bilmiş, bununla razılaşmış, hətta bununla bağlı qeydiyyat da aparmışdır. Bu hallar təsdiq edir ki, X5 istifadə və sahiblik hüquqları, onun ailə üzvlərinin, o cümlədən oğlu Təqsirləndirilən şəxs həmin torpaq sahəsindən istifadə hüquqları yaranmış, X1 hüququ ilə bağlı da müraciət olunmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri anasının tapşırıqlarını yerinə yetirməkdən ibarət olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqında» Avropa Konvesiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. İnsan hüquqları haqında Ümumi Bəyəmnamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla mərhum oluna bilməz. Avropa Məhkəməsinin “Önəryıldız Türkiyyə qarşı” iş üzrə 18 iyun 2002-ci il tarıxli Qərarının 139-cu bəndində Məhkəmə xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. Qərarın 142-ci bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleniumunun “ V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “ 15 yanvar 2010-cu il tarixli qərarında göstərmişdir ki, “ mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan ( titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlakasahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər ” Məhkəmə yuxarıda qeyd edilən mövqedən çıxış edərək işin hallarını, işdəki sübutları, təqsirləndirilən şəxsin hərəkətlərini cinayət qanunvericiliyində göstərilən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlamaqla tutma cinayətinin tövsifedici əlamətləri ilə müqayisə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törədilməmişdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçisinin və kateqoriyasının, X14 mülkiyyətində olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən əlavə araşdırmalar aparılması nəticəsində əldə ediləcək məlumatlar iş üzrə ittiham hökmü çıxarılmasına əsas ola bilməz. Məhkəmə dövlət ittihamçısının vəsatəti ilə bağlı işin bu hallarına qiymət verərək hesab edir ki, məhkəmə verilən ittihamın hüdudlarında işə baxır və bütün şübhəli hallar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həm mübahisəli torpaq sahəsinin mülkiyyətçisinin X7 halda, həm də mübahisəli torpaq sahəsinin mülkiyyətçisinin X15madığı halda Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törədilməmişdir. Cinayət işi məhkəməyə daxil olana qədər həmin torpaq sahəsinin X16 aid olduğu müəyyən edilmiş və bu bvarədə mübahisə olmamışdər. Torpaq sahəsinin hazırda bələdiyyəyə aid olmaması ( yəni indi bələdiyyənin öz mülkiyyətində olmayan torpaq sahəsi ilə bağlı 2007-ci ildə razılaşma əldə etməsi, öz mülkiyyətində olmayan torpaq sahəsi ilə bağlı vətəndaşdan vergi almasının məlum olması) təsdiq edilsə belə, bu iş üzrə ittiham hökmü çıxarılmasına əsas vermir. Ona görə də, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçisinin və kateqoriyasının, X14 mülkiyyətində olub-olmamasının müəyyən edilməsi üçün əlavə araşdırmalar aparılması cinayət işinə baxılmasını yubadacaqdır və bunun hökmün əsaslılığına heç bir təsiri olmayacaqdır. “İnsan Hüquqlarının və X20 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 188.1ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi yoxdur və ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən CM-nin 188.1-ci maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Cinayət işi üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.2, 344- 350, 352-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-176/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-176/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver