Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-176/2024 24.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.1985-ci il Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 110,671 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və yaşadığı mənzildə saxlamış, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 18 iyul 2023-cü il tarixdə, saat 17:20 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 4 saylı fərdi yaşayış evinin qarşısında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən üzərində “Vincestr” yazısı olan siqaret qutusunun içərisindən həmin narkotik vasitə olan qurudulmuş marixuananın bir qismi, yəni 02 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,964 qram və 4,929 qram, ümumi təmiz çəkisi 9,893 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 4, mənzil 12 ünvanına baxış keçirilən zaman mənzilin mətbəx otağında olan soyuducun içərisindən həmin narkotik vasitə qurudulmuş marixuananın digər qismi, üzərində “Dextra Forte” yazısı olan sellofan paketin içərisindən ümumi çəkisi 96,691 qram narkotik vasitə qurudulmuş marixuana və həmin torbada olan 01 (bir) ədəd şəffaf sellofan bükümün içərisindən 4,087 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerləşən 4 saylı yaşayış binasının qarşısında olduğu zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşıb polis əməkdaşları olduğunu bildirərək ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğunu demişlər və onu polis idarəsidə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis idarəsinə getmişdir. Orada üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklfi olunmuşdur. O özü əynində olan qara rəngli şalvarın sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd üzərində "Vincester" yazıları olan siqaret qutusu açılan zaman qutunun içərisində 02 (iki) ədəd şəffaf sellofan bükümlərin olduğu müəyyən edilmişdir. Həmin bükümlər açılan zaman bükümlərin hər birinin içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana”ya bənzər bitki kütləsinin olduğu müəyyən edilmişdir. O, üzərindən aşkar olunmuş həmin maddələrin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni 3-4 gün əvvəl tanımadığı şəxsdən nisyə olaraq 500 (beş yüz) manat aldığını, almış olduğu narkotik vasitənin bir qismini yaşadığı ünvanda saxladığını, narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarışın sonunda təhqiqatçı ona yaşadığı mənzilə baxış keçirilməsinin zəruriliyini bildirib ondan etirazının olub-olmadığını soruşmuşdur. O etirazının olmadığını bildirib, bununla bağlı müvafiq ərizə yazıb təhqiqatçıya təqdim etmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılmaqla yaşadığı yuxarıda qeyd olunan ünvana baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl təhqiqatçı ona yaşadığı evdə narkotik vasitə, psixotrop maddə, o cümlədən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif etmişdir. O özü mətbəxdə olan soyuducunun içərisində saxladığı sellofan torbanı təhqiqatçıya təqdim etmişdir. Həmin torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana və 01 (bir) ədəd şəffaf sellofan da olmuşdur. Sellofanın içərisində də narkotik vasitə qurudulmuş marixuana var idi. Təhqiqatçının suallarına cavab olaraq yaşadığı mənzildə elektron tərəzinin də olduğunu demiş və həmin tərəzini mətbəxdə olan dolabdan götürüb təhqiqatçıya təqdim etmişdir. Həmin tərəzini təxminən 02 (iki) ay bundan əvvəl yaşadığı Kimyaçılar qəsəbəsində küçədən tapmışdır. Tapan zaman işlək vəziyyətdə olduğundan yaşadığı mənzilə gətirmişdir. Təhqiqatçı ondan elektron tərəzinin ona nə üçün gərək olduğunu və narkotik vasitəni nə üçün bükümlərə ayırdığını soruşduqda, o təhqiqatçıya elektron tərəzi vasitəsi ilə narkotik vasitənin çəkisini müəyyən etdiyini və öz şəxsi istifadəsi üçün narkotik vasitəni bükümlərə ayırdığını demişdir. O narkotik vasitəni öz şəxsi isitfadəsi üçün əldə etmiş, həmin narkotik vasitədən kiməsə pay vermək və ya satmaq kimi bir niyyəti olmamışdır. Narkotik vasitəni o nisyə əldə etdiyindən çəkisi çox olmuşdur. Nağd pul verib bu çəkidə narkotik vasitə ala bilməzdi. Özü narkotik vasitənin ancaq qurudulmuş marixuana növündən istifadə edir. Ona görə də, narkotik vasitəni istifadə edə bilməsi üçün evdə soyuducuda, çölə çıxdıqda ürəyi istədiyi zaman istifadə edə bilməsi üçün isə 02 (iki) ədəd bükümdə üzərində gəzdirmişdir. Həm üzərindən, həm də evdən aşkar olunmuş narkotik vasitə və 01 (bir) ədəd elektron tərəzi müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində Müşfiq adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı, istifadəsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Araşdırma zamanı Müşfiq adlı şəxsin xx.xx.1985-ci ildə Tovuz rayonunda anadan olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə əməliyyat-istintaq qrupunun yaradılmasına göstəriş verilməsi üçün rəhbərliyə raportla müraciət edilmiş, raport əsasında əməliyyat istintaq qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 4 saylı fərdi yaşayış evinin qarşısında əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən beş dəqiqə sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs onlarla birlikdə Sumqayıt ŞPİ-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs onların təklifinə etiraz etməyərək onlarla birlikdə polis idarəsinə getmişdir. Polis idarəsində X4 Təqsirləndirilən şəxs tutulmasının səbəbləri və əsaslarını izah etdikdən sonra ona Sumqayıt Regional Vəkil Bürosununun vəkillərinin siyahısı təqdim etmişdir. Təqsirləndirilən şəxs öz istəyi ilə hüquqlarının müdafiə olunması üçün vəkil X3 dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparıimazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O özü əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu siqaret qutusunu təqdim etdmişdir. Həmin qutuya baxış keçirilən zaman orada 02 (iki) ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tanımadığı şəxsdən nisyə olaraq 500,0 (beş yüz) manat müqabilində aldığını, narkotik vasitənin digər qisminin yaşadığı mənzildə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçisinin və onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmişdir. Baxış zamanı yenidən təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs soyuducuda olan sellofan paketi təqdim etmişdir. Həmin paketin içərisində 01 (bir) ədəd şəffaf büküm və xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs mətbəxdə olan dolabdan 01 (bir) ədəd elektron tərəzini təhqiqatçıya təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ilkin əməliyyat məlumatı daxil olsa da, həmin şəxsin narkotik vasitə satması ilə bağlı əldə olunmuş əməliyyat məlumatı öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, X4 şübhəli şəxsdən özünü təqdim etməsini tələb edir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi, əldə edilməsi, saxlanılması, satışı və istifadə edilməsində şübhəli olduğunu üçün Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Pİ-nə gətirildiyini bildirir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra təhqiqatçı şübhəli şəxsə hüquqlarının müdafiə olunması üçün vəkil X1 təqdim edir. Bundan sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmuş şəxsə onun hüquq və vəzifələri qeyd olunmuş bildiriş təqdim edir. Şübhəli şəxs vəkilə etirazının olmadığını bildirdikdən sonra təhqiqatçı ona üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verir. Şəxsi axtarış başlamazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli cins şalvarın sol yan cibindən üzərində “Vincestr” yazısı olan siqaret qutusunu təqdim edir. Həmin qutunun iç saxlamış olduğu 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümü təqdim edir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisini baxış keçirilən zaman orada 02 (iki) ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olduğu müəyyən edilir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, adını bilmədiyi lakin üzdən tanıdığı şəxsdən nisyə olaraq 500,0 (beş yüz) manat müqabilində şəxsi istifadəsi üçün aldığını, almış olduğu narkotik vasitənin qalan qisminin evdə olduğunu bildirdi. Təhqiqatçı şəxsi axtarış bitdikdən sonra ona öz iştirakı ilə yaşadığı ünvana baxış keçiriləcəyini bildirib, hər hansı etirazının olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri möhürləndi. Müdafiəçinin sualına cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir fiziki və psixoloji təzyiqə məruz qalmadığını bildirdi, ilk X2 yekun məruzəsi ilə bitir. X4 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman yaşadığı mənzildə narkotik vasitə saxladığını bildirdiyi üçün yaşadığı mənzilə baxış keçiriləcəyi barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs mənzilin qapısını açmasını istəyir. Təqsirləndirilən şəxs qapını açdırdan sonra proses iştirakçıları mənzilə daxil olur. Baxış başlamazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı mənzildə saxladığı narkotik vasitəni təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs özü evdə olan soyuducunun içərisində saxladığı üzərində “Dextra Forte” yazısı olan sellofan paketi və mətbəxdə olan dolabın içərisindən 01 (bir) ədəd elektron tərəzini təqdim edir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilir, lakin oradan qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Təhqiqatçı tərəfindən sellofan paketin içərisinə baxış keçirilən zaman orada 01 (bir) ədəd şəffaf rəngli bükümün olduğu müəyyən edilir. Həm bükümün içərisində, həm də sellofan paketin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri möhürləndi. X2 yekun məruzəsi ilə bitir. İş materiallarında olan məhkəmə-bıoloji ekspertizasının 19 iyul 2023-cü il tarixli, 3- 16-16/2-7/1035 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs, 1. .... Musayev M” yazılar və imzalar olan zərfdə 02 ədəd sellofan bükülülərdə ayrıayrılıqda təmiz çəkiləri - 4,964 qram, 4,929 qram, ümumi çəkisi - 9,893 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Saxlanılan şəxs, 1.....Musayev M” yazılar və imzalar olan polietilen bağlamada təmiz çəkisi-96,691 qram və həmin bağlamada 01 ədəd sellofan bükülüdə təmiz çəkisi - 4,087 qram, ümumi çəkisi-100,778 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Təqdim olunmuş zərfdə və 01 ədəd polietilen bağlamada olan marixuanaların ümumi çəkisi - 110,671 qramdır. Tədqiqata təqdim edilmiş olunmuş marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: Marixuanaların ümumi çəkisi - 110,671 qram (1-4№-li ob), tədqiqata sərf edildi cəmi - 0,08 qram (hər obyektdən 0,02 qram), qalıq - 110,591 qram. İş materiallarında olan fiziki kimyəvi ekspertizasının 19 iyul 2023-cü il tarixli, 3-16- 16/2-6/3889 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124“ dairəvi möhür əksi və “...saxlanılan şəxs: Musayev M, - imza, Tərtib etdi: E.Quliyev – imza” yazı yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd gümüşü rəngli qapaqlı elektron tərəzinin üzərində psixotrop maddə olan - metamfetaminin və heroinin çəkisini müəyyən etmək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X7" tərəfindən verilmiş məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2023-cü il tarixli, 5090 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 110,671 qram narkotik vasitə qurudulmuş marixuanadan tədqiqatdan sonra qalıq qalmış 110,591 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 (bir) ədəd elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi Kimyamılar qəsəbəsi üzrə 1 saylı məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin CAŞ-dan daxil olan əməliyyat tapşırığına cavabdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə etibarlı mənbədən məlumat almaq mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş ilkin əməliyyat məlumatı öz təsdiqini tapmamışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı sonuncunun kimdən, nə vaxt və harada əldə etməsi barədə hər hansi məlumat əldə etmək mümkün olmamışdır Bu istiqamətdə tədbirlərimiz davam etdirilir, əldə olunacaq nəticə barədə dərhal İŞ-nə rəsmi məlumat veriləcəkdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də, 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 110,671 qram narkotik vasitə qurudulmuş marixuanadan tədqiqatdan sonra qalıq qalmış 110,591 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 (bir) ədəd elektron tərəzi məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 164 (bir yüz altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixdə həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 110,591 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 (bir) ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 164 (bir yüz altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-176/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-176/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver