Məhkəmə qərarları › İş №1(060)-178/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-178/2021

30.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-178/2021 30.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Taryel oğlunun, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1985-ci ildə Qazaxıstan Respublikası Tülkibatskiy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumlu olan, Sumqayıt şəhəri 2-ci mikrorayon, ev 69a/29, mənzil 41-də qeydiyyatda olan və yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Taryel oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Taryel oğlu 13 oktyabr 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini 5 manata alaraq Sumqayıt şəhər 32-ci məhəllə ərazisində yerləşən «Karvan» ticarət mərkəzinin yaxınlığında üzərində saxlayarkən saat 20 radələrində Sumqayıt şəhər Pİ-in 4-cü PB-nin əməkdaşları tərəfindən «Karvan» ticarət mərkəzində baş vermiş oğurluqda şübhəli bilinərək Sumqayıt şəhər Pİnin 4-cü PB-nə gətirmişlər, orada onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,258 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Taryel oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Taryel oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşdur. 13.10.2020-ci il tarixdə, saat təxminən 20 radələrində Sumqayıt şəhəri “Karvan” ticarət mərkəzinin yanına gəlib avtomaşından düşmüş və 32-ci məhəllə ərazisi ilə “Karvan” ticarət mərkəzinin yaxınlığı ilə tək gedərkən bu vaxt mülki geyimdə bir neçə nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirib Sumqayıt şəhər 4-cü PB-nə aparmışlar. Həmin vaxt üzərində narkotik olmamışdır. Polis Bölməsində ona polis əməkdaşları fiziki təzyiq göstərərək məcbur etmişlər ki, həmin narkotik vasitənin ona məxsus olduğunu boynuna alsın. Lakin onun üzərində narkotik vasitə olmamışdır. X4 videoçəkiliş apararaq üzərinə baxış keçirərək üzərində narkotik vasitə aşkar olunmuşdur. Məhkəmədən bərasində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs Taryel oğlunun məhkəmə iclasında narkotik vasitənin üzərində olmamasına və həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərərək cibina qoyulmasına dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun məhkəmədə özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakılarla təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən və məhkəmədə ifadəsi elan olunmuş Təqsirləndirilən şəxs Taryel oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş, təxminən bir neçə aya yaxındır ki, narkotik vasitədən istifadə edir. Həmin narkotik vasitəni o, tanımadığı şəxslərdən az miqdarda, yəni özü istifadə edəcəyi qədər alıb istifadə edir. 13.10.2020-ci il tarixdə səhər saatlarında şəxsi işləri ilə əlaqədar olaraq Abşeron rayonu Novxanı qəsəbəsinə getmiş, orada işlərini görüb qurtardıqdan sonra yaşadığı Sumqayıt şəhərinə gəlmək üçün yolun kənarna çıxaraq yolun kənarında dayanıb gözləmiş ki, Sumqayıt şəhərinə gələn maşınların birinə əyləşib Sumqayıt şəhərinə gəlsin. O, yolun kənarında dayanıb maşın gözləyən zaman bu vaxt sifətdən tanıdığı, lakin adını və harada qalmasını bilmədiyi bir nəfərdə onun yanına gələrək yolun kənarında dayanmış, həmin şəxslə biraz söhbət edən zaman həmin şəxs bilmiş ki, o, narkotik vasitə istifadə edəndir. Ona görə də həmin şəxs ona demiş ki, onda bir büküm narkotik vasitə olan kakos var. O da həmin heroinin yəni kakosun qiymətini soruşanda həmin şəxs ona həmin heroini 5 manata satacağını demiş o da razılaşmış və həmin şəxsə 5 manat pul vermiş, həmin adını bilmədiyi şəxsdə ondan 5 manatı alıb harasa getmiş və təxminən bir neçə dəqiqədən sonra onun yanına gələrək siqaretin qızılı kağızına bükülmüş narkotik vasitə olan kakosu ona vermişdir. O da həmin kakosu alıb əynində olan göy rəngli idman şalvarının sağ yan cibinə qoyçuşdur ki, Sumqayıt şəhərinə gəlib münasib yer tapan kimi həmin narkotiki istifadə etsin. O, yol maşınların biri ilə Sumqayıt şəhəri “Karvan” ticarət mərkəzinin yanına gəlib avtomaşından düşmüş, saat təxminən 20 radələrində o, 32-ci məhəllə ərazisi ilə “Karvan” ticarət mərkəzinin yaxınlığı ilə tək gedərkən bu vaxt mülki geyimdə bir neçə nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmiş və ondan adını soy adını soruşmuşlar. O da polis əməkdaşlarına soy adını və adını demiş, polis əməkdaşları ona demiş ki, oğurluq olub və həmin oğurluqda ondan şübhəl bilirlər və ondan polis bölməsinə getməyini xahiş etmişlər. O, etiraz etməsə də, lakin cibində olan narkotik vasitəni də imkan tapıb ata bilməmiş və onu Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-nə gətirmişlər. Orada xidməti otaqların birində video çəkilişlə onun üzərində nə varsa təqdim etməklərini bildirmişlər, o da əynində olan göy rəngli idman şalvarının sağ yan cibində saxladığı narkotik vasitə olan kakosu polis əməkdaşlarıına təqdim etmişdir. Ondan polis əməkdaşları həmin maddənin nə olmasını soruşanda o, təqdim etdiyi maddənin narkotik vasitə olan kakos olduğunu, Abşeron rayonu Novxanı qəsəbəsindən tanımadığı şəxsdən öz istifadə üçün özündə saxladığını bildirdikdən sonrta o, üzərində saxlayaraq polisə təqdim etdiyi narkotik vasitə tərəzidə çəkilmişdir. Bundan sonra həmin narkotik vasitəni ağ zərfə qoymuşlar və protokollaşdıraraq ekspertizaya göndərilməsi üçün imzaları ilə təstiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 12.10.2020-ci il tarixdə Sumqayıt şəhər sakini Cəlilova Sədaqət Vəli qızı Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə ərizə ilə müraciət edərək Sumqayıt şəhəri «Karvan» ticarət mərkəzinin nərzində yerləşən «Jalə-94» şirniyyat sexindən çıxan zaman cibindən içərisində 720 manat pulun və təqaüd kartının oğurlanması ilə bağlı müraciət etmişdir. Bununla bağlı 13.10.2020-ci il tarixdə Sumqayıt şəhəri Pİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Zaur İsmayılov və həmin şöbənin kiçik əməliyyat müvəkkili Şahid2lə həmin oğurluğu açmaq məqsədi ilə Sumqayıt şəhəri 32-ci məhəllə ərazisində yerləşən «Karvan» ticarət mərkəzinin yaxınlığında xidmət apararkən saat təxminən 20 radələrində əvvəllər oğurluqla məşğul olan Bəradəri görmüşlər. Bəradərin həmin oğurluqda şübhələndikləri üçün və özünü şübhəli apardığına görə Bəradərə yaxınlaşıb özlərini təqdim edəndən sonra Bəradərə demişlər ki, oğurluq faktına görə ondan şübhələnirlər və onlarla bərabər Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə getməyini xahiş etmişlər. Bəradər də etiraz etməmiş və birlikdə Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə gətirmişlər. Bölmənin təhqiqatçıs Sahil Əlizadə tərəfindən video çəkilişlə Bəradərdən xaiş olunmuş ki, üzərində nə varsa təqdim etsin. Bəradərdə əynində olan göy rəngli idman şalvarının sağ yan gibindən bir büküm siqaretin qızılı kağızına bükülmüş maddəni təqdim edərək kakos yəni narkotak vasitə olan heroin olduğunu bildirmiş, həmin bükülünü açandi içərisində spesifik iyə malik qəhvəyi rəngdə maddə vardı. Bəradərdən soruşmuşlar ki, həmin maddəni haradan nə məqsədlə alıb, Bəradər bildirmiş ki, təqdim etdiyi maddə kakos yəni heroindir və həmin gün yəni, 13.10.2020-ci il tarixdə səhər saatlarında Novxanı qəsəbəsində üzdən tanıdığı, lakin harada qalmasnı bilmədiyi şəxsdən 5 manata özü istifadəsi üçün almışdır. Bundan sonra Bəradərin üzərindən aşkar edilmiş özünün deməsinə görə kakosu qablaşdırılıb ekspertiza təyin etmək üçün MEM-nə göndərilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14.10.2020-ci il tarixli, 6/2167 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Vət. X1 üzərindən aşkar olunmuş maddə» yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,258 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 0,258 qram, tədqiqata sərf edildi: - 0,05 qram, qalıq – 0,208 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 05.11.2020-ci il tarixli 3138 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Taryel oğlunda tiryək alkolitlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkaloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Taryel oğlunun üzərindən aşkarlanaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,208 qram olan narkotik vasitə heroin sübut kimi tanınmaqla, saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs Taryel oğlunun üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Taryel oğlu 13.10.2020-ci il tarixdə tutulmuş və 15.10.2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)- 323/2021 saylı, 01.04.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Taryel oğlu barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər prokurorluğunun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 26.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Taryel oğlunun Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə toplanmış materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və iş materiallarında olan hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Taryel oğluna Abşeron rayon Məhkəməsinin 22.10.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə təqsirli bilinib 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cəzalar qismən toplanılmış və üzərində 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu müddət çıxılmaqla üzərində qəti olaraq 02 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti müəyyən edilməklə ona şərti olaraq tətbıq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs Taryel oğlunun cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə baxışı zamanı X2 cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Taryel oğlunun özünü təqsirli bilməyərək narkotik vasitənin üzərində olmamasına və həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərərək cibinə qoyulmasını bildirsə də, məhkəmədə tədqiq olunmuş istintaq sübutları ilə onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş üzrə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, diskə baxış protokolu, sorğuya cavab məktubundan və işdə olan digər istintaq sənədləri ilə tam təkzib olunaraq törətmiş olduğu cinayət əməli sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Taryel oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Taryel oğluna təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs Taryel oğluna azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs Taryel oğluna ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Taryel oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin 22.10.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə şərti məhkum etmə ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Taryel oğlunun 13.10.2020-ci il tarixdən 15.10.2020-ci il tarixə kimi onun məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmalqa üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 30.07.2021-ci il tarixdən hesablanmalı, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-323/2021 saylı, 01.04.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş «həbs» qətimkan tədbiri nəzərə alınmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Taryel oğlu barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,208 qram olan narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs Taryel oğlundan tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Taryel oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin 22.10.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə şərti məhkum etmə ləğv edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Taryel oğlunun 13.10.2020-ci il tarixdən 15.10.2020-ci il tarixə kimi onun məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmalqa üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Taryel oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30.07.2021-ci il tarixdən hesablansın. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-323/2021 saylı, 01.04.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş «həbs» qətimkan tədbiri nəzərə alınsın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Taryel oğlu barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,208 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 114 manat (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs Taryel oğlundan tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Qulamov Ağazahid Şirzad oğlu Təqsirləndirilən şəxs Taryel oğluna ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Taryel oğluna məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar