Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-178/2023 27.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1963-cü ildə Ermənistan SSR, Yexeqnadzor rayonu, Əmoğlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Tərtər rayonu Bayandur kəndində qeydiyyatda olmaqla ünvan 2-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Sumqayt şəhər Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli qərarı ilə (protokol Nö 57) ünvan 1 ünvanında yerləşən qohumu X2 adına rəsmiləşdirilmiş ümumilikdə 85 kvadrat metr ölçüdə torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş bir otaqlı fərdi tikilinin heç bir hüquqi əsası olmadan və özünə məxsus olmadığını bilərək qəsdən etibardan sui-istifadə etmə və aldatma yolıı ilə Zərərçəkmiş şəxs1 Allalıverdi qızına 17000 manata satmaq barədə razılığa gələrək 2019-cu ilin noyabr ayının axırlarında həmin ünvanda sonuncudan 12000 manat pulu, bundan bir neçə gün sonra 2019-cu ilin noyabr ayının axırlarında Sumqayıt şəhəri 5-ci mikrorayon Nəriman Nərimanov küçəsində yerləşən “Bank Respublika”nın Sumqayıt filialının qarşısında Zərərçəkmiş şəxs1 qızı Şahid2 5000 manat pulu ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda, ümumilikdə 17000 manat pulu vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, Sumqayt şəhər Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli qərarı ilə (protokol Nö 57) ünvan 1 ünvanında yerləşən qohumu X2 adına rəsmiləşdirilmiş ümumilikdə 170 kvadrat metr ölçüdə torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş iki otaqlı fərdi tikilinin heç bir hüquqi əsası olmadan və özünə məxsus olmadığını bilərək qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 25000 manata satmaq barədə razılığa gələrək 27 dekabr 2019-cu il tarixdə həmin ünvanda sonuncunun arvadı Zərərçəkmiş şəxs3 22000 manat pulu, 2020-ci ilin aprel ayının əvvəllərində Sumqayıt şəhəri 24-cü məhəllədə yerləşən Sumqayıt şəhər poçt Şöbəsinin qarşısında 1000 manat pulu, 2020-ci ilin iyul ayının əvvəllərində Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisindəki Göyərçin parkında yerləşən Göyərçin abidəsinin qarşısında 1000 manat pulu, 2020-ci ilin sentyabr ayının əvvəllərində Sumqayıt şəhəri Bulvar ərazisində yerləşən “Asan xidmətin inzibati binasının qarşısında 1000 manat pulu sonuncunun atası Şahid1 alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xeyli miqdarda, ümumilikdə 25000 manat pulu vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui- istifadə elmə yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, həbs olunanadək ünvan 2 ünvanında yaşamışdır. 2003-cu ildə Tər-Tər rayonun Seyidimli kənd sakini X11 ilə ikinci dəfə ailə həyatı qursa da rəsmi nikahları yoxdur. Bundan sonra Sumqayıt şəhəri ərazisində yaşamışdır. Həbs olunanadək fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. X9 doğma əmisi nəvəsidir. Rəşadın əmisi X3 onun əmisi oğludur. Sabir 2015-ci ildə rəhmətə getmişdir. Sabir ilə qohum kimi yaxın münasibəti olmuşdur. 2007-2011-ci illərdə Sabirə məxsus Sumqayıt maşın bazarındakı tikintidə usta və iş icraçısı kimi işləmişdir. Bundan sonra 2011-ci ildən 2014-cü ilədək Sabirin rəhbərliyi altında onun Sumqayıtda yerləşən maşın bazarında, həmçinin Sabirə məxsus olmaqla Belarusiya Respublikasının Minsk vilayətindəki tikinti obyektlərində işləmişdir. 2014-cü ilin iyul ayında Minsk vilayətinin Smolevitkiy rayonun Usay qəsəbəsində 22000 manata öz adına və arvadı Baharın adına 2 otaqlı mənzil, Meresedes-Benz və Hyundai Sonata markalı avtomobillər almışdır. 2014-cü ildə Bahar ilə birlikdə Azərbaycana köçərkən əmisi oğlu Sabir ilə əmlaklarını dəyişdirmişdir. İki avtomobilini və 2 otaqlı mənzillərini Sabirə vermişdir. Sabir isə bunun qarşılığında Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi Qara- Qarayev küçəsində yerləşən sənədsiz və natamam iki otaqlı evini ona vermişdir. Həmin vaxt evin tikintisi başa çatmadığına görə orada heç kim yaşamırmışdır. Həmin ev 0,366 kvadrat metr sahədə 200 kvadrat metr tikintidən ibarət olmuşdur. Evin işiği və suyu olmamışdır. Evin 2 qapısı və pəncərələrinin də şüşələri olmamışdır. Evin damının şiferinin bir hissəsi sınıq, döşəmənin ortası isə çökmüş vəziyyətdə olmuşdur. Ev istifadə üçün yararsız vəziyətdə olduğundan həmin evi öz hesabına təmir elətdirmişdir. Həmin həyətdə başqa bir otaqlı ev tikdirmişdir. Həmin evlərin hər ikisini öz vəsaiti hesabına təmir etdirmişdir. Hər iki evə işiq və su çəkdirmişdir. Hər iki evlərin kommunal xərclərini rəsmi müqavilə əsasında arvadı Bahar Əliyevanın adına rəsmiləşdirmişdir. Bundan sonra Bahar ilə birlikdə həmin evdə yaşamışdır. Evin kommunal xərclərini isə özü ödəmişdir. Bu hadisədən bir neçə il sonra təxminən 2017-ci ilin axırlarında Rəşad yaşadıqlrı həmin evə gəlmiş, o, isə həmin vaxtı Rusiya Federasiyasında olmuşdur. Həmin vaxtı Rəşad evə gələrək arvadı Bahar Əliyevaya həmin evin ona məxsus olmasını demişdir. Bahar isə ona torpaq sahəsini və tikilini əmisi oğlu Sabirdən aldığını bildirmişdir. Bahar bu barədə ona zəng edərək məlumat verdikdən sonra Azərbaycana gəlmişdir. Rəşad yenə də həmin evə və tikiliyə iddia eləməyə başlamışdır. Rəşad bununla bağlı məhkəmədə onun evdən çıxarılmağı ilə bağlı iddia qaldırmışdır. Onun yaşadığı evin yaxınlığında bir neçə metr aralıda Rəşadın 255 kvadrat metr ölçüdə özünə məxsus tikilisi olmuşdur. Rəşad həmin tikilini aptek kimi istifadə etmək üçün əmisi Sabirdən almışdır. Lakin sonradan həmin tikilini aptek kimi istifadə etməyə icazə ala bilmədiyi üçün həmin tikilini qarışıq mallar dükanı kimi istifadə edirmişdir. Lakin sonradan Rəşad həmin obyekti kafe kimi işlətmişdir. Rəşada məxsus həmin kafe ilə yaşadığı evlərin su və elektrik enerjisi təchizatları ayrı- ayrı olmaqla bununla bağlı müqavilələr olmuşdur. Rəşada həmin tikilinin və evlərin onlara məxsus olmasını bildirdikdə Rəşad arvadı Bahara həmin tikililərdən çıxmaq üçün 5000 manat pul təklif etmişdir. Lakin Rəşadın təklifi ilə razı olmadıqda Rəşad Sumqayıt şəhər məhkəməsinə müraciət edərək onun yaşadığı həmin tikilinin ona məxsus olduğunu göstərməklə oradan çıxarılmağı ilə bağlı məhkəmə qarşısında iddia qaldırmışdır. Məhkəmənin qərarı əsasında keçirilmiş ekspertizada iştirak edə bilməmişdir. Həmin vaxtı ekspert rəy vermişdir ki, guya yaşadığı iki otaqlı ev və bir otaqlı başqa bir ev həmçinin həmin evlərin yerləşdiyi torpaq sahəsi Rəşada məxsus olan 255 kvadrat metr ölçüdə torpaq sahəsi ilə eyni ünvandır. Ekspertin verdiyi rəyə əsasən 11 may 2018-ci il tarixdə Sumqayıt şəhər məhkəməsi onun əleyhinə qətnamə qəbul edərək həmin tikililərin Rəşada məxsus olmaqla həmin tikililərdən çıxarılmağını qət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin həmin qərarı ilə razı olmadığına görə Sumqayıt Apellyasiya məhkəməsinə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi də 24 may 2019-cıı ildə tarixdə Rəşadın xeyrinə qərar qəbul edərək Sumqayıt şəhər Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Ona görə də vəkili vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət etmişdir. Ali Məhkəmə 18 noyabr 2020-ci ildə tarixdə keçirilən prosesdə şikayətini qismən təmin edərək işi yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarmışdır. Tikintilər və evlər problemli olduğuna görə həmin ərəfələrdə həmin öz yaşadığı evi və həyətdə olan bir otaqlı evi satmaq istəmişdir. Ona görə də bu barədə həm evin divarlarına evin satılması ilə bağlı yazı yazmış, həmçinin bir neçə nəfər ev-alqı satqısı ilə məşğul olan maklerlərə məlumat vermişdir. 2019-cıı ilin noyabr ayının axırlarında arvadı Bahar onunla əlaqə saxlayaraq İlhamə adlı maklerin bir otaqlı evi almaq üçün bir nəfər qadınla birlikdə həyətə gəldiklərini demişdir. Həmin vaxtdan bir neçə gün sonra evdə olduğu zaman sonradan adını öyrəndiyi Sənəm adlı şəxs evə gələrək bir otaqlı evi almaq istədiyini bildirmişdir. Evin özünə məxsus olmasını və 17000 manata satdığını bildirmişdir. Lakin Sənəmə evin problemli ev olması və bununla bağlı məhkəmə çəkişmələri olması barədə heç bir söz deməmişdir. Sənəm evin sənədləri ilə bağlı maraqlandıqda həmin ərazidə olan evlərin heç birinin sənədinin olmadığını və evin sənədləşməsini özü həll edəcəyinə söz vermişdir. Bir neçə gün sonra Sənəm qızı Günel, adını bilmədiyi bacısı qızı və nəvəsi ilə birlikdə həmin evə gəlmişdir. Həmin vaxtı Sənəm 12000 manat pulu evdə ona vermişdir. Sənəm söz vermişdir ki, Türkiyə Respublikasına gedərək orada işlədiyi yerdən 5000 manat borc pul alıb qalan hissəsini də qısa zaman ərzində ödəyəcəkdir. O da Sənəmə etiraz etməmişdir. Bundan bir neçə gün sonra Sənəmin Günel adlı qızı onunla əlaqə saxlayaraq qalan 5000 manat pulu vermək istədiyini bildirmişdir. Ona görə də 2019cıı ilin noyabr ayının axırlarında Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən Bank Respublikanın Sumqayıt filialının qarşısında Sənəmin qızı Günel ilə görüşmüşdür. Həmin vaxtı Günel 5000 manat pulu ona vermişdir. Sənəmə satdığı evin müqabilində 17000 manat pul almışdır. Bir neçə gün sonra Sənəm Türkiyədən qayıdıb gəlmişdir. Sənəm ona təklif etmişdir ki, evi ona satmağı ilə bağlı müqavilə imzalasınlar. Ona görə də özü və arvadı Baharın 17000 manat pul qarşılığında Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi Q.Qarayev küçəsi mənzil 5-də yerləşən 1.7 sot torpaq sahəsində bir otaqlı evi Sənəmə satdıqları evlə bağlı gələcəkdə hər hansı bir problem yaranarsa evi qaytaracaqları ilə bağlı müqavilə tərtib etdirmişdir. Həmin müqavilə hər hansı bir formada rəsmi təsdiq olunmasa da özü və Bahar imzalamışdır. Bundan başqa Sənəm də həmin müqaviləni imzalamışdır. Bundan sonra Sənəm həmin evə köçərək orada yaşamağa başlamışdır. Özü isə Bahar ilə birlikdə həyətdəki digər iki otaqlı evdə yaşamışdır. Bundan bir neçə gün sonra 2019-ci ilin dekabr ayının axırlarında evin satılması ilə bağlı elan verdiyi Əlvan adlı makler sonradan adını bildiyi İlqar adlı şəxs və sonuncunun kürəkəni Qasid adlı şəxslə birlikdə evə baxmaq üçün gəlmişdir. Əvvəlcə evi 28000 manat satdığını bildirsə də onlarla 25000 manata razılığa gəlmişdir. Bundan sonra 27 dekabr 2019-cu il tarixdə makler Əlvan, Qasidin arvadı Günel adlı qız, qaynaatası İlqar ilə birlikdə satdığı evə gəlmişdir. Həmin vaxtı Qasidin arvadı 22000 manat pulu ona vermişdir. Həmin vaxtı razılığa gəlmişlər ki, qalan 3000 manat pulu isə hər üç aydan bir 1000 manat olmaqla 9 ay ərzində ödənilib qurtarılacaqdır. Həmin vaxt Qasidin qaynatası İlqar adlı şəxs əl yazma ilə yazı yazaraq 22000 manat pulu ona verdiyini, qalan 3000 manat pulu isə 9 ay ərzində ödəyəcəkləri barədə qeyd aparmışdır. Həmin yazı özü, arvadı Bahar, Günel və atası İlqar tərəfindən imzalanmışdır. Bundan sonra bir neçə gün həmin evdə yaşasalar da sonradan həmin evdən köçmüşlər. Bu hadisədən 3 ay sonra İlqara zəng edərək razılaşdığı şəkildə 1000 manat pulu verməsini bildirmişdir. 2020-ci ilin aprel ayının əvvəllərində Sumqayıt şəhəri, 24-cü məhəllədə yerləşən poçt şöbəsinin qarşısında İlqar ilə görüşərək ondan 1000 manat pulu almışdır. 3 ay sonra 2020-ci ilin iyul ayının əvvəllərində İlqar ilə Sumqayıt şəhərində Göyərçin abidəsinin qarşısında görüşərək 1000 manat pul almışdır, daha sonra 2020-ci ilin sentyabr ayının əvəllərində təkrarən İlqar ilə Sumqayıt şəhəri Bulvar ərazisində yerləşən “Asan” xidmətin qarşısında görüşərək ondan qalan 100 manat pulu da əldə etmişdir. İlqar evin sənədləşməsinin həll elməyi soruşduqda ona qısa zaman ərzində evin sənədləşməsini tam həll edəcəyini bildirmişdir. Beləliklə evi satdığı məbləğin 25000 manatını tam olaraq Qasid ona ödəmişdir. Artıq həmin ərəfələrdə Sumqayıt Apellyasiya Məhkəməsində təkrar araşdırma davam etdirildiyindən həm Qasid, həm də ki, Sənəm onlara satdığı evlərin problemli evlər olduğunu və bununla bağlı məhkəmə çəkişmələrinin getdiyini öyrənmişdir. Ona görə də onlar bu barədə ona öz iradlarını bildirdikdə onları arxayın edərək məhkəmənin yekun qərarına əsasən evlərin ona məxsus olduğunun təsdiqlənəcəyini bilirərək onları arxayın etmişdir. 10 fevral 2021-ci il tarixdə Sumqayıt Apellyasiya məhkəməsi onun əleyhinə qətnamə qəbul edərək Sumqayıt şəhər məhkəməsinin qərarını qüvvədə saxlayaraq həmin tikililərin Rəşad Məmmədova məxsus olmasını təsdiqləmişdir. Ona görə də təkrarən Ali Məhkəməyə müraciət edərək Sumqayıt Apellyasiya məhkəməsinin qətnaməsindən şikayət etmişdir. Lakin Ali Məhkəmə də onun şikayətini əsasssız hesab edərək təmin etməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Sonradan ona məlum olmuşdur ki, Rəşad Qasid və Sənəmin evlərdən çıxarılması ilə bağlı Sumqayıt şəhər məhkəməsi qarşısında iddia qaldırmış və Sumqayıt şəhər Məhkəməsi həmin iddianı təmin edərək Sənəm və Qasidin evlərdən çıxarılmasını və evlərin Rəşada təhvil verilməsini qət elmişdir. Həmin məhkəmə araşdırması zamanı da onun barəsində araşdırma aparılması üçün qərardad qəbul edilərək Sumqayıt şəhər prokurorluğuna göndərilmişdir. Ali Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edərək işi təkrar araşdırmaya göndərdiyindən elə hesab etmişdir ki, təkrar məhkəmə baxışı zamanı onun xeyrinə qərar qəbul ediləcəkdir. Həmin evlər də problemli evlər olmaqla uzun müddətdir ki, məhkəmələrdə get-gələ düşdüyünə görə istəmişdir ki, növbəti məhkəmə prosesi olana qədər evləri satsın. Ona görə də həmin evləri təcili olaraq satışa çıxarıb satmışdır. Evləri satmamışdan əvvəl elə hesab etmişdir ki, növbəti məhkəmələr onun xeyrinə qərar qəbul edəcəkdir. Ona görə də həmin evləri Qasidə və Sənəmə satmışdır. Evi satarkən evi alan zərərçəkmkiş şəxslər evin rəsmi sənədlərinin olmadığını bilsələr də məhkəmə mübahisəsinin olmasını onlara deməmişdir. Təqsirləndirilən şəxs hazırda Zərərçəkmiş şəxs1 vurulmuş maddi zərəri tam olaraq və digər zərərçəkmiş şəxslərə isə vurulmuş 25000 manatdan 13000 manat məbləğində ödəniş etdiyini, qalıq məbləği ödəməsi ilə bağlı zərərçəkmiş şəxslərlə razılaşdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, hazırda şəkər xəstəliyindən əziyyət çəkdiyini bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ünvan 1, ev 26-da yaşayır. 2019-cıı ilin payız aylarınadək ünvan 4 ünvanında qızı Şahid2, kürəkəni İntiqam Qasımov və nəvələri ilə birlikdə yaşamışdır. Nəvəsi ağır xəstə olduğu üçün Sumqayıt şəhəri, 17-ci mikrorayon, bina 22 ünvanında yerləşən 54 nömrəli mənzili satmışlar. Bundan sonra internetdə ucuz qiymətə ev axtarışı aparan zaman qızı Günel Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisində ucuz qiymətə ev tapmışdır. Həmin vaxtı internetdə qoyulan nömrə ilə əlaqə saxladıqda İlhamə adlı maklerin həmin evin satılmasında vasitəçi olmasını öyrənmişlər. İlhamənın vasitəçiliyi həmin evə baxsalar da bəyənməmişlər. Həmin vaxtı İlhamə həmin evin yaxınlığında bir otaqlı başqa bir evin də satıldığını və evin Məmməd adlı şəxsə məxsus olmasını bildirmişdir. Bundan sonra Məmmədin evinə getmişlər. Həmin vaxtı Məmmədin arvadı Bahar adlı qadın onları qarşılamışdır. Bahar söhbət edən zaman evin onlara məxsus olduğunu deyərək 17000 manata satdıqlarını, lakin ərinin evdə olmadığını bildirmişdir. Həmin vaxtı Məmməd ilə danışdıqda o İsmayıllı rayonunda ev tikintisi ilə məşğul olduğunu deyib iki gün ərzində Sumqayıta qayıdacağını bildirmişdir. İki gün sonra Məmmədin evinə təkrar gedərək Məmməd ilə görüşmüşdür. Məmməd evin ona məxsus olduğunu və 17000 manata satdığını bildirmişdir. Məmməddən evin sənədləri barədə maraqlandıqda Məmməd evin sənədləri olmadığını, lakin torpaq sahəsinin və içərisindəki tikilinin ona məxsus olduğunu bildirmişdir. Məmməd ətrafdakı evlərin heç birinin sənədləri olmadığını bildirdiyinə görə bu barədə maraqlandıqda həqiqətən də həmin evlərin heç birinin sənədləri olmadığını öyrənmişdir. Ona görə Məmmədin onu aldada biləcəyinə inanmamışdır. Məmmədlə həmin evi almaq barədə razılığa gəlmişdir. İkinci əri Türkiyə Respublikasının vətəndaşı Məmməd Akgül vəfat etdikdən sonra onun pensiyası Türkiyə Respublikası höküməti tərəfindən ona verilmişdir. Hər ay 1000 türk lirəsi pensiya almışdır. Həmin pensiya ilə Türkiyə Respublikasında "Ziraat bank”ından kredit götürərək 2019-cu ilin noyabr ayının axırlarında Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən 255 kv.metr torpaq sahəsinin təxminən 80-90 kvadrat metr hissəsini almaq üçün həmin ünvanda X11 və Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin torpaq sahəsinin içərisində bir otaqlı ev, hamam və mətbəxi olmuşdur. Bankdan götürdüyü 12000 manat pulu Məmmədə vermişdir. Həmin vaxtı qızı Şahid2, bacısı qızı Aynurə, mərhum nəvəsi Yusif də yanında olmuşdur. Aralarında olan razılaşmaya əsasən qalan 5000 manat pulu qısa zaman ərzində Məmmədə ödəyəcəyini bildirmişdir. Bundan sonra Türkiyə Respublikasına getmişdir. Orada işlədiyi yerdən borc pul götürərək bank vasitəsilə qızı Şahid2 göndərmişdir. Günel də Sumqayıt şəhəri ərazisində Məmməd ilə görüşüb qalan 5000 manat pulu ona vermişdir. 17000 manat pulu tam olaraq Məmmədə verdikdən sonra 03 dekabr 2019-cıı il tarixdə Təqsirləndirilən şəxs və Bahar Əliyeva ilə ev alqı-satqısı ilə bağlı aralarında müqavilə bağlamışlar və həmin müqaviləni hər üçü imzalamışdır. Həmin müqavilədə Məmməd və Bahar ondan 17000 manat pul almaqlarını etiraf edərək Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi Q.Qarayev küçəsində mənzil 5 də yerləşən 1,7 sot ərazidəki bir otaqlı evi sataraq pulunu aldıqlarını, 17000 manat pul almaqları ilə bağlı mənzildə gələcəkdə hər hansısa bir problem yaranarsa geri qaytarmağı öz öhdələrinə götürmələri barədə qeyd aparılmışdır. Həmin vaxtı yəni Məmməd və Bahar ilə alqı satqı müqaviləsi bağlayarkən qızı Günel, bacısı qızı Aynurə, kürəkəni İntiqam da yanında olmuşdur. Həmin müqaviləni üçü arasında bağlanaraq imzalansa da müqavilə notarial qaydada təsdiq olunmamışdır. Bundan sonra həmin evdə yaşamağa başlamışdır. Həmin evə köçdükdən sonra Şamaxı rayon sakini Zərərçəkmiş şəxs2 adlı şəxs də onunla qonşuluğa köçmüşdür. Həmin evi də Məmməd Qasidə 25000 manat pul qarşılığında satmışdır. Məmmədin Qasidə satdığı ev isə ona satdığı evdən böyük olmuşdur. Həmin vaxtı Qasid ilə onun evi arasında hasar olmamışdır. Sonradan Qasid ilə öz evi arasında hasar çəkdirmişdir. Mənzili aldıqdan təxminən bir il sonra Rəşad Məmmədov adlı bir nəfər şəxs gələrək Məmmədin ona satdığı evin rəsmi sənədlə ona məxsus ev olmasını bildirmişdir. Həmin vaxtı öyrənmişdir ki, Məmmədin ona satdığı ev problemli və mübahisəli ev olmuşdur. Məmmədə və Bahara bu barədə dedikdə onlar Rəşad Məmmədovun evə dair heç bir sənədlərinin olmadığını və Rəşadın yalan danışdığını deyərək onu heç kimin evdən çıxara bilməcəyəcəklərini bildirmişlər. Bundan sonra, Rəşad onun və Qasidin həmin evdən çıxarılmağı ilə bağlı Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsi Rəşadın xeyrinə qərar qəbul edərək evdən çıxarılmaqları ilə bağlı qətnamə qəbul etmişdir. Sumqayıt şəhər Məhkəməsində məhkəmə araşdırması aparılan zaman Məmmədin onu və Qasidi aldadaraq pullarını ələ keçirməsi və başqasına məxsus torpaq sahəsi və tikilini onlara satması müəyyən edildiyindən məhkəmə bununla bağlı qərardad çıxararaq Sumqayıt şəhər prokurorluğuna göndərmişdir. Sumqayıt şəhər Məhkəməsi Rəşad Məmmədovun xeyrinə qərar qəbul edərək evdən çıxarılmaqları ilə bağlı qətnamə qəbul etsə də bununla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Həmin evin satılmasını həm Bahar, həm də ki, Məmməd bildirmişlər. Məmməd ev satdığını və evdə heç bir problem olmadığını ona demişdir. O da pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin torpaq sahəsini və tikilini alan zaman rəsmiləşdirilməsini Məmmədə dedikdə Məmməd heç bir problem olmadığını, ətrafdakı evlərin heç birinin sənədləri olmadığını deyərək yalnız evin kommunal xərcləri ilə bağlı gələn bildirişləri öz adına keçirməyini və başqa heç bir problem ola bilməyəcəyini dediyindən onun dediklərinə inanmışdır. Məhkəmə mübahisəsinin olması və evin başqa şəxsə məxsusluğu barədə bir söz deməmişdir. Əgər belə bir mübahisə olmasını bilsə idi evi almaqdan imtina edərdi.Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ünvan 1, ev 26-da yaşayır. Əvəllər Sumqayıt şəhəri 17-ci mikrorayon bina 59, mənzil 52-də yaşamışdır. Əvvəlki arvadı Zərərçəkmiş şəxs3 qohumudur. Belə ki, Günel atasının əmisi nəvəsidir. 2019-cu ildə özünə təzə ev almaq istəmiş, şəxsi işləri ilə bağlı işləri çox olduğuna görə evin tapılması məsələsini qaynatası Şahid1 həvalə etmişdir. İlqar da öz növbəsində ev tapılması ilə bağlı Sumqayıt şəhərində ev-alqı satqısı ilə məşğul olan Əlvan adlı maklerə bildirmişdir. Bundan sonra, Əlvan Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi Qara Qarayev küçəsində satılıq ev tapmışdır. İlqar bununla bağlı ona bildirmişdir. Bundan sonra, 2019-cu ilin dekabr ayının sonlarında İlqar və makler Əlvanla birlikdə həmin evə baxmağa getmişlər. Həmin vaxtı evi satan Təqsirləndirilən şəxs və arvadı X11 evdə olmuşdur. Həmin vaxtı ona məlum olmuşdur ki, Bahar və Məmməd ər-arvaddır. Məmmədin satdığı evin 85 kvadrat metr ölçüdə iki otağı, 20 kvadrat metr ölçüdə isə hamam, tualet, mətbəx və dəhlizi olmuşdur. Bundan başqa, isə evin 0,7 sot ölçüdə həyətyanı torpaq sahəsi olmuşdur. Ümtilikdə həmin ev və tikili təxminən 170 kvadrat metr ölçüdə olmuşdur. Məmmədlə söhbət edən zaman həmin evin hər bir sənədlərinin qaydasında olduğunu və 28000 manata satdığını bildirmişdir. Məmmədlə evi 25000 manata almaq barədə razılaşmışlar. Məmməd evin sənədlərində kiçik problemlər olduğunu və qısa zaman ərzində həll edəcəyini bildirmişdir. 27 dekabr 2019-cu il tarixdə evdə olan özünə məxsus 22000 manat pulu əvvəlki arvadı X7 vermişdir ki, Məmməd və Bahar ilə görüşüb pulu Məmmədə versin və evin sənədləşməsini həll etsinlər. Bundan sonra Günel və atası İlqar Məmmədin ona satdığı, lakin özünün həmin vaxtı yaşadığı ünvan 5 ünvanında yerləşən evə getmişlər. Günel atası İlqarın və makler Əlvanın yanında ümümlikdə 22000 manat pulu Məmmədə vermişdir. Bununla bağlı Məmməd, əvvəlki arvadı Zərərçəkmiş şəxs3 və qaynatası Şahid1 arasında Zərərçəkmiş şəxs3 tərəfindən 22000 manat pulun Məmmədə verilməsi ilə bağlı sənədləşmə aparılmışdır. Qaynatası İlqar tərəfindən bununla bağlı yazı yazılmış və adı çəkilən şəxlsər hər biri həmin yazıda qeyd edilənləri öz imzaları ilə təsdiq etmişdir. Həmin vaxtı 3000 manat pulun isə 9 ay ərzində ödəyəcəyi ilə bağlı öhdəlik götürməsi ilə bağlı razılaşmada qeyd olunmuşdur. Həmin şəxslər hər biri tərtib olunan həmin sənədi imzalamışdır. Bundan sonra Məmməd və Bahar onun razılığı əsasında həmin evdə yaşamağa davam etmişdir. 14 fevral 2020-ci il tarixdə ailə üzvləri ilə birlikdə həmin evə köçmüşlər. Məmmədin satdığı torpaq sahəsinin ölçüsü ümümlikdə 255 kvadrat metr olmuşdur. Onun aldığı evdən başqa həyətdə olan bir otaqlı başqa bir tikilini isə Zərərçəkmiş şəxs1 ondan əvvəl Məmməddən 17000 manat pul müqabilində almışdır. Lakin həmin vaxtı Sənəm Türkiyədə olduğuna görə həmin evdə yaşamamışdır. 2020-ci ilin aprel ayında Məmməd qalan 3000 manat pul istədiyinə görə aprel ayının əvvəllərində 1000 manat pulu qaynatası İlqara vermişdir ki, Məmmədə çatdırsın. İlqar da Sumqayıt şəhəri ərazisində Məmmədlə görüşərək 1000 manat pulu Məmmədə vermişdir. Bundan 3 ay sonra 2020-ci ilin iyul ayının əvvəllərində yenə də qaynatası İlqara 1000 manat pul vermişdir ki, Məmmədə çatdırsın. İlqar da Sumqayıt şəhəri ərazisində Məmmədlə görüşərək 1000 manat pulu ona vermişdir. Həmin müddət ərzində özü dəfələrlə Məmmədə zəng edərək evin sənədləşməsini həll etməyini desə də Məmməd hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Sonuncu dəfə 2020-ci ilin sentyabr ayının əvvəllərində Məmməd qaynatası İlqara zəng edərək sənədləşməni tam hazır etdiyini, ona görə də sənədəşmənin yekunlaşması üçün 1000 manat pulu da təcili çatdırmasını demişdir. Qaynatası İlqar bu barədə ona bildirdikdə 1000 manat pulu qaynatası İlqara vermişdir ki, Məmmədə çatdırsın. 2020-ci ilin sentyabr ayının əvvəllərində qaynatası İlqar Sumqayıt şəhəri ərazisində Məmmədlə görüşərək qalan 1000 manat pulu Məmmədə vermişdir. Bu hadisədən bir neçə vaxt sonra Rəşad Məmmədov adlı şəxs qaynatası Şahid1 işlədiyi orta məktəbə gedərək yaşadıqları evin ona məxsus olmaqla mübahisəli ev olduğunu və məhkəmədə mübahisəli ev olmasını bildirmişdir. 2020-ci ilin axırlarında evdə olduğu zaman Rəşad yaşadığı evə gələrək həmin evin ona məxsus olduğunu, evin mübahisəli olmaqla evlə bağlı Məmməd Məmədovla arasında məhkəmə çəkişmələri getdiyini bildirmişdir. Rəşada həmin evə görə Məmmədə 25000 manat pul ödədiyini bildirmişdir. Bundan sonra Rəşad onun və qonşusu Sənəmin həmin evdən çıxarılması ilə bağlı Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsində işə baxılan zaman Sumqayıt şəhər məhkəməsi Rəşadın iddiasını təmin etmişdir. Məhkəmə araşdırması gedən zaman Məmmədin onu aldadaraq evi satması aşkar olunduğundan onun barəsində qərardad çıxarılaraq Sumqayıt şəhər prokurorluğuna göndərilmişdir. Sumqayıt şəhər məhkəməsinin Rəşadın xeyrinə qəbul etdiyi qərardan Sumqayıt Apellyasiya məhkəməsinə müraciət etmişdir. Həmin vaxtdan sonra Məmmədə dəfələrlə zəng edib görüşmək istəsə də Məmməd hər dəfə müxtəlif bəhanələr gətirərək onunla görüşməkdən yayınaraq aldığı 25000 manat pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs verilən 25000 manat pulun ona məxsus olduğunu, lakin işləri olduğuna görə pulu əvvəlki arvadı Zərərçəkmiş şəxs3 vermişdir ki, atası İlqar ilə birlikdə gedib Məmmədə versin. Günel də atası İlqar və makler Əlvanın yanında 22000 manat pulu, sonra isə qaynatasına verdiyi 3000 manat pulu Məmmədə vermişlər. 02 iyul 2021-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs3 boşanmışdır. Lakin Günelin pul ilə bağlı hər hansı bir iddiası olmamışdır. Onunla boşanan zaman da əmlakla bağlı hər hansı bir iddia qaldırmamışdır. Həmin torpaq sahəsini almaqla bağlı Məmmədlə danışıb razılığa gəlmişdir. Lakin həmin vaxtı arvadı Bahar Əliyeva da onun yanında olmuşdur. Bahar da həmin evin onlara məxsus olduğunu və heç bir problemi olmadığını demişdir. 22000 manat pulu da əvvəlki arvadı Zərərçəkmiş şəxs3 Bahar və Məmməd birlikdə olan zaman onlara vermişdir. Həmin vaxtı Günel 22000 manat pulu sayıb stolun üstünə qoymuş, Məmməd də arvadı Bahara həmin pulu götürüb digər otağa aparmasını tapşırdığından Bahar da pulu götürüb sayaraq digər otağa aparmışdır. Həmin torpaq sahəsini və tikilini alan zaman rəsmiləşdirilməsini Məmməddən tələb etsə də Məmməd müxtəlif bəhanələr gətirərək evin sənədləşməsi işini qısa zaman ərzində həll edəcəyini deyərək and içmişdir. Ona görə də Məmmədə inanmışdır. Məmməd yalnız evin kommunal xərcləri ilə bağlı gələn bildirişləri arvadı Zərərçəkmiş şəxs3 adına keçirməyini və başqa heç bir problem ola bilməyəcəyini demişdir. O da Məmmədin dediklərinə inanmışdır. Evin mübahisəli olması və məhəmə çəkişməsinin olması barədə heç bir söz deməmişdir. Əgər belə bir mübahisənin olmasını bilsə idi, evi almaqdan imtina edərdi. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş 25000 manat maddi zərərdən 13000 manatının ödənildiyini, qalan məbləğlə bağlı razılığa gəldiklərini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək sonuncunun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs3 ifadəsində Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə Şahid5 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 19-cu məhəllə ev 26 mənzil 58-də yaşayır. Sumqayıt şəhəri ərazisində daşınmaz əmlak alqı-satqısı ilə məşğul olur. Əvvəllər Sumqayıt şəhəri 34-cii məhəllədə yerləşən Sputnik mağazasının yaxınlığında dayanırdı. Həm ev alan, həm də ki, ev satan şəxslər orada ona müraciət edir, o, isə ev alan ilə ev satan şəxsləri əlaqələndirib görüşdürürdü. 2019-cu ilin dekabr ayının əvvəllərində sonrdan adını bildiyi Məmməd adlı şəxs ona müraciət edərək ünvan 6 ünvanında 2 otaq, hamam, tualet, dəhliz və kiçik həyətyanı torpaq sahəsindən ibarət evi olmasını bildirmişdir. Məmməd həmin evə müştəri tapmağını xahiş etmişdir. O da Məmmədə onun evinin satılmasında müştəri tapılmasında köməklik edəcəyini bildirmişdir. Bundan sonra Məmmədin evinə bir-iki nəfər müştəri aparsa da müştərilər həmin evi bəyənməmişdir. 2019-cu ilin dekabr ayının axırlarında İlqar adlı bir nəfər şəxs ona yaxınlaşaraq qızına ev almaq istədiyini bildirərək satılıq evlər barədə maraqlandıqda İlqara Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi Qara Qarayev küçəsində iki otaqlı ev olmasını bildirmişdir. Bundan sonra İlqar və onun kürəkəni Qasid adlı şəxslə birlikdə Məmmədin satdığı evə getmişlər. Həmin vaxtı Məmməd özü evdə olmuşdur. Bundan başqa Məmmədin sonradan adını bildiyi Bahar adlı arvadı da evdə olmuşdur. Məmməd evi 25000 manata satdığını bildirmişdir. Məmməd ilə İlqar və kürəkəni Qasid həmin evi almaq barədə razılığa gəlmişdir. Evin sənədi olub-olmamasını Məmməddən soruşan zaman Məmməd evin sənədlərini tam qaydasına salacağını bildirmişdir. Bundan bir neçə gün sonra 2019-cu ilin axırlarında İlqar qızı ilə birlikdə Məmmədin evinə getmişlər. Həmin vaxtı İlqar Məmməd ilə danışaraq 22000 manat pulu verəcəyini, qalan 3000 manat pulu isə bir neçə ay ərzində ödəyəcəyini bildirmişdir. Həmin vaxtı İlqarın qızı 22000 manat pulu Məmmədə vermişdir. Bununla bağlı İlqar əlyazma ilə vərəqə yazı yazaraq 22000 manat pul verdiklərini və qalan 3000 manatı pulu isə bir neçə ay ərzində ödəyəcəklərini qeyd etmişdir. Bundan sonra Məmməd arvadı Bahar, İlqar və onun qızı həmin kağızı imzalamışdır. Bu hadisədən bir neçə vaxt sonra İlqar ona yaxınlaşaraq Məmmədin ona satdığı evin problemli ev olduğunu, evin əsl sahibinin ortalığa çıxaraq onu məhkəməyə verdiklərini və məhkəmənin qərarına əsasən evin ona məxsus olmasını təsdiq elətdirdiyini bildirmişdir. Həmin vaxtı ona məlum olmuşdur ki, Məmməd İlqarı və onun yeznəsini aldadaraq başqasına məxsus evi onlara satmışdır. Məhkəmədə Şahid4 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi 6 saylı yataqxana mənzil 41-də yaşayır. Sumqayıt şəhəri ərazisində daşınmaz əmlak alqısatqısı ilə məşğul olur. Belə ki, həm ev alan, həm də ki, ev satan şəxslər orada ona müraciət edir. Ev alan ilə ev satan şəxsləri əlaqələndirib görüşdürür. 2019-cu ilin noyabr ayının əvvəllərində Məmməd adlı şəxs ona müraciət edərək ünvan 6 ünvanında 1 otaq, hamam, mətbəx və kiçik həyətyanı torpaq sahəsindən ibarət evi olmasını bildirmişdir. Məmməd həmin evə müştəri tapmağını xahiş etmişdir. O da Məmmədə onun evinin satılmasında köməklik edəcəyini bildirmişdir. Bundan sonra 2019-cu ilin noyabr ayının axırlarında Sənəm adlı bir nəfər şəxs ona yaxınlaşaraq özünə ev almaq istədiyini bildirərək satılıq evlər barədə maraqlanmışdır. Sənəmə Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi Qara Qarayev küçəsində bir otaqlı ev olmasını bildirmişdir. Bundan sonra Sənəm və onun qızı Günel ilə birlikdə Məmmədin satdığı evə getmişlər. Həmin vaxtı Məmməd özü evdə olmuşdur. Bundan başqa Məmmədin sonradan adını bildiyi Bahar adlı arvadı da evdə olmuşdur. Məmməd evi 17000 manata satdığını bildirmişdir. Məmməd və Sənəm həmin evin alqı-satqısı barədə razılığa gəlmişlər. Evin sənədi olub-olmamasını Məmməddən soruşan zaman Məmməd evin sənədlərini tam qaydasına salacağını bildirmişdir. Bir müddət sonra Sənəm onunla əlaqə saxlayaraq həmin evi Məmməddən aldığını bildirmişdir. Həmin vaxtı bilmişdir ki, Sənəm Məmmədə evə görə 17000 manata pul ödəmişdir. Bu hadisədən bir neçə vaxt sonra Sənəm onunla əlaqə saxlayaraq Məmmədin ona satdığı evin problemli ev olduğunu, evin əsl sahibinin ortalığa çıxaraq onu məhkəməyə verdiklərini və məhkəmənin qərarına əsasən evin ona məxsus olmasını təsdiq elətdirdiyini bildirmişdir. Həmin vaxtı ona məlum olmuşdur ki, Məmməd Sənəmi aldadaraq başqasına məxsus evi onlara satmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 oxşar məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs1 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs3 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Bələdiyəsinin 30 dekabr 2005-ci il tarixli qərarının (57 nömrəli protokol) surətindən görünür ki, X2 müraciəti nəzərə alınaraq Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisində aptek kimi tikib istifadə etdiyi 255 kvadrat metr torpaq sahəsi onun adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli 2(060)-485/2018 saylı qətnaməsinin surətindən görünür ki, məhkəmə iddiaçı X4 cavabdeh Təqsirləndirilən şəxs qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməklə cavabdeh Təqsirləndirilən şəxs Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2005ci il tarixli qərarı (protokol Nö57) ilə iddiaçı X6 ayrılmış Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisində yerləşən (aptek) kimi istifadə etdiyi 255 kvadrat metr torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi tikilidən çıxarılmasını qət etmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2019-cu il tarixli 2(105)-230/2019 saylı qətnamıəsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli 2(060)-485/2018 saylı qətnaməsindən cavabdeh Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməyərək Sumqayıt şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli 2(060)-485/2018 saylı qətnaməsi cavabdeh Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2019-cu il tarixli 2( 102)-6423/2019 saylı qərarının surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-230/2019 saylı 24 may 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən apellyasiya baxışına qaytarılmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli 2(105)- 112/2021 saylı qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli 2(060)-485/2018 saylı qətnaməsindən cavadeh Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayət təmin edilməyərək Sumqayıt şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli 2(060)-485/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli 2( 102)-3751/2021 saylı qərarının surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmayaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-112/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(060)-1098/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 cavabdehlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qızma qarşı evin boşaldılması, evdən çıxarılma və evin açarlarının təhvil verilməsinə dair iddia tələbi təmin edilməklə cavabdehlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2005ci il tarixli qərarı ilə Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisində iddiaçı X5 məxsus 255 kv.m ölçüdə torpaq sahəsində inşa etdiyi obyektdən əşyaları ilə birlikdə çıxarılmasını, obyektin cavabdehiərin qanunsuz sahibliyindən götiirlməsini, obyektin boşaldılmasını və açarların iddiaçı X5 təhvil verilməsini qət etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(060)-1098/2022 saylı qərardadının surətindən görünür ki, iddiaçı X2 cavabdehlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qızma qarşı evin boşaldılması, evdən çıxarılma və evin açarlarının təhvil verilməsi tələbinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs - Təqsirləndirilən şəxs) dair mülki iş üzrə Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olub-olmaması ilə bağlı araşdırmanın aparılması üçün xüsusi qərardadın Sumqayıt Şəhər Prokurorluğuna göndərilməsi qərara almışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs evə dair məhkəmə mübahisələrin olmasını vətəndaşlardan gizlətmiş və ona məxsus olmayan əmlakı zərərçəkmiş şəxslərə satmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və Zərərçəkmiş şəxs1 vurulmuş maddi zərəri tam olaraq ödəməsini, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurulmuş maddi zərərin çox hissəsini ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13, 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun Zərərçəkmiş şəxs1 vurulmuş maddi zərəri tam olaraq ödəməsi, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurulmuş maddi zərərin çox hissəsini ödəməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması, həmçinin onun yaşı nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli şübhəli şəxsin barəsində axtarış elan olunması haqqında qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli axtarışda olanın tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri serçilərək MSY-dən azad olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuş və o, məhkəmə iclas zalından həbsə alınmışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya idarəsinə məlumat vermədən saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-178/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-178/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver