Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-18/2022 11.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi və vəkili Nümayəndə2, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2n və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs "xxxx" QSC ilə bağladığı “Qarşılıqlı əməkdaşlıq və xidmət göstərilməsi” barədə 04 yanvar 2018-ci il tarixli müqaviləyə əsasən həmin Cəmiyyət tərəfindən bağlanılacaq kredit müqaviləsinin təminatı kimi təqdim edilmiş qızıl-zinət əşyalarını real bazar qiymətinə uyğun qiymətləndirməli, qiymətləndirmənin nəticələrini müvafiq qiymətləndirmə aktına qeyd etməli və öz imzasıyla məlumatların həqiqətə uyğunluğunu təsdiq etməli olduğu halda, habelə "xxxx" QSC-nin direktorunun təsdiq etdiyi “Lombard kreditlərinin verilməsi haqqında” xx.xx.2018-ci il tarixli təlimat ilə qızıl kreditləri ilə bağlı qaydalara əsasən təşkilata yalnız kreditlərin təminatı kimi qızıl əşyaları girov qoyulması nəzərdə tutulduğu halda özünün və qohumluq münasibətində olduğu şəxslərin adından təqdim edəcəyi özünə məxsus tərkibi gümüş, dəmir, mis metaldan və xrom əsaslı ərintidən ibarət olan adi bəzək əşyalarını qızıl-zinət əşyaları kimi sənədləşdirərək dəyərindən yüksək qiymətləndirib kredit münasibətlərinə daxil olmaq hüququ verən rəsmi sənədlərə, yəni saxlanc girovun qiymətləndirilməsinə dair 1 nömrəli əlavələrə təqdim edilmiş əşyaların tərkibi və qiyməti barədə bilə-bilə yalan məlumatlar daxil edib həmin sənədləri saxtalaşdırmaqla, təşkilatdan götürüləcək kredit vəsaitlərinin təminatı kimi həmin əşyaları girov qoymaqla, 23 noyabr 2018-ci il tarixdə bacısı Şahid1 Oqtay qızının adından girov üçün təqdim etdiyi özünə məxsus cəmi 309 manat dəyərində, 102,95 qram çəkidə gümüş tərkibli 1 (bir) ədəd boyunbağını həmin tarixli qızılzinət əşyalarının girov qoyulması ilə əlaqədar tərtib olunmuş və kredit götürmək hüququ verən saxlanc girovun qiymətləndirilməsinə dair 1 №-li əlavədə 583A əyarlı qızıl-zinət əşyası kimi 3921,22 (üç min doqquz yüz iyirmi bir, iyirmi iki) manat dəyərində qiymətləndirib öz imzası ilə təsdiq etməklə həmin sənəd əsasında 23 noyabr 2018-ci il tarixdə "xxxx" QSC-nin Sumqayıt filialında bacısı Şahid1 Oqtay qızının adından 3919 (üç min doqquz yüz on doqquz) manat məbləğində kreditin rəsmiləşdirilib pulun özü tərəfindən götürülməsinə nail olmaqla törətdiyi cinayəti gizlətmək və cinayətlərini davam etdirmək məqsədi ilə sonrakı dövrdə götürülmüş məbləğin 2951,20 (iki min doqquz yüz əlli bir, iyirmi) manatını ödəməklə 967,80 (doqquz yüz altmış yeddi, səksən) manat məbləğində, 09 mart 2019-cu ildə qardaşı Şahid2 Oqtay oğlunun adından girov üçün təqdim etdiyi özünə məxsus çəkisi 15,78 (on beş yetmiş səkkiz) qram, qiyməti 47 (qırx yeddi) manat olan 1 ədəd gümüş materialdan olan qolbağı həmin tarixli qızıl-zinət əşyalarının girov qoyulması ilə əlaqədar tərtib olunmuş və kredit götürmək hüququ verən saxlanc girovun qiymətləndirilməsinə dair 1 №-li əlavədə 585A əyarlı qızıl-zinət əşyası kimi 641,48 (altı yüz qırx bir, qırx səkkiz) manat dəyərində, çəkisi 48,77 (qırx səkkiz, yetmiş yeddi) qram, qiyməti 146 manat olan 1 ədəd gümüş materialdan olan boyunbağını 583A əyarlı qızıl-zinət əşyası kimi 1989,40 (min doqquz yüz səksən doqquz, qırx) manat dəyərində, çəkisi 50,55 (əlli, əlli beş) qram, qiyməti 151 manat olan 1 ədəd gümüş materialdan olan boyunbağını 583A əyarlı qızıl-zinət əşyası kimi 2053,15 (iki min əlli üç, on beş) manat dəyərində, cəmi 344 (üç yüz qırx dörd) manat dəyərində ümumi çəkisi 115,10 (yüz on beş, on) qram olan 3 ədəd gümüş tərkibli əşyanı qızıl-zinət əşyaları kimi 4684,03 (dörd min altı yüz səksən dörd, sıfır üç) manat dəyərində qiymətləndirib öz imzası ilə təsdiq etməklə həmin sənəd əsasında 09 mart 2019-cu il tarixdə "xxxx" QSCnin Sumqayıt filialında qardaşı Şahid2 Oqtay oğlunun adına 4681 (dörd min altı yüz səksən bir) manat məbləğində kreditin rəsmiləşdirilib pulun özü tərəfindən götürülməsinə nail olmaqla törətdiyi cinayəti gizlətmək və cinayətlərini davam etdirmək məqsədi ilə sonrakı dövrdə götürülmüş məbləğin 2771,53 (iki min yeddi yüz yetmiş bir, əlli üç) manatını ödəməklə 1909,47 (min doqquz yüz doqquz, qırx yeddi) manat məbləğində, 13 may 2019-cu ildə özünün adından girov üçün təqdim etdiyi özünə məxsus çəkisi 25,40 (iyirmi beş, qırx) qram, qiyməti 7 (yeddi) manat olan 1 ədəd qiymətsiz metal ərintisindən ibarət olan boyunbağını həmin tarixli qızıl-zinət əşyalarının girov qoyulması ilə əlaqədar tərtib olunmuş və kredit götürmək hüququ verən saxlanc girovun qiymətləndirilməsinə dair 1 №-li əlavədə 583 əyarlı qızıl-zinət əşyası kimi 966,72 (doqquz yüz altmış altı, yetmiş iki) manat dəyərində, çəkisi 12,18 (on iki, on səkkiz) qram, qiyməti 6 (altı) manat olan 1 ədəd qiymətsiz metal ərintisindən ibarət olan qolbağı 583 əyarlı qızıl-zinət əşyası kimi 462,84 (dörd yüz altmış iki, səksən dörd) manat dəyərində, çəkisi 32,79 (otuz iki, yetmiş doqquz) qram, qiyməti 62 (altmış iki) manat olan 1 ədəd xrom əsaslı ərintidən ibarət olan qolbağı 750A əyarlı qızıl-zinət əşyası kimi 1641,00 (min altı yüz qırx bir) manat dəyərində, cəmi 75 (yetmiş beş) manat dəyərində ümumi çəkisi 70,37 (yetmiş, otuz yeddi) qram olan 3 ədəd tərkibi qiymətsiz metal ərintisindən və xrom əsaslı ərintidən ibarət olan əşyanı qızıl-zinət əşyaları kimi 3070,56 (üç min yetmiş, əlli altı) manat dəyərində qiymətləndirib öz imzası ilə təsdiq etməklə həmin sənəd əsasında 13 may 2019-cu il tarixdə "xxxx" QSC-nin Sumqayıt filialında öz adına 3066 (üç min altmış altı) manat məbləğində kreditin rəsmiləşdirilib götürülməsinə nail olmaqla törətdiyi cinayəti gizlətmək və cinayətlərini davam etdirmək məqsədi ilə sonrakı dövrdə götürülmüş məbləğin 1898 (min səkkiz yüz doxsan səkkiz) manatını ödəməklə 1168 (min yüz altmış səkkiz) manat məbləğində, 13 noyabr 2019-cu ildə bacısı Şahid1 Oqtay qızının adından girov üçün təqdim etdiyi özünə məxsus cəmi 309 (üç yüz doqquz) manat dəyərində ümumi çəkisi 102,95 (yüz iki doxsan beş) qram çəkidə gümüş tərkibli 1 (bir) ədəd boyunbağını həmin tarixli qızıl-zinət əşyalarının girov qoyulması ilə əlaqədar tərtib olunmuş və kredit götürmək hüququ verən saxlanc girovun qiymətləndirilməsinə dair 1 №-li əlavədə A kateqoriyalı qızıl-zinət əşyası kimi 3921,22 (üç min doqquz yüz iyirmi bir, iyirmi iki) manat dəyərində qiymətləndirib öz imzası ilə təsdiq etməklə həmin sənəd əsasında 13 noyabr 2019-cu il tarixdə "xxxx" QSC-nin Sumqayıt filialında bacısı Şahid1 adına 678 (altı yüz yetmiş səkkiz) manat məbləğində kreditin rəsmiləşdirilib pulun özü tərəfindən götürülməsinə nail olmaqla törətdiyi cinayəti gizlətmək və cinayətlərini davam etdirmək məqsədi ilə sonrakı dövrdə götürülmüş məbləğin 138 (yüz otuz səkkiz) manatını ödəməklə 540 (beş yüz qırx) manat məbləğində, 29 dekabr 2019-cu ildə özünün adından girov üçün təqdim etdiyi özünə məxsus çəkisi 6,23 (altı, iyirmi üç) qram, qiyməti 5 (beş) manat olan 1 ədəd dəmir əsaslı ərintidən ibarət olan üzüyü həmin tarixli qızıl-zinət əşyalarının girov qoyulması ilə əlaqədar tərtib olunmuş və kredit götürmək hüququ verən saxlanc girovun qiymətləndirilməsinə dair 1 №-li əlavədə 585A əyarlı qızıl-zinət əşyası kimi 252,00 (iki yüz əlli iki) manat dəyərində, çəkisi 16,84 (on altı, səksən dörd) qram, qiyməti 20 (iyirmi) manat olan, tərkibi mis və dəmir əsaslı ərintidən ibarət olan 1 dəst sırğa-üzük-boyunbağını qolbağı 750A əyarlı qızıl-zinət əşyası kimi 878,80 (səkkiz yüz yetmiş səkkiz, səksən) manat dəyərində, cəmi 25 (iyirmi beş) manat dəyərində ümumi çəkisi 23,07 (iyirmi üç, sıfır yeddi) qram olan 1 ədəd və 1 dəst tərkibi mis və dəmir əsaslı ərintidən ibarət olan əşyaları qızıl-zinət əşyaları kimi 1130,80 (min yüz otuz, səksən) manat dəyərində qiymətləndirib öz imzası ilə təsdiq etməklə həmin sənəd əsasında 29 dekabr 2019-cu il tarixdə "xxxx" QSC-nin Sumqayıt filialında öz adına 1130 (min yüz otuz) manat məbləğində kreditin rəsmiləşdirilib götürülməsinə nail olmaqla törətdiyi cinayəti gizlətmək və cinayətlərini davam etdirmək məqsədi ilə sonrakı dövrdə götürülmüş məbləğin 99 (doxsan doqquz) manatını ödəməklə 1031 (min otuz bir) manat məbləğində, 15 yanvar 2020-ci ildə özünün adından girov üçün təqdim etdiyi özünə məxsus çəkisi çəkisi 32,79 (otuz iki, yetmiş doqquz), qiyməti 62 (altmış iki) manat olan 1 ədəd xrom əsaslı ərintidən ibarət olan qolbağı həmin tarixli qızıl-zinət əşyalarının girov qoyulması ilə əlaqədar tərtib olunmuş və kredit götürmək hüququ verən saxlanc girovun qiymətləndirilməsinə dair 1 №-li əlavədə 585A əyarlı qızıl-zinət əşyası kimi 462,84 (dörd yüz altmış iki, səksən dörd) manat dəyərində qiymətləndirib öz imzası ilə təsdiq etməklə həmin sənəd əsasında 15 yanvar 2020-ci il tarixdə "xxxx" QSC-nin Sumqayıt filialında öz adına 355 (üç yüz əlli beş) manat məbləğində kreditin rəsmiləşdirilib götürülməsinə nail olmaqla törətdiyi cinayəti gizlətmək və cinayətlərini davam etdirmək məqsədi ilə sonrakı dövrdə götürülmüş məbləğin 20 (iyirmi) manatını ödəməklə 335 (üç yüz otuz beş) manat məbləğində, 21 yanvar 2020-ci ildə qardaşı Şahid2 Oqtay oğlunun adından girov üçün təqdim etdiyi özünə məxsus çəkisi 48,77 (qırx səkkiz, yetmiş yeddi) qram, qiyməti 146 manat olan 1 ədəd gümüş materialdan olan boyunbağını həmin tarixli qızıl-zinət əşyalarının girov qoyulması ilə əlaqədar tərtib olunmuş və kredit götürmək hüququ verən saxlanc girovun qiymətləndirilməsinə dair 1 №-li əlavədə 583A əyarlı qızıl-zinət əşyası kimi 1960,00 (min doqquz yüz altmış) manat dəyərində qiymətləndirib öz imzası ilə təsdiq etməklə həmin sənəd əsasında 15 yanvar 2020-ci il tarixdə "xxxx" QSC-nin Sumqayıt filialında qardaşı Şahid2 adına 710 (yeddi yüz on) manat məbləğində kreditin rəsmiləşdirilib pulun özü tərəfindən götürülməsinə nail olmaqla törətdiyi cinayəti gizlətmək və cinayətlərini davam etdirmək məqsədi ilə sonrakı dövrdə götürülmüş məbləğin 40 (qırx) manatını ödəməklə 670 (altı yüz yetmiş) manat məbləğində, 21 yanvar 2021-ci ildə bacısı Şahid1 Oqtay qızının adından girov üçün təqdim etdiyi özünə məxsus çəkisi 3,57 (üç, əlli yeddi) qram, qiyməti 3 (üç) manat olan, tərkibi dəmir əsaslı ərintidən ibarət olan 1 ədəd kulonu həmin tarixli qızıl-zinət əşyalarının girov qoyulması ilə əlaqədar tərtib olunmuş və kredit götürmək hüququ verən saxlanc girovun qiymətləndirilməsinə dair 1 №-li əlavədə 585A əyarlı qızıl-zinət əşyası kimi 126,00 (yüz iyirmi altı) manat dəyərində, çəkisi 16,32 (on altı, otuz iki) qram, qiyməti 10 (on) manat olan, tərkibi mis əsaslı ərintidən ibarət olan 1 dəst sırğa-üzüyü 585A əyarlı qızıl-zinət əşyaları kimi 630,00 (altı yüz otuz) manat dəyərində, cəmi 19,89 (on doqquz, səksən doqquz) qram çəkidə, 13 (on üç) manat dəyərində olan dəmir və mis əsaslı ərintidən olan 1 ədəd və 1 dəst əşyaları qızıl zinət əşyaları kimi 756 (yeddi yüz əlli altı) manat dəyərində qiymətləndirib öz imzası ilə təsdiq etməklə həmin sənəd əsasında 21 yanvar 2020-ci il tarixdə "xxxx" QSC-nin Sumqayıt filialında bacısı Şahid1 adına 756 (yeddi yüz əlli altı) manat məbləğində kreditin rəsmiləşdirilib pulun özü tərəfindən götürülməsinə nail olmaqla törətdiyi cinayəti gizlətmək və cinayətlərini davam etdirmək məqsədi ilə sonrakı dövrdə götürülmüş məbləğin 162 (yüz altmış iki) manatını ödəməklə 594 (beş yüz doxsan dörd) manat məbləğində, cəmi 7215,27 (yeddi min iki yüz on beş, iyirmi yeddi) manat məbləğində "xxxx" QSC-ə məxsus pulu hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla əldə edib cinayət əməlini törətmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla yanaşı öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirməkdə təqsirləndirilmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi sübuta yetirilmiş, lakin onun əməlində Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4-cü maddələrinin tərkibinin olması öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 2017-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs QSC-nin Sumqayıt filialına aylıq maaşı 500 (beş yüz) manat müqabilində qiymətləndirici vəzifəsinə işə düzəlmişdir. Əsas işi Zərərçəkmiş şəxs QSC-də girova qoyulmaq üçün gətirilən qızıl zinət əşyalarının tərkibini yoxlamaq və onlara qiymət qoymaq olmuşdur. Kredit mütəxəssisi veriləcək kreditin məbləğini onun qızıl zinət əşyalarını yoxladıqdan sonra tərtib etdiyi və imzaladığı rəy əsasında müəyyən edirdi. Əvvəllər qızıl ticarəti ilə məşğul olan vaxtdan borcları da yığılmışdı. Belə ki, həmin borclarını bağlamaq üçün öz vəzifəsindən suiistifadə etməklə, dəyəri aşağı olan sadə bijuteriya və gümüş əşyaları qızıl-zinət əşyası kimi dəyərləndirməklə işlədiyi təşkilatdan kredit götürüb borclarını bağlamaq qərarına gəlmişdir. Bu səbəbdən 13 may 2019-cu il tarixdə hazırda xatırlamadığı mağazadan qızıl olmayan bijuteriya əşyalarını alaraq onları 966.72 manat dəyərində sep yolka, 01 ədəd 462.84 manat dəyərində qolbağ yolka, 01 ədəd 1641 manat dəyərində qolbağ yolkanı qızıl zinət əşyası kimi qiymətləndirərək öz adına Zərərçəkmiş şəxs QSC-dən hər ay ödəmək şərti ilə iki illik kredit müqaviləsinə əsasən ümumilikdə 3066 manat kredit götürmüşdür. Daha sonra həmin kredit məbləğini ödəməkdə çətinlik çəkdiyindən 29 dekabr 2019-cu il tarixdə ikinci dəfə müxtəlif mağazalardan aldığı qızıl olmayan bijuteriya əşyalarını 01 ədəd 252 manat dəyərində qaşlı üzüyü qızıl zinət əşyası kimi dəyərləndirərək Zərərçəkmiş şəxs QSC-dən yenidən hər ay ödəmək şərti ilə öz adına iki illik kredit müqaviləsi rəsmiləşdirərək ümumilikdə 1130 manat kredit götürmüşdür. Bu müddətdən müəyyən qədər sonra həmin məbləği ödəməkdə çətinlik çəkdiyi üçün 15 yanvar 2020-ci il tarixdə üçüncü dəfə qızıl olmayan 01 (bir) ədəd zinət əşyasını 462.84 manat dəyərində yolka qolbağı qızıl zinət əşyası kimi dəyərləndirərək öz adına Zərərçəkmiş şəxs QSC-dən yenidən hər ay ödəmək şərti ilə öz adına kredit müqaviləsi rəsmiləşdirərək ümumilikdə 355 manat krediti götürmüşdür. O, əldə etdiyi pulları hər ay kredit borclarının ödənilməsinə, hər ay 200 manat kirayə haqqının ödənilməsinə və şəxsi ehtiyaclarına xərcləmişdir. Əlavə olaraq özündən başqa eyni qaydada bacısının adından da qızıl olmayan zinət əşyasını qızıl zinət əşyası kimi dəyərləndirərək kredit götürmüş, həmin zinət əşyalarının saxta olmasından başqa şəxslərin heç bir xəbəri olmamış, bacısı yalnız kreditin alınmasında iştirak etmişdir. Öz adına kredit götürməkdən çəkindiyi üçün 23 noyabr 2018-ci il tarixdə bacısı Şahid1 Oqtay qızının adından qızıl olmayan zinət əşyasını, 3911.22 manat dəyərində sep/kordinalı qızıl zinət əşyası kimi dəyərləndirərək "MM Ko” QSC-dən ümumilikdə 3919 manat kredit götürmüşdür. Daha sonra 13 noyabr 2019-cu il tarixdə 23 noyabr 2018-ci ildə qoyduğu qızıl olmayan amma qızıl zinət əşyası kimi dəyərləndirdiyi həmin əşyanı 3921.22 manat dəyərində sep/kordinalı yenidən qoyaraq 678 manat krediti köhnə kredit şərtləri ilə, yəni iki il müddətinə ödənilməsi şərti ilə yenidən bacısı-Şahid1 Oqtay qızının adına götürmüşdür. Sonuncu dəfə isə krediti 21 yanvar 2020-ci il tarixdə bacısının adına qızıl olmayan zinət əşyaları, 630 manat dəyərində K/T qaşlı svetoforu, 01 ədəd 126 manat dəyərində mirvari qaşlı klonu qızıl zinət əşyası kimi dəyərləndirərək bacısı Şahid1 Oqtay qızının adından Zərərçəkmiş şəxs QSC-dən iki il müddətinə ümumilikdə 756 manat krediti götürmüşdür. Eyni qaydada qardaşı Şahid2 Oqtay oğlunun adından da qızıl olmayan zinət əşyasını qızıl zinət əşyası kimi dəyərləndirərək kredit götürmüş, qardaşının həmin zinət əşyalarının saxta olmasından heç bir xəbəri olmamış, yalnız kreditin alınmasında iştirak etmişdir. Bir zaman sonra maddi çətinliklərinin öhdəsindən gələ bilmədiyi üçün 9 mart 2019-cu il tarixdə qardaşı - Şahid2 Oqtay oğlunun adından qızıl olmayan zinət əşyası 01 ədəd sep/kordinalı 1989.4 manat dəyərində, 01 ədəd sep/kordinalı 2053.15 manat dəyərində, 01 ədəd qolbağ/kordinalı 641.48 manat dəyərində qızıl zinət əşyası kimi dəyərləndirərək qardaşı, Şahid2 Oqtay oğlunun adından Zərərçəkmiş şəxs QSC-dən iki illik müqavilə əsasənda ümumilikdə 4683 manat krediti götürmüşdür. Daha sonra 15 yanvar 2020-ci il tarixdə 9 mart 2019-cu il tarixdə qoyduğu qızıl olmayan amma qızıl zinət əşyası kimi dəyərləndirdiyi əşyalardan birini, yəni 01 ədəd sep kordinalı yenidən qızl kimi 1960 manat dəyərləndirib girov qoyaraq 710 manat krediti qardaşı Şahid2 Oqtay oğlunun adına götürmüşdür. Özünün, bacısının və qardaşının adından təqdim etdiyi qeyri-qızıl zinət əşyaları (bijüteriya) "xxxx" QSC-də işə başlamazdan əvvəlki fəaliyyəti olan qızıl alqısatqısından qalmışdır. 2020-ci ilin mart aylarında işlədiyi şirkətə audit yoxlamasının gəldiyi zaman törətdiyi əməl müəyyən olunmuş, audit yoxlaması zamanı tərtib olunmuş aktı imzalamış, götürdüyü öhdəliyi icra etmək niyyətindədir, lakin mülki iddiada göstərilən məbləğlə razı deyil. Onun dələduzluq etmək niyyəti olmamışdır. O, yalnız öhdəliyin təmin edilməsi barədə bağlanmış saxlanc girov müqavilələrinin predmeti qismində təqdim edilməsi nəzərdə tutulan qızıl-zinət əşyalarının əvəzinə adi bəzək əşyalarını girov qoymuş və saxlanc girovun qiymətləndirilməsinə dair girov müqaviləsinə əlavələrə təqdim etdiyi əşyaların tərkibi və qiyməti barədə yalan məlumatlar daxil etmişdir. Dəymiş ziyanı mülki qaydada ödəməyə razı olduğunu, Məhkəmədən təqsirsiz olduğu üçün ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, işlədiyi Zərərçəkmiş şəxs adlı “QSC ”-nin Sumqayıt və Xırdalan şəhərlərində filialları var, həmin şirkətin lombard, lizinq və kredit fəaliyyəti göstərir. Təxminən 2020-ci il tarixdə fevral ayında rəhbərlik etdiyi şirkətin Sumqayıt və Xırdalan şəhərlərində olan filiallarında kredit təminatı üçün girov qoyulmuş qızıl-zinət əşyalarının yoxlanılması məqsədilə tərəfindən xüsusi qızıl yoxlama aparatı alınmışdır. Belə ki, Sumqayıt şəhəri, 34-cü məhəllə “Karvan” ticarət mərkəzi ilə üzbəüz yerləşən Zərərçəkmiş şəxs QSC-nə aid Sumqayıt filialında aparılmış yoxlama zamanı müəyyən etmişlər ki, şirkətlərinin işçisi olan zərgər Təqsirləndirilən şəxs, həmin filialda işləyən kredit mütəxəssisi Elvin Qurbanov vasitəsi ilə xx.xx.2019-cu il tarixdə, xx.xx.2020ci il və xx.xx.2020-ci tarixdə bijuteriya, saxta zinət əşyalarını öz adına girov qoyaraq 3070 manat, 1130 manat və 355 manat məbləğlərində pul rəsmiləşdirmiş, sonradan ona məlum olmuşdur ki, Azər öz qardaşı Cəlilin adına xx.xx.2019-cu il tarixdə 4681 manat, xx.xx.2020-ci il tarixdə 710 manat məbləğlərində kredit rəsmiləşdirmiş, xx.xx.2018-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə və xx.xx.2020-ci il tarixlərində isə 3919 manat məbləğində, 678 manat, 756 manat məbləğində krediti isə bacısı Şahid1 adına rəsmiləşdirmişdir. O da bu səbəbdən həmin şəxslərin əlbir olaraq şirkətə ziyan vurduqlarından, barələrində şikayət etmişdir. Hüquqi şəxsin hansı məbləğdə fiziki şəxslərə təminatla kredit vəsaitinin ayrılmasına dair suala cavab olaraq nümayəndə təminatın dəyərinə uyğun olaraq pulun verildiyini və xüsusi bir limitin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi və vəkili Nümayəndə2 əvvəlki məhkəmə iclasında nümayəndə tərəfindən verilmiş ifadəni təsdiq edərək qeyd etdi ki, törədilmiş əməl nəticəsində Zərərçəkmiş şəxs QSC-yə maddi ziyan dəymişdir. Tərəflərindən verilmiş mülki iddianın imzalanmadığı üçün iddianın baxılmamış saxlanılacağından xəbardar olduqlarını, həmin ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi üçün ona qarşı mülki qaydada iddia veriləcəyini bildirdi. Həmçinin Təqsirləndirilən şəxs barəsində çıxarılacaq yekun qərarı məhkəmənin mülahizəsinə verdi. Məhkəmə iclasında Şahid2 Oqtay oğlu ifadəsində göstərdi ki, Azər evlidir və iki övladı var. Son illərdə Azərin maddi vəziyyəti pis olmuşdur. Azər təxminən 2-3 il olar ki, Zərərçəkmiş şəxs QSC adlı təşkilatda qiymətləndirici işinə düzəlmiş, eyni zamanda qızıl alqı-satqısı ilə də məşğul olmuşdur. 2019-cu ilin mart ayında Azər ona müraciət edərək pula ehtiyacı olduğunu lakin öz adına kredit olduğuna görə işlədiyi yerdən kredit götürə bilmədiyini, onun adına kredit götürmək istədiyini bildirmiş, özünün qızıl-zinət əşyaları olduğunu, həmin qızıl-zinət əşyalarını girov qoymaqla onun adına kredit götürəcəyini demişdir. O da qardaşı Azərə inanıb razılaşmışdır. 09 mart 2019-cu il tarixdə Azərin işlədiyi Zərərçəkmiş şəxs MMC-nin Sumqayıt filialına getmiş, filiala daxil olduqdan sonra bir nəfər kredit mütəxəssisi olan qadının qarşısında əyləşmiş, Azər özü həmin kredit mütəxəssisinə 1 ədəd qolbaq və 2 ədəd boyunbağı verərərək, qiymətləndirmə aktı tərtib etmişdir. Akta görə Azər həmin qızıllara 4864.03 manat dəyər qoymuş və həmin akt əsasında ona 48 faizlə 36 ay müddətində qaytarmaq şərti ilə 4681 (dörd min altı yüz səksən bir) manat kredit götürməyinə dair kredit müqaviləsi tərtib olunmuş, kredit mütəxəssisi ondan heç nə soruşmamış, daha sonra Azər kredit müqaviləsini və qızılları hazırda adını xatırlamadığı filial müdirinin yanına aparmış, bir neçə dəqiqə sonra filial müdiri onu otağına çağıraraq müqaviləni imzalamışdır. O da müdirin yanında kredit müqaviləsini və saxlanc girovun qiymətləndirilməsi aktını imzalamışdır. Azər ona kredit məbləğinin plastik karta köçürüldüyünü bildirmiş, lakin həmin kartı Azər götürmüşdür. Onun daha sonra həmin kreditin ödənilib-ödənilməməsindən xəbəri olmamış, kredit ödənişlərində problem olması ilə əlaqədar ona hər hansı zəng gəlmədiyindən Azərin həmin krediti ödədiyini düşünmüşdür. Bundan sonra 2020-ci ilin yanvar ayında Azər yenidən ona müraciət edərək onun adına kredit götürmək istədiyini demişdir. O, Azərə inandığı üçün razılaşmış və 15 yanvar 2020-ci il tarixdə Azərin işlədiyi Zərərçəkmiş şəxs MMC-nin Sumqayıt filialına getmişdir. Azər özü həmin kredit mütəxəssisinə 1 ədəd boyunbağı verərərək, həmin boyunbağıya dair qiymətləndirmə aktı tərtib etmişdir. Akta görə həmin boyunbağıya 1960 manat dəyər qoyulmuş və həmin akt əsasında ona 60 faizlə 6 ay müddətində qaytarmaq şərti ilə 710 (yeddi yüz on) manat kredit götürməyinə dair kredit müqaviləsi təqdim olunmuş, daha sonra Azər kredit müqaviləsini və qızılları hazırda adını xatırlamadığı filial müdürünün yanına aparmış, bir neçə dəqiqə sonra filial müdiri onu otağına çağırmış, o, qızılın özünə məxsus olmasını bildirdikdən sonra müqaviləni imzalamışdır. Azər kartı götürmüşdür. O ümumiyyətlə kredit müqavilələri üzrə pulu götürməmiş, pulları Azərin götürmüşdür. O, Azər ilə danışdığı zaman Azər ona ödənişləri vaxtında etdiyini demişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, Azər ondan başqa həm də digər bacısı Şahid1 və özünün adına işlədiyi təşkilatda saxta qızıl zinət əşyalarını girov qoyaraq kredit götürərək işlədiyi təşkilata ziyan vurmuşdur. O bu barədə Azərin özü ilə söhbət etdikdə Azər ona günahını etiraf etmiş, götürdüyü kreditləri ödəmək niyyətində olduğunu, lakin işdən çıxarıldığına görə buna imkan tapmadığını demişdir. Qızıllar Azər tərəfindən verildiyindən, onların saxta olmasında xəbəri olmamışdır. Məhkəmə iclasında Şahid1 Oqtay qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır və münasibətləri yaxşıdır. Azər evlidir və iki övladı var. Son illərdə Azərin maddi vəziyyəti pis olmuşdur. Azər təxminən 2-3 il olar ki, Zərərçəkmiş şəxs QSC adlı təşkilatda qiymətləndirici işinə düzəlmiş, eyni zamanda qızıl alqı-satqısı ilə də məşğul olmuşdur. 2018-ci ilin avqust ayında Azər ona müraciət edərək pula ehtiyacı olduğunu lakin öz adına kredit olduğuna görə işlədiyi yerdən kredit götürə bilmədiyini, onun adına kredit götürmək istədiyini bildirmişdir. Azər özünün qızıl-zinət əşyaları olduğunu, həmin qızıl-zinət əşyalarını girov qoymaqla onun adına kredit götürəcəyini demişdir. 18 avqust 2018-ci il tarixdə Azərin işlədiyi Zərərçəkmiş şəxs MMC-nin Sumqayıt filialına getmiş, orada bir nəfər kredit mütəxəssisi olan qadının qarşısında əyləşmişdir. Azər özü həmin kredit mütəxəssisinə 1 ədəd qızılı rəngli boyunbağı verərək həmin qızıl əsasında onun adına 30 ay müddətində qaytarmaq şərti ilə 2572 (iki min beş yüz yetmiş iki) manat kredit götürməyinə dair kredit müqaviləsi tərtib olunmuş, bu zaman kredit mütəxəssisi ondan heç nə soruşmamışdır. Daha sonra Azər kredit müqaviləsini və qızılları hazırda adını xatırlamadığı filial müdirinin yanına aparmış, bir neçə dəqiqə sonra filial müdiri onu otağına çağıraraq qızıllar barədə soruşduqdan sonra müqaviləni imzalamışdır. Azər ona kredit məbləğinin plastik karta köçürüldüyünü bildirmiş və kartı özü götürmüşdür. Sonradan Azər həmin krediti bağlamışdır. Ona görə də Azərə inamı artmışdır. Daha sonra 23 noyabr 2018-ci ildə yenidən Azərin ona xahişi əsasında eyni qaydada Zərərçəkmiş şəxs QSC-nin Sumqayıt filialından onun adına 3919 manat, 13 noyabr 2019-cu il tarixdə 678 manat, 21 yanvar 2020-ci il tarixdə 756 manat kredit götürülmüşdür. O, qızıllar ona aid olmadığından kreditlərə təminat olaraq qoyulmuş qızılzinət əşyalarının sayını və xüsusiyyətlərini xatırlamadığını demişdir. Götürülən kreditlər Azərə çatmışdır və o ümumiyyətlə heç vaxt plastik kart almamışdır. Bir müddət sonra Azərin ondan başqa həm də qardaşı Şahid2 və öz adına işlədiyi təşkilatda saxta qızıl zinət əşyalarını girov qoyaraq kredit götürərək, işlədiyi təşkilata ziyan vurduğunu öyrənmişdir. Azər götürdüyü kreditləri ödəmək niyyətində olduğunu, lakin işdən çıxarıldığına görə buna imkan tapmadığını demişdir. Qızılların saxta olmasından xəbəri olmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, 384-C20 saylı material üzrə Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsinin əlamətləri ilə cinayət işi başlanılmışdır və həmin tarixli qərarla ********* saylı cinayət işi icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs QSC-nin direktoru Nümayəndə1 ilə Təqsirləndirilən şəxs arasında № 31, xx.xx.2020-ci il tarixli əmək müqaviləsi imzalanmışdır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs QSC-nin direktoru Nümayəndə1 ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2018-ci il tarixli qarşılıqlı əməkdaşlıq və xidmət göstərilməsi barədə Müqavilə imzalanmışdır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs QSC-nin Sumqayıt filialının direktoru X3 ilə Təqsirləndirilən şəxs arasında № SM0007911-2020, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X6 və X2 əməllərində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CM-nin 39.1.2-ci maddəsinə əsasən barələrində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs QSC Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X5 İdarəsi tərəfindən xx.xx.2019cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs QSC zərərçəkmiş hüquqi şəxs kimi tanınmışdır. İş materiallarında olan 6/1395-9/2669 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə kompleks fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1) üzərində rəngsizi şəfaf qaşlar olar, sarı rəngli 1 ədəd üzük- mis əsaslı ərintisi, 8.12 qram olan 5 qram çəkidə, 2) sarı rəngli 1 dəst sırğa cütü-kulon, mis əsaslı ərinti, 11,07 qram olan 8 manat dəyərində, 3) sarı rəngli 1 ədəd qolbaq , mis əsaslı ərinti, 11,07 qram çəkidə 4 manat, 4) sarı rəngli 1 ədəd qolbaq, dəmir əsaslı ərintidən, 20,31 ram çəkidə , 5 manat dəyərində olan, 5) sarı rəngli sarı rəngli 1 ədə qolbaq –titan əsaslı ərinti , 39,25 qram çəkidə olan 5 manat dəyərində olan, 6) Kilidində “JH” yazısı olan, sarı rəngli 1 ədəd boyunbağı, qiymətsiz metal ərintisindən 25,40 qram çəkidə 7 manat dəyərində olan 8)sarı rəngli 1 ədəd qolbaq qiymətsiz metal ərintisindən 12,18 qram çəkidə 6 manat dəyərində olan 9) üzərində 28 ədəd rəngsiz şəffaf qaş olan , günüsü rəngli 1 ədə qolbaq, Qolbağın kilidində “18k” və “750” damğaları vardır, xrom əsaslı ərinti , 32,79 qram çəkidə, Brliyiant 6 əd , hər biri 0,007 22 ədə hər biri 0,003 kt, 62 manat dəyərində olan, 10) Qulaqcıqlarında “925” damğası olan sarı rəngli 1 ədəd boyunbağı, boyunbağının halqalarından biri qırıq və deformasiyaya uğuramış vəziyyətədidir, 925 əyyarlı gümüşdən, 102,95 qram çəkidə olan, 309 manat dəyərində olan, 11) Qulaqcığında “JH” yazısı olan sarı rəngli 1 ədəd qolbaq, qiymətsiz metal ərintsindən 15,28 - 6 manat dəyərində olan 12) üzərində rəngsizi şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd üzük ,qiymətsiz metal ərintisindən, 3,94 qram çəkidə 4 manat dəyərində olan, 13) sarı rəngli 1 ədə qolbaq , dəmir əsaslı ərinti 15,59 qram çəkidə 5manat dəyərində olan, 14) sarı rəngli 1 ədəd boyunbağı mis əsaslı ərintisindən 46,69 qram 3 manat dəyərində olan,15) üzərində rəngsizi şəffaf qaşlar olan gümüşü rəngli 1 dəst sırğa cütü-üzük-kulonlu boyunbağı mis əsaslı ərinti 25 manat olan,16) Kilidlərində “925” damğası olan, 1 ədəd qolbaq gümüşü 925 əyyarlı 15,78 qram çəkidə 47 manat dəyərində olan 17) Qulaqcıqlarında “925” damğası olan qırmızımtıl-sarı rəngli 1 ədəd boyunbağı, gümüş metalından olan 48,77 qram çəkidə 146 manat dəyərində olan, 18) Qulaqcığında “585” damğası olan, qırmızımtıl-darı rəngli 1 ədəd kulon, 925 əyyarlı gümüşdən olan, 50,55 qram çəkidə 151 manat dəyərində olan, 19) üzərində rəngsizi, şəffaf qaşlar və 1 ədəd muncuq olan, sarı rəngli 1 ədəd kulon , dəmir əsaslı ərintisindən olan 3,57 qram çəkidə 3 manat dəyərində olan, 20) üzərində rəngsizi, şəffaf qaşlar olan(1 qaş yeri boş) sarı rəngli 1 ədəd kulon, dəmir əsaslı ərintisindən 3,57 qram çəkidə 3 manat dəyərində olan, 21) qulaqcıqlarında “JH” yazısı olan sarı rəngli 1 ədəd boyunbağı, mis əsaslı ərintisindən 35,98 qram çəkidə 7 manat dəyərində, üzərində rəngsizi, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd üzük, dəmir metalından olan 6,23 qram çəkidə 5 manat dəyərində, 23) üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 dəst sırğa cütü-üzük-kulonlu boyunbağı mis və dəmir əsaslı ərintsindən 16,84 qram çəkidə olan 20 manat dəyərində olan. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, tədqiqata təqdim olunmuş məlumatların 2020-ci ilin iyun ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 847 manat müayyən edilir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs QSC hüquqi şəxs mülki iddiaçı kimi tanınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsindən həmin Məcəllənin 178.2.3, 178.3.2 və 313-cü maddələrinə təvsif edilmişdir. İş materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin 016-768-1221 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında xx.xx.1998-ci il tarixdən “VAZ-2101” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. İş materiallarında olan “sənədlərə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, təqdim olunmuş sənədlər "xxxx" QSC ilə bağlanılmış 9 ədəd kredit müqaviləsindən çıxarışdır və cəmi 12 vərəqdən ibarət olmaqla şirkətin direktoru tərəfindən imzalanmış və şirkətin möhürü ilə möhürlənmişdir. Sənədlərə baxış keçirilən zaman müəyyən olunmuşdur ki:
1. Şahid1 Oqtay qızı tərəfindən "ММ Ko.” QSC-dən 23 noyabr 2018-ci il tarixdə 3919 manat məbləğində kredit götürülmüş, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə pulu da nəzərə alınmaqla cəmi 2951.20 manat ödənilmişdir.
2. Şahid1 Oqtay qızı tərəfindən "xxxx" QSC-dən 13 noyabr 2019-cu il tarixdə 678 manat məbləğində kredit götürülmüş, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə pulu da nəzərə alınmaqla cəmi 138 manat ödənilmişdir.
3. X12 tərəfindən "xxxx" QSC-dən 21 yanvar 2020-ci il tarixdə 756 manat məbləğində kredit götürülmüş, kredit müqaviləsi üzrə əsas borc və faiz borcu nəzərə alınmaqla cəmi 162 manat ödənilmişdir.
4. Təqsirləndirilən şəxs tərəfindən "xxxx" QSC-dən 13 may 2019-cu il tarixdə 3066 manat məbləğində kredit götürülmüş, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə pulu da nəzərə alınmaqla cəmi 1898 manat ödənilmişdir.
5. Şahid2 Oqtay oğlu tərəfindən "xxxx" QSC-dən 09 mart 2019-cu il tarixdə 4681 manat məbləğində kredit götürülmüş, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə pulu da nəzərə alınmaqla cəmi 2771.53 manat ödənilmişdir.
6. Təqsirləndirilən şəxs tərəfindən "ММ Ko.” QSC-dən 29 dekabr 2019-cu il tarixdə 1130 manat məbləğində kredit götürülmüş, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə pulu da nəzərə alınmaqla cəmi 99 manat ödənilmişdir.
7. Şahid2 Oqtay oğlu tərəfindən "xxxx" QSC-dən 15 yanvar 2020-ci il tarixdə 710 manat məbləğində kredit götürülmüş, kredit müqaviləsi üzrə faiz borcundan cəmi 40 manat ödənilmişdir.
8. Təqsirləndirilən şəxs tərəfindən "xxxx" QSC-dən 15 yanvar 2020-ci il tarixdə 355 manat məbləğində kredit götürülmüş, kredit müqaviləsi üzrə faiz borcundan cəmi 20 manat ödənilmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 9/461 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Şahid1 Oqtay qızı ilə "xxxx" QSC arasında rəsmiləşdirilmiş müqavilələr üzrə ekspertiza tədqiqatı zamanı kredit çıxarışı məlumatlarına əsasən 13 noyabr 2019-cu il tarixli SM0007093-2019 saylı kredit müqaviləsi üzrə Şahid1 Oqtay qızı tərəfindən "xxxx" QSC-yə götürülmüş 678.0 manat məbləğində kredit üzrə, əsas borcdan 54,11 manat, faiz borcundan 81,37 manat və cərimə borcundan 2,52 manat olmaqla, ümumilikdə 138,0 manat məbləğində ödənişin aparıldığı, 23 noyabr 2018-ci il tarixli SM0003156-2018 sayli kredit müqaviləsi üzrə Şahid1 Oqtay qızı tərəfindən "xxxx" QSC-yə götürülmüş 3919,0 manat məbləğində kredit üzrə əsas borcdan 916,66 manat, faiz borcundan 2013,02 manat və cərimə borcundan 21,52 manat olmaqla, ümumilikdə 2951,2 manat məbləğində ödənişin aparıldığı, 21 yanvar 2020-ci il tarixli SM0008010-2020 saylı kredit müqaviləsi üzrə Şahid1 Oqtay qızı tərəfindən "xxxx" QSC-yə götürülmüş 756,0 manat məbləğində kredit üzrə əsas borcdan 105,32 manat, faiz borcundan 56,58 manat olmaqla, ümumilikdə 161,9 manat məbləğində ödənişin aparıldığı müəyyən edildi. Beləliklə bütün yuxarıda göstərilənlərə əsasən "xxxx" QSC ilə Şahid1 Oqtay qızı arasında rəsmiləşdirilmiş 3(üç) kredit müqaviləsinin məbləğinin 5353,0 manat təşkil etdiyi, "Kredit alan tərəfindən isə ümumilikdə 3251,1 manat məbləğində ödənişin aparıldığı müəyyən edildi.
2. Təqsirləndirilən şəxs ile "xxxx" QSC arasında rəsmiləşdirilmiş müqavilələr üzrə ekspertiza tədqiqatı zamanı kredit çıxarışı məlumatlarına əsasən 29 dekabr 2019-cu il tarixli SM0007742-2019 saylı kredit müqaviləsi üzrə Təqsirləndirilən şəxs tərəfindən "xxxx" QSC-yə götürülmüş 1130,0 manat məbləğində kredit üzrə əsas borcdan 50.79 manat, faiz borcundan 47,19 manat ve cərimə borcundan 1,02 manat olmaqla, ümumilikdə 99.0 manat məbləğində ödənişin aparıldığı, 15 yanvar 2020-ci il tarixli SM0007911-2020 sayli kredit müqaviləsi üzrə Təqsirləndirilən şəxs tərəfindən "xxxx" QSC-yə götürülmüş 355,0 manat məbləğində kredit üzrə faiz borcundan 20,0 manat məbləğində odanişin aparıldığı, 13 may 2019-cu il tarixli SM0005074-2019 saylı kredit müqaviləsi üzrə X13 tərəfindən "xxxx" QSC-yə götürülmüş 3066,0 manat məbləğində kredit üzrə əsas borcdan 525,12 manat, faiz borcundan 1368,53 manat, cərimə borcundan 4,35 manat olmaqla, ümumilikdə 1898,0 manat məbləğində ödənişin aparıldığı müəyyən edildi. Beləliklə bütün yuxarıda göstərilənlərə əsasən "MM KO QSC ilə Təqsirləndirilən şəxs arasında rəsmiləşdirilmiş 3(üç) kredit müqaviləsinin məbləğinin 4551,0 manat təşkil etdiyi, "Kredit alan tərəfindən isə ümumilikdə 2017,0 manat məbləğində ödənişin aparıldığı müəyyən edildi.
3. Şahid2 Oqtay oğlu ile "xxxx" QSC arasında rəsmiləşdirilmiş müqavilələr üzrə ekspertiza tədqiqatı zamanı kredit çıxarışı məlumatlarına əsasən 09 mart 2019-ci il il tarixli SM004348-2019 saylı kredit müqaviləsi üzrə Şahid2 Oqtay oğlu tərəfindən Zərərçəkmiş şəxs QSC-nə, götürülmüş 4681,0 manat məbləğində kredit üzrə, əsas borcdan 791,56 manat, faiz borcundan 1964,8 manat və cərimə borcundan 15,17 manat olmaqla ümumilikdə 2771,53 manat, 15 yanvar 2020-ci il tarixli SM0007922-2020 saylı kredit müqaviləsi üzrə Şahid2 Oqtay oğlu tərəfindən "xxxx" QSC-yə götürülmüş 710,0 manat məbləğində kredit üzrə faiz borcundan 40,0 manat məbləğində ödənişin aparıldığı müəyyən edildi. Beləliklə bütün yuxarıda göstərilənlərə əsasən Zərərçəkmiş şəxs QSC ilə Şahid2 Oqtay oğlu arasında rəsmiləşdirilmiş 2 (iki) kredit müqaviləsi verilmiş kredit məbləğinin ümumilikdə 5391,0 manat təşkil etdiyi” Kredit alan” tərəfindən isə ümumilikdə 2811,53 manat məbləğində ödənişin aparıldığı müəyyən edilir. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 4/67 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş xx.xx.2019-cu il tarixli SM0005074-2019 nömrəli Kredit müqaviləsində “Kredit alan” qrafikasındakı imza, xx.xx.2019-cu il tarixli Saxlanc girovun qiymətlədirilməsinə dair əlavə № 1–də “Girovqoyan” yazısının qarşısıdakı imza , xx.xx.2020-ci il tarixli SG-SM00007911-2020 nömrəli Saxlanc girov müqaviləsində “Girov qoyan” qrafasındaklı imza, xx.xx.2020-ci il tarixli Saxlanc girovun qiymətləndirilməsinə dair əlavə № 1-də “Girovqoyan” yazısının qarşısındakı imza, xx.xx.2019-cu il tarixli SM0007742-2019 nömrəli Kredit müqaviləsində ” Kredit alan” qarafasındakı imza xx.xx.2019-cu il tarixli Saxlanc girovun qiymətləndirilməsinə dair əlavə № 1də “Girovqoyan” yazısının qarşısındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. 2.Ekspertizaya təqdim olunmuş, xx.xx.2019-ci il tarixli SM004348-2019- nömrəli Kredit müqaviləsində “Kredit alan” qrafasındakı imza, xx.xx.2019-cu il tarixli Saxlanc girovun qiymətləndirilməsinə dair əlavə № 1də “ Girovqoyan” yazısının qarşısındakı imza, xx.xx.2020-ci il tarixli SM00007922- 2020 nömrəli Kredit müqaviləsində “Kredit alan” qrafasındakı imza, xx.xx.2020-ci il tarixli Saxlanc girovun qiymtələndirilməsi dair əlavə №-1də “Girovqoyan” yazısının qarşısındakı imza - Şahid2 Oqtay oğlu tərəfindən icra edilmişdir. 3.Ekspertizaya təqdim olunmuş, xx.xx.2019-cu il tarixli SM0007093-2019 nömrəli Kredit müqaviləsində “Kredit alan” qrafasındakı imza, xx.xx.2019-cu il tarixli Saxlanc girovun qiymətləndirilməsinə dair əlavə № 1 də “Girovqoyan” yazısının qarşısındakı imza, xx.xx.2020-ci il tarixli SM0008010-2020 nömrəli “Kredit müqaviləsində “Kredit alan” qrafasındakı imza, xx.xx.2020-ci il tarixli Saxlanc girovun qiymətləndirilməsinə dair əlavə № 1-də “Girovqoyan” yazısının qarşısındakı imza, xx.xx.2018-ci il tarixli SM0003156-2018 nömrəli Kredit müqaviləsində “Kredit alan” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli Saxlanc girovun qiymətləndirlməsinə dair əlavə № 1də “Girovqoyan” yazısının qarşısındakı imza - Şahid1 Oqtay qızı tərəfindən icra edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.3 və 313-cü maddəsindən həmin Məcəllənin 178.2.3 və 320.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.3 və 320.1-ci maddələrindən həmin Məcəllənin 178.2.3, 178.2.4 və 320.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı MKS tərəfindən verilmiş 586 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında həyat yoldaşı-1978ci il təvəllüdlü X10, oğlu-2002-ci il təvəllüdlü X20 oğlu, oğlu-2009-cu il təvəllüdlü X21 oğlu ilə birlikdə yaşayır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı MKS tərəfindən verilmiş 585 saylı, xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 178.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, X4 əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, məhkəmə kompleks fizikikimyəvi və əmtəəşünaslıq ekspertizasından sonra qalıq qalmış 01 ədəd içərisində 09 ədəd sellofan bükümdə zinət əşyaları iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs QSC mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu maddi zərərə görə 23714,66 (iyirmi üç min yeddi yüz on dörd manat, altmış altı qəpik) manat məbləğində pulun mülki iddiaçı kimi xeyirlərinə tutulmasını xahiş etmişdir. Məhkəmənin 1(060)-18/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, ittiham tərəfinin vəsatəti əsasında cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə və adına olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 70-830-63-71, ***-***-**-** və ***-***-**-** nömrələrinə 01 sentyabr 2017-ci il tarixdən 01 mart 2021-ci il tarixədək dövürə kimi daxil olan və çıxan smslərin mətnlərinə dair məlumatlar və həmin nömrələrin qeyd edilən tarixlərdə aktiv olub-olmaması barədə məlumatlar, həmçinin daxil olan və çıxan sms mesajlarının nömrələrinin istifadəçiləri barədə məlumatlar Sumqayıt şəhər Məhkəməsinə təqdim edilməsi üçün "xxxx" MMC-yə, "xxxx" MMC-yə, "xxxx" MMC-yə sorğular verilmiş və operatorlardan alınmış cavabda cinayət işi üzrə əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq tədqiq və təhlil etmiş, toplanmış sübutları həm ayrı-ayrılıqda, həm də bir-biri ilə əlaqəli şəkildə müqayisə edərək sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qanunu və vicdanını rəhbər tutaraq qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək daxildir (maddə 8.0.3, 8.0.5). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiyanın 129-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Bu mövqedən yanaşaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə verilən ittiham əsassızdır, o həmin cinayəti törətməmişdir. Belə ki, Təqsirləndirilən şəxs əməlində müqavilə münasibətlərindən yaranmış öhdəliyin lazımınca icra edilməməsindən irəli gələn mülki hüquq pozuntusu olduğu halda, ibtidai istintaq orqanı tərəfindən ona qarşı əsassız ittiham rəli sürülmüşdür. İbtidai istintaq orqanı əməlin tövsifində ciddi səhvə yol vermiş, mülki hüquq münasibətlərindən irəli gələn mübahisəyə yanlış olaraq cinayət hadisəsi kimi qiymət vermişdir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə zərərçəkmiş hüquqi şəxs "MM Ko.” QSC arasında 04 yanvar 2018-ci il tarixində “Qarşılıqlı əməkdaşlıq və xidmət göstərilməsi Müqaviləsi" bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Təqsirləndirilən şəxs müqavilə üzrə öhdəliyi Cəmiyyət tərəfindən bağlanacaq kredit müqaviləsinin təminatı kimi təqdim edilmiş qızıl-zinət əşyalarının real bazar qiymətinə uyğun qiymətləndirilməsi, qiymətləndirmənin nəticələrinin müvafiq qiymətləndirmə aktına qeyd edilməsi və öz imzası ilə məlumatların həqiqətə uyğunluğunun təsdiq edilməsindən ibarət oİmuşdur. Təqsirləndirilən şəxs 2018-ci ildən 2020-ci ilin yanvar ayına kimi olan dövr ərzində öz adına xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli olmaqla 3 dəfə, qardaşı Şahid2 Oqtay oğlunun adına xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli olmaqla 2 dəfə və bacısı Şahid1 Oqtay qızının adına xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli olmaqla 3 dəfə "xxxx" QSC-dən müxtəlif məbləğlərdə kredit götürmüşdür. Bütün hallarda tərəflər arasında kredit müqavilələri və həmin kredit müqavilələrindən irəli gələn borc öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə saxlanc girov müqavilələri bağlanmışdır. Təqsirləndirilən şəxs öhdəliyin təmin edilməsi barədə bağlanmış saxlanc girov müqavilələrinin predmeti qismində təqdim edilməsi nəzərdə tutulan qızıl-zinət əşyalarının əvəzinə adi bəzək əşyalarını girov qoymuş və saxlanc girovun qiymətləndirilməsinə dair girov müqaviləsinə əlavələrə təqdim etdiyi əşyaların tərkibi və qiyməti barədə bilə-bilə yalan məlumatlar daxil edərək imzalamışdır. Təqsirləndirilən şəxs ilk krediti götürdüyü 2018-ci ilin noyabr ayından sonrakı aydan etibarən 2020-ci ilin fevral ayına kimi kredit müqaviləsi üzrə ödənişlərini müqavilə şərtlərinə uyğun olaraq vaxtaşırı həyata keçirərək iş üzrə təyin edilmiş məhkəməmühasibat ekspertizasının nəticələrinə dair 18 fevral 2021-ci il tarixli ekspert rəyində də müəyyən edildiyi kimi kredit müqavilələri üzrə götürdüyü, ümumilikdə 15295 manat vəsaitin 8079,63 manatını geri ödəmiş, qalıq borcu cəmi 7215,37 manat olmuşdur. Təqsirləndirilən şəxs verdiyi izahat və ifadələrində əvvəllər məşğul olduğu qızıl ticarətindən borcları olduğunu, həmin borcları bağlamaq üçün müqavilə əsasında xidmət göstərdiyi təşkilatdan kredit götürmək qərarına gəldiyini, bu məqsədlə dəyəri aşağı olan sadə bijuteriya və gümüş əşyaları qızıl-zinət əşyası kimi dəyərləndirməklə kredit götürməyə nail olduğunu, etdiyi qeyri-qanuni hərəkətlərindən peşman olduğunu və vurduğu ziyanı mümkün an ən qısa müddətdə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1-ci bəndində qeyd olunur ki, "qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət olan hərəkətlər başa düşülür". Qeyd olunan anlayışdan görünür ki, talama cinayətlərinin obyektiv cəhətinin zəruri əlamətləri sırasına özgə əmlakının hüquqazidd və əvəzsiz götürülməsi əlamətləri daxildir. İşin hallarına görə Təqsirləndirilən şəxs ittihamda qeyd olunan aldatma üsulundan istifadə etməklə, yəni adi bəzək əşyalarını qızıl-zinət əşyası adı ilə girov qoymaqla müxtəlif məbləğlərdə pul vəsaitlərini yaxın qohumlarının və özünün adına bağlanmış kredit müqavilələrinə əsasən götürsə də, həmin müqavilələrin şərtlərindən, Təqsirləndirilən şəxs kredit götürmə niyyətindən və sonrakı hərəkətlərindən görünür ki, o, pul vəsaitlərini əvəzsiz olaraq ələ keçirməmiş, müqavilələrdə kreditin götürülməsinin əvəzi kimi nəzərdə tutulmuş əsas borcun və faizlərin ödənilməsinə dair öhdəlikləri əsasən yerinə yetirmişdir. Girov qoyulmuş əşyaların qızıl-zinət əşyası olmamasının aşkar edilməsi ilə əlaqədar Cəmiyyətin hüquq mühafizə orqanlarına müraciət etməsinə qədər Təqsirləndirilən şəxs tərəfindən kredit müqavilələrində nəzərə tutulmuş cədvəllərə uyğun olaraq hər bir kredit üzrə borcun təxminən yarısından çox məbləğində pul Cəmiyyətin hesabına ödənilmişdir. İbtidai istintaq orqanı ittiham irəli sürərkən, kredit müqavilələri bağlanan zaman Təqsirləndirilən şəxs adi bəzək əşyalarını qızıl-zinət əşyası kimi girov qoymasını, yəni aldatmadan istifadə etməsini nəzərə almış, subyektiv əlamətlərə, eləcə də götürmənin əvəzsiz olmadığına isə əhəmiyyət verməmişdir. Halbuki, kreditlər götülməzdən əvvəl Təqsirləndirilən şəxs istifadə etdiyi yalan kredit məbləğlərini təşkil edən pul vəsaitlərinin əvəzsiz olaraq ələ keçirilməsinə, yəni pulu götürüb qaytarmamağa, Cəmiyyətə, digər şəxslərə zərər vurmağa yönəlməmişdi. Təqsirləndirilən şəxs yalanının yeganə təyinatı Cəmiyyəti kredit müqavilələrini bağlamağa sövq etmək olmuşdur. Bu halda isə şəxsin həqiqi niyyəti borc müqaviləsi bağlamaq (borcu qaytarmaq) olduğundan, söylənilən yalan müstəsna olaraq digər tərəfi razılaşmanı bağlamağa sövq edən amil rolunu oynayır, beləliklə də əmlakı əvəzsiz olaraq ələ keçirmək niyyətinin mövcud olmaması söylənilən yalanın, yəni aldatmanın Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyası baxımından tərkibyaradıcı hal kimi qiymətləndirilməsini istisna edir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs niyyəti Cəmiyyətə məxsus pul vəsaitini əvəzsiz və qanunsuz əldə etmək deyil, kredit müqaviləsi bağlamaqla öhdəlik münasibətlərinə girib həmin öhdəliyi yerinə yetirmək olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, "Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki. şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun." Həmin qərarın 5-ci bəndində qeyd olunur ki, "Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun." Yenə həmin qərarın 27-ci bəndində göstərilir ki, "Mülki münasibətlərdən irəli gələn (məsələn qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər.” Təqsirləndirilən şəxsin əvəsiz olaraq özgə əmlakının ələ keçirilməsi niyyətinin olmadığı eyni zamanda ona görə müəyyən edilir ki, əvvəl bağlanmış müqavilələrin təminatı olaraq istifadə edilmiş adi bəzək əşyalar təkrar kredit müqavilələri bağlanan zaman istifadə edilmişdir. Başqa sözlə təqsirləndirilən şəxs müxtəlif bəzək əşyalarını əldə edib qızıl adı ilə təqdim edərək böyük məbləğdə pul vəsaiti əldə etmək imkanı olmasına baxmayaq, bunu etməmişdir. İlkin olaraq öz, qardaşı və bacısının adına götürülmüş kredit məbləğləri ilə təkrar adlarına götürdüyü kredit məbləğləri kəskin fərqlə daha az olmuş, işdən çıxarılan günə qədər kreditləri ödəmişdir. Bundan başqa daha əvvəl bacısının adına eyni üsulla aldığı kredit üzrə öhdəliyi vaxtda yerinə yetirmişdir. İşin faktiki halları nəzərə alındıqda Təqsirləndirilən şəxs niyyətinin birbaşa pul vəsaitlərinin əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsi, bunun reallıqda baş verməsi, yəni talama cinayətini xarakterizə edən zəruri subyektiv və obyektiv əlamətlərin mövcudluğu müəyyən edilmir. Buna görə də onun barəsində irəli sürülmüş ittihamın hüquqi və faktiki əsası mövcud deyildir. Hazırki əməldə cinayət tərkibi və törədilmiş hadisədə cinayət hadisəsi yoxdur. İş üzrə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs qismində tanınmış hüquqi şəxs arasında yaranmış mübahisə xarakterinə görə mülki hüquq münasibətlərindən irəli gələn mübahisədir. Belə ki, tərəflər arasında münasibət mülki hüquq qanunvericilikdə nəzərdə tutulmuş borc münasibətidir və tərəflər arasında bağlanmış əsas öhdəlik münasibətləri yaradan kredit müqavilələri mülki qanunvericilik normalarına uyğun bağlanmışdır və həmin müqavilələrin etibarsız hesab edilməsini şərtləndirən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallar mövcud deyildir. Hazırki işdə mübahisəli məsələ əsas öhdəliyə dair bağlanmış müqavilədən irəli gələn öhdəliyin təmin edilməsi üsulu kimi bağlanmış saxlanc girov müqavilələrinin aldatma yolu ilə bağlanılmasıdır ki, bu halda da hüququ pozulmuş hüquqi və ya fiziki şəxsin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2 və 339.3-cü n edələrinə əsasən həmin müqavilələri mülki məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququ vardır. Lakin bu halda da nəzərə alınmalıdır ki, girov müqaviləsi təmin edilməsi üçün verildiyi əsas müqaviləyə (əsas öhdəliyə) münasibətdə aksessor xarakter daşıyır, yəni girov müqaviləsinin etibarsız hesab edilməsi və ya ləğvi əsas öhdəliyi nəzərdə tutan müqavilənin ləğvinə və ya etibarsızlığına səbəb olmur. Azərbaycan Respublikası CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahasını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən «İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda» həmçinin «istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda» əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Eyni Məcəllənin 125.3-cü maddəsinə əsasən «Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz». Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimı olunması üçün yetərli sübut təqdim etməlidir (Barbera, Messegi və Cabardo İspaniyaya qarşı, § 77; Yanoseviç İsveçə qarşı, § 97). Sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur (Telfner Avstriyaya qarşı, § 15). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Məhkəmənin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olubolmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən «əməldə cinayət tərkibi olmadıqda» məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinin tərkibi vardır. Belə ki, Təqsirləndirilən şəxs 2018-ci ildən 2020-ci ilin yanvar ayına kimi olan dövr ərzində öz adına xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020- . il tarixli olmaqla 3 dəfə, qardaşı Şahid2 Oqtay oğlunun adına xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli olmaqla 2 dəfə və bacısı Şahid1 Oqtay qızının adma xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli olmaqla 3 dəfə "xxxx" QSC-dən müxtəlif məbləğlərdə kredit götürmüşdür. Bütün hallarda tərəflər arasında kredit müqavilələri və həmin kredit müqavilələrindən irəli gələn borc öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə saxlanc girov müqavilələri bağlanmışdır. Təqsirləndirilən şəxs öhdəliyin təmin edilməsi barədə bağlanmış saxlanc girov müqavilələrinin predmeti qismində təqdim edilməsi nəzərdə tutulan qızıl-zinət əşyalarının əvəzinə adi bəzək əşyalarını girov qoymuş və saxlanc girovun qiymətləndirilməsinə dair girov müqaviləsinə əlavələrə təqdim etdiyi əşyaların tərkibi və qiyməti barədə bilə-bilə yalan məlumatlar daxil edərək imzalamışdır. Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli olmaqla, dispozisiyasında göstərilən hərəkətlərdən hər hansı birinin edildiyi andan başa çatmış hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli Plenumunun Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir. Məhkəmə qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi özünün, şahid ifadələrinin və işin faktiki halları ilə sübuta yetirilir. Lakin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinin sanksiyasından göründüyü kimi həmin maddədə nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin tərkibi olmadığına görə ona həmin maddələrlə bəraət verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərəd tutulmuş əməli sübta yetirildiyindən, lakin cəlbetmə müddəti ötdüyü üçün və şəxs bu əsasla xitam verilməsinə razı olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə təqsirli bilinməli, cəlbetmə müddəti keçdiyi üçün ona cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə etməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs MMC tərəfindən cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmişdir. Mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 23714,66 (iyirmi üç min yeddi yüz on dörd manat, altmış altı qəpik) manat məbləğində pul mülki iddiaçı kimi xeyirlərinə tutulmasını xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs MMC-nin Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda Məhkəmə bu halda ərizəni baxılmamış saxlayır. Zərərçəkmiş şəxs MMC-yə təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizası keçirilməsi ilə əlaqədar 112 (yüz on iki) manat, 300 (üç yüz) manat, 100 (yüz) manat məbləğində məhkəmə məsrəfləri vardır. Həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsin vəsaiti hesabına Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş materiallarında olan maddi sübut-üç ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli (iş № 1(060)-442/2021) qərarını icra edərək, xx.xx.2021-ci il tarixli 661 saylı orderə əsasən vəkil X8 onun vəkili təyin etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə vəkil Müdafiəçi2 ilə müqavilə bağlamışdır. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs MMC tərəfindən cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmişdir. Mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 23714,66 (iyirmi üç min yeddi yüz on dörd manat, altmış altı qəpik) manat məbləğində pul mülki iddiaçı kimi xeyirlərinə tutulmasını xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs MMC-nin Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda Məhkəmə bu halda ərizəni baxılmamış saxlayır. Zərərçəkmiş şəxs MMC-yə təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.2, 44.2.1, 55, 344-350, 352-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə,
hökm etdi:
Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibi olmadığına görə ona bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs MMC tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia baxılmamış saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 112 (yüz on iki) manat, 300 (üç yüz) manat, 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulsun və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş materiallarında olan maddi sübut üç ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
HAKİM: Zaur Hacıyev