Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-18/2023 08.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, müdafiəçilər-Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi4 iştirakları, xx xxxxxx 1991-ci ildə Almaniya Respublikası Lixtenfelz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi 1-ci məhəllə ev 20/4 mənzil 5-də qeydiyyatda olan və Sumqayıt şəhəri Corat qəsəbəsi ev 59-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, 16 avqust 1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.5, 180.2.2, 178.2.2ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 66.5-ci maddəsinə əsasən 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə xx.xx.2012-ci il tarixli hökm dəyişdirilərək 181.2.2, 181.2.5, 180.2.2, 178.2.2, 66.3, 66.5, 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 07 il 11 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən 01 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 02 ay 29 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Sumqayıt şəhəri 41-ci məhəllə Bakı küçəsi yataqxana 4 ev 4 mənzil 12-də qeydiyyatda olan və Sumqayıt şəhəri 13-cü mikrorayon ev 27 mənzil 16-da yaşayan, barəsində hazırki cinayət işi üzrə “polisin nəzarəti” altına vermə qətimkan tədbiri seçilmiş və barəsində olan başqa cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-7/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, 20 avqust 1996-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində xx.xx.2014-cü il təvəllüdlü bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, hazırki cinayəti törədərkən məhkum olunmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemi vasitəsilə məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 yanvar 2021-ci il tarixdə saat 21 radələrində kirayəşin kimi yaşadığı Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri Xəzər bağlar massivi ərazisində yerləşən 668D nömrəli evin mətbəxindən 01 ədəd ümumi dəyəri 400 manat təşkil edən 24-lük “Novatec” markalı kombi aparatını, 01 ədəd 25 manat dəyərində kombi aparatını tənzimləyən “Füdrotherm” markalı elektrik apartını, evin mətbəxində, dəhlizində və otaqlarında quraşdırılmış hər birinin dəyəri 80 manat təşkil edən, ümumilikdə 160 manat dəyərində 02 ədəd 1,75 sm uzunluğunda, hər birinin dəyəri 70 manat təşkil edən, ümumilikdə 210 manat dəyərində 03 ədəd 1,50 sm uzunluğunda, cəmi 05 ədəd radiatorları, evin hamam otağında quraşdırılmış 01 ədəd 40 manat dəyərində 65 sm uzunluğunda hamam radiatorunu, evin yataq otağında və dəhlizində olan hər birinin dəyəri 110 manat təşkil edən, ümumilikdə 220 manat dəyərində 02 ədəd 2,50 metr uzunluğu, 3 metr eni olan xalçaları, evin uşaq otağında pəncərəyə quraşdırılmış 01 ədəd 50 manat dəyərində 6,80 metr uzunluğu, 2,80 metr eni olan pərdəni və evin yataq otağından ədəd 20 manat dəyərində 4 metr eni, 4 metr uzunluğu olan pakrıvalı gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1125 (bir min bir yüz iyirimi beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən birləşərək cinayət əlaqəsinə girdikdən sonra 29 aprel 2021-ci il tarixdə saat 01 radələrində birlikdə Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin həyət qapısının açıq olmasından istifadə edərək ilk əvvəl evinə həyətinə, sonradan isə fərdi yaşayış evinin plastik materialından hazırlanmış pəncərəsinin nəfəsliyini sıxıb açmaqla evə qanunsuz daxil olub, fərdi yaşayış evinin yataq otağında divara bərkidilmiş 01 ədəd 550 manat dəyərində “Samsung” markalı, “UE43RU7100U” modelli televizoru gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 avqust 2021-ci il tarixdə saat 06:30 radələrində Sumqayıt şəhəri Koroğlu prospektində yerləşən avtomobil təmiri sexinin qarşısında təmir edilməsi üçün park edilmiş yarım sökülmüş vəziyyətdə olan, mülkiyyət hüququ ilə Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 5000 (beş min) manat dəyərində 2007-ci il istehsallı “Niva” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən birləşərək cinayət əlaqəsinə girdikdən sonra birlikdə 15 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri Saray bağlar massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs4 məxsus bağ evinin qarşısına gələrək, bundan sonra ilk əvvəl evin ətrafına çəkilmiş hasardan aşaraq evin həyətyanı sahəsinə daxil olub arxadan bağlı olan bağ evinin həyətinin giriş qapısını açmış, daha sonra həyətə daxil olmuş Təqsirləndirilən şəxs3 kənar şəxslərin gəlməsi barədə məlumat verməsindən ötrü pusquda dayanmış, Təqsirləndirilən şəxs1 isə bundan istifadə edərək evin giriş qapısının kilidini vintaçanla sındıraraq içəri qanunsuz daxil olub oradan 01 ədəd 200 manat dəyərində “İndesit” markalı, 7 kq tutumlu, boz rəngli paltaryuyanı, 01 ədəd 280 manat dəyərində “İndesit” markalı, “B18FNFNXH” model soyuducunu, hər birinin dəyəri 120 manat təşkil edən, ümumilikdə 480 manat dəyərində 04 ədəd 2,50x1,20 metr ölçülərində xalçaları, ümumilikdə 50 manat dəyərində adi şüşə materialından hazırlanmış 12 ədəd stəkan nəlbəki dəstini, ümumilikdə 100 manat dəyərində 20 ədəd boşqabları və ümumilikdə 50 manat dəyərində 10 ədəd qaşıq, çəngəl, bıçaq dəstini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 1160 (bir min bir yüz altmış) manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən birləşərək cinayət əlaqəsinə girdikdən sonra 29 aprel 2021-ci il tarixdə saat 01 radələrində birlikdə Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin həyət qapısının açıq olmasından istifadə edərək ilk əvvəl evinə həyətinə, sonradan isə fərdi yaşayış evinin plastik materialından hazırlanmış pəncərəsinin nəfəsliyini sıxıb açmaqla evə qanunsuz daxil olub, fərdi yaşayış evinin yataq otağında divara bərkidilmiş 01 ədəd 550 manat dəyərində “Samsung” markalı, “UE43RU7100U” modelli televizoru gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 285,131 qram çəkidə tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq bir qismini üzərində, narkotik vasitə qurudulmuş marixuananın qalan hissəsini idarə etdiyi «Mercedes C class» markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 16 sentyabr 2021-ci il tarixdə saat 17:00-da idarə etdiyi avtomobillə Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən dairənin yaxınlığında hərəkətdə olarkən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq polis bölməsinə gətirildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynində olan cins şalvarın sağ yan cibindən 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,708 qram, 3,019 qram və 4,404 qram, ümumi çəkisi 10,131 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla narkotik vasitə qurudulmuş marixuana, bundan başqa əməliyyat axtarış tədbirlərinin davamı olaraq idarə etdiyi avtomobilə baxış keçirilərkən, həmin avtomobilin yük yerindən 01 ədəd polietilen bağlamada təmiz çəkisi 275,0 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən birləşərək cinayət əlaqəsinə girdikdən sonra 15 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində birlikdə Sumqayıt şəhəri Saray bağlar massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs4 məxsus bağ evinin qarşısına gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs1 evin ətrafına çəkilmiş hasardan aşaraq evin həyətyanı sahəsinə daxil olub arxadan bağlı olan bağ evinin həyətinin giriş qapısını açdığından həyətə qanunsuz daxil olmuş Təqsirləndirilən şəxs3 orada kənar şəxslərin gəlməsi barədə məlumat verməsindən ötrü pusquda dayanmış, Təqsirləndirilən şəxs1 isə bundan istifadə edərək evin giriş qapısının kilidini vintaçanla sındıraraq içəri daxil olub evdən 01 ədəd 200 manat dəyərində “İndesit” markalı, 7 kq tutumlu, boz rəngli paltaryuyanı, 01 ədəd 280 manat dəyərində “İndesit” markalı, “B18FNFNXH” model soyuducunu, hər birinin dəyəri 120 manat təşkil edən, ümumilikdə 480 manat dəyərində 04 ədəd 2,50x1,20 metr ölçülərində xalçaları, ümumilikdə 50 manat dəyərində adi şüşə materialından hazırlanmış 12 ədəd stəkan nəlbəki dəstini, ümumilikdə 100 manat dəyərində 20 ədəd boşqabları və ümumilikdə 50 manat dəyərində 10 ədəd qaşıq, çəngəl, bıçaq dəstini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 1160 (bir min bir yüz altmış) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Almaniya Federativ Respublikasında anadan olsa da dörd yaşından Azərbaycanda yaşamış və orta təhsil almışdır. O, əvvəllər oğurluq etdiyinə görə azadlıqdan məhrumetmə cəzası çəkmiş və 29 dekabr 2016-cı ildə azadlığa çıxmışdır. O, bundan əvvəl də Sumqayıt şəhəri ərazisində bir neçə yerdə oğurluq etdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Tutulana kimi heç bir yerdə işləməmiş, ailə üzvləri ilə də münasibətləri yaxşı olmadığı üçün onlarla birlikdə yaşamamışdır. Kirayə üçün internet sayıtında kirayə ev axtarmış, Sumqayıt şəhəri, Xəzər bağlarında kirayə ev elanına rast gəlmiş, saytdan ev sahibinin telefon nömrəsini götürüb zəng edərək onunla görüşmüşdür. Rüfət adlı şəxslə Simurq restoranının yanında görüşüb evlə bağlı söhbət etmişdir. Rüfət evi ona 200 manata kirayə verməyə razılaşmış, ilkin olaraq Rüfətə 50 manat vermişdir. Onlar birlikdə evə baxmış, Rüfət evin açarlarını ona vermişdir. O, həmin evdə 2021-ci ilin yanvar ayının əvvəllərinədək qalmışdır. Pula ehtiyacı olduğundan xx.xx.2021-ci il tarixdə saat təxminən 21 radələrində kirayə yaşadığı evdən 1 ədəd kombi aparatını, 05 ədəd radiator, ayrıca hamam radiatoru, 01 ədəd kombi aparatını tənzimləyən elektrik aparatını, 01 ədəd xalçanı, 01 ədəd pakırvalı və 01 ədəd pərdəni söküb bir tərəfə yığmışdır. Sonra həmin əşyaları aparmaq üçün tanışı Cavid adlı şəxsi çağırmışdır. O, Cavidə bildirmişdir ki, əşyalar dayısına məxsusdur və Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən «Araz» marketin yanına aparmaq lazımdır. Cavid onunla razılaşmış, zəhmət haqqı olaraq Cavidə 10 manat pul vermişdir. Cavid onu əşyalarla birlikdə «Araz» marketin yaxınlığına aparmışdır. O, oğurladığı əşyaları satmaq üçün əvvəlcədən tanıdığı Eldəniz adlı şəxsə zəng etmiş, Eldəniz həmin əşyaları alacağını bildirmişdir. Bundan sonra, o,da əşyaları Cavidin maşınından boşaldıb Eldənizin maşınına yığmışdır. Əşyalara görə Eldəniz ona 200 manat pul vermişdir. O, Eldənizə bildirmişdir ki, əşyalar özünə məxsusdur. Eldəniz malların oğurluq olduğunu bilməmişdir. O, xalça, pərdə ədyalı isə yaşadığı evə aparmışdır. Bir müddət keçdikdən sonra polis əməkdaşları ona saxlayıb oğurluqda şübhəli olduğunu bildirib 4-cü PB-nə aparmışlar. O da Rüfətin evindən oğurluq etdiyini etiraf etmiş və evində olan əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Cavid və Eldəniz əşyaların oğurluq olmasını bilməmişdir. Zərərçəkmiş şəxs1 evindən oğurluğu o tək etmiş və ona kömək edən olmamışdır. Bundan başqa 2021-ci ilin aprel ayının sonlarına yaxın Fərahim ona zəng edərək Aslan adlı şəxsin ona 100 manat borcu olduğunu və onunla həmin şəxsin Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən evinə getməyini xahiş etmişdir. O, Fərahimlə razılaşmış və xx.xx.2021-ci il tarixdə axşam saatlarında Fərahimin «Mercedes C klass» markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin ünvana getmişlər. O, maşında oturmuş, Fərahim isə maşından düşüb qapını döymüş, qapını bir qadın açmışdır. Fərahim onunla söhbət etdikdən sonra maşına qayıtmışdır. Fərahimin qadınla nə danışdığını eşitməmişdir. Fərahim ona demişdir ki, Aslanın anası bir gündən sonra pulu verməyə söz vermişdir. xx.xx.2021-ci il tarixdə saat 01 radələrində onlar birlikdə yenidən Aslanın yaşadığı ünvana getmişlər. Evin həyət qapısı yəni darvaza yarıya kimi açıq olmuş, onlar birlikdə həyətə keçmişlər. Fərahim evin qapısını döymüş, lakin qapını heç kim açmamışdır. Fərahim maşınında olan beyzbol çubuğu ilə evə gedən elektrik naqilini qırmışdır. Fərahim ona demişdir ki, Aslan evdə gizlənib, onun səsini eşitdiyi üçün çölə çıxmır. Fərahim ona evə girməyi təklif etmişdir. O, evin pəncərəsinin nəfəsliyini çıxarmış, pəncərədən içəri daxil olmuşlar. Onlar içəri girdikdən sonra Fərahim bir neçə dəfə Aslanı çağırsa da heç kim cavab verməmişdir. Bu vaxt Fərahim ona demişdir ki, gəl evdəki televizoru götürüb aparaq, Aslan gəlib borcunu qaytardıqdan sonra televizoru qaytararıq. O, da Fərahimin təklifi ilə razılışmışdır. Onlar ikisi yataq otağında divarda quraşdırılmış 01 ədəd «Samsung» markalı televizoru divardan söküb çıxardaraq pəncərədən çölə çıxarmışlar. Fərahim maşınını qapının önünə sürmüş və onlar televizoru maşının arxa oturacağının üstünə qoymuş, sonra isə oradan getmişlər. Təxminən saat 05 radələrində onlar birlikdə Fərahimin tanışı Saməddin adlı şəxsin yanına gəlmişlər. Yolda Fərahim ona demişdir ki, televizoru Saməddinə satmaq istəyir, ancaq televizorun özünə məxsus olduğunu bildirsin, yoxsa Saməddin ona inanmayacaqdır. Buna görə də o, Saməddinə bildirmişdir ki, televizor ona məxsusdur və pula ehtiyacı olduğu üçün satmaq istəyir. Bundan sonra, Saməddin televizorun şəkillərini çəkmiş və onlara xəbər edəcəyini bildirmiş, televizor Fərahimin maşınında qalmışdır. Sonra Fərahim onu 6-cı mikrorayon ərazisində bina 27-nin keçidində maşından düşürmüşdür. Bundan sonra o, Fərahimin televizoru satıb satmaması ilə bağlı heç bir şey bilməmişdir. Onlar evə daxil olarkən evdə heç kim olmamış və onların evə daxil olmalarını heç kim görməmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə o, Sumqayıt şəhəri, «Dejurnu» adlanan ərazidə yeni tikilmiş binanın qarşısında tanışı Şahid6 ilə qarşılaşmışdır. Onlar söhbət edərkən Həsənalı ona demişdir ki, Tamil adlı tanışı ondan 1200 manat borc alıb qaytarmamışdır. Hal-hazırda isə Tamili narkotiklə tutublar. Həsənalı ona demişdir ki, Tamilin «Əşya bazarı» adlanan yerdə ustada sənədsiz «Niva» markalı maşını var. Həsənalı ona təklif etmişdir ki, həmin maşını evakuatorla Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən yeni tikilmiş binanın altındakı dayanacağa aparsınlar. O maşını nə üçün aparmaq istədiyini soruşduqda Həsənalı ona demişdir ki, o, Tamillə danışıb maşını ona olan borcu ilə əvəzləyəcək. O, Həsənalı ilə razılaşmış, çünki Tamilin ona da borcu olmuşdur. O, 2021-ci ilin avqust ayının ortalarında Fərahimə zəng edərək onda Niva markalı avtomobil olduğunu və həmin maşını satmaq istədiyini bildirmişdir. Fərahim isə ona demişdir ki, onun maşın almaq istəyən tanışı yoxdur. Bir gün sonra o, yenə də Fərahimə zəng edərək ondan maşını satmaq üçün ona köməklik etməsini istəmişdir. Fərahim demişdir ki, H.Zeynalabdin qəsəbəsində Elvin adlı şəxs özünə məxsus Niva markalı avtomaşını təmir edir, istəyirsə özü onunla əlaqə saxlasın. Bundan sonra, o, Elvinlə əlaqə saxlamış və onunla razılaşdıqdan sonra o, Həsənalı ilə sonuncunun bildirdiyi yerə gemiş və Tamilə məxsus «Niva» markalı maşını evakuatora yükləyərək Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində «Şirvanın körpüsü» adlanan yerə aparmış və həmin maşını Elvinə satmışdır. Bundan başqa, tarixini xatırlamadığı gündə tanışı Elgünlə görüşüb söhbət edəndə Elgün ona demişdir ki, onların Saray bağlarında bağ evləri var. Elgün ona təklif etmişdir ki, evin qapısı açıq olacaq, həmin evdən soyuducu, paltaryuyan və xalçaları götürüb satsın və əldə olunan pulu iki yerə bölsünlər. Onun pula ehtiyacı olduğu üçün bu təkliflə razılaşmış və bu barədə tanışı Təqsirləndirilən şəxs3 demiş və Gülxanıma onunla bu işdə iştirak etməsini təklif etmişdir. Gülxanım onunla razılaşmışdır. O, Gülxanıma evin sahibini tanıdığını bidirmişdir. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində o, və Gülxanım həmin deyilən Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən iki mərtəbəli bağ evinin qarşısına gəlmişlər. O, hasardan keçərək həyətə düşmüşdür. Sonra o, darvazanın qapısını açmış və Gülxanım da həyətə daxil olmuşdur. Onlar birlikdə evin qapısına yaxınlaşmışlar. O, qapını açmış və onlar içəri daxil olmuşlar. O, və Gülxanım içəridən 01 ədəd «İndesit» markalı soyuducunu, 01 ədəd «İndesit» markalı paltaryuyan maşını və 04 ədəd müxtəlif ölçülü xalçanı həyətə çıxarmışlar. Sonra o, Gülxanımla birlikdə evdən çıxıb 18-ci mkrorayon ərazisinə gəlmişlər və oradan tanımadığı VAZ-21014 markalı, göy rəngli, nömrəsini xatırlamadığı taksi sürücüsünə yaxınlaşmış və taksi ilə qeyd etdiyi ünvana getmişlər. O, darvazanı açmış və taksi həyətə girmişdir. O, taksi sürücüsünün köməkliyi ilə soyuducunu maşının damına, paltaryuyanı isə maşının baqaj hissəsinə yükləmişdir. Bundan sonra, sürücüyə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən məişət əşyalarının alqı-satqısı və təmiri ilə məşğul olan yerə getməsini xahiş etmişdir. O, sürücüyə demişdir ki, ora getsin özü də birazdan gələcək. Sürücü getdikdən sonra o, atasına zəng edib olduqları ünvanı demiş və gəlib onu aparmasını xahiş etmişdir. Atası onların olduğu ünvana gələn zaman o, atasına Gülxanımla birlikdə bu ünvanda kirayədə yaşadığını, hal- hazırda evdən çıxdığını, buna görə də ona məxsus xalçaları aparmaq lazım olduğunu bildirmişdir. O, xalçaları atasının maşınına qoymuş və birlikdə 2-ci mikrorayon ərazisinə gəlmişlər. O, orada soyuducunu 150 manata, paltaryuyanı isə 30 manata tanımadığı şəxsə satmışdır. Həmin puldan 20 manat taksi sürücüsünə 100 manat isə Elgünə vermişdir. Xalçaları isə Gülxanımın yaşadığı evə aparmışlar. O, həmin xalçalardan birini Gülxanıma vermişdir. Digər üç xalçanı isə Elmir adlı tanışına 30 manata satmışdır. O, Elmirə xalçaların özünə məxsus olduğunu və kirayədən çıxdığı üçün satdığını bildirmişdir. O, atasına, taksi sürücüsünə və əşyaları alan şəxsə bildirmişdir ki, əşyalar ona məxsusdur və ehtiyacı olduğu üçün satır. Təqsirləndirilən şəxs1 törədiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin bir qismini ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, qardaşının İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla medallarla təltif olunmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o Təqsirləndirilən şəxs1 təxminən 10 il olar ki, tanıyır. xx.xx.2021-ci il tarixdə təxminən saat 01 radələrində o, Sirusla təsadüfən qarşılaşıb söhbət etmişər. Sirusa Aslan adlı şəxsin ona olan 50 manat borcunu almaq üçün Ceyranbatan qəsəbəsinə getdiyini demişdir. Sirusa onunla birlikdə getməsini təklif etmişdir. Sirus da razılaşaraq birlikdə Aslanın yaşadığı evə getmiş və həyətin darvazası yarımçıq vəziyyətdə açıq olduğu üçün həyətə daxil olmuş, lakin çağırsa da onun çağrışlarına cavab verən olmamışdır. O, Sirusa bildirmişdir ki, Aslanın anası qonşuda ola bilər ora baxıb gəlir və qonşuya tərəf keçmiş, qayıtdıqda isə Sirusun əlində televizor görmüşdür. O, buna etirazını bildirdikdə, Sirus ona bildirmişdir ki, Aslanın anası ona olan borcu verdikdən sonra o, televizoru sahibinə qaytaracaqdır. Sonra Sirus televizoru onun idarə etdiyi avtomobilə qoymuş və onlar birlikdə Sumqayıt şəhərinə gəlmişlər, sonra Sirus həmin televizoru onun tanışı Səməddinə 300 manata satmışdır. Saməddin televizorun oğurluq olmasını bilməmişdir. Bundan başqa 2021-ci ilin avqust ayının ortalarında Sirus ona zəng edərək onda Niva markalı avtomobil olduğunu və həmin maşını satmaq istədiyini bildirmişdir. O, Sirusa demişdir ki, onun maşın almaq istəyən tanışı yoxdur. Bir gün sonra Sirus yenə də ona zəng edərək ondan maşını satmaq üçün ona köməklik etməsini istəmişdir. O, Sirusa H.Zeynalabdin qəsəbəsində Elvin adlı şəxsin olduğunu Niva markalı avtomaşını təmir etdiyini bildirib istəsə onunla əlaqə saxlamasını demişdir. Sonradan Sirusun həmin şəxslə əlaqə saxlayıb, saxlamaması və ya avtomobili satıb-satmaması barədə onun xəbəri olmamışdır. Bundan başqa o, narkotik istifadəçisi olsa da, xx.xx.2021-ci il tarixdə polis əməkdaşları onu saxlayarkən üzərində heç bir narkotik maddə olmamışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtomobili ilə hərəkətdə olarkən YPX-nin əməkdaşları ona işarə verərək avtomobili saxlamasını istəmişlər. O, avtomobili kənara çəkib saxlamış, bu vaxt bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində, eləcə də idarə etdiyi avtombildə saxlamaqda şübhəli bilinir. Bundan sonra, polis əməkdaşları onu bölməyə dəvət etmişlər və bölmədə ona rəis müavini olan Elmar adlı şəxs demişdir ki, onu küllü miqdar narkotiklə rəsmiləşdirmirlər, guya ona hörmət edirlər, onun üzərinə çəkiliş aparılan zaman təqdim etdikləri narkotik maddəni üzərindən və avtomobilindən çıxararaq təqdim edib özünə məxsus olmasını bildirsin. O, da həmin şəxslə razılaşmışdır. Əslində isə həmin çəkiliş zamanı təqdim olunan narkotik maddə marixuana deyil, əvəlik adlanan ot bitkisi olmuşdur. Onun üzərindən narkotik maddə aşkar edilməmiş, bu polis əməkdaşları tərəfindən onun üzərində aşkar edilmiş kimi sənədləşdiirlmişdir. Təqsirləndirilən şəxs2 oğurluq cinayəti ilə bağlı əməlindən peşman olduğunu və zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək ona həmin maddə ilə yüngül cəza verilməsini və narkotiklə bağlı isə heç bir təqsirinin olmadığını bildirərək barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ifadəsi qismən və hazırki işə Sumqayıt şəhər məhkəməsində başqa hakimin sədrliyi ilə baxılarkən xx.xx.2022-ci il tarixli məhkəmə iclasında verdiyi ifadəsi elan olunmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ifadəsində narkotik epizodu ilə bağlı bildirmişdir ki, o narkotik vasitə olan marixuanadan istifadə etmiş, əvvəllər məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixdə o, şəxsi işi ilə əlaqədar olaraq Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsinə getmişdir. Orada olarkən yerdən qara rəngli sellofan torba tapmışdır. O, torbanın içərisinə baxanda görmüşdür ki, torbanın içərisində yapışqan lentlə bağlanmış, yəni bükülmüş vəziyyətdə qurudulmuş marixuana var. O, marixuanadan istifadə etdiyi üçün torbadakı kütlənin narkotik vasitə olan marixuana olduğunu bilmişdir. O, içərisində marixuana olan torbanı özü ilə götürmüşdür. Sonra o, həmin marixuananı 03 ədəd kibrit qutusuna doldurub özü istifadə etmək üçün əynindəki boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Bağlamanı isə idarə etdiyi «Mercedes C class» markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymuşdur. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində o, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtomobili ilə hərəkətdə olarkən YPX-nin əməkdaşları ona işarə verərək avtomobili saxlamasını istəmişlər. O, avtomobili kənara çəkib saxlamışdır. Bu vaxt bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində, eləcə də idarə etdiyi avtombildə saxlamaqda şübhəli bilinir. Buna görə də onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar maşına əyləşmişlər və bir başa Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişlər. O, 3-cü PB-nin qarşısında küçədə idarə etdiyi avtomobili saxlamış və avtomobilin qapılarını açarla özü bağlamış və polis əməkdaşları ilə birlikdə 3-cü PB-nə getmişdir. Polis bölməsində xidməti otaqların birində ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafıə etmək üçün Sumqayıt regional vəkil bürosunun vəkili Səadət Vəliyeva təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər. O, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan üç ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, kibrit qutusunun içərisindəki kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır və onu xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisində yerdən torbada bükülmüş vəziyyətdə tapmışdır. Həmin torbadan isə götürüb özü istifadə etmək üçün üç ədəd kibrit qutusuna yığıb üzərində saxlamışdır. Sonra o, narkotik vasitə olan qurudulmuş marixuananın qalan hissəsinin isə torbada idarə etdiyi avtomobilin yük yerində olduğunu bildirmişdir. Bundan sonra əynində olan cins şalvarın sol yan cibindən özünə məxsus 1 ədəd «Redmi» və 01 ədəd «Samsung» markalı mobil telefonları, 01 ədəd «Rotmans» siqaret qutusunu və şalvarın sağ arxa cibindən 186 manat pulu və şalvarın sağ kiçik cibindən avtombilin açarını çıxarıb təqdim etmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar olunmuş, içərsində narkotik vasitə olan qurudulmuş marixuana olan kibrit qutuları ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 19,98 qram olduğu müəyyən olunmuşdur. O, bu çəkiyə etiraz etməmişdir. Sonra həmin kibrit qutuları ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Üzərindən aşkar olunmuş 02 ədəd mobil telefon da təhqiqatçı tərəfindən qablaşdırılmışdır. 186 manat pul, avtomobilin açarı və siqaret qutusu isə onun özünə qaytarılmışdır. Bundan sonra o, idarə etdiyi avtomobilə baxış keçirlməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizə yazmışdır. Sonra o, polis əmkdaşları və müdafiəçi ilə birlikdə 3-cü PB-nin qarşısında küçədə saxladığı avtomobilin yanına getmişdir. Orada avtombilə baxış keçirilmişdir. Ona təklif olunmuşdur ki, avtomobildə qanünsuz əşya və ya predmet varsa təqdim etsin. Bundan sonra o, avtomobilin yük yerində saxladığı, içərisində narkotik vasitə qurudulmuş marixuana olan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Sonra avtombilin salonuna da baxış keçirilmiş, lakin qanunuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra onlar birlikdə 3-cü PB-nin xidməti otağına qayıtmışlar. Orada avtomobilindən aşkar olunmuş qurudulmuş marixuana olan torba elektron tərəzidə çəkilmiş və çəkisinin 310,0 qram olduğu müəyyən olunmuşdur. O, bu çəkiyə etiraz etməmişdir. Sonra həmin narkotik vasitə olan qurudulmuş marixuana qablaşdırılmış və möhürlənmişdir. Maşının açarı isə təhqiqatçıda qalmışdır. Sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış və avtomobilə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O, narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisində olarkən yerdən torbanın içərsində bükülmüş vəziyyətdə tapmış və özü istifadə etmək üçün 03 ədəd siqaret qutusuna yığıb üzərində, qalan hissəsini isə avtomobilin yük yerində saxlamışdır. O, narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 əvvəlki məhkəmə iclaslarında ifadəsində göstərmişdir ki, onun üzərindən və idarə etdiyi avtomobilindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana özünə məxsus olmuş və həmin narkotik vasitə olan qurudulmuş marixuananı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisində yerdən qara rəngli sellofan torbada tapmışdır, ona heç bir təsir və ya təzyiq göstərilmədini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Təqsirləndirilən şəxs1 2021-ci ilin yanvar ayından tanımış, aralarında dostluq münasibəti olmuş, o, Sirusla birgə tarixini xatırlamadığı gündə Sumqayıt şəhəri Saray bağları ərazisinə getmiş, Sirus orada bir bağ evinin həyətinə hasardan aşmaq yolu ilə daxil olmuş, sonra o, darvazanın qapısını açmış və bundan sonra həyətə daxil olmuş, sonra Sirus ona qapıdan küçəyə baxmağını və gələn olsa ona xəbər etməsini tapşırmış, daha sonra Sirus üzərində olan alətlə evin qapısını açıb evə daxil olmuş, həmin vaxt həyətdə dayanıb küçəyə baxmış, Sirus qapını açdıqdan sonra birlikdə çıxıb getmişlər, həmin gün saat 16 radələrində yenidən həmin ünvana qayıtmışlar, Sirus oradan 01 ədəd soyuducu, 01 ədəd paltaryuyan maşın və 04 ədəd xalça çıxarıb, soyuducu və paltaryuyan maşın taksiyə yüklənmiş, sonra birlikdə Sumqayıt şəhərinə qayıtmışlar. Sirus götürdüyü xalçalardan birini ona vermiş, digər xalçaları və əşyaları kimə satması və ya hara verməsi barədə onun heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs3 heç bir təqsirinin olmadığını və himayəsində bir azyaşlı uşağının olmasını bildirərək barəsində ədalərli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2021-ci ilin yanvar ayından tanımış, aralarında dostluq münasibəti olmuşdur. Təxminən 10-15 gün bundan əvvəl Sirus ona Sumqayıt şəhəri Saray bağları ərazisinə getməyə və orada tanıdığı bir nəfər şəxsin evindən oğurluq etməyi təklif etmiş, əvvəlcə Sirusun təklifi ilə razılaşmamış, lakin sonradan bu təkliflə razılaşmış, birlikdə Saray bağlarına tərəf getmişlər. Təxminən saat 11 radələri olarkən Sirus evin hasarından aşıb həyətə daxil olmuş, sonra o, darvazanın qapısını açmış və bundan sonra o da həyətə daxil olmuşdur. Sonra Sirus ona qapıdan küçəyə baxmağını və gələn olsa ona xəbər etməsini tapşırmışdır. Daha sonra Sirus üzərində olan vintaçanla evin qapısını açıb evə daxil olmuş, həmin vaxt həyətdə dayanıb küçəyə baxmış, Sirus qapını açdıqdan sonra birlikdə getmişlər, həmin gün saat 16 radələrində yenidən həmin ünvana Sirusun atasının maşını ilə qayıtmışlar, yolda Sirus taksi də tutmuş, çünki əşyalar hamısı Sirusun atasının maşınına yerləşməmiş, həyətə çatdıqdan sonra Sirus evin darvazasını açmış və taksi həyətə daxil olmuş, Sirus taksi sürücüsünə və atasına oranın öz evi olduğunu və əşyaları satmaq üçün aparmaq lazım olduğunu demişdir. Bundan sonra, taksi sürücüsü və Sirusun atası Sirusa kömək etmiş, onlar birlikdə evdən 01 ədəd soyuducu, 01 ədəd paltaryuyan maşın və 04 ədəd xalça çıxarıb maşınlara yığmış, soyuducu və paltaryuyan maşın taksiyə yüklənmiş, sonra birlikdə Sumqayıt şəhəri ərazisində yerləşən «Rossiya klubu» adlanan yerə getmişlər, orada Sirus soyuducunu 150 manata, paltaryuyan maşını isə 30 manata tanımadığı bir şəxsə satmış, xalçaları isə onun yaşadığı evə aparmışlar. Bir gün sonra Sirusla birlikdə xalçaları aparıb Elmir adlı şəxsə vermişlər, sonradan Sirus ona xalçaları 30 manata Elmirə satdığını bildirmiş, Elmiri əvvəllər tanımamış, sonradan da onunla heç bir əlaqəsi olmamış, 01 ədəd xalça isə onda qalmışdır. Sonradan polis əməkdlaşları Sirusla onu 1-ci PB-nə apardıqda orada etdiyi əməli etiraf etmiş və oğurlanmış xalçanı polis əməkdaşlarına təqdim etmişdir. Siruz Bağırinin atası Mövsüm və taksi sürücüsü əşyaların oğurluq olduğunu bilməmiş, Sirus ona əşyaların onlara məxsus olduğunu və evdən çıxdıqlarından əşyaları aparıb satdıqlarını bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, «Xəzər bağları» ərazisində yerləşən 668D nömrəli ev ona məxsusdur. xx.xx.2021-ci il tarixdə həmin evi Sirus adlı şəxsə kirayə vermişdir. O, Sirusla ilk dəfə görüşüb söhbət edəndə ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişdir. Sirus ona bildirmişdir ki, şəxsiyyət vəsiqəsi özündə deyil. Qısa müddətdə şəxsiyyət vəsiqəsini gətirib ona göstərəcəkdir. Təxminən iki gündən sonra Sirus ona zəng edərək şəxsiyyət vəsiqəsini götürdüyünü və gətirib göstərə biləcəyini bildirmişdir. Bundan sonra o, bir az rahatlaşmış və ona demişdir ki, özü ona zəng edib görüşəcəkdir. Təxminən 8 gün sonra o, Sirusdan şəxsiyyət vəsiqəsini almaq üçün ona zəng etmiş, lakin onun telefonuna zəng çatmamışdır. O, bundan şübhələndiyi üçün kirayə verdiyi evinə getmişdir. Sirus evdə olmamışdır. O, evə daxil olanda görmüşdür ki, hadisədən 2 ay əvvəl alınmış 01 ədəd 24-lük «Novatec» markalı kombi aparatı, 2 ay əvvəl alınmış 02 ədəd 1,75 sm uzunluğunda radiator, 2 ay əvvəl alınmış 03 ədəd 1,50 sm uzunluğunda radiator, 01 ədəd 65 sm uzunluğunda hamam radiatoru, 2 ay əvvəl alınmış 01 ədəd kombi aparatını tənzimləyən «Hidrotherm» markalı elektrik aparatı, 5 il əvvəl alınmış 01 ədəd 2,50 metr uzunluğu 3 metr eni olan xalça, 01 ədəd 4 metr eni, 4 metr uzunluğu olan pakrıval və 01 ədəd 6,80 metr uzunluğu 2,80 metr eni olan pərdə evdə yoxdur. O, həmin əşyaların Sirus tərəfindən oğurlandığından şübhələnmişdir. O, Sirusa yenə də zəng etsə də ona zəng çatmamışdır. Bundan sonra o, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gedərək baş vermiş hadisə ilə bağlı şikayət ərizəsi yazmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə təxminən 1000 manat maddi ziyan dəymişdir. Həmçinin ona məxsus Sumqayıt şəhəri «Xəzər bağları» ərazisində yerləşən 668D nömrəli evdən Sirus Bağırı tərəfindən hadisə baş verməmişdən təxminən 2 ay əvvəl aldığı və həmin vaxtdan da istifadə etdiyi, 450 manat dəyərində 01 ədəd 24-lük «Novatec» markalı kombi aparatı, hadisə baş verməmişdən təxminən 2 ay əvvəl aldığı və həmin vaxtdanda istifadə etdiyi hər biri 100 manat dəyərində, ümumilikdə 200 manat dəyərində, 02 ədəd 1,75 sm uzunluğunda radiator, hadisə baş verməmişdən təxminən 2 ay əvvəl aldığı və həmin vaxtdan da istifadə etdiyi hər biri 85 manat dəyərində, ümumilikdə 255 manat dəyərində 03 ədəd 1,50 sm uzunluğunda radiator, hadisə baş verməmişdən təxminən 2 ay əvvəl aldığı və həmin vaxtdanda istifadə etdiyi bir ədəd 65 manat dəyərində 65 sm uzunluğunda hamam radiatoru, hadisə baş verməmişdən təxminən 2 ay əvvəl aldığı və həmin vaxtdanda istifadə etdiyi bir ədəd 45 manat dəyərində kombi aparatını tənzimləyən «Hidrotherm» markalı elektrik aparatı, hadisə baş verməmişdən təxminən 5 il əvvəl aldığı və həmin vaxtdanda istifadə etdiyi hər biri 120 manat dəyərində 2,50 metr uzunluğu 3 metr eni olan xalça, hadisə baş verməmişdən təxminən 2 il əvvəl aldığı və həmin vaxtdanda istifadə etdiyi, bir ədəd 50 manat dəyərində 4 metr eni, 4 metr uzunluğu olan pakrıval və hadisə baş verməmişdən təxminən 2 ay əvvəl aldığı və həmin vaxtdanda istifadə etdiyi bir ədəd 30 manat dəyərində 6,80 metr uzunluğu 2,80 metr eni olan pərdə oğurlanmış, hadisə nəticəsində ona təxminən 1000-1300 manat civarında maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, sonunculara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxslər barəsində yünügül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri Saray bağları ərazisində yerləşən fərdi ev ona məxsus olmuş, həmin evdə mütəmadi yaşayış olmasa da, müəyyən vaxtlarda gedib ora baş çəkmişdir. xx.xx.2021-ci il traixdə həmin evə gedəndə evin giriş qapısının qıfılının sındırıldığını görmüşdür. Bundan sonra, kiminsə evə girib oğurluq edə biləcəyindən şübhələndiyindən, evə daxil olmuş, həmin vaxt evdə olan 01 ədəd «İndesit» markalı soyuducunun, 01 ədəd «İndesit» markalı paltaryuyan maşının, 04 ədəd xalça və müxtəlif çeşidli qab-qacaqların oğurlandığını müəyyən etmişdir. Hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, baş vermiş oğurluq hadisəsinin törədilməsində şübhələndiyi kimsə olmamış, baş vermiş oğurluq hadisəsi nəticəsində ona təxminən 2000 manat maddi ziyan dəymişdir. Ona məxsus evdən oğurlanmış 01 ədəd «İndesit» markalı soyuducunun qiyməti 700 manat, 01 ədəd 7kq-lıq «İndesit» markalı paltaryuyan maşının qiyməti 600 manat, 04 ədəd 2,50x1,20 metr uzunluğunda xalçanın qiyməti ümumilikdə 700 manat təşkil etmişdir. İlk dəfə evə baxanda iki ədəd xalçanın oğurlandığını aşkar etmiş, buna görə də izahatında oğurlanmış xalçaların sayını iki ədəd göstərmiş, lakin sonradan evə gedib baxanda iki ədəd yox, dörd ədəd xalçanın oğurlandığını aşkar etmiş, bundan başqa ona məxsus evdən ona məxsus on iki dəst adi şüşə materialından hazırlanmış 50 manat dəyərində stəkan nəlbəki dəsti, ümumilikdə 100 manat dəyərində 20 ədəd boşqab, 50 manat dəyərində 10 ədəd qaşıq, çəngəl, bıçaq dəsti oğurlanmış, həmin əşyaları uzun müddət əvvəl alıb istifadə etdiyindən həmin əşyaların markası, istehsal tarixi barədə məlumatı olmamış, ona məxsus evdən oğurluq olduğunu müəyyən etdikdə evdə quraşdırdığı su qızdırıcısının işləmədiyini görüb, həmin su qızdırıcısının içərisinin ehtiyat hissələrinin də oğurlandığını güman edərək bu barədə ilkin araşdırma zamanı ərizə və izahatında göstərmiş, sonradan isə su qızdırıcısının yoxladıqda su qızdırıcısının ehtiyat hissələrinin yerində olduğunu, su qızdırıcısının texniki nasazlıqdan işləmədiyini müəyyən etmişdir. Hadisədən qardaşının xəbərdar olması barədə göstərilənlər həqiqəti əks etdirməmiş, qardaşının iştirakı və xəbəri olmamışdır. Sonradan polis tərəfindən oğurluğu edən şəxslər müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyi üçün heç bir iddasının olmadığını bildirərək təqsirləndirilən şəxslər barəsində yünügül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Zərərçəkmiş şəxs3 məhkəmə iclasına gəlməmiş, digər zərərçəkmiş və hazırda həbsdə olan Zərərçəkmiş şəxs2 da ərizəsi nəzərə alınmaqla o məhkəmə iclasına gətirilməmişdir. Hər iki zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək, işə onların iştiraqkı olmadan baxılmasını xahiş etmişlər. Bu səbəbdən də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs3 ibtidai istintaqda və xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında vermiş olduğu elan olunmuş ifadələrindən görünür ki, o iki gündən bir növbə ilə çalışdığı üçün səhər saat 09:00-da evdən çıxıb səhəri gün saat 10:30 radələrində evə gəlir. Onun həyat yoldaşı X8 və oğlu Elmin Azər oğlu yük avtomobili sürdükləri üçün onların evə dəqiq gəlib getmə vaxtı yoxdur. Oğlunun adı Elmin olsa da hamı onu Aslan kimi tanıyır. xx.xx.2021-ci il tarixdə növbə günü olduğu üçün həmişəki kimi, səhər saat 09:00 radələrində evdən çıxıb işə getmişdir. xx.xx.2021-ci il tarixdə saat 10:30 radələrində evinə qayıtdıqda fərdi evinin plastik pəncərəsinin açıq olduğunu aşkar etmişdir. Evin qapısını qıfılını açar ilə açıb içəri keçib yataq otağına baxdıqda, otaqdakı yatağın üzərindəki döşəklərin, balıncın yerə atıldığını, yatağın yuxarı hissəsinə bərkidilmiş Samsung markalı televizorun yerində olmadığını, naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. O, oğurlanmış samsung markalı televizoru 2019-cu il tarixdə Bakı şəhəri, 20 Yanvar dairəsində Soliton mağazasından 1200 manata kreditlə almışdır. Hal-hazırda həmin televizorun qiyməti 1000 manat olmaqla ona ümumilikdə 1000 manat ziyan dəymişdir. O, baş vermiş oğurluqda Fərahim adlı şəxsdən şübhələnmişdir. Hadisə yerinin yaxınlığında müşahidə kameraları olmamışdır. Oğurlanmış televizor ona polis əməkdaşları tərəfindən qaytarılmışdır. Baş vermiş oğurluq hadisəsi ilə bağlı o, Fərahimdən ona görə şübhələnmişdir ki, Fərahim 1-2 dəfə onların həyətinə gəlmiş, o, Fərahimə çay da vermişdir. Onun Fərahimlə arasında borc söhbəti olmayıb, o, oğlu ilə tez-tez maraqlanmış, oğlunun heç kəsə borcu olmamışdır. Oğurluq hadisəsi baş verməmişdən 1-2 gün əvvəl Fərahim onların həyətinə gəlmiş, Fərahim həmin vaxt onların həyətinə tək gəlmişdir. Fərahim həmin vaxt ona bildirmişdir ki, taxıl almaq istəyir onun üçün onların həyətinə gəlmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu elan olunmuş ifadəsindən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməyi ilə əlaqədar barəsində həbs qətimkan tədbiri seçildiyindən 3 saylı İstintaq Təcridxanasında saxlanılır və Sumqayıt Ağır Cinayətlər Məhkəməsində barəsində olan cinayət işi üzrə məhkəmə baxışı davam edir. “Niva” markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilməmişdən əvvəl həmin avtomobilin mühərrikində və sürətlər qutusunda nasazlıq yarandığından avtomobili təmir etməsi üçün Sumqayıt şəhəri Koroğlu prospektində yerləşən özünə məxsus sexdə avtomobil təmiri ilə məşğul olan digər anket məlumatlarını bilmədiyi Hüseyn adlı ustaya təhvıl vermişdir. Ancaq sonradan qanunsuz olaraq narkotik tərkibli maddələri əldə etməkdə və üzərində saxlamaqda təqsirli bilinərək, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçildiyindən avtomobillə maraqlana bilməmişdir. Aradan bir müddət keçdikdən sonra anası Dilbərlə əlaqə saxladıqda anası Hüseyn adlı ustaya təmir etməsi üçün verdiyi avtomobilinin yerində olmadığını, usta ilə maraqlandıqda həmin avtomobilin sexin qarşısından oğurlandığını, bununla bağlı Sumqayıt ŞPİ-nin 4-cü PB-nə şikayət ərizəsi yazdığını bildirmişdir. Daha sonra, anası ilə əlaqə saxladıqda o, polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə ona məxsus “Niva” markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs1 oğurlayaraq Elvin adlı şəxsə satdığının müəyyən edildiyini, Elvin adlı şəxsin isə ona məxsus avtomobili aldıqdan sonra isə doğrayıb hissələrə ayırdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 xeyli müddət əvvəl tanısa da, aralarında hər hansı ədavət və ya düşmənçilik, eləcə də yaxın münasibətlər olmamışdır. Şahid6 və Şahid11 tanımamışdır. Həmin şəxslərlə arasında hər hansı münasibət olmamış, “Niva” markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobili 10.000 manata almışdır. Həmin avtomobilin oğurlanması, sonradan isə doğranaraq hissələrə ayrılması nəticəsində ona on min manat maddi ziyan dəymişdir. Şahid6 və Təqsirləndirilən şəxs2 tanımamış, Şahid6 heç bir məbləğdə pul borcu olmamış, avtomobilini həbsdə olmağından istifadə edərək Sirus oğurlayıb, sonradan isə satmışdır. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, o Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müwəkkili vəzifəsində xidmət verir. 16 sentyabr 2021-ci il tarixdə Fərahim adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, qəbulu, idarə etdiyi nəqliyyat vasitəsində və üzərində saxlaması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Fərahim adlı şəxsin Sumqayıt şəhəri 13-cü mikrorayon ev 27 mənzil 16-da yaşayan Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirləri davam etdirilərək həmin gün saat 17:00də Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən dairənin yaxınlığında Təqsirləndirilən şəxs2 ** LU *** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən işarə edib ondan idarə etdiyi nəqliyyat vasitəsini saxlamasını istəmişlər, Təqsirləndirilən şəxs2 idarə etdiyi nəqliyyat vasitəsini saxladıqdan sonra isə ona Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayət axtarışı üzrə kiçik inspektorları, polis serjantı Şahid2 və Mehtiyev Samid ilə yaxınlaşaraq, Təqsirləndirilən şəxs2 saxlamışlar. Ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, qəbulunda idarə etdiyi nəqliyyat vasitəsində və üzərində saxlamasında şübhəli olduğundan saxlandığını izah edib, ona birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs2 etiraz etmədən onlarla birlikdə polis bölməsinə gedəcəyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirib, raport tərtib etməklə təhfıl vermişlər. Daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin 3-cü PB- nin cinayət axtarışı üzrə kiçik inspektorlar Şahid2, Samid Mehtiyevin, vəkilin iştirakları ilə Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində, qəbulunda, idarə etdiyi nəqliyyat vasitəsində və üzərində saxlanmasında şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs2 buna etiraz etməmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə isə Təqsirləndirilən şəxs2 əynində olan şalvarın cibindən üç ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuş, ondan həmin kibrit qutularının içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs2 kibrit qutusunun içərisində narkotik vasitə olan marixuna olduğunu, həmin narkotik vasitəni saxlanılmamışdan bir gün əvvəl Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində olarkən tapdığını, bir qismini şəxsi istifadəsi üçün kibrit qutularına qoyub üzərində gəzdirdiyini, marixuananın qalan hissəsini isə idarə etdiyi nəqliyyat vasitəsinin yük yerində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 daha sonra üzərində olan iki ədəd mobil telefonu, siqaret qutusunu, üstündəki pulunu və nəqliyyat vasitəsinin açarını da çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş kibrit qutularının içərisinə baxış keçirildikdə həmin kibrit qutularının içərisindən yaşıl rəngli, bitki tərkibli, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilsə də, ancaq onun üzərindən hər hansı digər qanunla saxlanması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş üç ədəd kibrit qutusundakı yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edildikdən sonra qablaşdırılaraq sənədləşdirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə və ya digər yerlərdə ona məxsus narkotik vasitə və ya narkotik vasitə qalıqlarının olub olmamasını təkrar soruşduqda o, idarə etdiyi ** LU *** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin yük yerində Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində olarkən tapdığı narkotik vasitə olan qurudulmuş marixuananın qalan hissəsini saxladığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən idarə etdiyi avtomobildə narkotik vasitə saxladığını bildirdiyindən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasının qarşısında saxlanılmış avtomobilin yanına getmişlər, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin yük yerində saxladığını bildirdiyi narkotik vasitəni təqdim etməsi təklif edildikdə isə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin yük yerini açaraq bir ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmiş, həmin sellofan torbanın içərisinə baxış keçirildikdə, ordan bir ədəd başqa bir qara rəngli, üzəri yapşqanlı lentlə sarınmış sellofan bükümdə aşkar edilmiş, həmin bükümün içərisi açıldıqda isə həmin sellofan bükümün içərisindən yaşıl rəngli, bitki tərkibli, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin yaşıl rəngli, bitki tərkibli, qurudulmuş marixuanaya bənzər kütləni nə vaxt, harda və kimdən nə məqsədlə əldə edib idarə etdiyi nəqliyyat vasitəsinin yük yerində saxladığını soruşduqda o, həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, saxlanılmamışdan bir gün əvvəl Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində olarkən tapdığını, bir qismini üç ədəd kibrit qutusuna qablaşdıraraq şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, qalan hissəsini isə sonradan istifadə etmək üçün idarə etdiyi nəqliyyat vasitəsinin yük yerində saxladığını bildirmişdir. Bundan sonra yenidən polis bölməsinin inzibati binasına qayıtmışlar, Təqsirləndirilən şəxs2 idarə etdiyi nəqliyyat vasitəsinin yük yerinə baxış keçirilərkən aşkar edilmiş yaşıl rəngli, bitki tərkibli, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilmiş, həmin qara rəngli, üzəri yapışqanlı lentlə sarınmış sellofan bükümdəki kütlənin çəkisi müəyyən edildikdən sonra isə qablaşdırılaraq götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı və idarə etdiyi avtomobilə baxış keçirilməsi ilə bağlı protokollar tərtib edilmiş, həmin protokollar ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 üzərində və maşınında narkotik maddə aşkar edilməməsi barədə məhkəmədə göstərdikləri həqiqəti əks etdirməmişdir. Məhkəmə iclasında şahidlər Şahid2 və X9 Şahid1 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, o Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvvəkkili vəzifəsində xidmət edir. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri sakini Zərərçəkmiş şəxs4 ilk əvvəl Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə, sonradan isə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət edərək Sumqayıt şəhəri Saray bağları ərazisində yerləşən ona məxsus bağ evindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il traixədək olan müddətdə evin giriş qapısının qıfılını sındırılaraq naməlum şəxsin evə daxil olub oradan 01 ədəd «İndesit» markalı soyuducunun, 01 ədəd «İndesit» markalı paltaryuyan maşının, 02 ədəd xalçanın və müxtəlif çeşidli qab-qacaq dəstinin oğurlandığını bildirmişdir. Həmin hadisə ilə bağlı tərəfindən həyata keçirilmiş bir sıra əməliyyat axtarış tədbirləri ilə həmin hadisəni törətməkdə şübhəli şəxsin Sumqayıt sakini Bağıri Siruz olduğu müəyyən edilmiş, bundan sonra xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri Saray bağları ərazisində saxlayıb onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirib raport tərtib etməklə təhfıl vermişdir. Təqsirləndirilən şəxs1 tərəfindən saxlanılarkən törətdiyi əməli etiraf edərək həqiqətən xx.xx.2021-ci il tarixdə saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə Sumqayıt şəhəri Saray bağları ərazisində yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi evin hasarından keçərək evin qapısını vintaçanla açıb oradan 01 ədəd «İndesit» markalı soyuducunu, 01 ədəd «İndesit» markalı paltaryuyan maşını, 04 ədəd xalçanı və müxtəlif qab qaşıq dəstini oğurladığını, oğurladığı soyuducu və paltaryuyan maşını Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən məişət əşyalarının təmiri ilə məşğul olan şəxsə, üç ədəd xalçanı isə Elgün adlı şəxsə satdığını, bir ədəd xalçanın isə Gülxanımda qaldığını bildirmişdir. Məhkəmədə Şahid10 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun doğma oğludur. O, Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunduğundan hal-hazırda həbsdədir. Oğlu həbs olunmazdan əvvəl onun «Niva» markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Oğlu həbs olunmazdan əvvəl həmin avtomobilin mühərrikində problem olduğu üçün ustaya aparmışdır. Bundan sonra oğlu həbs olunmuşdur. Oğlu həbs olunduqdan sonra maşının harada olması və nə vəziyyətdə olması ilə maraqlanmış, ona məlum olmuşdur ki, oğlu maşını Sumqayıt şəhəri Koroğlu prospektində mühərrikin təmir olunması üçün ustaya vermişdir. Bir müddətdən sonra qonşuluqda yaşayan Şaban adlı şəxs onlara gələrək bildirmişdir ki, Tamilin maşını qoyduğu yerdə yoxdur. Bundan sonra o, maşının hansı ustada olduğu ilə maraqlanmış və maşının təmiri ilə Hüseyn adlı usta məşğul olduğunu öyrənmişdir. O, həmin ustanı tapmış və ondan maşınla bağlı soruşmuşdur. Usta ona bildirmişdir ki, maşını təmir sexinin qarşısından aparıblar. O, ustadan nə üçün maşının aparılmasına icazə verdiyini soruşmuşdur. Usta ona demişdir ki, o, maşına görə məsuliyyət daşımır. Hüseyn ona demişdir ki, maşının mühərriki və digər ehtiyyat hisssələri onun sexindədir. Sonradan o, orada gözətçi işləyən bir şəxsdən maraqlanmış və o, bildirmişdir ki, maşını xx.xx.2021-ci il tarixdə saat səhər saatlarında iki nəfər evakuatorla aparmışdır. Bundan sonra o, bilmişdir ki, oğlunun maşınını oğurlayıblar. Buna görə də Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gedərək ərizə ilə müraciət etmişdir. O, oğlu ilə bu barədə söhbət edərkən o bildirmişdir ki, maşının oğurlanmış vəziyyətdə qiyməti təxminən 5000-6000 manatdır. Məhkəmədə Şahid13 ifadəsində göstərdi ki, o, Sumqayıt şəhərində «156» yük daşıma xidmətində sürücü işləyir. Təxminən 2021-ci ilin avqust ayının ortalarında işlədiyi şirkətin operatoru onunla əlaqə saxlamış və müştərinin telefon nömrəsini ona verib onunla əlaqə saxlamağını istəmişdir. Bundan sonra müştəriyə zəng etmiş və həmin şəxs onun Sumqayıt şəhəri 19-cu məhəllə ərazidəki yeni tikilmiş binanın qarşısına gəlməyini istəmişdir. O, həmin ünvana getmişdir. Tanımadığı həmin şəxs ona bildirmişdir ki, binanın altındakı qarajda olan niva markalı avtomobili H.Z.Tağıyev qəsəbəsinə aparmaq lazımdır. O, zirzəmidəki qaraja düşmüşdür. Orada maşını trosla biraz kənara çəkib evakuatora yükləmişdir. Həmin şəxs də onun yanında əyləşmişdir. O, H.Z.Tağıyev qəsəbəsinə gəlmiş və həmin şəxsin dediyi ünvanda maşını evakuatordan düşürmüşdür. Həmin şəxs ona zəhmət haqqı olaraq 25 manat pul vermişdir. Bundan sonra o, getmişdir. O, həmin şəxsi əvvəllər görməmişdir. Məhkəmə iclasında şahid Bağırı Sirusu göstərərək həmin şəxsin Sirus olduğunu bildirmişdir. Sirusun həmin vaxt tək olduğunu, maşının özünə məxsus olduğunu, təmir etdirmək üçün H.Z.Tağıyev qəsəbəsinə apardığını dediyini bildirmişdir. Məhkəmədə Şahid5 ifadəsində göstərdi ki, atası ilə birlikdə Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində məişət əşyalarının təmiri ilə məşğul olur. Hazırki işlə bağlı polis bölməsinə dəvət edilməmişdən təxminən bir həftə əvvəl sonradan adının Sirus olduğunu bildiyi bir nəfər iş yerinə gələrək atası ilə görüşmüşdür. Həmin şəxs atasına işlənmiş soyuducu və paltaryuyan maşın satmaq istədiyini bildirmişdir. Atası isə həmin şəxsə malı gətirməsini, baxdıqdan sonra öz fikrini bildirəcəyini demişdir. Bu söhbətdən bir müddət sonra həmin şəxs iş yerinə gəlmiş, təxminən bir saatdan sonra iş yerinin qarşısına iki maşın gəlmiş, maşınların birində soyuducu, digərində isə paltaryuyan maşın olmuşdur. Paltaryuyan maşın və soyuducu «İndesit» markalı olmuş, hər iki mala baxdıqdan sonra soyuducu üçün 200 manat, paltaryuyan maşın üçün isə 150 manat verəcəyini həmin şəxsə təklif etmiş, həmin şəxs onunla razılaşmışdır. O, bundan sonra 350 manat pulu Sirusa vermiş, malları ondan almağı ilə bağlı ondan şəxsiyyət vəsiqəsinin surətini almış, şəxsiyyət vəsiqəsinin surətinin üzərində lazımi qeydlər aparmışdır. Bundan bir neçə gün keçdikdən sonra polis əməkdaşları iş yerinə gələrək aldığı malların oğurluq olduğunu bildirmiş, bu səbəbdən Sirusdan aldığı malları atası polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona satılmış malların oğurluq olduğunu bilməmişdir. Sirus malları ona satarkən həmin əşyaların özünə məxus olduğunu və ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Məhkəmədə Şahid7 Şahid5 ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə Şahid9 ibtidai istintaq zamanı verdiyi elan olunmuş ifadəsindən görünür ki, hazırda Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin rəis müavini, polis mayoru Elşad Şahbazovun icraatında Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçildiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır, qardaşı Zərərçəkmiş şəxs4 məxsus Sumqayıt şəhəri Saray bağları ərazisində yerləşən bağ evi olmuş, həmin bağ evi qardaşına məxsus olsa da, həmin bağ evindən digər ailə üzvüləri ilə birlikdə o da tam hüquqla istifadə etmək imkanına malik olmuş, həmin bağ evində daimi yaşayış olmasa da, ora imkan olanda ailə üzvüləri ilə birlikdə istirahət etmək üçün getmiş, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə qardaşı Elnurla əlaqə saxladıqda o sonuncu dəfə xx.xx.2021-ci il tarixdə özünə məxsus bağ evinə hər şeyin qaydasında olub olmadığını yoxlamaq üçün getdiyini, həmin vaxt hər şeyin qaydasında olduğunu, bundan sonra növbəti dəfə xx.xx.2021-ci il traixdə özünə məxsus bağ evində hər şeyin qaydasında olub olmadığını yoxlamaq üçün getdiyini, həmin vaxt evin giriş qapısının kilidini sındıraraq içəri daxil olmuş naməlum şəxslərin evdən bir ədəd «İndesit» markalı soyuducunu, 01 ədəd «İndesit» markalı paltaryuyan maşını, 02 ədəd xalçanı və müxtəlif çeşidli qab-qacaq dəstini oğurladığını müəyyən etdiyini, bununla bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Sumqayıt ŞPİ-nin 1-ci PB-nə məlumat verdiyini bildirmiş, aradan bir neçə gün keçdikdən sonra yenidən qardaşı Elnurla əlaqə saxladıqda o özünə məxsus bağ evindən oğurluq etmiş şəxslərin müəyyən edildiyini, həmin şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 olduqlarının müəyyən edilərək saxlandıqlarını, Təqsirləndirilən şəxs1 saxlanılarkən ifadəsində qardaşı Zərərçəkmiş şəxs4 məxsus bağ evindən oğurluq etməyi onun təklif etdiyini, evdən oğurlanmış məişət əşyalarının satılmasından əldə olunmuş pul vəsaitindən ona 100 manat pul verməsi ilə bağlı ifadə verdiyini bildirmiş, Təqsirləndirilən şəxs3 tanımasa da, Təqsirləndirilən şəxs1 xeyli müddət əvvəl tanımış, Sirusdan bir dəfə mobil telefon alsada sonradan həmin mobil telefonun oğurluq yolu ilə əldə edilməsi məlum olduğundan, mobil telefonu sahibinə geri qaytarmaq məcburiyyətində qalmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 ilə aralarında hər hansı tanışlıq və digər münasibətlər olmamış, Təqsirləndirilən şəxs1 barəsində qərəzli və yalan ifadə vermiş, ona qardaşına məxsus bağ evindən oğurluq etməyi, eləcədə oğurlanmış əşyaların satışından əldə edilmiş pul vəsaitindən ona da pul verməsini təklif etməmiş, Sirus bununla bağlı yalan ifadə verməklə qardaşı Elnurun onunda ona məxsus bağ evindən oğurluq edilməsində iştirakının olduğunu fikirləşərək şikayət və tələbinin olmaması ilə bağlı ərizə yazacağını fikirləşdiyini hesab etmiş, Sumqayıt şəhəri Saray bağları ərazisində yerləşən bağ evi qardaşı Elnura məxsus olsa da, həmin bağ evindən digər ailə üzvüləri ilə barabər onunda tam istifadə etmək imkanı olmuş, əgər ona həmin bağ evindən hər hansı əşya lazım olardısa bu barədə qardaşına deməklə və ya deməməklə əşyanı götürmək imkanı olmuş, həmçinin maddi imkanı yaxşı olduğundan, heç vaxt 100 manata ehtiyacı olmamış, həmin pulun müqabilində Sirusa qardaşına məxsus bağ evindən oğurluq etməsini, sonradan isə əşyaların satılmasından əldə olunmuş pul vəsaitindən Sirusun ona pul verməsini təklif etməmişdir. Bunların hamısını Sirus özünü müdafiə etmək və cinayət məsuliyyətindən kənar qalmaq üçün uydurmuş, Təqsirləndirilən şəxs1 qardaşı Zərərçəkmiş şəxs4 məxsus Sumqayıt şəhəri Saray bağları ərazisində bağ evinin olmasından məlumatının olub olmamasından, eləcə də Təqsirləndirilən şəxs1 həmin bağ evində olub olmaması barədə hər hansı məlumatı olmamış, Təqsirləndirilən şəxs1 qardaşı Zərərçəkmiş şəxs4 məxsus Sumqayıt şəhəri Saray bağları ərazisində bağ evinin olması barədə hər hansı məlumat verməmiş, eləcədə Təqsirləndirilən şəxs1 həmin bağ evinə aparmamışdır. Məhkəmədə şahid X4 ibtidai istintaq zamanı elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 doğma oğludur. Əvvəllər məhkumluq həyatı yaşamış, 2021-ci ildə azadlığa çıxmış, həyat yoldaşından boşandığı üçün onlardan ayrı yaşamış, xx.xx.2021-ci il tarixdə Sirus ona zəng edib olduğu yeri demiş və gedib onu aparmağını xahiş etmiş, Sirusun Sumqayıt şəhəri Saray bağları ərazisindəki dediyi ünvana getmiş, orada Sirusun yanında bir cavan qadın olmuş, Sirus həmin qadınla birlikdə yaşadığını, kirayə qaldıqları evdən çıxdıqlarını və özlərinə məxsus xalçaları aparmaq istədiklərini bildirmiş, buna etiraz etməmiş, Sirus və həmin qadın idarə etdiyi maşına 04 ədəd xalça qoymuşdur. Bundan sonra, onları Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində olan məişət avadanlıqlarının satışı ilə məşğul olan obyektə aparmış, onlar xalçaları orada maşından düşürmüş, bundan sonra çıxıb getmiş, oğlu Sirusdan niyə xalçaları apardığını soruşduqda o, xalçaların özünə məxsus olduğunu, kirayə yaşadıqları evdən çıxdıqları üçün xalçaları özü ilə apardığını bildirmiş, Sirus ona xalçaları oğurladıqlarını bildirməmişdir. Məhkəmədə Şahid6 elan edilmiş ifadəsindən görünür ki, o ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 5-6 ildirki tanıyır. Sirus onunla qonşu məhəllədə yaşadığı üçün onu tanımışdır. xx.xx.2021-ci il tarixdə Sirus ona zəng etmiş və onunla görüşmək istədiyini bildirmişdir. O, etiraz etməmişdir. Onlar həmin gün Sumqayıt şəhəri 19-cu məhəllə ərazisində görüşmüşlər. Sirus ona bildirmişdir ki, onda yarım sökülmüş vəziyyətdə Niva maşını var və onu satmaq istəyir. O, ondan maşının qiymətini soruşmuşdur. Sirus ona maşının qiymətinin 1500 manat olduğunu demişdir. O, Sirusa demişdir ki maşını gətirsin baxaq sonra qiymətdə razılaşarıq. Sirus ona evakuatora vermək üçün pulunun olmadığını bildirdiyi üçün o, evakuatora vermək üçün Sirusa 10 manat pul vermişdir. O, Sirusa demişdir ki, maşını 19-cu məhəllə ərazisində olan yeni tikilmiş binanın dayanacağına gətirsin. Təxminən 40 dəqiqədən sonra Sirus evakuatorla Niva markalı maşını gətirmişdir. Maşının mühərriki, sürətlər qutusu və qabaq oturacaqları olmamışdır. Onlar maşını dayanacağa yerləşdirmişlər. O, Sirusdan maşının sənədlərini soruşmuşdur. Sirus ona demişdir ki, maşının pulundan bir az versin, səhər sənədləri gətirəcək. O, isə Sirusla razılaşmamış və sənədləri gətirdikdən sonra maşının pulunu hissə-hissə verəcəyini bildirmişdir. Bundan sonra, onlar getmişlər. Təxminən iki gündən sonra o, dayanacağa gələndə, Sirus maşını apardığını görmüşdür. O, Sirusa zəng edib maşını nə üçün apardığını soruşmuşdur. Sirus ona demişdir ki, maşına nəğd pul verən var idi ona görə də maşını satmışdır. O, Sirusa heç bir söz deməmişdir. Təxminən bir-iki gündən sonra polis əməkdaşları onun yaşadığı ünvana gələrək həmin maşınla bağlı ona suallar vermişlər. O, isə ifadəsində göstərdiklərini həmin polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları ona demişlər ki, Sirus həmin maşını ona satmaq istədiyini bildirdiyi üçün onun yanına gəliblər. O, isə polis əməkdaşlarına bildirmişdir ki, Sirus onlara yalan danışmışdır. Maşını o, dayanacağa evakuatorla gətirib və həmin binanın müşahidə kameralarında bu görüntülər var. Polis əməkdaşları həmin görüntülərə baxdıqdan sonra gördülər ki, həqiqətən də o, düz danışır. Bu məsələ ilə bağlı sonrakı proseslərdən və maşının kimə satılmasından onun xəbəri olmamışdır. Əlavə verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Tamil adlı şəxsin adını eşitsə də onu şəxsən tanımır və Tamilin ona borcu olmamışdır. Sirusun «Əşya bazarı» adlanan yerdə ustada sənədsiz «Niva» markalı maşını olduğunu bildirməsi və həmin maşını evakuatorla Sumqayıt şəhəri 19-cu məhəllə ərazisində yerləşən yeni tikilmiş binanın altındakı dayanacağa aparmaqları ilə bağlı göstərdikləri yalandır. O, Sirusa Tamil adlı şəxsin maşınını aparmağı təklif etməmiş və maşının harada olmasından xəbəri olmamışdır. Maşını Sirus evakuatorlda onun dediyi dayanacağa gətirmişdir. Həmin dayanacağın yerləşdiyi ərazidə o, əvvəllər yaşamış və orada hamını tanıyır. Buna görə də həmin dayanacaqda maşını saxlamağı təklif etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı xx.xx.2021-ci il tarixdə saat bir radələrində Fərahimin idarə etdiyi avtomobillə Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində yerləşən Aslan adlı şəxsin evinə getdiklərini, evin həyət qapısı yəni darvazası yarıya kimi açıq olduğunu gördükdə, bundan sonra birlikdə həyətə keçdiklərini, Fərahimin evin qapısını döydüyünü, lakin qapını heç kimin açmadığını, Fərahimin maşınında olan beyzbol çubuğu ilə evə gedən elektrik naqilini qırdığını, Aslanın evdə gizləndiyini dediyini, daha sonra evə girməyi təklif etdiyini, evin pəncərəsinin nəfəsliyini çıxardıqdan sonra pəncərədən içəri daxil olduqlarını, evdə heç kimin olmadığını, bundan sonra, Fərahimin evdəki televizoru götürüb aparmalarını təklif etdiyini, Aslanın ona olan borcunu qaytardıqdan sonra televizoru qaytaracağını dediyini, daha sonra birlikdə yataq otağındakı divarda quraşdırılmış 01 ədəd «Samsung» markalı televizoru divardan söküb çıxardıqlarını və pəncərədən çölə çıxdıqlarını, Fərahimin maşınını qapının ağzına gətirdiyini, televizoru maşının arxa oturacağının üstünə qoyduğunu, sonra isə oranı tərk edib getdiklərini bildirsədə, Təqsirləndirilən şəxs2 ifadəsində göstəırilən tarixdə Sirusun onunla ona pul borclu olan Ceyranbatan qəsəbəsində yaşayan Aslanın yaşadığı evə getdiklərini, Aslanın yaşadığı evin darvazasının qapısına daş qoyulduğundan və qapı yarıya kimi açıq vəziyyətdə olduğundan darvazanın qapısını döydüyünü, lakin heç kimin cavab vermədiyini, bundan sonra Aslanın qonşuluqda yaşayan tanışının evində olduğunu fikirləşdiyindən həmin ünvana getdiyini, Sirusa onu gözləməyini bildirdiyini, geri qayıtdıqda Sirusun evin pəncərəsindən televizoru çölə çıxardığını gördüyünü, ondan nə iş gördüyünü soruşduqda, Sirusun Aslanın onada borcu olduğunu, Aslanın anasının pulunu verdikdən sonra televizoru qaytaracağını bildirdiyini, daha sonra Sirusun televizoru maşınına qoyduğunu, daha sonra 6-cı mikrorayona gəldiklərini, tanışı Səməddinlə görüşmək üçün ona zəng etdiyini, daha sonra maşını Saməddinin yaşadığı ünvana sürdüyünü, söhbət zamanı Sirusun Səməddinə televizorun ona məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirdiyini, daha sonra onların maşınında qiymətləşdiklərini, televizoru Səməddinin götürüb getdiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/1530 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 5 adda malların orta istismar müddəti və orta istismar intensivliyiu parametrlərinə uyğun olaraq 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 835,00 manat müəyyən edilir. Digər 2 adda mallar haqqında kifayət qədər məlumat (marka, model, öıçüsü və.s) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/3388 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 8 adda malların orta istismar müddəti və orta istismar intensivliyiu parametrlərinə uyğun olaraq 2021-ci ilin yanvar ayına olan orta bazar qiymətləri nəzəri qaydada təxminən 1025,00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9\3560 nömrəli rəyindən görünür ki, qərarın təsviri hissəsində və fotocədvəllərdə göstərilən 1 ədəd “Samsung” markalı, “UE43RU7100U” modelli televizorun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 550,00 manat müəyyən olunur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9\9244 nömrəli rəyindən görünür ki, anoloji malların markası, modeli, orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların ayrı-ayrılıqda orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir;
1. Zərərçəkmiş şəxs4 məxsus 3 mallar 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti-960,0 manat;
2. Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 2007-ci il istehsalı olan “Niva” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti 5000,0 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9\9244 nömrəli rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən ticarət şəbəklərindən, avtobazalarda, internet saytlarından və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, anoloji malların markası, modeli, orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların ayrı-ayrılıqda orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: Zərərçəkmiş şəxs4 məxsus mallar 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti:
1. “İndesit” markalı, 7 kq-lıq, boz rəngli paltaryuyan, 1 ədəd, bir ədədinin qiyməti 200 manat, ümumi dəyəri 200 manat
2. Rusiya istehsalı olan, “İndesit” markalı, “B18FNFNXH” model soyuducu, 1 ədəd, bir ədədinin qiyməti 280 manat, ümumi dəyəri 280 manat
3. 2,50x1,20 metr uzunluğunda xalça, 4 ədəd, bir ədədinin qiyməti 120 manat, ümumi dəyəri 480 manat Cəmi: 960,0 manat Zərərçəkmiş şəxs2 məxsus avtomobilin 2021-ci ilin avqust ayına orta bazar qiyməti:
1. 2007-ci il istehsalı olan “Niva” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobil, 1 ədəd, bir ədədinin qiyməti 5000 manat, ümumi dəyəri 5000 manat Cəmi: 5000,0 manat Tədqiqatın nəticəsi: Anoloji malların markası, modeli, orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların ayrı-ayrılıqda orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir:
1. Zərərçəkmiş şəxs4 məxsus 3 adda malların 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti - 960,0 manat;
2. Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 2007-ci il istehsalı olan “Niva” markalı, **-OU- *** dövlət qeydiyyat nişanlı avtomobilin 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti 5000,0 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 7/948 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 3 (üç) kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr” yazılar və imzalar olan zərfdə 3 (üç) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 2,708 qram, 3,019 qram, 4,404 qram, ümumi çəkisi - 10,131 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mersedes Cedan” **-LU-*** nömrəli avtomaşının yük yerindən aşkar olunaraq götürülmüş 1 (bir) bağlamada narkotik vasitə” yazılar və imzalar olan qara rəngli polietilen bağlamada təmiz çəkisi - 275,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Vət. Təqsirləndirilən şəxs2 üzərindən və idarə etdiyi avtomaşından götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. (Marixuanaların ümumi çəkisi - 10,131 qram (1-3 №-li ob); 275,0 qram (4№-li ob), tədqiqata sərf edildi cəmi - 0,08 qram (hər obyektdən 0,02 qram), qalıqlar 10,071 qram; 274,98 qram) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 4750 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 sintetik tərkibli opioidlərin, kannobioidlərin və metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2021-ci il tarixli 21/695R №-li nömrəli rəyindən görünür ki, xx.xx.2021-ci il tarixdə, Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən vətəndaş Zərərçəkmiş şəxs4 məxsus fərdi evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 02 ədəd kağız parçalarının üzərinə yapışdırılmış 04 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərlərində olan əl izlərindən 02 ədəd əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl-barmaq izləri xx.xx.1991-ci ildə Almaniya Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin orta və adsız barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 1236 nömrəli rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində və sonuncuya məxsus “Mercedes” markalı ** LU *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1, Şahid2 və X3 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut olan bir ədəd 24-lük “Novatec” markalı kombi aparatı, bir ədəd kombi aparatını tənzimləyən “Hidrotherm” markalı elektrik apartı, iki ədəd 1,75 sm uzunluğunda, üç ədəd 1,50 sm uzunluğunda, cəmi beş ədəd radiatorlar, bir ədəd 65 sm uzunluğunda hamam radiatoru, bir ədəd xalça, bir ədəd pərdə və bir ədəd pakrıval, bir ədəd “Samsung” markalı, “UE43RU7100U” modelli televizor, 2007-ci il istehsalı olan “Niva” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin hissələri, bir ədəd “İndesit” markalı, 7 kq tutumlu, boz rəngli paltaryuyan və bir ədəd “İndesit” markalı, “B18FNFNXH” model soyuducu, bir ədəd xalça saxlanması üçün sahiblərinə verilmişdir. İş materiallarında olan 08 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CM-nin 177.2.4,180.1 və 181-ci maddələrinin, Təqsirləndirilən şəxs2 əməlində CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Şahidlər X11, Şahid9 və X5 əməllərində CM-nin 177-ci və 194.1-ci maddələrin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən cinayət işi başlanması rədd edilmişdir. Şahidlər Şahid7, Şahid5, Şahid11, Şahid6, Şahid12 və Şahid14 əməlində CM-nin 194.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə təqsriləndirlən şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 vəsatəti əsasında Təqsirləndirilən şəxs2 məxsus 050 840 04 21 və 055 775 61 61 nömrəli, şahidlər Şahid2 məxsus 055 942 46 46 nömrəli və Şahid4 məxsus 055 256 80 50 nömrəli mobil telefon nömrələrinin 16 sentyabr 2021-ci ildə saat 10:00-dan saat 17:00-dək hansı anten dairələrində olması barədə məlumatların əldə edilməsi barədə "xxxx" MMC və "xxxx" MMC-dən anten məlumatların əldə olunması barədə qərar qəbul etmiş, "xxxx" MMC və "xxxx" MMC-dən məhkəməyə göndərilmiş 050 840 04 21, 055 775 61 61, 055 942 46 46 və 055 256 80 50 nömrələrin qərarda göstərilən müddət üzrə mövcud olan zənglər siyahısına və əhatə dairəsinə dair məlumatı özündə əks etdirən 2 ədəd diskə məhkəmə iclas zalında kompyuter vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 məxsus 050 840 04 21 və 055 775 61 61 nömrəli, şahidlər Şahid2 məxsus 055 942 46 46 nömrəli və Şahid4 məxsus 055 256 80 50 mobil telefon nömrələrinin anten məlumatlarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2, şahidlər Şahid2 və Şahid4 16 sentyabr 2021-ci ildə saat 10:00-dan saat 17:00-dək Sumqayıt şəhəri ərazisində olmuşlar. Həmçinin təqsirləndirilən şəxsin məhkəmə iclasında ifadəsində onu polis əməkdaşları 16 sentyabr 2021-ci ildə saat 11 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində saxlayaraq polis bölməsinə aparmasını bildirsə də, həmin saatda təqsirləndirilən şəxsin və şahidlərin Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində olmaları müəyyən olunmamışdır. Götürülmüş anten məlumatlarında Təqsirləndirilən şəxs2 göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmə baxışında Sirus Bağiri və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 onlara borcu olması və həmin borc pulu almaq məqsədi ilə sonuncunun evinə getdiklərini göstərsələr də məhkəmə baxışında həmin xüsusatlar öz təsdiqini tapmamış, gecə saatlarında evə getmələri, evə daxil olma üsulları, evə daxil olmamışdan əvvəl etdikləri hərəkətlər onların məhz oğurluq məqsədi ilə həmin evə girdiklərini və oğurluq etdiklərini göstərmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər X2 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı özlərini təqsirli bilməyərək X2 oğurluq cinayətini törətməməsi və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan oğurluq barədə razılaşmadığı, onun sadəcə həmin yerə getdikdən sonra Təqsirləndirilən şəxs1 oğurluq etdiyini başa düşməsi barədə göstərdikləri və X12 Bağıri ilə birgə oğurluq cinayətini törətməməsi və üzərindən və ona məxsus avtomobildən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması və həmin narkotik vasitənin ot bitkisi olan əvəlik olması barədə verdiyi ifadələri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özlərini müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində cinayət tərkibi vardır, onların cinayət əməlləri- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddələri ilə düzgün tövsif olunmuş və onlar törətdiyi cinayətlərə görə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağıxx.xx.2014-cü il təvəllüdlü X6 vardır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş tarixli arayışdan (tələbnamədən) və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-668/2022 nömrəli, xx.xx.2022ci il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.3-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı uşaqları-xx.xx.2010-cu il təvəllüdlü X15, xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X16 vardır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə vurulmuş maddi zərəri ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.3-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivi müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan (tələbnamədən) və məhkəmə aktlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.5, 180.2.2, 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.3 və 66.5-ci maddəsinə əsasən 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə xx.xx.2012-ci il tarixli hökm dəyişdirilərək 181.2.2, 181.2.5, 180.2.2, 178.2.2, 66.3, 66.5, 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 07 il 11 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən 01 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 02 ay 29 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin və təqdimatın təmin olunmasından imtina olunmuş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuş, ibtidai istintaq orqanının xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin və təqdimatın təmin olunmasından imtina olunmuş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuş, ibtidai istintaq orqanının xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti xx.xx.2022-ci il tarixdən hesablanmaqla 15 gün müddətinə uzadılmış, eyni məhkəmənin xx.xx.2022-ci il tarixli qəörarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edilənədək uzadılmış, eyni məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-7/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, başqa bir ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə CM-nin 177.2.1 və 1772.3-cü maddələri ilə təsirləndirilən şəxs qismində cəlb edilərək eyni tarixli qərar ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə tutularaq Sumqayıt şəhər polis idarəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, onun əvvəllər də qəsdən cinayət törədərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, qardaşının İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla medallarla təltif olunması, himayəsində 3 azyaşlı uşağının olması və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması nəzərə alınmalı və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 25 oktyabr 2021-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun əvvəllər də qəsdən bir dəfə ağır, bir dəfə də az ağır cinayət törətməsinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və yenidən qəsdən cinayət törədərək barəsində məhkəmədə cinayət işi olduğu halda yenidən cinayət törədərək barəsində ibtidai istintaq orqanı tərəfindən istintaq aparılması nəzərə alınmalı və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 08 may 2023-cü il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs2 barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və barəsində başqa cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşadığı ərazi üzrə dispanser qeydiyyatına götürülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin ödənilməsi və himayəsində bir azyaşlı uşağının olması, bu cinayəti barəsindəki hökmdən əvvəl törətməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək həbsdə saxlandığı 03 ay 06 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 06 ay 12 gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Cinayət işi üzrə maddi sübut olan bir ədəd 24-lük “Novatec” markalı kombi aparatı, bir ədəd kombi aparatını tənzimləyən “Hidrotherm” markalı elektrik apartı, iki ədəd 1,75 sm uzunluğunda, üç ədəd 1,50 sm uzunluğunda, cəmi beş ədəd radiatorlar, bir ədəd 65 sm uzunluğunda hamam radiatoru, bir ədəd xalça, bir ədəd pərdə və bir ədəd pakrıval, bir ədəd “Samsung” markalı, “UE43RU7100U” modelli televizor, 2007-ci il istehsalı olan “Niva” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin hissələri, bir ədəd “İndesit” markalı, 7 kq tutumlu, boz rəngli paltaryuyan və bir ədəd “İndesit” markalı, “B18FNFNXH” model soyuducu, bir ədəd xalçanın sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 03 (üç) ədəd kibrit qutusundakı 10,071 qram çəkidə və 01 (bir) ədəd qara rəngli polietilen bağlamadakı 274,98 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk və 02 ədəd kağız parçalarının üzərinə yapışdırılmış, 04 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərlərində olan əl barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 266,46 manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə onlara dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin qərarını icra edərək, vəkillər Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 müvafiq olaraq onların müdafiəçiləri təyin etmişdir. Müdafiəçilər Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün hər biri 100 saat olmaqla cəmi 300 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 1800 ( bir min cəkkiz yüz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə ilə təqsirli bilinsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar qismən toplanmaqla ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və barəsində başqa cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşadığı ərazi üzrə dispanser qeydiyyatına götürülsün. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3ci maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il 05 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs3 Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-668/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs3 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək həbsdə saxlandığı 03 ay 06 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 06 ay 12 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli bu hökmlə Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanın tərk etməmək, Abşeron rayonunun və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. İş üzrə mülki iddia yoxdur. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 03 (üç) ədəd kibrit qutusundakı 10,071 qram çəkidə və 01 (bir) ədəd qara rəngli polietilen bağlamadakı 274,98 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk və 02 ədəd kağız parçalarının üzərinə yapışdırılmış, 04 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərlərində olan əl barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd 24-lük “Novatec” markalı kombi aparatı, bir ədəd kombi aparatını tənzimləyən “Hidrotherm” markalı elektrik apartı, iki ədəd 1,75 sm uzunluğunda, üç ədəd 1,50 sm uzunluğunda, cəmi beş ədəd radiatorlar, bir ədəd 65 sm uzunluğunda hamam radiatoru, bir ədəd xalça, bir ədəd pərdə və bir ədəd pakrıval, bir ədəd “Samsung” markalı, “UE43RU7100U” modelli televizor, 2007-ci il istehsalı olan “Niva” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin hissələri, bir ədəd “İndesit” markalı, 7 kq tutumlu, boz rəngli paltaryuyan və bir ədəd “İndesit” markalı, “B18FNFNXH” model soyuducu, bir ədəd xalçanın sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 266,46 manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs3 Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 göstərdikləri 100 (yüz) saat hüquqi yardıma görə hər birinə 600 (altı yüz) manat olmaqla, cəmi 1800 (bir min səkkiz yüz) manat məbləğində pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Elçin Məmmədov