Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-180/2022 26.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaçı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçilər küçəsi, ev 95 ünanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin may ayın əvvəllərində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi Dənizçi küçəsi ev 95 nömrəli evin həyət yanı torpaq sahəsində istintaqa məlum olmayan mənbədən əldə etdiyi əkilib-becərilməsi qadağan edilmiş tərkiblərində narkotik maddələr olan çətən(kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkib, torpaq sahəsini becərərək, onlardan bitən xeyli miqdarda tərkibində narkotik maddələr olan 11 (on bir) ədəd əkilib-becərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq edib yetişdirməklə, çətənə(kannasbis) bitkilərini xeyli miqdarda kultivasiya etmiş, 26 avqust 2021-cu il tarixdə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs öz razılığı əsasında həmin tarixdə saat 16:00-da yaşadığı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi Dənizçi küçəsi ev 95 nömrəli evin həyət yanı torpaq sahəsində keçirilmiş baxış zamanı xeyli miqdarda yəni, 11 (on bir) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 8000,0 qram çəkidə əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri torpaq sahəsində kök üstə aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26.08.2021-ci il tarixdə, təxminən saat 16:00 radələrində mən ünvan 1 ünvanda olduğu zaman evin giriş qapısı döyülmüş, qapını açmış və özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər yaşadığı evin həyətyani sahəsində tərkibində narkotik maddələr olan bitki kollarının əkilib becərilməsində şübhə olduğuna görə baxış keçirmək istədiklərini bildirmişlər. Bu zaman onlara heç bir etiraz etməyərək, polis əməkdaşlarını evin həyətinə daxil olmalarına və həyətyani sahəsinə baxış keçirilməsinə razılıq vermiş, bundan sonra polis əməkdaşalrı Sumqayıt Yaşıllaşdırma İdarəsinin Baş Aqronomunun iştirakı ilə evin həyətyani torpaq sahəsinə baxış keçirtmişlər. Baxış zamanı evin arxasında yerləşən həyətyanı sahənin baş tərəfindən taxtadan hasara aldığı sahədə təxmini 1.30 sm hündürlüklərdə olan 4 ədəd, həyətin digər tərəfində isə şiferlə hasara aldığı sahədə təxminən 70 sm hündürlükdə olan 1 ədəd, həmin ərazidən 10 metr məsafəlikdə dəmir lövhələrlə hasara aldığım sahədə təxminən 60 sm hündürlükdə olan 01 ədəd və həmin ərazidə taxta lövhənin üzərinə qurutmaq məqsədi ilə yığdığı ölçüləri təxminən 25 smdan 80 sm-dək hündürlüklərdə olan 18 ədəd narkotik tərkibli çətənə kolları və budağlarını göstərmişdir. Baxış keçirilən zaman polis əməkdaşlarına göstərdiyi həmin çətənə kolları çıxarılaraq bir-bir sayılmış və 03 ədəd sintetik torbaya yığılmış və qablaşdırılmış və hər bir kisə içərisindəki yaş vəziyyətdə olan çətənə kolları ilə birlikdə elektron tərəziyə qoyularaq çəkilmiş, birinci kisənin içərisindəki çətənə kolları ilə birlikdə 1,980 kq ikinci kisənin içərisindəki çətənə kolları ilə birlikdə 5,105 kq, üçüncü kisənin içərisindəki çətənə kolları ilə birlikdə 6,685 kq olması, həmin çətənə kollarının 3 kisədə ümumilikdə çəkisinin isə 13,77 kq olması müəyyən olunmuş, bundan sonra həmin çətənə kolları 03 kisədə olmaqla qablaşdırılmış və götürülmüşdür. Bundan sonra müvafiq sənədləşdirmə işləri aparılmasından ötrü onu Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər. Polis idarəsində həyətyanı sahəsinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmış, həmin bitkilərin toxumları əvvəl istfadəsi üçün almış marixuananın içəsrisdən tapıb çıxardığı toxumları 2021-ci il in may ayının əvvlərində orada əkmişdir, məhkəməbioloji eksprtizasının rəyi ilə tanış olmuş və yaşdığı ünvanda ümümlikdə 11 ədəd narkotik tərkibli çətənə kolların və onların qurdmaq üçün yığdığım kolların budaqları özünə məxsusdur və həmin kolların əkib becərilməsində heç kəs ona köməklik etməmişdir. Həmin evdə müvvəqəti olaraq 2021-ci ilin yanvar ayından tək yaşamışdır. Hal-hazırda törətdiyi əməldən peşmandır. Barəsində amnistiya tətbiq edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt CAŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət aparmış, 26.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı topraq sahəsində qanunsuz olaraq narkotik vasitə olan "Çətənə kolların" (kannabis kolu) kultivasiya etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin ÇAŞnin əməliyyat müvəkkilləri, polis baş serjantı Şahid2, polis baş serjantı Şahid3 və Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı Elnur Feyzullayevdən, həmçinin Sumqayıt ŞPİ-nin KTQ-un kriminalisti, polis mayoru Elnur Qocayevdən ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs ünvan 2 ünvanında getmişlər, orada onlar Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin baş aqronmomu X6 iştirakı ilə evin qapısını döymüşlər. Dəmir qapını bir nəfər şəxs açmış və özünü Təqsirləndirilən şəxs olduğu kimi təqdim etmişdir. Daha sonra onlar onun yaşadığı ünvanında, yəni həyətyanı topraq sahəsində narkotik tərkibli bitkilərin əkib becerilməsi ilə şübhəli olduğunu bildirmişlər. Ona görə də, onun razılığı əsasında yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə başlamışdır. Həyətə daxil olarkən orada videoçəkilşlə baxış aparmışlar və həmin vaxt orada həyətin müxtəlif yerləirndə yerə əklimiş (çətənə) kanabis kollarını aşkar etmişlər. Həmin narkotik vasitə çətənə kolları onlar (torpaqdan) yerdən çıxarmışlar və təhqiqatçı Elnur Feyzullayev tərəfindən onlar qablaşdırlmışdır. Daha sonra orada yerdə 18 (on səkkiz) ədəd yaş vəziyyətdə olan kollar aşkar edilmişdir. Həmin kollarda təhqiqatçı tərəfindən qablaşdırlmışdır. Sorğu zamanı həmin narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün şəxsən özü tək becərdiyini demişdir. Aşkar edilmiş kollar xüsusi qaydada qabşdırılmış və AR ƏNnin MEM-nə göndərilmişdir. Daha sonra şəxsi axtarış keçirlməsi barədə protokol tərtib edilmiş və iştirkçılara oxnduqdan sonra tərflərindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindidilmiş Şahid2 və Şahid3 ilə eyni məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. İş materiallarında olan məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş 07.09.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1962-ci ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Sumqayıt şəhər Xalq Məhkəməsinin 17.03.1986-cı il tarixli hökmü ilə 02 il müddətinə əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmişdir. 23.08.1987-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 18.12.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1 və 69.4-cü maddəsi ilə təqsirli bilinərək 900 manat məbləğ cərimə edilmişdir. 15.01.2015-ci il tarixdə cəriməni tam şəkildə ödəmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 42 saylı, 18.11.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 510 saylı, 18.11.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 05.05.1971-ci il təvəllüdlü həyat yoldaşı X4, qızı 15.02.2001-ci il təvəllüdlü X2, oğlu 27.05.2003-cü il təvəllüdlü X5 ibarətdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 26.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26.08.2021-ci saat 16:03 radələrində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yaradığından Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən tutulmuşdur. İş materiallarında olan 26.08.2021-ci il tarixli “baxış keçirilməsi və götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçi küçəsində yerləşən 95 saylı yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs özü əvvəlcə yaşadığı ünvanının həyətyanı sahəsinin baş tərəfində taxtadan hasara alınmış sahənin daxilində torpağa əkili halda olan 4 ədəd bitki kolunu, daha sonra həyətyanı sahəsinin digər baş tərəfindən şferdən hasara alınmış sahədə torpağa əkili olan halda 01 ədəd bitki kolunu, daha sonra isə həmin ərazidən təxminən 10 metr məsafəlikdə yerləşən dəmir lövhələrlə hasara alınmış sahədə torpağa əkili halda olan 01 ədəd bitki kolunu, bundan sonra isə həmin ərazidən 20-25 metr məsafəlikdə taxta lövhənin üzərində yığdığı yarı qurudulmuş halda olan 18 (on səkkiz) əsəs bitki kollarını göstərmişdir və həmin bitki kollarının narkotik tərkibli maddə olduğunu, onları şəxsi istifadəsi üçün həyətyanı sahədə əkib-becərdiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsində göstərdiyi taxta lövhənin üzərinə yığdığı 18 (on səkkiz) ədəd bitki kolları, eləcə də yaşadığı ünvanının həyətyanı sahəsinə əkilmiş halda olan 06 (altı) ədəd bitki kolları ayrı-ayrılıqda bir-bir torpaqdan çıxarılmaqla ümumilikdə üç ədəd sintetik materialdan olan kisəyə qablaşdırılmış və hər bir kisə içərisində olan bitki kolları ilə birlikdə elektron tərəziyə qoyulub çəkilmişdir. Bitki kolları elektron tərəzidə çəkildikdə 1-ci kisədə olan bitki kollarının çəkisi kisə ilə birlikdə 1,980 kq., 2-ci kisədə olan bitki kollarının çəkisi isə kisə ilə nirlikdə 5,105 kq., 3-cü kisədə olan bikti kollarının çəkisi kisə ilə birlikdə 6,685 kq., olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun həyətyanı sahəsindən aşkar olunan bitki kolları əvvəllər həmin sahədə əkib-becərrdiyi narkotik tərkibli maddələrin toxumlarını yenidən əkməklə becərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “cinayət törətməkdə şühəli olan şəxsin tutulması barədə” 26.08.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26.08.2021-ci il tarixdə saat 16:03 də ünvan 4 ünvanında şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş 28 avqust 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 28 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunuşdur. Cinayət işi materiallarına əlavə edilmiş “qətimkan tədbirinin seçilməsi haqqında” 28 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan 05.11.2021-ci il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi” barədə qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 27.08.2021-ci il tarixli, 7/842 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliy Zərflər üçün №124” dairəvi möhür əksi “X3 həyətyanı sahəsindən aşkar edilmiş...” yazı və imzalar olan üç ədəd ağ rəngli sintetik torbada 6 ədəd yaş vəziyətdə ümumi çəkisi 5900,00 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir, 18 ədəd ümumi çəkisi 2100,00 qram olan bitki hissələri çətənə (kannabis) bitkisinin hissələridir. İş materiallarında olan qərardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş üç ədəd ağ rəngli sintetik torbada 6 ədəd yaş vəziyətdə ümumi çəkisi 5900,00 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi, 18 ədəd ümumi çəkisi 2100,00 qram olan bitki hissələri çətənə (kannabis) bitkisi və 1 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 1 ədəd DVD-R disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 5899,40 qram çətənə (kannabis) bitkisi və 2099,64 qram çətənə (kannabis) bitkiləri saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 05.10.2021-ci il tarixli, 3779 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKAMANİYA XƏXSTƏLİYİ) aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkamaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Narkomaniyadan məcburi Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 051925 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ (ikinci) dərəcəli əlillik vardır. Sumqayıt şəhər Məhkkəməsinin 26.01.2022-ci il tarixli sorğusu əsasında Təqsirləndirilən şəxs barəsində MSY-də saxlanılan şəxslərin uçötu kitabının Məhkəməyə göndərilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs 21.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur, 23.09.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialı tərəfindən verilmiş 24.11.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlilliyə görə 28.02.2021-ci il tarixədək 259.78 manat pensiya ödənişi aparılmışdır. Əlilliyin müddəti 28.02.2021-ci il tarixdə bitdiyi üçün pensiya ödənişi dayandırılmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən qeyd edir ki, təqsirləndirilən şəxs törətmiş olduğu əməli səmimi olaraq etiraf etmiş, törətmiş olduğu əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olduğunu bildirmiş, bu səbəbdən də barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “8Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.15-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.15 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, təqsirləndirilən şəxsin az ağır cinayət törətdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1 və 1.15-ci bəndləri tətbiq edilərək, barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, çətənə (kannabis) bitkisinin ekspertiza tədqiqatından sonra qalmış 5899,40 qramı və çətənə (kannabis) bitkisinin hissələrinin ekspertiza tədqiqatından sonra qalmış 2099,64 qramı məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddələri ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 17.12.2021-ci il tarixli (iş № 1(060)-824/2021) qərarını icra edərək 23.12.2021-ci il tarixli 1700 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.15, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1 və 1.15-ci bənlərinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1 və 1.15-ci bəndləri tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, çətənə (kannabis) bitkisinin ekspertiza tədqiqatından sonra qalmış 5899,40 qramı və çətənə (kannabis) bitkisinin hissələrinin ekspertiza tədqiqatından sonra qalmış 2099,64 qramı məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X8 göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına (“Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM : ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-180/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-180/2022
26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver