Məhkəmə qərarları › İş №1(060)-181/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-181/2021

22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-181/2021 22.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs İsrayıl qızının, Müdafiəçi- Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1970-ci ildə Ermənistan Respublikası Qafan rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Betonzavod ərazisi ev 502-də yaşayan, barəsindəbaşqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs İsrayıl qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs İsrayıl qızı, 17.07.2020-ci il tarixdə saat 20 radələrində yaşadığı evin yaxınığında Zərərçəkmiş şəxs alt köynəyi ilə evlərinin həyətində iş gördüyünü görüb ona irad bildirməsi nəticəsində aralarında yaranmış mübahisə zamanı əlində olan dəmir parçalarını onun üstünə ataraq ona sol diz oynağının postravmatik keçici konturakturası, sol diz oynağında bükmə bucağı 90 dərəcə, dol baldırın və sol diz oynağının postravmatik ödemi, sağ saidin orta 1/3-in ön səthinin, sol saidin 1/3-in arxa səthinin qançırları, sol baldırın yuxarı 1/3-in bayir səthinin sıyrığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs İsrayıl qızı ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri Betonzavod ərazisində özünə ev tikdirib yaşayırmış, Şahid2 evinin qarşısında obyekt tikdirmişdir. 17.07.2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evin həyətində olarkən, bir nəfər maykada olan oğlan evin həyətində gəzdiyini görmüş, ona çılpaq vəziyyətdə həyətində nə iş gördüyünü soruşmuş, o, isə yaxşı edib çılpaq vəziyyətdə həyətdə gəzdiyini demiş, o, Emini həyətdən çıxarmaq istədikdə obyektin sahibi olan və uzun müddətdir ki, tanıdığı Şəmsəddin evin qarşısına gələrək ünvanına nalayiq söyüşlər söyməyə başlayarkən, evində gəlininin olduğunu və ayıb olduğunu deməyinə baxmayaraq Emin ünvanına nalayiq küçə söyüşləri söyməyə davam etmişdir. Bundan sonra o əlində olan dəmir parçalarını onun üzərinə atmışdır və nəticədə zərərçəkmiş sol diz və sağ qolundan xəsarətlər almışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ustadır və müxtəlif təmir işləri ilə məşğul olur. Belə ki, Sumqayıt şəhəri Betonzavod ərazisində nənəsi Şahid1 məxsus olan torpaq sahəsində obyektin 2020-ci ilin may iyun aylarında obyektin su xəttini çəkmişdir. Çəkmiş olduğum su xəttində qapanma baş verdiyindən obyektə 17.07.2020-ci il tarixdə 20 radələrində getmiş, su xəttinində olan qapanmanı aradan qaldırmaqdan ötrü xəttə təzyiq vermiş, həmin vaxti Şahin ona köməklik edirmiş,nənəsi Gözəl isə yanında olmuşdur.O, suya təzyiq verərkən tanımadığım sonradan adının və soyadının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi qadın arxadan yaxınlaşaraq nə iş gördüyünü soruşmuş, ona gördüyü iş barəsində demək istəyərkən o, əlində olan çəkici üstünə atmış, çəkik sol ayağına dəymişdir. Bu zamana o, müvazimətini itirərək yerə yıxılmışdır. Sonra qadın yenidən üstünə gəlmiş, əlində olan turbaları onun üstünə atmış, o, qolu ilə özünü müdafiə etmək istəyən zaman turbalar sağ qoluna dəymiş, bundan sonra həmin qadının yanında olan yaşa ondan kiçik digər qadın üstünə baş qayçısının bir qoluna atmış və qayçı onun sol qoluna dəymişdir. Daha sonra, Şahid2 köməyinə gəlmiş və həmin qadınları görmüşdür. Şəmsəddin onu yerdən qaldıraraq oradan uzaqlaşdırmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan şikayətçi deyildir və ona qarşı hər hansı iddiası və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri Betonzavod ərazisi Koroğlu prospekti 106 ünvanında anası Gözələ məxsus obyekt var və həmin obyektin su xəttində yaranan nasazlıqla əlaqədar olaraq bacısı oğlu Emini ora dəvət edərək nasazlığı aradan qaldırmasını xahiş etmişdir.O, 17.07.2020-ci il tarixdə həmin ünvana tanışı Şahinlə gəlmiş, həmin vaxt anası Gözəl oğlu Vüsalda obyektə olublar. Şahin obyektin içəri tərəfində olan nazaslığı Emin isə arxa hissəsində olan nasazlığı aradan qaldırmağa çalışırmış, bu zaman yəni saat 19-20 radələrində obyektin arxa hissəsində söyüş və təhqirli səslər eşitmiş, anası ilə obyetin arxa hissəsində keçən zaman adının Məsti olduğunu bildiyi qadını əlində olan çəkiçi Eminin sol ayağına atmış, çəkici Eminə dəydiyi üçün Emin turba ilə divarın arasına yığılmış, bundan sonra Məsti əlində olan digər dəmir parçasını Eminin üzərinə atmış və Emin sağ qolu ilə özünü müdafiə edən zaman həmin dəmir parçası Eminin sağ qoluna dəymişdir. Daha sonra, o Emini ayağa qaldıraraq sonuncunu obyektin qarşı tərəfinə keçirərək sonradan onu TTY xəstəxanasına çatdırmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 da Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 20.07.2020-ci il tarixli 811 saylı rəyindən görünr ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol diz oynağının pstravmatik keçici konturakturası, sol diz oynağlnda bükmə bucağı 90 dərəcə. Sol baldırın və sol diz oynağının postravmatik ödemi, sağ saidin orta 1/3-in ön səthinin, sol sol saidin orta 1/3-in arxa səthinin qançırları, sol baldırın yuxarı 1/3-in bayır səthinin sıyrığı kimi zədə məntəqəsinə müraciətdən bir qədər əvvəl olmaqla 17.07.2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada əmələ gələ bilə, özü özünə yetirməsi istisna edilir və dərəcəsinə görə \ağlamlığın uzun müddətli pozulmasına səbəb olmuş, sağlamlığıa az ağır zərərvurmaya aiddır. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İsrayıl qızı əvvəllər məhkum olunmayan şəxsdir. Sumqayıt Narkoloji Dispanseri tərəfindən verilmiş 3275 saylı 05.11.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsrayıl qızı dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan sübutların qiymtləndirilməsinə dair 12.01.2021-ci il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs İsrayıl qızının əməoində Azərbaycan Respublikası CM-nin 127.2.3,228 və 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət işinin başlanması rədd edilmişdir Cinayət işinin materiallarından görünür ki. Təqsirləndirilən şəxs İsrayıl qızı 28.12.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirir seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 08.02.2020-ci il tarixli ərizədən görünür ki, o Təqsirləndirilən şəxs İsrayıl qızı ilə barışmışdır. Ondan şikayəftçi deyildir və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs İsrayıl qızı tərəfindən verilmiş 08.02.2020-ci il tarixli ərizədən görünür ki, o özünü təqsirli bilir. Zərərçəkmiş şəxs ilə barışmışdır və bu səbəbdən də barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs İsrayıl qızının cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İsrayıl qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilmədiir. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs İsrayıl qızının məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 25yanvar 2021-ci il tarixli (iş № 1(060)-108/2021) qərarını icra edərək, 27 yanvar 2021-cu il tarixli 108 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və yatəqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafi əçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 saylı Vəkil Bürosunun Kapitalbank ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs İsrayıl qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs İsrayıl qızı barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs İsrayıl qızına Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: «xxxx» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar